Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-141/2025 19.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu Rüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Rüstəmli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatsız və müvəqqəti yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcılarından tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə tanışları X10 və Türkiyə Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 21 noyabr 2024-cü il tarixdə saat 04:40:26 dəqiqədə Hacıqabul rayonu, Tava kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus olan və sonuncunun adına rəsmiləşdirilmiş Kapital Bank ASCnə məxsus 5103-0716-8426-0009 nömrəli plastik kart hesabına qanunsuz daxil olaraq, həmin hesabda olan 290 manat pul vəsaitini öz adına rəsmiləşdirilmiş "xxxx" MMC-nin "xxxx" ASC ilə birgə əməkdaşlığı çərçivəsində emissiya edilən 444994PKYİTF9144 nömrəli “A kart” hesabına, daha sonra həmin hesabdan X4 istifadəsində olan +99499-951- 11- 15 saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi M10 hesabına köçürməklə, zərərçəkmiş şəxsə məxsus cəmi 290 manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olub oğurlamış, yəni gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, boş vaxtlarında Bakı şəhəri Ağasadiq Gəraybəyli küçəsində yerləşən hazırda adını xatırlamadığı kafedə olmuşdur. 2024-cü ilin sentyabr ayının əvvələrində həmin kafeyə daimi gəlib gedən X10 ilə tanış olmuşdur. X10 ilə aralarında hər hansı düşmənçilik ədavəti yoxdur, münasibətləri normaldır. xx.xx.2024cü il tarixdə saat 19 radələrində həmin kafedə X10 ilə birlikdə oturmuşdur. Həmin zaman X4 istifadəsində olan +995-500-555-481 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi vhatsapp ani mesajlaşma sistemindən ilk öncə tanımadığı +90***-***-**-** mobil nömrə ilə zəng gəlmişdir. X10 zəngi açdıqda zəng edən şəxs Alperen Türe olduğunu bildirmiş və o, həmin an onu tanımışdır. Sahib Alıyev əvvəllər 1-2 dəfə Türkiyə Respublikasında yaşayan dostları ilə vhatsapp ani mesajlaşma sistemində qrup halında zənglə danışanda Alperen Türe orda iştirak etmiş və onu Sahib ilə dostları tanış eləmişdir. X7 hansı işlərlə məşğul olması barədə ilk öncə məlumatları olmamışdır. X14 yığan zaman zəngdə əlavə olaraq İlkin adlı tanıdığı şəxsdə orda olmuşdur. X15 bildirmişdir ki, onun Azərbaycan Respublikasında pulu var, həmin pulu kart hesabına göndərəcəyini onu ona kriptovalyuta vasitəsi ilə göndərdiklərinə görə bunun müqabilində onlara atılan pulun 5%-ni verəcəkdir. O, və Sahib Alıyev həmin zamanlar maddi durumları zəif olması səbəbi ilə Alperen ilə razılaşmışdırlar. Onlar Alperenə onun kart hesabına göndərmələrini, o isə göndərdiyi pulu X4 M10 hesabına atacağını Sahib isə kripto alıb Alperen Türenə atacaqlarını bildirmişdir. Alperen onlara bu gecə 60000 manat pul karta atılacağını bildirmişdir. Onlar həmin puldan onlara ən azı 3000 manat qalacağını hesablayıb Alperen ilə razılaşmışdırlar. O, istifadəsində olan ***-***-**-** mobil nömrəni Alperenə onunla əlaqə saxlaması üçün demişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Alperen Türenin istifadəsində olan +90***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi vhatsapp ani mesajlaşma sisteminə 05 ədəd müxtəlif banklara məxsus 16 rəqəmli kart hesabı göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Sahibin İstifadəsində +995-500- 555-481 mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə yığaraq kart hesabına 340 manat pul gəldiyini bildirmişdir. Onlar dərhal vhatsapp ani mesajlaşma sistemi ilə zənglərinə Alperini dəvət etmiş və ona karta 340 manat gəldiyini bildirmişdirlər. Alperen Türe həmin 340 manat pulu özü göndərdiyini və həmin gecə 60000 manat pul gələcəyini bildirmişdir. Alperen Türe onlara bildirmişdir ki, pullar gəldikcə ona kriptoları göndərsin. Onun kriptovalyutadan anlayışı olmadığı üçün X8 pulları ona məxsus +99***- ***-**-** saylı M10 hesabına göndərməyi bildirmişdir. Daha sonra onun kart hesabına əlavə olaraq 1500 manat pul gəlmiş və o, həmin 1500 manatı X4 m10 hesabına atmışdır. X10 m10 hesabına köçürülən 1500 manat pulun qarşılığında qazancı çıxmaqla Alperenə kripto vermişdir. Alperen Türeye atdığı pulun miqdarı qədər kripto atmadıqca o, onlara yeni pul göndərməmişdir. Həmin gün ümumilikdə onun kart hesabına 5000 manat pul gəlmiş və X10 həmin pulu kriptoya çevirmiş, Alperen Türeye atırmışdır. 5000 manat pulu Alperene atdıqdan sonra o onlara sistemdə texniki problem olduğunu və qalan puluda sabah göndərəcəyini bildirmişdir. 22 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Alperen istifadəsində olan +90***-***-**-** mobil nömrə ilə onları qrup zəngi ilə yığaraq 110000 manat pulunun olduğunu və pulu atmağı üçün kartlarının olub-olmamasını soruşmuşdur. Onlar həmin pulun miqdarını eşidəndə həmin puldan onlara yüksək pul qalacağını düşünüb sevinmişdirlər. Həmin an o, ona zəngdə kartlarının boş olmasını və pulu həmin kartlara göndərə biləcəyini bildirmişdir. Həmin gün yəni 22 noyabr 2024-cü il tarixdə saat 05 radələrinə qədər ümumilikdə onun kartına 10000 manat pul gəlmişdir. Pul gəldikcə o, həmin pulu X8 hissə-hissə göndərmişdir. X10 isə həmin pulu kripto vasitəsi ilə Alperene qaytarmışdır. Ümumilikdə 2 gün ərzində onlar Alperene 10000 dollar pul atmışdırlar. Həmin işdən ona 850 manat qazanc pul qalmışdır. X10 isə kriptoları ona satdıqdan sonra 1200 manat qazanc qalmışdır. Bundan sonra onun maddi durumu zəif olduğundan və borcları olduğundan X10 1200 manat pulu ona borc vermişdir. 24 noyabr 2024-cü il tarixdə saat 20 radələrində o istifadəsində olan ***-***-**-** mobil nömrə ilə X4 istifadəsində olan +995-500-555-481 mobil nömrə ilə qeydiyyatdan keçdiyi vhatsapp ani mesajlaşma sistemi ilə onu yığmış, ona tanımadığı şəxslərin yığdığını və nömrəsinə müxtəlif saatlarda kontur gəlməsini bildirdiklərini demişdir. Bundan sonra onlar vhatsaap ani mesajlaşma sistemi ilə Alperen Türeyə yığmışdırlar. X1 göndərilən pulların problemli olduğunu bildirmiş, o onlara qeyri-etik ifadələr bildirmiş və onları təhqir etmişdir. Bundan sonra o telefonu söndürmüş və onun nömrəsinə zəng çatmamışdır. Həmin vaxt Alperen Türey tərəfindən müxtəlif şəxslərə məxsus kart hesabından pul vəsaitlərinin silinərək onun kart hesabına köçürülməsi ona məlum olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus kart hesabından pul vəsaiti Alperen Türey tərəfindən silinərək onun kart hesabına göndərilmişdir.Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını, əvvəllər məhkum olunmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birgə yuxarda qeyd etdiyi ünvanda yaşayır. Mən 1991-ci il tarixindən etibarən Hacıqabul rayonu, 2-ci Udulu kəndində yerləşən Rövşən Mehbalıyev adına tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışır. O, aylıq olaraq 819 manat əmək haqqı alır. Bundan əlavə olaraq bildirmişdir ki, mən 3-cü qrup əlildir. Aylıq olaraq ona aid Kapital Bank ASC-nə məxsus 5103 0716 8426 0009 nömrəli plastik kart hesabına əlilliyinə görə 452 manat pul köçürülmüşdür. O, istifadəsində olan ***-***-**-** mobil nömrəsində Birbank tətbiqinin qeydiyyatından keçmiş, Kapital Bank ASC-nə məxsus 5103 0716 8426 0009 nömrəli plastik kart hesabını həmin tətbiqə əlavə etmişdir. 20 noyabr 2024-cü il tarixdə kartına 452 manat pul köçürülmüşdür. O, 21 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Birbank tətbiqinə daxil olan zaman həmin tarixdə saat 04:40-da kartımdan 290 manat pul çıxarılmasını görmüşdür. Onun pulunun köçdüyü kartın Paşa Banka aid 444994******9144 nömrəli hesaba köçürüldüyünü görmüşdür. O, dərhal Kapital Bank mərkəzinin qaynar xəttinə mobil nömrəsilə zəng vuraraq kartından tanımadığı kart hesabına 290 manat pul köçürüldüyünü bildirmişdir. Kapital bank əməkdaşı ona bununla bağlı polisə müraciət etməyini bildirmişdir. O, DİN-nin 102 XZM-nə yığaraq kartından pul oğurlanmasını bildirmişdir. Onlar ona Hacıqabul rayon Polis şöbəsinə yaxınlaşıb ərizə yazmağını bildirmişdirlər. Bundan sonra o Polis şöbəsinə yaxınlaşaraq, şikayət ərizəsi yazmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Götürmə aparılması haqqında” 22 noyabr 2024-cü il tarixli protokola əsasən zərərşəkmiş şəxsə dəymiş 290 manat maddi ziyanın çıxarışını özündə əks etdirən 01 ədəd Birbank tətbiqindən çıxarılmış qəbz Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Hacıqabul RPŞ-nin inzibati binasında Zərərçəkmiş şəxs götürülmüşdür. **********2 nömrəli, 21 noyabr 2024-cü il tarixli qəbzə və Zərərçəkmiş şəxs məxsus 5103 0716 8426 0009 nömrəli plastik kart hesabından çıxarışa əsasən 21 noyabr 2024-cü il tarixdə saat 04:40da sonuncuya məxsus hesabdan 290 manat pul vəsaiti çıxarılmışdır. "xxxx" ASC-dən daxil olmuş PB-OUT-00313-2025/1 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sorğulanan əməliyyat üzrə qeyd edilən kart hesabı Təqsirləndirilən şəxs məxsusdur. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 18:00-da Hacıqabul RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş və bütün hallarda Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abışov X6 rayonu Rüstəmli kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamır və orada yaşadığı müddət ərzində yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü X2 və 2019-cu il təvəllüdlü X3 adlı övladları var. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus kart hesabından olan çıxarışlar, **********2 nömrəli xx.xx.2024-cü il tarixli qəbz, **********260009 nömrəli kart hesabından çıxarış, PB-OUT- 00313-2025/1 saylı xx.xx.2025-ci il tarixli məktub sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Digər təqsirləndirilən şəxs X11 qanunsuz yolla Gürcüstan Respublikasının ərazisinə keçmiş, Tbilisi şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qeyd edilən halla əlaqədar cinayət işi üzrə icraat ayrılaraq digər təqsirləndirilən şəxs X9 münasibətdə o, Azərbaycan Respublikasına ekstradisiya edilənədək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 10 və 11-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə, (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarına əsasən ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olumamasını cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı göründüyünü, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan kart hesabından olan çıxarışlar, **********2 nömrəli xx.xx.2024-cü il tarixli qəbz, **********260009 nömrəli kart hesabından çıxarış, PB-OUT- 00313-2025/1 saylı xx.xx.2025-ci il tarixli məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 28 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 308 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan kart hesabından olan çıxarışlar, **********2 nömrəli xx.xx.2024-cü il tarixli qəbz, **********260009 nömrəli kart hesabından çıxarış, PB- OUT-00313-2025/1 saylı xx.xx.2025-ci il tarixli məktub cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 28 (iyirmi səkkiz) saata görə 308 (üç yüz səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ********************, VÖEN **********). Hökmdən, hökm elan edildiyi gündən 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-141/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-141/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver