Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-138/2024 09.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş – X9, X5 və Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 nümayəndəsi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9, X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 və X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 müxtəlif instansiyalara ərizə və şikayətlər yazmaqla onları “rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” kimi böhtan xarakterli məlumatlar yaymaqla onların şərəf və ləyaqətini ləkələyən və işgüzar nüfuzlarına xələl gətirən fikirlə söyləməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi və onun həmin maddənin sanksiyası həddində ən ağır cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 və X10 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizələrini onunla əsaslandırmışlar ki, onlar Daxili işlər orqanlarında xidmət edirlər. Aqşin Məmmədli hazırda Hacıqabul RPŞ-nin rəis müavini vəzifəsində, Həsən Bayramov isə Hacıqabul RPŞ-nin təcrübə üzrə baş inspektor vəzifəsində xidmətlərini davam etdirirlər. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 müxtəlif instansiyalara əsassız ərizə və şikayətlər yazmaqla onları “rüşvət alma”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” kimi böhtan xarakterli məlumatlar yaymaqda davam edir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 20:15 radələrində Hacıqabul rayonu Hacıqabul-Şirvan yolu ərazisində X6 “LADA 21214” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarını istifadə qaydalarını pozaraq avtomobilin avadanlıqların konstruktiv dəyişikliklər etməklə idarə etdiyinə görə sonuncu barəsində Hacıqabul RPŞ-nin DYP-nin əməkdaşı tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və avtomobil duracağa yerləşdirilmişdir. Daha sonra X6 barəsində inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və 150 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra, X6 barəsində qəbul edilmiş inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarı mübahisələndirmək imkanına malik olmasına baxmayaraq, Hacıqabul rayon prokurorluğuna və sair instansiyalara böhtan xarakterli şikayətlər etmişdir. Hacıqabul rayon prokurorluğunda şikayətlə bağlı müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X4 Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, İnsan Hüquqları Üzrə Müvəkkilə, Avropa İnsan Hüquqları Məhkəməsinəyazdığı şikayətin məzmunu “..... əvvəlcə 2000 manat sonra isə 1000 manat pul gətirmək və polis əməkdaşların üzrhaqlıq etməkdən” ibarət olmuşdur. Odur ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyası həddində ən ağır cəza verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin nümayəndəsi vəkili Nümayəndə izahatında ərizəsində göstərilənləri müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X9 və X10 ərizədə göstərilənləri müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 nümayəndəsi – vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1)şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2)törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3)cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4)şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5)cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 və X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizənin forma məzmunu düzgün tərtib edilməmiş, ərizənin verildiyi yer qeyd edilməmiş, eyni zamanda ərizədə məlumatın yayılmasının kütləviliyi əsaslandırılmamış, konkret olaraq hansı ifadələrin CM-nin 147-ci maddəsilə nəzərdə tutulmuş cinayət tərkibini yaratması əsaslandırılmamışdır. X1 tərəfindən Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, İnsan Hüquqları Üzrə Müvəkkilə və Avropa İnsan Hüquqları Üzrə Beynəlxalq Məhkəməyə böhtan xarakterli müraciətlərin edildiyi qeyd edilir. Lakin həmin təşkilatların hər biri dövlət orqanları olmaqla, fəaliyyət istiqamətlərindən biri kimi vətəndaşlar tərəfindən verilmiş şikayət və müraciətlərə baxmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, vətəndaş tərəfindən dövlət orqanlarında xidmət edən şəxslər barəsində onların fəaliyyətinə nəzarəti həyata keçirmək vəzifəsi daşıyan təşkilatlara şikayət etmək hüquqları heç bir halda məhdudlaşdırıla bilməz və həmin şikayətlər araşdırma predmeti olmaqla barəsində şikayət edilən vəzifəli şəxslərin şərəf və ləyaqətini alçaldan, habelə onların işgüzar nüfuzuna xələl gətirən məlumatlar kimi qiymətləndirilə bilməz. Barəsində şikayət edilmiş vəzifəli şəxslər qeyd edilən hallarda vətəndaşlara qarşı dözümlülük nümayiş etdirməli, onların fəaliyyətinə nəzarəti həyata keçirən təşkilatlar tərəfindən aparılmış araşdırmanın nəticəsini nəzərə almalıdırlar. Eyni zamanda, ərizədə qeyd edilən cinayətin törədilmə yeri göstərilməmiş və bu səbəbdən işin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 və X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPMnin 293-cü maddəsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 və X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-138/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-138/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver