Məhkəmə qərarları › İş №1(071)-125/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-125/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-125/2021 05.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs X3 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, 08.06.1970-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 20.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22.07.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 27.07.2021-ci il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş - X3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X7 istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 1,234 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, 20.07.2021-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri N.Allahverdiyev küçəsi 2 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin psixotrop maddə onun əynində olan boz rəngli şalvarının qabaq sağ yan cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X7 məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 20.07.2021ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri N.Allahverdiyev küçəsi ilə gedən zaman, küçədə 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü görmüş, həmin bükülünü götürüb açıb içərsinə baxarkən orada psixotrop maddə metamfetamin olduğunu bilmiş və qəbul etmək məqsədi özündə saxlamışdır. Həmin gün saat 22 radalərində yaşadığı Hacıqabul şəhəri N.Allahverdiyev küçəsi 2 №-li evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən RPŞ-yə dəvət olunmuş, RPŞdə dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuşdur. O, əynində olan boz rəngli şalvarının qabaq sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışdır. Şahid Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 20.07.2021-ci il tarixdə Hacıqabul şəhər sakini X3 üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, İ.İsmayılovun ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 22 radələrində Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri N.Allahverdiyev küçəsinə yollanmış, orada İ.İsmayılovu Hacıqabul rayon PŞ-nə dəvət etmiş, RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə İ.İsmayılovun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış aparmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması İ.İsmayılovdan soruşulmuş, İ.İsmayılov əynində olan boz rəngli şalvarının qabaq sağ yan cibində saxladığı psixotrop maddə metamfetaminə oxşar kütləni onlara təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdun sonra protokolu imzalamışlar. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı şahid Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan 20.07.2021-ci il tarixdə Hacıqabul PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Z.Salahov tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, X3 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli şalvarının qabaq sağ yan cibində olan 1 ədəd siqaretin gümüşü rəngli kağızın içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 21.07.2021-ci il tarixli 18/754 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X3 üzərindən” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 1,234 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İş v. 32-34). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 30.07.2021-ci il tarixli 2578 nömrəli ekspertiza rəyindən görünür ki, müayinə zamanı X4 opioidlərin və psixotrop maddə olan metfamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v. 88-89). Azərbaycan Respublikası DİN Əməliyyat və X5 İdarəsi tərəfindən 02.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və Hacıqabul rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli hökmündən görünür ki, görünür ki, X7 əvvəllər Hacıqabul rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdaq məhrum etmə cəzasına məhkum olunmuş, 22.05.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. (İş v. 80-81). Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən X3 məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, X3 özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə X1 məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 1,234 qram psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, X3 törətdiyi cinayəti səmimi etiraf etməsini, ailəli, öhdəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını, məhkumluğu olmayan şəxs hesab edilməsini, xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən X6 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, X7 həbs etmənin əvvəli 20 iyul 2021-ci il tarix olmaqla, 22 iyul 2021-ci il tarixdə barəsində Hacıqabul rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Hacıqabul rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. X2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 1,184 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. X3 barəsində 27.07.2021-ci il tarixdə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclası zalında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Cəza çəkməsinin əvvəli 20.07.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 31,95 manat X2 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 180 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X3 barəsində seçilmiş “ev düstaqlığı” qəti imkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20.07.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən X6 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul X2 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. X2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 1,184 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 150 manat, məhkəmə baxışı zamanı iştirak etdi 5 saata görə 30 manat olmaqla, cəmi 180 (yüz səksən) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar