Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-127/2022 16.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1991-ci ildə Hacıqabul rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, öhdəsində iki azyaşlı uşağı olan, işləməyən, Salyan şəhəri “20 Yanvar” küçəsi ev 252-də qeydiyyatda olmaqla, Hacıqabul rayonu Nəvahi kəndində yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan 04 ədəd bitki kolunu əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona məxsus Hacıqabul rayonu Nəvahi kəndində yerləşn bağ sahəsinə baxış keçirilərkən həmin bitki kolları oradan aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 17 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd şəffaf polietilen torbada qablaşdırılmış halda yaşadığı Hacıqabul rayonu Nəvahi kəndində yerləşən evində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilən zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 6,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd kibrit qutusunda qablaşdırılmış halda əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Hacıqabul rayonu Nəvahi kəndində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan narkotik vsitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Salyan şəhəri 20 Yanvar küçəsi ev 252-də qeydiyyatda olmaqla, Hacıqabul rayonu Nəvahi kəndində yaşayır. O, təxminən 1 il olar ki, narkotik vasitə olan çətənə bitkilərindən siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. Təxminən 2022-ci ilin aprel ayında yaşadığı küçədən tapdığı qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə istifadə edərkən qurudulmuş marixuananın içində toxum olduğunu görmüş və həmin toxumlar təxminən 04 ədəd olmuşdur. 2022-ci ilin may ayının axırlarında həmin 04 ədəd çətənə tumlarını Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində əkmiş və həmin tumdan əmələ gələn çətənə kollarına aqrotexniki qaydada qulluq edərək çətənə kollarının diblərini suvarmışdır. Həmin kolların yarpaqlarından bir qədərini yığıb qurutmuş və özü istifadə etmək üçün Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinin otağında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində yerləşən yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, öz istəyilə Müdafiəçi1 ilə təmin olunduqdan sonra vidioçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmadığı ondan soruşmuşdur. O, polis əməkdaşlarına üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları üzərində şəxsi axtarış aparan zaman üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. O, bildirmişdir ki, onun Hacıqabul rayonu Nəvahi kəndində yerləşən yaşadığı evdə olan özünə məxsus qurudulmuş marixuananı təqdim etmək üçün və Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində əkib aqrotexniki qaydada qulluq etdiyi çətənə kollarını təqdim etmək üçün Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, vəkili və polis əməkdaşlarının iştirakı ilə Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə getmiş, vidioçəklişdən istifadə edilməklə bağ sahəsində əkdiyi 04 ədəd çətənə kollarını təqdim etmiş, bağ sahəsində əkdiyi çətənə kolları onun, vəkili, aqranomun və polis əməkdaşlarının iştirakı ilə çıxarılıb sayıldıqda 04 ədəd çətənə kolları olduğu müəyyən olunmuşdur. Bundan sonra yaşadığı evin otağında gizlətdiyi sellofan torbada olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, vəkil, aqranom və polis əməkdaşları ilə birlikdə bu barədə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis pk-lt Tural Namazov tərəfindən protokol tərtib olunmuşdur. O, protokolun məzmunu ilə tanış olandan sonra, protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Bundan sonra o, Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi F.İmanov tərəfindən xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, evinə buraxılmışdır. O, buraxıldıqdan sonra yaşadığı evdə özü istifadə etmək məqsədi ilə bir kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana saxlamışdır ki, sonra istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində həmin kibrit qutusunu əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibinə qoyub yaşadığı Hacıqabul rayonu Nəvahi kəndində yerləşən evin yaxınlığına küçəyə çıxmışdır ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub istifadə edsin, həmin vaxtı polis əməkdaşları ona yaxınlaşıb və ona üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib onu Hacıqabul RPŞyə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra Müdafiəçi2 ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuş, o, isə polis əməkdaşlarına əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ cibində bir ədəd kibrit qutusunu təqdim edərək içərsində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə əkdiyi çətənə kolundan yığıb saxladığını bildirmişdir. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və o, protokolu imzalamışdır. Şahid2 Mirzağa oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin İTBnin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Salyan şəhəri 20 Yanvar küçəsi ev 252-də qeydiyyatda olmaqla Hacıqabul rayonu Nəvahi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahi kəndində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı polis polkovnikleytenantı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi1 ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilsə də, Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Hənifəyev X5 rayonu Nəvahi kəndində yerləşən yaşadığı evdə özünə məxsus qurudulmuş marixuananı və Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində əkib aqrotexniki qaydada qulluq etdiyi çətənə kolları olduğunu və həmin kolları və qurudulmuş marixuananı təqdim etmək üçün Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun, əməliyyat qrupunun digər üzvünün, aqronomun, Hacıqabul rayonu Nəvahi kənd İƏD üzrə icra nümayəndəsi və TB-nin təhqiqatçısı Tual Namazovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi kəndində yerləşən evinə gedilmiş və evin həyətyanı sahəsinə baxış və götürmə keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evində vidioçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs bağ sahəsində əkdiyi 04 ədəd çətənə kollarının yerini göstərdikdən sonra Təqsirləndirilən şəxs bağ sahəsində əkdiyi 04 ədəd çətənə kolları onun, vəkilin, aqranomun, Nəvahi kəndi üzrə İƏD nümayəndəsinin, polis əməkdaşlarının iştirakı ilə çıxarılmış və sayıldıqda 04 ədəd çətənə kolları olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin təmirsiz otağında gizlətdiyi 01 ədəd sellofan torbada olan qurudulmuş marixuananı təqdim etdikdən sonra aqronom Şahid3 kollara baxandan sonra həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib rəy vermişdir. Bundan sonra onun, əməliyyat qrupunun digər üzvünün, müdafiəçinin, Nəvahi kəndi üzrə İƏD nümayəndəsi Şahid4, aqronom Şahid3, TB-nin təhqiqatçısı T.Namazovun və Təqsirləndirilən şəxs iştirakı ilə həmin dibindən çıxarılmış 04 ədəd kollar və 01 ədəd sellofan torbada olan qurudulmuş marixuanaya bənzər maddə zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra o, həmin protokolu imzalamışdır. xx.xx.2022-ci il tarixdə Salyan şəhəri 20 yanvar küçəsi ev 252-də qeydiyyatda olmaqla Hacıqabul rayonu Nəvahi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə Hənifəyev X5 rayonu Nəvahi kəndində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi2 ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibindən 1 ədəd kibrit qutusu təqdim edərək, həmin kibrit qutusunun içərisində narkotik maddə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ondan götürülmüş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş qurudulmuş marixuanaya oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş və TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra o, həmin protokolu imzalamışdır. Şahid X3 məhkəmə iclasında Şahid2 Mirzaxan oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə verdi. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Salyan şəhəri 20 Yanvar küçəsi ev 252-də qeydiyyatda olmaqla Hacıqabul rayonu Nəvahi kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus Hacıqabul rayonu Nəvahi kəndində yerləşən bağ sahəsində narkotik tərkibli bitkilərin əkib becərməsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahi kəndində yerləşən bağ sahəsinə baxış keçirilməsində mütəxəssis qismində iştirak edə biləcəyini soruşmuşlar. O, etiraz etməmişdir. Bundan sonra Hacıqabul rayon polis şöbəsinin əməkdaşları müdafiəçi və Hacıqabul rayonu Nəvahi kənd İƏD üzrə icra nümayəndəsi Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi kəndində yerləşən bağ sahəsinə gələrək özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilməsi barədə etirazının olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs bu barədə etirazı olmadığını bildirdikdən sonra onun və polis şöbəsinin əməkdaşları müdafiəçi və Hacıqabul rayonu Nəvahi kənd İƏD üzrə icra nümayəndəsi Şahid4 iştirakı ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən bağ sahəsinə baxış keçirlmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin bağ sahəsində 04 ədəd narkotik tərkibli bitkiləri əkib becərdiyini bildirərək həmin bitkiləri əkdiyi yerləri göstərmişdir. Bundan sonra 04 ədəd narkotik tərkibli bitkilər yerindən çıxarılmışdır. O, kollara baxandan sonra həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib bu barədə rəy vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqından bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdikdən sonra 04 ədəd narkotik tərkibli bitkilər və qurudulmuş marixuanaya bənzər kütlə zərfə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunduqdan sonra o, protokolu imzalamışdır. Şahid Hacıqabul rayonu Nəvahi kənd İƏD üzrə icra nümayəndəsi Şahid4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Salyan şəhəri 20 Yanvar küçəsi ev 252də qeydiyyatda olmaqla Hacıqabul rayonu Nəvahi kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus Hacıqabul rayonu Nəvahi kəndində yerləşən bağ sahəsində narkotik tərkibli bitkilərin əkib becərməsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahi kəndində yerləşən bağ sahəsinə baxış keçirilməsində iştirak edə biləcəyini ondan soruşmuşlar. O, etiraz etməmişdir. Bundan sonra Hacıqabul rayon polis şöbəsinin əməkdaşları müdafiəçi və aqronom ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi kəndində yerləşən bağ sahəsinə gələrək özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilməsi barədə etirazının olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxsbu barədə etirazı olmadığını bildirdikdən sonra onun və polis şöbəsinin əməkdaşları müdafiəçi və aqronomun iştirakı ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Hacıqabul rayonu Nəvahi kəndində yerləşən bağ sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin bağ sahəsində 04 ədəd narkotik tərkibli bitkiləri əkib becərdiyini bildirərək həmin bitkiləri əkdiyi yerləri göstərmişdir. Bundan sonra 04 ədəd narkotik tərkibli bitkilər yerindən çıxarılmış, kollara baxıldıqdan sonra həmin kollara aqrotexniki qaydada qulluq edilməsi barədə rəy verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqından bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdikdən sonra 04 ədəd narkotik tərkibli bitkilər və qurudulmuş marixuana bənzər kütlə zərfə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra o, protokolu imzalamışdır. Şahid X4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, hal hazırda heç bir yerdə işləmir evdar qadındır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla 2018-ci ildə ailə qurmuşdur. Bağbalanın narkotik vasitələrdən istifadə etdiyini heç vaxt bilməmişdir. Bağbala narkotik vasitələrdən istifadə etdiyini və çətənə kollarının əkdiyini heç vaxt ona bildirməmişdir. Bağbala evin həyətyanı sahəsinə tez-tez gedib gəlmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, evdə olarkən, bu zaman yaşadığı evə polis əməkdaşları, Bağbala, vəkil aqronom və icra nümayəndəsi ilə birlikdə gəlmiş və polis əməkdaşları həyətə daxil olmağa icazə alandan sonra videoçəkilişdən istifadə etməklə Bağbala evin bağ sahəsində olan 04 ədəd çətənə kolunu və evin təmirsiz otağında 01 ədəd sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həyəti tərk edib getməsni bildirmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 16:40-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 18:00-da tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi kəndində yerləşən evin həyatyani sahəsindən 04 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 17:20-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərində saxladığı 1 ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/812 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs həyatyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik xassəli bitkilər və evindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana ...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 04 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 700,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. 01 ədəd polietilen torbada təmiz çəkisi - 17 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 04 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş 04 ədəd çətənə bitkiləri 01 ədəd polietilen torbada olan marixuana ilə eyni tərkiblidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/856 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,02 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/1111 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 4 ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4873 nömrəli rəyindən görünür ki, müaiyinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Hənifəyev X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə icraat aparılmış və xx.xx.2020-ci il tarixdə həmin icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir. (İş v. 85- 86). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 04 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 700,0 qram (qurudulmuş vəziyyətdə 430 qram) olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib, onlara aqrotexniki qaydada qulluq göstərib becərmə, yetişdirməklə hissələrini toplamaqla kultivasiya etdiyi həmin bitkilərin yarpaqlarını, hissələrini toplayıb qurutmaqla satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 17 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaq cinayətini, daha sonra 6,02 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, öhdəsində iki azyaşlı uşağı olmasını cəzanə yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, cinayətin təkrar törədilməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs birinci dəfə şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan 02 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,98 qram və 6,0 qram olan qurudulmuş marixuana, həmçinin evinin həyətində əkib-becərdiyi və aqrotexniki qaydada qulluq etdiyi 04 ədəd olmaqla, qalıq çəkisi cəmi 429,92 qram olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95+31,95+49,74=113,64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il saat 16:15-dən xx.xx.2022-ci il saat 13:00-a kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,98 qram və 6,0 qram olan qurudulmuş marixuana, həmçinin evinin həyətində əkib-becərdiyi və aqrotexniki qaydada qulluq etdiyi 04 ədəd olmaqla, qalıq çəkisi cəmi 429,92 qram olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95+31,95+49,74=113,64 (yüz on üç manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 (iki yüz) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 300 (üç yüz) manat; Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 saata görə 60 (altmış) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-127/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-127/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver