Məhkəmə qərarları › İş №1(071)-145/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-145/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-145/2025 29.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Sabirabad rayonu, Aleksandrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib idarə etdiyi “Audi A6” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla Hacıqabul rayonu, Navahi kəndinə daşımış, 16 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 7-ci Tağımının 720 saylı stasionar postunun yol patrul xidmətinin inspektorları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılan zaman özünü şübhəli apardığından Hacıqabul RPŞ-nin və DİN-nin BDYPİ-yə Bilavasitə tabe olan YPXA-nın 7-ci tağımının əməkdaşları tərəfindən həmin tarixdə saat 04 radələrində “Audi A6” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda sürətlər qutusunun qarşı tərəfində ona məxsus 01 ədəd bükümdə təmiz çəkisi 10,05 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2025-ci ilin sentyabr ayının ilk günlərində özü üçün avtomobil almaq məqsədi ilə sosial şəbəkə vasitəsi ilə “Turbo.az” adlı sayta daxil olub orada 3500 (üç min beş yüz) manat dəyərində “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmiş və avtomobil elanını yerləşdirən Babək adlı şəxslə telefon əlaqəsi yaradıb, avtomobili almaq istədiyini bildirmişdir. 15 sentyabr 2025-ci ıl tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində şəxsi işləri olduğu üçün ora getmişdir. Həmin günü saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yolun kənarında dayanarkən yerdə bir sellofan bükülünü görmüş, həmin bükülünü götürüb içərisini açıb baxarkən orada narkotik vasitə qurudulmuş marixuananın olduğunu bilmiş, marixuananı sonra qəbul etmək məqsədi ilə bükülünü büküb əyninə geydiyi gödəkçənin cibinə qoyub yoluna davam etmişdir. Həmin gün saat 22 radələrində avtomobili satan Babək adlı şəxslə görüşmüşdür. Babək adlı şəxs satmaq istədiyi “Audi A6” markalı ** DN *** dövlət qeydiyat nişanlı avtomobilin 700 manat cəriməsi olduğunu, avtomobilin pulundan 2800 manat ona verməsini və qalan 700 manat cəriməni ödəməsini dedikdə Babəklə razı olmuşdur. 2800 manat pulu həmin şəxsə vermişdir. Avtomobili idarə etmək üçün etibarnamə istəmiş, Babək də ondan sürücülük vəsiqəsini istədikdə, sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Avtomobilə etibarnamə almaq məqsədi ilə sürücülük vəsiqəsi olan həmkəndlisi və qohumu Şahid1 ilə telefon əlaqəsi yaradaraq “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobili aldığını, həmin avtomobilə etibarnamə verilməsi üçün sürücülük vəsiqəsi lazım olduğunu, sürücülük vəsiqəsinin surətini telefon vasitəsi ilə göndərməsini demişdir. Şahid1 da sürücülük vəsiqəsini telefon vasitəsi ilə ona göndərmişdir. Onlayn qaydada “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün Şahid1 adına etibarnamə almışdır. “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Babək adlı şəxsdən uzaqlaşandan sonra cibində olan bükülüdəki narkotik vasitə qurudulmuş marixuananı avtomobilin sürətlər qutusunun qarşı tərəfindəki boş yerə qoymuşdur. Həmin gün saat 23 radələrində Şahid5 onunla telefon əlaqəsi yaradaraq yaşadığı kəndə gedib-getmədiyini soruşmuş, yaşadığı kəndə gedəcəyini Şahid5 dedikdə, o da Bakı şəhəri, 20 Yanvar adlanan ərazidə olduğunu, onu da aparmasını deyib gözləyəcəyini bildirmişdir. Şahid5 yanına gedərək avtomobilə mindirib Sabirabad rayonu Şəhriyar kəndinə getmək məqsədi ilə yolda düşmüşlər. 16 sentyabr 2025-ci il tarixdə saat 03 radələrində Hacıqabul rayonu, Navahi kənd ərazisində yerləşən DYP-nin əməkdaşları tərəfindən ona əl ilə saxla işarəsi verib avtomobili saxlatdırmışlar. Avtomobildən düşəndən sonra avtomobildə marixuana olması yadına düşdüyü üçün özünü şübhəli aparmışdır. DYP-nin əməkdaşları ondan sürücülük vəsiqəsini və avtomobilin sənədlərini istəmiş, sürücülük vəsiqəsinin və avtomobili idarə etmək üçün etibarnaməsi olmadığı üçün özünü şübhəli aparmışdır. Bundan sonra DYP-nin əməkdaşları onları orada gözlətdirmişlər. Sonra Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Hacıqabul RPŞ-nin əməkdaşları DYP-nin əməkdaşları ilə birlikdə onun və Şahid5 iştirakları ilə videoçəkilişdən istifadə etməklə avtomobilə baxış keçirmə prosesinə başlamışdırlar. Polis əməkdaşları baxış keçirmə prosesinə başlamazdan əvvəl ondan avtomobildə qanunsuz əşyanın olub-olmadığını soruşmuş, polis əməkdaşlarına avtomobilin sürətlər qutusunun yanında olan yerdə narkotik vasitə marixuana olduğunu bildirib onu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları idarə etdiyi avtomobilə baxış keçirsələr də, hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. İdarə etdiyi avtomobildən aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilərkən 38,05 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana poçt zərfinə qoyularaq onun iştirakı ilə qablaşdırılmış və poçt zərfin üzərinə imza etmişdir. Bundan sonra polis əməkdaşları onu və Şahid5 Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı da üzərindən qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Hacıqabul rayonu Navahi kəndində yerləşən DYP-nin postunda polis əməkdaşları tərəfindən aşkar edilib götürülərək qablaşdırmış narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirildikdən sonra həmin kütlə başqa zərfə qoyularaq qablaşdırılmışdır. Baxış keçirmə, götürmə, şəxsi axtarış və götürmə barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. Hazırda barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Onunla hər hansı bir ədavəti yoxdur. Səhhətində yaranmış problem ilə əlaqədar 15 sentyabr 2025-ci il tarixdə Bakı şəhərinə həkimə getmişdir. Həmin gün Təqsirləndirilən şəxs da Bakı şəhərinə gedəcəyini bilmişdir. Bakı şəhərində həkim müayinəsindən keçib axşam vaxtına kimi olan müddət ərzində işlərini yekunlaşdırmışdır. Həmin günü axşam vaxtlarında Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaradıb harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də Bakı şəhərində olduğunu, yaşdığı kəndə gedəcəyini bildirdikdə onu da aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, 20 Yanvar adlanan ərazidə görüşmüş və Təqsirləndirilən şəxs idarə etdiyi “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtombillə gəldiyini və həmin avtomobilə əyləşib Sabirabad rayonu, Şəhriyar kəndinə getmək məqsədi ilə yolda düşmüşlər. 16 sentyabr 2025-ci il tarixdə saat 03 radələrində, Hacıqabul rayonu Navahi kənd ərazisində DYP-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əl ilə saxla işarəsi verib avtomobili saxlatdırmışlar. Hər ikisi avtomobildən düşəndən sonra DYP-nin əməkdaşları Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini və avtomobilə məxsus sənədləri istədikdə, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi ilə avtomobili idarə etmək üçün etibarnamənin olmadığını bildirib özünü şübhəli aparmışdır. Bundan sonra orada gözləmişlər. Sonra oraya Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ora gəlmişlər. Polis əməkdaşları onun və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirmə prosesinə başlamışlar. Baxış keçirmə başlamazdan əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunsuz əşyanın olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs da polis əməkdaşlarına avtomobilin sürətlər qutusunun yanında narkotik vasitə marixuana olduğunu bildirib, onu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirsələr də, hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilərkən 38,05 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Daha sonra o və Əliyev X6 Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. O, Hacıqabul RPŞ-də izahat verəndən sonra çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdə əlinin sarğılı olması sinir problemi ilə bağlıdır. Onun nevroloji sinir problemi var. Həmin nevroloji xəstəliyi narkomaniya ilə bağlı olmamışdır. İlyasın yanında fəhlə kimi işləmiş, İlyas usta olmuşdur. O, İlyasın idarə etdiyi avtomobildə qoxu hiss etməmiş, avtomobildə şübhəli əşya görməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs siqaretdən istifadə edən olsa da, həmin gün yol boyu siqaret çəkməmiş, onun gözlərində isə qızartı olmamışdır. Surətlər qutusunun yanında heçnə görməmiş və hiss etməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxslə qarşılaşsa da, bu barədə onunla söhbət etməmişdir. Avtomobilin sahibi avtomobilə nəsə qoysa belə bu özü üçün maraqlı olmamış, avtomobilin içərisindəkilərə fikir verməmişdir. Həmin gün avtomobildə sadəcə İlyas ilə özü olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs onun qohumu olmaqla, həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti yoxdur. 15 sentyabr 2025-ci il tarixdə axşam vaxtlarında qohumu Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, lakin sürücülük vəsiqəsi olmadığı üçün etibarnamə ala bilmədiyini deyib onun adına etibarnamə almaq istədiyini dedikdə etiraz etməmişdir. Bundan sonra sürücülük vəsiqəsinin surətini telefon vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Sabirabad rayonu Şəhriyar kəndinə gələrkən Hacıqabul rayonu Navahi kənd ərazisində yerləşən DYP-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilindən narkotik vasitə aşkar olunduğu üçün Hacıqabul RPŞ-nə aparılmışdır. Aradan bir neçə gün keçəndən sonra Təqsirləndirilən şəxs yaşadığı kəndə gəlmiş və onun yanına gedib “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə verdiyi etibarnaməni ləğv etməsini deyib etibarnaməni ləğv etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 7-ci tağımında yol patrul xidməti inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, o, 16 sentyabr 2025-ci il tarixdə YPX-da təsdiq edilmiş cədvəl əsasında 720 saylı stasionar postunda xidmətdə olmuşdur. Həmin günü saat 03 radələrində Şahid3 ilə 720 saylı YPX postunda xidmətdə olan zaman nəzarət yoxlama məqsədi ilə “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Yoxlama zamanı “Audi A6” markalı avtomobilin sürücüsü Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs və həmin avtomobildə olan sərnişin Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla orada yaşayan Şahid5 özlərini şübhəli apardıqları üçün Hacıqabul Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilmişdir. Sonra Hacıqabul RPŞ-nin əməkdaşları YPX-nin postuna gəlmişdir. Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətov, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid4 videoçəkilişdən istifadə etməklə sürücü Təqsirləndirilən şəxs və onun idarə etmiş olduğu avtomobildə olan sərnişin Şahid5 iştirakları ilə “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Audi A6” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilində daşınması qadağan olunan hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi bildirilmiş, sürücü Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobilin sürətlər qutusunun yanında olan yerdə narkotik vasitə marixuana olduğunu bildirib, onu götürüb təqdim etmişdir. Həmin sellofan bükülüyə baxış keçirildikdə bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilərkən 38,05 qram olduğu müəyyən edilmişdir. Avtomobildən narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana poçt zərfinə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və Muradov X2 RPŞ-yə dəvət olunmuşlar. Hacıqabul rayonu Navahi kəndində yerləşən 720 saylı stasionar postunda Təqsirləndirilən şəxs idarə etmiş olduğu “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakları ilə poçt zərfi açılaraq götürülüb baxış keçirildikdən sonra başqa poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Baxış keçirmə, götürmə və şəxsi axtarış və götürmə barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid5 idarə etdiyi “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil nəzarət yoxlama məqsədi ilə saxlamışdır. Barəsində əməliyyat məlumatı olmamışdır. Bu zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Həmin vaxt avtomobilin içərisindən kəskin qoxu gəlimiş, İlyasın gözləri qızarmış vəziyyətdə olmuşdur. Özü avtomobili idarə edərək kənara çəkmişdir. Avtomobilə sərbəst baxış keçirməmiş, Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermişdir. Sürücü saxlanılan zaman avtomobildə narkotik vasitə görməmiş, ona bu barədə sürücü özü məlumat vermişdir. Duracağa təmin olunana qədər sürücü yanında olmuş, lakin sərnişin düşmüşdür. Sərnişini də Hacıqabul Rayon Polis Şöbəsinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 7-ci tağımında yol patrul xidmətinin inspektoru vəzifəsində işləyən Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2025-ci il tarixdə “Audi A6” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə həmin avtomobildə olan sərnişin qismində əyləşmiş Şahid5 özlərini şübhəli aparması barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 7-ci tağımında 720 saylı YPX-nin stasionar postundan RPŞ-yə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Heybətov Mübaşir Mikayıl oğlu ilə birlikdə 720 saylı YPX-nin stosionar postuna getmişlər. Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətov onun, 7-ci tağımda yol patrul xidmətinin inspektorları Şahid2 və Şahid3, sürücü Təqsirləndirilən şəxs ilə həmin avtomobildə olan sərnişin Şahid5 iştirakları ilə “Audi A6” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman “Audi A6” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, avtomobildə daşınması qadağan olunan hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobilin sürət qutusunun yanında narkotik vasitə marixuana olduğunu bildirib, onu götürüb təqdim etmişdir. Həmin sellofan bükülüyə baxış keçirildikdə bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuananın çəkisi 38,05 qram olmuşdur. Avtomobildən narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra sürücü Təqsirləndirilən şəxs və sərnişin Muradov X2 Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Baxış keçirmə, götürmə barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Vİİ tağımında Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, 16 sentyabr 2025-ci il tarixdə saat 02:50-də BDYPİ-yə tabe olan YPXA-nın 7-ci tağımının 720 saylı stasionar postunda o, polis baş serjantı Şahid3 ilə xidmətdə olarkən nəzarət yoxlama məqsədilə “Audi A6” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılmış, yoxlama zamanı sürücü Təqsirləndirilən şəxs Əlxan oğlu özünü şübhəli aparmaqla nəqliyyat vasitəsində narkotik vasitə saxlamaqda şübhə doğurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Əlxan oğlunun avtomobilində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 16 sentyabr 2025-ci il tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, 16 sentyabr 2025-ci il tarixdə BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının 7-ci tağımının 720 saylı postunun əməkdaşları Şahid2 və Şahid3 tərəfindən Hacıqabul rayonu Nəvahi kəndi ərazisində stasionar postda nəzarət yoxlama məqsədi ilə “Audi A6” markalı ** DN *** dövlət nömrə nişanlı avtomobil saxlanılmış və sürücü Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs Əlxan oğlu avtomobilində narkotik vasitə saxlamasında şübhəli olduğundan aidiyyəti üzrə Hacıqabul RPŞ-yə raportla məruzə olunmuş, raport əsasında Təqsirləndirilən şəxs Əlxan oğlunun razılığı ilə videokamera ilə çəkiliş aparılmaqla baxış keçirilmişdir. Videoçəkiliş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X14 tərəfindən həyata keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobildə daşınması qadağan olunan hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilində sellofanda narkotik vasitə marixuana vardır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin salonundan sürətlər qutusunu yanından sellofana bükülmüş narkotik vasitə marixuana və bir ədəd narkotik vasitə istifadə etmək üçün rızla təqdim etmişdir. Həmin sellofan bükülüyə baxış keçirdikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 38,05 qram olmuşdur. Kütlə və narkotik vasitə istifadə etmək üçün olan rızla zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bir ədəd “Redmi 12” markalı üzərində 050 *** ** ** nömrəsi olan mobil telefon da aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni tapmışdır və özü istifadə etmək üçün saxlamışdır. Həmçinin sərnişin kimi yanında gələn həmkəndlisi Şahid5 həmin narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. Baxış keçirmə və götürmə aparılması ilə əlaqədar narkotik vasitə marixuana aşkar olunmasını özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, baxış keçirilmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən tərtib edilmiş 16 sentyabr 2025-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmağa başlanılmış, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı maddə, predmet və ya əşya olub-olmaması sorğu-sual edilmiş və ona olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin üzərində qanunla qadağan olunan hər maddə, predmet və ya əşya aşkar edilməmişdir. Axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilmiş və bu barədə protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Eyni zamanda videogörüntüdən müəyyən edilir ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və o, baxış zamanı müdafiəçisinin suallarına sərbəst şəkildə cavab verərək ona qarşı təzyiq edilmədiyini, etirazının olmadığını və aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ona aid olmaqla istifadəçisi olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş dindirmənin videogörüntüsünün əks olunduğu disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən təqsirini etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/674 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, «Təqsirləndirilən şəxs avtomobilindən» sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi 10,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd əşyanın içərisində narkotik vasitə və izləri aşkar edilməmişdir. Rəyə əlavə edilmiş aktdan həmçinin müəyyən edilir ki, tədqiqata sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar olunan kütlədən 9,95 qram qurudulmuş marixuana qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 30 sentyabr 2025-ci il tarixli, 6090 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X13 daxil olan 26 sentyabr 2025-ci il tarixli, 18-1-70/2-964/2025 saylı məktubdan müəyyən edilir ki, Sabirabad rayonu, Şəhriyar kənd sakini Əliyev X7 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin “əsəb-ruhi və narkoloji” kabinetlərində dispanser qeydiyyatında deyildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 04:45-dən hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2025-ci il tarixdə 10,05 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 17:16-da azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(071)-145/2025 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Əliyev X7 rayon Şəhriyar kəndində yaşayır. Himayəsində xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X12 adlı övladları vardır. Məhkəmənin sorğusuna əsasən Sabirabad Regional “ASAN” Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş xx.xx.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Sabirabad regional “ASAN xidmət” mərkəzi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Təqsirləndirilən şəxs aid akt qeydləri xx.xx.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinin – arvadı - X8 (xx.xx.1985), oğlu – X17 (xx.xx.2009), qızı - X12 (xx.xx.2012) olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə onun barəsində nümayəndəliyə mənfi rəy daxil olmamış, yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 25 sentyabr 2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Əliyev X7 Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 2 il islah işləri cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, özünü tam təqsir bilir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyi və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı təmiz çəkisi 10,05 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Həmin Qərarın 24-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Həmçinin iş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək, yəni xx.xx.2025-ci il tarixdə törədilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 9,95 qram marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 9,95 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 67,30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 9,95 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********) Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar