Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-13/2022 01.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) X1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğlunun iştirakı ilə, xx.xx.1994-cü ildə Hacıqabul rayonu Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Rəncbər kəndində yaşayan, 12.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1 və 152.2-ci maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin mart ayının 2-ci on günlüyündə saat 16-17 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun könüllü razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, cinsi ehtirasını pozğun formada təmin etməklə, on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin aprel ayının 1-ci on günlüyündə gecə saat 02 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb öz cinsiyyət orqanını sonuncunun ağız nahiyyəsinə sürtərək, cinsi ehtirasını pozğun formada təmin etməklə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin iyul ayının 2-ci on günlüyündə gecə saat 02 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun könüllü razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin etməklə on altı yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə elan olunmuş ittihamla qismən təqsirli bildi, Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Rəncbər kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı evin məsafəsi təxminən 300 metrdir. O, “İnstagram” sosial şəbəkəsində adının şərti olaraq “Huska_777” olaraq qeydiyyatdan keçmişdir. 2019-cu ilin təxminən iyun aylarında, Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində “no_sevgi” adı ilə onun “İnstagram” səhifəsində olan şəkilləri bəyəndiyi üçün Şirin ona yazaraq kim olmasını soruşmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ilə təxminən 1 ay müddətində danışmışdır. 2019-cu ilin iyul ayında dəqiq günün xatırlamadığı tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs ona həyət evinin, küçə qapısının şəklini çəkib ona atmış, evin qapısı açıq olduğu üçün o, Şirinə inanmamışdır ki, gecə vaxtı gəlib qapının şəklini çəkər. Həmin vaxtı o, evdə tək olmuş və yatmaq üçün yerinə girmişdir. Təxminən 1-2 dəqiqə sonra evin qapısının döyüldüyünü eşidib yerindən durub qapını açdıqda, qapının qarşısında Zərərçəkmiş şəxs görmüş, Şirin kiminsə onu görəcəyindən qorxub evə daxil olmuşdur. Bundan sonra o, Şirinlə 10-15 dəqiqə yataq otağında söhbət etmiş, sonra Şirin əynində olan cins şalvarı və papaqlı köynəyi “kapşonkanı” çıxardıb yanına yaxınlaşmışdır. Onlar həmin vaxtı öpüşdükdən sonra o, Şirini yatağa uzadıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salmış və təxminən 4-5 dəqiqə Şirinlə arxa keçəcəyindən cinsi əlaqədə olduqdan sonra o, orqazm olacağını hiss edib, cinsiyət orqanını Şirinin arxa keçəcəyindən çıxarıb onun bel nahiyəsinə orqazm olub qurtarmışdır. Şirinin belinə tökülən “spermanı” özü salfetka ilə silmişdir. Bundan sonra Şirin yataqdan durub, paltarlarını geyinərək sağollaşıb onun evindən çıxıb getmişdir. Bundan sonra o, Şirinlə “İnstagram” sosial şəbəkəsi vasitəsilə mütamadi olaraq danışmışlar. 2019-cu ilin noyabr-dekabr aylarında Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışan zaman Zərərçəkmiş şəxs ondan nə etdiyini soruşmuş, o, Zərərçəkmiş şəxs bildirmişdir ki, evdə təkdir. Şirin ondan saat neçəyə qədər evdə tək olacağını soruşmuş o, Şirinə axşam saatlarına kimi evdə tək olacağını bildirmişdir. Bundan sonra Şirin ona hazırlığa gedəcəyini, günorta saatlarından sonra hazırlıqdan çıxan zaman onlara gələcəyini ona “İnstagram” sosial şəbəkəsində yazıb, telefonu evdə qoyacağını, hazırlıqdan çıxan zaman bir başa olaraq onun yaşadığı evə gələcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs hazırlıqdan çıxıb bir başa olaraq onun yaşadığı evə gəlmiş, həmin vaxtı o, evin həyətində olmuş, Şirin tez ondan qabaq onun yaşadığı evə girmişdir ki, birdən onu kimsə görər. O da, Şirinin arxası ilə evinə daxil olarkən Şirin üzərində olan məktəbli çantasını çıxarıb yerə qoymuşdur. Bundan sonra onlar köməkçi otağa daxil olmuş, orada olan çarpayıda oturub söhbət edərkən Zərərçəkmiş şəxs əynində olan üst paltarını özü könüllü olaraq çıxardıb onunla öpüşməyə başlamış və bundan sonra əynində olan cins şalvarı özü çıxarıb onunla birlikdə yatağa uzanmışdır. Həmin vaxt o, cinsiyət orqanını “bayram” kremi ilə kremləyib Şirinin arxa keçəcəyinə salmışdır. Həmin müddət təxminən 5 dəqiqəyə yaxın çəkmiş və o, orqazm olacağını hiss edib cinsiyyət orqanını Şirinin arxa keçəcəyindən çıxarıb Şirin bel nahiyyəsinə orqazım olaraq “spermanı” tökmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs belinə tökdüyü “spermanı” salfetka ilə özü silmiş və Şirin bundan sonra durub tez paltarını geyərək onunla sağollaşıb tələsik evlərinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə onun arasında soyuq münasibət yarandığı üçün o, bir aralar “İnstagram” sosial şəbəkəsində danışmamışlar. Bundan sonra 2020-ci ilin yanvar aylarında Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində ona yazaraq nə yaxşı “İnstagram” sosial şəbəkəsinə girdiyini soruşmuş, o, Şirinə mobil telefonu təzə aldığını bildirdikdən sonra o, bir neçə saat danışdıqdan sonra Şirin ona gecə saat 22 radələrində həyətlərində olan damın dalında görüşməyi təklif etmişdir. O da Şirinlə razılaşıb Şirin deyən vaxtı onların həyətyani sahəsinə “qamış” hasardan keçərək daxil olmuşdur. Orada Şirinlə damın arxasında söhbət etdikdən sonra o, Şirindən kənarlaşıb öz yaşadığı evə qayıtmışdır. Bundan təxminən 1 həftə sonra o, eyni minvanla Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışıb onların həyətinə gecə saat 23 radələrində gedərək yer palçıq olduğu üçün Zərərçəkmiş şəxs yaşadığı evin qapısından içəri girib Zərərçəkmiş şəxs ilə evlərinin yan hissəsində olan toyuq hininin arxasında görüşüb 5-10 dəqiqə söhbət etdikdən sonra Şirin onun evli olduğunu əsas göstərib, onu almayacağını bildirdikdən sonra, özünün həyatında başqa bir sevdiyi şəxsin olduğunu bilidirib ayrılmağı təklif etmiş və o da Zərərçəkmiş şəxs ilə razılaşıb ondan ayrılmışdır. Bundan sonra onun Zərərçəkmiş şəxs ilə münasibəti olmamışdır. O, ittiham aktında göstərildiyi kimi, 2019-cu ilin mart və aprel aylarında Zərərçəkmiş şəxs ilə heç bir əlaqədə olmamışdır. Bu səbəbdən özünü Ccinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilmir. Evli olmasını və himayəsində bir azyaşlı övladı olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon Rəncbər kənd 27 nömrəli tam orta məktəbin 10A sinfində oxuyur. Hacıqabul rayon PŞ-yə o, Hüseyn, Rahil və İbrahim barəsində ərizə ilə müraciət etmişdir. Hüseyn və qardaşı Rəşad onun atası Sahiblə dostluq edirdi, onların evinə gəlib-gedirdi. 2018-ci ilin iyul ayında yaşadığı kənddə Hüseyn ara yolda qoyun otaran zaman ona yaxınlaşıb, onu sevdiyini bildirmişdir. O, Hüseynə onu sevmədiyini dedikdə, Hüseyn onunla əlaqəsinin olmasını atasına deyəcəyi ilə onu hədələmişdir. O, atasının mobil telefonunda paylaşdığı özünə məxsus paltarlı şəkilləri Hüseyn statusdan götürmüş və ona qarşı hədə olaraq istifadə etmişdir. Bundan 1 həftə sonra Hüseynlə “WhatsApp”da danışan zaman Hüseyn ona onunla görüşmədiyi təqdirdə onun şəkillərini “İnstaqram” sosial şəbəkəsində yayacağı ilə hədələmişdir. O, Hüseynin bu sözündən qorxub 02.08.2018-ci ildə gecə saat 01 radələrində şortik və qısa köynək geyinib Hüseynlə yaşadığı evin giriş qapısının qarşısında görüşmüşdür. Hüseyn ona eşq elan etmişdir, təxminən yarım saat söhbət etdikdən sonra ayrılmışlar. Hüseyn ona evlənəcəyini demirdi, lakin bildirirdi ki, səni atan deyiləm. Hüseyn onun məktəbli olmasını bildirdi. Bundan sonra bu görüşmələr təxminən 2019-cu ilin iyul ayınadək davam etmişdir. Görüşlərin birində yaşadığı küçədə kəndarası yolda Hüseynlə görüşən zaman İbrahim gəlib onları görmüş və həmin vaxtı Hüseyn onu İbrahimlə tək qoyub çıxıb getmişdir. Bundan sonra İbrahim ona küçədə qalmamağı söhbəti evin həyətində davam etməyi təklif etmiş, o da İbrahimlə razılaşmışdır. İbrahim ona evlərinin həyətində onunla görüşməyəcəyi təqdirdə onun Hüseynlə görüşməyini atasına deyəcəyini bildirmişdir. O, İbrahimlə həyətdə razılaşdıqdan sonra İbrahim həyətdən çıxıb getmişdir. Bundan sonra təxminən 15 gün keçdikdən sonra İbrahim 2019-cu ilin yanvar ayında o, məktəbdən çıxıb evə gələn zaman yolda özünə məxsus “süd” rəngli Rusiya istehsalı olan Vaz markalı avtomobili onun yanında saxlayıb bildirmişdir ki, “ona niyə yazmır, sənin üçün Hüseyn deyiləm, sənə dedim axı sən mənimlə də görüşməlisən, axşama zəng vuracaqsan görüşəcəyik”. Bundan sonra o, İbrahimə məxsus mobil nömrəyə zəng vurub evin həyətinə gəlməsini bildirmişdir. Bundan 15 dəqiqə sonra İbrahim içkili vəziyyətdə onların evinin daş hasarından keçərək həyətə daxil olmuşdur. Həmin vaxt İbrahim uzunqol qara rəngli köynək və qara rəngli cins şalvar geyinmişdi. İlk görüş zamanı cinsiyyət orqanlarının sürtüşməsi olmuş, bundan sonra İbrahim orqazma çatdıqdan sonra çıxıb getmişdir. Bundan sonra yuxarıda qeyd etdiyi xüsusatların eyniylə təkrar olunması şərti ilə evlərinin həyətində 7-8 görüşləri olmuşdur. Sonuncu görüşdə, yəni 2019-cu ilin fevral ayının birinci on günlüyündə İbrahimlə gecə saat 02 radələrində yaşadığı evin həyətyanı sahəsində görüşmüşdür. Görüşmələri təxminən 1 saat müddətində davam etmiş, həmin müddət ərzində İbrahim evin həyətində onunla öpüşmüş və bədəninin müxtəlif nahiyyələrindən öpmüş, onu yerə yıxaraq arxadan qucaqlamış və onunla qeyri-təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olduqdan sonra çıxıb getmişdir. Bununla da, onun İbrahimlə olan münasibətləri bitmişdir. Təxminən 2019-cu ilin mart ayının 2-ci on günlüyündə axşam saat 16-17 radələrində Hüseyn “WhatsApp” sosial şəbəkə vasitəsi ilə onunla əlaqə saxlayıb ona öz yaşadığı evə gəlməyi bildirmişdir. O, Hüseynin ondan ayrılacağını fikirləşmiş və onun yaşadığı evə getmişdir. Həmin vaxtı küçədə heç kəs olmamışdır. O, həyətə daxil olmuş, Hüseyn onu qarşılayıb öz evinə aparmışdır. O, Hüseynin evi bir neçə daş üstündə olduğu üçün pilləkəni çıxıb evə daxil olduqdan sonra, Hüseyn ona İbrahimlə xəyanət etdiyini bildirmişdir. O, Hüseynə bildirmişdir ki, İbrahimi sən ilişdirmisən, indi də onu uzaqlaşdır. Bundan sonra Hüseyn onu girişdən solda birinci otağa, öz yataq otağına aparıb, orada onunla zorla və qeyri təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olmuş, həmin müddət təxminən 15 dəqiqə çəkmiş və Hüseyn orqazm olandan sonra işlərini bitirmişlər. Bundan sonra Hüseyn onunla məcburi əlaqədə olduğu üçün ondan üzr istəyib əsəbi olduğunu bildirmişdir. O, ağlaya-ağlaya Hüseynin evini tərk edib öz yaşadığı evə qayıtmışdır. Təxminən 2019-cu ilin aprel ayının 1-ci on günlüyündə o, “WhatsApp” vasitəsi ilə Hüseynlə danışan zaman Hüseynə ondan ayrılmaq istədiyini bildirib, onu söydükdə Hüseyn ona bildirmişdir ki, onu heç kəs söyə bilməz deyib, ara yola gəlməyini tələb etmiş, gəlmədiyi təqdirdə atasına hər şeyi deyəcəyini bildirmişdir. Bundan sonra gecə saat 02 radələrində yaşadığı evdən çıxıb Hüseynin bildirdiyi yerə getmişdir. Orada Hüseynlə söhbət edən zaman Hüseyn ona “onu heç kəs söyə bilməz” sözünü deyib “nakolkalı” sol əli ilə arxa hissəsindən, bel kəmərinin altından buçaq çıxarıb onun gövdəsinin arxa sol böyründən bir dəfə buçaqla vurub, yerə yıxaraq sinə nahiyəsində oturmuş, həmin vaxtı o, qorxusundan səs çıxarmamış və onun əlindən çıxmaq üçün müqavimət göstərmiş, lakin cəhdi boşa çıxmış, Hüseynə güç gələ bilməmişdir. Bundan sonra Hüseyn öz cinsi orqanını çıxarıb onun dodaq nahiyyəsinə sürtüb çıxıb getmişdir. Bundan sonra o, öz yaşadığı evə gələrək üzərində olan kirli paltarını çıxarıb köynəyində qan ləkələri olduğu üçün köynəyini sellofan torbaya qoyub vanna otağına qoymuş və səhəri gün saat 12 radələrində evi 50-60 metr kənarda olan zibil tullantıları atmaq üçün nəzərdə tutulan yerə atıb evə qayıtmışdır. Bundan təxminən iki gün sonra saat 15 radələrində o, riyaziyyat fənnindən Xəyalə müəllimin yanına hazırlığa gedərkən, Hüseynin onunla əks istiqamətdə hərəkətdə olduğunu görmüş, Hüseyn onun qabağını kəsib, onu oğlanların narahat etməsini bəhanə edərək söhbət etməyə başlamışdır. O, Hüseynə bildirmişdir ki, dedikləri düzdür. Hüseyn də ona “səni heç kəs narahat etməyəcək” sözünü bildirmişdir. Bundan sonra Hüseyn ona tərəf tulladığı buçağın bədənə dəyib-dəymədiyini soruşmuşdur. O, buçağın bədəninin sol nahiyyəsinə dəydiyini bildirmişdir. Hüseyn əlini həmin buçaq yarasının üzərinə qoymuş və bura vurmuşam? deyə ondan soruşmuşdur. O hə cavabı verərək ondan kənarlaşmış, Hüseyn ondan bağışlanmasını isdəmiş və o, Hüseynə hazırlığa tələsirəm deyib yoluna davam etmişdir. Bundan sonra həmin günün səhəri dərsə gedən zaman onu heç kəs yolda narahat etməmişdir. Axşam saatlarında Hüseyn ona “WhatsApp” vasitəsilə yazaraq onu kiminsə narahat edib-etmədiyini soruşmuşdur. O, Hüseynə heç kəsin onu narahat etmədiyini bildirmişdir. Bundan sonra onlar barışmışlar. Bundan sonra onlar 1 ay müddətində Hüseynlə görüşməsə də, mütamadi olaraq “WhatsApp”da yazışmışlar. Təxminən 2019-cu ilin aprel ayının 2-ci on günlüyündə gününü dəqiq xatırlamadığı gündə gecə saat 02 radələrində Hüseyn ona “WhatsApp” vasitəsilə yazaraq ondan görüşməyi istəmiş və görüşmədiyi təqdirdə atasına deyəcəyini bildirmişdir. O, razılaşıb öz həyətlərində görüşmüş, Hüseyn onunla söhbət edib təxminən 30 dəqiqə sonra çıxıb getmişdir. Bundan sonra Hüseynlə bu görüşlər bir neçə dəfə baş tutsa da, aralarında heç bir cinsi münasibət olmamışdır. Bundan sonra 2019-cu ilin təxminən iyul ayının ikinci on günlüyündə ona Hüseyn “WhatsApp”da yazaraq onun evinə gəlməyi tələb etmişdir. O, gecə saat təxminən 02 radələrində Hüseynin yaşadığı evə getmiş, həmin vaxtı evdə Hüseyn tək olmuşdur. O, içəri evə daxil olduqda Hüseyn onu evin girişində yerləşən sağ otağa aparmış, bir neçə dəqiqə söhbət etdikdən sonra Hüseyn onunla arxa keçəcəyindən qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Həmin münasibətləri təxminən 1 saat davam etmişdir. Bundan sonra Hüseyn onu özü gətirib yaşadığı evin giriş qapısından içəri salmış, o, həyətdə olan su krantında əlini yuyan zaman görmüşdür ki, Hüseyn onların qapısının yanında olan daş hasarın üstünə çıxıb. O, Hüseyndən orada nə etdiyini soruşduqda Hüseyn cavab olaraq ondan qapıdan çölə çıxmağı tələb etmişdir. O, çölə çıxmış və qapının qarşısında Hüseyn və ondan biraz kənarda İbrahimin dayandığını görmüşdür. Bundan sonra İbrahim yanlarına yaxınlaşmış və ona hədə qorxu gəlmişlər ki, heç kəs onunla olan bu münasibəti bilməsin deyərək çıxıb getmişlər. O, evə qayıtmışdır. Bundan təxminən 2-3 gün sonra Hüseyn “WhatsApp”da ona yazmış və nə etdiyini soruşmuş və bir az yazışmışlar. Bundan sonra onun Hüseynlə təxminən 4-5 ay münasibəti olmamış və onlar danışmamışlar. Bu müddətlər ərzində həmkəndlisi Rahil ona “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə onlara gəlib getdiyini bildirib, onu tanıdığını bildirdikdən sonra danışmağa başlamışdır. Rahil “İnstaqram” sosial şəbəkəsində onunla danışıq zamanı ona başına gələnləri bildiyini bildirib Hüseynin və İbrahimin ona etdikləri hərəkətlərə görə başlarına oyun açacağını bildirmişdir. O, Rahillə danışan zaman Rahil ona gəlib Şirvan şəhərində kompüter kursunda oxumağı təklif etmiş və onun kompüterə həvəsi olduğu üçün Rahilin təklifini qəbul etmiş və 2020-ci ilin yay aylarında Şirvan şəhəri 20 Yanvar küçəsində yerləşən kompüter kursuna getməyə başlamışdır. O, kursa gedən zaman Hacıqabul rayonundan Şirvan şəhərinə özü getmiş, Şirvan şəhərində onu Rahil qarşılayaraq kursa aparmışdır. Təzə gedən zaman Rahil onu 1-2 dəfə kursa aparmış və sonra evlərinə getməyi təklif etmişdir. O, Rahilin bu təklifini qəbul edib onun Elit bazarının yanında yerləşən evinə getmişlər. Orada o, Rahillə təxminən 30 dəqiqəyə yaxın söhbət etdikdən sonra, Rahil özü onu gətirib Hacıqabul rayonuna yola salmışdır. Bundan sonra o, yenidən Şirvan şəhərinə gəlmiş və Rahil onu Şirvan şəhərində qarşılayıb yenidən öz evinə aparmış, evində heç kəsin olmadığını bildirib ona ailəli olduğunu və uşağının olmamasını, bu səbəbdən də onunla ailə quracağını bildirmişdir. Yenə o, Rahillə evdə 30 dəqiqəyə yaxın söhbət etdikdən sonra, Rahil onu Hacıqabul rayonuna yola salmışdır. Bundan sonra Rahil onunla “İnstagram” sosial şəbəkəsində danışan zaman onunla ailə quracağını bildirib, ona kimin nə etdiyindən aslı olmayaraq, cəzalarını verəcəyini bildirmişdir. Bundan sonra o, yenidən Şirvan şəhərinə kompüter kursuna gedəndə Rahil onu qarşılamış və Rahili tanıdığı üçün və bu müddət ərzində ona dediklərinə inandığı üçün hər dəfə onun təklifini qəbul edib onun evinə getmişdir. Bu dəfə Rahilin təklifini qəbul edib evə getmiş, evdə Rahillə oturub söhbət etdikdən sonra, Rahil onun əlindən tutub yataq otağına aparmış və orada Rahil onun arxa keçəcəyinə öz cinsiyyət orqanını salıb 2 dəfə orqazm olduqdan sonra işini bitirmişdir. Bundan sonra Rahil onu Hacıqabul rayonuna yola salmışdır. Bundan sonra o, yenidən Şirvan şəhərinə kursa gələn zaman Rahil onu yenidən evə dəvət etdikdə, onunla razılaşmamışdır. Bundan sonra Rahillə münasibəti kəsilmişdir. Təxminən Rahillə ayrıldığı müddətdən 1 ay sonra Hüseyn onu kəndin yolunda görüb Rahillə arasında olan münasibəti Rahilin ona danışdığını bildirmişdir. Rahilə qarşı şikayətini polis şöbəsində geri götürmüşdür. Onun Rahilə qarşı heç bir şikayəti yoxdur. Hazırda Hüseynlə barışmasa da, onun Hüseynə qarşı şikayəti yoxdur. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 tanıyır. Şahid1 onun qohumudur, Hüseyn və İbrahimlə heç bir qohumluq əlaqəsi yoxdur. Hüseynin qardaşı Rəşad onun yaxın dostudur. İşin mahiyyətinə dair onu qeyd edir ki, qızı Şirinin Şirvan şəhərində yerləşən kompüter kursuna yazılmasında köməklik etməsini Şahid1 xahiş etmişdir. Rahil kursun qiymətini danışmağa gedərkən onun yanında olacağını bildirmişdir. O, Şirvan şəhərində Rahillə birlikdə qızı Şirini aylıq 40 manat olmaqla kompüter kursuna yazdırmış və 2020ci ilin iyun-iyul aylarında Şirin kursu oxumağa başlamışdır. O, özü Şirini 2-3 dəfə kursa aparıb gətirməyə başlamış, bundan sonra işdə olduğu üçün vaxt edə bilmədiyindən Rahilə zəng vurub xahiş etmişdir ki, Şirini özü aparıb gətirsin. Çünki, Şirin yolu yaxşı tanımır. 2021-ci ilin aprel ayında dayısı oğlu Qismət ona bildirmişdir ki, qızı Şirinə qarşı Hüseyn əxlaqsız hərəkət etmişdir. O, evə gəlib Şirindən bu barədə soruşduqda, Şirin etiraf etmiş, Hüseyn və İbrahimin onunla əlaqədə olduqlarını, qorxduğu üçün ona bildirmədiyini demişdir. Bundan başqa, iki dəfə onun telefonuna Hüseyndən SMS gəlmişdir. SMS-də qeyd edilmişdir ki, “alt paltarını soyun gəlirəm Sizə”. O, Hüseynlə görüşüb, bu nə SMS-dir ona göndərdiyini irad tutmuşdur. Hüseyn üzr istəyərək, SMS-i dostuna göndərmək istədiyini, yalnışlıqla onun telefonuna gəldiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda Kamaz avtomobili ilə daş daşıyır. Zərərçəkmiş şəxs Hacıqabul rayon PŞ-yə verdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Zərərçəkmiş şəxs ilə heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs ilə qeyri-təbi yolla cinsi əlaqədə olmamışdır, ona qarşı hər hansı bir əxlaqsız hərəkət etməmiş və onunla görüşməmişdir. Zərərçəkmiş şəxs onun barəsində söylədikləri yalandır. Zərərçəkmiş şəxs ondan nəyə görə şikayət etməsinin səbəbləri ona aydın deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübə və Tədris Birliyi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli 370 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və qarşıya qoyulan suallara uyğun olaraq ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: - Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - gövdənin sol yan tərəfinin aşağı şöbəsində çapıq izləri-iti xassəəyə malik alət (əşya) təsirindən törənmiş yaradan sonra əmələ gələn çapıq izləridir, müddət müayinədən 6 ay, 1-1,5 il əvvələ uyğun gəlir, dəqiq müddət müəyyən etmək mümkün olmasa da, müayinə olunanın göstərdiyi tarixdə bıçaqla yetirilməsi inkar olunmur. - Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. - Zərərçəkmiş şəxs ilə arxa keçəcək vasitəsilə tək-tək cinsi əlaqədə olunmuş, müddət iki həftədən artıqdır. Arxa keçəcəyin girəcəyin qıfabənzər genişlənməsi, sfinktorun tonusunun azalması, düz bağırsağın selikli qişasının bənövşəyimtil rəngdə olması bunu sübüt edən əlamətlərdən hesab olunur. Sonuncu cinsi əlaqədən xeyli müddət keçdiyindəən müayinə olunanın arxa keçəcək nahiyyəsində spermatozoidlərin olması ehtimalı yoxdur. (İş v.33-35) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza X2 Məhkəməsi Psixiatrik və Psixoloji Ekspertizasının 15.07.2021-ci il tarixli 1540 nömrəli akspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli-intellektual imkanları, psixi inkişafı normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçillik, emosionallıq, hər kəslə yola getmək, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, sadəlöhvlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntellektaulmnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Əqli inkişaf və fərdi-psixi xüsusiyyətlərinə görə Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin mahiyyətini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. (İş v. 84-87) Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsinin 28.07.2021-ci il tarixli 404 nömrəli ekspert rəyində göstərilir ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş sullara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzüvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (iş v. 92-95) Cinayət işində olan 23.07.2021-ci tarixdə tərtib edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə olmalarını özündə əks etdirən 2 ədəd fotoşəkil 1 ədəd disk protokola əlavə edilmişdir. Hacıqabul rayon X6 Bölməsinin müstəntiqi Faiq İmanovun “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 150-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. X3 və Şahid2 barəsində cinayət təqibi rədd edilmiş və bu barədə materiallar ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 16.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 137). Dövlət ittihamçısı çıxışında bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1 və 152.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə əməlində ittiham olunduğu CM-in 152.2-ci maddəsi həmin Məcəllənin 152.1-ci maddəsinə münasibətdə xüsusi norma olduğundan və onun əməli cinayətlərin məcmusunu yaratmadığından və ona CM-in 152.1 və 152.2-ci maddələri ilə elan edilmiş ittihamdan CM-in 152.1-ci maddəsi ilə verilmiş ittham xaric edilərək, CM-in 152.2-ci maddəsi ilə ittihamın müdafiəsi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı birinci dəfə 2019-cu ilin mart ayının 2-ci on günlüyündə; ikinci dəfə 2019-cu ilin aprel ayının 1-ci on günlüyündə seksual xarakterli digər hərəkətlər etməsi, daha sonra təkrarən xx.xx.2005-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı 2019-cu ilin iyul ayının 2-ci on günlüyündə gecə saat 02 radələrində seksual xarakterli digər hərəkətlər etməklə, sonuncunun könüllü razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin etməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 152.2-ci maddəci ilə tövsif edilməli və o, həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilməlidir. Çünki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır. CM-in 152-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən 16 yaşına (CM-in 152.1-ci maddəsi ilə) və 14 yaşına (152.2-ci maddəsi ilə) çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə ifadə olunur. Hazırki iş üzrə həm ibtidai istintaq, həm də məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin mart ayının 2-ci on günlüyündə axşam saat 16-17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxsla sonuncunun dəvəti ilə onun evinə getmiş və Hüseyn onu girişdən solda birinci otağa, öz yataq otağına aparıb orada onunla zorla və qeyri təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olmuş, həmin müddət təxminən 15 dəqiqə çəkmiş və Hüseyn orqazm olandan sonra evinə qayıtmışdır. Bundan başqa xatırladığı qədər 2019-cu ilin aprel ayının birinci on günlüyündə gecə saat 02 radələrində yaşadığı evin yaxınlığında Hüseynlə görüşmüş və həmin vaxt Hüseyn öz cinsiyyət orqanını onun ağız nahiyyəsinə sürtmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla qeyri-təbii yolla cinsi əlaqədə birinci dəfə 2019-ci ilin mart ayının ikinci on günlüyündə olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2005-ci il təvəllüdlü olmasını nəzərə alsaq, həmin vaxt onun 14 yaşı tamam olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittiham Zərərçəkmiş şəxs ifadəsi əsasında olmuşdur. Həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını Şirinin İmanovanın ağız nahiyyəsinə sürtərək sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətdiyi vaxt, yəni 2019-ci ilin aprel ayının birinci on günlüyündə Zərərçəkmiş şəxs 14 yaşı tamam olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs təkrarən onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə 2019-cu ilin iyul ayının 2-ci on günlüyündə gecə saat 02 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun könüllü razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin edərkən sonuncunun 16 yaşı tamam olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi, habelə Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə görə heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-in 34.1-ci maddəsinə görə heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi birbaşa olaraq CM-in 17-ci maddəsinin şərhi ilə bağlı qərarı olmasa da, cinayət qanunvericiliyinin ayrı-ayrı maddələrinin şərhində yanakı olaraq həmin məsələyə toxunulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalət prinsipini nəzərdə tutan Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il Qərarında qeyd etmişdir ki, cinayətlərin məcmusu aşağıdakı əlamətlərlə səciyyələnir: - şəxsin iki və ya daha artıq cinayət törətməsi; - ona daxil olan cinayətlərin hər birində müstəqil cinayət tərkibi əlamətlərinin mövcudluğu; - cinayətlərin məhkumluğu olmayan şəxs tərəfindən törədilməsi; - yalnız müxtəlif cinsli cinayətlərin törədilməsi; - cinayətlərin müxtəlif vaxtlarda və ya eyni vaxtda törədilib-törədilməməsindən asılı olmayaraq yaranması. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməli müxtəlif vaxtlarda törətsə də, eyni zərərçəkmiş şəxsə qarşı törətdiyinə görə, onun əməli müxtəlif cinsli cinayətlər kimi qiymətləndirilə bilməz. Belə ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin dispozisiyasına əsasən “on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin dispozisiyasına əsasən “eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə” cinayət məsuliyyəti yaradır. Qeyd edilənlərdən göründüyü kimi, hazırkı qanunvericilik CM-in 152.1 və 152.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün ancaq zərərçəkmiş şəxsin yaşını əsas götürmüşdür. Bundan başqa CM-in 17.4-cü maddəsində göstərilmişdir ki, “bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 152.2-ci maddəsi həmin Məcəllənin 152.1-ci maddəsinə münasibətdə xüsusi norma olduğundan, onun əməli cinayətlərin məcmusu kimi qiymətləndirilməməli və ona CM-in 152.1 və 152.2-ci maddələri ilə elan edilmiş ümumi ittihamdan CM-in 152.1-ci maddəsi ilə verilmiş ittham səhv ittiham hesab edilir və hökm çıxarılarkən ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs yalnız CM-in 152.2-ci maddəsi ilə cəza təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli, himayəsində bir azyaşlı övladı olmasını, zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmadığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 12.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilsin və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 12.08.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 saata görə 420 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 60 saata görə 360 manat olmaqla, cəmi 780 (yeddi yüz səksən) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-13/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-13/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver