Məhkəmə qərarları › İş №1(071)-139/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-139/2025

05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-139/2025 05.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Ramil oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2007-ci ildə Göyçay rayonu, İncə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 2-də qeydiyyatda olmaqla, Hacıqabul rayonu, Ələtli kəndində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə o, özgəsinə məxsus əmlakı tamah niyyət ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 04 yanvar 2025-ci tarixdə, saat 19 radələrində Hacıqabul şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus Hacıqabul şəhəri, Bakı küçəsi, ev 53-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd 300 manat dəyərində “Leon” markalı velosipedi sürərək həmin ərazidən uzaqlaşdırmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 300 manat maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgəsinə məxsus əmlakı tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 01 fevral 2025-ci il tarixdə, saat 17 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, ev 6, mənzil 10-da yerləşən blokun qarşısından Hacıqabul şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 200 manat dəyərində “24 Desna” markalı velosipedi sürərək həmin ərazidən uzaqlaşdırmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs4 200 manat maddi ziyan vuraraq təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgəsinə məxsus əmlakı tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 06 mart 2025-ci il tarixdə, saat 16 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən “Hacıqabul" marketin qarşısından Hacıqabul şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 250 manat dəyərində “Saft” markalı velosipedi sürərək həmin ərazidən uzaqlaşdırmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 250 manat maddi ziyan vuraraq təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgəsinə məxsus əmlakı tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 29 may 2025-cü il tarixdə, saat 15 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən “Hacıqabul” marketin qarşısından Hacıqabul şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 300 manat dəyərində “Stels” markalı velosipedi sürərək həmin ərazidən uzaqlaşdırmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 250 manat maddi ziyan vuraraq təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Cinayət işi 03 dekabr 2025-ci il tarixdə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroru tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı X3 ilkin olaraq işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, daha sonra iş materialları ilə tanış olub cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Ramil oğlu cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Cinayət işinə hazırlıq iclasında baxılarkən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələlər araşdırılmış, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan məhkəmə baxışı zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən olunduğundan hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, hazırkı cinayət işi materiallarına məhkəmə hazırlıq iclası zamanı öyrənilərkən, iş üzrə Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Cəmaləddin Rzayev tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroru Lalə Hüseynova tərəfindən təsdiq edilmiş ittiham aktının Azərbaycan Respublikası CPMnin 289-cu maddəsinin tələblərinə uyğun olmaması aşkar edilmişdir. Eyni zamanda iş üzrə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə bir fakta görə zərərçəkmiş şəxsin düzgün müəyyən edilməməsi, bununla da real zərərçəkmiş şəxsin hüquqlarının pozulması, onun iş üzrə zəruri prosessual status əldə etməsinin təmin olunmaması aşkar edilmişdir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən iş üzrə zərərçəkmiş şəxsin düzgün müəyyən edilməməsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs1 Hacıqabul RPŞ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, 2025-ci ilin mart ayında Hacıqabul şəhəri Heydər Əliyev küçəsində “Hacıqabul” marketin qarşısından nəvəsinə məxsus olan 250 manat dəyərində “Saft” markalı velosipedin oğurlanması faktı barədə məlumat verməklə, təqsirkar şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 iş materiallarında olan ilkin izahatında göstərmişdir ki, o, 2025-ci ilin mart ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən öz yaşadığı evdə olarkən azyaşlı nəvəsi X6 məktəbdən evə gələrək ona velosipedini “Hacıqabul” marketin qarşısında saxladığını və məktəbə dərsə getdiyini, lakin dərsdən çıxdıqdan sonra velosipedin orda olmamasını bildirmişdir. O, həmçinin izahatında oğurlanmış velosipedi nəvəsi Aqşinə 250 manata aldığını bildirmiş və müstəntiqin sualına cavab olaraq nəvəsinə məxsus velosipedin kim tərəfindən oğurlanması barədə məlumatının olmadığını qeyd etmişdir. Cinayət işi materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, Camaləddin Rzayev tərəfindən qəbul edilmiş 31 may 2025-ci il qərara əsasən Zərərçəkmiş şəxs1 Əlizəzim oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Qərarda qeyd edilmişdir ki, həmin cinayət işi 06 mart 2025-ci il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən “Hacıqabul” marketin qarşısından Zərərçəkmiş şəxs1 Əzim oğlunun nəvəsinə məxsus “Saft” markalı velosipedin naməlum şəxs tərəfindən oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə başlanılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərarda da eynilə cinayət işinin başlanmasına əsas və səbəb kimi Zərərçəkmiş şəxs1 Əzim oğlunun nəvəsinə məxsus velosipedin oğurlanması ilə bağlı məlumat daxil olması kimi qeyd edilmişdir. Həmçinin qeyd olunan qərarla aşkar edilərək götürülmüş “Saft” markalı velosiped iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən toplanmış materiallardan açıq-aşkar şəkildə görünür ki, Zərərçəkmiş şəxs1 Əzim oğlunun azyaşlı nəvəsi məktəbin qarşısında özünə məxsus velosipedi saxlamış, naməlum şəxs tərəfindən həmin velosiped oğurlanmışdır. İbtidai istintaq orqanı tərəfindən faktla bağlı cinayət işi başlanmış, lakin zərərçəkmiş şəxs qismində birbaşa maddi zərərə məruz qalmış azyaşlı deyil, onun babası tanınmışdır. Baba Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə hazırlıq iclası zamanı verilmiş suallara əsasən bir daha ifadəsində təsdiq etmişdir ki, o, bir neçə il öncə sözügedən “Saft” markalı velosipedi 300 manat məbləğində alaraq nəvəsinə hədiyyə etmişdir. Lakin istintaq orqanı tərəfindən bu fakt ümumiyyətlə yoxlanılmamış, azyaşlı uşağın şəxsiyyəti, xüsusilə onun yaşı müəyyənləşdirilməmiş, işə onun doğum şəhadətnaməsi və Zərərçəkmiş şəxs1 Əzim oğlunun uşağın babası olması təsdiq edən hüquqi sənəd əlavə edilməmiş, hətta uşağın özünün hadisənin bilavasitə iştirakçısı olması nəzərə alınaraq onun şahid statusunda cinayət prosessual qanunvericiliyin tələbinə uyğun olaraq ifadəsinin alınması belə təmin edilməmişdir. İş materiallarında olan 30 may 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən isə görünür ki, Zərərçəkmiş şəxs1 özünün deyil nəvəsinin oğurluq faktından öncə ona məxsus olan velosipedin olduğu yeri göstərir. Eyni zamanda fotoşəkillərin birində qeyd olunan istintaq hərəkətinin aparılmasında bir oğlan uşağının iştirak etməsi müşahidə edilir. Lakin protokolda onun kimliyi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Fotoşəkildəki uşağın Zərərçəkmiş şəxs1 nəvəsi olmasına dair məhkəmədə kifayət qədər şübhə yaranır, əgər müsbət olduğu halda belə məntiqi nəticəyə gəlmək olar ki, azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndənin iştirakı olmadan istintaq hərəkətinin aparılmasına bu şəkildə cəlb edilməsi özlüyündə CPM-nin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti doğulduğu andan yaranır və hər bir şəxs doğulduğu andan mülki hüquq qabiliyyətinə malikdir. Mülki hüquq qabiliyyəti -insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır və fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti isə - şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azyaşlı şəxslər məhdud fəaliyyət qabiliyyətinə malik olsalar da, bu hal onların mülkiyyət hüququnun subyekti olmasına mane olmur. İş materiallarından göründüyü kimi, velosiped babası tərəfindən azyaşlıya hədiyyə edilmişdir. Daşınar əmlakın bağışlanması faktiki təhvil verilməklə başa çatır və bu andan mülkiyyət hüququ bağışlanana keçir. Baba özü də velosipedin nəvəsinə hədiyyə edildiyini təsdiqlədiyindən, məhkəmə hesab edir ki, oğurlanmış əmlakın mülkiyyətçisi baba deyil, azyaşlı uşaq hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 7.0.32-ci maddəsinə əsasən yaxın qohumlar anlayışına - babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Yəni, baba yaxın qohum olsa da, Azərbaycan Respublikası CPM-nin tələbi baxımından o, iş üzrə qanuni nümayəndə qismində tanına bilməz. Lakin, Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş 31 may 2025-ci il tarixli qərarla oğurlanmış əşya üzərində mülkiyyətə dair subyektiv hüququ olmayan Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması ilə kifayətlənilmiş və cinayət əməli nəticəsində bilavasitə maddi zərər dəymiş yetkinlik yaşına çatmayan əsl zərərçəkmiş şəxsin özü və ya qanuni nümayəndəsinin (valideynlərdən birinin) işə cəlb olunması təmin olunmamışdır. Dolayısı ilə, Təqsirləndirilən şəxs hüquqazidd əməli nəticəsində maddi zərər birbaşa azyaşlı uşağa dəymişdir və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən zərərçəkmiş qismində məhz həmin uşaq tanınmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, cinayət prosessual qanunvericilikdə verilmiş anlayışa görə baba yaxın qohum statusuna daxil olmasına baxmayaraq, o, qanuni nümayəndə ola bilmədiyindən, azyaşlı zərərçəkmiş şəxsin prosessual hüquqları qanuni nümayəndələri — valideynləri vasitəsilə və ya qanuni nümayəndə ola biləcək digər şəxslər həyata keçirilməli idi. Lakin iş üzrə bu təminatlar istintaq orqanı tərəfindən yerinə yetirilməmiş, azyaşlı faktiki olaraq cinayət prosesinin gedişatından kənarda saxlanılmışdır. Həmçinin qeyd edilir ki, qanunvericiliyin tələbinə əsasən cinayət prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir və 14 yaşına çatmayan şəxslər fəaliyyət qabiliyyəti olmayan, 14 yaşdan 18 yaşadək şəxslər isə məhdud fəaliyyət qabiliyyətli hesab olunur. 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıdığı halda, fəaliyyət qabiliyyəti olmayan iştirakçı öz hüquqlarını müstəqil həyata keçirə bilməz və hüquqlarını qanunvericiliklə müəyyən olunmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir. Qanuni nümayəndə qismində isə valideynlər, övladlığa götürənlər, qəyyumları və ya himayəçilər iştirak edə bilər, onlar olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə göstərilən qaydaya əməl edilməmiş və ümumiyyətlə əsl zərərçəkmiş şəxs olması ehtimal edilən uşağın şəxsiyyəti və yaşı müəyyənləşdirilməmiş, onun qanuni nümayəndəsi işə cəlb edilməmişdir. Qanuni nümayəndə olması yol verilməyən baba zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni zamanda qeyd olunur ki, hazırkı iş üzrə əsl zərərçəkmiş şəxsin iş materiallarında mövcud olan adı və soyadı “Elektron Məhkəmə” İnformasiya Sistemində sorğulandıqda (belə ki, cinayət işi materiallarına buna dair sənəd əlavə edilməmişdir) onun xx.xx.2013-cü il təvəllüdlü X6 olması müəyyən edilir. Belə olan halda əsl zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilərkən cinayət prosessual qanunvericiliyi baxımdan fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə hüquqları (cinayət haqqında məlumat vermək, iş materialları ilə tanış olmaq, vəsatət və etiraz etmək, təqsirləndirilən şəxslə barışmaq, şikayətindən imtina etmək, təqsirkar şəxsdən əmlakını geri almaq və s.) yalnız onun qanuni nümayəndəsi tərəfindən həyata keçirilməli idi. Cinayət işi materiallarında olan (c.i.v. 1-cild səh.42-43) Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs statusunda hüquq və vəzifələrinin izah edilməsi haqqında 31 may 2025-ci il tarixli protokoldan görünür ki, istintaq orqanı tərəfindən ona hüquq və vəzifələri izah edilməklə yanaşı, protokolun mətninin sonunda “QEYD” hissəsində izah edilmişdir ki, “Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərərçəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllə (CPM) nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir”. Protokol Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Göründüyü kimi, istintaq orqanı qanunun imperativ normasının tələblərini zərərçəkmiş şəxsə izah edilməsini formal icra etməsinə baxmayaraq, faktiki olaraq işin hallarına münasibətdə tətbiq etməməklə kobud pozuntuya yol vermişdir. Həmçinin qeyd olunur ki, Cinayət Prosessual Məcəllənin 101.5.11-ci maddəsinə əsasən qanuni nümayəndənin həyata keçirdiyi hüquqlarına digər hüquqlarla yanaşı ibtidai araşdırmanın qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq, vəsatət və etiraz vermək hüquqları daxildir. Hazırkı cinayət işi üzrə əsl zərərçəkmiş və onun qanuni nümayəndəsi işə cəlb edilmədiyindən, subyektiv hüququ olmayan baba - Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla məhkəməyədək icraat zamanı müstəntiq tərəfindən ibtidai araşdırmanın qurtarması ona elan edilib cinayət işi materialları ilə tanış edilmişdir. Bununla da, istintaq orqanı tərəfindən əsl zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarla tanış olmaq üçün zəruri imkan yaradılması təmin edilməməklə CPM-nin 284-288-ci və 296.3.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. (CPMnin 303.3.8-ci maddəsi) Eyni zamanda yuxarıda qeyd edildiyi kimi zərərçəkmiş şəxsə aid hüquqların 31 may 2025-ci il tarixdən etibarən azyaşlının qanuni nümayəndəsi işə cəlb edilmədən buna səlahiyyəti olmayan babası Zərərçəkmiş şəxs1 tərəfindən həyata keçirilməsi, cinayət prosesində buna lazımi səlahiyyəti olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, ibtidai istintaqı aparan müstəntiqə, müdafiəçiyə, mütəxəssisə, hal-şahidlərinə etirazlar məsələsi də onun iştirakı ilə müzakirə edilmiş, səlahiyyəti olmadığı halda ekspertiza təyin edilməsinə dair qərar və mütəxəssis rəyi məhz ona təqdim edilmişdir. Bununla da, CPM-nin 303.3.3-cü maddəsinə əsasən iş üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verilmişdir. Bu hal da özlüyündə pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını labüd edir. Bundan əlavə zərərçəkmiş şəxsin ibtidai istintaq orqanı tərəfindən yanlış tanınması nəticəsində təqsirləndirilən şəxsin də əsas hüquqlarından biri olan müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət prosessual qanunvericiliyin ümumi prinsiplərinə görə təqsirləndirilən şəxs nədə ittiham olunduğunu dəqiq bilməli və müdafiəsini qurmalıdır. Hazırki vəziyyətdə isə onun nədə ittiham olunduğunun mahiyyəti tamamilə yanlış göstərilməklə Zərərçəkmiş şəxs1 əsassız olaraq zərərçəkmiş şəxs qismində tanınmış və təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs isə müdafiəsini əsl olmayan zərərçəkmiş şəxsə qarşı qurmalı olmuşdur. Nəticədə o, real zərərçəkmiş şəxsə münasibətdə öz müdafiəsini həyata keçirmək imkanından məhrum olmuşdur. Bu hal da özlüyündə cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını labüd edir. (CPM 303.3.1) Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır: 29.2.1. xırda məişət əqdləri; 29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; 29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər. Həmin Məcəllənin 29.1-ci maddəsinə görə isə 29.2-ci maddədə göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: 30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; 30.2.2. elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin; 30.2.4. xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar: 100.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs; 100.2.2. 14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayətprosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. Həmin Məcəllənin 100.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmamış və ya 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır. Həmin Məcəllənin 100.7-ci maddəsinə əsasən cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir. Həmin Məcəllənin 100.11-ci maddəsinə əsasən cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz: 100.11.1. barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək; 100.11.2. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; 100.11.3. ona qarşı verilmiş mülki iddianı qəbul etmək; 100.11.4. ona qarşı verilmiş mülki iddiadan imtina etmək; 100.11.5. öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır. Həmin Məcəllənin 101-ci maddəsinin 5 və 6-cı bəndlərinə əsasən, zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir. Bu hüquqlara həmçinin cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək; etirazlar etmək və vəsatətlər vermək; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolunda yazılanların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və təmsil etdiyi şəxsin, habelə özünün hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və cinayət prosesini həyata keçirən orqandan öz xahişi ilə bu qərarların surətini əldə etmək və həmin qərarlardan şikayət etmək; təmsil etdiyi şəxs üçün müvafiq müdafiəçi və nümayəndə dəvət etmək və onların səlahiyyətlərinə xitam vermək; verdiyi hər hansı şikayətdən imtina etmək; cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsi və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın kompensasiyasını almaq; təmsil etdiyi şəxsdən cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi və ya digər əsaslarla götürülmüş əmlakı, habelə ona məxsus olan rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən təmsil etdiyi şəxsə məxsus əmlakı geri almaq və s digər hüquqlardan istifadə etmək. Həmin Məcəllənin 101.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şəxsən və ya təmsil etdiyi şəxsin nümayəndəsinin köməyi ilə hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Həmin Məcəllənin 87.6.1-87.6.10-cu maddələrinə əsasən zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 87.6.1. ittihamın mahiyyətini bilmək; 87.6.2. ifadə vermək; 87.6.3. izahat vermək; 87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək; 87.6.5. etirazlar etmək; 87.6.6. vəsatətlər vermək; 87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; 87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; 87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlərini vermək; 87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq. Azərbaycan Respublikası CPM-nin 284.1.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. Həmin Məcəllənin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. Həmin Məcəllənin 285.5-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. Qeyd olunanlarla yanaşı cinayət işi materialları məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, iş vərəqələri sadə qələmlə nömrələnmişdir. İttiham aktı məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı və ittiham aktına əlavə edilən arayışlarla birlikdə cinayət işi materiallarının 2-ci cildinin 70-81 nömrəli vərəqələrinə tikilmişdir. İttiham aktının birinci səhifəsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən xx.xx.2025-ci il tarixdə imzalanaraq təsdiqlənmişdir (c.i.v 2-ci cild səh 70). İttiham aktının sonuncu səhifəsi onu tərtib etmiş Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Cəmaləddin Rzayev tərəfindən imzalanmışdır (c.i.v 2-cild səh 79). Məhkəmə tərəfindən aşkar edilmişdir ki, ittiham aktı ümumilikdə 10 səhifədən ibarət olmaqla cinayət işi materiallarına tikilmiş 7 və 8-ci səhifələrin mətni eynilik təşkil edir, reallıqda 7-ci səhifə olan 8-ci səhifə ilə 9-cu səhifənin mətnləri isə uyğunsuzluq təşkil etməklə bir-birini tamamlamır. Lakin cinayət prosesi tərəflərinə təqdim edilməsi üçün Hacıqabul rayon prokuroru L.Hüseynovanın müşayiət məktubuna əlavə edilmiş, eləcə də “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmiş ittiham aktının mətnindən isə görünür ki, ittiham aktının 7-8-9-cu səhifələri bir-birinin davamı olmaqla düzgündür. Beləliklə, ittiham aktının 8-ci səhifəsinin tam mətninin, yəni ittiham aktının mətninin tam şəkildə iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası CPM-nin 303.3.4-cü maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının məhkəməyə təqdim olunmuş materiallarda olmaması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Göstərilənlərlə yanaşı, cinayət işi üzrə Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Cəmaləddin Rzayev tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuror L.Hüseynova tərəfindən təsdiq edilmiş ittiham aktının tərtibatında da Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinin pozulması hallarına yol verilmişdir (CPM 303.3.6): Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, zərərçəkmiş şəxsin yanlış tanınması nəticəsində cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289.3.5-ci maddəsinin tələblərinə zidd şəkildə tərtib edilməklə zərərçəkmiş şəxsi səciyyələndirən hallar düzgün qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3.5-ci maddəsinə görə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərərçəkmiş şəxsi səciyyələndirən hallar qeyd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 289.8-ci maddəsinə əsasən isə ittiham aktına müstəntiqin həmin maddədə nəzərdə tutulmuş digər arayışlarla yanaşı maddi sübutlar və onların saxlanıldığı yer barədə arayış da əlavə edilməlidir. Cinayət işi materiallarında olan 01 iyun 2025-ci il və 07 iyun 2025-ci il tarixli “əşyanın maddi sübut kimi tanınmasına dair”, 21 noyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Stels” markalı və Zərərçəkmiş şəxs1 məxsus “Saft” markalı velosipedlər, eyni zamanda şübhəli şəxsin dindirilməsini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, müvafiq olaraq velosipedlər saxlanılmasından ötrü zərərçəkmiş şəxslərə qaytarılmış, disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizələrindən, eyni zamanda xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qəbzlərdən də görünür ki, müvafiq olaraq cinayətin predmeti olan velosipedlər onlara geri qaytarılmışdır. Qeyd olunanlara baxmayaraq, cinayət işi materiallarında ittiham aktına əlavə edilən arayışda iş üzrə maddi sübutun olmadığı göstərilmişdir. Bundan başqa, iş üzrə tərtib edilmiş ittiham aktında cinayət işi üzrə toplanmış materialların cinayət işinin vərəqlərinə istinadlarında bəzi nöqsanlara yol verilmişdir: Belə ki, ittiham aktının birinci səhifəsinin ikinci abzasında (c.i.v 2-cild səh 70) qeyd edilmişdir ki, “cinayət işinin başlanmasına əsas və səbəb 06 mart 2025-ci il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən “Hacıqabul” marketin qarşısından nəvəsinə məxsus “Saft” markalı velosipedin və 29 may 2025-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən “Hacıqabul” marketin qarşısından velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən naməlum şəraitdə oğurlanması barədə Zərərçəkmiş şəxs2 31 may 2025-ci il tarixdə və Zərərçəkmiş şəxs1 31 may 2025-ci il tarixdə Hacıqabul RPŞ-yə və Azərbaycan Respublikası DİN-in 102 XZM-ə daxil olan müraciətləri əsasında Hacıqabul rayon Polis şöbəsinin Təhqiqat və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur.” Halbuki, Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş 21 noyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair qərar”ın nəticə hissəsinin 6-cı bəndinə əsasən “bəzi istintaq sənədlərində olan “Əzim” adının “Əliəzim” kimi və Zərərçəkmiş şəxs1 ilkin ərizəsinin “31 may” tarixi deyil, “30 may” kimi oxunması” qərara alınmışdır. Lakin, qeyd edilən hal həmin müstəntiq tərəfindən gözardı edilərək ittiham aktının tərtib edilməsi zamanı cinayət işinin başlanmasına əsas olmuş hallardan biri kimi Zərərçəkmiş şəxs1 “30 may” tarixli müraciəti deyil yanlış olaraq “31 may” 2025ci il tarixli müraciəti kimi göstərilmişdir. Cinayət işinin başlanmasına əsas olmuş Zərərçəkmiş şəxs1 iş materiallarında olan ilkin müraciətinin mətninə nəzər yetirildikdə isə görünür ki, ərizə xx.xx.2025-ci il tarixdə Hacıqabul RPŞ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 560 nömrə ilə qeydiyyata alınmasına baxmayaraq, vizual müşahidə ilə aşkar şəkildə görünür ki, əlyazma ilə tərtib edilmiş ərizənin mətnində onun tərtib olunması tarixinə müdaxilə edilərək “31 may” tarixi “30 may” tarixinə dəyişdirilmişdir. Qeyd olunan düzəlişin doğruluğu isə cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilməmişdir. Belə olan halda, əgər müraciətin tərtib edilməsi 30 may tarixidirsə, sübutların qiymətləndirilməsi haqqında qərarda onun “30 may” kimi oxunması ilə bağlı qiymətləndirmənin hansı zərurətdən yaranması bəlli deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ittiham aktında cinayət işinin başlanmasına əsas olmuş fiziki şəxsdən daxil olmuş məlumata istinad edilməsinə yanlışlığa yol verilmiş və fiziki şəxsdən daxil olmuş ilkin müraciətin sübut kimi qəbul edilməsi üçün istintaq orqanı tərəfindən düzəlişə hüquqi qiymət verilməlidir. Eyni zamanda, ittiham aktının 5-ci (c.i.v 2-cild səh 74) səhifəsinin 1-ci abzasında sübut olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsi ilə bağlı cinayət işinin 2 cildinin 51-53 səhifələrinə istinad edilməsinə baxmayaraq, qeyd olunan iş vərəqələrində Zərərçəkmiş şəxs4 ifadəsi deyil zərərçəkmiş şəxslərə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında protokollar yerləşdirilmişdir. İttiham aktının 6-cı səhifəsinin (c.i.v 2-cild səh 75) 4-cü abzasında sübut olaraq Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmiş 31 may 2025-ci il tarixli hadisə yerinin baxış protokoluna istinad edilmişdir. Protokolun cinayət işi vərəqələrində yerləşdiyi yer olaraq 1ci cild 12-ci vərəq göstərilmişdir. Lakin cinayət işinin qeyd olunan vərəqələrinə nəzər yetirildikdə protokolun tərtib edilmə tarixinin ittiham aktında qeyd olunduğu kimi “31 may” kimi deyil, “30 may” 2025-ci il olması aşkar edilmişdir. Dolayısı ilə istintaq orqanının ittiham aktında sübut olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmiş 31 may 2025-ci il tarixli hadisə yerinin baxış protokol iş materiallarında mövcud deyil. Yuxarıda qeyd edildiyi kimi Zərərçəkmiş şəxs1 ilkin müraciətinin tərtib edilmə tarixi ilə bağlı da eyni yanlışlığa yol verilməsi üst-üstə düşür. Bu isə qeyd olunan sübutların mötəbərliliyinə kifayət qədər şübhə yaradır ki, bu yanlışlığın məhkəmə baxışı gedişatında aradan qaldırılması mümkün deyildir. İttiham aktının 6-cı səhifəsinin (c.i.v 2-cild səh 75) 5-ci abzasında sübut olaraq Zərərçəkmiş şəxs2 iştirakı ilə keçirilmiş 01 iyun 2025-ci il tarixli baxış protokoluna istinad edilmişdir. Protokolun cinayət işi vərəqələrində yerləşdiyi yer olaraq 2 cild 134-137-ci vərəq qeyd edilmişdir. Lakin, cinayət işinin qeyd olunan vərəqələrinə nəzər yetirildikdə protokolun qeyd olunan cilddə deyil, 1-ci cildin eyni nömrəli vərəqələrdə yerləşməsi aşkar edilmişdir. İttiham aktının 6-cı səhifəsinin (c.i.v 2-cild səh 75) 6-ci abzasında sübut olaraq Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmiş 02 iyun 2025-ci il tarixli “əşyaya baxış” protokoluna istinad edilmişdir. Protokolun cinayət işi vərəqələrində yerləşdiyi yer olaraq 1 cild 192-195-ci vərəq qeyd edilmişdir. Lakin cinayət işinin qeyd olunan vərəqələrinə nəzər yetirildikdə protokolun “02 iyun 2025-ci il tarixdə” deyil, “07 iyun 2025-ci il tarixdə” tərtib edilməsi aşkar edilmişdir. Dolayısı ilə istintaq orqanının ittiham aktında sübut olaraq təqdim etdiyi 02 iyun 2025-ci il tarixli baxış protokolu iş materiallarında mövcud deyil. Bu hal isə istintaq orqanının ittiham aktında sübut olaraq irəli sürdüyü sübutların eynilik təşkil edib-etməməsini dəqiqləşdirilmədən müəyyən etməyə imkan vermir. Belə ki, ittiham aktının məzmununda qeyd olunmuşdur ki, “baxış keçirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli protokola əsasən baxışın keçirildiyi yer Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsidir. Baxış zamanı 01 ədəd “Saft” markalı velosiped Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Zərərçəkmiş şəxs1 velosipedi tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Lakin, “baxış keçirilməsi haqqında” protokola diqqət yetirilən zaman sözügedən ittiham aktının əksinə, protokolun xx.xx.2025-ci il tarixində tərtib edildiyi və baxışın həmin tarixdə keçirildiyi müəyyən edilir. İttiham aktının 6-cı səhifəsinin (c.i.v 2-cild səh 75) 7-ci abzasında da sübut olaraq cinayət işi vərəqələrinə düzgün istinad edilməmiş və yanlışlığa yol verilmişdir. Belə ki, ittiham aktının 6-cı səhifəsinin (c.i.v 2-cild səh 75) 7-ci abzasının məzmununda qeyd olunmuşdur ki, iş üzrə 01 iyun 2025-ci il və 07 iyun 2025-ci il tarixli qərarlarla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus “Stels” markalı, Zərərçəkmiş şəxs1 məxsus “Saft” markalı velosipedlər maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü zərərçəkmiş şəxslərə qaytarılmış və şübhəli şəxsin dindirilməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin Zərərçəkmiş şəxs2 məxsus əşyanın maddi sübut qismində tanınması barədə qərarın yerinin ittiham aktında “cild 1 iş vərəq 159” kimi göstərilməsinə baxmayaraq, sözügedən qərarın “cild 1 iş vərəq 139”da olduğu müəyyən edilmişdir. Bundan başqa, EMİS-də mövcud olan, lakin iş materiallarına tikilməmiş ittiham aktının 8-ci səhifəsinin 4-cü abzasının mətnində Zərərçəkmiş şəxs4 səciyyələndirən məlumatlar qeyd edilməklə cinayət işi materiallarının 2-ci cildinin 51-53 saylı vərəqlərinə istinad edilməsinə baxmayaraq, cinayət işinin qeyd olunan vərəqələrinə zərərçəkmiş şəxslərə ibtidai istintaqın qurtarmasının elan edilməsinə dair protokollar yerləşdirilmiş, lakin zərərçəkmiş şəxs haqqında səciyyələndirən məlumatlar həmin vərəqələrdə mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Həmin Məcəllənin 289.2-ci maddəsinə əsasən ittiham aktının giriş hissəsində aşağıdakılar göstərilir: 289.2.1. ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer; 289.2.2. ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi; 289.2.3. barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi). Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin Məcəllənin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Həmin Məcəllənin 289.6-cı maddəsinə əsasən müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır. Həmin Məcəllənin 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Həmin Məcəllənin 289.8-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: 289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə; 289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə; 289.8.3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə; 289.8.4. mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə; 289.8.5. məhkəmə xərcləri barədə. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Göstərilənlərlə yanaşı, cinayət işi üzrə Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Cəmaləddin Rzayev tərəfindən ibtidai istintaq yekunlaşdırıldıqdan sonra cinayət prosesi iştirakçılarının, yəni təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin cinayət işinin materialları ilə tanış olması ilə bağlı CPM 284-286-cı maddəsinin tələblərinin pozulması hallarına yol verilmişdir (CPM 303.3.8): Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilənməsi haqqında qərar, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlər, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmiş baxış protokolları, sonuncuların şikayətlərinin olmamasına dair xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, cinayət əməlinin predmeti olan velosipedlər maddi sübut olaraq tanınmaqla saxlanılması üçün ehtimal olunan qanuni sahiblərinə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxslərin cinayət işinin materialları ilə tanış olmaları barədə protokollardan görünür ki, müstəntiq tərəfindən onlara tanış olmaları üçün cinayət işi materialları ilə yanaşı maddi sübut 2 ədəd velosiped və 1 ədəd DVD disk təqdim edilmişdir. Lakin protokol tərtib edilməmişdən öncə zərərçəkmiş şəxslərdə saxlanılan maddi sübut velosipedlərin tanış etmə istintaq hərəkətinin aparılmasından ötrü istintaq orqanına, yəni müstəntiqə nə vaxt, hansı qaydada qaytarılmasını təsdiq edən sənəd işə əlavə edilməmişdir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, ittiham aktına əlavə edilmiş arayışlarda maddi sübut olmadığı qeyd edilmişdir. Dolayısı ilə, cinayət işi materiallarında maddi sübutun sonrakı aqibəti, ümumiyyətlə tanış etmə zamanı təqsirləndirilən şəxsə və onun müdafiəçisinə, eləcə də digər zərərçəkmiş şəxslərə təqdim edilib-edilmədiyini müəyyən etmək mümkün deyildir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nəvəsinə məxsus olan velosipedi əvvəllər tanımadığı əlvan-metal qəbulu məntəqəsinə satmış, əməliyyat qaydasında velosipedin iş üzrə Şahid satılması müəyyən edilmiş, bundan sonra sonuncu həmin velosipedi istintaq orqanına təqdim etmişdir. Daha sonra sözügedən velosipedə zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilmiş və ona təhvil verilmişdir. Müvafiq qərarla velosiped maddi sübut qismində tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. Hətta iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun maddi sübut olan velosipedi satması ehtimal olunan Şahid ilə üzləşdirilməsi və ya əşyanın təqsirləndirilən şəxsə tanınmaya təqdim edilməsi kimi istintaq hərəkətləri həyata keçirilməmiş, o cümlədən əşyaya Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilməsi zamanı təqsirləndirilən şəxsin birbaşa mənafeyinə toxunan hal olması nəzərə alınmadan onun həmin istintaq hərəkətində iştirakı təmin edilməmişdir. Beləliklə, iş materiallarından təqsirləndirilən şəxsin maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 nəvəsinə məxsus olması ehtimal edilən velosipedlə tanış olması üçün faktiki imkanının olması görünmür. İş materiallarında olan (c.i.v 2-ci cild səh 62-63) Zərərçəkmiş şəxs4 cinayət işinin materialları ilə tanış edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunundan görünür ki, o, cinayət işi materialları ilə müdafiəçisinin iştirakı ilə tanış olmasını qeyd etmişdir. Lakin iş materiallarında ona münasibətdə vəkil və ya müdafiəçisinin işə cəlb edilməsi görünmür. Eləcə də, açıq-aşkar vizual müşahidə əsasında protokolun mətninin müxtəlif şəxslərə məxsus əlyazı ilə doldurulması görünür. Bu hal, özlüyündə tanış etmənin formal həyata keçirilməsinə dəlalət edir. Həmçinin iş materiallarından tanış etmə istintaq hərəkəti yekunlaşdıqdan sonra maddi sübutlar olan velosipedlərin aqibəti, yəni həmin predmetlərin qanuni sahibləri hesab edilən zərərçəkmiş şəxslərə təkrarən geri qaytarılması barədə hər hansı sənəd əlavə edilməmişdir. Bu hal da, özlüyündə tanış etmə zamanı maddi sübutların faktiki olaraq cinayət prosesi iştirakçılarına təqdim edilməməsinə dair kifayət qədər əsaslı şübhə yaradır. Göstərilənlərlə yanaşı iş materiallarında olan cinayət işi üzrə əməlin hüquqi tövsifi üçün mühüm əhəmiyyət kəsb edən və ittiham aktında sübut olaraq təqdim edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş 8-PH/2025 saylı mütəxəssis rəyindən görünür ki, rəy qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməmiş, eyni zamanda iş üzrə maddi sübut olan velosipedlər faktiki olaraq mütəxəssisə təqdim edilmədən və onun amortizasiya xüsusiyyətləri nəzərə alınmadan nəzəri hesablama yolu ilə dəyəri müəyyən edilmişdir. Mütəxəssis rəyində həmçinin cinayətin predmeti olan velosipedlərin xüsusi fərqləndirici əlamətləri qeyd edilməklə qiymətləndirilmiş, lakin iş materiallarından qeyd olunan velosipedlərin xüsusiyyətlərinin istintaq orqanı tərəfindən necə müəyyən edilməsi bəlli deyildir. Çünki zərərçəkmiş şəxslərin ifadələrində buna dair hər hansı qeyd aparılmamışdır. Dolayısı ilə səthi mülahizə əsasında vurulmuş zərər müəyyən edilmişdir. Vurulmuş zərər əməlin tövsifinə birbaşa olaraq təsir edən amil olduğundan, real olaraq mövcud maddi sübutlar mütəxəssisə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, rəyin mötəbərliliyi belə özü-özlüyündə ziddiyyətlidir. Həmçinin qeyd edilir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən Qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 8-PH/2025 saylı mütəxəssis rəyindən, eyni zamanda ekspertizanın təyin edilməsi barədə qərardan görünür ki, qiymətləndirməni təyin edən ibtidai istintaq orqanı qiymətləndiricinin seçilməsini qiymətləndirmə obyektinin real mülkiyyətçiləri ilə razılaşdırmamış, habelə Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilməsinə şərait yaratmadan, öz mülahizəsinə uyğun olaraq müəyyən etmişdir. Beləliklə mütəxəssis rəyi belə qanunvericiliyin tələbi pozulmaqla əldə edilmişdir. Rəy isə əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb edən sübutdur və verilmiş ittihamın həcminə təsir edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin Məcəllənin 285.2-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Qeyd olunanlardan başqa, iş üzrə məhkəmə baxışına təyin edilməsinin mümkünlüyü məsələsinin həll edilməsi ilə bağlı cinayət işi materiaları məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, iş materiallarında olan “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskdəki videogörüntünün məzmunu ilə yazılı tərtib edilmiş protokolun məzmunu arasında ziddiyyətlər mövcuddur. Belə ki, videogörüntünün əvvəlində ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə gətirildiyi bildirilsə də, həmin diskdə olan videogörüntünün 6 dəqiqə 25-ci saniyəsində şübhəli şəxs açıq şəkildə göstərmişdir ki, o, 30 may 2025-ci il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və Şöbəyə gətirilmişdir. Lakin yazılı tərtib edilmiş protokolda onun 31 may 2025-ci il tarixdə şöbəyə gətirilməsi qeyd edilmişdir. Bu hal istintaq orqanının protokolda göstərdiyi tarixlə şübhəli şəxsin videogörüntüdə verdiyi izahat arasında ciddi uyğunsuzluğun mövcud olduğunu açıq şəkildə ortaya qoyur. Həmçinin iş materiallarında olan (c.i.v.1-cild s.14) Hacıqabul RPŞ-nin CAB baş əməliyyat müvəkkili Eldar Soltanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir. İş materiallarında olan (c.i.v.1-cild s.15) Təqsirləndirilən şəxs ilkin 31 may 2025-ci il tarixli izahatından görünür ki, o, Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən dindirilmiş və həmin vaxt 2 fakta görə, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə törədilmiş cinayət əməllərini etiraf etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixli qərarla toplanmış material istintaq aidiyyəti üzrə göndərilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən həmin tarixdə onun yetkinlik yaşına çatmaması nəzərə alınaraq qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. Hansı ki, həmin ilkin izahatında o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə törədilmiş cinayət əməllərini etiraf etmişdir. Onun şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsinin əsasını da məhz həmin ilkin izahat təşkil etmişdir. Bununla da o, ilkin izahatını verərkən özünün müdafiəsini qurmaq imkanından məhrum olmuş və onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. İş materiallarında olan “cinayət işinin başlanması haqqında” 31 may 2025-ci il tarixli qərarın məzmunundan isə görünür ki, həmin tarixdə saat 11:00-da zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müraciətlərinə əsasən Zərərçəkmiş şəxs2 özünə, Zərərçəkmiş şəxs1 isə nəvəsinə məxsus velosipedlərin naməlum şəxs tərəfindən oğurlanması faktlarına görə Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi C.Rzayev tərəfindən CM-nin 177.2.2-ci maddəsilə cinayət işi başlanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, bir-biri ilə bağlılığı olmayan iki faktla bağlı təkrarçılıq tövsifedici əlamətlə cinayət işi başlanması qanunvericiliyin tələbi, eləcə də hüquqi məntiq baxımından mümkün deyil, bunun üçün hər iki faktın eyni şəxs və ya şəxslər tərəfindən törədilməsi müəyyən edilməlidir ki, əməl CM-nin 177.2.2-ci maddəsinə tövsif edilsin. Dolayısı ilə işin faktiki hallarından görünür ki, hər iki faktla bağlı Təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işi başlanmasından, yəni xx.xx.2025-ci il saat 11:00-dan öncə istintaq orqanı tərəfindən bəlli olmuşdur. Nəzərə alınsa ki, Təqsirləndirilən şəxs ilkin izahatı hazırkı iş üzrə toplanmış material Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısının icraatında olduğu vaxt xx.xx.2025-ci il tarixdə alınmışdır. Həmçinin izahat alındıqdan sonra işin aidiyyəti üzrə göndərilməsi barədə qərarın qəbul edilməsi üçün müəyyən vaxt tələb olunur. O halda ehtimal edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 11:00-dan öncə artıq polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan (c.i.v. 1-ci cild s.23-48) zərərçəkmiş şəxsin tanınması haqqıında qərarlar, onlara hüquq və vəzifələrinin izah edilməsi, onların dindirilməsi haqqında protokollar və s. sənədlərdən görünür ki, 31 may 2025-ci il tarixdə saat 11:20dən 12:55-dək müstəntiq C.Rzayev tərəfindən zərərçəkmiş şəxslərlə bağlı zəruri istintaq hərəkətləri, o cümlədən dindirmə həyata keçirilmişdir. İş materiallarından (c.i.v. 1-ci cild s.49-76) görünür ki, zərərçəkmiş şəxslərlə bağlı istintaq hərəkətləri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs anası Şəhla Mirzəyeva onun qanuni nümayəndəsi qismində işə cəlb edilmiş (ilkin izahatı alındıqdan sonra) və ona dövlət hesabına müdafiəçi təqdim edilib eyni tarixdə, yəni xx.xx.2025-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuşdur. Tutma protokolunda isə onun azadlığının faktiki olaraq 19:00-20:00 radələrindən məhdudlaşdırıldığı qeyd edilmişdir. İş materiallarında olan tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan isə görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs saat 12:05-də azadlığa buraxılmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, tutulan vaxt yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-dan 19:00-dək şöbədə polis əməkdaşlarının sərəncamında olduğu 8 saatlıq müddətdə azadlığının faktiki məhdudlaşdırılması, bu müddətdə qanuni nümayəndə və müdafiəçinin işə cəlb edilməməsi bağlı ziddiyyətə, o cümlədən dindirilməsi ilə bağlı videogörüntüdəki xx.xx.2025-ci il tarixdə şöbəyə gətirilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusata istintaq orqanı tərəfindən qanunamüvafiq hüquqi qiymət verilməmişdir. Məhkəmə hesab edir ki, şübhəli şəxsin faktiki saxlanılma və polis orqanına gətirilmə tarixinin bu cür ziddiyyətli şəkildə əks etdirilməsi cinayət-prosessual sənədlərin düzgünlüyünü və etibarlılığını şübhə altına alır. Şübhəli şəxsin saxlanılma anı və saxlanılma müddəti onun prosessual statusunun müəyyən edilməsi, hüquqlarının vaxtında izah edilməsi, müdafiə hüququnun təmin olunması və qanunsuz saxlanılma hallarının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, saxlanılma tarixinin istintaq sənədlərində qeyri-dəqiq göstərilməsi və bu qeyri-dəqiqliyin video sübutlarla təkzib olunması müdafiə hüququnun pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 428.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının aparılma qaydası bu Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalarla, habelə bu Məcəllənin 428-435-ci maddələri ilə müəyyən edilir. Həmin Məcəllənin 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Həmin Məcəllənin 432.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraat hər hansı bir gecikdirməyə yol verilmədən aparılmalıdır. Yetkinlik yaşına çatmayan şəxs barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir. Həmin Məcəllənin 432.3-cü maddəsinə əsasən İbtidai istintaq zamanı yetkinlik yaşına çatmayan şəxslə müstəntiq arasında əlaqələr cinayət işinin hallarının lazımi qaydada nəzərə alınması, yetkinlik yaşına çatmayan şəxsə hörmətlə yanaşılması, yetkinlik yaşına çatmayan şəxsin rifahına kömək edilməsi və ona ziyan vurulmasına yol verilməməsi şərtilə həyata keçirilir. Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində aşağıdakı hüquqların təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir: 432.4.1. irəli sürülmüş ittiham barəsində məlumat almaq hüququ; 432.4.2. ifadə verməkdən imtina etmək hüququ; 432.4.3. müdafiə hüququ; 432.4.4. valideynlərin və ya digər qanuni nümayəndələrin iştirak etmək hüququ; 432.4.5. məxfilik hüququ. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin tutulması zamanı bu barədə dərhal onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə məlumat verilir. məlumatın dərhal verilməsi mümkün olmadıqda, yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə və ya digər qanuni nümayəndələrinə mümkün qədər qısa müddətdə tutulma barədə məlumat verilir. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakim və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yetkinlik yaşına çatmayan şəxsin tutulması onlara məlum olan kimi bu Məcəllənin 434.1 və 434.2-ci maddələri ilə müəyyən edilmiş hallar istisna olmaqla dərhal onun azad edilibedilməməsi məsələsinə baxmalıdırlar. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozulmasına yol verilmiş, xüsusilə də azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəliyi məsələsində qanunvericiliyin imperativ normaları nəzərə alınmamışdır. Belə ki, səlahiyyəti olmayan şəxs azyaşlının qanuni nümayəndəsi kimi tanınmış, bu isə əsl zərərçəkmiş şəxsin CPMnin 87-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqlarının lazımi qaydada təmin edilməməsinə, habelə məhkəməyədək icraat mərhələsində qəbul edilmiş qərarların və aparılmış prosessual hərəkətlərin qanuniliyinə ciddi şübhələr yaranmasına səbəb olmuşdur. Göstərlənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasənnhər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddələrin əəsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmin Məcəllənin 303.3.4-cü maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun məhkəməyə təqdim olunmuş materiallarda olmaması; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır və buna yol verildikdə, cinayət işinin baxılmasına xitam verilməlidir və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı yol verilmiş pozuntular təkcə zərərçəkmiş şəxsin yanlış müəyyən edilməsi ilə məhdudlaşmır, əksinə, istintaqın aparılmasında sistemli və kompleks xarakter daşıyan ciddi prosessual nöqsanların mövcudluğunu göstərir. Belə ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən işin faktiki hallarının tam və obyektiv araşdırılmaması, zərərçəkmiş şəxsin düzgün müəyyən edilməməsi, azyaşlıya məxsus əmlak üzrə onun qanuni nümayəndələrinin cinayət prosesinə cəlb edilməməsi, hətta təqsirləndirilən şəxsin ilkin izahatının alınması zamanı qanuni nümayəndənin cəlb edilməməsi, sübutların toplanması və qiymətləndirilməsi zamanı ziddiyyətlərin aradan qaldırılmaması, ittiham aktının düzgün tərtib edilməməsi, habelə ittiham aktının mətninin tam şəkildə işə əlavə edilməməsi kimi pozuntulara yol verilmişdir. Qeyd olunan pozuntular aradan qaldırılmadan işə mahiyyəti üzrə məhkəmədə baxılması mümkün deyildir. Həmçinin məhkəmə hesab edir ki, sadalanan pozuntular müstəntiqin cinayətprosessual qanunvericiliyin tələblərinə formal yanaşdığını və istintaqı hərtərəfli aparmaq vəzifəsini lazımi səviyyədə icra etmədiyini göstərir. Bununla yanaşı, məhkəmə hesab edir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də ibtidai istintaq üzərində real və effektiv nəzarət həyata keçirilməmiş, ittiham aktı formal qaydada təsdiq edilmişdir. Belə ki, prokuror ittiham aktını imzalamazdan əvvəl iş materiallarını hərtərəfli yoxlamalı, müstəntiq tərəfindən yol verilmiş aşkar qanun pozuntularını vaxtında aşkar etməli və onların aradan qaldırılmasını təmin etməli idi. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən yol verilmiş çoxsaylı prosessual pozuntular, habelə prosessual rəhbərliyi həyata keçirən prokurorun bu pozuntulara adekvat nəzarət etməməsi nəticəsində cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində aradan qaldırılması mümkün olmayan nöqsanlar yaranmışdır ki, bu da cinayət işinin mahiyyəti üzrə baxılmasını mümkünsüz etmişdir. Beləliklə, məhkəmə, cinayət prosesi iştirakçıları ilə cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini müzakirə edərək, tərəflərinin fikirlərini də dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilmişdir. Ona görə də, məhkəmə cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi qərar qəbul edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 300.2-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 300.2.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq; 300.2.2. qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmaq; 300.2.3. qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Həmin Məcəllənin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 300.1.5, 303.3-cü və 306.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ********************, VÖEN **********) Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar