Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-120/2025 20.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 237.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Hacıqabul rayonu Nəvahi kəndində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Navahi kəndinə daşımış, 16 iyun 2025-ci il tarixdə saat 17:44-də Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Navahi kəndində yerləşən “Tural” adlı restoranda saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,672 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sağ arxa cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, narkotik vasitə və psixotrop maddələrin saxlanılması və kultivasiyası ilə məşğul olduğu üçün Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinə əsasən təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2024-cü ildə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. 16 iyun 2025-ci il tarixdə saat 16 radələrində işdən çıxıb evə gedən zaman əvvəllər tanıdığı məhkum yoldaşı Hacıqabul şəhər sakini Şahid5 istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsi ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək çay içmək təklifini vermişdir. O, Coşqunla razılaşaraq Hacıqabul rayonu Navahi kəndində yerləşən “Oba” marketin qarşısında onu gözləməyəcəyini bildirmişdir. Təqribən 15 dəqiqə sonra “Oba” marketin qarşısına çatmış və Şahid5 ilə görüşərək Hacıqabul rayonu Navahi kəndində yerləşən “Tural” adlı restorana getmişdirlər. Onlar oturub çay içən zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini elan etmişdirlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Özünü Hacıqabul rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Polis əməkdaşları üzərində yoxlama aparmağa başlayarkən onun əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd sellofan büküm aşkar edərək götürmüşlər. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,78 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan əlavə olaraq üzərində olan qara rəngli pul kisəsinin içərisindən arabir istifadə etdiyi ağrıkəsici dərman həbləri aşkar olunmuşdur. Bundan sonra Şahid5 üzərində yoxlama aparılacağı barədə məlumat verilmiş və üzərində yoxlama aparılan zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişdirlər. Özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Tariyel Səfərov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşdur. O, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində heç bir qanunla qadağan olunmuş maddə və predmet olmamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə polis əməkdaşları tərəfindən onun əynindəki şalvarın cibinə qoyulmuşdur. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyinə görə onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlində özünü təqsirli bilməklə ifadə verərək bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə məhkum olunmuş, 09 avqust 2024-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Bədənində ağrılar hiss etdiyindən arabir “patı” yəni psixotrop maddə metamfetamindən və ağrı kəsici dərmanlardan istifadə edir. 16 iyun 2025-ci il tarixdə saat 16 radələrində işdən çıxıb evə gedən zaman əvvəllər tanıdığı məhkum yoldaşı Hacıqabul şəhər sakini Şahid5 istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsi ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək çay içmək istədiyini bildirmişdir. O, evə tez getmək istəmədiyi üçün Coşqunla razılaşaraq Hacıqabul rayonu Navahi kəndində yerləşən “Oba” marketin qarşısında onu gözləməsini bildirmişdir. Həmin vaxt “Oba” marketə piyada gedən zaman yolun kənarında yerdə bir ədəd sellofan bükümün olduğunu görmüşdür. Sellofan büküm onun diqqətini çəkdiyi üçün onu yerdən götürüb içərisinə baxmışdır. Orada “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özü narkotik vasitələrin istifadəçisi olduğu üçün kağız bükümün içərisindəki “patı” kimi tanıdığı maddəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin psixotrop maddəni yerdən götürüb əynində olan qara rəngli şalvarın sağ arxa cibinə qoymuş və hərəkət etməyə davam etmişdir. Təqribən 15 dəqiqə sonra “Oba” marketin qarşısına çatmış və Şahid5la görüşüb Hacıqabul rayonu Navahi kəndində yerləşən “Tural” adlı restorana getmişdirlər. Onlar oturub çay içən zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışdırlar. Həmin şəxslər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağım ona bildirib hüquq və vəzifələrini elan etmişdirlər. Özünü Hacıqabul rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Polis əməkdaşları üzərində yoxlama aparmağa başlayarkən onun əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd sellofan büküm aşkar etmişdirlər. Həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,78 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda psixotrop maddə olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan əlavə olaraq üzərində olan qara rəngli pul kisəsinin içərisindən arabir istifadə etdiyi ağrıkəsici dərman aşkar olunmuşdur. Bundan sonra Şahid5 üzərində yoxlama aparılacağı barədə məlumat verilmiş və üzərində yoxlama aparılan zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişdirlər. Özünü Hacıqabul rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Tariyel Səfərov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşdur. O, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyun 2025-ci il tarixdə Hacıqabul rayonu Navahi kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 16 iyun 2025-ci il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2, X10 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul rayonu Navahi kəndi ərazisində əməliyyat tədbirini qurmuşdurlar. 16 iyun 2025ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Navahi kəndində yerləşən Tural adlı restoranda əyləşməsini görmüşdürlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq özlərini təqdim etmiş, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin zaman Təqsirləndirilən şəxs yanında özünü Şahid5 kimi təqdim edən şəxsdə var idi. O, Təqsirləndirilən şəxsa qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsa üzərində yoxlama aparılacağını bildimiş, protokol tərtib etmiş, hüquq və vəzifələrini ona elan etmiş, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. O, Təqsirləndirilən şəxsa üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. O, ilk öncə əynində olan paltarlarda yoxlama aparmış, onun üzərində olan qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd sellofan büküm aşkar edib götürmüşdür. Həmin büküm açıldıqda psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra aşkar olunaraq götürülən psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,78 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş pul kisəsinə baxış keçirirərkən içərisindən 01 ədəd və yarımçıq həb aşkar etmiş və həmin həblər zərfə qoyularaq möhürlənmişdir. Daha sonra o, Şahid5 üzərində yoxlama aparılacağı barədə məlumat verib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. O, Şahid5 üzərində yoxlama aparmış, lakin onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmiş, birlikdə polis şöbəsinə gəldikdən sonra sənədləşmələr Hacıqabul rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Taryel Səfərova tərəfindən davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3, Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, o, şahidlər Şahid3, Şahid1 və Şahid4 ilə eyniməzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 15 yanvar 2022-ci il tarixdə azadlığa buraxılmışdır. Həmin gündən bu günə heç bir narkotik vasitədən istifadə etməmişdir. O, Təqsirləndirilən şəxslə bir yerdə cəza çəkmiş və həmin vaxtlardan aralarında dostluq münasibətləri yaranmışdır. Azadlığa buraxıldıqdan sonra onlar bir müddət görüşməmiş, arabir mobil telefon vasitəsi ilə söhbət etmişlər. 16 iyun 2025-ci il tarixdə o, istifadəsində olan mobil nömrə ilə ***-***-**-** dostu Təqsirləndirilən şəxs istifadəsində olan hal-hazırda xatırlamadığı mobil nömrəsinə yığaraq onunla görüşmək istədiyini bildirmişdir. O, həmin vaxt işdən çıxdığını və onu Hacıqabul rayonu Navahi kəndində yerləşən “Oba” marketin qarşısında gözləyəcəyini bildirmişdir. Onlar görüşdükdən sonra Hacıqabul rayonu Navahi kəndində yerləşən “Tural” restoranına getmişdirlər. Çay içməyə başlayarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışdırlar. Həmin şəxslər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdirlər. Bu zaman polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayaraq onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları onların üzərlərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini onlara elan etmişlər. Özünü Hacıqabul rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onların üzərlərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Polis əməkdaşları ilk öncə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlayarkən onun əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd sellofan büküm aşkar etmişdirlər. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,78 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda psixotrop maddə olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan əlavə olaraq onun üzərində olan qara rəngli pul kisəsinin içərisindən ağrıkəsici dərman aşkar olunmuşdur. Bundan sonra onun üzərində yoxlama aparılacağı barədə məlumat verilmiş və üzərində yoxlama aparılan zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatlı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd selofan bükülü aşkar edildi. Bükülü açıldıqda içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Həmin bükülü elektron tərəzidə çəkilərkən çəkisinin 0,78 qram olduğu müəyyən edildi. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə elekton tərəzidə çəkilmiş və çəkisinin 0,78 qram olması müəyyən edilmişdir. Bundan sonra psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/476 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,672 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanununun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4096 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,622 qram qalan psixotrop maddə metamfetamin, 0,069 qram həb qırıntıları və 3 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2336 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd tabletka; Qablaşdırdı: imza Muxtarov.M yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə 01 (bir) ədəd açıq qəhvəyi rəngli bütöb formada həbin və təmiz çəkisi 0,119 qram olan açıq qəhvəyi rəngli həb qırıntılarının tərkibində Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahılarına” daxil olan komponentlər yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həb qırıntıları iş üçün əhəmiyyət kəsb etmədiyindən məhkəmə həmin maddələrə münasibət bildirməyi zəruri hesab etmir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:44-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 19:20-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 1197 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Hacıqabul rayon İHB-nın Navahi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Hənifəyev X4 rayonu Navahi kəndində ailə üzvləri: həyat yoldaşı X3, oğlu – 2021-ci il təvəllüdlü X6 və qızı – 2019-cu il təvəllüdlü X2 ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın Navahi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətindən görünür ki, Hənifəyev X4 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2341, 237.1, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq 2 gün ərzində Hacıqabul RPŞ-nin MSY-də saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun əynində olan şalvarın arxa cibinə qoyulduğunu bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmişdir. Baxmayaraq ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, 16 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Hacıqabul rayonu Navahi kəndində yerləşən “Tural” restoranında çay içərkən polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs üzərində axtarış aparmış və axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,78 qram olduğu müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluq ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması məlum olur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri tətbiq edilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,622 qram qalan psixotrop maddə metamfetamin və 0,069 qram həb qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2025-ci il tarixli, 4451 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 165 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi təmiz çəkisi 0,622 qram qalan psixotrop maddə metamfetamin və 0,069 qram həb qırıntıları məhv edilsin, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 120,95 manat (yüz iyirmi manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 165 (bir yüz altımış beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-120/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-120/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver