Məhkəmə qərarları › İş №1(071)-128/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-128/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-128/2025 24.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Tərtər rayonu Sarıcalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Tərtər rayonu Sarıcalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan hal-hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə saat 17 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz 111 CDİ” markalı **-CY- *** dövlət qeydiyyat nişanlı vaqon tipli minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu ərazisindən keçən 118-ci kilometrliyində Qazax istiqamətində 90 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətinin təmin olunması məqsədi ilə idarə olunma ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyindən avtomobil hərəkət hissəsindən sağ tərəfə çıxaraq yolun kənarında olan çökəklikdəki beton su ötürücüyə düşmüş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan həmin avtomobilin sərnişinləri 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 alının sol yarısında şişkinlik-hematoma, sağ tərəf İİİ-İV-V qabırğaların sınığı, sol bud sümüyünün burmalarından keçən qəlpəli sınığı, sol bud-çanaq oynağının total dəyişdirilməsi xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 sol İİİ-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qövsünün yerdəyişməyən sınıqları, L1 fəqərə cisminin spinal kanalı qismən daraldan kompression sınıq, L1 və L2 fəqərə cisimlərinin sağ yan çıxıntısının yerdəyişməyən sınıqları, sağ qasıq sümüyündə və sağ simfiz pubisdə parçalı yerdəyişməyən, sağ oturaq sümükdə qəlpəli qismən yerdəyişən sınıqlar xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ said sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişən sınığı xəsarətləri almaqla sağlamlığı uzun müddət pozduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 sol İİ-İİİ-Vİİ qabırğaların ön ucunda yerdəyişməyən, İV-V-Vİ qabırğaların ön ucunda yerdəyişən sınıqlar xəsarətləri almaqla sağlamlığı uzun müddət pozduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs5 sağ incik sümüyünün başının kənarı sınığı xəsarəti almaqla sağlamlığı uzun müddət pozduğundan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu Sarıcalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Özü “B” dərəcəli sürücüdür. “Mercedes-Benz 111 CDİ” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı vaqon tipli minik avtomobilini etibarnamə ilə idarə edir. 06 may 2025-ci il tarixdə sifariş əsasında o, bir neçə nəfər Tərtər rayon sakinlərini Bakı şəhərində keçirilən erməni əsilli şəxslərin məhkəməsinə aparmışdır. Məhkəmə prosesi saat 14:00-da başa çatandan sonra həmin sakinləri, daha doğrusu sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X4, X1, Şahid2 və Şahid1 götürüb Tərtər rayonununa qayıtmağa başlamışdır. Bakı şəhərindən çıxıb, Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yoluna daxil olmuş və həmin yolla Tərtər rayonu istiqamətində hərəkət etmişdir. Həmin yolla hərəkət edib, saat 17 radələrində yolun Hacıqabul rayonu ərazisindən keçən 118-ci kilometrliyinə çatmışdır. Hava yağışlı olmuş və idarə etdiyi avtomobildə texniki cəhətdən saz vəziyyətdə olmaqla yolun sağ zolağı ilə üzü Qazax istiqamətində 90 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu vaxt onun sol tərəfindən tanımadığı və nömrə nişanını xatırlamadığı bir yük avtomobili ötüb keçmişdir. Həmin sol zolaqda ötüb keçən avtomobilin təkərlərindən çıxan su kütləsi onun avtomobilinin qabaq alın şüşəsinə tökülmüşdür. O, qarşını görə bilməmiş və buna görə tormuz verib, sükanı sağa ehtiyat hissəyə yönəltmişdir. Ehtiyat hissəyə avtomobilinin təkərləri çıxan kimi çınqıl daşları üzərində avtomobil oynamış və bu səbəbdən avtomobil üzərində idarə etməni itirmişdir. Avtomobili hərəkət hissəsindən yolun kənarında olan çökəklikdəki beton su ötürücüsünə çırpılaraq düşmüşdür. Nəticədə, həmin yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, özü xəsarət almamışdır. Lakin sərnişinləri xəsarət almışdır və sərnişinlərini təcili yardım avtomobili ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yola salmışdır. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tərtər rayonu İcra Hakimiyyəti Başçısının Qızıloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində keçirilən erməni əsilli şəxslərin məhkəməsində iştirak etməyə getmişdir. Onu və digər şəxsləri Bakı şəhərinə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” vito markalı avtomobili ilə aparmışdır. Həmin günü geri qayıdan zaman avtomobildə sürücünün yanında sağ qabaqda əyləşmişdir. Bakı-Qazax-Gürcüstan yoluna daxil olub hərəkət etmişdilər. Saat 17 radələrində yolun Hacaqubul rayonu ərazisindən keçən hissəsinə çatmışlar. Hava güclü yağışlı olmuş və onlar hərəkətdə olduqları zaman anidən avtomobil yolun sağına çıxıb çökəkliyə beton su ötrücüsünə düşmüşdür. Hadisə zamanı o çanaq və bədənin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 da bir daha təsdiq edərək sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayətlərinin olmadığını bildirmişlər. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, Bakı şəhərində keçirilən erməni əsilli şəxslərin məhkəməsində iştirak etməyə getmişdir. Onu və digər şəxsləri Bakı şəhərinə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” vito markalı avtomobili ilə aparmışdır. Həmin günü saat 14 radələrində məhkəmə bitdikdən sonra geri qayıdan zaman avtomobildə ən arxa oturacaqda əyləşmişdir. Bakı-Qazax yoluna daxil olub hərəkət etmişdilər. Saat 17 radələrində yolun Hacaqubul rayonu ərazisindən keçən hissəsinə çatmışlar. O, telefonuna baxan zaman avtomobil yolun sağına çökəkliyə düşmüş və 50 metr gedəndən sonra avtomobil su ötrücüsü olan betona düşüb dayanmışdır. Hadisə zamanıda o, xəsarətlər almışdır və 10 gün xəstəxanada yatmışdır. Sonra isə evdə müalicə olunmuşdur. Hazırda heç bir şikayəti yoxdur. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Tərtər rayonu İcra Hakimiyyəti Başçısının Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində keçirilən erməni əsilli şəxslərin məhkəməsində iştirak etməyə getmişdir. Onu və digər şəxsləri Bakı şəhərinə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” vito markalı avtomobili ilə aparmışdır. Həmin günü geri qayıdan zaman avtomobildə ən arxa oturacaqda əyləşmişdir. Bakı-Qazax yoluna daxil olub hərəkət etmişdilər. Saat 17 radələrində yolun Hacaqubul rayonu ərazisindən keçən hissəsinə çatmışlar. Hava yağışlı olmuş və onların sol tərəfindən keçən yük avtomobilinin tullantıları əyləşdikləri avtomobilin qabaq alın şüşəsinə tökülmüşdür. Buna görə də, sürücü yolu görməmiş və avtomobil sağa, yəni çınqıl daşları üzərinə çıxmış və sürüşərək yolun sağına çıxıb çökəkliyə düşmüşdür. Hadisə zamanı o və digər sərnişinlər xəsarət almışdır. Onları təcili yardım və DYP-nin avtomobilləri ilə Şirvan ŞMX-ya aparmışlar. Orada müayinə edilib evə buraxılmışdır. Hazırda heç bir şikayəti yoxdur. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid1 bildirmişdir ki, Tərtər rayonu İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Atası Ağdərə rayon İmarət-Qərvənd kəndindən olduğu üçün 1991-ci ildə atasına məxsus ev zərər görmüşdür. Buna görə də, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində keçirilən erməni əsilli şəxslərin məhkəməsində iştirak etməyə ailə üzvü kimi getmişdir. Onu və digər şəxsləri Bakı şəhərinə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” vito markalı avtomobili ilə aparmışdır. Həmin günü geri qayıdan zaman avtomobildə arxa oturacaqda əyləşmişdir. Bakı-Qazax yoluna daxil olub hərəkət etmişdilər. Saat 17 radələrində yolun Hacaqubul rayonu ərazisindən keçən hissəsinə çatmışlar. Hava yağışlı olmuş və o, telefonuna baxaraq yuxlamışdır. Anidən qışqırtı səslərinə ayılmış və görmüşdür ki, avtomobil yolun sağına çıxıb çökəkliyə düşmüşdür. Lakin avtomobil aşmamışdır. Hadisə zamanı alt dodaqından yüngül xəsarət almışdır. Buna görə də, Şirvan ŞMX-da onu müayinə edib evə buraxmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsinin necə baş verdiyini xatırlamır. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid2 bildirmişdir ki, 2020-ci ilin 44 günlük “Vətən Müharibəsi” zamanı oktyabr ayında ermənilərin atdığı top mərmilərindən biri onların yaşadığı məhəlləyə düşmüş və evlərinə zərər dəymişdir. Buna görə də, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində keçirilən erməni əsilli şəxslərin məhkəməsində iştirak etməyə getmişdir. Onu və digər şəxsləri Bakı şəhərinə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” vito markalı avtomobili ilə aparmışdır. Həmin günü geri qayıdan zaman avtomobildə arxa oturacaqda əyləşmişdir. Bir qədər yol gələndən sonra yatmışdır. Qəflətən səs-küyə ayılmış və görmüşdür ki, avtomobil yolun sağına çıxıb çökəkliyə düşmüşdür. Hadisə zamanı sol ayağından əzik xəsarəti almışdır. Buna görə də, Şirvan ŞMX-da yardım olunub evə buraxılmışdır. Hadisə zamanı ciddi xəsarət almamış və yatmış vəziyyətdə olduğundan hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış yağmurlu hava şəraitində 17 dərəcə tempuraturda saat 17:40-dan 18:20-dək keçirilmişdir. Hadisə magistral yolda baş vermiş, hadisənin növü yoldan çıxma olmuş və Bakı-Qazax yolunun 118-ci kilometrliyində baş vermişdir. Bu zaman yolun işlək hissəsi düz, yol örtüyü asfalt və yaş vəziyyətdə olmuşdur. Yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 8 metr, işlək hissəsinin eni 4 metrdir. Yolun işlək hissəsinin nişan xətləri qırıq-qırıq xətlərlə nişanlanmışdır. Yolun işlək hissəsi sağdan ehtiyat yol, soldan daş sədlə sərhədləndirilmişdir. Ehtiyat hissədən sonra sağdan torpaq sahə soldan isə səki mövcuddur. Hadisə yeri məhdudiyyətsiz hərəkət ilə müəyyən edilmiş yol nişanları zonası olmaqla, yağışlı və aydındır. Hadisə yerində “Mercedes-Benz 111 CDİ” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı vaqon tipli minik avtomobili yoldan çıxmaqla yolun kənarında olan torpaq sahə ilə 11 metr hərəkət edərək su kanalına düşmüşdür. Yolun kənarındakı torpaq hissədə avtomobilin 11 metr uzunluğunda təkər izi mövcuddur. Tormozlama izi yoxdur. Hadisənin yerinin fotoşəkilləri və sxemi protokola əlavə edilməklə sonda protokol onu tərtib edən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 720 saylı DYP postu tərəfindən verilmiş sərxoşluq halının müəyyən edilməsinə dair alkotestr nəticəsindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan və cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 21 iyun 2025-ci il tarixli, 255 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alının sol yarısında şişkinlik hematoma, sağ tərəf İİİ-İV-V qabırğaların sınığı, sol bud sümüyünün burmalarından keçən qəlpəli sınığı, sol bud-çanaq oynağının total dəyişdirilməsindən ibarətdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 06 may 2025ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəyi qeyd olunmuşdur. Ağırlıq dərəcəsinə görə xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (45% funksional əlverişli vəziyyət) sağlamlığın uzun müddətə daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan və cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 21 iyun 2025-ci il tarixli, 327 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol İİİ-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qövsünün yerdəyişməyən sınıqları, L1 fəqərə cisminin spinal kanalı qismən daraldan kompression sınıq, L1 və L2 fəqərə cisimlərinin sağ yan çıxıntısının yerdəyişməyən sınıqları, sağ qasıq sümüyündə və sağ simfız pubisdə parçalı yerdəyişməyən, sağ oturaq sümükdə qəlpəli qismən yerdəyişən sınıqlardan ibarətdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 06 may 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəyi qeyd olunmuşdur. Xəsarətlərin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan və cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 21 iyun 2025-ci il tarixli, 256 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ said sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişən sınığından ibarətdir. Xəsarətlərin küt əşya təsirindən, həmçinin qərarın təsviri hissəsində göstərilən 06 may 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəyi qeyd edilmişdir. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan və cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 21 iyun 2025-ci il tarixli, 257 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol İİ-İİİ-Vİİ qabırğaların ön ucunda yerdəyişməyən, İV-V-Vİ qabırğaların ön ucunda yerdəyişən sınıqlardan ibarətdir. Xəsarətlər küt əşya təsirindən, həmçinin qərarın təsviri hissəsində göstərilən 06 may 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəyi qeyd olunmuşdur. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan və cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 21 iyun 2025-ci il tarixli, 259 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ incik sümüyünün başının kənarı sınığından ibarətdir. Xəsarət küt əşya təsirindən, həmçinin qərarın təsviri hissəsində göstərilən 06 may 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəyi qeyd olunmuşdur. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2025ci il tarixli, 8/1079 nömrəli rəyindən müəyyən edilir ki, “Mercedes Benz CDİ 111” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat - İmtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2- 136858/25 nömrəli məktubundan müəyyən edilir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AC 912204 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 8-9 bəndlərində qeyd edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyrimümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Həmçinin CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Qərarın 33-cü bəndinə görə hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Odur ki, göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi mötəbər sübut olaraq qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələr arasında ziddiyyət mövcud olmamış və baş vermiş hadisə mexanizmi üzrə ibtidai istintaq zamanı rəy alınmışdır. Həmin rəylə isə onun hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-İi Qərarının 19-cu maddəsinin 3-cü abzasının tələblərinə əsasən: məhkəmələrin diqqətinin ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilməsi tələb edilmişdir. Göründüyü kimi, tədqiqat nəticəsində əldə edilmiş xx.xx.2025-ci il tarixli, 8/1079 nömrəli ekspertiza rəyinin sübut kimi mötəbərliliyi yoxlanılarkən müəyyən edilmişdir ki, işin faktiki hallarına, yəni real hadisə mexanizminə uyğun olmaqla digər sübutlarla ziddiyyət təşkil etmir və mötəbər sübut olaraq qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 - 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Belə ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Həmin Qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Qeyd olunan Plenum Qərardan da göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Beləliklə, qanunvericilik normalarının təhlilindən görünür ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi isə zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmənin şərtlərini nəzərdə tutur. Məcəllənin 73.1-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən, hər hansı normativ hüquqi aktda, o cümlədən Cinayət Məcəlləsinin müvafiq maddələrində təsbit olunan Qeyd hissələri həmin maddələrin ayrılmaz tərkib hissəsini təşkil edir. Müvafiq Qeyd hissələrində öz əksini tapmış və cinayət məsuliyyətindən azad etmə ilə bağlı münasibətləri tənzimləyən normaların Cinayət Məcəlləsinin Ümumi hissəsində deyil, məhz Xüsusi hissəsindəki maddələrdə təsbit edilməsi ondan irəli gəlir ki, Qeyd hissələrində göstərilən məsuliyyətdən azad etmənin əsasları, şərtləri, müəyyən olunma məqsədi bir-birindən tamamilə fərqlənir. Onlar hər hansı kateqoriyadan olan cinayət əməllərinə ümumilikdə şamil oluna bilmir və hər bir cinayət əməlinin xarakterinə uyğun olaraq həmin cinayət əməlini nəzərdə tutan normanın Qeyd hissəsində onun tərkib hissəsi kimi təsbit olunur. Qərarda qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində istər Cinayət Məcəlləsinin 72.1 və 73.1-ci maddələrində göstərilən şərtləri, istərsə də tamamilə fərqli şərtləri məsuliyyətdən azad etmə üçün əsas kimi təsbit edən qanunverici, hər bir cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən, cinayət məsuliyyətindən azad edilməyə əsas verən hərəkətlərin icrası nəticəsində əldə olunacaq nəticələrin əhəmiyyətindən asılı olaraq belə normaları müəyyən etməkdə fərqli məqsədlərdən çıxış etmişdir. Bu hallarda məsuliyyətdən azad edilmə heç də həmişə yalnız cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini itirdiyinə görə deyil, həmçinin cinayətlərin törədilməsinin və ya onun mənfi nəticələrinin baş verməsinin qarşısının alınması, daha əhəmiyyətli ictimai münasibətlərin mühafizəsi və cinayət qanunvericiliyinin qarşısında duran digər vəzifələrdən irəli gəlir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 72.1 və 73.1-ci maddələri dispozitiv norma kimi müəyyən edilməklə, qeyd olunan maddələrə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə hüquq tətbiqedicinin qiymətləndirilməsinə buraxılmışdır. Buna baxmayaraq, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində ictimai təhlükəlilik dərəcəsi daha yüksək olan cinayətlərə görə məsuliyyətdən azad edilmənin imperativ qaydada müəyyənləşdirilməsi də, belə normaların qəbul edilməsində qanunvericinin fərqli məqsədlər güddüyünün göstəricisidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrində təsbit olunan cinayət məsuliyyətindən azad etmə halları fərqli əsaslardan irəli gəldiyindən və həmin normalar fərqli məqsədlərə xidmət etdiyindən, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri üzrə cinayət məsuliyyətindən azad etmənin maddi əsası kimi məhz həmin maddələrin Qeyd hissələri çıxış edir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində nəzərdə tutulan məsuliyyətdən yalnız bir dəfə azad edilmə ilə bağlı məhdudiyyət həmin Məcəllənin Xüsusi hissəsinin ayrı-ayrı maddələrinin “Qeyd” hissələri əsasında məsuliyyətdən azad edilməyə deyil, bilavasitə Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələri ilə məsuliyyətdən azad edilmə hallarına şamil edilir. Plenum qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir; Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Cinayət- Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Hazırkı, iş materiallarında olan Tərtər rayon polis şöbəsinin təhqiqat qrupu tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası CM-nin 73.1, 73.2-ci maddələrinə əsasən barəsində 10 iyun 2019-cu il tarixdə xitam verilmişdir. Hazırkı iş üzrə toplanmış materiallardan və proses iştirakçılarının çıxışlarından da göründüyü kimi, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə münasibət şikayət və tələbləri olmamasına baxmayaraq, vurulmuş zərərin ödənilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hazırki vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi vardır, onun əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Elnur Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş eyni tarixli qərarla CM-nin 263.1-1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(071)-128/2025 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Tərtər rayon İH-nin Başçısının Sarıcalı kənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 78 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Tərtər rayon Sarıcalı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində azyaşlı uşağı yoxdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İH-nin Başçısının Sarıcalı kənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və iş materiallarına əlavə olunmuş Tərtər rayon polis şöbəsinin təhqiqat qrupunun qəbul etmiş qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinib barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası CMnin 73.1, 73.2-ci maddələrinə əsasən barəsində 10 iyun 2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Elnur Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 111 CDİ” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı vaqon tipli minik avtomobili cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Mercedes Benz 111 CDİ” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı vaqon tipli minik avtomobilinin qanuni sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 23 (iyirmi üç) saata görə 253 (iki yüz əlli üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Mercedes Benz 111 CDİ” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı vaqon tipli minik avtomobilinin qanuni sahibinə qaytarıldığı nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 23 (iyirmi üç) saata görə 253 (iki yüz əlli üç) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar