Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-122/2022 28.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Hacıqabul rayonu Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi qaydada bərbər işləyən, Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 155 və 156.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarında, saat 13:30 radələrində Hacıqabul rayonu Qarasu kəndində yaşayan qonşusu və qohumu Zərərçəkmiş şəxs1 başqa şəxslə yaxın münasibətdə olmasından şübhələnib bunu aşkara çıxarmaq qərarına gələrək, sonuncunun yaşadığı evə gedib onun mobil telefonunu proqram yükləmək adı ilə aldıqdan sonra, öz mobil telefonundan “web.whatsapp.com” internet saytına daxil olaraq saytda göstərilən “QR” kodu Zərərçəkmiş şəxs1 telefonundakı “whatsapp” sosial şəbəkəsinə icazəsiz daxil olub skan etməklə, həmin “whatsapp” sosial şəbəkəsini öz mobil telefonuna yönləndirərək, Zərərçəkmiş şəxs1 gizli onun “whatsapp” sosial şəbəkəsindəki yazışmalarını həmin gün saat 20:00 radələrinə kimi qanunsuz izləməklə, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə şəxsi həyatının sirrini təşkil edən “whatsapp” sosial şəbəkəsi üzərindən ötürülən yazışmalarının məzmunu ilə tanış olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazışma sirrini pozmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs qeyd olunan “whatsapp” sosial şəbəkəsi üzərindən ötürülən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi həyatlarının sirrini təşkil edən, onların kənar şəxslərə məlum olmasını istəmədikləri yazışmaların 4 (dörd) ədəd fotosunu həmin yazışmaların aid olduğu şəxslərin razılığı olmadan mobil telefonunun ekran görüntüsü kimi çəkib özündə saxlayaraq qanunsuz toplamaqla və 4 (dörd) gün sonra həmin foto materialları üzə çıxarmaqdan ötrü Zərərçəkmiş şəxs1 qaynı Şahid1 mobil telefonuna göndərib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi həyatının sirrini təşkil edən məlumatları, belə məlumatları əks etdirən foto çəkiliş materiallarını başqasına verməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi həyatlarının toxunulmazlığını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 155 və 156.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 tanıyır, onunla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 onun qonşusu İlqar Hüseynovun həyat yoldaşıdır və Hacıqabul rayonu Qarasu kəndində İlqarın mərhum atasına məxsus fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs1 yaşadıqları evi Hacıqabul rayonu Qarasu kəndində yerləşən "xxxx" şirkətində işləyən şəxslərə kirayəyə vermək qərarına gəlmiş və evi şirkətin işçilərinə kirayəyə verdikdən sonra Mədinə uşaqları və qayınanası Səməngüllə birlikdə onun valideynləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində yaşamağa başlamışlar. Səməngüllə qohumluq əlaqələri var. O, öz ailə üzvləri ilə birlikdə həyətlərində yerləşən 2 mərtəbəli evdə yaşayır, Mədinəgilin onların evinin həyətində yerləşən birmərtəbəli köhnə evdə yaşamağa başlamışlar. Mədinənin əri İlqar evləri yiyəsiz qalmasın deyə öz evlərində kirayəçilərlə birlikdə yaşamışdır. İlqar Hüseynov əqli cəhətdən qüsurludur və baş verənləri düzgün başa düşməkdə çətinlik çəkir. Mədinə və qayınanası Səməngül hər gün səhər saatlarında işçilər işə gedən vaxt öz evlərinə gedib təmizlik edirlər. Axşam işçilər işdən gələn vaxt isə onların evinə qayıtdırdılar. Əksər vaxtlarda Səməngül nəvələri ilə birlikdə axşam işçilər evlərinə gələn zaman onlara qayıtsa da Mədinə gec gəlirdi. O, kənddə bərbər işləyir, hər gün işdən saat 22:00 radələrində çıxıb evinə gəlir, 2022-ci ilin may ayının xatırlamadığı günündə gecə işdən evə qayıdarkən Mədinəgilin evində qalan kirayəçilərdən Zərərçəkmiş şəxs2 küçədə evlərinin yaxınlığında durduğunu və Mədinənin əlində telefonun işığını yola salaraq onların evinə tərəf getdiyini görmüşdür. Bu zaman Mədinə ilə Şirxanın arasında münasibət olduğundan şübhələnmiş, Elxanın Mədinəni ötürmək üçün yola çıxdığını fikirləşmişdir. Mədinə onlarla bir ünvanda yaşadığı və qohumluq əlaqələri olduğundan onun başqa şəxslə münasibətdə olması və evə gec gəlməsi ona pis təsir etmişdir. Mədinənin Şirxanla münasibətinin olmasından şübhələndiyinə görə bu məsələni üzə çıxarmaq qərarına gəlmişdir. Mədinənin mobil telefonunda olan “whatsapp” sosial şəbəkəsini öz telefonuna yönləndirib, onun kiminlə danışdığını və münasibətdə olduğunu xəbər tutmaq qərarına gəlmişdir. Növbəti gün evdə günorta yeməyi yedikdən sonra Mədinəgilin öz evlərinə gedərək, saat 13:30 radələrində onunla söhbət edib işlətdiyi mobil telefonunu proqram yazacağını deyərək istəmişdir. Mədinə ona inanıb mobil telefonunu vermişdir. Bu vaxt öz mobil telefonundan “web.whatsapp.com” saytına daxil olaraq orada olan “QR” kodu Mədinənin telefonunun “whatsapp”-na daxil olaraq skan etmiş və Mədinənin “whatsapp” yazışmaları onun telefonunda görünmüşdür. Mədinə mobil telefondan yaxşı anlamadığı üçün onun nə etdiyini başa düşməmişdir. Mədinənin “whatsapp” yazışmalarını ələ keçirdikdən sonra bir söz demədən telefonu qaytarmışdır. Mədinənin həmin gün “whatsapp”-la olan bütün danışıqlarını öz telefonu ilə izləmişdir, Mədinənin Şirxanla olan yazışmalarını isə telefonunda ekran görüntüsü kimi çəkərək 4 ədəd foto şəklində saxlamışdır. Həmin gün saat 20:00 radələrində əlaqə kəsilmiş və Mədinənin yazışmalarını daha izləyə bilməmişdir. Telefonu ilə Mədinənin “whatsapp”-ından çəkib götürdüyü şəkillərdən artıq Mədinənin Şirxanla yaxın münasibəti olduğunu görmüşdür. Mədinənin yazışmalarını telefonda çəkib saxladığı gündən 4 gün sonra bu məsələnin üstünü açmağa qərar vermiş və saat 19:00 radələrində Mədinənin qaynı Şahid1la görüşmüşdür. O, Vəkalətlə birlikdə Şirxanla görüşmüşlər. O, Vəkalətə telefonda çəkdiyi Mədinənin “whatsapp”-da Şirxanla olan yazışmalarını göstərərək, Mədinənin əməlləri barədə ona məlumat vermişdir. Daha sonra həmin şəkilləri Vəkalətin telefonuna göndərmişdir. Vəkalət həmin şəkillərə baxdıqdan sonra Şirxanla söhbət etmişdir. Vəkalət bu məsələ ilə özü məşğul olacağını bildirmişdir. Vəkalət bu yazışmaları kağız şəklində çap edərək evlərinə aparıb ailə üzvlərinə və Mədinəyə göstərmişdir. Onların arasında bu söhbət üstündə ailə münaqişəsi olmuşdur. Mədinə uşaqları ilə birlikdə gedib anasının evində yaşamağa başlamışdır. Bu hadisədən təxminən 3 ay keçdikdən sonra Mədinə “102” xidmətinə zəng edərək, onun barəsində şikayət etdiyini öyrənmişdir. Etdiyi əməlin cinayət məsuliyyəti yaradacağını dərk etməmişdir. O, törətdiyi əməldən peşman olmuşdur. Evlidir, arvadı hamilədir, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayonu Qarasu kəndində yaşayan İlqar Hüseynov ilə 11 ildir ailə qurmuşdur. X6 2-ci qrup əlildir və əqli qüsurlu olmaqla öz fikirlərini ifadə etməkdə və başa düşməkdə çətinlik çəkir. Evləndiyi vaxtdan etibarən Hacıqabul rayonu Qarasu kəndində İlqarın atası Ağagülə məxsus fərdi yaşayış evində yaşamışdır. Qayınatası Ağagül 2021-ci ilin dekabr ayında vəfat etmişdir. Bir neçə ay sonra maddi cəhətdən sıxıntıları olduğu üçün yaşadıqları evi kirayəyə vermək qərarına gəlmişlər. Əvvəlcə evi kirayəyə verməyə qayınanası Səməngül razı olmamış, daha sonra qonşusu Təqsirləndirilən şəxs anası Ədibənin ona öz evlərini kirayəyə verib, gəlib onların həyətindəki köhnə evdə qalmaqlarını təklif etmişdir. Bundan sonra qayınanası Səməngül evi kirayəyə verməyə razılaşmışdır. Onlar yaşadıqları evi Hacıqabul rayonu Qarasu kəndində yerləşən "xxxx" şirkətində işləyən şəxslərə aylıq 700 manata kirayəyə vermişlər. Həmin pulun 600 manatı evin kirayə haqqına görə, 100 manatı isə evin təmizlik işlərinə görə ödənilirdi. Evdə təxminən 6-7 işçi qalırdı və onları tanımırdı. Evi kirayəyə verdikdən sonra qonşusu Ədibəgilin həyətində olan birmərtəbəli yaşayış evində yaşamağa başlamışlar. Ədibəgil isə ailə üzvləri ilə birlikdə həyətdə olan 2 mərtəbəli evdə yaşayırdılar. Qayınanası Səməngül və 3 uşağı ilə birlikdə Ədibəgilin evində yaşamışlar, X6 isə evləri yiyəsiz qalmasın deyə kirayəçilərlə birlikdə qalmışdır. Hər səhər kirayəçilər işə getdikdən sonra qayınanası Səməngüllə birlikdə evlərinə gedib evi təmizləyib səliqəyə salmışlar. Axşam işçilər gələndə isə Ədibəgilə qayıtmışlar. Bir müddətdən sonra evlərində kirayə qalan şəxslərdən Zərərçəkmiş şəxs2lə yaxın münasibəti yaranmışdır. Şirxanla mobil telefonda olan “whatsapp” sosial şəbəkəsi üzərindən şəxsi mesajlar yazaraq danışmışlar. 2022-ci ilin may ayının sonlarında qonşusu Ədibənin oğlu Təqsirləndirilən şəxs günorta saatlarında onun yaşadığı evə gələrək, telefonuna proqram yükləyəcəyini deyib, onun telefonunu istəmişdir. O, telefonunu Elxana vermişdir. Həmin vaxt Elxan öz mobil telefonundan “web.whatsapp.com” saytına daxil olaraq orada olan “QR” kodu onun telefonunun “whatsapp”-na daxil olaraq skan etmiş və onun “whatsapp” yazışmalarını xəbərsiz ələ keçirərək izləməyə başlamışdır. Telefondan yaxşı anlamadığı üçün bundan məlumatsız olmuşdur. Elxan həmin gün axşama kimi onun “whatsapp”ında olan ayrı-ayrı şəxslərlə danışıqlarını izləmişdir. Onun Şirxanla olan şəxsi danışıqlarını isə telefonunda çəkib saxlamışdır. Bundan sonra Elxan onun Zərərçəkmiş şəxs2lə olan şəxsi münasibətlərini əks etdirən “whatsapp” yazışmalarını qaynı Şahid1 göstərərək, ona göndərmişdir. Vəkalət də həmin fotoları kağız formasında çap etdirib yaşadıqları evə gəlmiş, yazışmaları ona və ailə üzvlərinə göstərmişdir. Bundan sonra evdə ailə münaqişəsi yaranmışdir. O, evdə olan söz-söhbətə görə Salyanda yaşayan anası Sevdanın evinə gedib uşaqlarla birlikdə orada yaşamağa başlamışdır. Daha sonra “102” xidmətinə yığaraq Elxandan şikayətçi olmuşdur. Elxan onun şəxsi həyatının toxunulmazlığını pozmuşdur. O, bütün baş verənlərin təqsirkarı Elxandır. Elxan ondan gizli mobil telefonunda olan “whatsapp” yazışmalarını özünə yönləndirərək, onun şəxsi həyatına müdaxilə etmişdir. Onun şəxsi həyatının toxunulmazlığını pozmuş və ailəsinin dağılmasına səbəb olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, o, məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 2022-ci ilin fevral ayından may ayına kimi olan dövrdə Hacıqabul rayonu Qarasu kəndində yerləşən "xxxx" şirkətində yük maşını sürücüsü kimi işləmişdir. Həmin dövrdə işlə əlaqədar Hacıqabul rayonu Qarasu kəndində kirayədə yaşamışdır. 2022-ci ilin may ayından etibarən Hacıqabul rayonu Qarasu kəndində yerləşən İlqar Hüseynova məxsus fərdi yaşayış evində 7-8 nəfər şirkətin digər işçiləri ilə birlikdə yaşamağa başlamışdır. Evin kirayə haqqı şirkət tərəfindən ödənilmişdir. Hər səhər işçilər işə getdikdən sonra ev sahibləri olan İlqar Hüseynovun həyat yoldaşı Zərərçəkmiş şəxs1 və anası Şahid2 gəlib evin təmizlik işlərini görmüşlər. Axşam saatlarında isə yaşadıqları qonşuların evinə getmişlər. Onlar qonşuları Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində olan birmərtəbəli tikilidə yaşamışlar. İlqar isə onlarla birlikdə öz evində qalmışdır. O, kirayədə yaşadığı müddətdə Zərərçəkmiş şəxs1 ilə yaxın münasibəti yaranmış, telefonda olan “whatsapp” sosial şəbəkəsi üzərindən danışmağa başlamışlar. 2022-ci ilin may ayının sonlarında xatırlamadığı gün Zərərçəkmiş şəxs1 qaynı Şahid1 onu evdən çağıraraq söhbət etmiş və çıxartdığı şəkilləri göstərərək onun Zərərçəkmiş şəxs1 ilə münasibətdə olduğunu bildirmişdir. Bundan sonra işlədiyi şirkətdən onu işdən çıxartdıqlarına görə Mədinəgilin evindən çıxıb Ağcabədidə yerləşən öz evinə qayıtmışdır. Daha sonra Vəkalətin ona göstərdiyi Zərərçəkmiş şəxs1 ilə “whatsapp” yazışmalarını əks etdirən şəkillərin Təqsirləndirilən şəxs telefonunda çəkib saxladığını və bundan sonra Vəkalətə göndərdiyindən xəbər tutmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarında günorta saatlarında Mədinəgilin evinə gedərək, proqram yazmaq adı ilə onun telefonunu aldığını, bundan sonra Mədinədən xəbərsiz öz mobil telefonundan “web.whatsapp.com” saytına daxil olaraq orada olan “QR” kodu Mədinənin telefonunun “whatsapp”-na daxil olaraq skan etdiyini və onun “whatsapp” yazışmalarını ələ keçirərək izləməyə başladığını, Mədinənin də telefondan yaxşı başı çıxmadığı üçün bunu başa düşmədiyini, Elxanın həmin gün axşama kimi Mədinənin “whatsapp”ında olan ayrı-ayrı şəxslərlə danışıqlarını izlədiyini, Mədinənin onunla olan şəxsi münasibətlərini əks etdirən yazışmalarını isə öz telefonunun ekran görüntüsü kimi çəkərək saxladığını, daha sonra həmin yazışmaların foto şəkillərini bu məsələnin üstünün açılmasından və onunla Mədinənin arasında olan münasibətlərin üzə çıxmasından ötrü Mədinənin qaynı Şahid1 göstərərək onun telefonuna göndərdiyini öyrənmişdir. Vəkalətin həmin yazışmaların şəkillərini çap etdirərək öz ailə üzvlərinə göstərərək evdə münaqişə yaratmış, bundan sonra Zərərçəkmiş şəxs1 uşaqları ilə birlikdə anasının Salyan rayonunda yerləşən evinə gedərək orada yaşamağa başlamışdır. Elxan onun da şəxsi həyatının toxunulmazlığını pozmuş, yayılmasını və başqalarının bilməsini istəmədiyi informasiyanı qanunsuz şəkildə ələ keçirərək yaydığını bildirmişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. O, Salyan rayonu Qarabağlı kəndində yaşayır. X5 rayonu Qarasu kəndində X6la birlikdə yaşayır. Birgə nikahdan üç uşağı var. 2022-ci ilin may ayında Mədinənin qaynı Şahid1 onun yaadığı evə gələrək Mədinənin başqa kişi, yəni Şirxanla yazışdığını bildirmiş və ona yazışmaların şəklini göstərmişdir. Bu yazışmaların Elxanın Mədinənin telefonuna qoşularaq əldə etdiyini bildirmişdir. Bu səbəbdən qızının ailəsi dağılmışdır. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşı İlqar Hüseynovun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs1 İlqar Hüseynov və uşaqları, eləcə də anası Şahid2 ilə birlikdə Hacıqabul rayonu Qarasu kəndində atası Ağagülə məxsus fərdi yaşayış evində yaşayırlar. X4 2021-ci ilin dekabr ayında vəfat etdikdən bir neçə ay sonra Zərərçəkmiş şəxs1 yaşadıqları evi "xxxx" MMC şirkətinin Hacıqabul rayonu Qarasu kəndində işləyən işçilərinə kirayəyə vermək qərarına gəlmişdir. Evlərini şirkətin işçilərinə kirayəyə verdikdən sonra Mədinə, uşaqları və anası Səməngüllə birlikdə qonşuluqda bir küçədə yaşayan Ədibəgilin evinin həyətindəki birmərtəbəli yaşayış olmayan evdə yaşamağa başlamışlar. Ədibəgillə uzaq qohumluq əlaqələri var. Ədibə Təqsirləndirilən şəxs anasıdır və Mədinəgilə öz evlərində yaşamağa icazə vermişdir. Mədinə Səməngüllə birlikdə hər gün səhər saatlarında işçilər işə gedən vaxt öz evlərinə gedib təmizlik etmiş, axşam işçilər işdən gələn vaxt isə Ədibəgilə qayıtmışlar. Bir müddət sonra evdə Mədinənin anası və qardaşı ilə ailə münaqişəsi olduğuna görə o, gəlib onların evində kirayəçilərlə birlikdə qalmağa başlamışdır. Həmin vaxt Mədinənin kirayəçilərdən Zərərçəkmiş şəxs2 adlı şəxslə səmimi olduğunu, onunla danışıb güldüyünü görmüşdür. Ailədaxili münaqişəni yoluna qoyduqdan sonra yenidən Şirvan şəhərində yerləşən öz evinə qayıtmışdır. Həmin vaxt Mədinə ilə Şirxanın arasında münasibət olmasından şübhələnmişdir. O, 4 gün sonra yenidən Mədinəgilin evində gəlib yaşamağa, kirayəçilərlə birlikdə qalmağa başlamışdır. Həmin dövrdə qonşusu Ədibənin oğlu Elxanın da Mədinənin başqa kişi ilə münasibəti olmasından şübhələndiyini və Mədinənin başqa şəxslə münasibətini üzə çıxarmaqdan ötrü onun “whatsapp” yazışmalarını Mədinədən gizli öz telefonuna yönləndirərək, Mədinənin Şirxanla telefonda danışdığını və onların yaxın münasibətdə olduğunu öyrənmişdir. X2 şəxsi münasibətlərini əks etdirən “whatsapp” yazışmalarını telefonu ilə çəkərək özündə saxlamış, daha sonra həmin yazışmaların fotosunu ona göstərərək, Mədinənin belə bir əməl tutduğunu bildirmişdir. Özündə çəkib saxladığı Mədinə ilə Şirxan arasında olan yazışmaların 4 ədəd foto şəklini ona göndərmişdir. Bundan sonra həmin yazışmaları kağız formasında çap edərək çıxartmış və aparıb evdə Mədinəyə göstərək, onun Şirxanla yaxın münasibətinin olmasını bildirmişdir. Evdə ailə münaqişələri olmuş, Mədinə ona “nə etmişəmsə əcəb etmişəm” demişdir. Daha sonra bu söhbətlərə görə Mədinə uşaqlarla birlikdə anasının yanına Salyan rayonuna getmişdir. Bu hadisədən təxminən 3 ay keçdikdən sonra Mədinə “102” xidmətinə zəng edərək Elxandan şikayət etmişdir. Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan materiallarında könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 mobil telefonundakı “whatsapp” tətbiqinə sonuncunun icazəsi olmadan, qanunsuz müdaxilə edərək əldə etdiyi Zərərçəkmiş şəxs2lə yazışmalarının 4 (dörd) ədəd foto şəkillərini könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4(dörd) ədəd foto materiallara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən 4(dörd) ədəd foto materiallar “whatsapp” sosial şəbəkəsi vasitəsilə ötürülən məlumatları, 2(iki) şəxs arasında “whatsapp”-la yazışmaları əks etdirir. Foto materialların yuxarı və aşağı hissələrinə baxdıqda, həmin materialların 3-cü bir şəxsin mobil telefonundan ekran görüntüsü kimi çəkilərək götürülməsi müəyyən olunur. Belə ki, foto materialların yuxarı orta hissəsində mobil telefondan “web.whatsapp.com” internet saytına daxil olunduğu, sol yuxarı küncdə həmin mobil telefonun saatının ilk şəkildə 13:48, digər şəkillərdə isə 15:05, 17:24, 18:10 olduğunu, sağ yuxarı küncdə mobil operator şəbəkələri və telefonun enerji faizinin olduğunu, foto materialların aşağı hissəsində isə mobil telefonun ekran düymələrinin olduğunu, yəni fotoların həmin saatlarda “web.whatsapp.com” internet saytından digər bir şəxsin “whatsapp” sosial şəbəkəsindən mobil telefon vasitəsilə ekran görüntüsü kimi çəkilərək götürüldüyünü görmək mümkündür. Foto materiallarda əks olunan “whatsapp” sosial şəbəkəsi vasitəsilə yazılan yazışmalar saat 12:08-dən saat 18:04-ə kimi vaxtı əhatə edir. Foto materiallarda əks olunan “whatsapp” sosial şəbəkəsi vasitəsilə yazılan yazışmaların məzmunundan 2(iki) şəxs arasında şəxsi münasibətlərini əks etdirən sevgi və intim xarakterli yazışmaların olduğu görünür. Bundan başqa, yazışmaların sonuncu çıxarışında bir fotonun olduğu, həmin fotodakı şəxslərin xarici görünüşdündən fotonun Zərərçəkmiş şəxs2 tərərfindən Şahid1 ilə birlikdə kafedə oturan vaxt çəkildiyi və həmsöhbətinə göndərildiyi müəyyən olunmuşdur. Foto materialların Təqsirləndirilən şəxs tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, həmin foto materilları özünün istifadəsində olan mobil telefonun ekran görüntüsü kimi çəkdiyini bildirmişdir. O, həmin fotoların “whatsapp” yazışmalarının şəkilləri olduğunu, Mədinə Hüseyovanın “whatsapp” sosial şəbəkəsində yazdığı yazışmalar olduğunu, həmin fotolarda əks olunan yazışmalarda Zərərçəkmiş şəxs1 yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs2 ilə yazışdığını, foto materiallarda sağ tərəfdə olan yazıların Zərərçəkmiş şəxs1 aid olduğunu, sol tərəfdəki yazıların isə Zərərçəkmiş şəxs2 tərəfindən yazıldığını bildirmişdir. O, həmin yazışmaların 2022-ci ilin may ayının sonlarında xatırlamadığı gününə aid olduğunu, həmin gün günorta saat 13:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evə gədərək telefonuna proqram yükləyəcəyini deyib onun telefonunu istədiyini, Mədinənin ona inanıb telefonunu verdiyini, həmin vaxt öz mobil telefonundan “web.whatsapp.com” saytına daxil olaraq orada olan “QR” kodu Mədinənin telefonunun “whatsapp”-na daxil olaraq skan edərək və onun “whatsapp” yazışmalarını xəbərsiz və gizli ələ keçirərək izləməyə başladığını, Mədinənin telefondan yaxşı anlamadığı üçün bundan məlumatsız olduğunu, həmin gün axşam saat 20:00 radələrinə kimi Mədinənin “whatsapp”ında onun Zərərçəkmiş şəxs2lə olan yazışmalarını izlədiyini, onların şəxsi danışıqlarından 4 ədəd fotoşəkli telefonunda çəkib saxladığını, bundan 4 gün sonra isə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2lə olan şəxsi münasibətlərimi əks etdirən həmin “whatsapp” yazışmalarının şəkillərini Şahid1 göstərərək ona göndərdiyini bildirmişdir. Foto materialların Şahid1 tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, adları qeyd olunan şəxslər də həmin foto materialların “whatsapp” yazışmalarının şəkilləri olduğunu, həmin fotolarda əks olunan yazışmalarda Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə yazışdığını, foto materiallarda sağ tərəfdə olan yazıların Zərərçəkmiş şəxs1 aid olduğunu, sol tərəfdəki yazıların Zərərçəkmiş şəxs2 tərəfindən yazıldığını, 2022-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonunu proqram yükləmək adı ilə alaraq öz mobil telefonundan “web.whatsapp.com” saytına daxil olmaqla orada olan “QR” kodu Mədinənin telefonunun “whatsapp”-na daxil olaraq skan etdiyini və onun “whatsapp” yazışmalarını xəbərsiz və gizli ələ keçirərək izləməyə başladığını, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2lə olan şəxsi münasibətlərini əks etdirən yazışmalarını telefonunda çəkib saxladığını, bundan sonra isə həmin “whatsapp” yazışmalarının fotolarını Şahid1 göstərərək ona göndərdiyini təsdiq etmişlər. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş v.49). Beləliklə, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs1 mobil telefonunda olan “whatsapp” proqramını onun icazəsi olmadan öz mobil telefonuna yönləndirməklə şəxsi yazışmalarını ələ keçirərək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi həyatının sirrini təşkil edən məlumatları, belə məlumatları əks etdirən foto çəkiliş materiallarını başqasına verməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi həyatlarının toxunulmazlığını pozma cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155 və 156.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 155 və 156.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 155 və 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 2.000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-122/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-122/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver