Məhkəmə qərarları › İş №1(071)-140/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-140/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-140/2022 26.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1964-cü ildə Füzuli rayonu Aşağı Aybasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, məcburi köçkün, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Hacıqabul rayonu Qarasu kənd ərazisində yolun kənarında yerləşən «Ovçular» marketin qarşısında, yolun qarşı hissəsində dayanan xx.xx.1971-ci ildə X2 şəhəri Bıçkıdərə kəndində doğulmuş, Türkiyə Cumhuriyeti vətəndaşı, orta təhsilli, evli, məhkum olmamış, X7. İnş. Gida San ve Tic LTD.Şti Yönetici sürücü vəzifəsində işləyən X2 şəhəri Zırtəpə məhəlləsi Sadık küçəsi ev 12 mənzil 2-də qeydiyyatda olmaqla yaşayan X3 üzərində olan göy rəngli qısa cins şalvarının “şortikinin” sağ cibindən, məzənnə ilə 714 manat təşkil edən 420 ABŞ dollarını gizli yolla talayaraq zərərçəkmiş şəxs X4 ümumilikdə 714 (yeddi yüz on dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.5-cİ maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayır. Füzuli rayonundan məcburi köçkündür. Hazırda heç bir yerdə işləmir və maddi vəziyyəti yaxşı olmadığına görə yüngül həyat tərzi keçirməklə dolanır. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində o, Hacıqabul rayonu Qarasu kəndi ərazisində yerləşən «Ovçular» marketin qarşısından bir neçə metr kənarda yolun qarşı hissəsində dayanıb müştəri gözləyərkən, həmin vaxtı 34 GFZ 25 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin daynmasını və sürücünün avtomobildən düşərək avtomobilin işıq lanpasını təmir etməyə başladığını görmüşdür. O, 1-2 dəqiqə sonra sürücüyə yaxınlaşıb nə olmasını soruşmuşdur. Sürücüsü ona cavab olaraq “get işinlə məşğul ol” sözünü demişdir. O, bir neçə metr kənara çəkilmiş və yenidən həmin sürücüyə yaxınlaşmışdır. Sürücü əli ilə onu özündən uzaqlaşdırmaq istəmiş və onlar bir-birini itələmişlər. Bu zaman o, fürsətdən istifadə edib sürücünün əynində olan göy rəngli qısa cins şalvarının “şortikin” cibinə əlini salaraq pulu götürmüşdür. Sonra sürücünün yanından uzaqlaşıb çıxıb getmiş və kənarda pulu saymış və 420 ABŞ dolları olmasını görmüşdür. Növbəti gün polis əməkdaşları onu Hacıqabul rayon Polis şöbəsinə dəvət etmişlər. O, etdiyi hərəkəti etiraf etmiş və götürdüyü 420 ABŞ dolları pulu zərərçəkmiş şəxs X4 qaytarmışdır. Törətdiyi əməldən peşman olmuşdur. Dəymiş maddi zərəri tamamilə ödəməsini, qadın olmasını, məcburi köçkün olmasını, zərərçəkmiş şəxs X3 ona qarşı heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. X6 hazırda Türkiyə Respublikasında olduğuna görə məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, X2 şəhəri Zırtəpə məhəlləsi Sadık küçəsi ev 12 mənzil 2-də qeydiyyatda olmaqla yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, o, istifadəsində olan 34 GFZ 25 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə yük daşıma işi ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi 34 GFZ 25 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə 6 ədəd “Nissan” markalı avtomobilləri Türkiye Cumhuriyətindən götürüb Azərbaycan Respublikasına Bakı şəhərinə yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasına daxil olmuş və axşam saat 20 radələrində o, idarə etdiyi 34 GFZ 25 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Hacıqabul rayonu Qarasu kəndi ərazisinə çatmışdır. İdarə etdiyi avtomobilin işığında problem olduğu üçün avtomobili saxlamışdır. O, avtomobili saxladıqdan sonra avtomobilin işığını təmir etməyə başlamış, təxminən bir neçə dəqiqə sonra onun yanına tanımadığı bir qadın gəlmiş və ondan nə olduğunu soruşduqda o, qadına cavab olaraq “get işinlə məşğul ol” sözünü demişdir. Bundan sonra həmin qadın yenidən ona yaxınlaşdığını hiss etmiş və onu əli ilə özündən uzaqlaşdırmaq istəmişdir. Bu zaman həmin qadınla bir-birini itələmişlər. Həmin vaxt qadın onun əynində olan göy rəngli qısa cins şalvarına “şortikinə” əlini atmışdır. Qadın onun əynində olan göy rəngli qısa cins şalvarının “şortikinin” sağ cibinə əlini salıb çıxarmış və onu özünə tərəf dartmışdır. Bundan sonra həmin qadın onun yanından uzaqlaşıb çıxıb getmişdir. O, əlini yumaq üçün yolun əks istiqamətində olan restoranın həyətinə getmişdir. O, əlini yuduqdan sonra mağazaya getmiş və 1 ədəd coca-cola almaq isdəyən zaman əlini sağ cibinə salmış və görmüşdür ki, cibində pulu yoxdur. Bundan sonra ona məlum olmuşdur ki, onun pulunu cibindən həmin tanımadığı qadın götürüb. O, bu barədə Hacıqabul rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X6 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 420 ABŞ dollarını zərərçəkmiş şəxs X4 qaytarmışdır. Məhkəmə işə zərərçəkmiş şəxs X4 dəymiş 420 ABŞ dolları maddi zərərin tamamilə ödənilməsini və onun hazırda Azərbaycan Respublikasında olmadığını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləyir. Türkiye Cumhuriyetində yaşayan X3 üzərindən 420 ABŞ dollarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması, həmin şəxslərin müəyyən edilməsi məqsədilə ona Hacıqabul rayon PŞ-nin İstintaq bölməsindən əməliyyat tapşırığı daxil olmuşdur. Bundan sonra o, həmin şəxsin müəyyən edilməsi məqsədilə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirmiş və X3 üzərindən oğurluq etməkdə şübhəli olan ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs müəyyən edərək Hacıqabul rayon polis şöbəsinə gətirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində X3 cibindən 420 ABŞ dolları pul oğurladığını etiraf etmiş və pulları təqdim etmişdir. Həmin 420 ABŞ dolları zərərçəkmiş X4 qaytarılmış və bu barədə qəbz alınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan X3 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X4 dəymiş 420 ABŞ dolları maddi zərər tamamilə ödənilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs X3 üzərində olan göy rəngli qısa cins şalvarının “şortikinin” sağ cibindən, məzənnə ilə 714 manat təşkil edən 420 ABŞ dolları pulu gizli yolla talamaqla, zərərçəkmiş şəxsə 714 manat maddi ziyan vurması, yəni oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini, məcburi köçkün olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Zərərçəkmiş şəxs X5 dəymiş ziyanın, yəni 420 (dörd yüz iyirmi) ABŞ dollarının tamamilə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X5 dəymiş 420 (dörd yüz iyirmi) ABŞ dollarının tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 18 saata görə 108 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 228 (iki yüz iyirmi səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar