Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-135/2021 10.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə (Qazı-Məmməd) Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri H.Əliyev küçəsi ev 6-da qeydiyyatda olmaqla, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 13 mənzil 48-də yaşayan, 21.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23.07.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 10.06.2021-ci il tarixdə gecə saat 04:00 radələrində Hacıqabul şəhəri M.Gəncəvi küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 həmin ünvanda yerləşən başqa saxlanc yeri hesab edilən evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 150 manat olan 01 baş qoyunun ayaqlarını bağlayıb gizli olaraq talamaq istəyərkən ev sahibi Zərərçəkmiş şəxs1 qışqırığını eşidib yaxalanacağından qorxaraq boynunda apardığı qoyunu həyətdə yerə atıb qaçaraq hadisə yerindən uzaqlaşdığından öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 2021-ci ilin iyun ayının ortalarından 18.07.2021-ci il tarixədək olan müddət ərzində X1 işlədiyi və "xxxx" MMC-yə məxsus olmaqla Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən mağazanın hər birinin dəyəri 15 manat olmaqla, ümumi dəyəri 600 manat olan 40 ədəd dəmir materialdan olan dam örtüyünü (şifer) hissə-hissə, ayrı-ayrı vaxtlarda, vahid niyyətlə söküb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 600 manat maddi ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,281 qram olan narkotik vasitə olan heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli cins şalvarın sağ cibində daşıyaraq saxlamış, 21.07.2021-ci il tarixdə saat 20:50-də Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Əliyev küçəsində 6 nömrəli evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 29,177.2.3, 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, bir neçə ay əvvəl azadlığa buraxılmışdır. Zərərçəkmiş şəxs1 tanımır, onunla arasında heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. İşsiz olduğu üçün maddi vəziyyəti çox pisdir, maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. 10.06.2021-ci il tarixdə gecə saatlarında Hacıqabul şəhəri M.Gəncəvi küçəsinə gəlmişdir. Adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin qarşısına çatanda, sakitçilik olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından həyətə keçib həyətdən nəsə oğurlamaq istəmişdir. 10.06.2021-ci il tarixdə gecə saat təxminən 04:00 radələrində həmin evin hasarından tullanmaqla həyətə daxil olmuş, həmin vaxt evin həyətində heç kim olmamış, qaranlıq olduğundan sakitçilik olmuşdur. O, kasıb olduğundan və maddi ehtiyacı olduğu üçün həmin həyətdən qoyun oğurlamaq qərarına gəlmiş, oğurladığı qoyunu satıb qazanc əldə etmək istəmiş, bu səbəbdən də həmin həyətdə olan 01 ədəd qoyuna yaxınlaşmış, onun ayaqlarını həyətdə olan iplə bağlamış, daha sonra onu boynuna alıb həyətdən çıxmaq istəmiş, qoyunu boynunun arxasına qoyub asta-asta həyətdən çıxmaq üçün həyətin qapısına tərəf getmişdir. Bu zaman evdən kişi səsi eşitmiş, tanımadığı bir kişi evdən uca səslə qışqırıb onu çağırmış, dayanmağını bildirmişdir. Oda oğurluq etməyini kiminsə gördüyünü bilib qoyunu həyətdə boynundan atıb həyətdən qaçmış, qaçaraq həyətin qapısını açıb oradan uzaqlaşmışdır. Qoyun elə həmin evin həyətində qalmış və o, oğurluğu başa çatdıra bilməmiş, həmin evdən qışqıran kişi yəqin ki, evin sahibi olmuş, o, evin pəncərəsindən qışqırmış, ona yaxın gəlməmişdir. Oda oğurluq etməyini kiminsə gördüyünü bilib oğurluğu yarımçıq qoyub, yəni qoyunu elə həmin həyətə atıb oradan qaçmışdır. Evinə yollanmış və bu barədə heç kimə heç nə deməmişdir. Oradan başqa heç nə oğurlamamış, qoyunu da oğurlaya bilməmişdir. Oğurluq etməkdə məqsədi evinə bazarlıq etmək olub, maddi ehtiyac səbəbindən oğurluq etmək istəsə də, edə bilməmiş, əməlindən peşmandır. Onun oğurluq etmək istədiyini heç kim bilmir, heç kimə oğurluq etmək istədiyini deməmiş və oğurluğu özü tək eləmək istəmiş, həmin həyətə özü tək girmiş, yanında heç kim olmayıb, heç kimdən kömək istəməmişəm və bu əməlindən heç kimin xəbəri olmamışdır. Bundan sonra 10.06.2021-ci il tarixdə günorta saatlarında Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin qoyunu oğurlamağa cəhd etməkdə şübhəli olduğunu ona bildirdikdə o, onlara etdiyi əməli səmimi olaraq etiraf etmiş, daha sonra Hacıqabul RPŞ-yə polis əməkdaşları ilə birlikdə gəlmiş, etdiyi əməli RPŞ-də səmimi etiraf eləmiş, daha sonra həmin oğurluq əməli ilə bağlı zəruri sənədləşmə işləri aparıldıqdan sonra o, sərbəst buraxılmışdır. Bundan sonra 2021-ci ilin iyun ayının ortalarında pula ehtiyacı olduğu üçün o, Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın sahibsiz olduğunu görüb onun üst dam örtülərini oğurlamaq qərarına gəlmiş və bu minvanla oradan hissə-hissə olmaqla 4 ədəd dəmir dam örtüyü oğurlayıb metal qəbulu ilə məşğul olan Şahid4 satmışdır. Sonuncu dəfə 18.07.2021-ci il tarixdə səhər saatlarında Hacıqabul şəhəri ərazisində olarkən yenidən pula ehtiyacı olduğu üçün Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazasının üstünə çıxıb orada dəmir materialından olan üst dam örtüyünün 2 ədədəni gizlin oğurlayıb tanıdığı Şahid4 metal qəbulu sexinə aparmış, hər birini 5-6 manata satmışdır. Bundan sonra, 21.07.2021-ci il tarixdə saat 20:35 radələrində Hacıqabul şəhəri Ə.Vahid küçəsi ilə gedərkən yerdə ağ rəngli kağız bükülü tapmışdır. Həmin bükülüyə baxan zaman görmüşdür ki, kağızın içərisində narkotik maddə olan heroindir. O, heroini istifadə etmək məqsədilə cibinə qoymuşdur. Bir qədər getmişdir ki, Hacıqabul şəhəri H.Əliyev küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb və ona üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. O, Hacıqabul RPŞ-yə gətirildikdən sonra Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, əynində olan tünd boz rəngli şalvarının sağ cibində saxladığı bir ədəd ağ rəngli kağız kəsiyini polis əməkdaşlarına təqdim edərək, içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və o, protokola imza etmişdir. Oğurlamaq istədiyi bir baş qoyun sahibindədir. Şiferlərin dəyərini isə "xxxx" MMC-yə ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Lakin zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10.06.2021-ci il tarixdə gecə saat təxminən 04:00 radələrində yaşadığı Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 9 nömrəli evdə yatan zaman həyətdən qoyun-quzunun səsini eşitmiş, namaz qılmaq üçün yuxudan ayılmış, bu zaman həyətdən səs gəldiyini eşidib, evin pəncərəsindən həyətə baxmışdır. Bu zaman həyətdə naməlum bir şəxsin ona məxsus olan qoyunu ayaqları bağlı vəziyyətdə boynunda apardığını görmüş, dərhal qışqırıb pəncərədən həmin adamı çağırmış, onun dayanmasını bildirmişdir. Həmin şəxs qorxub oğurluğu başa çatdıra bilməmiş və qoyunu həyətdə boynundan atıb qaçmışdır. Daha sonra qoyuna yaxınlaşıb onun ayaqlarını açmış, həyətə baxmış, evdən və həyətdən başqa heç nə oğurlanmamışdır. Həmin hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Həyətindən oğurluq edən şəxsi tanımır. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Hacıqabul şəhəri Ə.Vahid küçəsində şəhər bazarının giriş qapısından sağ tərəfdə "xxxx" MMC-yə məxsus mağaza var. Həmin mağazada Telman Bayramov bir müddət oğlu ilə birlikdə işləmiş yumurta satmışdır. 21.07.2021-ci il tarixdə Telman Bayramov "xxxx" MMCnin rəhbərliyinə məlumat verərək şirkətə məxsus mağazanın aliminum materialından olan dam örtüyünün 40 ədədinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra T.Bayramov oğurluq olması barədə Hacıqabul RPŞ-yə ərizə ilə müraciət etmişdir. "xxxx" MMC-yə vurulmuş maddi zərər 600 manat təşkil edir. Vurulmuş maddi zərər ödənilməmişdir. Şahid4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul şəhəri Z.Tağıyev küçəsi ev 140-da daimi qeydiyyatda olmaqla yaşayır. Onun əsl adı Hüseynquludur. Lakin el arasında onu Elman çağırırlar. Hər kəs onun adını Eman olaraq bilir. Özünə məxsus metal qəbulu sexi var. Təqsirləndirilən şəxs tanımır, onunla arasında ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2021-ci ilin iyun ayının 2-ci on günlüyündə Təqsirləndirilən şəxs ona məxsus metal qəbulu sexinə gələrək həyətlərində yarımtikilinin sökülməsi ilə əlaqədar olaraq özündə bir neçə ədəd dəmir metalından olan dam örtüylərinin (şiferlərin) olduğunu və onu satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona hissə-hissə təxminən 13 ədəd dəmir dam örtüyü gətirib satmış hər dam örtüyünün çəkisi təxminən 3-4 kiloqram olmuşdur. O, Təqsirləndirilən şəxs aldığı hər bir dəmir materialından olan dam örtüyünə görə 5-6 manat pul vermişdir. Sonuncu dəfə 18.07.2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona məxsus metal qəbulu sexinə gəlmiş və həmin vaxtı əlində 2 ədəd dəmir dam örtüyü gətirmişdir. O, dəmir dam örtüyünə (şiferə) baxmış, təxminən hər birinin çəkisi 3-4 kiloqram olmuşdur. O, həmin dəmirdən olan dam örtüyünü çəkərək götürmüş və müqabilində Təqsirləndirilən şəxs 2 ədəd dam örtüyünə görə 11 manat vermişdir. Bundan bir neçə gün sonra polis əməkdaşları Təqsirləndirilən şəxs sonuncu dəfə oğurladığı 2 ədəd dəmir dam örtüyünü (şiferi) ona satdığını bildirərək, onu rayon polis şəbəsinə dəvət etmişlər. Onun Təqsirləndirilən şəxs həmin əşyaları oğurlaması barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs aldığı 2 ədəd dəmir dam örtüyünü polis əməkdaşlarına təqdim etmişdir. Şahid Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 21.07.2021-ci il tarixdə Hacıqabul şəhəri H.Əliyev küçəsi ev 6-da daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 13 mənzil 48-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun, Hacıqabul rayon PŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 iştirakından ibarət əməliyyat qrupu yaradılmış və 21.07.2021-ci il tarixdə saat 21:10-da Təqsirləndirilən şəxs Hacıqabul şəhəri H.Əliyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Mübaşir Heybətov tərəfindən ona müdafiəçi təyin edildikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan, şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişdən istifadə edilməklə Mübaşir Heybətov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ cibindən 1 ədəd ağ kağız bükülüsündə bükümü təqdim edərək, həmin kağız bükülünün içərsində narkotik maddə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ondan götürülmüş maddənin narkotik vasitə olan heroin olduğunu, özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs götürülmüş heroinə oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin baş təhqiqatçısı Mübaşir Heybətov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, protokola imza etmişdir. Bundan sonra Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətovun verdiyi əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Həmin əməliyyat tapşırığı tərəfindən öyrənilərkən müəyyən etmişdir ki, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 201-də qeydiyyatda olmaqla yaşayan X3 işlədiyi "xxxx" MMC-yə məxsus Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən mağazanın üst dam örtüyünün 40 ədədi naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra tərəfindən keçirilmiş bir sıra əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmişdir ki, M.Ə.Rəsulzadə küçəsi ev 201-də qeydiyyatda olmaqla yaşayan X3 işlədiyi "xxxx" MMC-yə məxsus Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən mağazanın 40 ədəd üst dam örtüyünü oğurlayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə RPŞ-yə saxlanılmasını bildirmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Şahid Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10.06.2021-ci il tarixdə Hacıqabul rayon PŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Ayxan İsgəndərlinin əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Əməliyyat tapşırığı tərəfindən öyrənilərkən müəyyən etmişdir ki, Hacıqabul şəhəri M.Gəncəvi küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 həyatyani sahəsindən 1 baş qoyunun oğurlanmasına cəhd edilmişdir. Bundan sonra tərəfindən keçirilmiş bir sıra əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmişdir ki, Hacıqabul şəhəri M.Gəncəvi küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyatyanı sahəsindən bir baş xırda buynuzlu heyvanı oğurlamaq istəyən ünvan 2 ünvanda yaşayan əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxsdur. Tərəfindən Təqsirləndirilən şəxs Hacıqabul şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq aidiyyəti üzrə Hacıqabul RPŞ-nin İB-yə təhvil verilmişdir. Cinayət işində olan 21.07.2021-ci il tarixdə saat 21:40-da tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd ağ kağız kəsiyinin içərisində qablaşdırılmış halda narkotik vasitə olan heroin aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 21.07.2021-ci il tarixdə saat 21:40-da üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitə aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. 10.06.2021-ci il tarixdə saat 04:00-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri M.Gəncəvi küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 9 nömrəli fərdi yaşayış evinin həyatyani sahəsinə daş hasarı keçməklə daxil olmasını özündə əks etdirən 2 ədəd disk protokola əlavə edilmişdir. İstintaq zamanı götürmənin aparılması haqqında 04.08.2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 02 ədəd dəmir materialından olan şifer götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 18/761 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindən: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,281 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.35-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli 9/6845 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş 1 yaşlı, dişi cinsli, təmiz ət çıxarı 15 kloqram olan qoyunun 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 150,00 manat müəyyən edilir. (i.v.246- 248) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.09.2021-ci il tarixli 9/6932 nömrəli ekspertiza rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 40 ədəd dəmir materialından olan dam örtüyünün orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 600,00 manat (40 ədəd x 15,0 manat) müəyyən edilir. (i.v. 250-252) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09.09.2021-ci il tarixli 3340 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.229-230) Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən 11.06.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir, Hacıqabul rayon Məhkəməsinin 05.04.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CMnin 70-ci maddəsi tətbiq edilməklə 03 il müddəti azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Qax rayon Məhkəməsinin 03.04.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 67-ci maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin 21.07.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 333.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Gəncə Hərbi Məhkəməsinin 29.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 333.4, 68.1.1, 67-ci maddələrinə əsasən 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Hacıqabul rayon Məhkəməsinin 13.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Hacıqabul rayon Məhkəməsinin 13.06.2019-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.3, 177.2.2 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri, maddi sübut eləcə də işdəki digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsəlrin, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etməsi, daha sonra təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətlərini, həmçinin satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,281 qram heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29,177.2.3, 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs mağazanın damından cəmi 4 ədəd şifer oğurlamasına dair ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq niyyətini güdür. Təqsirləndirilən şəxs mağazanın damından 40 ədəd metal şifer oğurlaması və metal qəbulu məntəqəsinə satmaqla, zərərsçəkmiş "xxxx" MMC-yə ümumilikdə 600 manat zərər vurması, onun özünün isbtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və aşkar olunmuş maddi sübutla tamamilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 21.07.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,231 qram çəkidə narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd dəmir şifer qanuni sahibi "xxxx" MMC-yə qaytarılmalıdır. Dəyəri 150 manat olan bir baş qoyunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyan 600 manat ödənilməmişdir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Bu səbəbdən zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 131,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 330 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.3, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 29,177.2.3 və 177.2.2-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 21.07.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,231 qram çəkidə narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd dəmir şifer qanuni sahibi "xxxx" MMC-yə qaytarılsın. Dəyəri 150 (yüz əlli) manat olan bir baş qoyunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 131,95 (yüz otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-135/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-135/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver