Məhkəmə qərarları › İş №1(071)-120/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-120/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-120/2022 01.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Azəryol” 54 saylı Xocalı istismar idarəsində sahə rəisi işləyən, məhkum olunmamış, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,211 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd sellofan kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli şalvarının ön sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunda yerləşən “Fədək” ailəvi istirahət mərkəzinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 33-də daimi qeydiyyatda olmaqla yaşayır. İki ildir ki, narkotik vasitə heroindən istifadə edir. Heroini tanımadığı şəxslərin kartlarına pul köçürməklə, onların göstərdiyi məkanlardan gedib götürür və istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində Yevlax şəhərində yaşadığı küçədə yolun kənarında yerdən 1 ədəd siqaret qutusu tapmış və həmin qutunun açıb içinə baxan zaman orada 1 ədəd sellofan bükümdə, narkotik vasitə heroin olmasını görmüş və heroini özü istifadə etmək üçün əynində olan şalvarının qabaq sağ cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində işi ilə əlaqədar olaraq yaşadığı Yevlax şəhərindən istifadəsində olan “Mersedes 190” markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X1 ilə birlikdə Bakı şəhər istiqamətinə hərəkətə başlamışdır. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 01:45 Hacıqabul rayon ərzisində yerləşən “Fədək” ailəvi istirahət mərkəzinin qarşısında avtomobilini saxlamışdır ki, ayaq yolundan istifadə etsin. O, ayaq yolunda üstündə olan heroindən bir az istifadə etmiş, qalanını cibinə qoymuşdur. Çölə çıxanda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra dərhal Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması ondan soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarının ön sağ cibində saxladığı 01 ədəd sellofan kəsiyi bükümündə olan heroini polis əməkdaşlarına təqdim etmiş, neroini Yevlax şəhərində yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının ön sol cibindən 56 manat pul aşkar edilmiş və pul özünə geri qaytarılmışdır. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokolu imzalamışdır. O, törətdiyi əməldən peşman olmuşdur. X1 “dializ” xəstəsidir. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri E.Məmmədov küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və Hacıqabul rayonu ərazisində olan “Fədək” restoranında olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qurupu yaradılmışdır. Onlar dərhal Hacıqabul rayonunda yerləşən “Fədək” ailəvi istirahət mərkəzinə getmişlər və Təqsirləndirilən şəxs “Fədək” ailəvi istirahət mərkəzinin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı polis kapitanı Röyal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi vəkil kimi təyin edilmiş və Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Röyal Məmmədov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroinə oxşar maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə narkotik maddə heroindir və Yevlax şəhərində yerdən tapmışdır və öz istifadəsi üçün üstündə saxlamışdır. Bundan sonra S.Vəlziadənin üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən 56 manat pul aşkar edilmiş, lakin əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış və Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Röyal Məmmədov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra onlar protokola imza etmişlər. Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə xx.xx.2022-ci il tarixdə saat 02:25-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyi aşkar edilmiş, həmin sellofan kəsiyinə baxış keçirilən zaman içərsində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin verdiyi xx.xx.2022-ci il tarixli 18/786 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,211 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ) . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator məcburinarkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4768 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan 1,211 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:45-dən cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:00-da saxlandığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işinin məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə 10:00-ə təyin edilmişdir. Təqsirləndirilən şəxsə bu barədə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə məhkəmə bildirişi göndərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə 10:00-da məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən işə baxılması xx.xx.2022-ci il tarixə saat 09:00-a təxirə salınmış və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-120/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmiş, xx.xx.2022-ci il tarixə saat 09:00-a təxirə salınmış məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs iştirakı məcburi təmin edilməsi Hacıqabul rayon Polis Şöbəsinə və Yevlax rayon Polis Şöbəsinə tapşırılmışdır. Hacıqabul rayon Polis Şöbəsi məhkəmənin qərarını icra etmiş və xx.xx.2022-ci il tarixə saat 09:00-a təxirə salınmış məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs iştirakı məcburi təmin etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il saat 01:45-dən xx.xx.2022-ci il saat 15:00-a kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,161 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il saat 01:45-dən xx.xx.2022-ci il saat 15:00-a kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,161 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar