Məhkəmə qərarları › İş №1(071)-137/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-137/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-137/2022 22.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Əhmədova (Səmədova) Ulduzə Mehdi qızının iştirakı ilə, xx.xx.1988-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində baş mühəndis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi “Volkswagen Crafter” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Ələt qəsəbəsi ərazisindən keçən 78-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan Şahid1 Cəbrayıl oğlunun idarə etdiyi “Kamaz 5511” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Volkswagen Crafter” markalı xüsusi təyinatlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs qaraciyərin və dalağın cırılması, kamatoz vəziyyət kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan olan az ağır cinayət əməlini törətməkdə təqsirli bildi və izahatında göstərdi ki, o, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs xəstəxanada müalicə olunması üçün 35.000 (otuz beş min) manat pul ödəmişdir. Zərərçəkmiş şəxs xəstəxanadan çıxandan sonra hazırkı vaxta kimi müalicəsinə xərclənmiş vəsaitin əvəzi olaraq 7.000 (yeddi min) manat vəsaiti Zərərçəkmiş şəxs təklifi ilə onun arvadı Samirə Qəribovaya məxsus olan "xxxx" ASCnin verdiyi (4169 7377 0273 6212) bank kartına xx.xx.2022-ci il tarixdə ödəmişdir, qəbzləri məhkəməyə təqdim edir. O, Zərərçəkmiş şəxs ilə barışmışdır və ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. O, evlidir, öhdəsində bir azyaşlı uşağı var. Bunları nəzərə alaraq onun barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim etdi və bildirdi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun xəstəxanada olduğu dövrdə müalicə xərclərini tamamilə ödəmişdir. Xəstəxanadan çıxandan sonrakı dövrdə müalicə olunması ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onun arvadı Samirə Qəribovaya məxsus olan "xxxx" ASC-nin verdiyi (4169 7377 0273 6212) bank kartına 7.000 (yeddi min) manat pul ödəmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də bununla bağlı şikayəti olmayacaqdır. Ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı məhkəmə iclasında rəy verərək bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması, ona dəymiş maddi ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və maddi tələbinin olmadığı nəzərə almaqla, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata, həmin Məcəlləsinin 73.3-cü və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayətini törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs müalicəsinə 35.000 manat, məhkəmədə işə baxılan zaman xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs təklifi ilə onun arvadı Samirə Qəribovaya məxsus olan "xxxx" ASC-nin verdiyi (4169 7377 0273 6212) bank kartına 7.000 (yeddi min) manat pul ödəməsini, yəni zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddia tələbinin olmadığını, təqsirləndirilən şəxsin evli, öhdəsində bir azyaşlı uşağı olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi və 263-cü maddəsinin Qeydinin 2ci hissəsi tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İİş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 41.3, 43.1.2, 175.5, 321, 321.2.1, 321.2.2 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata, həmin Məcəlləsinin 73.3-cü və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Əhmədova (Səmədova) Ulduzə Mehdi qızına məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar