Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-129/2025 15.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Şamaxı rayonu Şorbaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Şorbaçı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayonu Şorbaçı kəndində yaşadığı fərdi yaşayış evinin qarşısında yerləşən küçədə qonşusu Zərərçəkmiş şəxs1 məxsus olan ev heyvanının (itin) həyətyanı sahəsinə daxil olması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı istintaqa məlum olmayan ağac parçası ilə Zərərçəkmiş şəxs1 qəsdən bir neçə zərbə vuraraq sağ bazunun arxa səthinin qançırı, sağ əlin arxa səthində 4-cü, 5-ci daraq sümükləri nahiyəsinin qançırı, sağ əlin 5-ci əl darağı sümüyünün aşağı hissəsinin yerdəyişməyən sınığı ilə müşayiət olunan sonuncunun sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, mübahisənin davamında isə Zərərçəkmiş şəxs2 istintaqa məlum olmayan ağac parçası ilə qəsdən bir neçə zərbə vuraraq başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sol hissəsinin qançırı, sağ əlin arxa səthinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Hacıqabul rayonu Şorbaçı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Kənd ərazisində fərdi təsərrüfatla məşğul olub çörək pulunu qazanır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəldən tanıyır, hər ikisi onun qohumudur, aralarında münasibətlər təxminən 4-5 ilə yaxındır ki, yaxşı deyil. Buna səbəb Təyyar və Xalidə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanların, həmçinin itlərinin onun həyətyanı sahəsinə daxil olaraq bir neçə dəfə ziyan vurması olmuşdur. Təyyar və Xalid yaşadığı Hacıqabul rayonu Şorbaçı kəndində onunla qonşuluqda yaşayırlar. 16 aprel 2025-ci il tarixdə səhər saatlarında Xalidə məxsus itin yaşadığı evin həyətyanı sahəsinə daxil olmasını görmüşdür. Həmin iti həyətdən qovmasına baxmayaraq, təkrar yaşadığı evin həyətinə daxil olmuşdur. Sonuncu dəfə həmin gün saat təxminən 12 radələrində iti həyətyanı sahəsindən əlində olan ağac parçası ilə qovub küçəyə çıxaran zaman Xalidin tək halda əlində ağac parçası ilə yaşadığı evə doğru getdiyini görmüşdür. Həmin vaxt Xalidə itinin yaşadığı evin həyətinə daxil olduğunu, bir neçə dəfə qovmasına baxmayaraq təkrarən həyətyanı sahəyə gəldiyini, iti açıq buraxmamasını, əks təqdirdə ona ziyan vurduğunu bildirmişdir. Həmin vaxt Xalid onun ünvanına xoşagəlməz ifadələr işlətmişdir. O, Xalidin sözlərindən əsəbiləşərək onun itinin heç kimə ziyan vurmadığını demiş və ona qarşı işlətdiyi xoşagəlməz ifadəni Xalidin öz ünvanına demişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Xalidin iti yanlarında olmuşdur. O, əsəbləşib əlində olan ağac parçası ilə Xalidin itinə vurmaq istəyən zaman Xalid əlində olan ağac parçası ilə onun sağ əlinin sonuncu barmağından vuraraq onu döymüşdür. O, Xalidin onu vurmasına əsəbiləşərək əlində olan ağac parçası ilə sağ qol, daha sonra sağ əl nahiyələrindən vuraraq döymüşdür. Bu zaman mübahisəni qonşuluqda yaşayan qardaşı Sərxoş və arvadı Nahidə görərək yanlarına gəlib onları aralaşdırmışlar. Həmin vaxt Xalidin atası Təyyar mübahisəni görüb hadisə yerinə yaxınlaşmışdır. Məsələnin nə olduğunu soruşduqda Xalid onun tərəfindən döyüldüyünü bildirmişdir. Təyyar onun ünvanına nalayiq ifadələr işlədərək üzərinə hərəkət edən zaman o, əlində olan ağac parçası ilə Təyyarın baş, alın və sağ əl nahiyələrindən vuraraq döymüşdür. Həmin vaxt qardaşı Sərxoş və arvadı Nahidə onları aralaşdırıb hər birini kənara çəkmişlər. Buna görə də, Təyyar ona heç bir xəsarət yetirməmişdir. Mübahisələri təxminən 5-6 dəqiqə müddətində davam etmiş və başa çatmışdır. Mübahisə başa çatdıqdan sonra arvadı Şahid2 hadisə yerinə gələrək onlara qohum olduqları üçün mübahisə etdiklərinə görə irad bildirmişdir. Mübahisə zamanı o, Təyyarın əlində və ya üzərində hər hansı əşya görməmiş, Xalidin əlində isə ağac parçası olmuşdur. Mübahisə bitdikdən sonra DİN-nin 102 xidmətinə müraciət etmiş, ilkin tibbi yardım almaq məqsədi ilə Hacıqabul rayon Mərkəzi Xəstəxanasına getmişdir. Mübahisəyə səbəb Xalidə açıq olan itinə görə irad bildirən zaman onun ünvanına nalayiq ifadələr işlətməsi olmuş, mübahisə zamanı Təyyar sağ əl, baş və alın nahiyələrindən, Xalid sağ qol, sağ əl nahiyələrindən o, isə sağ əlinin sonuncu barmağından xəsarət almışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarətlər onun tərəfindən əlində olan ağac parçası ilə yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Hacıqabul rayonu Şorbaçı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus olan iribuynuzlu və xırdabuynuzlu heyvanları saxlamaqla ailə üzvlərini dolandırır. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, onun dayısı oğludur, aralarında münasibətlər təxminən 4-5 ilə yaxındır ki, yaxşı deyil. Çünki əvvəl aralarında sözlü mübahisə olmuş və bir-birləri ilə əlaqəni tamamilə kəsmişlər. Təqsirləndirilən şəxs yaşadığı Şorbaçı kəndində onunla qoşuluqda yaşayır. 16 aprel 2025ci il tarixdə saat 12 radələrində yaşadığı kənddə ondan ayrı yaşayan atası Zərərçəkmiş şəxs2 yaşadığı evə xəstə olan anasına baş çəkmək məqsədi ilə getmişdir. Bundan bir qədər sonra oğlu Davud atasının yaşadığı evə gələrək, onlara məxsus itin yaşadıqları küçəyə gəldiyini, onu bağlamaq lazım olduğunu bildirmişdir. Atası Təyyar ondan məsələnin nə olduğunu soruşduqda, ona məxsus itin kənd sakinlərinin xırdabuynuzlu heyvanlarına qoşularaq nobata getdiyini, nə qədər çalışsa da qaytara bilmədiyini hazırda yaşadıqları küçədə olduğunu demişdir. X6 bir parça çörək verərək itə verməsini və aparıb bağlamasını tapşırmışdır. Davud getdikdən sonra o, Davudun iti tuta bilməməsindən ehtiyyat etdiyi üçün bir neçə dəqiqədən sonra Davudun arxasıca yaşadığı evə doğru çıxıb getmişdir. Atası Təyyar isə yaşadığı evin həyətində qalmışdır. O, yaşadığı evə doğru piyada şəklində hərəkətdə olan zaman Səyavuşun yaşadığı evin qarşısında dayandığını görmüşdür. O, Səyavuşla danışmadığı üçün salam verməyib yanından keçən zaman Səyavuş ona itin zəncirdən açılaraq ona ziyan vurduğunu bildirərək barəsində xoşagəlməz ifadələr işlətmişdir. O, Səyavuşa iti bağlamağa getdiyini bildirmişdir. Həmin vaxt Səyavuş onun üzərinə gəlməyə başlamış, o, Səyavuşun əlində uzun ağac parçası olduğunu görmüşdür. Həmin vaxt heyvanlarını otarıb atası Təyyarın evinə getdikdə, o cümlədən yaşadığı evə itini bağlamaq üçün qayıtdıqda da, onunda əlində heyvanları otarmaq üçün istifadə etdiyi ağac parçası olmuşdur. Səyavuş yaxınlaşan zaman ona məxsus olan it onun yanına gəlmişdir. Səyavuş ona yaxınlaşdıqda Səyavuşun əlində olan ağac parçası ilə itini vuracağını düşünmüşdür. Həmin vaxt Səyavuşun hirsinin keçməsi üçün iti vurmasını qəbul etmişdir. Yəni, itini vuracağı təqdirdə Səyavuşa heç bir söz deməyəcəyi barədə qərarlaşmışdır. Lakin, Səyavuş yaxınlaşaraq əlində olan ağac parçası ilə onu vurmağa çalışmışdır. O, əlində olan ağac parçasını irəli tutaraq Səyavuşun ağac zərbələrinin qarşısını almağa çalışmışdır. Buna baxmayaraq Səyavuş ilk başda onun sağ qol nahiyəsindən, daha sonra sağ əl nahiyəsindən əlində olan ağac parçası ilə bir neçə dəfə vuraraq onu döyməyə başlamışdır. O, əlində olan ağac parçası ilə özünü müdafiə etməyə başlamış və Səyavuşun əlində olan ağac parçasını əlində olan ağac parçası ilə vurub yerə salmağa çalışmışdır. Bu zaman Səyavuşun qardaşı Şahid1 və Sərxoşun arvadı Hüseynova X3 onu dəyməsini görüb, onları ayırmaq üçün yanlarına gəlmişlər. Nahidə əlində olan ağac parçasını ondan alıb bilmədiyi istiqamətə atmışdır. Bir qədər sonra atası Təyyar mübahisəni görüb yanlarına gələrək mübahisənin nə olduğunu onlardan soruşan zaman Səyavuş əlindəki ağac parçası ilə atası Təyyarın sağ əlindən, daha sonra baş və alın nahiyəsindən vuraraq atası Təyyarı döyməyə başlamışdır. Sərxoş və Nahidə Səyavuşu aparmışlar, atası ilə o, isə hadisə yerindən uzaqlaşıb getmişlər və mübahisə bununla da, başa çatmışdır. Mübahisənin sonunda Səyavuşun arvadı Şahid2 hadisə yerinə gələrək, onların qohum olduqları üçün mübahisə etdiklərinə görə irad bildirmişdir. Mübahisə zamanı o, atası Təyyarın əlində və ya üzərində hər hansı əşya görməmiş, həmçinin onun əlində ağac parçası olmuş və həmin ağac parçası ilə özünü qorumağa çalışmışdır. Onlar atasının yaşadığı evə gəldikdən sonra DİN-nin 102 xidmətinə müraciət etmişlər, daha sonra Səyavuşun onlara xəsarət yetirdiyi nahiyələrdə ağrılar olduğundan, atası Təyyarla birlikdə Hacıqabul rayon Mərkəzi Xəstəxanasına getmişlər və həmin yerdə tibbi yardım almışlar. Həmin vaxt həkimlər onlara bildirmişlər ki, sağ əlində sınıq var və həmin əlinə gibs tətbiq etdikdən sonra yaşadıqları ünvana gəlmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Hacıqabul rayonu, Şorbaçı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Kənd ərazisində fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, onun qaynıoğludur, aralarında münasibətlər təxminən 4-5 ilə yaxındır ki, yaxşı deyil. Təqsirləndirilən şəxs yaşadığı Şorbaçı kəndində onunla qoşuluqda yaşayır. 16 aprel 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı kənddə ondan ayrı yaşayan oğlu Zərərçəkmiş şəxs1 yaşadığı evə gəlmişdir. Həmin vaxt yaşadığı evin həyətyanı sahəsində bir sıra işlər görmüşlər. Xalid gəldikdən bir qədər sonra nəvəsi Davud, yəni Xalidin oğlu yaşadığı evə gələrək atası Xalidə özlərinə məxsus olan itin yaşadıqları küçəyə gəldiyini, onu bağlamaq lazım olduğunu bildirmişdir. O, Xaliddən nə məsələ olduğunu soruşduqda, ona itin kənd sakinlərinin xırdabuynuzlu heyvanlarına qoşularaq nobata getdiyini, nə qədər çalışsa da, qaytara bilmədiyini, hazırda yaşadıqları küçədə olduğunu demişdir. O, nəvəsi Davuda bir parça çörək verərək itə verməsini və aparıb bağlamasını tapşırmışdır. Davud getdikdən sonra Xaliddə onun arxasıca yaşadığı həyətdən çıxıb getmişdir. O, isə yaşadığı həyətdə qalmışdır. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evin yaxınlığındakı küçədən səs gəldiyini eşitmişdir. Gələn səslərin nə olduğunu öyrənmək məqsədi ilə küçəyə çıxdıqda, həmin səsin Səyavuşun qardaşı arvadı Şahid3 gəldiyini, Təqsirləndirilən şəxsla oğlu Xalidin mübahisə etdiyini, Səyavuşun qardaşı Sərxoşla Nahidənin mübahisəni ayırdıqlarını görmüşdür. O, mübahisənin olduğu yerə yaxınlaşan zaman Səyavuşun əlində ağac parçası olduğunu görmüşdür. O, Xalidlə Səyavuşu ayırmaq istəyən zaman Səyavuş əlindəki ağac parçası ilə onun sağ əlindən, daha sonra baş və alın nahiyəsindən vuraraq ona xəsarətlər yetirmişdir. Daha sonra Sərxoş və Nahidə Səyavuşu o, isə oğlu Xalidi hadisə yerindən uzaqlaşdıraraq mübahisəni sonlandırmışlar. Mübahisənin sonunda Səyavuşun arvadı Şahid2 hadisə yerinə gələrək, onlara qohum olduqları üçün mübahisə etdiklərinə görə irad bildirmişdir. Mübahisə zamanı o, Xalidin əlində və ya üzərində hər hansı əşya görməmiş, həmçinin onun əlində və ya üzərində hər hansı əşya olmamışdır. O, Xaliddən mübahisənin nə olduğunu soruşduqda, Xalid ona Səyavuşun küçədə olan itinə görə onun ünvanına nalayiq ifadələr ünvanladığını, buna görə də, aralarında mübahisənin yarandığını bildirmişdir. O, Xaliddən Səyavuşa xəsarət yetirib-yetirmədiyini soruşduqda, mübahisə zamanı Səyavuşun əlində olan ağac parçası ilə ona xəsarət yetirdikdən sonra, özünü müdafiə etmək üçün əlində olan ağac parçası ilə Səyavuşun sağ əl nahiyəsindən xəsarət yetirdiyini, lakin həmin ağacın Nahidə tərəfindən ondan alınaraq yolun kənarına atıldığını bildirmişdir. O, Səyavuşun Xalidi döyməsini, həmçinin Xalidin Səyavuşu döyməsini görməmişdir. Onlar yaşadığı evə gəldikdən sonra DİN-nin 102 xidmətinə mraciət etmişlər və Səyavuşun onlara xəsarət yetirdiyi nahiyələrdə ağrılar olduğundan, Xalidlə birlikdə Hacıqabul rayon Mərkəzi Xəstəxanasına getmişlər və həmin yerdə tibbi yardım almışlar. Həmin vaxt həkimlər onlara bildirmişlər ki, Xalidin sağ əlində sınıq var. Xalidin əlinə gibs tətbiq etdikdən sonra yaşadıqları ünvana gəlmişlər. Mübahisəyə səbəb oğlu Xalidin açıq olan itinə görə Səyavuşun Xalidə nalayiq ifadələr işlətməsi olmuş, mübahisə zamanı o, sağ əl, baş və alın nahiyələrindən xəsarətlər almış, oğlu Xalid isə sağ qol, sağ əl nahiyələrindən xəsarətlər, Səyavuş isə sağ əl nahiyəsindən xəsarət almışdır. X9 sağ əlindən əlində olan ağac parçası ilə, həmçinin Səyavuşda onlara əlində olan ağac parçası ilə xəsarətlər yetirmişlər. Münaqişə təxminən 5-6 dəqiqəyə yaxın davam etmişdir. Həmin vaxt hadisəyə, Səyavuşun qardaşı Sərxoş və Sərxoşun arvadı Nahidə şahid olmuşlar, mübahisə zamanı ətrafda onları görən başqa şəxsləri görməmiş, hadisəni yalnız Sərxoş, Sərxoşun arvadı Nahidə görmüş, mübahisənin sonunda isə Səyavuşun arvadı Qərənfil gəlmiş, lakin Qərənfil, hadisəni görməmişdir. Mübahisə zamanı Səyavuşun əlində ağac parçası olmuş, onun əlində və ya üzərində hər hansı əşya olmamış, həmçinin hadisə yerinə getdikdə Xalidin əlində və ya üzərində hər hansı əşya görməmiş, o, mübahisə zamanı Səyavuşa heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayonu Şorbaçı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Kənd ərazisində fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəldən tanıyır, hər ikisi onun qohumudur, aralarında münasibətlər təxminən 4-5 ilə yaxındır ki, yaxşı deyil. Buna səbəb Təyyar və Xalidə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanların, həmçinin itlərinin onun və qardaşı Səyavuşun həyətyanı sahələrinə daxil olaraq bir neçə dəfə ziyan vurması olmuşdur. Təyyar və Xalid yaşadığı Hacıqabul rayonu Şorbaçı kəndində o, və qardaşı ilə qonşuluqda yaşayırlar. 16 aprel 2025-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evin həyətyanı sahəsində arvadı Şahid3 ilə iş görən zaman evin yaxınlığındakı küçədən səslərin ucaldığını eşitmişlər. Dərhal küçəyə çıxdıqda Xalidlə qardaşı Səyavuşun əlbəyaxa olduqlarını və əllərində olan ağac parçalarını birbirlərinə vurduqlarını görmüşlər. Onlar dərhal yaxınlaşıb hər ikisini ayırmağa çalışmışlar. O, qardaşı Səyavuşu Nahidə isə qohumu olduğu üçün Xalidi aralaşdırıb uzaqlaşdırmağa çalışmışdır. Həmin vaxt Xalidin atası Təyyarda mübahisəni eşidib, hadisə yerinə yaxınlaşmışdır. Məsələnin nə olduğunu soruşduqda Xalid Səyavuş tərəfindən döyüldüyünü bildirmişdir. Təyyar Səyavuşun ünvanına nalayiq ifadələr işlədərək üzərinə hərəkət edən zaman Səyavuş əlində olan ağac parçası ilə Təyyarın baş, alın və sağ əl nahiyələrindən vuraraq döymüşdür. Həmin vaxt o, və arvadı Nahidə onları aralaşdırıb hər birini kənara çəkmişlər. Mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmiş və başa çatmışdır. Mübahisə başa çatdıqdan sonra Səyavuşun arvadı Şahid2 hadisə yerinə gələrək, Xalid və Təyyara qohum olduqlarını xatırladıb mübahisə etdiklərinə görə irad bildirmişdir. Mübahisə zamanı o, Təyyarın əlində və ya üzərində hər hansı əşya görməmiş, lakin hadisə yerinə yaxınlaşan zaman Səyavuş və Xalidin əllərində ağac parçası olduğunu görmüşdür. Hadisə yaşadıqları evlərin yaxınlığında baş verdiyi və tez aralaşdırdıqları üçün başqa qonşuluqda yaşayan şəxslər hadisənin şahidi olmamış, həmçinin mübahisə zamanı o, arvadı Nahidə və Şahid2 heç bir xəsarət almamışlar, həmçinin Təyyar Səyavuşa heç bir xəsarət yetirməmiş, Səyavuşa xəsarəti yalnız Xalid yetirmiş, o cümlədən Xalid və Təyyarın aldığı xəsarətlər Səyavuş tərəfindən əlində olan ağac parçası ilə yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Hacıqabul rayonu Şorbaçı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəldən tanıyır, hər ikisi onun qohumudur, aralarında münasibətlər təxminən 4-5 ilə yaxındır ki, yaxşı deyil. Buna səbəb Təyyar və Xalidə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanların, həmçinin itlərinin həyətyanı sahələrinə daxil olaraq bir neçə dəfə ziyan vurması olmuşdur. Təyyar və Xalid yaşadığı Hacıqabul rayonu Şorbaçı kəndində onlarla qonşuluqda yaşayırlar. 16 aprel 2025-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evdə olan zaman evin pəncərəsində görmüşdür ki, Səyavuşla Xalid dalaşırlar və qaynı Sərxoşla arvadı Nahidə isə onları ayırır. O, dərhal evdən çıxıb küçəyə tərəf getdikdə artıq mübahisə başa çatmışdır. O, Xalid və Təyyara qohum olduqlarını xatırladıb mübahisə etdiklərinə görə irad bildirmişdir. O, mübahisə olan yerə çatdıqda hər hansı şəxsin əlində və ya üzərində hər hansı əşya görməmişdir. Hadisə yaşadıqları evlərin yaxınlığında baş verdiyi və tez aralandıqları üçün başqa qonşuluqda yaşayan şəxslər hadisənin şahidi olmamış, həmçinin mübahisə zamanı Sərxoş, Nahidə və o, heç bir xəsarət almamışlar, həmçinin hadisə yerində öyrəndiyi qədər Təyyar Səyavuşa heç bir xəsarət yetirməmiş, Səyavuşa xəsarəti yalnız Xalid yetirmiş, o cümlədən Xalid və Təyyarın aldığı xəsarətlər Səyavuş tərəfindən əlində olan ağac parçası ilə yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 17 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdiyi hadisənin baş verdiyi yer Hacıqabul rayonu Şorbaçı kəndində torpaq yolun kənarında yerləşən bir mərtəbəli evin arxa hissəsidir. Məhkəmə tibbi ekspertizasının 16 aprel 2025-ci il tarixli 124 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 müayinə zamanı başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sol hissəsinin qançırı, sağ əlin arxa səthinin qançırı aşkar olunmuşdur. Yuxarda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2025-ci il tarixə uyğundur. Yuxarda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 16 aprel 2025-ci il tarixli 125 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 müayinə zamanı sağ bazunun arxa səthinin qançırı, sağ əlin arxa səthində 4-cü, 5-ci daraq sümükləri nahiyəsinin qançırı, sağ əlin 5-ci əl darağı sümüyünün aşağı hissəsinin yerdəyişməyən sınığı aşkar olunmuşdur. Yuxarda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, baş vermiş hadisə zamanı əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2025-ci il tarixə uyğundur. Yuxarda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 18 aprel 2025-ci il tarixli 131 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı sağ əlin 5-ci barmağının dırnaq falanqası nahiyəsinin sıyrığı aşkar olunmuşdur. Qeyd edilən xəsarət küt əşya təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müyainə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvəllə uyğundur, qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Hacıqabul rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 18-1- 41/2-361/2025 nömrəli məktuba əsasən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Hüseynov X2 rayon X1 Hüquqi Şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Şorbaçı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış 25 aprel 2025-ci il tarixli 52 saylı arayışa və xx.xx.2025-ci il tarixli xasiyyətnaməyə əsasən Hüseynov X2 rayonu Şorbaçı kəndində qeydiyyatda olmaqla yaşayır və qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1, 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin iş üzrə zərərçəkmiş şəxsin birinə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurması, digər zərərçəkmiş şəxsə isə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 127.1, 128-ci maddələri ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, Məcəllənin 128-ci maddəsinin sanksiyasında isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin hər ikisi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 127.1, 128ci maddələrində nəzərdə tutulan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-ci maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ********************, VÖEN **********). Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-129/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-129/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver