Məhkəmə qərarları › İş №1(071)-12/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-12/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-12/2025 27.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(071)-117/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(071)- 266/2021 nömrəli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(071)- 462/2023 nömrəli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilmiş xx.xx.2024-cü il tarixli təqdimata əsasən xx.xx.2018-ci il tarixdən - xx.xx.2024-cü il tarixədək cəmi 9190,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X6 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmış, ayrılandan sonra uşaq anası ilə qalmışdır. Daha sonra Zərərçəkmiş şəxs uşaqla maraqlanılmadığını və heç bir maddi köməklik göstərilmədiyini əsas gətirərək boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, ilk əvvəl Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qətnaməsi ilə boşanmışlar və 100,00 manat aliment müəyyən edilmişdir. Həmin müddətlərdə alimenti hər ay ödəmiş və borcu yaranmamışdır. Daha sonra aliment məbləğinin artırılması üçün Zərərçəkmiş şəxs yenidən məhkəməyə müraciət etmiş və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə ona göndərilmişdir. Bildirişləri qəbul etsə də, aliment pulunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. İcra məmurunun qanuni tələbini icra etmədiyindən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuş, həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü iltarixli təqdimatına əsasən, xx.xx.2018ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 9190,00 manat manat aliment borcu yaranmışdır. Yaranmış həmin borcdan istintaq müddətində cəmi 1520,00 manat, məhkəmə baxışı zamanı isə 1754 manat ödəmişdir. Hazırda isə borcu 5916 manat borcu qalır. Hazırda qalıq qalan borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Belə ki, yenidən ailə qurmuş və həmin nikahdan iki az yaşlı övladı var, övladlarının xəstəliyi ilə bağlı kifayət qədər xərci çıxır. Qeyd olunan halın nəzərə alınmasını məhkəmədən xahiş edir. Verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, alimentin artırılması ilə bağlı məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, həmçinin alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bundan başqa o, işsizliklə bağlı aidiyyəti məşğulluq mərkəzinə müraciət etmiş və qeydiyyata götürülmüşdür. Lakin sonradan məşğulluq mərkəzinə getməmişdir. Evlərin tikintisində usta işləyir, stabil qazancı olmur. Şəxsi kartoçkasında qeyd edilən kreditlə bağlı onu deyə bilər ki, yoldaşına (sonradan ailə qurduğu Lamiyə Məmmədova) kreditlə telefon, həmçinin işlədiyi zaman istifadə etmək üçün direl-mikser aparatı götürmüşdür. 25,00 manat telefona, 25,00 manat isə direl aparatına ödəyir. İttihamda göstərilən aliment borcunu birdəfəlik ödəməyə maddi imkanı çatmasa da, həmin məbləği cari aliment borcu ilə birlikdə hissə-hissə ödəməyə çalışacaqdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, aliment borcunu bundan sonra da vaxtı-vaxtında ödəməyə çalışacağını, zərərçəkmiş şəxslə qalıq borcun hissə-hissə ödənişi ilə bağlı razılaşdığını bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X6 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, ilk əvvəl Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qətnaməsi ilə boşanmışlar və aliment müəyyən edilmişdir. Həmin müddətlər də Təqsirləndirilən şəxs alimenti ödəmişdir. Daha sonra aliment məbləğinin artırılması üçün yenidən məhkəməyə müraciət etmiş və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişləri qəbul etsə də, aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2023- cü il tarixli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti tam ödəməmiş və Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 9190,00 manat manat aliment borcu yaranmışdır. İşin istintaqa göndəriləcəyini bildikdən sonra həmin borcdan cəmi 1200,00 manat ödəniş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yenidən ailə qurmuş, hazırda iki az yaşlı övladı var. Məmmədov X5 Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək yaranmış cəmi 9190,00 manat aliment borcundan istintaq müddətində cəmi 1520,00 manat ödəmişdir. Daha sonra məhkəmə baxışı zamanı bir qisimini ödəmiş, hazırda borcu 5916 manat təşkil edir. O, Zakir Gülmalıyevdən ittihamda göstərilən aliment borcunun qalan hissəsinin ödənilməsini tələb edir. Daha sonra Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aliment borcunun ödənilməsi barədə razılığa gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs aliment borcundan hər ay 200 manat, cari aliment borcundan isə ödənilməli olan 154 manat olmaqla, hər ay cəmi 354 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə aliment borcunun ödənilməsilə bağlı razılığa gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs aliment borcundan hər ay 200 manat, cari aliment borcundan isə ödənilməli olan 154 manat olmaqla, hər ay cəmi 354 manat ödəyəcəyi barəsində Zərərçəkmiş şəxs ilə razılaşmışdırlar. Hazırda Təqsirləndirilən şəxs qeyd edilən şərtlər daxilində heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinə etirazı yoxdur. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-117/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 154,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra sənədi xx.xx.2018-ci il tarixdə Hacıqabul rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir rəsmi gəlir və əmlak aşkar edilməmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və məhkəmə qərarını icra etmədiyindən borclu Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə təqsirli bilinərək on gün və xx.xx.2023-cü il tarixli qərarı ilə on beş gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Təqsirləndirilən şəxs tələbin icra edilməsi yeni müddət verilmiş və ona bu barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs müvafiq işlə təmin olunması üçün Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X3 X1 filialına müraciət edilmişdir. Həmin təşkilatın xx.xx.2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, onun müvafiq işlə təmin olunması məqsədi ilə filialın əməkdaşları onun telefon nömrəsi ilə əlaqə saxlamağa çalışmış, lakin mümkün olmamışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs 9190,00 manat aliment borcu olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tələbkara ödəməli olduğu 10780.00 manat aliment pulundan ümumilikdə 1590.00 manat tələbkara ödəmiş, 9190.00 manat aliment borcu qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi icra etməyərək, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, onun müvafiq işlə təmin olunması üçün tərəfindən Ərazi Məşğulluq Mərkəzinə müraciət olunmuş, bu barədə Təqsirləndirilən şəxs məktub göndərilmiş, lakin Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə getməməklə yanaşı mərkəzin əməkdaşı tərəfindən onunla əlaqə qurulması təşəbbüsü də baş tutmamışdır. Bununla da o, dövlət adından çıxarılmış məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmışdır. Verilmiş suallara əsasən bildirmişdir ki, icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs onun rəsmi çağırışlarından yayınaraq şöbəyə gəlməkdən dəfələrlə imtina etmiş, onun barəsində axtarış elan edildikdən sonra məcburi qaydada şöbəyə gətirilmişdir. Bundan başqa məhkəmə baxışı gedişatında da borclu tərəfindən qismən ödənişlər həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Seymur oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 5-6 ildir ki tanıyır. Əvvəllər Zərərçəkmiş şəxs ilə evli olub ayrıldığını və həmin evliliyindən bir övladının olduğunu bilir. Həmin uşağa görə aylıq alimenti ödəmədiyinə görə on gün və on beş gün müddətində inzibati qaydada həbs edilib. Alimenti niyə ödəmədiyi barədə ondan soruşmamışdır. Təqsirləndirilən şəxs Hacıqabul şəhərində və qonşu rayonlarda ev tikintilərində usta kimi işləyir. Zəhmətkeş bir insandır. Amma aylıq qazancını bilmir. Natiq sonradan yenidən ailə qurub və ikinci evliliyindən iki az yaşlı övladı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)-117/2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-293/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, əvvəli qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Şöbəsinin rəisi İlkin Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-117/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Şöbəsinin rəisi İlkin Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli və Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarlardan görünür ki, xx.xx.1985-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, X6 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Hacıqabul rayon Məhkəməsinin 2(071)-117/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Təqsirləndirilən şəxs 10 (on) gün vaxt verilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(071)- 266/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(071)-14/2023 saylı qərardadından görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 117/2018 saylı, 21 fevral 2018-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(071)-462/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 313-12/2-86375/2024 saylı tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 305 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Məmmədov X5 şəhəri, Nəsimi küçəsi ev 3 mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, onunla razılığa gəlməsini, himayəsində iki azyaşlı uşağının olmasını, eyni zamanda yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Beləliklə, təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin davamlı icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bu hal digər tərəfdən uşağın üstün mənafeyinə də xələl gətirmiş olar. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Həmçinin qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində və məhkəməyə təqdim etmiş olduğu ərizədə təqsirləndirilən şəxslə aralarında aliment borcunun ödənilməsi barədə razılığın əldə olunduğunu əsas göstərərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tədbirinin seçilməsinə etiraz etmədiyini bilmişdir. Hazırda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı ərizəsində qeyd etmiş olduğu şərtlər daxilində şikayəti yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 180 (yüz səksən) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 180 (yüz səksən) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar