Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-133/2021 02.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 oğlunun, Zərərçəkmiş şəxs və mülki iddiaçı X3, Təqsirləndirilən şəxs və müdafiəçisi “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, dörd uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Massiv 1 ev 48-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə saat 01:30 radələrində yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texniki cəhətdən saz vəziyyətdə olan MAN TGA-01 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Krone» markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən 78-ci kilometrliyində Bakı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli, avtomobili yolun sağ ehtiyat hissəsinə çıxartmamalı, təhlükəsiz yan məsafəsi saxlamaqla sağ ehtiyat hissədə dayanmış avtomobilin yanından keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib avtomobilin qabaq hissəsini yolun sağ çiyinində dayanmış 1974-cü il təvəllüdlü X3 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford Transit» markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hisəssi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Fərman Məmmədovun qapalı kəllə beyin travması, sağ alın payı nahiyyəsinin əzilməsi, subdural hematoma, sol alın təpə sümüyündə xətti sınıqı, sol İ-İİ-İİİ-İV qabırğaların paravertebral sınıqı, hər iki ağ ciyərin kontuziyası, sol baldırın və sol bazunun sıyrılmış yaraları xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, MAN TGA-01 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2460 (iki min dörd yüz altımış) manat, «Ford Transit» markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi X5 10.000 (on min) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan olan az ağır cinayət əməlini törətməkdə təqsirli bilərək, məhkəməyə ərizə təqdim etdi və göstərdi ki, zərərçəkmiş şəxs X7 ilə barışmışdır və ona dəymiş maddi zərəri tam ödəmişdir. Ona görə də, barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi olmadığı bildirdi. Odur ki, cinayət işi üzrə icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vəli Quliyev ərizə ilə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin X2 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru Elnur Cəfərova müraciət edərək bildirmişdir ki, ********* №-li cinayət işi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus MAN TGA-01 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Krone» markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilə dəymiş 2460 manat maddi zərər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Hacıqabul rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 241 №-li ekspert rəyindən görünür ki, X3 qapalı kəllə beyin travması, sağ alın payı nahiyyəsinin əzilməsi, subdural hematoma, sol alın təpə sümüyündə xətti sınıqı, sol İ-İİ-İİİ-İV qabırğaların paravertebral sınıqı, hər iki ağ ciyərin kontuziyası, sol baldırın və sol bazunun sıyrılmış yaraları kimi xəsarətləri vardır. Bu xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Müxtəlif şəraitlərdə və o cümlədən avtomobil qəzası zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlməsi mümkündür. Müddəti hadisə gününə 03.06.2021-ci il tarixə uyğundur, qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (İş v. 46-49). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.07.2021-ci il tarixli 8/1324 №-li ekspert rəyindən görünür ki, MAN TGA-01 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Krone» markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindəq təqdim edilmiş məlumatlara əsasən «Ford Transit» markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (İş v. 50-53). Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 016-70600-1221 və 016-70614-1221 nömrəli məktublarında DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1966-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 22.10.2012-ci il tarixdə AB 500839 nömrəli «BE CE DE» kateqoriyalı, 24.01.1974-cü il təvəllüdlü X5 isə 05.11.2020-ci il tarixdə AC 585784 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqələrinin verildiyi, onların barəsində müvafiq sistemdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatların mövcud olmadığı qeyd edilmişdir. (İş v. 41-43) Hacıqabul rayon mərkəzi xəstəxanası, publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 03 iyun 2021-ci il tarixli 318 və 319 nömrəli aktlarda Təqsirləndirilən şəxs və X4 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. (İş 25-26). "xxxx" ASC-nin X1 Avtovaz Servis mərkəzi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli E/434 nömrəli ziyan aktında Ford Transit markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 10.000 (on min) manat dəyərində ziyan dəydiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 08.06.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 36). Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayətini törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 ilə barışmasını və ona dəymiş maddi zərəri tam ödəməsini, həmçinin digər zərərçəkmiş "xxxx" MMC-yə dəymiş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslər X3 və "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələblərinin olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi və 263-cü maddəsinin Qeydinin 2ci hissəsi tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut MAN TGA-01 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Krone» markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu atomobil sahibi "xxxx" MMC-yə qaytarılmış hesab edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 41.3, 43.1.2, 175.5, 321, 321.2.1, 321.2.2 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata, həmin Məcəlləsinin 73.3-cü və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut MAN TGA-01 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Krone» markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu atomobil sahibi "xxxx" MMC-yə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-133/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-133/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver