Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-146/2021 18.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx.xx.1976-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri Koroğlu küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan, 08.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 10.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 2021-ci ilin iyun ayının əvəllərindən 07.08.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus və yaşayış sahəsi hesab edilən Hacıqabul şəhəri, Bakı küçəsində yerləşən 48 nömrəli fərdi yaşayış evinə və evinin həyətində yerləşən mağazanın binasına qanunsuz olaraq daxil olub oradan 1 ədəd dəyəri 15 manat olan “Colt” markalı, qara rəngli istifadə olunmuş drel, dəsdi 150 manat olan istifadə olunmuş vəziyyətdə «Madonna» yemək dəsdi (6 ədəd böyük ölçülü, 12 ədəd orta ölçülü, 16 ədəd kiçik ölçülü boşqablar və 01 ədəd supnik), 01 ədəd dəyəri 200 manat olan “Saachi” markalı, “NL-OH-1943C”modelli istifadədə olmamış vəziyyətdə olan soba, 13 ədəd hər birinin dəyəri 1 manat olan ümumi dəyəri 13 manat istifadədə olmuş bıçaq, 12 ədəd hər birinin dəyəri 1 manat olan istifadədə olmuş yemək qaşığı, 13 ədəd hər birinin dəyəri 1 manat olan istifadədə olmuş çəngəl və 17 ədəd hər birinin dəyəri 1 manat olan istifadədə olmuş çay qaşığı,dəyəri 150 manat olan 6 ədəd rumka, dəyəri 100 manat olan 6 ədəd stəkan, hər birinin dəyəri 50 manat olan 2 ədəd vaza qab, hər birinin dəyəri 50 manat olan 2 ədəd ayaqı olmayan meyvə qabı, hər birinin dəyəri 20 manat olan 2 ədəd mürəbbə qabı, dəyəri, 100 manat olan 1 dəsd konyak içmək üçün nəzərdə tutulan qab dəsdi, dəyəri 200 manat olan 1 ədəd qazan dəsdi, dəyəri 100 manat olan1 ədəd elektrik ət maşını, dəyəri 90 manat olan 1 ədəd sok çəkən maşın, dəyəri 50 manat olan 1 ədəd sac feni, dəyəri 250 manat olan 1 ədəd laqunda, dəyəri 40 manat olan 1 ədəd balaca laqunda, dəyəri 90 manat olan 1 ədəd göy rəngli drel, dəyəri 80 manat olan 1 ədəd boz rəngli drel, dəyəri 150 manat olan 100 metr uzunluğunda 4 xətli rusiya istehsalı olan kabel, dəyəri 80 manat olan 50 metr uzunluğunda 2 xətli Turkiyə istehsalı olan kabel, dəyəri 25 manat olan qaynaq aparatına məxsus 20 metr uzunluğunda kabel, dəyəri 200 manat olan 25 ədəd 2 düymə yarımlıq, 2,5 metr uzunluğunda olan dəmir borular, dəyəri 60 manat olan 1 ədəd 7 metr uzunluğunda olan 4 düymə dəmir boru, dəyəri 250 manat olan 1 ədəd odun samovarı, dəyəri 80 manat olan 1 ədəd akumuliyator, dəyəri 60 manat olan 1 ədəd az işlənmiş starter, dəyəri 60 manat olan 1 ədəd az işlənmiş karbürator, dəyəri 40 manat olan 1 ədəd elektrik ütü, dəyəri 40 manat olan 1 ədəd dəmir sıxmaq üçün nəzərdə tutulmuş alət, dəyəri 150 manat olan 1 ədəd odun samovar və hər birinin dəyəri 50 manat olan 2 ədəd güldanı hissə-hissə, ayrı ayrı vaxtlarda, vahid niyyətlə aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 3.205 (üç min iki yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,887 qram olan narkotik vasitə olan heroini 1 ədəd kağız bükümündə qablaşdırılmış halda əynində olan göy rəngli şalvarın sağ cibində daşıyaraq saxlamış, 08.08.2021ci il tarixdə saat 13:30-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nətiəsində yaşadığı Hacıqabul şəhəri Koroğlu küçəsindədəki 8 nömrəli evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri Koroğlu küçəsi ev 8-də daimi qeydiyyatda olmaqla yaşayır. Əvvəllər oğurluq etdiyinə və narkotik vasitədən istifadə etdiyinə görə məhkum olunmuşdur. Hacıqabul şəhəri Bakı küçəsində yaşayan Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Zərərçəkmiş şəxs evindən 2021-ci ilin iyun ayından 07.08.2021-ci il tarixədək Zərərçəkmiş şəxs ailə üzvlərinin evdə olmamasından istifadə edərək, müxtəlif növ qab-qaşıq, laqonda, drel, dəmir boru, kabel, disk sıxan, simovar, saç feni, ütü, ət maşını, sok çəkən maşın, avtomobil ehtiyyat hissələrini axşam saatlarında tək və gizlin olaraq Mirxalıqın evinin daş hasarından keçməklə, evinə və həyətinin daxilində olan mağazasına girib oradan oğurluq etmişdir. Oğurladığı qab-qaşıq, laqonda, drel, dəmir boru, kabel, disk sıxan, simovar, saç feni, ütü, ət maşını, sok çəkən maşın, avtomobil ehtiyyat hissələrini tanımadığı şəxslərə Hacıqabul şəhər ərazisində müxtəlif qiymətlərə, yəni dəyərindən ucuz qiymətə satmış, əldə olunan pulu öz ehtiyacları üçün xərcləmişdir. 08.08.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığında yolun kənarında yerdən kağız kəsiyi tapmış, içərisində heroin olduğunu görmüşdür. Heroini özü istifadə etmək üçün əynində olan göy rəngli şalvarın sağ cibinə qoyaraq saxlamışdır. Evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib, onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, şalvarının sağ cibində bir ədəd kağız kəsiyində saxladığı heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. İstintaq zamanı o, Mirxaliqin evindən oğurluq etdiyini bildirmiş və həmin əşyaların bir qismini yaşadığı evin həyətində gizlətdiyini demişdir. Bu barədə qardaşı Vüqar Sülyamanova məlumat vermişdir. Onun Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 1 ədəd drel, 1 ədəd maddona servis dəsdi, 1 ədəd qızdırıcı soba, 1 ədəd qaşıq çəngəl dəsdini anası Şahid3 polis əməkdaşlarına təqdim etmiş və həmin əşyalar Zərərçəkmiş şəxs qaytarılmışdır. Qalan 2.785 manat dəyərində zərəri hazırda Zərərçəkmiş şəxs ödəməyə maddi imkanı yoxdur. Həmin zərəri Zərərçəkmiş şəxs hissə-hissə ödəyəcəyinə söz verir. Xəstəliyini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını nəzərə alaraq ona yüngün cəza təyin edilməsini məhkəmədən ahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Hacıqabul şəhəri Bakı küçəsi ev 48-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Evin həyətində ərzaq və qarışıq mallar satılan mağazası vardıır. Covid-19 pandemiyası ilə bağlı mağazanı işlədə bilməmiş və xüsusi karantinlə bağlı ailə üzvləri ilə birlikdə yay aylarında Bakı şəhərində yaşamışdır. 30.08.2021-ci il tarixdə evinə gəldikdə, evindən və mağazadan əşyalarının oğurlandığını görmüş və 31.08.2021-ci il tarixdə ərizə ilə Hacıqabul RPŞ-yə müraciət etmişdir. Evindən 1 ədəd maddona servis dəsdi və 1 ədəd qaşıq-çəngəl dəsdin olmadığını müəyyən etmişdir. Bundan sonra həyətyanı sahəsində yerləşən mağazaya baxdıqda oradan 1 ədəd drel, 1 ədəd qızdırıcı sobanın oğurlanmasını gördükdən sonra dərhal bu barədə Hacıqabul rayon PŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, yenidən yaşadığı evə gəlib diqqətlə nəzər yetirdikdə ona məlum olmuşdur ki, ona məxsus evdən və evin həyətində yerləşən mağazadan 6 ədəd dəyəri 150 manat olan rumka, 6 ədəd dəyəri 100 manat olan stəkan, 2 ədəd hər birinin dəyəri 50 manat olan vaza qab, 2 ədəd hər birinin dəyəri 50 manat olan ayaqı olmayan meyvə qabı, 2 ədəd hər birinin dəyəri 20 manat olan mürəbbə qabı, 1 dəsd dəyəri, 100 manat olan kanyak içmək üçün nəzərdə tutulan qab dəsdi, 1 ədəd dəyəri 200 manat olan qazan dəsdi, 1 ədəd dəyəri 100 manat olan ət maşını, 1 ədəd dəyəri 90 manat olan sok çəkən maşın, 1 ədəd dəyəri 50 manat olan sac feni, 1 ədəd dəyəri 250 manat olan laqonda, 1 ədəd dəyəri 40 manat olan balaca laqonda, 1 ədəd dəyəri 90 manat olan göy rəngli drel, 1 ədəd dəyəri 80 manat olan boz rəngli drel, 100 metr uzunluğunda 4 xətli rusiya istehsalı olan dəyəri 150 manat olan kabel, 50 metr uzunluğunda 2 xətli Turkiyə istehsalı olan dəyəri 80 manat olan kabel, 20 metr svarka aparatına məxsus dəyəri 25 manat olan kabel, 25 ədəd 2 düymə yarımlıq, 2,5 metr yarım uzunluğunda olan dəyəri 200 manat olan dəmir torba, 1 ədəd 7 metr uzunluğunda olan 4 düymə dəyəri 60 manat olan dəmir torba, 1 ədəd dəyəri 250 manat olan odun simovarı, 1 ədəd dəyəri 80 manat olan akumuliyator, 1 ədəd az işlənmiş dəyəri 60 manat olan statır, 1 ədəd az işlənmiş dəyəri 60 manat olan karibirator, 1 ədəd dəyəri 40 manat olan ütü, 1 ədəd dəyəri 40 manat olan dəmir sıxmaq üçün nəzərdə tutulmuş dəmir alət, 1 ədəd dəyəri 150 manat olan odun simovar və 2 ədəd hər birinin dəyəri 50 manat olan güldanın oğurlanmasını müəyyən etmişdir. İstintaq zamanı ümumi dəyəri 420 manat olan 1 ədəd soba, 1 ədəd drel, 1 ədəd qaşıq-çəngəl dəsdi, 1 ədəd maddona - servis qab dəsti Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri Koroğlu küçəsindəki 8 nömrəli evin həyətindən aşkar edilmiş və Təqsirləndirilən şəxs anası Şahid3 tərəfindən ona qaytarılmışdır. Qalan əşyaları isə qaytarılmamışdır. Oğurlanmış əşyaların dəyərindən 2.785 manatı ödənilməmişdir. Hazırda zərərin ödənilməsini tələb edir. Şahid Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 08.08.2021-ci il tarixdə Hacıqabul şəhəri Koroğlu küçəsi ev 8-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 08.08.2021-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd kağız kəsiyi təqdim edərək, içərsində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 1 ədəd kağız kəsiyi açıldıqda içərsində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 08.08.2021-ci il tarixdə Hacıqabul şəhəri Koroğlu küçəsi ilə Hacıqabul şəhər dairəsinə adlanan yerə az qalmış yolun kənarından tapmasını, özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinə oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Tural Namazov bu barədə protokol tərtib etmişdir. Onlar protokola imza etmişlər. Bundan sonra Hacıqabul RPŞ İB-nin müstəntiqi, polis baş leytenantı Faiq İmanov tərəfindən verilmiş əməliyyat tapşırığında Hacıqabul şəhəri Bakı küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşayan X2 Hacıqabul rayon PŞ-yə ərizə ilə müraciət edərək, Bakı şəhərində olduğu müddət ərzində ona məxsus evdən 1 ədəd drel, 1 ədəd maddona servis qab-qaçaq dəsdi, 1 ədəd qaşıq-bıçaq dəsdi və 1 ədəd sobanın naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar etdiyini və Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməkdə şübhəli olan şəxs(lər)in müəyyən edilərək istintaqa gətirilməsi barədə bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Hacıqabul şəhəri Koroğlu küçəsi 8-də yaşayan Şahid4 onlarla Hacıqabul şəhəri Koroğlu küçəsində görüşüb bildirmişdir ki, hal-hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan qardaşı Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə danışan zaman ona X3 məxsus fərdi yaşayış evindən oğurluq etməsini və oğurladığı əşyaları hal-hazırda anasının yaşadığı evdə saxlaması barədə onlara bildirmişdir. Bundan sonra həmin əşyalar götürülmüş və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. Digər əşyaları isə tapmaq mümkün olmamışdır, Təqsirləndirilən şəxs həmin əşyaları naməlum şəxslərə satdığı və pulunu öz ehtiyaclarına xərclədiyi müəyyən edilmişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul şəhəri Koroğlu küçəsi ev 8-də yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Süleyman onunla bir ünvanda yaşayır. Süleyman uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. O, bir ana kimi bir neçə dəfə ona öz iradını bildirsə də, Süleyman onun sözünü eşitməmişdir. 08.08.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Süleyman üzərində narkotik vasitə gəzdirdiyi üçün Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra oğlu Süleymanın Bakı şəhərində yerləşən istintaq təcridxanasında saxlanılmasını ona məlum olmuşdur. 02.09.2021-ci il tarixdə oğlu Şahid4 ona zəng vurub bildirmişdir ki, qardaşı Süleyman ona zəng vuraraq qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini və oğurladığı məişət əşyalarını həyətdə gizlətdiyini bildirmişdir. Bundan sonra Vüqar ona bildirmişdir ki, həyəti axtarıb həmin məişət əşyalarını ortaya çıxarsın ki, o gələndən sonra polisə məlumat versin. Bundan sonra o, həyəti axtarmağa başlamış və həyətdən Sülymanın Mirxalıqın evindən oğurladığı 1 ədəd drel, 1 ədəd soba, 1 ədəd maddona qab dəsdi və 1 ədəd qaşıq-çəngəl dəsdini tapıb həyətin ortasına yığmışdır ki, polislər gələndə görsünlər. Bundan sonra oğlu Şahid4 evə gəlmiş və bu olanlar barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polislər onun yaşadığı evə gəlmiş və onun həyətyani sahəsinə baxış və götürmə keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları həyətyani sahəyə baxmış və Süleymanin Mirxaliqin evindən oğurladığı məişət əşyalarını təqdim edib vermişdir. Polis əməkdaşları müvafiq sənədləşmə işləri apardıqdan sonra həmin məişət əşyalarını özləri ilə aparmışlar. Cinayət işində olan 08.08.2021-ci il tarixdə saat 14:20-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi aşkar edilmiş və baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 08.08.2021-ci il tarixli 18/851 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümündə təmiz çəkisi - 0,887 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.33-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli 9/6970 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 403,50 manat müəyyən edilir, ümumi dəyəri nəzəri qaydada təxminən 400,00 manat (40 ədəd x 10,0 manat) müəyyən edilir. (i.v.155-158) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23.09.2021-ci il tarixli 3584 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.165-166) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 10.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir, Qaradağ rayon Mməhkəməsinin 10.06.2010-cu il tarixli 1(002)- 140/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsaən 2700 manat cərimə cəzası təyin edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 16.01.2014-cü il tarixli 1(071)-138/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.1 maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Hacıqabul rayon Məhkəməsinin 06.02.2014-cü il tarixli 1(071)-22/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin 12.01.2017-ci il tarixli 7(057)-21/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nın 76-cı maddəsinə əsasən 11 ay 27 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib. Hacıqabul rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli 1(071)-36/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 7(007)-643/2020 nömrəli qərarı ilə 04 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 08.01.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. (iş v. 45-48, 74-76) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və maddi sübutlar, digər iş materialları ilə Təqsirləndirilən şəxs yaşayış evinə və mağazaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini, həmçinin satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,887 qram heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,837 qram çəkidə narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ümumi dəyəri 420 manat olan 1 ədəd soba, 1 ədəd drel, 1 ədəd qaşıq-çəngəl dəsdi, 1 ədəd maddona - servis qab dəstinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs dəymiş ziyan 2785 manat ödənilməmişdir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs dəymiş ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 99,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, Şirvan Regional Vəkil Bürosunun vəkil Nümayəndə məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat olmaqla, cəmi 330 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 08.08.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,837 qram çəkidə narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat olan 1 ədəd soba, 1 ədəd drel, 1 ədəd qaşıqçəngəl dəsdi, 1 ədəd maddona - servis qab dəstinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 99,74 (doxsan doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Şirvan Regional Vəkil Bürosunun vəkil Nümayəndə məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-146/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-146/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver