Məhkəmə qərarları › İş №1(071)-13/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-13/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-13/2024 21.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şirvan regional vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Sabirabad rayonunun Kalinovka kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Hacıqabul rayonunun Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Sabirabad rayonunun Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz, Hacıqabul rayonunun Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə və bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 dayısıoğlu Zərərçəkmiş şəxs qardaşının arvadı Şahid1 qarşı əxlaqsız təkliflər edib onu narahat etdiyini zənn edib şəxsi münasibətlər zəminində ondan qisas almaq qərarına gələrək bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Hacıqabul rayonunun Meyniman kəndinin girişində tutub ona zor tətbiq etməklə qollarını küçədə olan qaz borusuna bağlamaq barədə qabaqcadan razılaşıb xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs özünə məxsus mikroavtobusla sərnişinləri götürdüyü Hacıqabul rayonu Meyniman kəndinin girişinə gəlməsini gözləmiş, sonuncu həmin yerə gəldikdə Təqsirləndirilən şəxs2 başı ilə onun sifətinə zərbə endirərək burun yəhərinin üzərinin sıyrığı, sağ bazunun orta 1/3 hissəsinin sıyrığı, sol saidin iç səthinin aşağı 1/3 hissəsinin sıyrığı, sol dirsək çuxurunun sıyrığı, gövdənin arxa səthinin sıyrığı, burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə onu küçədə olan qaz borusuna tərəf sürüyərək Zərərçəkmiş şəxs özləri ilə gətirdiyi press ipi ilə iradəsinə zidd olaraq həmin küçədə olan qaz borusuna bağlayıb köynəyini və şalvarını cırmaqla əynində çıxartmış, 40 dəqiqə ərzində bağlı saxlayıb Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək onu sərbəst hərəkət etmək hüququndan məhrum etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, həmçinin Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında uca səslə ətrafdakılara Zərərçəkmiş şəxs əxlaqsız hərəkət etdiyini deyib onu küçədə yarıçılpaq halda göstərərək özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydanı, əxlaq normalarını kobud surətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 dayısıoğlu Zərərçəkmiş şəxs arvadı Şahid1 qarşı əxlaqsız təkliflər edərək onu narahat etdiyini zənn edib şəxsi münasibətlər zəminində ondan qisas almaq qərarına gələrək bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Hacıqabul rayonu Meyniman kəndinin girişində tutub ona zor tətbiq etməklə qollarını küçədə olan qaz borusuna bağlamaq barədə qabaqcadan razılaşıb xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs özünə məxsus mikroavtobusla sərnişinləri götürdüyü Hacıqabul rayonu Meyniman kəndinin girişinə gəlməsini gözləmiş, sonuncu həmin yerə gəldikdə başı ilə onun sifətinə zərbə endirərək burun yəhərinin üzərinin sıyrığı, sağ bazunun orta 1/3 hissəsinin sıyrığı, sol saidin iç səthinin aşağı 1/3 hissəsinin sıyrığı, sol dirsək çuxurunun sıyrığı, gövdənin arxa səthinin sıyrığı, burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmiş, onu küçədə olan qaz borusuna tərəf sürüyərək Zərərçəkmiş şəxs özləri ilə gətirdiyi press ipi ilə iradəsinə zidd olaraq həmin küçədə olan qaz borusuna bağlayıb köynəyini və şalvarını cırmaqla əynində çıxartmış, 40 dəqiqə ərzində bağlı saxlayıb Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək onu sərbəst hərəkət etmək hüququndan məhrum etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, həmçinin Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında uca səslə ətrafdakılara Zərərçəkmiş şəxs əxlaqsız hərəkət etdiyini deyib onu küçədə yarıçılpaq halda göstərərək özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydanı, əxlaq normalarını kobud surətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik etməklə xuliqanlıq etmişdir. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Meyniman kəndində yaşayır. 2006cı ildə Umuxanım Məmişova ilə ailə həyatı qurmuş, 2021-ci ildə rəsmi qaydada boşanmışdır. Birgə nikahdan doğulmuş uşaqları hazırda U.Məmişova ilə birlikdə yaşayırlar. Aralarında olan razılığa əsasən aliment ödəmir. Şahid1 onun qardaşı Təqsirləndirilən şəxs2 həyat yoldaşı, Zərərçəkmiş şəxs isə onun dayısı oğludur. Qardaşı Təqsirləndirilən şəxs2 Zaqatala rayonunda işləməsi ilə bağlı evə gec-gec gəldiyindən Zərərçəkmiş şəxs ailə üzvləri üçün ərzaq və əşyalar almasını xahiş etmiş, evə qayıdandan sonra aldığı əşyaların pulunu ona verəcəyi barədə aralarında razılıq olmuşdur. Ziyafət Zərərçəkmiş şəxs etibar edib ona həyat yoldaşı Şahid1 üçün mobil telefon və öz adına mobil nömrə almasını xahiş etmiş, Qüdrət də, öz növbəsində Ziyafətin xahişini yerinə yetirib mobil telefon və mobil nömrə alıb Afaqa vermişdir. xx.xx.2023-cü il tarixdə qardaşı Ziyafətlə birlikdə Bakı şəhərində bacısı Şəlalə Aydəmirovanın övladının toy məclisinə getmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Ziyafətlə birlikdə sonuncunun yaşadığı evə qayıtmışdır. Evdə olarkən Şahid1 Zərərçəkmiş şəxs ona əxlaqsız təkliflər etdiyini, ona video göndərdiyini və yaşadığı evdə çörək bişirən zaman onun üzündən tutub öpmək istədiyini bildirmişdir. O, bunu bildikdən sonra Qüdrətə gecə saatlarında zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Qüdrət görüşmək istəmədiyini deyib mobil telefonu həyat yoldaşı Esmiraya vermiş, sonuncu ondan nə baş verdiyini soruşduqda o, Esmiraya heç bir söz deməyib yalandan Qüdrətlə işi olduğunu bildirmişdir. Bundan sonra gecəni yatmamış, saat 05 radələrində qardaşı Təqsirləndirilən şəxs2 həyətdəki heyvanları yemləyəndən sonra Afaqın ona dediklərini qardaşına danışmışdır. Qardaşı Təqsirləndirilən şəxs2 bunu bildikdən sonra Zərərçəkmiş şəxs öldürmək istədiyini ona bildirmişdir. O, qardaşı Təqsirləndirilən şəxs2 Qüdrəti öldürməməyi demiş, qardaşı da, onunla razılaşmış və söhbət etmək üçün Qüdrətin yanına, Meyniman kəndinin girişinə gedəcəyini bildirmişdir. O, qardaşı Təqsirləndirilən şəxs2 gözləməsini bildirsə də, Ziyafət onu gözləmədən getmiş, o da, sonuncunun arxasınca getmişdir. Kəndin girişinə çatdıqda qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qaz borusuna bağladığını, Qüdrətin müqavimət göstərdiyini görmüş, Qüdrətin qollarındakı ipi alışqanla yandırıb açmış, polis əməkdaşı Natiq adlı şəxsə zəng edərək bu barədə məlumat vermiş, bir az sonra polis əməkdaşları həmin yerə gəlmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq bildirdi ki, o, Zərərçəkmiş şəxs xəsarət yetirməmiş və ümumiyyətlə ona qarşı heç bir qanunsuz hərəkətlər etməmişdir. O, hadisə yerinə çatanda qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qaz borusuna artıq bağlamış və başı ilə onun burun nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobusda olan qadınlardan yalnız Südabə onlara yaxınlaşaraq Qüdrətin qollarını açmasını demiş, o, və qardaşı Təqsirləndirilən şəxs2 Südabəyə və mikroavtobusun yanında olan digər qadınlara oradan getmələrini və Qüdrətlə məsələni özləri həll edəcəklərini bidirmişdir. Bundan sonra qadınlar həmin yerdən uzaqlaşaraq 15 metr aralıda dayanmışlar. O, Zərərçəkmiş şəxs qollarını açdıqdan sonra Urfulla, Əmən Nəsirov, Şahid8, Baxtiyar Qasımov, Şahid7 və kəndin icra nümayəndəsi Şahid6 gəlib oradan keçmiş, lakin heç biri orada dayanmamışdır. O, şəhid bulağından bir vedrə suyu Zərərçəkmiş şəxs başından tökmüş, sonra polis əməkdaşı olan Natiqə məlumat vermişdir. X15 üzünə tüpürməsinin şahidi olmamışdır. Həmin vaxt o, hadisənin şahidləri olmuş şəxslərdən heç kimə qarşı xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xuliqanlıq əməlini törətməmişdir, lakin Zərərçəkmiş şəxs zor tətbiq edərək onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan mərhum etmişdir. Şahid1 onun həyat yoldaşıdır, onunla 2006-cı ildə ailə qurmuş və birgə nikahdan 3 övladları olmuşdur. Zərərçəkmiş şəxs onun dayısı oğludur. Zaqatala rayonunda işlədiyi üçün yaşadığı evə gec-gec gəlmiş və bu səbəbdən Qüdrətdən ailə üzvləri üçün ərzaq və əşyalar almasını xahiş etmiş, evə qayıdanda alacağı əşyaların pulunu ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs özünə yaxın bilib həyat yoldaşı Şahid1 mobil telefon və öz adına mobil nömrə almasını xahiş etmiş, Qüdrət də, onun xahişini yerinə yetirərək mobil telefon və mobil nömrə alaraq Afaqa vermişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxıb Zaqatala rayonuna işə getmiş, xx.xx.2023-cü il tarixdə qayıdıb gəlmişdir. Həmin gün Bakı şəhərində bacısı Şəlalə Aydəmirovanın övladının toy məclisinə getmiş, gecə saatlarında yaşadığı evə qayıtmışdır. Evdə olarkən qardaşı Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 qarşı əxlaqsız təkliflər etməsi barədə məlumat vermişdir. Bunu bildikdən sonra qardaşı Təqsirləndirilən şəxs1 Qüdrəti öldürmək istədiyini bildirmiş, qardaşı ona Qüdrəti öldürməməyi, onu döyməyi təklif etmişdir. O, qardaşı C.X12 kəndinin girəcəyində mikroavtobusla sərnişin gözləyən zaman döymək təklifini vermiş, sonuncu bu təkliflə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində qardaşı Təqsirləndirilən şəxs1la birlikdə Hacıqabul rayonu Meyniman kəndinin girəcəyinə getmiş və orada Qüdrətin gəlməsini gözləmişlər. Təxminən 2-3 dəqiqə sonra Qüdrətin idarə etdiyi mikroavtobusun gəldiyini görmüşlər. Qüdrət onların yaxınlığında avtobusu saxlamış, o, Qüdrətə mikroavtobusdan düşməsini bildirmiş, onun düşmək istəmədiyini görüb mikroavtobusa yaxınlaşmış, Qüdrət onun yaxınlaşdığını gördükdə avtobusun qapısını açıb onu nə səbəbə çağırdığını soruşmuş, bu zaman o, Qüdrətin köynəyindən tutun onu avtobusdan düşürmüşdür. Zərərçəkmiş şəxs mikroavtobusdan düşdükdən sonra onun burun nahiyyəsinə kəllə ilə zərbə vurmuş, qardaşı Təqsirləndirilən şəxs1 Qüdrəti tutmasını və yaxınlıqda olan qaz borusuna bağlamaq üçün kömək etməsini xahiş etmişdir. Bundan sonra Qüdrətin qolunu bağlamaq üçün ətrafda tel axtarmağa başlamış, cibində press ipi olması yadına düşmüş və həmin press iplə Qüdrətin əvvəlcə sol, sonra isə sağ qolunu qaz borusuna bağlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs əynində olan şalvarı və köynəyini cırıb çıxarmışdır. Qüdrət ondan buraxmasını və onu rüsvay etməməsini xahiş etmiş, lakin onun bu sözlərinə məhəl qoymayıb onu qaz borusuna bağlanmış vəziyyətdə saxlamışdır. Həmin vaxt ordan keçən şəxslər nə baş verdiyini soruşduqda o, Zərərçəkmiş şəxs əxlaqsız hərəkət etdiyini bildirmişdir. Əvvəlcə ora Urfulla, Əmən Nəsirov və Şahid8, bir qədər sonra isə kənd nümayəndəsi Şahid6 gəlmişdir. Şahid6 ondan hansı səbəbdən Zərərçəkmiş şəxs qaz borusuna bağlamasını soruşduqda o, sonuncunun əxlaqsız hərəkət etdiyini bildirmişdir. Şahid6 ona Zərərçəkmiş şəxs buraxmasını bildirmiş və onun alt paltarında olduğunu görüb ağ rəngli parçanı gətirib Qüdrətin üstünə sərmişdir. Təxminən 20 dəqiqə sonra qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qollarını açmış və bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs2 əlavə olaraq onuda bildirdi ki, Zərərçəkmiş şəxs qollarından qaz borusuna bağlayarkən mikroavtobusda olan qadınlara və digər şəxslərə qarşı heç bir qanunsuz hərəkətlər etməmiş, sadəcə olaraq orada olan qadınlara kənara çəkilmələrini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, həyat yoldaşı Esmira Şirəliyeva ilə birlikdə Hacıqabul rayonu Meyniman kəndində fərdi yaşayış evində yaşayır. Onun özünə məxsus mikroavtobusu var və həmin mikroavtobusla Meyniman kəndindən rayonun digər kəndlərinə, habelə Şirvan şəhərinə sərnişin daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun bibisi oğlanlarıdır. Təqsirləndirilən şəxs2 evdə olmadığı vaxtlarda ailəsi üçün zəruri ərzaq məhsullarını almasını ondan xahiş etmiş, o, Təqsirləndirilən şəxs2 xahişini yerinə yetirərək dəfələrlə onun ailəsi üçün ərzaq məhsulları və digər əşyalar almış, hər dəfə Təqsirləndirilən şəxs2 evinə qayıtdıqdan sonra aldığı əşyaların pulunu ona ödəmişdir. Hətta Təqsirləndirilən şəxs2 xahişi ilə onun həyat yoldaşı Şahid1 üçün mobil telefon və mobil nömrə almışdır. Şahid1 ilə münasibətləri həmişə normal olmuşdur. O, dəfələrlə Şahid1 müxtəlif əşyalar almaq üçün Şirvan şəhərinə aparmış, hər dəfə də, mikroavtobusda Şahid1 başqa onun qohumları olmuşdur. Yalnız bir dəfə 2023-cü ilin may ayında Şahid1 oğlu ilə birlikdə Şirvan şəhərinə aparmış, həmin gün mikroavtobusu saxlayıb sərnişin gözləyən zaman mikroavtobusda olan üzdən tanıdığı bir qadın ondan ikinci əl işlənmiş əşyaların harada satılmasını soruşmuş, o, isə Şirvan şəhərində mənzillərin birində işlənmiş əşyaların satıldığını bildirmişdir. Lakin, o, bu sözləri Şahid1 deyil həmin üzdən tanıdığı qadına demişdir. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində yaşadığı evdə olan zaman bibisi oğlu Təqsirləndirilən şəxs1 ona zəng edərək Meyniman kəndində yerləşən meşəyə gəlməsini bildirmiş, o, sonuncudan hansı səbəbə meşəyə gəlməsini soruşduqda, Təqsirləndirilən şəxs1 onunla işi olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə olduğunu hesab edib onun bu sözlərinə məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində kənd ərazisindən istixanada işləyən sərnişinləri idarə etdiyi mikroavtobusa mindirib Meyniman kəndinin girəcəyində yolun kənarında dayanmış kənd sakini Şahid2 götürmək üçün mikroavtobusu saxlamışdır. Mikroavtobusu saxlayan zaman orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dayandıqlarını görmüşdür. O, mikroavtobusdan düşərək Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la görüşmək üçün onlara yaxınlaşmış, əvvəlcə Cəbrayılla daha sonra isə Ziyafətlə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun sol qolundan, Təqsirləndirilən şəxs2 isə sağ qolundan tutmuşdur. O, Təqsirləndirilən şəxs2 nə baş verdiyini soruşduqda, əvvəlcə Təqsirləndirilən şəxs1 cibində olan press ipi çıxararaq onun sol qoluna keçirərək qolunu özünə tərəf çəkib tutmağa başlamış, sonra isə Təqsirləndirilən şəxs2 həmin qayda ilə cibində olan press ipi çıxararaq onun sağ qoluna keçirərək qolunu özünə tərəf çəkmiş və başı ilə onun burun nahiyyəsinə zərbə endirmişdir. Zərbədən sonra onun burun nahiyyəsindən qan axmış və halsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun halsız vəziyyətindən istifadə edərək onu sürüyərək qarşıda olan qaz borusuna yanına gətirmişlər. O, halsız vəziyyətdə olduğu üçün müqavimət göstərə bilməmiş, Təqsirləndirilən şəxs1 sol qolunu, Təqsirləndirilən şəxs2 sağ qolunu qaz borusuna bağlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nə üçün belə hərəkət etdiklərini soruşduqda, onlar onu təhqir etmişlər. Həmin vaxt mikroavtobusda olan qadınlardan Şahid2 yaxınlaşaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu buraxmalarını bildirmiş, lakin həmin vaxt sonuncular onun əynində olan köynək və şalvarı cıraraq çıxartdıqları üçün Şahid2 qorxaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 şəhid bulağından bir vedrə su götürüb onun başına tökmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu yarıçılpaq vəziyyətdə saxlayaraq yoldan keçən adamlara təqdim etmiş, Təqsirləndirilən şəxs1 isə mobil telefonla məlum olmayan şəxsə zəng edib “burda şərəfsiz var, gəl ona bax” sözlərini demişdir. Bir neçə dəqiqədən sonra həmin yerə Şahid9, Qasımov Baxtiyar gələrək ona baxmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vaxt ordan keçən Nəsirov Əmən, Şahid8 onu göstərmiş, Ə.Nəsirov onun üzünə tüpürmüş, Şahid8 isə onu təhqir etmişdir. Təxminən yarım saat sonra həmin yerə kənd nümayəndəsi Şahid6 gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz iradını bildirərək onu buraxmalarını xahiş etmiş, lakin onlar kənd nümayəndəsinin xahişinə məhəl qoymamışlar. Şahid6 onun alt paltarında olduğunu görüb avtomobildən parça gətirib onun üzərinə atmışdır. Bir neçə dəqiqədən sonra qardaşı Şahid7 həmin yerə gəlib onun qollarını açmışdır, bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Şahid1 qarşı heç vaxt əxlaqsız təkliflər etmədiyini, bunun şər və böhtan olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun həyat yoldaşıdır. Onlar 2006-ci ildə ailə qurmuş və birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs onun həyat yoldaşı Təqsirləndirilən şəxs2 dayısı oğludur. Ziyafət Zaqatala rayonunda işlədiyi üçün evdə gecgec olmuş, bu səbəbdən həyat yoldaşı Zərərçəkmiş şəxs ailə üzvləri üçün ərzaq və digər məhsullar almasını xahiş etmişdir. Zərərçəkmiş şəxs mütəmadi olaraq onlara ərzaq məhsulları almış, həyat yoldaşı Təqsirləndirilən şəxs2 evə gəldikdən sonra həmin məhsulların pulunu Qüdrətə ödəmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs2 xahişi ilə Zərərçəkmiş şəxs hətta ona mobil telefon və mobil nömrə almışdır. Zərərçəkmiş şəxslə münasibətləri həmişə normal olmuşdur. Lakin, Zərərçəkmiş şəxs xoş münasibətdən istifadə edərək onun mobil telefonuna alt paltarda qadın videoları göndərmiş, o, bu videoların ona aid olmadığını, həmin videoları arvadına atmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona bir daha videolar göndərməmişdir. Zərərçəkmiş şəxs hər dəfə onların evinə gələndə həyat yoldaşı Təqsirləndirilən şəxs2 tərəfindən ona lazımi qayğı göstərilmədiyini, Təqsirləndirilən şəxs2 boşanmasını bildirmişdir. 2023-cü ilin aprel ayının sonlarında 13 yaşlı oğlu Pərviz Cəfərovla birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla Şirvan şəhərinə ərzaq almağa getmiş, ərzaq alarkən Zərərçəkmiş şəxs ona zəng edərək onunla birlikdə ikinci əl əşyaların olduğu evə getməyi təklif etmişdir. Zərərçəkmiş şəxs təklifi ona pis təsir etdiyi üçün ona öz iradını bildirmiş, bu barədə həyat yoldaşı Esmiraya xəbər verəcəyini dedikdə Qüdrət ona heç kimin inanmayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə çörək bişirən zaman Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş, evdə heç kimin olmadığına əmin olduqdan sonra ona yaxınlaşıb əli ilə üzündən tutaraq öpmək istəmiş, o, həmin vaxt əlində olan şişlə Qüdrəti itələmiş, onun bu hərəkəti barədə həyat yoldaşı Esmiraya xəbər verəcəyini bildirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs2 həmin vaxt işdə olmuş və yalnız xx.xx.2023-cü il tarixdə evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində qaynı Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs mobil telefonuna zəng etmiş, xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs2 və qaynı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Meyniman kəndinin girəcəyində qaz borusuna bağlamışlar. Hadisə Zərərçəkmiş şəxs ona əxlaqsız təkliflər etməsi nəticəsində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, ifadəsində Zərərçəkmiş şəxs tərəfindən onun istifadəsində olan mobil telefona göndərilmiş alt paltarda olan qadın videolarını az yaşlı övladları tərəfindən görmələrindən ehtiyat edərək mobil telefonundan silmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlarla heç bir qərəzli münasibətdə olmamışdır. Zərərçəkmiş şəxs özünə məxsus mikroavtobusla sərnişin daşımaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində işə getmək üçün Meyniman kəndinin girəcəyinə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görmüşdür. Onlar onunla salamlaşıb Zərərçəkmiş şəxs mikroavtobusu ilə gedəcəyini ondan soruşmuş, o, onlara Qüdrətlə gedəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobus gələrək yolun kənarında saxlamışdır. O, avtobusun sərnişin üçün nəzərdə tutulmuş qapısından minərkən Zərərçəkmiş şəxs digər qapıdan düşərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşdüyünü görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 cibindən press ipini çıxararaq Zərərçəkmiş şəxs sol qoluna keçirmiş, hər ikisi Zərərçəkmiş şəxs sürüyərək qarşıda olan qaz borusuna tərəf aparmışdır. Həmin vaxt mikroavtobusda olan Şahid3, Məlahət Ağamalıyeva, Şahid5, Vüsalə və Gülmirə mikroavtobusdan düşüb onlara tərəf getmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin qadınların oradan uzaqlaşmalarını, məsələni öz aralarında həll edəcəklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs başı ilə üz nahiyyəsinə zərbə endirmiş və sonuncunun burun nahiyyəsindən qan axmağa başlamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sol qolundan, Təqsirləndirilən şəxs2 isə sağ qolundan tutub press iplə qaz borusuna bağlamışlar. Zərərçəkmiş şəxs halsız vəziyyətdə olduğu üçün Təqsirləndirilən şəxs1 şəhid bulağından bir vedrə su gətirərək Qüdrətin başından tökmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs köynəyini, Təqsirləndirilən şəxs2 isə şalvarını cıraraq əynindən çıxarmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs oturaq və halsız vəziyyətdə olmuşdur. Bundan bir neçə dəqiqə sonra ora digər şəxslər gəlmişlər. Sonra onlar digər mikroavtobusla həmin yerdən uzaqlaşmışlar. Şahid2 əlavə olaraq onu da bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qolunu bağlamaq üçün orada ip axtarmamış, onların hər ikisi press ipi ciblərindən çıxararaq Qüdrətin qollarına keçirmişlər. Bundan başqa, Şahid2 ifadəsində bildirdi ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona və orada olan hadisənin şahidi olmuş digər qadınların hadisə yerindən uzaqlaşmalarını, Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlər etdiyinə görə onunla məsələni özləri həll edəcəklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlarla heç bir qərəzli münasibətdə olmamışdır. Zərərçəkmiş şəxs özünə məxsus mikroavtobusla sərnişin daşımaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobusla onu yaşadığı evin yaxınlığından götürmüşdür. Həmin vaxt mikroavtobusda ondan başqa Xilə kəndindən olan iş yoldaşları Məlahət və Şəhla olmuşdur. Sonra onlar Meyniman kəndində yaşayan Vüsalə və Südabə adlı şəxsləri götürməyə getmişlər. Südabə mikroavtobusa minərkən sürücü Qüdrət mikroavtobusdan düşüb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 şalvarının cibindən press ipi çıxararaq onu Qüdrətin sol qoluna keçirib özünə tərəf çəkmiş, Ziyafətlə birlikdə Qüdrəti qarşıda olan qaz borusuna tərəf sürüyüb aparmışlar. Təqsirləndirilən şəxs1 həmin vaxt Qüdrətə “sən mənim qardaşımın arvadına Şirvanda ev təklif etmisən?” sözlərini demiş, Qüdrət isə Cəbrayıla “elə olmayıb, yerinə çat” cavabını vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona və orada olan digər qadınlara həmin yerdən uzaqlaşmalarını bildirmiş, lakin onlara qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər. Südabə adlı qadın həyat yoldaşı Ələsgər adlı şəxsə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Şahid3 əlavə olaraq onuda bildirdi ki, həmin vaxt çox qorxu keçirmiş, Cəbrayılın cibindən press ipi çıxararaq Qüdrətin sol qoluna keçirdiyini aydın görə bilsə də, Ziyafət sağ tərəfdə olduğu üçün onun hərəkətlərini tam aydınlığı ilə görə bilməmişdir. Lakin həm Təqsirləndirilən şəxs1 həm də, Təqsirləndirilən şəxs2 həmin vaxt orada tel və ya digər əşya axtardıqlarını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Hacıqabul rayon İcra Hakimiyyətinin Meyniman kənd icra nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlarla heç bir qərəzli münasibətdə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 05:15 radələrində yaşadığı evdə olan zaman tanıdığı X4 ona zəng edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs döydüklərini və qollarını iplə Meyniman kəndinin girəcəyində qaz borusuna bağladıqlarını bildirmişdir. Bunu biləndən sonra hadisə baş verən yerə getmişdir. Meyniman kəndinin giriş hissəsinə gələn zaman orada Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobusun yolun kənarında dayandığını, Qüdrətin özünün isə yerdə oturmuş halda hər iki qolunun qaz borusuna bağlanmış vəziyyətdə olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşıb qollarını açmaq istəyən zaman Təqsirləndirilən şəxs1 buna imkan verməyərək bu məsələyə qarışmamasını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 nə baş verdiyini soruşduqda sonuncu Zərərçəkmiş şəxs onun ailə üzvlərinə qarşı əxlaqsızlıq etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs alt paltarında olduğunu görüb idarə etdiyi avtomobildən ağ rəngli parça gətirib onun üstünü örtmüşdür. O, dəfələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qollarını açmalarını bildirsə də, onlar onun sözlərinə məhəl qoymamışlar. O, telefon vasitəsilə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kənarda söhbət edərkən orada olan tanımadığı şəxslərdən biri Zərərçəkmiş şəxs qollarını açmışdır. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Şahid6 əlavə olaraq onuda bildirdi ki, Zərərçəkmiş şəxs qolları qaz borusuna bağlı olarkən onun sifətində qan ləkələri olmuş, lakin ona kimin xəsarət yetirdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun dayısı oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun xalası oğlanlarıdır. Onlarla heç bir qərəzli münasibətdə olmamışdır. Yaşadığı evlə hadisənin baş verdiyi məkan arasında təxminən 100 metr məsafə mövcuddur. xx.xx.2023cü il tarixdə saat 05 radələrində özünə məxsus avtomobillə ona məxsus torpaq sahəsinə gedərkən Meyniman kəndinin giriş hissəsində Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs qardaşı Aftandillə danışdıqlarını görmüşdür. Həmin vaxt torpaq sahəsinə getmək üçün tələsdiyindən avtomobili saxlamamış, orada başqa şəxsləri görməmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək Zərərçəkmiş şəxs şərəfsizlik etdiyini bildirmişdir. O, torpaq sahəsində suyu bağlayaraq geri qayıdarkən kəndin girişində kənd nümayəndəsi Şahid6, Ziyafər Cəfərovu, Təqsirləndirilən şəxs1, Şahid7, Bəxtiyar Qasımovu görmüşdür. O, nə baş verdiyini soruşduqda orada olan şəxslər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 həyat yoldaşına qarşı əxlaqsız hərəkət etdiyini, buna görə də, Ziyafətlə Cəbrayılın Zərərçəkmiş şəxs qaz borusuna bağlayaraq döydüklərini, əynindəki paltarları cırdıqlarını eşitmişdir. Lakin o, Zərərçəkmiş şəxs qaz borusuna bağlı vəziyyətdə görməmiş, ona xəsarət yetirilməsi və ya paltarının cırılmasının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun bibisi oğlanlarıdır. Onlarla heç bir qərəzli münasibətdə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 05:20 radələrində həmkəndlisi X4 onun mobil telefonuna zəng edərək Meyniman kəndinin girəcəyində Ziyafət və Cəbrayılın Qüdrəti qaz borusuna bağlayaraq döydüklərini və əynindəki paltarlarını çıxartdıqlarını demişdir. O, avtomobili olmadığından qaça-qaça qeyd olunan yerə getmişdir. Həmin yerə çatdıqda qardaşı Zərərçəkmiş şəxs qollarının qaz borusuna bağlı olduğunu, əynindəki paltarların olmadığını və sifətinin qan olduğunu görmüşdür. O, bunun səbəbini Cəbrayıl və Ziyafətdən soruşduqda, Cəbrayıl Qüdrətin şərəfsizlik etdiyini və bu səbəbdən onun qollarını qaz borusuna bağladıqlarını demişdir. O, Zərərçəkmiş şəxs qollarını açmaq istədikdə Təqsirləndirilən şəxs2 onun qarşısına keçərək maneçilik törətmişdir. Bundan sonra hadisə yerinə kənd icra nümayəndəsi Şahid6 gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qollarını açmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yoldan keçən avtomobilləri saxlayaraq Zərərçəkmiş şəxs göstərərək təhqir etmişdir. Bundan sonra Şahid6 özünə məxsus avtomobildən ağ rəngli parça gətirərək Zərərçəkmiş şəxs üstünü örtmüşdür. Bir neçə dəqiqə sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 söhbət etmələrindən istifadə edərək özündə alışqan Zərərçəkmiş şəxs qollarında olan ipləri yandıraraq açmışdır. Bundan sonra hədisə yerinə polis əməkdaşları gəlmişlər. Şahid7 əlavə olaraq onuda bildirdi ki, kimin tərəfindən Zərərçəkmiş şəxs qollarından qaz borusuna bağlanmasını və kim tərəfindən ona xəsarət yetirilməsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlarla heç bir qərəzli münasibətdə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 05:20 radələrində həmkəndlisi X13 ilə birlikdə Meyniman kəndində olan yolla balıq tutmağa getmişlər. Meyniman kəndinin girişində olarkən Zərərçəkmiş şəxs məxsus mikroavtobusun yolun kənarında dayandığını, Təqsirləndirilən şəxs2 yaxınlıqda olan bulaqda əlini yuduğunu, Təqsirləndirilən şəxs1 isə Urfulla adlı şəxslə dayanıb söhbət ediyini, Zərərçəkmiş şəxs qollarının qaz borusuna bağlanmış halda yerdə üst paltarsız oturmuş vəziyyətdə görmüşdür. O, Təqsirləndirilən şəxs1 nə baş verdiyini soruşduqda, sonuncu Zərərçəkmiş şəxs əxlaqsız hərəkət etdiyini bildirmişdir. Bundan sonra o, bir daha ailə üzvlərinin Zərərçəkmiş şəxs məxsus mikroavtobusa minməsinə icazə verməyəcəyini bildirmiş, Ə.Nəsirov isə Zərərçəkmiş şəxs etdiyi hərəkətlərin səbəbini soruşduqda sonuncu “birini bilirsən birini yox” cavabını vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Cəfərova Nigar ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun övladlarıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə övladları Təqsirləndirilən şəxs1 və Cəfərov X5 Qüdrəti qaz borusuna bağlayaraq və əynindəki paltarlarını çıxartmışdılar. Hadisə baş verdikdən sonra o, qardaşı ilə zərərçəkmişin evinə gedərək barışıq əldə etmək üçün onlara müraciət etmişdir. Lakin, Zərərçəkmiş şəxs onlarla barışmaqdan imtina etmişdir. Bundan bir müddət sonra o, təkrarən Zərərçəkmiş şəxs yaşadığı evə gedərək barışıq əldə etmək üçün ona müraciət etmişdir, lakin Zərərçəkmiş şəxs və onun həyat yoldaşı onlarla barışmaqdan imtina etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Qasımov Bəxtiyar ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qaynıdırlar. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri var. xx.xx.2023-cü il tarixdə baş verən hadisədən sonra o, tərəflər arasında barışıq olması üçün iki dəfə Zərərçəkmiş şəxs müraciət etmiş, lakin sonuncu barışmaqdan imtina etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Süleymanov Fəzail ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin PPX-nin əməkdaşıdır. Hazırda Hacıqabul rayon Meyniman kəndində yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində o, yaşadığı evdə olan zaman Hacıqabul RPŞ-nin Növbətçi Hissəsindən onun mobil telefonuna zəng edilərək bildirilmişdir ki, Meyniman kəndinin girəcəyində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. O, təcili olaraq həmin yerə getmişdir. Hadisə yerinə çatdıqda o, Zərərçəkmiş şəxs alt paltarında və sifət nahiyyəsində qan ləkələri olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs qolları açıq olmuşdur, onun qollarının kim tərəfindən açılmasını görməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə sakit tərzdə orada dayanmışdırlar. Hadisənin baş vermə səbəbləri ilə maraqlandıqda ona məlum olmuşdur ki, hadisə ailə daxili məsələ ilə əlaqədar baş vermişdir. O, orada olarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən digər şəxslərlə mübahisə etməsini və ya digər şəxslərə zor tətbiq etməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yüngül xəsarət alması faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonunun Meyniman kəndinin girəcəyində yerləşir. Ətrafda avtomobil dayanacağı, mağaza, şəhidlərin fotoşəkilləri olan lövhələr və şəhidlərin abidəsi mövcuddur. Abidənin qarşısında ətrafı dəmir barmaqlıqlarla hasarlanmış qaz borusu, dəmir barmaqlıqların qarşı hissəsində yerdə cırılmış paltarlar, saman ipi və qanabənzər ləkələr var. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 224 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs obyektiv müayinəsi zamanı aşağıda qeyd olunan xəsarətlər aşkar edilmişdir – burun yəhəri üzərinin sıyrığı, hər iki gözaltı nahiyyənin qançırları, sağ qoltuqaltı nahiyyənin qançırı, sağ bazunun orta 1/3 hissəsinin sıyrığı, sol saidin iç səthinin aşağı 1/3 hissəsinin sıyrığı, sol dirsək çuxurunun sıyrığı, gövdənin arxa səthinin sıyrığı, burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxslər tərəfindən vurulması zamanı əmələ gələ bilər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 225 və 226 saylı ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 obyektiv müayinələri zamanı onların bədənləri üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar edilməmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. “Cinayət işi üzrə əməlin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsindən 145.1-ci maddəsinə tövsif edilmiş və cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Hacıqabul Rayon Prokurorluğuna göndərilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.1-ci maddəsindən 145.2.4-cü maddəsinə tövsif edilmişdir. Hacıqabul rayon İHB-nin Meyniman kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəfərov X6 rayonu Meyniman kəndində arvadı Şahid1, oğlu xx.xx.2011-ci il təvəllüdlü X8, qızları xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2009cu il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nin Meyniman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Ərazidə yaşadığı müddət ərzində kənd əhalisi və yoldaşıları arasında hörmət və nüfuza malik olmuş, kəndin sosial problemlərinin həllində yaxından iştirak etmişdir. Hacıqabul rayon İHB-nin Meyniman kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəfərov X2 rayonu Meyniman kəndində yaşayır. Həyat yoldaşı X1 bir neçə il əvvəl boşanmışdır. Hacıqabul rayon İHB-nin Meyniman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Ərazidə yaşadığı müddət ərzində kənd əhalisi və yoldaşıları arasında hörmət və nüfuza malik olmuş, kəndin sosial problemlərinin həllində yaxından iştirak etmişdir. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1396 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qısaqol köynəyin və şalvarın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi, sayı, ölçüsü göstərilməklə təsvir edilmiş zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin və şalvarın səthindəki zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələrinə tövsif edilərək qeyd edilən maddələrlə onlara ittiham elan edilmişdir. Hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus olan bir ədəd iki hissəyə bölünmüş tünd boz rəngli qısaqol köynək, bir ədəd iki hissəyə bölünmüş boz rəngli şalvar, eləcə də, beş ədəd press ipi cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tamamilə sübuta yetirilir. Onların əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 dayısıoğlu Zərərçəkmiş şəxs qardaşının arvadı Şahid1 qarşı əxlaqsız təkliflər etməsi ilə əlaqədar şəxsi münasibətlər zəminində ondan qisas almaq qərarına gələrək bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Hacıqabul rayonunun Meyniman kəndinin girişində tutub ona zor tətbiq etməklə qollarını küçədə olan qaz borusuna bağlamaq barədə qabaqcadan razılaşıb xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs özünə məxsus mikroavtobusla sərnişinləri götürdüyü Hacıqabul rayonu Meyniman kəndinin girişinə gəlməsini gözləmiş, sonuncu həmin yerə gəldikdə Təqsirləndirilən şəxs2 başı ilə onun sifətinə zərbə endirərək burun yəhərinin üzərinin sıyrığı, sağ bazunun orta 1/3 hissəsinin sıyrığı, sol saidin iç səthinin aşağı 1/3 hissəsinin sıyrığı, sol dirsək çuxurunun sıyrığı, gövdənin arxa səthinin sıyrığı, burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs küçədə olan qaz borusuna tərəf sürüyərək onu özləri ilə gətirdiyi press ipi ilə iradəsinə zidd olaraq həmin küçədə olan qaz borusuna bağlayıb köynəyini və şalvarını cırmaqla əynində çıxartmış, bir neçə dəqiqə ərzində bağlı saxlayıb Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək onu sərbəst hərəkət etmək hüququndan məhrum etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, habelə Zərərçəkmiş şəxs hadisənin şahidi olan şəxslərin yanında rüsvay etmək məqsədilə onun əynində olan paltarı çıxarmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq əməlini törətmişlər. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 2-ci bəndinə əsasən ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işdə isə müəyyən edilən hallar odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs sonuncunun həyat yoldaşına əxlaqsız təkliflər etdiyinə görə şəxsi münasibətlər zəminində ondan qisas almaq qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs Hacıqabul rayonunun Meyniman kəndinin girişində tutub ona zor tətbiq etməklə qollarını küçədə olan qaz borusuna bağlamaq barədə qabaqcadan razılaşıb xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs özünə məxsus mikroavtobusla sərnişinləri götürdüyü Hacıqabul rayonu Meyniman kəndinin girişinə gəlməsini gözləmiş, sonuncu həmin yerə gəldikdə Təqsirləndirilən şəxs2 başı ilə onun sifətinə zərbə endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs küçədə olan qaz borusuna tərəf sürüyərək onu özləri ilə gətirdiyi press ipi ilə iradəsinə zidd olaraq həmin küçədə olan qaz borusuna bağlayıb köynəyini və şalvarını cırmaqla əynində çıxartmış, bir neçə dəqiqə ərzində bağlı saxlayıb Zərərçəkmiş şəxs sərbəst hərəkət etmək hüququndan məhrum etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və xuliqanlıq əməlini törətmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qisas almaq niyyətində olsalar da, sonradan şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər ictimai qaydanı kobud şəkildə pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş və nəticədə təqsirləndirilən şəxslər xuliqanlıq motivi ilə hərəkət edərək zərərçəkmiş şəxsi digər şəxslərin yanında rüsvay etmək niyyəti ilə onun əynində olan paltarını çıxarmaqla onu alt paltarda digər şəxslərə nümayiş etdirmişlər. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5-ci maddələri ilə özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş digər təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onu Hacıqabul rayonu Meyniman kəndinin girişində yerləşən küçədə olan qaz borusuna bağlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsi tamamilə sübuta yetirilir. Belə ki, iş üzrə digər Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində o, qardaşı Təqsirləndirilən şəxs1la birlikdə Hacıqabul rayonu Meyniman kəndinin girəcəyinə getmiş və orada Qüdrətin gəlməsini gözləmiş, təxminən 2- 3 dəqiqə sonra Qüdrətin idarə etdiyi mikroavtobusun gəldiyini görmüş, Qüdrət mikroavtobusdan düşdükdən sonra qardaşı Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs qaz borusuna bağlamışlar. Bundan başqa, hadisənin şahidi olmuş şəxslər Şahid2, Şahid3, X3 və Şahid5 şahid qismində məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs1 qardaş Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs Hacıqabul rayonu Meyniman kəndinin girişində yerləşən küçədə olan qaz borusuna bağladıqlarını gördüklərini bildirmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs qollarında olan ipi açdığını bildirsə də, məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri bu halı görməsini təsdiq etməmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində kənd ərazisindən istixanada işləyən sərnişinləri idarə etdiyi mikroavtobusa mindirib Meyniman kəndinin girəcəyində yolun kənarında dayanmış kənd sakini Şahid2 götürmək üçün mikroavtobusu saxlamış, həmin vaxt orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dayandıqlarını görmüşdür. O, mikroavtobusdan düşərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşərkən Təqsirləndirilən şəxs1 onun sol qolundan, Təqsirləndirilən şəxs2 isə sağ qolundan tutmuşdur. O, Təqsirləndirilən şəxs2 nə baş verdiyini soruşduqda, əvvəlcə Təqsirləndirilən şəxs1 cibində olan press ipi çıxararaq onun sol qoluna keçirərək qolunu özünə tərəf çəkib tutmağa başlamış, sonra isə Təqsirləndirilən şəxs2 həmin qayda ilə cibində olan press ipi çıxararaq onun sağ qoluna keçirərək qolunu özünə tərəf çəkmiş və başı ilə onun burun nahiyyəsinə zərbə endirmişdir. Zərbədən sonra onun burun nahiyyəsindən qan axmış və halsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun halsız vəziyyətindən istifadə edərək onu sürüyərək qarşıda olan qaz borusuna yanına gətirərək qaz borusuna bağlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 onun köynəyini, Təqsirləndirilən şəxs2 isə şalvarını cıraraq əynindən çıxarmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid2, Şahid3, M.Ağamalıyeva və Şahid5 eyniməzmunlu izahat verərək bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobusu Meyniman kəndinin girəcəyində yolun kənarında saxlayaraq düşdükdən sonra Təqsirləndirilən şəxs1 onun sol qolundan, Təqsirləndirilən şəxs2 isə sağ qolundan tutaraq, əvvəlcə Təqsirləndirilən şəxs1 cibində olan press ipi çıxararaq Zərərçəkmiş şəxs sol qoluna, Təqsirləndirilən şəxs2 isə həmin qayda ilə sağ qoluna keçirərək başı ilə onun burun nahiyyəsinə zərbə endirmişdir. Zərbədən sonra Zərərçəkmiş şəxs burun nahiyyəsindən qan axmış və o, halsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs halsız vəziyyətindən istifadə edərək onu sürüyərək qarşıda olan qaz borusuna yanına gətirərək qaz borusuna bağlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs köynəyini, Təqsirləndirilən şəxs2 isə şalvarını cıraraq əynindən çıxarmışdır. Bundan başqa, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolda hadisə yeri olan Hacıqabul rayonunun Meyniman kəndinin girəcəyində yerləşən şəhidlərin abidəsi qarşısında ətrafı dəmir barmaqlıqlarla hasarlanmış qaz borusunun qarşı hissəsində yerdə cırılmış paltarların, saman ipinin və qanabənzər ləkələrin olması qeyd edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 224 saylı ekspert rəyində Zərərçəkmiş şəxs obyektiv müayinəsi zamanı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət aldığı qeyd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onu Hacıqabul rayonu Meyniman kəndinin girişində yerləşən küçədə olan qaz borusuna bağlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud şəkildə pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, təqsirləndirilən şəxslər xuliqanlıq əməlini törədərək zərərçəkmiş şəxsi digər şəxslərin yanında rüsvay etmək niyyəti ilə onun əynində olan paltarını çıxarmaqla onu alt paltarda digər şəxslərə nümayiş etdirmişlər. Qeyd edilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərkən qeyd edilən cinayətdə iştirak etmədiyini bildirməsini, onun cinayət məsuliyyətindən yayınmaq məqsədilə özünümüdafiə xarakterli ifadələr qismində qəbul edir. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında dindirilmiş şahidlər Cəfərova Nigar və Qasımov Bəxtiyarın verdikləri ifadələrdən aydın olur ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışmaq üçün dəfələrlə müxtəlif cəhdlər etmişlər, lakin zərərçəkmiş şəxs onlarla barışmaqdan imtina etmişdir. İstər məhkəmə baxışı zamanı dindirilərkən və istərsə də, son sözlə məhkəməyə müraciət edərkən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olduğunu bildirmiş və məhkəmənin cəza təyin edərkən himayəsində iki azyaşlı uşağın olmasını, özünün ailənin yeganə qazancgətirəni olmasını, hadisənin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında (onun həyat yoldaşına qarşı əxlaqsız təkliflər etməsi səbəbindən) baş verməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini və əməlindən səmimi peşmanlığını nəzərə almağı xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, onun əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.4, 59.2). Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, onun əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.2). Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edərək aşağıda qeyd edilən halları nəzərə almağı məqsədəuyğun hesab edir. Cinayət işi üzrə məhkəmə tərəfindən müəyyən edilmiş işin halları ondan ibarətdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbəni Təqsirləndirilən şəxs2 yetirmiş və həmin zərbənin təsirindən zərəçəkmiş şəxsin yarıhuşsuz vəziyyətə düşməsindən istifadə edərək onun əynində olan şalvarı çıxarmışdır. Digər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan şəxs halında birləşərək Zərərçəkmiş şəxs halsız vəziyyətindən istifadə edərək press iplə onu qaz borusuna bağlamış, həmin vaxt o, zərərçəkmiş şəxsin əynində olan köynəyi cıraraq çıxarmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət əməlində digər təqsirləndirilən şəxslə müqayisədə daha aktiv şəkildə iştirak etmiş, onun tərəfindən zərərçəkmiş şəxsin sifət nahiyyəsinə zərbə endirilmiş və sonuncunun halsız vəziyyətindən istifadə edilməklə əynində olan şalvar məhz Təqsirləndirilən şəxs2 tərəfindən çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Qeyd edilənlərlə əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətmələri nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onların islah olunmaları, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla onlara cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinə həm Məcəllənin 145.2, həm də, 221.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Yuxarıda qeyd edilən hallarla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləri sübuta yetirildiyinə görə barələrində müəyyən edilmiş yüngülləşdirici hallar, şəxsiyyətlərinin xüsusiyyətləri, cinayətin törədilməsin onların faktiki iştirakının xarakter və dərəcəsi nəzərə alınmaqla onlara yuxarıda qeyd edilən maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, hər iki təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənə qədər “həbs” qətimkan tədbiri seçilməli və onlar məhkəmə zalından həbs edilməlidirlər. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının isə müdafiəsi fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilərin hər biri tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 300 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 300 manat pul ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə trasoloji-ekspertiza tədqiqatının dəyəri olan 63 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iş üzrə Hacıqabul rayon prokurorluğunda saxlanılan maddi sübut olan Zərərçəkmiş şəxs məxsus olan bir ədəd iki hissəyə bölünmüş tünd boz rəngli qısaqol köynək, bir ədəd iki hissəyə bölünmüş boz rəngli şalvar və beş ədəd press ipi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 350, 351, 352-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 50 (əlli) saata görə 300 (üç yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 50 (əlli) saata görə 300 (üç yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Cinayət işi üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertiza tədqiqatının dəyəri olan 63 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə Hacıqabul rayon prokurorluğunda saxlanılan maddi sübut olan Zərərçəkmiş şəxs məxsus olan bir ədəd iki hissəyə bölünmüş tünd boz rəngli qısaqol köynək, bir ədəd iki hissəyə bölünmüş boz rəngli şalvar və beş ədəd press ipi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar