Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-120/2021 23.09.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi və Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1985-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.08.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib 7 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri X.Məmmədov küçəsi 19 №-li evdə qeydiyyatda olan, 17.04.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19.04.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,02 qram metadonu əldə edib daşıyaraq üzərində saxlamış, 17.04.2021-ci il tarixdə saat 11:40 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri X.Məmmədov küçəsi 14 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin təsiredici maddə onun əynində olan boz rəngli xətli şalvarının qabaq sağ cibindəki 1 ədəd kibrit qutusunun içərsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 16.04.2021-ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri X.Məmmədov küçəsində dəmir yol xəttinin yaxınlığı ilə gedən zaman, 1 ədəd kibrit qutusunu görmüş, həmin kibrit qutusunu götürüb açmış və içərsinə baxarkən orada təsiredici metadona oxşar maddənin olduğunu görmüş və qəbul etmək məqsədi özündə saxlamışdır. 17.04.2021-ci il tarixdə saat 11:40 radalərində yaşadığı Hacıqabul şəhəri X.Məmmədov küçəsi 14 №-li evinin yaxınlığından Hacıqabul RPŞ-yə dəvət olunmuş, RPŞ-də müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuşdur. O, əynində olan boz rəngli xətli şalvarının sağ cibində bir ədəd kibrit qutusunun içərsində olan təsiredici metadona oxşar maddəni polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Şahid Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 aprel 2021-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib, şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin gün saat 11:40 radələrində Hacıqabul rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri X.Məmmədov küçəsinə yollanmış, orada Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-yə dəvət etmişlər. RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli xətli şalvarının sağ cibindən bir ədəd kibrit qutusunun içərsində olan təsiredici maddə metadona oxşar maddəni çıxarıb təqdim etmişdir. Götürülmüş qeyd olunan psixotrop maddə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edərək imza etmişlər. Şahid Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə 17.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli xətli şalvarının qabaq sağ cibindən 01 ədəd kibrit qutusunun içərsində təsiredici metadona oxşar maddə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.04.2021-ci il tarixli 6/1506 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı olan zərfdə qəhvəyi rəngli dairəvi formalı ½ həb hissəsi metadon tərkibli dərman preparatıdır və ½ həb hissədən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir. 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. (iş v. 32-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkolorji tibbi yoxlamanın 08.07.2021-ci il tarixli 2206 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və onların sintetik anoloqlarından sui-istifadə edilməsi ilə nəticələnən yaranan aslılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 119-120) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 22.04.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.08.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib 7 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 13.06.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş v. 71-72) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.08.2016-ci il tarixli 7(101)-31/2016 saylı qərarı ilə yaranmış məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,02 qram metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, himayəsində faktiki nikahdan olan iki azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, ½ həb hissədən ½ tədqiqata sərf edildi, qalıq ¼ həb hissəsi metadon tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablanmalıdır. (iş v. 21). İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, ½ həb hissədən ½ tədqiqata sərf edildi, qalıq ¼ həb hissəsi metadon tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-120/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-120/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver