Məhkəmə qərarları › İş №1(071)-120/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-120/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-120/2024 04.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 2024-cü ilin aprel ayının əvvəllərində saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL Astra” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yerləşən “el qəbiristanlığı”nın yaxınlığında boş sahədə quraşdırılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 01 ədəd metal elektrik dirəyini, yəni dövlət və ictimai əhəmiyyətli elektrik xəttinin metal dirəyini kəsib doğradıqdan sonra yük daşınması müqabilində razılaşdığı cinayətə aidiyyəti olmayan və istintaqa məlum olmayan şəxsə məxsus “Mercedes Atego” markalı avtomobilə yükləyərək oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus cəmi 4690 manat dəyərində olan yuxarıda göstərilən əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün 2024-cü ilin aprel ayının sonlarında saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL Astra” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yerləşən “el qəbiristanlığı”nın yaxınlığında boş sahədə quraşdırılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 01 ədəd metal elektrik dirəyini, yəni dövlət və ictimai əhəmiyyətli elekrik xəttinin metal dirəyini kəsib doğradıqdan sonra yük daşınması müqabilində razılaşdığı cinayətə aidiyyəti olmayan və istintaqa məlum olmayan şəxsə məxsus “Mercedes Atego” markalı avtomobilə yükləyərək oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus cəmi 4690 manat dəyərində olan yuxarıda göstərilən əmlakı təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün 2024-cü ilin may ayının əvvəllərində saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL Astra” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yerləşən “el qəbiristanlığı”nın yaxınlığında boş sahədə quraşdırılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 01 ədəd metal elektrik dirəyini, yəni dövlət və ictimai əhəmiyyətli elekrik xəttinin metal dirəyini kəsib doğradıqdan sonra yük daşınması müqabilində razılaşdığı cinayətə aidiyyəti olmayan və istintaqa məlum olmayan şəxsə məxsus “Mercedes Atego” markalı avtomobilə yükləyərək oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus cəmi 4690 manat dəyərində olan yuxarıda göstərilən əmlakı təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq üçün 2024-cü ilin iyun ayının əvvəllərində saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL Astra” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yerləşən “el qəbiristanlığı”nın yaxınlığında boş sahədə quraşdırılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 01 ədəd metal elektrik dirəyini, yəni dövlət və ictimai əhəmiyyətli elekrik xəttinin metal dirəyini kəsib doğradıqdan sonra yük daşınması müqabilində razılaşdığı cinayətə aidiyyəti olmayan və istintaqa məlum olmayan şəxsə məxsus “Mercedes Atego” markalı avtomobilə yükləyərək oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus cəmi 4690 manat dəyərində olan yuxarıda göstərilən əmlakı təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, əvvəllər məhkum olunmamışdır. İşsiz olduğu üçün maddi problemləri vardır. 2024-cü ilin aprel ayının əvvəllərində şəxsi işləri ilə əlaqədar etibarnamə ilə idarə etdiyi “OPEL Astra” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərinə gəldiyi zaman “el qəbiristanlığı” adlanan yerin yaxınlığında boş sahədə elektrik dirəklərinin olduğunu görmüşdür. Həmin dirəklərdən naqil keçmədiyi, paslanmış və istifadəyə yararsız olduğu üçün, onları kəsib aparıb metal qəbulu məntəqəsinə təhvil vermək qərarına gəlmişdir. Bu məqsədlə 2024-cü ilin əvvəllərində gecə vaxtı saat 01 radələrində Hacıqabul şəhəri yaxınlığında yerləşən “el qəbiristanlığı”nın yaxınlığına gələrək həmin dirəklərdən birini qaynaq vasitəsilə doğramış, sonra Şirvan şəhəində gələrək təxminən saat 04 radələrində Şirvan şəhərində Köhnə şəhər adlanan yerdə dayanan yük avtomobillərindən birinin sürücüsünün telefon nörəsini götürüb zəng etmiş və yük daşınması üçün gəlməsini xahiş etmişdir. Dövlə qeydiyyat nişanını xatırlamadığı Mercedes Atego markalı avtomobilin sürücüsü gəlmiş və adını xatırlamadığı sürücüyə Hacıqabul şəhərində köhnə işıq dirəyini doğradığını bildirmişdir. Həmin sürücüyə dirəyin oğurluq olmadığını, yararsız dirək olduğunu və bu barədə icazə aldığını bildirərək, yükün daşınmasına görə 100 manat pul verəcəyinə dair razılaşmışdır. Razılaşdıqdan sonra sürücü ilə birlikdə Mercedes Atego markalı avtomobillə dirəi kəsib doğradığı yerə gəlmiş və həmin doğradığı dirəyi avtomobilin yük yerinə yığmışdır. Yükü avtomobilə yığdıqdan sonra gətirib yaşadığı evin həyətinə boşaltdıqdan sonra razılaşdıqları kimi sürücüyə 100 manat pul vermişdir. Bundan sonra həmin dirəyin metalları ilə həyətində olan əvvəlcədən zibillikdən və çöl sahələrdən yığdığı metalları qarışdırıb hissə-hissə öz idarə etdiyi “OPEL Astra” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhərində yerləşən metal qəbulu məntəqələrinə verərək qarşılığında pul almışdır. Həmin dirəyi satıb qurtardıqdan sonra təxminən 1300 manat əldə etmişdir. Daha sonra eyni qaydada iki dəfə, 2024-cü ilin aprel ayından 2024-cü ilin may ayına qədər olan müddət ərzində 10-15 gün məsafə ilə Hacıqabul şəhəri yaxınlığında yerləşən “el qəbiristanlığı”nın yaxınlığına gələrək daha iki dirəyi doğrayıb, adını bilmədiyi sürücü sürücünün Mercedes Atego markalı avtomobili ilə həyətinə daşımışdır. Hər dəfə sürücüyə 100 manat pul vermişdir. Daha sonra isə idarə etdiyi avtomobillə həmi dirəkləri Şirvan şəhərində yerləşən metal qəbulu məntəqələrinə verərək əvəzində 1300 manat pul almışdır. Sonuncu dəfə 2024-cü ilin iyun ayının əvvəllərində yenidən Hacıqabul şəhəri yaxınlığında yerləşən “el qəbiristanlığı”nın yaxınlığına gələrək elektrik dirəyini doğrayaraq aşırtmış və yükün daşınması üçün sürücüyə zəng vurmuşdur. Sürücünü gözlədiyi zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq Hacıqabul Rayon Polis şöbəsinə aparmışdır. Oğurluq edən zaman onu heç kim görməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, dəymiş zərərin tam ödənildiyini, əvvəllər məhkum olunmadığını, ailəli olmasını və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi X1 ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, cinayət işinə onların iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlunun ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə verərək bildirmişdir ki, Azərbaycan Dəmir Yolları QSC-nin Hüquq Departamentində hüquqşünas vəzifəsində işləyir. Hacıqabul şəhəri ərazisində yerləşən Azərbaycan Dəmir Yolları QSC-nə məxsus olan 4 ədəd metal elektrik dirəkləri naməlum şəxs tərəfindən naməlum vaxtda oğurlanmışdır. Bununla əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nə ümumilikdə 18760 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli tarixli protokol və ona əlavə edilən foto-cədvəllərdən görünür ki, hadisə yeri Hacıqabul şəhəri yaxınlığında yerləşən “el qəbiristanlığı” adlanan ərazidir. Baxış zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin ərazidə kəsilib aşırılmış metal elektik dirəyini və kəsilib doğranaraq oğurlanmış dirəyin yerləşdiyi yeri göstərmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 01 ədəd dəmir dirək maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 20:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs yazılı izahatlar zamanı verdiyi ifadələri cinayətin törədilmə yerlərində bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/6826 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən "xxxx" QSC-yə məxsus olan 04 ədəd istismara yararlı olmayan hər birinin ümumi uzunluğu 25,7 metr, alt traversə qədər uzunluğu 15,5 metr və ağırlığı 7003 kiloqram olan metal elektrik dirəklərinin (metal qırıntı kimi) hadisə baş verən tarixə, yəni 2024-cü ilin iyul ayına orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3151,00 (7003 kq x 0,45) manat müəyyən edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-40/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il, saat 19:00dan hesablanmaqla 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şirvan şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xaiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1990cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. ünvan 3 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Evlidir və himayəsində 2019-cu il təvəllüdlü X2, 2016cı il təvəllüdlü X3, 2023-cü il təvəllüdlü X4 adlı azyaşlı uşaqları vardır. Məhkəmə-tibb eskspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs obyektiv müayinəsi zamanı xx.xx.2024-cü il tarixə uyğun heç bir zədə aşkar edilməmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair“ xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd dəmir dirək maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. "xxxx" QSC-i tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tamamilə ödənilmiş, hər hansı şikayət və tələbləri mövcud deyil. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Plenum Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Plenum Qərarının 18-ci bəndinə əsasən şəxs tövsifedici əlamətlər olmadan özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Məhkəmə onu da, qeyd edir ki, təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərində oğurluq həmin xətlər dövlət və ictimai əhəmiyyətli olduğu hallarda Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətləri o halda dövlət və yə ictimai əhəmiyyətli sayılır ki, həmin xətlərin mülkiyyətçisi dövlət və ya yerli özünüidarə orqanı olsun, yaxud belə xətlər xüsusi mülkiyyətdə olsa da, yerli əhalinin və ya bir çox insanın tələbatını ödəmiş olsun. Hazır ki, cinayət işində Təqsirləndirilən şəxs tərəfindən talanmış metal elektrik dirəkləri dövlətin mülkiyyətində olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan şəxsin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (59.1.4, 59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olumamasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı göründüyünü, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, qətimkan tədbiri qismində həbsdə saxlanıldığı müddətlər Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli manat) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu, habelə qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 2 (iki) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 05 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut hesab edilmiş 01 ədəd dəmir elektrik dirəyinin zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 saata görə 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar