Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-12/2024 17.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul şəhəri, Xudu Məmmədov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 228.1, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 25 mart 2022-ci il tarixdə saat 04 radələrində tanışı Şahid3 ilə istintaqla müəyyən edilməyən Göyçay şəhəri ərazisində yerləşən kafelərdən birində spirtli içki qəbul etdikdən sonra Göyçay şəhəri Nizami küçəsində piyada şəkildə gəzən zaman həmin küçədə dayanmış qeydiyyat şəhadətnaməsi ilə X1 mülkiyyətində olan etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili gördükdən sonra birlikdə həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək, yəni qaçırmaq qərarına gəlib Şahid3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb istifadə etmək üçün icazəsi və idarə etmək üçün hüququ olmadığı halda avtomobilin sol ön qapısını açmaqla avtomobilin salonuna daxil olduqdan sonra o, ön sərnişin oturacağında, Şahid3 isə sürücü oturacağında əyləşib onun köməkliyi ilə açarsız avtomobili işə salmaq məqsədilə kontaktları uzlaşdırıb avtomobili hərəkətə gətirərək bir neçə saat ərzində Göyçay şəhəri ərazisində idarə etməklə etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus olan “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz ələ keçirmiş, yəni qaçırmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki və istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda qanunsuz olaraq əldə etdiyi bir ədəd odlu silahı üzərində saxlayıb gəzdirməklə Hacıqabul şəhəri X.Məmmədov küçəsinə daşımış, 01 avqust 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri X.Məmmədov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd polietilen torbacıqda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 22,705 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əynində olan qara rəngli şalvarın sağ yan cibindən və onun qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla gəzdirdiyi “H47021” nömrəli, ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda lüləsinin uzunluğu 311 mm, ümumi uzunluğu 512 mm olan öz ilkin təyinatını itirmiş, 28 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar təklüləli odlu yivsiz ov tüfənginin kəsiyi olan texniki cəhətdən saz və atəş üçün yararlı odlu silah əynində olan qara rəngli şalvarın kürək nahiyəsinə keçirilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 14 oktyabr 2013-cü il tarixdə əvf fərmanına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Şahid3 Füzuli oğlu arvadının dayısı oğlu olduğundan onu əvvəldən tanımış, lakin Zərərçəkmiş şəxs əvvəldən tanımamışdır. 24 mart 2022-ci il tarixdə axşam saatlarında qohumu Şahid3lə birlikdə Göyçay şəhəri ərazisində olan kafelərin birində spirtli içki qəbul etdikdən sonra qonşuluqda qaldıqları üçün yaşadıqları evlərin qarşısına gəlmişlər. Evlərinin qarşısına gəlib çatan zaman spirtli içki qəbul etdiklərinə və əhvallarının yaxşı olmasına görə Göyçay şəhərində piyada şəkildə gəzmişlər. 25 mart 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısına çatdıqda orada “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşlər. Həmin avtomobili idarə etmək qərarına gəlib ona yaxınlaşdıqda avtomobilin qapılarının açıq olmasını görmüşlər. Ətrafa nəzər salıb onları hər hansı şəxslərin görmədiyinə əmin olduqdan sonra Şahid3 sürücü tərəfdən o, isə ön sərnişin tərəfdən avtomobilə əyləşmişlər. Həmin vaxt Şahid3 avtomobili idarə etmək istəyən zaman açarın olmadığını görmüşdür. Həmin vaxt Şahid3 avtomobili işə salmaq üçün kontaktları uzlaşdıracağını və ona kömək etməsini bildirmişdir. O, Şahid3 kömək etdikdən sonra avtomobil işə düşmüşdür. Şahid3 avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışlar. Onlar təxminən 1-2 saat aralığında avtomobillə şəhər ərazisində gəzdikdən sonra Göyçay şəhəri Şəhriyar küçəsi istiqamətinə tərəf gəlmişlər. Həmin yerdə asfalt yol örtüyü qurtardığından torpaq yol ortüyü ilə hərəkət etmişlər. Biraz getdikdən sonra Şahid3 idarə etdiyi minik avtomobilini bataqlığa batırmışdır. Şahid3 avtomobili bataqlığa batdığını görüb avtomobili çıxarmağa çalışsa da, bu mümkün olmamışdır. Bundan sonra hər ikisi avtomobildən yerə enib avtomobilin arxa və ön dövlət qeydiyyat nişanlarını açaraq həmin hissədə olan bataqlığın içərisinə atıb yaşadıqları evlərə doğru getmişlər. Təxminən 2 ildir ki, narkotik vasitə qəbul edir. Həmin narkotik vasitələri əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. 31 iyul 2023-cü il tarixdə səhər saatlarında siqaret çəkmək üçün və hava almaq üçün Hacıqabul şəhəri ərazisinə çıxmışdır. Hacıqabul şəhərində yerləşən dəmir yolunun kənarında gəzən zaman yerdə 1 ədəd göy rəngli selofan görmüşdür. Selofanın xarici görünüşü onun diqqətini çəkmişdir. Bu səbəbdən həmin selofanı əlinə götürüb baxdıqda orada bir ədəd silah və büküm olduğunu, həmin bükümün içərisində isə “qara” kimi tanıdığı narkotik vasitə tiryəkin olmasını görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin selofan paketi gələcəkdə götürmək məqsədilə yaxınlıqda başqa bir yerdə gizlətmişdir. Tapdığı 1 ədəd silah və bükümdə olan narkotik vasitəni götürmək qərarına gəlmiş və 01 avqust 2023-cü il tarixdə günorta saatlarında selofanı gizlətdiyi yerə gəlmişdir. Gizlətdiyi göy rəngli selofanı götürüb içərisinə baxan zaman silahın və bükümün yerində olduğunu görmüşdür. İçərisindəki narkotik vasitəni istifadə etmək, silahı isə saxlamaq qərarına gəlmişdir. Buna görə də, bükümü əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş, silahı isə həmin şalvarın arxa hissəsinə keçirmişdir. Bundan sonra yaşadığı Hacıqabul şəhəri X.Məmmədov küçəsi istiqamətinə doğru hərəkət etmişdir. Bu zaman mülki formada olan iki nəfər şəxs ona yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və silah daşımaqda şübhəli olduğunu bildirirək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən polis geyimində olan və özünü Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və odlu silah saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. X9 onun hüquqlarının müdafiçəsi kimi dəvət olunmuş, təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı onun üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmiş, o, əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə tiryəki təqdim etmişdir. Aşkar olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 22,86 qram olduğu müəyyən edilmişdir. Bundan sonra o, şalvarının arxa hissəsinə keçirdiyi içərisində odlu silah olan selofanı təqdim etmişdir. X11 tərəfindən onun təqdim etdiyi büküm zərfə qoyularaq möhürlənmiş, tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə olduğunu, içərisində odlu silah və narkotik vasitə olan selofanı Hacıqabul rayonunda dəmir yolunun kənarından tapdığını bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və odlu silah əldə etməsi, üzərində saxlamaqla daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq natkotik vasitə və odlu silah əldə edib üzərində gəzdirməsi, eləcə də, onun narkotik vasitənin əldə etdiyi mənbənin ifşa edilməsi və üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onlar Təqsirləndirilən şəxs Hacıqabul şəhəri X.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotk vasitə və odlu silah saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya odlu silah olub-olmamasını soruşan zaman davranışları ilə onlarda bir daha şübhə yaratmış və bu səbəbdən həmçinin, Təqsirləndirilən şəxs üzərində axtarış aparılması üçün əlverişli şərait olmadığından onu Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində onlar Təqsirləndirilən şəxsla birlikdə X11un xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X9 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində olan bir ədəd selofan kəsiyinə bükülmüş tiryəkə bənzər kütləni, daha sonra şalvarın arxa hissəsinə keçirilmiş 1 ədəd göy rəngli selofana bükülmüş silahı təqdim edərək, hər iki əşyanı xx.xx.2023-cü il tarixdə tapdığını bildirmişdir. Bundan sonra X11 tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 22,86 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Şahid3 və Təqsirləndirilən şəxs tanımır, həmin şəxslərlə arasında heç bir ədavət və düşmənçilik yoxdur. Onun özünə məxsus istifadəsində olan “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobil qardaşı Məmmədhüseyn Məmmədovun adınadır, onun isə həmin avtomobilə dair etibarnaməsi vardır. O, “VAZ 21060” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilini 19 mart 2022-ci il tarixdə idarə edərək qayınatası X7 yaşadığı Göyçay şəhəri Nizami küçəsi ev 201 saylı binanın qarşısında saxlamışdır. Həmin gün bayramı orada qeyd etmişdir. Orada olan zaman spirtli içki qəbul etdiyindən avtomobil həmin ünvanda qoymuş və yaşadığı ünvana piyada getmişdir. O, evə gedən zaman qayınatasına tapşırmışdır ki, avtomobildə nəzarət etsin, sonra gəlib götürəcək. Avtomobilin açarını qayınatası İbada vermişdir. Özünün başqa avtomobili olduğu üçün həmin avtomobili idarə etmişdir. 25 mart 2022-ci il tarixdə saat 07 radələrində qayınatası İbad Sərkərov ona zəng edərək avtomobili saxladığı yerdə olmadığını bildirmişdir. Bundan sonra Göyçay RPŞ-nə müraciət edərək ona məxsus avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. İfadəsinin sonun Zərərçəkmiş şəxs bildirdi ki, avtomobilin oğurlanması nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir və buna görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Füzuli oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qohumu olduğu üçün onu əvvəldən tanıyır, lakin Zərərçəkmiş şəxs əvvəldən tanımır. 24 mart 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxsla birlikdə Göyçay şəhəri ərazisində olan kafelərin birində spirtli içki qəbul etdikdən sonra qonşuluqda qaldıqdan üçün yaşadıqları evlərin qarşısına gəlmişlər. Evlərinin qarşısına gəlib çatan zaman spirtli içki qəbul etdiklərinə və əhvallarının yaxşı olmasına görə Göyçay şəhərində piyada şəkildə gəzmişlər. 25 mart 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısına çatdıqda orada “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşlər. O, şəxsi işləri ilə Ağdaş şəhərinə getməli imiş və buna avtomobili qaçırmaq qərarına gəlmişlər. Avtomobilə yaxınlaşdıqda qapılarının açıq olmasını görmüşlər. Ətrafa nəzər salıb onları hər hansı şəxslərin görmədiyinə əmin olduqdan sonra o, sürücü tərəfdən Təqsirləndirilən şəxs isə ön sərnişin tərəfdən avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobilin açarları üstündə olmuşdur. Onlar avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışlar. Onlar təxminən 1-2 saat aralığında avtomobillə şəhər ərazisində gəzdikdən sonra Göyçay şəhəri Şəhriyar küçəsi istiqamətinə tərəf gəlmişlər. Həmin yerdə asfalt yol örtüyü qurtardığından torpaq yol ortüyü ilə hərəkət etmişlər. Biraz getdikdən sonra Şahid3 idarə etdiyi minik avtomobilini bataqlığa batırmışdır. O, avtomobili bataqlığa batdığını görüb avtomobili çıxarmağa çalışsa da, bu mümkün olmamışdır. Bundan sonra hər ikisi avtomobildən yerə enib avtomobilin arxa və ön dövlət qeydiyyat nişanlarını açaraq həmin hissədə olan bataqlığın içərisinə atıb yaşadıqları evlərə doğru getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumi təmiz çəkisi 22,705 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və H-47021 nömrəli, 28 kalibrli, ij-18 modelli, atəş açmaq üçün yararlı və saz vəziyyətdə olan təklüləli ov tüfənginin əldə edilməsi, saxlanılması və daşınması faktı üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-cü maddələri ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq azadlığı xx.xx.2023-cü il tarixdə saat 16:00-da məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə saat 16:40-da Hacıqabul RPŞnin inzibati binasında tutulmşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd selofan kəsiyi bükümündə narkotik vasitə olan tiryəkə bənzər maddə və əynindəki şalvarın kürək nahiyəsindən göy rəngli selofanın içərisində qundağı və lüləsi kəsilmiş 1 ədəd tək lüləli silah aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/768 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd polietilen torbacıqda təmiz çəkisi 22,705 qram olam maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram göstərilmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/630 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd H-47021 nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 28 kalibrli İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulla kəsilmiş və hazırda lüləsinin uzunluğu 311 mm, ümumi uzunluğu 512 mm olan silah öz ilkin təyinatını itirmiş İJ-18E modelli, çaxmaqsız, hamar təklüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texiki cəhətdən sazdır və atəş üçün yararlıdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-70/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut hesab edilməsi və saxlanc yerinə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 22,605 qram olan narkotik vasitə tiryək və 01 ədəd H-47021 nömrəli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, texiki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivsiz ov tüfəngi maddi sübut kimi tanınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə aktlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəza müddəti 3 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3186 saylı Əfv Fərmanına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Göyçay RPŞ-nin İB-nin müstəntiqi Şaiq Əşrəfli tərəfindən tərtib edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Göyçay RPŞ-nin İB-nin müstəntiqi Şaiq Əşrəfli tərəfindən tərtib edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. ƏN-İV №1844072 saylı xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, X3 mülkiyyətində olan “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2027-ci il tarixədək idarə etmək üçün Zərərçəkmiş şəxs vermişdir. AC№ 174075 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 saylı binanın qarşısıdır. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edildiyi yer Göyçay şəhəri Şəhriyar küçəsidir. Avtomobilə baxış zamanı ehtiyat hissələrinin üzərində olduğu müəyyən edildi. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanları Göyçay şəhəri Ə.Cavad küçəsində yerləşən su kanalının içərisində palçığa batmış vəziyyətdə aşkar edildi. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-3712-1222 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması fakti ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 02 ədədi Təqsirləndirilən şəxs sol əlinin ovuc və şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. Zərərçəkmiş şəxs Göyçay RPŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə qaytarılmış, bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 6314 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hacıqabul rayon İcra Hakimiyyətinin Hacıqabul şəhər İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1081 saylı arayışdan görünür ki, Həşimov X5 şəhəri, X.Məmmədov küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində övladı, 2019-cu il təvəllüdlü X4 var. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən tiryəki və texiki cəhətdən saz, atəş üçün yararlı olan, hamar təklüləli odlu yivsiz ov tüfənginin kəsiyini əldə etməsi və üzərində daşıyaraq saxlaması, habelə Şahid3 Füzuli oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarnamə ilə məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1 və 185.2.1-ci maddələrilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona məxsus “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə ona qaytarıldığınıı və təqsilrləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını (CM 59.1.4) və Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini (CM 59.1.12, 59.1.13) cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona vurulmuş ziyanı tam ödəmiş, buna görə də, Cinayət Məcəlləsinin 60.1-ci maddəsində nəzərdə tutulmuş qayda yəni, təyin olunan cəzanın müddətinin və ya həcminin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi yalnız Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə tətbiq edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, Məcəllənin 185.2.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni üç min manatdan altı min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki və texiki cəhətdən saz, atəş üçün yararlı olan, hamar təklüləli odlu yivsiz ov tüfənginin kəsiyini əldə etməsi və üzərində daşıyaraq saxlaması, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxsə məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməsi, əvvəllər ağır cinayət törətdikdən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əfv edilməsinə baxmayaraq yenidən müxtəlif xarakterli cinayətlər törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və şəxsiyyətini mənfi səciyyələndirilməsi kimi nəzərə alınır. Qeyd olunanlar nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunması mümkün hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin hər birinin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilməklə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmənin əvvəli faktiki tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 22,605 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul şəhər Polis şöbəsində saxlanılan 01 ədəd H-47021 nömrəli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, texiki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivsiz ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. (CPM 132.1.1) Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 22,605 qram narkotik vasitə tiryək məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 01 ədəd H-47021 nömrəli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, texiki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivsiz ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan “VAZ 21060” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs ğlundan tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-12/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-12/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver