Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-13/2025 07.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi3 və Müdafiəçi2 iştirakı ilə,
1. xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunun Abdulyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Abdulabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs1
2. xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunun Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Abdulabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs2
3. xx.xx.1951-ci il tarixdə Sabirabad rayonunun Abdulyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Abdulabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,
müəyyənetdi:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tanışları X2 qardaşı X8 ilə birlikdə Sabirabad rayonunun Qaragüney kənd sakini Şahid1 iradəsi ziddinə qaçıraraq xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində onların yaşadığı Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən evlərinə gətirməsini görərək həmin andan Şahid1 Vasif Nurəhmədov və Elgün Nurəhmədov tərəfindən bir qrup şəxs halında oğurlandığını bildikləri halda, adam oğurluğu cinayətini törədən Vasif Nurəhmədov və Elgün Nurəhmədovu, eləcə də onların oğurladığı Şahid1 xx.xx.2023-cü il saat 23 radələrindən xx.xx.2023-cü il saat 12 radələrinə kimi öz evlərində saxlamış, cinayət törətmiş şəxslərin və cinayətdən zərərçəkmiş şəxsin onların evində olması barədə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməməklə, cinayət törətmiş şəxsləri və onların ağır cinayət əməlini qabacadan vəd etmədən gizlətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, X3 və X4 tanıyır, Vasif onun əsgər yoldaşı olmuşdur, Elgün isə Vasifin qardaşdır, ailəvi şəkildə gediş-gəlişləri və yaxın münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə evdə olarkən saat 22 radələrində Vasif mobil telefonla onunla əlaqə saxlayaraq evdə olub-olmamaqlarını soruşmuş, ona evdə olduqlarını bildirdikdən sonra Vasif onlara qonaq gələcəyini demişdir. Həmin gün saat 23 radələrində Vasif idarə etdiyi avtomobillə Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən onların yaşadıqları evə gəlmişdir. Qapıdan içəri həyətə girəndə o Vasifgili qarşılamışdır. Həmin vaxt onun ailə üzvləri atası Tofiq, həyat yoldaşı Günay, anası Ağanisə də həyətdə olmuşlar. Həmin vaxt görmüşdür ki, Vasifin tək gəlməyib, onun yanında qardaşı Elgün və bir tanımadığı qız da vardır. Vasifdən həmin qızın kim olduğunu soruşanda qardaşı Elgünün evlənmək məqsədilə həmin qızı qaçırdığını və gecəni onların evində qalacaqlarını bildirmişdir. Bundan sonra həmin qızın adının Nərminə olduğunu öyrənmişdir. Nərminə onların evində olan vaxt Vasif və Elgün tərəfindən məcburi qaçırıldığını bildirmişdir. Bundan sonra onun və ailə üzvlərinin Vasif və Elgünün Nərminəni məcburi qaçırdıqları barədə məlumatı olmuşdur. Lakin, buna əhəmiyyət verməmiş, qızın razılaşıb Elgünlə qalacağını və evlənəcəklərini fikirləşmişdir. Həmçinin Vasifin onun yaxın dostu olduğu üçün evlərində qalmalarına bir söz deyə bilməmişdir. Bundan sonra evdə yemək hazırlanmış, süfrə açılmış, lakin Nərminə yemək yeməyərək evin bir kənarında çəkilib oturmuşdur. Nərminə ilə yaxşı rəftar edilmiş, hamı onunla mehriban davranmış, evdə sərbəst şəkildə hərəkətinə mane olan olmamışdır və gecəni həyat yoldaşı Günayın yanında yatmışdır. xx.xx.2023-cü il tarixdə səhər Vasifgil və yoldaşı Günay Nərminəni dilə tutmağa çalışdılar ki, məcburi qaçırılmadığı barədə ərizə yazsın, lakin Nərminə bununla razılaşmamışdır. Nərminənin razılaşmadığını və qalmaq istəmədiyini gördükdən sonra Vasiflə Elgün öz ailələrinə Nərminəni qaçırıb gətirdikləri yer barədə məlumat vermiş, onların ailə üzvləri də polisə bu barədə xəbər verdikdən sonra saat 12 radələrində yaşadıqları evə polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışdır. Nərminənin yetkinlik yaşına çatmamasından məlumatı olmamışdır, onu yetkinlik yaşına çatan qız kimi bilmişdir. Nərminənin Elgün və Vasif tərəfindən qaçırılaraq oğurlandığını bildikdən sonra həmin şəxslərin onların evində olması barədə hər hansı hüquq mühafizə orqanlarına, hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, X3 və X4 tanıyır. Vasif onun həyat yoldaşı İntizamın əsgər yoldaşı olmuşdur, Elgün isə Vasifin qardaşdır. Onların ailəvi şəkildə gediş-gəlişləri və yaxın münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə evdə olarkən saat 22 radələrində Vasif mobil telefonla İntizamla əlaqə saxlayaraq evdə olub-olmamaqlarını soruşmuş, İntizam da ona evdə olduqlarını demiş, Vasif isə onlara qonaq gələcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində Vasif Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən onların yaşadıqları evə gəlmiş, həmin vaxt İntizam onu qarşılamış, digər ailə üzvləri də həyətdə oturmuşdur. Daha sonra Vasif və qardaşı Elgünlə görüşüb hal-əhval tutmuşlar. Vasifgil gələndə onların yanında tanımadıqları bir qız görmüşlər. Vasifdən həmin qızın kim olduğunu soruşanda, Vasif həmin qızı qardaşı Elgünün evlənmək məqsədilə qaçırdığını və gecəni onların evində qalacaqlarını bildirmişdir. Bundan sonra həmin qızın adının Nərminə olduğunu öyrənmişdir. Nərminə onların evində olan vaxt Vasif və Elgün tərəfindən məcburi qaçırıldığını bildirmişdir. Bundan sonra onun və ailə üzvlərinin Vasif və Elgünün Nərminəni məcburi qaçırdıqları barədə məlumatı olmuşdur. Lakin, buna əhəmiyyət verməmiş, qızın razılaşıb Elgünlə qalacağını və evlənəcəklərini fikirləşmişdir. Bundan sonra evdə yemək hazırlanmış, süfrə açılmış, lakin Nərminə yemək yeməyərək evin bir kənarında çəkilib oturmuşdur. Nərminə ilə yaxşı rəftar edilmiş, hamı onunla mehriban davranmış, evdə sərbəst şəkildə hərəkətinə mane olan olmamışdır və gecəni onun yanında yatmışdır. xx.xx.2023-cü il tarixdə səhər Vasifgillə birlikdə Nərminəni dilə tutmağa çalışmışlar ki, məcburi qaçırılmadığı barədə ərizə yazsın, lakin Nərminə bununla razılaşmamışdır. Nərminənin razılaşmadığını və qalmaq istəmədiyini gördükdən sonra Vasiflə Elgün öz ailələrinə Nərminəni qaçırıb gətirdikləri yer barədə məlumat vermiş, onların ailə üzvləri də polisə bu barədə xəbər verdikdən sonra saat 12 radələrində yaşadıqları evə polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışdır. Nərminənin yetkinlik yaşına çatmamasından məlumatı olmamışdır, onu yetkinlik yaşına çatan qız kimi bilmişdir. Nərminənin Elgün və Vasif tərəfindən qaçırılaraq oğurlandığını bildikdən sonra həmin şəxslərin onların evində olması barədə hər hansı hüquq mühafizə orqanlarına, hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, X3 və X4 tanıyır. Vasif onun oğlu İntizamın əsgər yoldaşı olmuşdur, Elgün isə Vasifin qardaşdır. Onların ailəvi şəkildə gedişgəlişləri və yaxın münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə evdə olarkən saat 22 radələrində Vasif mobil telefonla İntizamla əlaqə saxlayaraq evdə olub-olmamaqlarını soruşmuş, İntizam da ona evdə olduqlarını demiş, Vasif isə onlara qonaq gələcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində Vasif Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən onların yaşadıqları evə gəlmiş, həmin vaxt İntizam onu qarşılamış, digər ailə üzvləri də həyətdə oturmuşdur. Daha sonra Vasif və qardaşı Elgünlə görüşüb hal-əhval tutmuşlar. Vasifgil gələndə onların yanında tanımadıqları bir qız görmüşlər. Vasifdən həmin qızın kim olduğunu soruşanda, Vasif həmin qızı qardaşı Elgünün evlənmək məqsədilə qaçırdığını və gecəni onların evində qalacaqlarını bildirmişdir. Bundan sonra həmin qızın adının Nərminə olduğunu öyrənmişdir. Nərminə onların evində olan vaxt Vasif və Elgün tərəfindən məcburi qaçırıldığını bildirmişdir. Bundan sonra onun və ailə üzvlərinin Vasif və Elgünün Nərminəni məcburi qaçırdıqları barədə məlumatı olmuşdur. Lakin, buna əhəmiyyət verməmiş, qızın razılaşıb Elgünlə qalacağını və evlənəcəklərini fikirləşmişdir. Bundan sonra evdə yemək hazırlanmış, süfrə açılmış, lakin Nərminə yemək yeməyərək evin bir kənarında çəkilib oturmuşdur. Nərminə ilə yaxşı rəftar edilmiş, hamı onunla mehriban davranmış, evdə sərbəst şəkildə hərəkətinə mane olan olmamışdır və gecəni gəlini Günayın yanında yatmışdır. xx.xx.2023-cü il tarixdə səhər Vasifgil Nərminəni dilə tutmağa çalışmışlar ki, məcburi qaçırılmadığı barədə ərizə yazsın, lakin Nərminə bununla razılaşmamışdır. Nərminənin razılaşmadığını və qalmaq istəmədiyini gördükdən sonra Vasiflə Elgün öz ailələrinə Nərminəni qaçırıb gətirdikləri yer barədə məlumat vermiş, onların ailə üzvləri də polisə bu barədə xəbər verdikdən sonra saat 12 radələrində yaşadıqları evə polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışdır. Nərminənin yetkinlik yaşına çatmamasından məlumatı olmamışdır, onu yetkinlik yaşına çatan qız kimi bilmişdir. Nərminənin Elgün və Vasif tərəfindən qaçırılaraq oğurlandığını bildikdən sonra həmin şəxslərin onların evində olması barədə hər hansı hüquq mühafizə orqanlarına, hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməmişdir. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qaragüney kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə sat 22:00 radələrində qızı Nərminə işdən çıxıb evə gələrkən kənd sakinləri Elgün, Vasif və Hüseyn adlı şəxslər tərəfindən zorla qaçırılmışdır. Bu hadisə ilə bağlı Sabirabad rayon X14 bölməsində araşdırma aparılmış və həmin şəxslər barəsində cinayət işi açılmışdır. Cinayət işinin istintaqı tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli hökmü ilə Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Qızı qaçırıldıqdan sonra Vasifin əsgər yoldaşı olmuş Hacıqabul rayonunun Abdulabad kəndində yaşayan İntizam adlı şəxsin evinə gətirilmişdir. Həmin vaxt ev sahibləri olan İntizam, onun atası Tofiq, yoldaşı Günay və anası Ağanisə qızının zorla qaçırılıb, yəni oğurlanıb onların evinə gətirilməsindən məlumatları olmuş, qızı Nərminə də evdə yaşayan şəxslərə zorla qaçırıldığını bildirsə də, həmin şəxslər bu barədə hər hansı hüquq mühafizə orqanına məlumat verməmişlər. O, qızının qaçırıldığı gecə polisə məlumat vermiş və bu barədə ərizə yazmışdır. xx.xx.2023-cü il tarixdə qızının Hacıqabul rayonunun Abdulabad kəndində olması barədə Elgünün atası polisə məlumat vermiş, daha sonra günorta satlarında polis əməkdaşları qızı X1 kəndində olan polis bölməsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 digər Şahid1 onun övladı olmasını və sonuncunun yenidən digər şəxslə nikaha daxil olaraq ailə qurduğunu bildirmişdir. S.Məmmədov övladı Şahid1 məhkəmə iclasında şahid qismində ifadə verəcəyi halda yeni qurduğu ailədə onun barəsində mənfi fikrin formalaşacağını və qızının əvvəllər digər şəxslər tərəfindən qaçırıldığının ailənin üzvlərinə məlum olacağını bildirmişdir. Qeyd edilən hallarla əlaqədar Şahid2 övladı Şahid1 məhkəmə iclasına çağırılmamasını və onun məhkəməyədək icraat zamanı verdiyi ifadələrin elan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər Şahid1 ifadələrinin elan edilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. Bununla əlaqədar Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində ifadə verərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qaragüney kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə əvvəl işlədiyi Sabirabad rayonunun Qaragüney kəndində yerləşən “Elşən-Gülşən” adlı mağazadan saat 22:00 radələrində işdən çıxıb evə gedərkən yaşadığı küçədə Qaragüney kənd sakinləri olan Elgün, Vasif və Hüsyn adlı şəxslər tərəfindən zorla qaçırılmışdır. Bu hadisə ilə bağlı Sabirabad rayon X14 bölməsində araşdırma aparılmış və həmin şəxslər barəsində cinayət işi açılmışdır. Daha sonra isə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmiş, özü isə cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin istintaqı tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli hökmü ilə Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Şahid1 mahiyyəti üzrə ifadə verərək bildirir ki, xx.xx.2023-cü il tarixdə adları çəkilən şəxslər tərəfindən qaçırılan zaman Vasifin idarə etdiyi avtomobillə Hacıqabul rayonunu Abdulabad kəndində tanımadığı şəxslərin evinə gətirilmişdir. Onu evə gətirən şəxslər Elgün və Vasif olmuşdur. Həmin ev sahibi olan şəxslərdən İntizam məni qaçıran Vasif adlı şəxsin əsgər yoldaşı olmuşdur. Təxminən saat 23:00 radələri olardı, evin qapısına çatanda o, düşmək istəməmiş, lakin Elgünlə Vasif onu zorla düşürüb evin darvazasında işəri salmışlar. Onları qapıda ilk qarşılayan İntizam olmuşdur. O, həyətə girən kimi sə-küy salmağa başlamışdır ki, onu məcburi qaçırdıblar. Həmin vaxt həyətdə İntizamın atası Tofiq, yodaşı Günay və anası Ağanisə də var idi. Həmin şəxslər bundan sonra onun məcburi qaçırılmağından xəbərdar olmuşlar. Evdə olarkən həmin ailə yemək gətirmiş, süfrə açmış, lakin o, yemək yeməyərək getmək istədiyini bildirmişdir. Bu vaxt Vasif ona bildirmişdir ki, guya onun ailəsinə bu barədə məlumat veriblər, xəbər gözləyirlər, o da bundan sonra biraz sakitləşmişdir. İntizamgilin ailəsi onunla pis rəftar etməmişdir. Gecəni İntizamın yoldaşı Günayın yanında qalmışdır. Səhər saatlarında Vasif telefonu verərək anası ilə danışmağa imkan yaratmış, həmin vaxt hansı kənddə olduğu bilmədiyi üçün anasına harada olmasını deyə bilməmişdir. Daha sonra İntizamın yoldaşı Günay onu dilə tutmağa çalışmışdır ki, ərizə, yaxud səs yazısı yazsın ki, onu məcburi şəkildə qaçırmayıblar, özü könüllü şəkildə qoşulub gəlmişdir. Lakin, o bunu etməyəcəyini bildirmişdir. X20 isə o qaçırılan gün, yəni xx.xx.2023-cü il tarixdı gecə saatlarında bu barədə polisə məlumat vermişdir. Onun razılaşmadığını gördükdən sonra Elgün və Vasif öz ailələrinə onun harada olması barədə demiş, onların ailə üzvləri də bu barədə polisə məlumat vermişlər. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində polis əməkdaşları Hacıqabul rayonunun Abdulabad kəndində onun olduğu evə gəlmiş, onlara məcburi qaçırılmağı barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onu Qaragüney kəndinə polis bölməsinə aparmışlar. Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən evdə olarkən ev sahiblərinə yetkinlik yaşına çatmaması barədə bir söz deməmiş, onlar onu yetkinlik yaşına çatan qız kimi bilmişlər. Həmçinin evdə olduğu müddət ərzində ona qarşı hər hansı zor tətbiq edilməmiş və onun sərbəst hərəkətinə mane olmamışlar. Ev sahiblərinə onun ailəsinə harada olması barədə məlumat verilməsini xahiş etmiş, məcburi qaçırıldığını bildirmiş, lakin onlar bu barədə heç kimə məlumat verməmişlər. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş X6 ifadə verərək bildirmişdir ki, Şahid1 qardaşı X8 qaçırmışdır. O, bundan xəbərdar olduqdan sonra polis idarəsinə məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 zəng edərək Şahid1 polis əməkdaşları tərəfindən gəlib aparılacağını bildirmişdir. Qardaşı Şahid1 məcburi şəkildə qaçırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şahidin dindirilməsi haqqında”, “təqsirləndirilən şəxsin dindirilməsi haqqında”, “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” protokollardan görünür ki, X8 və X2 Şahid1 zorla qaçırıb Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən evə gətirdikdən sonra, həmin ev sahibləri olan İntizam, onun atası Tofiq, yoldaşı Günay və anası Ağanisə qızın zorla qaçırılıb, yəni oğurlanıb onların evinə gətirilməsindən məlumatları olmuş, Nərminə evdə yaşayan şəxslərə zorla qaçırıldığını bildirsə də, həmin şəxslər bu barədə hər hansı hüquq mühafizə orqanına məlumat verməmişlər. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-379/2024 saylı hökmünün surətindən görünür ki, X8, X9 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Elgün Nurəhmədov 3 il 1 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Vasif Nurəhmədov 3 il 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza şərti hesab edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, Hüseyn Hüseynzadə isə 2 il 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, xx/xx-9027 saylı arayışdan məlum olur ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 və xx.xx.1951-ci il təvəllüdlü BabayevTofiq Xanqulu oğlu həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 333 nömrəli arayışdan görünür ki, Babayev X7 rayonu Abdulabad kəndində yaşamaqla qeydiyyatdadır və ailə üzvləri arvadı xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4, oğlu xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, gəlini xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2, nəvəsi xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4 İntizam qızı, nəvəsi xx.xx.2010-cu il təvəllüdlü X11 və nəvəsi xx.xx.2014-cü il təvəllüdlü X5 ibarətdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Hacıqabul rayonunun Abdulabad kənd sakinləri xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 və xx.xx.1951-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə Şahid1 xx.xx.2025-ci il tarixdə nikaha daxil olmuşlar. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Şahid1 Elgün Nurəhmədov və Vasif Nurəhmədov tərəfindən oğlurlanaraq onların yaşadıqları evə gətirilməsindən qabaqcadan məlumatları olmamış, X16 Babayevlə mobil telefon ilə danışarkən sadəcə onlara qonaq gələcəklərini bildirmişdir. Elgün Nurəhmədov və X13 Məmmədli ilə onların yaşadıqları həyət evinin darvazasından içəri girdikdən sonra baş verənləri anlamış və Şahid1 oğlurlandığından xəbərdar olmuşlar və bundan sonra onlara öz evlərində qalmağa şərait yaratmışlar. Buna görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri adam oğurluğu cinayətində iştirakçılıq kimi tövsif edilə bilməz. Həmçinin Şahid1 yetkinlik yaşına çatmaması barədə məlumat verməməsi və ev sahiblərinin də, Şahid1 yetkinlik yaşına çatan qız kimi hesab etməsi onların əməllərinin xüsusilə ağır cinayəti gizlətmə kimi tövsif edilə bilməz. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərində adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onların barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmələri şəxslərin etirafedici ifadəsi ilə yanaşı, işdə olan şahid ifadələri ilə tam sübuta yetirilir. Belə ki, baş vermiş hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, tanışları X2 qardaşı X8 ilə birlikdə Sabirabad rayonunun Qaragüney kənd sakini Şahid1 iradəsi ziddinə qaçıraraq xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində onların yaşadığı Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən evlərinə gətirməsini görərək, həmin andan Şahid1 Vasif Nurəhmədov və Elgün Nurəhmədov tərəfindən bir qrup şəxs halında oğurlandığını bildikləri halda, adam oğurluğu cinayətini törədən Vasif Nurəhmədov və Elgün Nurəhmədovu, eləcə də onların oğurladığı Şahid1 xx.xx.2023-cü il saat 23 radələrindən xx.xx.2023-cü il saat 12 radələrinə kimi öz evlərində saxlamış, cinayət törətmiş şəxslərin və cinayətdən zərərçəkmiş şəxsin onların evində olması barədə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməməklə, cinayət törətmiş şəxsləri və onların ağır cinayət əməlini qabacadan vəd etmədən gizlətmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə (307.1), qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə (307.2) və qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə (307.3) əməlləri cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 8 may 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməllərinin ictimai təhlükəliliyi onunla səciyyələnir ki, həmin əməllər hazırlanan cinayətlərin qarşısının vaxtında alınmasına, törədilmiş cinayətlərə münasibətdə isə cinayətin açılmasına, cinayət törətmiş şəxsin yaxalanmasına və ifşa olunmasına maneə yaradır. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə hərəkətsizlik şəklində törədilməklə, şəxsin hazırlanan və ya törədilmiş cinayət haqqında məlumatlı olmasına baxmayaraq, bu barədə hakimiyyət orqanlarına və ya onların səlahiyyətli nümayəndələrinə məlumat verməməsində ifadə olunur. Ağır və ya xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmə cinayəti isə obyektiv cəhətdən aktiv hərəkətlərlə müşayiət olunmaqla, qabaqcadan heç bir vəd verilmədən cinayət törətmiş şəxsin, cinayət törətmək üçün alət və vasitələrin, cinayətin izlərinin və cinayət yolu ilə əldə edilmiş əşyaların gizlədilməsi şəklində törədilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə əhatə olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, təqsirləndirilən şəxslər ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onlar tərəfindən törədilmiş cinayəti könüllü etiraf etmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs3 hüquqi varisi Şirvan Regional Vəkil Bürsunun Vəkili Müdafiəçi5 təmsil etdiyi şəxsin qeyd olunan cinayət əməlində təqsirli olmasını etiraf edərək onun vəfat etməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum emə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunması mümkündür və onlara təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhum etmə cəzası təyin edilməli, onların məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunmaları mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışları ilə islah olunmalarını sübut etmək məqsədi ilə üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçilərlə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər bir müdafiəçi tərəfindən 40 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2, Müdafiəçi6, Müdafiəçi3 hər birinə münasibətdə işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 240 manat pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı diqqətə çatdırır ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i̇ :
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi6 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Orxan Bayramov