Məhkəmə qərarları › İş №1(071)-134/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-134/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-134/2021 01.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, 28.07.1986-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan, 24.06.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, barəsində 26.06.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 12.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 27.08.2021-ci il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 42,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək daşımaqla özündə saxlamış, 24 iyun 2021-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 15 №-li evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin narkotik vasitənin 4,79 qramı onun əynində olan yaşıl rəngli hərbi şalvarının sağ cibindəki ayrı-ayrılıqda 5 ədəd kağız bükümün içərsindən və əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 15 №-li evin həyətyanı sahəsinə baxış keçirilən zaman, qalan 37,590 qram çəkidə olan hissəsi isə orada olan yarımtiklini içrəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2021-ci ilin mart ayında yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 15 №-li evin yaxınlığında piyada gedərkən yerdə bir ədəd siqaretin kağız kəsiyinin içərsində 1 ədəd çətənə tumu tapmış, bir neçə gün sonra həmin çətənə tumunu yaşadığı evin həyətyanı sahəsində bir ədəd dibçəkdə əkib aqrotexniki qaydada qulluq etmişdir. 10 iyun 2021-ci il tarixdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində su kanalın kənarı ilə gedərkən orada 2 ədəd çətənə ştilini tapıb, onları götürüb yaşadığı evə gətirib, onları da 2 ədəd dibçəkdə əkib aqrotexniki qaydada qulluq etmişdir. Mart ayında əkdiyi çətənə kolu böyüdüyü üçün 20 iyun 2021-ci il tarixdə həmin kolda olan yarpaqları dərib qurudaraq bir hissəsini sellofan torbaya yığıb istifadə etmək məqsədi ilə həyətdəki çətənə kolları olan dibçəklərin yanında gizlətmişdir. 24 iyun 2021-ci il tarixdə saat 10 radələrində həmin qurudulmuş marixuananın bir hissəsini özü istifadə etmək məqsədi ilə 5 ədəd ayrı-ayrı kağız kəsiyi büküb, əynində olan yaşıl rəngli hərbi şalvarının qabaq sağ cibinə qoymuşdur. Həmin günü saat 12 radələrində yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 15 №-li evin yaxınlığında olan zaman rayon polis əməkdaşlarını görmüş, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib, RPŞ-yə dəvət olunmuş, RPŞ-də müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları onun üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşmuş, o, da əynində olan yaşıl rəngli hərbi şalvarının qabaq sağ cibində saxladığı 5 ədəd kağız kəsiyinə bükülmüş, içərsində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları ondan ərizə almaq şərti ilə yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsudzadə küçəsi 15 №-li evdə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində olan 2 ədəd dibçəkdə əkib aqrotexniki qaydada qulluq etdiyi çətənə kolları və onun yanında gizlətdiyi bir ədəd sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Aşkar olunmuş 2 ədəd çətənə kolları və 1 ədəd sellofan torbadakı qurudulmuş marixuananı ayrı-ayrı poçt zərflərinə qoyularaq zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Onun həmin marixunananı satmaq niyyəti olmamış, öz istifadəsi üçün saxlamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Şahid Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, 24 iyun 2021-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbənin rəhbərliyinə məruzə etmiş və həmin günü saat 12 radələrində Hacıqabul rayon PŞ-nin 2 saylı sahənin polis nəfəri Şahid2 Rəfail oğlu ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs saxlayaraq, Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşmuş, o, əynində olan yaşıl rəngli hərbi şalvarının qabaq sağ cibində saxladığı 5 ədəd kağız kəsiyinə bükülmüş, içərsində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Götürülmüş kütlə poçt zərfinə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 15 №-li evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 2 ədəd aqrotexniki qaydada qulluq olunmuş çətənə kolları və onun yanında bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. X6 İnkişaf Mərkəzində bitkiçilik çektorunun baş məsləhətçi vəzifəsində işləyən X2 2 ədəd kollara baxarkən, həmin kolların çətənə kolların olmasını və onlara aqrotexniki qaydada qulluq olunması barədə rəy vermişdir. Aşkar olunub götürülmüş 02 ədəd çətənə kolları və bir ədəd sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ayrı-ayrı poçt zərflərinə qoyularaq möhürlənmiş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Şahid Hacıqabul rayon PŞ-nin 2 saylı sahənin polis nəfəri Şahid2 Rəfail oğlu məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 24.06.2021-ci il tarixdə Hacıqabul PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Z.Salahov tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan yaşıl rəngli hərbi şalvarının qabaq sağ cibindən 5 ədəd kağız kəsiyi bükümünun içərsinlən yaşıl rəngli narkotk vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan 24.06.2021-ci il tarixdə Hacıqabul PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Z.Salahov tərəfindən tərtib edilmiş baxış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 15 №-li evin həyətyanı sahəsinə baxış zamanı yarımtiklinin içərsindən 2 ədəd dibçəkdə aqrotexniki qaydada qulluq olunmuş 2 ədəd çətənə kolları və bir ədəd sellofan torbanın içərsindən yaşıl rəngli narkotk vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli 18/671 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağz paketdə 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,37 qram, 0,34 qram, 0,32 qram, 0,47 qram, 3,29 qram,ümumi təmiz çəkisi - 4,79 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı” sözləri və imzalar olan 1 ədəd kağız paketdə 1 ədəd politelin torbada təmiz çəkisi - 37,590 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (İş v. 38-42). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01.09.2021-ci il tarixli 3171 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikiya əlamətlərinin olmamasını nəzərə alaraqa, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtyiacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v. 137-138). Hacıqabul rayon Polis Şöbəsi İB-nin müstəntiqi Bəxtiyar Qurbanovun 25.09.2021-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdıır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.1-ci maddələrinin tərkibi olmadığına görə, barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 21.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və Cəlilabad Hərbi Məhkəməsinin 10.02.2020-ci il tarixli 1-1(096)- 05/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-in 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti ilə şərti olaraq 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 02.03.2021-ci ildə cəzası başa çatdığına görə şöbənin qeydiyyatından çıxarılıb. (İş v. 117-118). Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan təmiz çəkisi - 42,38 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd çətənə bitkilərinin ştilləri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, ailəli, öhdəsində azyaşlı bir uşağı olmasını, məhkumluğu olmayan şəxs hesab edilməsini, xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Yəni, şübhəli şəxs kimi tutulduğu 24.06.2021-ci il tarixdən 26.06.2021-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Cəza çəkmə müddətinin əvvəli 12.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev düstaqlığı” qətimkan tədbiri dəyişdirilməli, o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 42,26 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd çətənə bitkilərinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Eyvazov Füzuli Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X3 "xxxx" ASC Hacıqabul filialındakı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 24.06.2021-ci il tarixdən 26.06.2021-ci il tarixə kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev düstaqlığı” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12.08.2021-ci il tarixdən hesablansın. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 42,26 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd çətənə bitkilərinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Eyvazov Füzuli Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X3 "xxxx" ASC Hacıqabul filialı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar