Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-122/2021 14.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Hacıqabul rayon Məhkəməsinin 05.05.2015-ci il tarixli 1(071)-32/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Hacıqabul rayon Məhkəməsinin 26.09.2017-ci il tarixli 7(071)- 06/2017 nömrəli qərarı ilə 3.000 manat cərimə cəzası - qazancının 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, Hacıqabul şəhəri M.Müşfiq küçəsi 20 №-li evdə qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20.08.2021ci il tarixdə saat 14:00 radələrində Hacıqabul şəhəri X.Məmmədov küçəsi 105 nömrəli evin həyətində qaynanasının xalası Zərərçəkmiş şəxs Əlisahib qızı ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı, qəsdən S.Xudayarvanın sifət nahiyyəsinə kəllə ilə vuraraq, ona hər iki göz almasının alt və üst göz qapaqları üzərinin qançırları, alt çənənin sol hissəsinin qançırı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan, həmçinin qapalı kəllə beyin travması, beyin silkələnməsi kimi sağlamlığın qısa müddətət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Əlisahib qızının sağlamlığına qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək, məhkəməyə ərizə təqdim etdi və göstərdi ki, Zərərçəkmiş şəxs Əlisahib qızı ilə barışmışdır, törətdiyi əməldən peşman olmuşdur. Ona görə də, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Əlisahib qızı 11.10.2021-ci il tarixdə məhkəmənin hazırlıq iclasında ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığı, hazırda ona qarşı heç bir şikayəti və tələbi olmadığı bildirmişdir. İşin icraatına xitam verilməsini və növbəti məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs Əlisahib qızı 11.10.2021-ci il tarixli ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hacıqabul rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının 25.08.2021-ci il tarixli 273 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əlisahib qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-hər iki göz almasının alt və üst göz qapaqları üzərinin qançırları. Alt çənənin sol hissəsinin qançırı, QKBT, beyin silkələnməsi. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 4-5 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarıətlərdən qançırlar sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. QKBT, beyin silkələnməsi isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İş v. 43-45) Hacıqabul rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının 25.08.2021-ci il tarixli 274 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (İş v. 46-47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kürdəmir rayon Psixiatriya xəstəxanasının 30.09.2021-ci il tarixli 257 saylı məktubdan görünür ki, Hacıqabul şəhəri M.Müşfiq küçəsi ev 20-də yaşayan xx.xx.1994-cü il təvəllüdlü X2 16.09.2021-ci il tarixdən 29.09.2021-ci tarixə qədər Kürdəmir rayon Psixiatriya xəstəxanasında stasionar şəraitdə müaəlicə olunmuşdur. 29.09.2021-ci il tarixdə saat 15:30-da xəstə Təqsirləndirilən şəxs qohumlarının müşayiəti ilə evə yazılmışdır. Diaqnoz: Mülayim dərəcə ifadə olunmuş emosional davamsız pozğunluq. Həkim Məsləhət Komissiyası Təqsirləndirilən şəxs hal-hazırda məhkəmə iclasında iştirakına məqbul hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi 09.10.2021-ci il tarixli 8595 saylı məktubla məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Posttravmatik stress pozuntusu, şəxsiyyət dəyişikliyi ilə” diaqnozu ilə 08.10.2021-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Psixi vəziyyəti qənaətbəxş olduğuna görə məhkəmədə işirak edə bilər. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 24.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 05.05.2015-ci il tarixli 1(071)-32/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Hacıqabul rayon Məhkəməsinin 26.09.2017-ci il tarixli 7(071)- 06/2017 nömrəli qərarı ilə 3.000 manat cərimə cəzası - qazancının 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini dinləyib, Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs Əlisahib qızının barışmalarına dair 11.10.2021-ci il tarixli ərizələrini nəzərdən keçirib, ekspertiza aktlarını, iş materiallarındakı sənədləri araşdırıb, Təqsirləndirilən şəxs törətdikləri əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, 44 günlük ikinci Qarabağ müharibəsində Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etməsini, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 43.3, 175, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-122/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-122/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver