Məhkəmə qərarları › İş №1(071)-126/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-126/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-126/2025 24.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Nəvahı kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşayan hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Nəvahı kəndinə daşımış, 01 avqust 2025-ci il tarixdə saat 02 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahı kəndində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd kağız kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 1,531 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki boz rəngli şalvarının sol yan cibində saxladığı plastik qutunun içərisindən aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, əvvəllər məhkum olunmuş, sonuncu dəfə 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2024-cü il tarixdə isə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra təkrar şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən mütəmadi olmasa da, arabir istifadə etməyə başlamışdır. İstifadə etdiyi psixotrop maddəni isə tanımadığı şəxslərdən müxtəlif məbləğlərdə əldə etmişdir. 31 iyul 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı Hacıqabul rayonu Nəvahı kəndindən yola çıxaraq Bakı şəhərinə doğru getmişdir. Bakı şəhərinə getməkdə məqsədi əvvəllər psixotrop maddə metamfetamin əldə etdiyi şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən yenidən metamfetamin əldə etmək olmuşdur. Həmin şəxslə istifadəsində olan “Samsung A10S” markalı mobil telefonla, həmin mobil telefona quraşdırdığı ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Bildirmişdir ki, ona çəkməsi üçün 100 manatlıq psixotrop maddə metamfetamin satsın. Həmin şəxs ona 01 avqust 2025-ci il tarixdə saat 01 radələrində “Whatsapp” vasitəsi ilə konum və fotoşəkil göndərərək, qeyd olunan konumda və foto şəkildəki yolun kənarında 100 manatlıq 02 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, pulunu isə psixotrop maddə götürdüyü yerə qoymasını bildirmişdir. O, həmin şəxsin dediyini etmiş və ona göndərilən konum və fotoşəkilə əsasən Abşeron rayonu Xırdalan qəsəbəsinə gedərək, yolun kənarından 02 ədəd bükümü götürüb, 100 manat pulu həmin yerə qoyduqdan sonra həmin hissədən uzaqlaşıb getmişdir. O, əldə etdiyi bükümlərin birindən üzərində olan psixotrop maddə metamfetamin çəkmək üçün hazırladığı şüşə lampa vasitəsi ilə metamfetamin çəkmiş və Hacıqabul rayonuna qayıtmaq üçün Lökbatan dairəsi adlanan yerə gəlmişdir. Həmin yerdə həmkəndlisi olan Şahid5 ilə qarşılaşmışdır. Şahid5 da yaşadığı kəndə qayıtdığı üçün birlikdə tanımadığı markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə yaşadıqları Hacıqabul rayonu Nəvahı kəndinə gəlmişlər. Təxminən saat 02 radələrində yaşadıqları kənddə Rəsulla birlikdə piyada şəklində hərəkət edib yaşadıqları evə gedən zaman mülki geyimdə olan şəxslərin onlara tərəf yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxlər onları saxlayıb özlərini təqdim edərək Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, ilk başda polis əməkdaşlarından yayınmağa çalışsa da, bu mümkün olmamış və bu hərəkətinə görə qoluna qandal vurmuşlar. Əməliyyatçı Şahid1 onun qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda, o cümlədən satışını həyata keçirməkdə şübhəli olduğunu və üzərində yoxlama aparılacağını bildirmişdir. Əməliyyatçı onların üzərlərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. İlk əvvəl onun üzərində yoxlama aparılması barədə Şahid1 məlumat verərək hüquq və vəzifələrini elan etmişdir. Bundan sonra üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi ona təklif etmişdir. O, əynində olan boz rəngli şalvarının sol yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yoxlama zamanı qeyd etdiyi şalvarının sol yan cibindəki plastik qutunun içərisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd metamfetamin çəkmək üçün hazırladığı şüşə lampa aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunan metamfetamin elektron tərəzidə çəkildikdən sonra həmin bükümün çəkisinin 2,05 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar olunan metamfetamin və şüşə lampa zərfə qoyulub möhürlənərək götürülmüşdür. Daha sonra əməliyyatçı tərəfindən üzərində yoxlama davam etdirilmiş, əynində olan şalvarının ön və arxa ciblərindən 01 ədəd “Samsung A10S” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlar aşkar olunaraq götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Şahid5 üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat verərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi təklif etmişdir. Şahid5 üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Əməliyyatçı Şahid5 üzərində yoxlama aparmağa başlamışdır. Lakin, Şahid5 üzərində qanunla qadağan olunan hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. X12 gəldikdən sonra üzərlərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis şöbəsində təhqiqatçı ona qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda, o cümlədən satışı həyata keçirməkdə şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmişdir. Daha sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, təhqiqatçı müdafiəçinin iştirakı ilə onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Polis əməkdaşları onlara yaxınlaşan zaman və ya üzərlərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, sadəcə olaraq istifadə etmiş, üzərindən aşkar olunan psixotrop maddədən hər hansı şəxsin, o cümlədən onunla birlikdə saxlanılan Şahid5 məlumatı olmamış, o, Rəsulla Lökbatan dairəsi adlanan ərazidə qarşılaşmış və yalnız birlikdə yaşadıqları kəndə gəlmişlər. Üzərindən aşkar olunan psixotrop maddə metamfetamini tanımadığı şəxslə, həmin şəxsin istifadəsində olan xarici nömrə vasitəsi ilə əlaqə saxlayaraq əldə etmiş, həmin şəxsin şəxsiyyəti və istifadəsində olan mobil nömrədən məlumatsızdır. O, psixotrop maddəni əldə etdikdən sonra “Whatsapp” mobil tətbiqində olan tanımadığı şəxslə söhbətlərini silmiş, buna görə də, həmin mobil nömrəni təqdim edə bilmir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını qeyd edərək ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 avqust 2025-ci il tarixdə Hacıqabul rayonu Nəvahı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması və satış məqsədi ilə psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Hacıqabul rayonu, Nəvahı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul Rayon Polis Şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul rayonu Nəvahı kəndi ərazisində əməliyyat tədbirini qurmuşlar. 01 avqust 2025-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahı kəndində yaşayan xx.xx.1988ci il təvəllüdlü Şahid5 ilə birlikdə Hacıqabul rayonu Nəvahı kəndində piyada şəklində hərəkətdə olmalarını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs və Şahid5 tərəf yaxınlaşaraq onları saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmişdir. Dəfələrlə öz hərəkətindən çəkinməsini bildirməklərinə baxmayaraq onlara məhəl qoymamışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs saxlayıb təhlükəsizlik məqsədi ilə qoluna xüsusi vasitə olan qandal vurmuşlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, hər iki şəxsə saxlanılmalarının səbəbini bildirib, üzərlərində yoxlama aparılacağını demiş, bundan sonra hüquq və vəzifələrini elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibində saxladığı plastik qutunun içərisindən 02 ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərin birinin içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümün içərisindən isə psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş şüşə lampa aşkar olunaraq götürülmüşdür. İçərisində psixotrop maddəyə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 2,05 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə və şüşə lampa zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş və əynində olan şalvarının ön və arxa ciblərindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilərək, onun tərəfindən götürülmüşdür. Həmin mobil telefonlar zərfə qoyularaq möhürlənmişdir. Təkrar Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Şahid5 üzərində yoxlama aparmağa başlamış və Şahid5 üzərində qanunsuz hər hansı maddə, predmet və ya əşya olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Şahid5 üzərində qanunsuz olaraq hər hansı maddə, predmet və ya əşya olmadığını, ancaq psixotrop maddə metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Buna baxmayaraq Şahid5 üzərində yoxlama aparmış, lakin üzərində qanunla qadağan olunan hər maddə, predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Şahid5 polis şöbəsinə dəvət edib, X12 gəldikdən sonra onun tərəfindən şübhəli şəxslərin üstünün yoxlanılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə Hacıqabul Rayon Polis X3 təhqiqatçısı Mübaşir Heybətovun xidməti otağına daxil olmuşlar. Mübaşir Heybətov Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X11 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar olunan əşyaya yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs və Şahid5 ilə hər hansı bir ədavəti, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs və Şahid5 01 avqust 2025-ci il tarixdə saxlanıldıqda, həmin şəxslərin üzərlərində yoxlama aparılan zaman onlara qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Bundan başqa, Şahid5 Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından əvvəldən məlumatının olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfi şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı etməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq şahid Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Müdafiə tərəfinin şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Həmçinin, məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində cəlb edilmiş Şahid5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək Hacıqabul rayonu Nəvahı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması və satış məqsədilə psixotrop maddə əldə etməsi barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13- 78/Ə370/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 daxil edilməklə, qrupa rəhbərlik baş əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 788 nömrəli daxil olma ştampı olan, Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin satışı ilə məşğul olması və satış məqsədilə psixotrop maddə əldə etməsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:25-də Hacıqabul rayonu Nəvahı kəndi ərazisində saxlanılaraq üzərində yoxlama aparan zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd yaşıl rəngli plasmas qabın içərisində sellofan bükülüdə 2,05 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı, Heybətov Mübaşir Mikayıl oğlu tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin satışı ilə məşğul olması və satış məqsədilə psixotrop maddə əldə etməsində şübhəli bilinən Əliyev X7 rayonu Nəvahı kəndində yaşayan xx.xx.1988-ci il təvəllüdlü Şahid5 ilə birlikdə Hacıqabul rayonu Nəvahı kəndində piyada şəklində hərəkətdə olarkən polis əməkdaşları Təqsirləndirilən şəxs və Şahid5 tərəf yaxınlaşaraq onları saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmişdir. Polis əməkdaşları tərəfindən ona dəfələrlə öz hərəkətindən çəkinməsini bildirməklərinə baxmayaraq o, buna məhəl qoymamışdır. Daha sonra, Təqsirləndirilən şəxs qoluna təhlükəsizlik məqsədi ilə xüsusi vasitə olan qandal vurmuşlar. Bundan sonra əməliyyat müvəkkili Şahid1 özünü təqdim edib, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Hər iki şəxsə saxlanılmalarının səbəbini bildirib, üzərlərində yoxlama aparılacağını demiş, bundan sonra hüquq və vəzifələrini elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmağa başlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibində saxladığı plastik qutunun içərisindən 02 ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərin birinin içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümün içərisindən isə psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş şüşə lampa aşkar olunaraq götürülmüşdür. İçərisində psixotrop maddəyə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 2,05 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə və şüşə lampa zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş və əynində olan şalvarının ön və arxa ciblərindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonlar zərfə qoyularaq möhürlənmişdir. Təkrar Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Şübhəli şəxsin üzərinin yoxlanılması və götürmə zamanı aparılmış videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Eyni zamanda videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparıldıqdan sonra onunla birlikdə saxlanılmış Şahid5 üzərində yoxlama aparılmağa başlanılmış və Şahid5 üzərində qanunsuz hər hansı maddə, predmet və ya əşya olub-olmamasını, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Şahid5 üzərində qanunsuz olaraq hər hansı maddə, predmet və ya əşya olmadığını, ancaq psixotrop maddə metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Buna baxmayaraq, Şahid5 üzərində yoxlama aparılmış, lakin üzərində qanunla qadağan olunan hər maddə, predmet və ya əşya aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən xüsusi vasitələr dedikdə, dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr nəzərdə tutulur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ vardır. Həmin Qanunun 26-cı maddəsinin 2-ci hissəsinə əsasən Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər: 1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə; 2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə; 3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə; 4) yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə; 5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə; 6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda; 7) cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə; 8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda; 9) həbs olunanları müşayiət etdikdə; 10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda; 11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə; 12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri). Həmin Qanunun 6-cı hissəsinə əsasən həmin qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 728-İQ nömrəli Qanununda əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildiyi halda da həmin qərarda əməliyyataxtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyataxtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. X9 vurğulanmışdır ki, burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan təhlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı polis əməkdaşları tərəfindən ona xüsusi vasitə olan qandal tətbiq edilməsi mövcud şəraitə uyğun olaraq mütənasib olmuş və polis əməkdaşları tərəfindən hər hansı qanun pozuntusu halına yol verilməmişdir. Belə ki, videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən polis əməkdaşları tərəfindən video çəkilişin əməliyyat tədbirinin başlanmasının ilk saniyələrindən qeydə alınması, eləcə də onun cibinə hər hansı şəxs tərəfindən qanunsuz olaraq büküm qoyulması ilə bağlı şübhə doğuracaq hal aşkar edilməmişdir. Bunun əksinə olaraq əməliyyat tədbirinin ilk saniyələrindən etibarən şübhəli şəxsin polis əməkdaşlarına müqavimət göstərməsi nəticəsində onun qollarına xüsusi vasitə olan qandal vurulması müşahidə edilir. Belə olan halda saxlanılan şəxsin şəxsiyyəti nəzərə alınmaqla təhlükəsizlik tədbirinin təmin edilməsi məqsədilə ona qandal vurulmasını məhkəmə pozuntu kimi qiymətləndirmir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəmənin müvafiq Plenum qərarına uyğun olaraq polis əməkdaşları tərəfindən videoçəkiliş aparılması üçün fasiləsizlik şərait yaradılmışdır. Müdafiə tərəfi isə əməliyyat tədbirinin sübut olaraq qəbul edilməsinə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 01:25-dən saat 01:44-dək olan müddət ərzində Hacıqabul RPŞ-nin CAB-nin və NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd yaşıl rəngli plasmas qabın içərisində 01 ədəd sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütləyə, daha sonra əməliyyataxtarış tədbirinin videoqeydini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinə dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə əks olunmuş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına əsasən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını və aşkar edilən psixotrop maddənin ona aid olmasını etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/557 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,531 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmçinin, bir tərəfi plastik, bir tərəfi şüşə olan 01 ədəd əşyanın hər iki tərəfinin içərisində psixotrop maddə metamfetaminin izləri olduğu müəyyən edilmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 14 avqust 2025-ci il tarixli, 4970 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan “asılılıq sindiromu” (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sabirabad MX-da (F11x2) qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli, 18-1-41/2-682/2025 nömrəli məktuba əsasən, Əliyev X7 rayon Mərkəzi Xəstəxanasının konsultativ-poliklinika şöbəsində xx.xx.2021-ci il tarixindən narkoloji dispanserdə “F11.2 zərərli istifadə, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır, lakin nevroloji xəstəliklə qeydiyyatda deyildir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,531 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 01:25-dən hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2025-ci il tarixdə 1,531 qram psixotrop maddə metamfetamin aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Həmin müstəntiq tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət Hacıqabul rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı əsasında vəsatətin təmin edilməsindən imtina edilmişdir. Daha sonra şöbənin müstəntiqi Toğrul Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 13:00-da azad edilmiş və onun barəsində həmin gün saat 13:08-də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və azadlığı faktiki məhdudlaşdırıldığı müddət 24 saatdan artıq (xx.xx.2025-ci il saat 01:25-dən - xx.xx.2025ci il saat 13:00-a qədər) olmuşdur. Məhkəmə hesab edir ki, bu hal təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılması və qəti cəzanın müəyyənləşdirilməsi zamanı 2 (iki) gün kimi qəbul edilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)- 126/2025 saylı məhkəmə hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və dövlət ittihamçısı tərəfindən verilmiş həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İH-nin Başçısının Navahı qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 25 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Əliyev X7 rayonu Navahı qəsəbəsində yaşayır. Subaydır və himayəsində azyaşlı övladı yoxdur. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Navahı qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə onun barəsində mənfi rəy daxil olmamışdır. Lakin, o, yaşadığı Hacıqabul rayonu Navahı qəsəbəsinin sakinləri tərəfindən qeyrinümunəvi vətəndaş hesab olunur. Dolayısı ilə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə və materiala əlavə edilmiş hökmlərin surətlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 242 maddəsinin “A" bəndinə əsasən təqsirli bilinərək, 05 il əmlakı müsadirə olunmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla şərti maliyyə vahidinin 1000 misli cərimə cəzasına məhkum edilmiş, bundan başqa Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 03 il müddərə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əli-Bayramlı Apellyasiya Məhkəməsinin 29 noyabr 2007-ci il tarixli qərarı ilə barəsində 03 il 06 azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, bundan başqa Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 21 günü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək, 04 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli hökm ləğv edilib və cinayət işi məhkəmə baxışı mərhələsinə qaytarılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.3-cü maddəsinə əsasən 07 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, bundan başqa Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək, 05 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli qərar dəyişdirilib cəza müddəti 06 ay azaldılaraq 04 il 06 ay cəza təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitmiş və qeydiyyatdan çıxarılmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edildiyi, yəni xx.xx.2024-cü il tarixdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər dəfələrlə analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona əməldə sadə residiv olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsi məsləhət görülmüş və ərazi narkoloji dispanserində qeydiyyata olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyata olması alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 1,431 qram metamfetamin və psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd şüşə lapma cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 1,431 qram metamfetamin və psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd şüşə lapma hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 1,431 qram metamfetamin və psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd şüşə lapma hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar