Məhkəmə qərarları › İş №1(071)-126/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-126/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-126/2021 16.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) X1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğlunun iştirakı ilə, xx.xx.1994-cü ildə Hacıqabul rayonu Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Rəncbər kəndində yaşayan, 12.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 210240074 nömrəli cinayət işi 21.06.2021-ci il tarixdə Hacıqabul RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır. 12.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Hacıqabul rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Maqsudov tərəfindən 20.09.2021-ci il tarixdə təsdiq edilərək, cinayət işi baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. 30.09.2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin mart ayının 2-ci on günlüyündə saat 16-17 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun könüllü razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, cinsi ehtirasını pozğun formada təmin etməklə, on altı yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin aprel ayının 1-ci on günlüyündə gecə saat 02 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb öz cinsiyyət orqanını sonuncunun ağız nahiyyəsinə sürtərək, cinsi ehtirasını pozğun formada təmin etməklə on altı yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin iyul ayının 2-ci on günlüyündə gecə saat 02 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun könüllü razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin etməklə on altı yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 152.1ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Rəncbər kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı evin məsafəsi təxminən 300 metrdir. O, “İnstagram” sosial şəbəkəsində adının şərti olaraq “Huska_777” olaraq qeydiyyatdan keçmişdir. 2019-cu ilin təxminən iyun aylarında, Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində “no_sevgi” adı ilə onun “İnstagram” səhifəsində olan şəkilləri bəyəndiyi üçün Şirin ona yazaraq kim olmasını soruşmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ilə təxminən 1 ay müddətində danışmışdır. 2019-cu ilin iyul ayında dəqiq günün xatırlmadığı tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs ona həyət evinin, küçə qapısının şəklini çəkib ona atmış, evin qapısı açıq olduğu üçün o, Şirinə inanmamışdır ki, gecə vaxtı gəlib qapının şəklin çəkər. Həmin vaxtı o, evdə tək olmuş və yatmaq üçün yerinə girmişdir. Təxminən 1-2 dəqiqə sonra evin qapısının döyüldüyünü eşidib yerindən durub qapını açdıqda, qapının qarşısında Zərərçəkmiş şəxs görmüş, Şirin kiminsə onu görəcəyindən qorxub evə daxil olmuşdur. Bundan sonra o, Şirinlə 10-15 dəqiqə yataq otağında söhbət etmiş, sonra Şirin əynində olan cins şalvarı və papaqlı köynəyi “kapşonkanı” çıxardıb yanına yaxınlaşmışdır. Onlar həmin vaxtı öpüşdükdən sonra o, Şirini yatağa uzadıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salmış və təxminən 4-5 dəqiqə Şirinlə arxa keçəcəyindən cinsi əlaqədə olduqdan sonra o, orqazm olacağını hiss edib, cinsiyət orqanını Şirinin arxa keçəcəyindən çıxarıb onun bel nahiyəsinə orqazm olub qurtarmışdır. Şirinin belinə tökülən “spermanı” özü salfetka ilə silmişdir. Bundan sonra Şirin yataqdan durub, paltarlarını geyinərək sağollaşıb onun evindən çıxıb getmişdir. Bundan sonra o, Şirinlə “İnstagram” sosial şəbəkəsi vasitəsilə mütamadi olaraq danışmışlar. 2019-cu ilin noyabr-dekabr aylarında Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışan zaman Zərərçəkmiş şəxs ondan nə etdiyini soruşmuş, o, Zərərçəkmiş şəxs bildirmişdir ki, evdə təkdir. Şirin ondan saat neçəyə qədər evdə tək olacağını soruşmuş o, Şirinə axşam saatlarına kimi evdə tək olacağını bildirmişdir. Bundan sonra Şirin ona hazırlıqa gedəcəyini, günorta saatlarından sonra hazırlıqdan çıxan zaman onlara gələcəyini ona “İnstagram” sosial şəbəkəsində yazıb, telefonu evdə qoyacağını, hazırlıqdan çıxan zaman bir başa olaraq onun yaşadığı evə gələcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs hazırlıqdan çıxıb bir başa olaraq onun yaşadığı evə gəlmiş, həmin vaxtı o, evin həyətində olmuş, Şirin tez ondan qabaq onun yaşadığı evə girmişdir ki, birdən onu kimsə görər. O da, Şirinin arxası ilə evinə daxil olarkən Şirin üzərində olan məktəbli çantasını çıxarıb yerə qoymuşdur. Bundan sonra onlar köməkçi otağa daxil olmuş, orada olan çarpayıda oturub söhbət edərkən Zərərçəkmiş şəxs əynində olan üst paltarını özü könüllü olaraq çıxardıb onunla öpüşməyə başlamış və bundan sonra əynində olan cins şalvarı özü çıxarıb onunla birlikdə yatağa uzanmışdır. Həmin vaxt o, cinsiyət orqanını “bayram” kremi ilə kremləyib Şirinin arxa keçəcəyinə salmışdır. Həmin müddət təxminən 5 dəqiqəyə yaxın çəkmiş və o, orqazm olacağını hiss edib cinsiyyət orqanını Şirinin arxa keçəcəyindən çıxarıb Şirin bel nahiyyəsinə orqazım olaraq “spremanı” tökmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs belinə tökdüyü “spremanı” salfetka ilə özü silmiş və Şirin bundan sonra durub tez paltarını geyərək onunla sağollaşıb tələsik evlərinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə onun arasında soyuq münasibət yarandığı üçün o, bir aralar “İnstagram” sosial şəbəkəsində danışmamışlar. Bundan sonra 2020-ci ilin yanvar aylarında Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində ona yazaraq nə yaxşı “İnstagram” sosial şəbəkəsinə girdiyini soruşmuş, o, Şirinə mobil telefonu təzə aldığını bildirdikdən sonra o, bir neçə saat danışdıqdan sonra Şirin ona gecə saat 22 radələrində həyətlərində olan damın dalında görüşməyi təklif etmişdir. O da Şirinlə razılaşıb Şirin deyən vaxtı onların həyətyani sahəsinə “qamış” hasardan keçərək daxil olmuşdur. Orada Şirinlə damın arxasında söhbət etdikdən sonra o, Şirindən kənarlaşıb öz yaşadığı evə qayıtmışdır. Bundan təxminən 1 həftə sonra o, eyni münvanla Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışıb onların həyətinə gecə saat 23 radələrində gedərək yer palçıq olduğu üçün Zərərçəkmiş şəxs yaşadığı evin qapısından içəri girib Zərərçəkmiş şəxs ilə evlərinin yan hissəsində olan toyuq hininin arxasında görüşüb 5-10 dəqiqə söhbət etdikdən sonra Şirin onun evli olduğunu əsas göstərib, onu almayacağını bildirdikdən sonra, özünün həyatında başqa bir sevdiyi şəxsin olduğunu bilidirib ayrılmağı təklif etmiş və o da Zərərçəkmiş şəxs ilə razılaşıb ondan ayrılmışdır. Bundan sonra onun Zərərçəkmiş şəxs ilə münasibəti olmamışdır. O, ittiham aktında göstərildiyi kimi, 2019-cu ilin mart və aprel aylarında Zərərçəkmiş şəxs ilə heç bir əlaqədə olmamışdır. Evli olmasını və himayəsində bir azyaşlı övladı olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında qanuni nümayəndəsi (atası) Şahid3 iştirakı ilə ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon Rəncbər kənd 27 nömrəli tam orta məktəbin 10A sinfində oxuyur. Hacıqabul rayon PŞ-yə o, Hüseyn, Rahil və İbrahim barəsində ərizə ilə müraciət etmişdir. Hüseyn və qardaşı Rəşad onun atası Sahiblə dostluq edirdi, onların evinə gəlib-gedirdi. 2018-ci ilin iyul ayında yaşadığı kənddə Hüseyn ara yolda qoyun otaran zaman ona yaxınlaşıb, onu sevdiyini bildirmişdir. O, Hüseynə onu sevmədiyini dedikdə, Hüseyn onunla əlaqəsinin olmasını atasına deyəcəyi ilə onu hədələmişdir. O, atasının mobil telefonunda paylaşdığı özünə məxsus paltarlı şəkilləri Hüseyn statusdan götürmüş və ona qarşı hədə olaraq istifadə etmişdir. Bundan 1 həftə sonra Hüseynlə “WhatsApp”da danışan zaman Hüseyn ona onunla görüşmədiyi təqdirdə onun şəkillərini “İnstaqram” sosial şəbəkəsində yayacağı ilə hədələmişdir. O, Hüseynin bu sözündən qorxub 02.08.2018-ci ildə gecə saat 01 radələrində şortik və qısa köynək geyinib Hüseynlə yaşadığı evin giriş qapısının qarşısında görüşmüşdür. Hüseyn ona eşq elan etmişdir, təxminən yarım saat söhbət etdikdən sonra ayrılmışlar. Hüseyn ona evlənəcəyini demirdi, lakin bildirirdi ki, səni atan deyiləm. Hüseyn onun məktəbli olmasını bildirdi. Bundan sonra bu görüşmələr təxminən 2019-cu ilin iyul ayınadək davam etmişdir. Görüşlərin birində yaşadığı küçədə kəndarası yolda Hüseynlə görüşən zaman İbrahim gəlib onları görmüş və həmin vaxtı Hüseyn onu İbrahimlə tək qoyub çıxıb getmişdir. Bundan sonra İbrahim ona küçədə qalmamağı söhbəti evin həyətində davam etməyi təklif etmiş, o da İbrahimlə razılaşmışdır. İbrahim ona evlərinin həyətində onunla görüşməyəcəyi təqdirdə onun Hüseynlə görüşməyini atasına deyəcəyini bildirmişdir. O, İbrahimlə həyətdə razılaşdıqdan sonra İbrahim həyətdən çıxıb getmişdir. Bundan sonra təxminən 15 gün keçdikdən sonra İbrahim 2019-cu ilin yanvar ayında o, məktəbdən çıxıb evə gələn zaman yolda özünə məxsus “süd” rəngli Rusiya istehsalı olan Vaz markalı avtomobili onun yanında saxlayıb bildirmişdir ki, “ona niyə yazmır, sənin üçün Hüseyn deyiləm, sənə dedim axı sən mənimlə də görüşməlisən, axşama zəng vuracaqsan görüşəcəyik”. Bundan sonra o, İbrahimə məxsus mobil nömrəyə zəng vurub evin həyətinə gəlməsini bildirmişdir. Bundan 15 dəqiqə sonra İbrahim içkili vəziyyətdə onların evinin daş hasarından keçərək həyətə daxil olmuşdur. Həmin vaxt İbrahim uzun qol qara rəngli köynək və qara rəngli cins şalvar geyinmişdir. İlk görüş zamanı cinsiyyət orqanlarının sürtüşməsi olmuş, bundan sonra İbrahim orqazma çatdıqdan sonra çıxıb getmişdir. Bundan sonra yuxarıda qeyd etdiyi xüsusatların eyniylə təkrar olunması şərti ilə evlərinin həyətində 7-8 görüşləri olmuşdur. Sonuncu görüşdə, yəni 2019-cu ilin fevral ayının birinci on günlüyündə İbrahimlə gecə saat 02 radələrində yaşadığı evin həyətyanı sahəsində görüşmüşdür. Görüşmələri təxminən 1 saat müddətində davam etmiş, həmin müddət ərzində İbrahim evin həyətində onunla öpüşmüş və bədəninin müxtəlif nahiyyələrindən öpmüş, onu yerə yıxaraq arxadan qucaqlamış və onunla qeyri-təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olduqdan sonra çıxıb getmişdir. Bununla da, onun İbrahimlə olan münasibətləri bitmişdir. Təxminən 2019-cu ilin mart ayının 2-ci on günlüyündə axşam saat 16-17 radələrində Hüseyn “WhatsApp” sosial şəbəkə vasitəsi ilə onunla əlaqə saxlayıb ona öz yaşadığı evə gəlməyi bildirmişdir. O, Hüseynin ondan ayrılacağını fikirləşmiş və onun yaşadığı evə getmişdir. Həmin vaxtı küçədə heç kəs olmamışdır. O, həyətə daxil olmuş, Hüseyn onu qarşılayıb öz evinə aparmışdır. O, Hüseynin evi bir neçə daş üstündə olduğu üçün pilləkəni çıxıb evə daxil olduqdan sonra, Hüseyn ona İbrahimlə xəyanət etmişir. O, Hüseynə bildirmişdir ki, İbrahimi sən ilişdirmisən, indi də onu uzaqlaşdır. Bundan sonra Hüseyn onu girişdən solda birinci otaqa, öz yataq otağına aparıb, orada onunla zorla və qeyri təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olmuş, həmin müddət təxminən 15 dəqiqə çəkmiş və Hüseyn orqazm olandan sonra işlərini bitirmişlər. Bundan sonra Hüseyn onunla məcburi əlaqədə olduğu üçün ondan üzr istəyib əsəbi olduğunu bildirmişdir. O, ağlaya-ağlaya Hüseynin evini tərk edib öz yaşadığı evə qayıtmışdır. Təxminən 2019-cu ilin aprel ayının 1-ci on günlüyündə o, “WhatsApp” vasitəsi ilə Hüseynlə danışan zaman Hüseynə ondan ayrılmaq istədiyini bildirib, onu söydükdə Hüseyn ona bildirmişdir ki, onu heç kəs söyə bilməz deyib, ara yola gəlməyini tələb etmiş, gəlmədiyi təqdirdə atasına hər şeyi deyəcəyini bildirmişdir. Bundan sonra gecə saat 02 radələrində yaşadığı evdən çıxıb Hüseynin bildirdiyi yerə getmişdir. Orada Hüseynlə söhbət edən zaman Hüseyn ona “onu heç kəs söyə bilməz” sözünü deyib “nakolkalı” sol əli ilə arxa hissəsindən, bel kəmərinin altından buçaq çıxarıb onun gövdəsinin arxa sol böyründən bir dəfə buçaqla vurub, yerə yıxaraq sinə nahiyəsində oturmuş, həmin vaxtı o, qorxusundan səs çıxarmamış və onun əlindən çıxmaq üçün müqavimət göstərmiş, lakin cəhdi boşa çıxmış, Hüseynə güç gələ bilməmişdir. Bundan sonra Hüseyn öz cinsi orqanını çıxarıb onun dodaq nahiyyəsinə sürtüb çıxıb getmişdir. Bundan sonra o, öz yaşadığı evə gələrək üzərində olan kirli paltarını çıxarıb köynəyində qan ləkələri olduğu üçün köynəyini sellofan torbaya qoyub vanna otağına qoymuş və səhəri gün saat 12 radələrində evi 50-60 metr kənarda olan zibil tullantıları atmaq üçün nəzərdə tutulan yerə atıb evə qayıtmışdır. Bundan təxminən iki gün sonra saat 15 radələrində o, Rizayiyyat fənnindən Xəyalə müəllimin yanına hazırlığa gedərkən, Hüseynin onunla əks istiqamətdə hərəkətdə olduğunu görmüş, Hüseyn onun qabağını kəsib, onu oğlanların narahat etməsini bəhanə edərək söhbət etməyə başlamışdır. O, Hüseynə bildirmişdir ki, dedikləri düzdür. Hüseyn də ona “səni heç kəs narahat etməyəcək” sözünü bildirmişdir. Bundan sonra Hüseyn ona tərəf tulladığı buçağın bədənə dəyib-dəymədiyini soruşmuşdur. O, buçağın bədəninin sol nahiyyəsinə dəydiyini bildirmişdir. Hüseyn əlini həmin buçaq yarasının üzərinə qoymuş və bura vurmuşam? deyə ondan soruşmuşdur. O hə cavabı verərək ondan kənarlaşmış, Hüseyn ondan bağışlanmasını isdəmiş və o, Hüseynə hazırlığa tələsirəm deyib yoluna davam etmişdir. Bundan sonra həmin günün səhəri dərsə gedən zaman onu heç kəs yolda narahat etməmişdir. Axşam saatlarında Hüseyn ona “WhatsApp” vasitəsilə yazaraq onu kiminsə narahat edib-etmədiyini soruşmuşdur. O, Hüseynə heç kəsin onu narahat etmədiyini bildirmişdir. Bundan sonra onlar barışmışlar. Bundan sonra onlar 1 ay müddətində Hüseynlə görüşməsə də, mütamadi olaraq “WhatsApp”da yazışmışlar. Təxminən 2019-cu ilin aprel ayının 2-ci on günlüyündə gününü dəqiq xatırlamadığı gündə gecə saat 02 radələrində Hüseyn ona “WhatsApp” vasitəsilə yazaraq ondan görüşməyi istəmiş və görüşmədiyi təqdirdə atasına deyəcəyini bildirmişdir. O, razılaşıb öz həyətlərində görüşmüş, Hüseyn onunla söhbət edib təxminən 30 dəqiqə sonra çıxıb getmişdir. Bundan sonra Hüseynlə bu görüşlər bir neçə dəfə baş tutsa da, aralarında heç bir cinsi münasibət olmamışdır. Bundan sonra 2019-cu ilin təxminən iyul ayının ikinci on günlüyündə ona Hüseyn “WhatsApp”da yazaraq onun evinə gəlməyi tələb etmişdir. O, gecə saat təxminən 02 radələrində Hüseynin yaşadığı evə getmiş, həmin vaxtı evdə Hüseyn tək olmuşdur. O, içəri evə daxil olduqda Hüseyn onu evin girişində yerləşən sağ otağa aparmış, bir neçə dəqiqə söhbət etdikdən sonra Hüseyn onunla arxa keçəcəyindən qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Həmin münasibətləri təxminən 1 saat davam etmişdir. Bundan sonra Hüseyn onu özü gətirib yaşadığı evin giriş qapısından içəri salmış, o, həyətdə olan su krantında əlini yuyan zaman görmüşdür ki, Hüseyn onların qapısının yanında olan daş hasarın üstünə çıxıb. O, Hüseyndən orada nə etdiyini soruşduqda Hüseyn cavab olaraq ondan qapıdan çölə çıxmağı tələb etmişdir. O, çölə çıxmış və qapının qarşısında Hüseyn və ondan biraz kənarda İbrahimin dayandığını görmüşdür. Bundan sonra İbrahim yanlarına yaxınlaşmış və ona hədə qorxu gəlmişlər ki, heç kəs onunla olan bu münasibəti bilməsin deyərək çıxıb getmişlər. O, evə qayıtmışdır. Bundan təxminən 2-3 gün sonra Hüseyn “WhatsApp”da ona yazmış və nə etdiyini soruşmuş və bir az yazışmışlar. Bundan sonra onun Hüseynlə təxminən 4-5 ay münasibəti olmamış və onlar danışmamışlar. Bu müddətlər ərzində həmkəndlisi Rahil ona “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə onlara gəlib getdiyini bildirib, onu tanıdığını bildirdikdən sonra danışmağa başlamışdır. Rahil “İnstaqram” sosial şəbəkəsində onunla danışıq zamanı ona başına gələnləri bildiyini bildirib Hüseynin və İbrahimin ona etdikləri hərəkətlərə görə başlarına oyun açacağını bildirmişdir. O, Rahillə danışan zaman Rahil ona gəlib Şirvan şəhərində kompüter kursunda oxumağı təklif etmiş və onun kompüterə həvəsi olduğu üçün Rahilin təklifini qəbul etmiş və 2020-ci ilin yay aylarında Şirvan şəhəri 20 Yanvar küçəsində yerləşən kompüter kursuna getməyə başlamışdır. O, kursa gedən zaman Hacıqabul rayonundan Şirvan şəhərinə özü getmiş, Şirvan şəhərində onu Rahil qarşılayaraq kursa aparmışdır. Təzə gedən zaman Rahil onu 1-2 dəfə kursa aparmış və sonra evlərinə getməyi təklif etmişdir. O, Rahilin bu təklifini qəbul edib onun Elit bazarının yanında yerləşən evinə getmişlər. Orada o, Rahillə təxminən 30 dəqiqəyə yaxın söhbət etdikdən sonra, Rahil özü onu gətirib Hacıqabul rayonuna yola salmışdır. Bundan sonra o, yenidən Şirvan şəhərinə gəlmiş və Rahil onu Şirvan şəhərində qarşılayıb yenidən öz evinə aparmış, evində heç kəsin olmadığını bildirib ona ailəli olduğunu və uşağının olmamasını, bu səbəbdən də onunla ailə quracağını bildirmişdir. Yenə o, Rahillə evdə 30 dəqiqəyə yaxın söhbət etdikdən sonra, Rahil onu Hacıqabul rayonuna yola salmışdır. Bundan sonra Rahil onunla “İnstagram” sosial şəbəkəsində danışan zaman onunla ailə quracağını bildirib, ona kimin nə etdiyindən aslı olmayaraq, cəzalarını verəcəyini bildirmişdir. Bundan sonra o, yenidən Şirvan şəhərinə kompüter kursuna gedəndə Rahil onu qarşılamış və Rahili tanıdığı üçün və bu müddət ərzində ona dediklərinə inandığı üçün hər dəfə onun təklifini qəbul edib onun evinə getmişdir. Bu dəfə Rahilin təklifini qəbul edib evə getmiş, evdə Rahillə oturub söhbət etdikdən sonra, Rahil onun əlindən tutub yataq otağına aparmış və orada Rahil onun arxa keçəcəyinə öz cinsiyyət orqanını salıb 2 dəfə orqazm olduqdan sonra işini bitirmişdir. Bundan sonra Rahil onu Hacıqabul rayonuna yola salmışdır. Bundan sonra o, yenidən Şirvan şəhərinə kursa gələn zaman Rahil onu yenidən evə dəvət etdikdə, onunla razılaşmamışdır. Bundan sonra Rahillə münasibəti kəsilmişdir. Təxminən Rahillə ayrıldığı müddətdən 1 ay sonra Hüseyn onu kəndin yolunda görüb Rahillə arasında olan münasibəti Rahilin ona danışdığını bildirmişdir. Rahilə qarşı şikayətini polis şöbəsində geri götürmüşdür. Təqsirləndirilən şəxslə barışmamışdır. Ona ağır cəza verilməsini, həmçinin İbrahimin də məsuliyyətə cəlb edilməsini istəyir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 tanıyır. Şahid1 onun qohumudur, Hüseyn və İbrahimlə heç bir qohumluq əlaqəsi yoxdur. Hüseynin qardaşı Rəşad onun yaxın dostudur. İşin mahiyyətinə dair onu qeyd edir ki, qızı Şirinin Şirvan şəhərində yerləşən kompüter kursuna yazılmasında köməklik etməsini Şahid1 xahiş etmişdir. Rahil kursun qiymətini danışmağa gedərkən onun yanında olacağını bildirmişdir. O, Şirvan şəhərində Rahillə birlikdə qızı Şirini aylıq 40 manat olmaqla kompüter kursuna yazdırmış və 2020-ci ilin iyun-iyul aylarında Şirin kursu oxumağa başlamışdır. O, özü Şirini 2-3 dəfə kursa aparıb gətirməyə başlamış, bundan sonra işdə olduğu üçün vaxt edə bilmədiyindən Rahilə zəng vurub xahiş etmişdir ki, Şirini özü aparıb gətirsin. Çünki, Şirin yolu yaxşı tanımır. 2021-ci ilin aprel ayında dayısı oğlu Qismət ona bildirmişdir ki, qızı Şirinə qarşı Hüseyn əxlaqsız hərəkət etmişdir. O, evə gəlib Şirindən bu barədə soruşduqda, Şirin etiraf etmiş, Hüseyn və İbrahimin onunla əlaqədə olduqlarını, qorxduğu üçün ona bildirmədiyini demişdir. Bundan başqa, iki dəfə onun telefonuna Hüseyndən SMS gəlmişdir. SMS-də qeyd edilmişdir ki, “alt paltarını soyun gəlirəm Sizə”. O, Hüseynlə görüşüb, bu nə SMS-dir ona göndərdiyini irad tutmuşdur. Hüseyn üzr istəyərək, SMS-i dostuna göndərmək istədiyini, yalnışlıqla onun telefonuna gəldiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən və İbrahimdən şikayətçidirlər. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda Kamaz avtomobili ilə daş daşıyır. Zərərçəkmiş şəxs Hacıqabul rayon PŞ-yə verdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Zərərçəkmiş şəxs ilə heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs ilə qeyri-təbi yolla cinsi əlaqədə olmamışdır, ona qarşı hər hansı bir əxlaqsız hərəkət etməmiş və onunla görüşməmişdir. Zərərçəkmiş şəxs onun barəsində söylədikləri yalandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübə və Tədris Birliyi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli 370 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və qarşıya qoyulan suallara uyğun olaraq ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: - Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - gövdənin sol yan tərəfinin aşağı şöbəsində çapıq izləri-iti xassəəyə malik alət (əşya) təsirindən törənmiş yaradan sonra əmələ gələn çapıq izləridir, müddət müayinədən 6 ay, 1-1,5 il əvvələ uyğun gəlir, dəqiq müddət müəyyən etmək mümkün olmasa da, müayinə olunanın göstərdiyi tarixdə bıçaqla yetirilməsi inkar olunmur. - Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. - Zərərçəkmiş şəxs ilə arxa keçəcək vasitəsilə tək-tək cinsi əlaqədə olunmuş, müddət iki həftədən artıqdır. Arxa keçəcəyin girəcəyin qıfabənzər genişlənməsi, sfinktorun tonusunun azalması, düz bağırsağın selikli qişasının bənövşəyimtil rəngdə olması bunu sübüt edən əlamətlərdən hesab olunur. Sonuncu cinsi əlaqədən xeyli müddət keçdiyindəən müayinə olunanın arxa keçəcək nahiyyəsində spermatozoidlərin olması ehtimalı yoxdur. (İş v.33-35) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza X3 Məhkəməsi Psixiatrik və Psixoloji Ekspertizasının 15.07.2021-ci il tarixli 1540 nömrəli akspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli-intellektual imkanları, psixi inkişafı normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçillik, emosionallıq, hər kəslə yola getmək, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, sadəlöhvlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntellektaulmnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Əqli inkişaf və fərdi-psixi xüsusiyyətlərinə görə Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin mahiyyətini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. (İş v. 84-87) Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsinin 28.07.2021-ci il tarixli 404 nömrəli ekspert rəyində göstərilir ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş sullara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzüvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (iş v. 92-95) Cinayət işində olan 23.07.2021-ci tarixdə tərtib edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə olmalarını özündə əks etdirən 2 ədəd fotoşəkil 1 ədəd disk protokola əlavə edilmişdir. Hacıqabul rayon X7 Bölməsinin müstəntiqi Faiq İmanovun “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 150-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. X8 və Şahid2 cinayət təqibi rədd edilmiş və bu barədə materiallar ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Dövlət ittihamçısı vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq və məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin mart ayının 2-ci on günlüyündə axşam saat 16-17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxsla sonuncunun dəvəti ilə onun evinə getmiş və Hüseyn onu girişdən solda birinci otağa, öz yataq otağına aparıb orada onunla zorla və qeyri təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olmuş, həmin müddət təxminən 15 dəqiqə çəkmiş və Hüseyn orqazm olandan sonra evinə qayıtmışdır. Bundan başqa, xatırladığı qədər 2019-cu ilin aprel ayının birinci on günlüyündə gecə saat 02 radələrində yaşadığı evin yaxınlığında Hüseynlə görüşmüş və həmin vaxt Hüseyn öz cinsiyyət orqanını onun ağız nahiyyəsinə sürtmüşdür. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla qeyri-təbii yolla cinsi əlaqədə birinci dəfə 2019-ci ilin mart ayının ikinci on günlüyündə olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2005-ci il təvəllüdlü olmasını nəzərə alsaq, həmin vaxt onun 14 yaşı tamam olmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham Zərərçəkmiş şəxs ifadəsi əsasında olmuşdur. Həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını Şirinin İmanovanın ağız nahiyyəsinə sürtərək sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətdiyi vaxt, yəni 2019-ci ilin aprel ayının birinci on günlüyündə Zərərçəkmiş şəxs 14 yaşı tamam olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü Ş.İmanovla qeyri-təbii yolla cinsi əlaqədə olduğu, eləcə də ona qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətdiyi vaxt, yəni 2019-ci ilin mart ayının ikinci on günlüyündə və 2019-ci ilin aprel ayının birinci on günlüyündə sonuncunun 14 yaşı tamam olmamışdır. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübə və Tədris birliyindən verilmiş 08.06.2021-ci il tarixli 370 nömrəli ekspertiza rəyindən müəyyən edilir ki, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və qarşıya qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs ilə arxa keçəçək vasitəsilə tək-tək cinsi əlaqədə olunmuş, müddət iki həftədən artıqdır. Arxa keçəcəyin girəcəyin qıfabənzər genişlənməsi, sfinktorun tonusunun azalması, düz bağırsağın selikli qişasının bənövşəyimtil rəngdə olması bunu sübüt edən əlamətlərdən hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə ittiham verilməli olduğu halda, ona Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham verilmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2 məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti ilə razı olduğunu, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılması ilə yanaşı, xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı xarakterli seksual xarakterli hərəkətlər etmiş Şahid2 da cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə ittiham və müdafiə tərəfi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin mart ayının 2-ci on günlüyündə; ikinci dəfə 2019-cu ilin aprel ayının 1-ci on günlüyündə etdiyi zaman, Zərərçəkmiş şəxs 14 yaşı tamam olmamışdı. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə ittiham verilməli olduğu halda, ibtidai istintaq orqanı bu etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs onunla qeyri-təbbi yolla cinsi əlaqədə olduğunu iddia etdiyi Şahid2 və Şahid1 barəsində cinayət təqibi rədd edilsə də, onların da əməllərinə yenidən hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbsdə saxlama müddəti 02 (iki) ay müəyyən edilməklə 16.01.2022-ci il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası CPM-in 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159.10, 318.2, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbsdə saxlama müddəti 02 (iki) ay müəyyən edilməklə 16.01.2022-ci il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar