Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-123/2021 05.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1966-cı ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 256-də qeydiyyatda olmaqla, 12.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 9,27 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq özündə saxlamış, 12 iyul 2021-ci il tarixdə saat 21:15 radələrində Hacıqabul rayon PŞnin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 256 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin narkotik vasitə onun əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində olan bir ədəd kibrit qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bliərək ifadəsində göstərdi ki, 12.07.2021-ci il tarixdə saat 11 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ilə gedən zaman yerdə 1 ədəd kibrit qutusunu görmüş, həmin kibrit qutusunu götürüb açıb içərisinə baxarkən orada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və istifadə etmək üçün özündə saxlamışdır. Həmin günü saat 21:15 radalərində yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 256 №-li evinin yaxınlığından RPŞ-yə dəvət olunmuş, orada müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunun içərisindən yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni polis əməkdaşlarına təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışdır. Şahid Hacıqabul rayon PŞ-nin NMQ-da baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 12 iyul 2021-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin gün saat 21:15 radələrində Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə məlumatda göstərilən Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs Hacıqabul rayon PŞ-yə dəvət etmişlər, RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuşlar. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunun içərsindən yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs götürülmüş maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışlar. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı ifadəsində şahid Hacıqabul rayon PŞ-nin NMQ-da baş əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan 12.07.2021-ci il tarixdə Hacıqabul PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru M.Heybətov tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan şalvarının sağ cibindən bir ədəd kibrit qutusunun içərsindən yaşıl rəngli narkotk vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli 18/717 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 9,27 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (İş v. 33-36). Məhkəmə qeyd etməyi vacib hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrinin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarının İ siyahının 19-cu sıra altında marixuana şəxsi istehlak miqdarından artıq miqdar 5 qram, külli miqdar isə 500 qram hesab olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 31.07.2021-ci il tarixli 2581 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v. 94-95). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 03.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və Hacıqabul rayon Məhkəməsinin 05.12.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 05.12.2013-cü il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.09.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (İş v. 88-89, 90-93). Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 9,25 qram qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, məhkumluğu olmayan şəxs hesab edilməsini, xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.07.2021-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,25 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qəti imkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında “həbs” edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 05.10.2021-ci il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.07.2021-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 150 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 12.07.2021-ci il tarixdən 14.07.2021-ci il tarixə kimi olan 02 (iki) gün təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qəti imkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05.10.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,25 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-123/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-123/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver