Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-146/2025 29.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, özgəsinə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 oktyabr 2025-ci il tarixdə saat 03 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata minik” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinə gedən yolun kənarına gəlib aralarında olan razılaşmaya uyğun olaraq o, idarə etdiyi avtomobildə kənar şəxslər gəldiyi halda Neymət Nəsibova xəbər vermək məqsədi ilə gözləmiş, Neymət Nəsibov isə həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə darvazanın qapısını açmaqla daxil olaraq həyətyanı sahədə yerləşən tövlənin qarşısında dəmir materialdan hazırlanmış çəpərlə əhatələnmiş saxlanc yerinə bağlanmış qapını açmaqla qanunsuz olaraq daxil olub, Zərərçəkmiş şəxs məxsus hər biri 400 (dörd yüz) manat olmaqla 5200 (beş min iki yüz) manat dəyərində 13 baş dişi cinsindən, ağ rəngli, 01 yaşlı, diri çəkisi təxmini 45 kiloqram olan xırda buynuzlu heyvanları (qoyunları) və 400 (dörd yüz) manat dəyərində 01 baş, dişi cinsindən, qara rəngli, 01 yaşlı, diri çəkisi təxmini 25 kiloqram olan xırda buynuzlu heyvanı (qoyunu) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 14 baş xırda buynuzlu heyvanları (qoyunları) birlikdə avtomobilin arxa sərnişin və yük yerlərinə yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus cəmi 5600 (beş min altı yüz) manat dəyərində yuxarıda göstərilən xeyli miqdarda əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 2 ünvanında yaşayır. Onun Şamaxı rayonu Kürdəmic kəndində fərdi təsərrüfatı var və həmin təsərrüfatda iri, xırdabuynuzlu heyvanlar saxlayır. Bakı şəhərində yaşadığı üçün arabir həmin təsərrüfata baş çəkir. X2 təxminən 1 aya yaxındır ki, tanıyır aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Neymət Nəsibov hazırda cəzaçəkmə müəssisəsində olan qardaşı ilə birlikdə cəza çəkib çıxdığı üçün cəzaçəkmə müəssəsindən çıxdıqdan sonra onun yanına gələrək ondan iş tapmasını xahiş etmişdir. O, Neymətə kömək etmək məqsədi ilə bir neçə yerlə əlaqə saxlayaraq iş axtarmış, lakin Neymət əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə məhkum olunduğu üçün heç bir yerdə iş tapa bilməmişdir. 23 oktyabr 2025-ci il tarixdə təxminən saat 16 radələrində Neymət ona mobil telefon vasitəsilə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, Neymətlə Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında görüşmüşdür. Neymətlə çay içib söhbət etdikdən sonra o, N.Nəsibova Göyçay rayonuna getməli olduğunu bildirib əyləşdikləri yeri tərk edən zaman Neymət heç işlə məşğul olmadığını, onunla Göyçay rayonuna gəedərək ona yol-yoldaşı ola biləcəyini bildirmişdir. O, bununla razılaşmış və birlikdə etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonuna doğru hərəkət etməyə başlamışdır. Həmin gün təxminən 18 radələrində Hacıqabul rayonu ərazisində yerləşən stansionar postu keçdikdən bir qədər sonra yəni Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisində olan zaman yolun kənarı ilə xırdabuynuzlu heyvan sürüsünün getdiyini görmüşlər. O, yoluna davam edib Qədir-Xum adlanan restoranın yerləşdiyi yerə doğru avtomobili idarə etmişdir. Xırdabuynuzlu heyvanları gördükdən sonra Neymət ona bildirmişdir ki, həmin xırdabuynuzlu heyvanlardan oğurlamaq istəyir. O, əvvəlcə razı olmamış Neymət onun yol kənarında dayanaraq gəlib-gedənlərə nəzarət etməsini bütün işi özünün görəcəyini bildirməsindən sonra razılaşmışdır. Lakin, Neymətlə heyvanları satıb hansı formada bölüşmək barədə razılaşmamışlar. Qədir-Xum adlanan restoranın qarşısından avtomobillə geriyə qayıdıb Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən Fədək adlanan restoranın qarşısına gəlmişlər. Həmin yerə gəlməkdə məqsədləri xırdabuynuzlu heyvanların hansı istiqamətə getməsini müəyyən etmək olmuşdur. Sonra avtomobildən düşüb piyada şəklində xırdabuynuzlu heyvanların getdiyi istiqamətə getmişlər və Neymət həmin heyvanların hansı istiqamətə getdiyini müəyyən etdikdən sonra avtomobilin olduğu yerə geri qayıtmışlar. Neymət ona gecə saat 02-03 radələrində oğurluq etməyə gedəcəyini bildirmişdir. Bir neçə saat həmin ərazidə yerləşən restoran və çayxanalarda vaxt keçirdikdən sonra idarə etdiyi avtomobillə 24 oktyabr 2025-ci il tarixdə saat 03 radələrində Neyməti xırdabuynuzlu heyvanların fərdi yaşayış evinə getdiyi hissədə yolun kənarında düşürmüşdür. Neymət üzərində olan tibbi maskanı taxıb yolun kənarından tapdığı plastik borunu götürərək oğurluq edəcəyi fərdi yaşayış evinə doğru piyada şəklində hərəkət edərək getmişdir. O, isə avtomobillə həmin yerə yaxın hissədə hərəkət etməyə başlamış və ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra təkrar Qədir-Xum adlanan restoranın qarşısına gedib bir qədər həmin hissədə gözlədikdən sonra təxminən saat 04 radələrində Neyməti düşürdüyü yerə gəlmişdir. Bir qədər irəlidə Neymətin ona əvvəldən dayanmağı tapşırdığı yerdə dayanıb Neyməti gözləməyə başlamışdır. Həmin vaxt Neymətin əlində olan plastik borudan istifadə edərək xırdabuynuzlu heyvanları yolun kənarına gətirdiyini görmüşdür. Bundan sonra hər ikisi köməkləşərək xırdabuynuzlu heyvanları avtomobilin arxa oturacaq və baqaj hissəsinə yerləşdirmişlər. Həmin vaxt xırdabuynuzlu heyvanları saydıqda 14 baş olmasını müəyyən etmişlər. Həmin heyvanlardan 01 başı qara rəngli, qalanları isə ağ rəngli olmuşdur. Avtomobili Şamaxı rayonu istiqamətinə tərəf hərəkət etdirmişdir. Yolda hərəkətdə olduqları zaman avtomobili dayandıraraq heyvanların ölməməsi üçün arabir avtomobilin baqaj hissəsini açıb 2-3 dəqiqə gözlədikdən sonra yollarına davam etmişlər. Növbəti dəfə avtomobili saxlayaraq avtomobilin yük yerinə baxarkən 03 baş ağ rəngli xırdabuynuzlu heyvanların öldüyünü görmüşdür. Həmin heyvanları yol kənarına qoyduqdan sonra yollarına davam etmişlər. Təxminən saat 06 radələrində Şamaxı rayona gəlib çatmışlar. Oğurladıqları xırdabuynuzlu heyvanları Şamaxı rayonu Kürdəmic kəndində atasının yaşadığı fərdi yaşayış evinə aparmışlar. Oğurladıqları heyvanları öz xırdabuynuzlu heyvanlarından ayrı hissəyə salmışlar. Bir neçə gündən sonra Hacıqabul RPŞ-nin əməkdaşlarının Şamaxı rayonunda onu soraqlamasını öyrəndikdən sonra Hacıqabul RPŞ-nə gələrək törətdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş şəxs əvvəldən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmişə məxsus Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə o, daxil olmamış, oğurluq baş verən fərdi yaşayış evinin həyətinə Neymət daxil olmuş o, isə yolun kənarında gəlibgedənlərə nəzarət etmiş və heyvanları oğurladıqdan sonra avtomobilə birlikdə yükləmişlər. Heyvanların oğurluq olması barədə heç kimə, o cümlədən ailə üzvlərinə məlumat verməmiş, sadəcə olaraq atası Şahid yalan olaraq bildirmişdir ki, həmin heyvanları almışlar. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını, əvvəllər məhkum olunmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Özünə məxsus olan 30 baş iribuynuzlu və 70 baş xırdabuynuzlu heyvanlardan ibarət fərdi təsərrüfatı vardır. Həmin heyvanları yaşadığı evin həyətyanı sahəsində olan tövlədə və tövlənin qarşısında olan çardağın altındakı tordan hazırladığı saxlanc yerində saxlayır. Adətən iribuynuzlu heyvanları tövlədə, xırdabuynuzlu heyvanları isə tordan hazırladığı yerdə saxlayır. Qış fəsli olduğu üçün heyvanları yaşadığı evin arxa hissəsində yerləşən örüş sahəsində otladır. Heyvanlarını həmin sahəyə tövlənin yerləşdiyi yerdən dəmir yol xəttinin olduğu hissəyə tərəf açılan qapıdan aparır. 23 oktyabr 2025-ci il tarixdə təxminən saat 18 radələrində heyvanlarını otardıqdan sonra həyətyanı sahədə yerləşən tövləyə iribuynuzlu, tordan hazırladığı saxlanc yerinə isə xırdabuynuzlu heyvanlarını salıb yemlərini verdikdən sonra qapılarını kilidləyib evinə getmişdir. Bundan sonra 1-2 dəfə saat təxminən 22-23 radələri arasında tövlədə və tövlənin qarşısındakı saxlanc yerində olan heyvanlara baş çəkmişdir. 24 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində heyvanları otlamaları üçün sahəyə aparmaq məqsədi ilə tövlənin qarşısına getmişdir. Həmin vaxt tövlənin ümumi otlaq sahəsinə tərəf olan qapısının açıq olduğunu görmüşdür. Dərhal tövlənin qarşısına gəlmiş və tordan hazırlanmış saxlanc yerində olan xırdabuynuzlu heyvanlarından bir neçəsinin olmadığını görmüşdür. Heyvanları sayan zaman 8 baş xırdabuynuzlu heyvanların oğurlandığını aşkar etmiş və bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları oğurluq baş verən yaşadığı evə baxış keçirib müvafiq sənədləşmə aparmışlar. Polis əməkdaşları getdikdən sonra tövlənin qarşısına quraşdırdığı kameraya təkrar baxan zaman görmüşdür ki, 23 oktyabr 2025-ci il tarixdə saat 03 radələrində orta yaşlı üzündə tibbi maska olan tanımadığı şəxs əlində olan ağac parçası ilə arxa qapıdan həyətə daxil olur və tövlənin qarşısındakı xırdabuynuzlu heyvanları saxladığı saxlanc yerinə girərək, 14 baş xırdabuynuzlu heyvanlarını oğurlayaraq yaşadığı evin arxa hissəsindən keçən dəmir yol xəttinə tərəf aparır və həmin hissədən gözdən itir. O, əvvəlcə 8 baş xırdabuynuzlu heyvanlarının oğurlandığını zənn etmiş, daha sonra müşahidə kamerasına təkrar baxdıqda həmin şəxsin saxlanc yerindən 14 baş xırdabuynuzlu heyvanları oğurladığını görmüşdür. Həmin heyvanlardan hamısı dişi cinsli olmuşdur. Bundan başqa 1 baş xırdabuynuzlu heyvanın rəngi qara, 13 baş xırdabuynuzlu heyvanların rəngləri ağ olmuşdur. 01 baş qara rəngli xırdabuynuzlu heyvanı 1 illik, çəkisi isə 25 kiloqram, 13 baş ağ rəngli xırdabuynuzlu heyvanların hər biri 1 illik olmaqla, çəkiləri 45 kiloqram olmuşdur. 13 baş ağ rəngli heyvanların hər birinin qiyməti 400 manatdır. 01 baş qara rəngli xırdabuynuzlu heyvanı qara rəngli olduğu üçün çəkisi az olmasına baxmayaraq rənginə görə 400 manat dəyərindədir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5600 manat maddi ziyan dəymişdir. Onun və ya ailə üzvlərinin heç kimlə düşmənçiliyi və ya ədavəti olmamışdır. Sonradan ona məlum olmuşdur ki, kamerada görüntüsü görsənən şəxs X3r. Cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs isə həmin vaxt həyətyanı sahədən kənarda gələn şəxslər barəsində məlumat vermək üçün gözləmişdir. Zərərçəkmiş şəxsin sözlərinə görə ona məxsus həyətyanı sahədən 2025-ci ilin fevral ayı ərzində 20 baş xırdabuynuzlu heyvan oğurlanmışdır. O, belə hesab edir ki, həmin 20 baş xırdabuynuzlu heyvanı da, X4 və Təqsirləndirilən şəxs oğurlamışlar. Bu hadisə ilə əlaqədar o, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət məktubu ilə müraciət etmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi ziyanın ödənildiyini, hazırki cinayət işi üzrə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, lakin təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, Şamaxı rayonu Kürdəmiç kəndində iri və xırdabuynuzlu heyvanlar saxlamaqla fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs onun oğludur, X2 isə əvvəldən tanımamışdır. İri və xırdabuynuzlu heyvanlarını Şamaxı rayonu Kürdəmiç kəndində özünə məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlədə saxlayır. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamış, tez-tez yaşadığı Kürdəmiç kəndinə gəlib ona və anasına baş çəkmiş və saxladıqları iri, xırabuynuzlu heyvanlara qulluq edib təkrar Bakı şəhərinə qayıtmışdır. 24 oktyabr 2025-ci il tarixdə saat təxminən 06 radələrində oğlu Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Hyundai Sonata” minik markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu Kürdəmiç kəndində yaşadığı evə gəlmişdir. Həmin vaxt Sərxanın idarə etdiyi avtomobildə Neymət Nəsibovun olduğunu görmüşdür. O, Sərxandan Neymətin kim olduğunu soruşduqda yaxın dostunun tanışı olduğunu bildirmişdir. Daha sonra Sərxan Neymətlə birlikdə idarə etdiyi avtomobilin salon və baqaj hissəsindən 11 baş xırdabuynuzlu heyvanları yerə endirərək evin həyətində xırdabuynuzlu heyvanları saxladıqları hissəyə tərəf aparıb avtomobildən düşürdükləri heyvanları özlərinə məxsus olan heyvanlardan ayrı hissəyə salmışlar. O, Sərxandan həmin heyvanların kimə məxsus olduğunu soruşduqda ona həmin heyvanları aldığını bildirmişdir. O, Sərxanın dediklərinə inanmış və heç bir söz deməmişdir. Bir müddət heyvanlar yaşadığı evin həyətində qalmışdır. Sərxanın polis əməkdaşları tərəfindən axtarıldığını öyrəndikdən sonra 11 baş xırdabuynuzlu heyvanların oğurluq olmasını polis əməkdaşlarından öyrənmişdir. Həmin heyvanlardan 01 başı qara rəngli diri çəkisi təxminən 25 kiloqrama yaxın, qalan 10 başı isə ağ rəngli, diri çəkiləri isə təxminən 45 kiloqrama yaxın və hər biri dişi cinsli olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Təqdim edilmiş fotogörüntüdən görünür ki, fotoşəkildə üzündə tibbi maska, sol əlində ağ rəngli boruya oxşar əşya tutan şəxsin foto görüntüsü var. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyası verilmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 baş ağrəngli və 01 baş qara rəngli xırdabuynuzlu heyvanları təhvil vermişdir. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2025-ci il saat 17:45-dən olmaqla, saat 18:40-da Hacıqabul RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Cənub Qiymətəndirici MMC”dən daxil olmuş **-PH-***5 saylı “Daşınar əşyaların qiymətləndirmə hesabatından” görünür ki, oğurlanmış xırdabuynuzlu heyvanların ümumi qiyməti 4780 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 118 saylı MKİS-nin nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında himayəsində xəstə olan valideynləri – Şahid Əlmirzə oğlu və X1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onunla barışmış və təqsirləndirilən şəxsən heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 illik diri çəkisi 25 kq olan dişi cinsli 01 baş qara rəngli xırdabuynuzlu heyvan, hər biri 01 illik olmaqla diri çəkiləri 45 kq olan dişi cinsli 10 baş qara rəngli xırdabuynuzlu heyvanlar maddi sübut kimi tanınmaqla zərərçəkmiş şəxsə qaytarılmış, 2 ədəd DVD disk sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Hacıqabul rayon məhkəməsinin 1(071)-146/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 10 və 11-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə, (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 19 və 20-ci bəndlərinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olumamasını cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı göründüyünü, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs və ev dustalığı qətimkan tədbiri seçilmişdir (ümumilikdə 3 ay). Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və qətimkan tədbiri qismində həbsdə, habelə ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat pul Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri təyin edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 11 baş xırda buynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 275 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin seçildiyi 02 ay 28 gün müddət olmaqla, ümumilikdə 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 11 baş xırda buynuzlu heyvanların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın və iki ədəd CD formalı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat (yüz əlli manat) pul Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin (büdcə təsnifatının kodu: Bank Respublika Lənkəran filialı Kod 504357, VÖEN **********, Müxbir hesab AZ80NABZ********************, SWİFT BİK: BRESAZ22, İBAN AZ11BRES********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ********************, VÖEN **********). Hökmdən, hökm elan edildiyi gündən 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-146/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-146/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver