Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-143/2021 15.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ev 28-də qeydiyyatda olmaqla yaşamış, 19.07.2021ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20.07.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq 01 ədəd ******* nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavodu üsuli ilə keçmiş SSRİ dövlətində istiehsal olunmuş AK-74 modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən avtomatı, texniki cəhətdən saz olan təyinatı üzrə istifadə üçün yararlı olan 01 ədəd metal materialdan və digər 01 ədədi isə plastik materialdan hazırlanmış zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olmaqla döyüş sursatı hesab edilən daraqlarını və döyüş sursatı və atəşə yararlı hesab edilən 34 ədəd zavod üsulu ilə SSRİ dövlətində, 03 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, cəmi 37 ədəd 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstuksiyalı silahların ştat patronlarını əldə edib, daşıyaraq yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsində yerləşən 28 nömrəli evdə saxlamış, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən 19.07.2021-ci il tarixdə saat 02:00-da onun yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsində yerləşən 28 nömrəli evə baxış keçirilərkən qeyd olunan odlu silah - “Kalaşnikov” konstruksiyalı avtomat, onun komplekt hissəsi - daraqlar və döyüş sursatı - patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ev 28-də daimi qeydiyyatda olmaqla yaşayır. O, 2005-ci ildə Hacıqabul rayonunda yerləşən Dəmiryolunun kənarından “Kalaşnikov” markalı avtomat, 2 ədəd daraq və 37 ədəd patron tapmış, həmin silahı və onun hissələrini yaşadığı evə aparıb həyətdə basdırmışdır. Sonradan başqa cinayət törətdiyi üçün həbs edilmişdir, 27.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həbsxanadan çıxdıqdan sonra yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 28 nömrəli evinə qayıtmış və orada yaşamışdır. Düşmənləri olduğuna görə özünü qorumaq üçün 2005-ci ildə evin həyətində basdırdığı silahı çıxardıb, yeni torbaya qoyub yataq otağında çarpayının altında gizlətmişdir. Həbsxanadan tanıdığı dostu X5 tanışı Şahid5 ilə birlikdə 18.07.2021-ci il tarixdə onun yaşadığı evə gəlmişlər. Onlar birlikdə oturub yemək yeyib söhbət etmişlər. 19.07.2021-ci il tarixdə axşam saat 02 radələrində yaşadığı evin həyətinin ala qapasının ağzında Həsən və Səbuhi ilə bilrikdə söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşmış və ondan üzərində, yaşadığı evdə hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olubolmadığını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı evdə “Kalaşnikov” markalı avtomat, 2 ədəd daraq və 37 ədəd patron olmasını, həmin silahı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Hacıqabul rayon Polis Şöbəsinin rəisinin adına ərizə ilə müraciət edərək, yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Polis əməkdaşları ilə birlikdə evin yataq otağına getmiş, yatacağının altında içərisində “Kalaşnikov” markalı avtomat, 2 ədəd daraq və 37 ədəd patron olan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon PŞ-yə gəlmiş və orada müdafiəçi ilə təmin olunandan sonra üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşlmuş, o, polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi-axtarış və götürmə aparılarkən hər hansı bir qanunsuz əşya və predment aşkar edilməmiş, lakin üzərindən aşkar edilərək götürülmüş 145 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmış və bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra o, protokolu imzalamışdır. Onun evindən aşkar olunmuş silahdan istifadə etməmiş, heç kimə atəş açmamışdır. Ona cəza təyin edilərkən törətdiyi cinayəti səmimi etiraf etməsinin nəzərə alınmasını xahiş etdi. Şahid Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 19.07.2021-ci il tarixdə ona Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 28 nömrəli fərdi yaşayış evində odlu silah saxlaması və onun evində qonaq olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi A.Zeynallı küçəsi ev 85-də yaşayan X5 və Gəncə şəhər sakini Şahid5 üzərilərində narkotik vasitə saxlmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs, X5 və Şahid5 ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2, Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 Namiq oğlu və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 02 radələrində Təqsirləndirilən şəxs, X3 və Şahid5 Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ev 28-də saxlamış və Təqsirləndirilən şəxs evində odlu silah olubolmamasını soruşmuşlar, sorğu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə, çarpayının altında 1 ədəd torbada “Kalaşnikov” markalı avtomat, ona aid 2 ədəd daraq və 37 ədəd patron olmasını və onları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs məxsus Hacıqabul şəhəri İ.Məmmədov küçəsi 28 nömrəli evə baxış keçirilməsinə videoçəkilişdən istifadə edilməklə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə olan çarpayının altından 1 ədəd torbada “Kalaşnikov” markalı avtomat, ona aid 2 ədəd daraq və 37 ədəd patronu təqdim edərək, 2005-ci ildə Hacıqabul rayonundan keçən dəmiryolunun kənarından tapmasını və düşmənli olduğu üçün saxladığını bildirmişdir. Bundan sonra PŞ-nin TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Tural Namazov tərəfindən bu barədə protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunduqdan sonra imzalarla protokolun doğruluğunu təsdq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və onun yanında saxlanılan Həsən Əzimov və Şahid5 üzərilərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin edildikdən sonra, o, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. Bu barədə protokol tərtib edildi, Təqsirləndirilən şəxs, müdafiəçisi, polis əməkdaşları protokolla tanış olduqdan sonra imzalamışlar. Bundan sonra Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən X5 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri və müdafiəçinin iştirakı ilə Həsən Əzimovun üzərində şəxsi axtarış və götürmə aparılarkən Həsən Əzimov əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız kəsiyi təqdim edərək içərsində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və həmin narkotik vasitəni yaşadığı Bakı şəhəri Nardaran qəsəbəsində yaşadığı evin küçəsindən tapmasını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Namazov tərəfindən götürülmüş bir ədəd kağız bükümündə narkotik vasitəyə bənzər maddə bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra o, həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan sonra Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Şahid5 müdafiəçi ilə təmin edildikdən sonra o, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərində cinayət xarakterli hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, Şahid5 üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Şahid5 üzərinə baxış keçirilsə də, Şahid5 üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokola bütün iştirakçılar imza etmişlər. Şahid2, Şahid3 Namiq oğlu və Şahid4 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. 19.07.2021-ci il tarixdə saat 02:00-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ev 28-də baxış və götürmə aparılan zaman onun yaşadığı evin yataq otağında yerləşən çarpayının altından 1 ədəd torbada “Kalaşnikov” markalı avtomat və ona aid 2 ədəd sandıqça və 37 ədəd güllə aşkar edilmişdir. 19.07.2021-ci il tarixdə saat 02:40-da tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin cinayət işi 19.07.2021-ci il tarixdə Hacıqabul rayon X6 Bölməsinin müstəntiqi, polis baş leytenantı Faiq İmanov tərəfindən X2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs Əkbər oğlunun barəsində isə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Hacıqabul RPŞ-nin İB-də başlanılmışdır. 210240088 nömrəli cinayət işindən 27.09.2021-ci il tarixdə X5 barəsində ********* nömrəli cinayət işi ayrılaraq istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 19.07.2021-ci il tarixli 21/457R nömrəli məhkəmə-balistik ekspertizanın rəyindən görünür ki, 1. tədqiqata təqdim edilmiş 01 ədəd ******* nömrəli, silah 5,45 mm kalibrli olmaqla, zavodu üsulu ilə keçmiş “SSRİ” dövlətində 1984-cü ildə istiehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 37 ədəd patronlardan 34 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 03 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş (02 ədədinin dib hisəssində zavod nömrəsinin «60» istehsal tarixi «93» və 01 ədədinin dib hissəsində zavod nömrəsinin «60» istehsal tarixi «92» rəqəmi həkk olunmuş) 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: avtomatın tədqiqi hissəsinə)
3. Tədqiqata təqdim edilmiş 01 ədədi metal materialdan və digər 01 ədədi isə plastik materialdan hazırlanmış daraqlar zavod üsulu ilə istehsal olunmuş hər biri 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - daraqlarıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdırlar və döyüş sursatı hesab edilmirlər.
4. Ekspermental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında Hacıqabul RPŞ-yə əlavə məlumat veriləcəkdir. (iş vərəqə 85-92) Azərbaycan Respublikası DİN-nin KTİ-nin 23.07.2021-ci il tarixli 011-6925-1221 nömrəli məktubdan göstərilir ki, 01 ədəd 5,45 mm kalibrli ******* nömrəli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan ekspermental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (İş vərəqə 166). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 20.07.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Xalq Məhkəməsinin 06.04.1999-cu il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 ilə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin 06.09.2006-cı il tarixli 1-132/2006 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 263.2-ci və 62-ci maddələri ilə təqsirli bilinərək 02 müddətinə azadlığın məhdudlaşdırılması, 03 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası təyin olunmuşdur. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15.05.2007-ci il tarixli A- 0546/07 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.3 və 67-ci maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ounmuş, CM-nin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş, Qaradağ rayon Məhkəməsinin 27.04.2010-cu il tarixli 1(002)-988/2010 hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 10 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 27.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq 1 ədəd ******* nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavodu üsuli ilə keçmiş “SSRİ” dövlətində istiehsal olunmuş, AK-74 modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən avtomatı, onun komplekt hissələrini (2 ədəd daraq), döyüş sursatı sayılar 37 ədəd 5,45x39 mm kalibrli patronları əldə etmə və saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 19.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut - 01 ədəd ******* nömrəli, silah 5,45 mm kalibrli olmaqla, zavodu üsulu ilə keçmiş “SSRİ” dövlətində 1984-cü ildə istiehsal olunmuş, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı olan AK-74 modelli, Kalaşnikov konstruksiyalı odlu silah olan avtomat; 01 ədədi metal materialdan və digər 01 ədədi isə plastik materialdan hazırlanmış daraqlar zavod üsulu ilə istehsal olunmuş hər biri 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi -daraqları (texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı); 37 ədəd patronlardan 34 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 03 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş (02 ədədinin dib hisəssində zavod nömrəsinin « 60 » istehsal tarixi « 93 » və 01 ədədinin dib hissəsində zavod nömrəsinin « 60 » istehsal tarixi « 92 » rəqəmi həkk olunmuş) 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları (döyüş sursatı və atəş üçün yararlı) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 saata görə 300 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat olmaqla, cəmi 360 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi zərər, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 19.07.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut - 01 ədəd ******* nömrəli, silah 5,45 mm kalibrli olmaqla, zavodu üsulu ilə keçmiş “SSRİ” dövlətində 1984-cü ildə istiehsal olunmuş, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı olan AK-74 modelli, Kalaşnikov konstruksiyalı odlu silah olan avtomat; 01 ədədi metal materialdan və digər 01 ədədi isə plastik materialdan hazırlanmış daraqlar zavod üsulu ilə istehsal olunmuş hər biri 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi -daraqları (texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı); 37 ədəd patronlardan 34 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 03 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş (02 ədədinin dib hisəssində zavod nömrəsinin «60» istehsal tarixi «93» və 01 ədədinin dib hissəsində zavod nömrəsinin «60» istehsal tarixi «92» rəqəmi həkk olunmuş) 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları (döyüş sursatı və atəş üçün yararlı) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 saata görə 300 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Sədrlik edən: Vahid Hacıyev