Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-12/2022 30.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 185.1, 29,180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Hacıqabul rayon Məhkəməsinin (sədrlik edən hakim Vahid Hacıyev) 18.01.2022-ci il tarixli 1(071)-12/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1, 185.1, 29,180.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, şübhəli şəxs kimi tutulduğu 29.07.2021-ci il saat 09:10-da 30.07.2021-ci il saat 15:15-ə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılaraq, onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru birinci dərəcəli dövlət ədliyyə müşaviri X1 rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmündən apelyasiya protesti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli 1(106)-294/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokuroru birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin protesti təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli 1(071)- 12/2022 nömrəli hökmü ləğv edilmiş, cinayət işi Hacıqabul rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Cinayət işinin məhkəmə baxış iclası 30.03.2022-ci il tarixə saat 11:00-a Hacıqabul rayon Məhkəməsinin binasına təyin edilmişdir. Hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasında birinci instansiya məhkəməsinin hakimi kimi iştirak etməklə, ittiham hökmü çıxarmışam. Hesab edirəm ki, birinci instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etdiyimə görə hakim kimi mənim məhkəmə baxışında təkrar iştirakıma yol verilmir. Hacıqabul rayon Məhkəməsində yalnız bir hakim olduğuna görə hesab edirəm ki, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun özü-özünə etirazı əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 185.1, 29,180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(071)-12/2022 nömrəli cinayət işi Hacıqabul rayon Məhkəməsinin icraatında alınaraq, mahiyyəti üzrə baxılması üçün başqa məhkəmənin icraatına verilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol verilmir. 30.2. Bu Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır. 76.1. Cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özüözünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. 107.2. Hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. 109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. 109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir. 109.3. Etiraz məsələsini aşağıdakılar həll edir: 109.3.3. birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı - apellyasiya instansiyası məhkəməsinin hakimi; 109.4. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq, cinayət prosesi iştirakçılarının və etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. 109.5. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321.2.3-cü maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan etirazlar barədə qərar çıxarılır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 30, 76, 107, 109, 321.2.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun özü-özünə etirazına baxılması, obyektiv səbəbdən işə Hacıqabul rayon Məhkəməsində baxılması mümkün olmadığına görə, hakimin özü-özünə etirazı əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 185.1, 29,180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(071)-12/2022 nömrəli cinayət işinin Hacıqabul rayon Məhkəməsinin icraatından alaraq, mahiyyəti üzrə baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi üçün 1(071)-12/2022 nömrəli cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-12/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-12/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver