Məhkəmə qərarları › İş №1(071)-14/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-14/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-14/2022 08.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1976-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan, 09.10.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11.10.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 27.09.2021-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Zeyvə və Zərərçəkmiş şəxs2ların yaşadıqları yaşayış sahəsi hesab olunan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən evin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 2500 manat pul və 340 manat dəyərində qızıl üzüyü gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 2840 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 27.09.2021-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Zeyvə və Zərərçəkmiş şəxs2ların yaşadıqları yaşayış sahəsi hesab olunan fərdi yaşayış evinin ikici mərətəbəsində yerləşən evin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq oradan X3 məxsus 2000 manat pul və 510 manat dəyərində qızıl üzük, 510 manat dəyərində 1 cüt qızıl sırğa, 425 manat dəyərində qızıl qolbağı, 1700 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Z.T.Qəhrəmanovaya xeyli miqdar təşkil edən 5145 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs2 Təvəkkül qızı və X4 qonşu kimi tanıyır. Onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Vətanət eyni evin 1-ci, Zeyvə isə 2-ci mərtəbəsində yaşayır. O, 27.09.2021-ci il tarixdə sərxoş vəziyyətdə küçədə dayanmışdır. Vətanət və Zeyvə Qəhrəmanovaların birgə yaşadıqları evin işıqlarının yanmadığını gördükdən sonra, onların evdə olmadığından istifadə edərək, evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 23 radələrində mişar daşlarından tikilmiş hasardan həyətə daxil olmuşdur. İlk öncə iki mərtəbəli evin birinci mərtəbəsində yaşayan Zeyvə Qərəmanovanın otaqlarını axtarmışdır. Lakin həmin otaqlarda heç bir qızıl-zinət əşyası və ya pul tapmadığından evin ikinci mərtəbəsinə Vətanətin yaşadığı otağa daxil olmuşdur. Həmin otaqda əl çantasından müxtəlif əskinaslardan ibarət olmaqla ümumilikdə 804 manat pul və bir ədəd qaşlı qızıl üzük götürmüşdür. Bundan sonra ev əşyalarını dağıdaraq sərxoş olduğundan fotoşəkilləri cırmışdır. Oğurluq etdikdən sonra öz evinə getməmiş, səhər saat 08 radələrinədək qəsəbə ərazisində tək gəzmişdir. Borcu olduğundan həmin puldan borclarını ödəməyi düşünmüşdür. Vətanətin otağından götürüdüyü bir ədəd qızıl üzüyü itirmişdir. Oğurladığı 804 manat puldan borclu olduğu həmkəndlisi Şamxal adlı şəxsə 200 manat və həmkəndlisi Rahim adlı şəxsə 300 manat borcunu qaytarmışdır. Qalan 304 mant pulu isə hissə-hissə hər gün müxtəlif mağazalardan siqaret və araq alaraq xərcləmişdir. O, özünü Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilmir. Çünki, 804 manat pul və bir ədəd üzükdən başqa, pul və qızılzinət əşyaları oğurlamamışdır. Dəymiş zərəri ödəməyə maddi imkanı yoxdur. Həbsdən buraxılarsa, dəymiş zərəri ödəyə bilər. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Onunla aralarında ədavət və düşmənçilik yoxdur. O, bacısı Zeyvə Qəhrəmanova ilə birlikdə ata evində yaşayırlar. O, evin ikinci mərtəbəsində, bacısı Zeyvə isə ikinci mərtəbəsində yaşayır. Onlar evlərini 6.000 manata sataraq üzərinə pul qoyaraq digər bacılarının yaşadığı Hacıqabul rayonu Qarasu kəndində özlərinə torpaq sahəsi alaraq ev tikdirmək istəmişlər. Bu məqsədlə o, 2.500 manat, bacısı Zeyvə isə 2.000 manat pul yığmışdır. Onlar pullarını evdə saxlamışlar. O, və bacısı Zeyvə ağır xəstələndiklərinə görə bacısı oğlu Şahid2 20.09.2021-ci il tarixdə gəlib onları Hacıqabul rayonu Qarasu kəndinə öz evinə aparmışdır. Onlar bacısının evində müalicə olunaraq sağalmışlar. 02.10.2021-ci il tarixdə yaşadıqları evə qayıtmışdır. Zeyvə isə Elnurla gəlməli idi. O, evə çatanda evdən oğurluq olduğunu, ev əşyaların dağıdıldığını, fotoşəkillərin cırıldığını görmüşdür. Telefonunda konturu olmadığı üçün zəng etmək üçün qonşusu Elməddinin qardaşının yanına getmiş və onun telefonu ilə bacısı Zeyvəyə və bacısı oğlu Elnura zəng edib, evə oğru girdiyini xəbər vermişdir. Bacısı Zeyvə və bacısı oğlu Elnur gəldikdən sonra polislərlə birlikdə evə baxış keçirmişlər. Müəyyən etmişlər ki, onun pul kisəsində saxladığı 2.500 manat pulu və 340 manat dəyərində qızıl üzüyü oğurlanmışdır. Ona ümumilikdə 2840 manat maddi ziyan dəymişdir. Ona məxsus olan digər qızıl əşyaları bir boyunbağı, 2 üzük, sırğa, bir ədəd üzük evdən tapıldı. Oğurluq zamanı bu qızıllar yerə düşmüş və televizor üstünə aşmışdı. Bu səbəbdən həmin qızılları oğurlanmamışdır. Bacısı Zeyvənin otağından isə sandıqda saxladığı 2.000 manat pul və 510 manat dəyərində qızıl üzük, 510 manat dəyərində 1 cüt qızıl sırğa, 425 manat dəyərində qızıl qolbağı, 1700 manat dəyərində qızıl boyunbağı oğurlanmışdır. Onlar 02.10.2021-ci il tarixdə polisə yazılı şikayət vermişlər və araşdırma zamanı onların evindən oğurluğu Təqsirləndirilən şəxs etdiyi müəyyən edilmişdir. Onlara məxsus pul və əşyalar qaytarılmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidirlər. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Onunla aralarında ədavət və düşmənçilik yoxdur. O, bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə ata evində yaşayırlar. Onlar yaşadıqları evi sataraq üzərinə pul qoyaraq digər bacılarının yaşadığı Hacıqabul rayonu Qarasu kəndində özlərinə torpaq sahəsi alaraq ev tikdirmək istəmişlər. Bu məqsədlə Vətanət 2.500 manat, o, isə 2.000 manat pul yığmışdır. Onlar pullarını evdə saxlamışlar. O, və bacısı Vətanət ağır xəstələndiklərinə görə bacısı oğlu Şahid2 20.09.2021-ci il tarixdə gəlib onları Hacıqabul rayonu Qarasu kəndinə öz evinə aparmışdır. Onlar bacısının evində müalicə olunaraq sağalmışlar. Vətanət 02.10.2021-ci il tarixdə yaşadıqları evə qayıtmışdır. O, isə əşyaları olduğuna görə Elnurla gəlməli idi. Bir müddət sonra Vətanət zəng edib, evə oğru girdiyini xəbər vermişdir. O, bacısı oğlu Elnurla birlikdə evlərinə gəlmişdir. Polislər evə baxış keçirmişlər. Sonra onlar əşyalarını yoxlamışlar. Müəyyən etmişlər ki, Vətanətin pul kisəsində saxladığı 2.500 manat pulu və 340 manat dəyərində qızıl üzüyü oğurlanmışdır. Vətanətə ümumilikdə 2840 manat maddi ziyan dəymişdir. Vətanətə məxsus olan digər qızıl əşyaları boyunbağı, 2 üzük, sırğa, bir ədəd üzük evdən tapıldı. Oğurluq zamanı bu qızıllar yerə düşdüyünə və televizorun altında qaldığına görə, oğru həmin əşyaları apara bilməmişdir. Onun otağından isə sandıqda saxladığı 2.000 manat pulu, 510 manat dəyərində qızıl üzük, 510 manat dəyərində 1 cüt qızıl sırğa, 425 manat dəyərində qızıl qolbağı, 1700 manat dəyərində qızıl boyunbağı oğurlanmışdır. Onlar 02.10.2021-ci il tarixdə polisə yazılı şikayət vermişlər və araşdırma zamanı onların evindən oğurluğu Təqsirləndirilən şəxs etdiyi müəyyən edilmişdir. Ekspertizanın 03 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə razıdır və Elməddin ona məxsus 2000 manat pulu və 3145 manat dəyərində qızıl zinət əşyalarını oğurlamaqla, ümumilikdə 5145 manat maddi ziyan vurmuşdur. Onlara məxsus pul və əşyalar qaytarılmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir. Şahid2 Baloğlan oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X6 onun doğma xalalarıdır. Xalaları ağır xəstələndiklərinə görə, o, gedib onları köməklik edərək maşına mindirmiş və həkimə aparmışdır. Həkim müalicə yazmış və aptekdən dərmanları almış və müalicə olunmaları üçün xalalarını özünün yaşadığı Hacıqabul rayonu Qarasu kəndindəki evinə aparmışdır. Orada xalalarını öz vəsaiti hesabına müalicə etdirmişdir. Sağaldıqdan sonra Vətanət 02.10.2021-ci il tarixdə yaşadıqları evə qayıtmışdır. O, Zeyvəni özü gətirməli idi. Bir müddət sonra Vətanət zəng edib, evə oğru girdiyini xəbər vermişdir. Evə girməməsini Vətanətə demiş və polisə zəng etmişdir. Sonra Zeyvəni də götürüb Hacıqabul rayonu Muğan kəndinə getmişdir. Orada polislər evə baxış keçirmişlər. Bundan sonra Vətanət və Zeyvə evə buraxılmış və onlar əşyalarını yoxlamışlar. Vətanət 2500 manat pulunun və bir qızıl üzüyünun, Zeyvə isə 2000 manat pulunun, qızıl üzük, 1 cüt qızıl sırğa, qızıl qolbağı, qızıl boyunbağının oğurlandığını bildirmişdir. Bundan əvvəl xalaları ona bildirmişdilər ki, evlərini sataraq üzərinə pul qoyaraq onların yaşadığı Hacıqabul rayonu Qarasu kəndində torpaq sahəsi alaraq ev tikdirmək istəyirlər. Bu məqsədlə pul yığdıqlarını bildirmişdilər. Lakin o, xalalarının nə qədər pulları olduğunu bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli 9/8577 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ililin sentyabr ayına olan orta bazar qiymətləri ümumi dəyəri nəzəri qaydada təxminən 3.485,00 manat müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 4 qram kütləli, 583 əyarlı, Rusiya Federasiyasında istehsal olunmuş qızıl üzüyün qiyməti 340 manat; 6 qram kütləli, 583 əyarlı, Rusiya Federasiyasında istehsal olunmuş qızıl üzüyün qiyməti 510 manat; 6 qram kütləli, 583 əyarlı, Rusiya Federasiyasında istehsal olunmuş 1 cüt qızıl sırğaların qiyməti 510 manat; 5 qram kütləli, 583 əyarlı, Rusiya Federasiyasında istehsal olunmuş 1 ədəd qızıl qolbağının qiyməti 425 manat; 20 qram kütləli, 583 əyarlı, Rusiya Federasiyasında istehsal olunmuş qızıl boyunbağının qiyməti 1.700 manat olaraq müəyyən edilir. (i.v.109-112). Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən 29.10.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 241-ci maddəsinin A bəndinə əsasən cinayət məsuliyyətinə cəlb olunmuş Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli amnistiya qərarının 1.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla, xeyli miqdarda maddi ziyan vurması, yəni oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zeyvə Qəhrəmanovanın yaşadığı otağa daxil olarkən oradan pul və qızıl zinət əşyaları tapmadığını, bundan sonra Vətanətin yaşadığı otağa daxil olduğunu, həmin otaqda əl çantasından cəmi 804 manat pul və bir ədəd qaşlı qızıl üzük götürdüyünü, bundan başqa pul və qızıl-zinət əşyaları oğurlamadığını bildirməsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən kənar qalmaq niyyətini güdməsini göstərir, həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli 09.10.2021-ci il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 dəymiş ziyan 2840 manat və X3 dəymiş 5145 manat maddi ziyan ödənilməmişdir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Bu səbəbdən zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 09.10.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X5 dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar