Məhkəmə qərarları › İş №1(071)-150/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-150/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-150/2025 12.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs3 buna səlahiyyəti və imkanları olmadığı halda Albaniya Respublikasında işə düzəldəcəyinə vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə 12 iyun 2024cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Bolluq YYM-i, Bakıxanov küçəsi, nömrəsiz fərdi yaşayış evində ona məxsus 4098 5844 9677 1336 nömrəli “Leobank” bank kartı hesabına köçürdüyü 1400 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs3 1400 manat məbləğində pulunu ələ keçirib öz ehtiyacı üçün xərcləməklə sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs1 buna səlahiyyəti və imkanları olmadığı halda Bolqarıstan Respublikasında işə düzəldəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ünvan 2 ünvanında istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsi ilə ona məxsus 4098 5844 5096 9082 “Leobank” bank kartı hesabına xx.xx.2024cü il tarixdə 1000 manat, xx.xx.2024-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 370 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, ümumilikdə 1490 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən Zərərçəkmiş şəxs1 ümumilikdə 1490 manat aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyacları üçün xərcləməklə sonuncuya maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 buna səlahiyyəti və imkanları olmadığı halda ölkə xaricində işlə təmin edəcəyi barədə yalan vəd verməklə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış və özünə məxsus 4098 5844 5096 9082 nömrəli “Leobank” kart hesabına xx.xx.2024-cü il tarixdə 58 manat, xx.xx.2024-cü il tarixdə 280 manat, xx.xx.2024-cü il tarixdə 340 və 170 manat, xx.xx.2024-cü il tarixdə 170 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 37 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 40 manat, xx.xx.2025-ci il tarixdə 20 manat və xx.xx.2025-ci il tarixdə 20 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla vahid niyyətlə, ümumilikdə 1535 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirib öz ehtiyacları üçün xərcləməklə sonuncuya maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs2 buna səlahiyyəti və imkanları olmadığı halda Monteneqro dövlətində işə düzəldəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özünə məxsus 4098 5844 5096 9082 nömrəli “Leobank” bank kartı hesabına 07 mart 2025-ci il tarixdə saat 07:03-də 180 manat, daha sonra 10 mart 2025-ci il tarixdə saat 16:21-də 250 manat, 18 mart 2025-ci il tarixdə saat 20:28-də 70 manat, təqribən 25 mart 2025-ci il tarixdə 800 manat pul vəsaitinin köçürülməsinə nail olaraq 1300 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manat məbləğində aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyacları üçün xərcləməklə sonuncuya maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, heç vaxt ailə qurmamışdır. Fərdi qaydada qapı ustası kimi fəaliyyət göstərmişdir. 11 aprel 2024-cü il tarixdə Albaniya Respublikasına gedərək orada qapı fabrikində usta kimi çalışmışdır. Bir müddət Albaniya Respublikasında yaşayıb işlədikdən sonra anası xəstə olduğu üçün 28 avqust 2024-cü il tarixdə ölkəyə qayıtmışdır. Ölkəyə qayıdandan sonra metronun “28 May” stansiyasının yaxınlığındakı “Əbu Bəkir” məscidində namaz qılıb ibadətlə məşğul olmuşdur. Həmin məsciddə namaz qılıb ibadət edənlərin “WhatsApp” qrupu olmuş, həmin qrupa Bolqarıstan Respublikasında neft şirkətində işləmək üçün işçilər axtarıldığını yazmışdır. Həmin qrupda olan Zərərçəkmiş şəxs1 ona cavab yazaraq orada işləmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Bolqarıstan Respublikasında işə düzəlməsi üçün 2000 manat pul lazım olacağını bildirdikdə Zərərçəkmiş şəxs1 razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 26 noyabr 2024-cü il tarixdə 4098 5844 5096 9082 nömrəli “Leobank” bank kartı hesabına 1000 manat, 29 noyabr 2024-cü il tarixdə 120 manat, 24 yanvar 2025-ci il tarixdə 370 manat, ümumilikdə 1490 manat pul göndərmişdir. Həmin pulun hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün heç bir görməmiş, o, pulunu tələb etdikdə isə pulu olmadığı üçün qaytara bilməmişdir. Bundan başqa, onun tanışı Ruslan ona Mirceyhun adlı tanışının olduğunu və ölkə xaricində işləmək istədiyini bildirmişdir. O da Ruslana bildirmişdir ki, köməklik edə bilər. Belə ki, Ruslan onu Mirceyhunla tanış etmiş və o, Mirceyhunla əlaqə saxlamışdır. Mirceyhun da öz növbəsində Albaniyaya işləmək üçün getməyə razılaşmış və o, Mirceyhuna işin düzəlməsi üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Mirceyhun 1400 manat pulu əvvəlcədən, 100 manat pulu isə iş düzələndən sonra verməyə razılaşmışdır. 12 iyun 2024-cü il tarixdə Mirceyhun 4098 5844 9677 1336 nömrəli “Leobank” bank kartı hesabına 1400 manat pul göndərmişdir. Bir qədər keçəndən sonra Mirceyhuna sertifkat göndərmiş, işinin həll olduğunu, on günə Albaniya Respublikasına gedəcəyini desə də, onun işə düzəlməsi üçün heç bir hərəkət etməmişdir. Mirceyhun pulunu tələb etdikdə pulunu qaytaracağına söz verib 150 manat və 50 manat pulunu olmaqla, ümumilikdə 200 manat pul qaytarmış, qalan 1200 manat pulunu isə qaytara bilməmişdir. Bundan başqa, məsciddə namaz qılarkən tanış olduğu Zərərçəkmiş şəxs4 aldatmışdır. Belə ki, Zərərçəkmiş şəxs4 onunla “Whatsapp” üzərindən əlaqə saxlayaraq ölkə xaricində işləmək istədiyini və iş axtardığını bildirmişdir. O da cavabında Azərdən Albaniya Respublikasında sürücü kimi işə düzəlməsi üçün 2000 manat pul istəmiş, Zərərçəkmiş şəxs4 da razılaşaraq kart hesabına hissə-hissə olmaqla 1535 manat pul köçürmüşdür. O, həmin pulun hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 11 aprel 2024-cü il tarixdə maddi durumu zəif olduğundan, Bakı şəhərində iş tapa bilmədiyi üçün Albaniya ölkəsinin Elbasan şəhərinə getmişdir. O, həmin ölkəyə “Era Turkey” şirkəti ilə əlaqə saxlayaraq getmişdir. Oraya getdikdən sonra onların vəd etdiyi kimi “Corel Company” şirkətində dülgər vəzifəsində çalışmışdır. İşdən əlavə olaraq ona qalmaq üçün yer və yemək də vermişlər. O, 03 avqust 2024-cü il tarixə qədər orada işlədikdən sonra məzuniyyətə çıxaraq Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə gəldikdən sonra anası Hökümə İslamovanın sağlamlıq durumu ilə bir daha ora qayıtmamışdır. O, “Whatsapp” ani mesajlaşma sistemində iş tapmaq üçün qruplara qoşulmuşdur. İş qrupunda olan zaman təqribən 2025-ci ilin fevral ayının sonlarına yaxın Hacıqabul rayon sakini Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Nahidlə bir müddət danışdıqdan sonra ona Monteneqro şəhərinə işə düzəlməklə bağlı təklif etmişdir. O, düşünüb cavab verəcəyini bildirmişdir. Bundan sonra o, əlaqə saxlamış və işə düzəlmək istədiyini bildirmişdir. Ona işə düzəlməyi müqabilində 1000 manat xərcinin çıxacağını və əlavə olaraqda bileti özünün alacağını bildirmişdir. O, maddi durumunun zəif olmasını və pulun çox olduğunu bildirmişdir. Ona əgər pulu verməsə, işin düzəlməyəcəyini bildirmişdir. Nahid bundan sonra ondan vaxt istəyərək pulu borc alıb qısa zamanda atacağını bildirmişdir. Ona özünə məxsus “Leobank” aid 4098 5844 5096 9082 rəqəmli plastik kart hesabını mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi ilə göndərmiş, pulu bura atmasını bildirmişdir. O, ilk dəfə 07 mart 2025-ci il tarixdə saat 07:03-də 180 manat, daha sonra 10 mart 2025-ci il tarixdə saat 16:21-də 250 manat, 18 mart 2025-ci il tarixdə saat 20:28-də 70 manat, təqribən 25 mart 2025-ci il tarixdə 800 manat vəsaitini göndərmişdir. Bundan sonra o, Nahidə guya ki, ölkə xaricinə getməsi üçün biletinin hazır olduğunu bildirmişdir. 21 aprel 2025-ci il tarixdə saat 09 radələrində Nahid Bakı hava limanına yaxınlaşdıqda, biletinin olmamasını və biletin bron olmasını bildirmişlər. Həmin gün Nahid onunla əlaqə saxlamış, biletin olmamasını və şikayət edəcəyini bildirmişdir. O, bundan sonra Ülvi ilə də nə qədər əlaqə saxlasa da, onunla danışa bilməmişdir. Bundan sonra Nahidə yığaraq pulu özü qaytaracağını bildirmiş və ondan vaxt istəmişdir. Bir müddət sonra o, yenidən yığmış və pulu artıq şəxsi ehtiyacları üçün xərclədiyinə görə qaytara bilməyəcəyini bildirmişdir. Bundan sonra ona Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları zəng etmiş və Nahidin şikayət etdiyini bildirmişdir. Hazırda bütün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla arasında barışıq əldə edilmişdir. Buna baxmayaraq, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməyə maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs son sözündə hazırda təqsirini etiraf etdiyini, özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsini və barışıq əldə olunmasını, əvvəllər məhkum olmamasının nəzərə alınaraq barəsində yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, “Whatsapp” ani mesajlaşma tətbiqində olan işə düzəltmə qrupunda Bolqarıstan Respublikasında işlə təmin etməklə bağlı paylaşımı görüb elanı qoymuş Turalla əlaqə saxlayıb işə düzəlmə ilə bağlı zəng etdiyini dedikdə Tural görüşməyi təklif etmiş, 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Turalla görüşmüşlər. Tural üç ay ərzində onu Bolqarıstana göndərəcəyini, orada sürücü vəzifəsində çalışacağını, bunun qarşılığında 2000 manat pul, 1000 manat ilkin ödəniş edəcəyi, iş düzəldikdən sonra isə qalan 1000 manatı verəcəyini demişdir. Turala birdəfəyə 1000 manat verə bilməyəcəyini, hissə-hissə verə biləcəyini dedikdə Tural razılaşmış, bundan bir neçə gün sonra 02 noyabr 2024-cü il tarixdə Turalın verdiyi 4098 5844 5096 9082 nömrəli “Leobank” kart hesabına 58 manat, daha sonra hissə-hissə olmaqla, 03 noyabr 2024-cü il tarixdə 280 manat, 04 noyabr 2024-cü il tarixdə 340 və 170 manat, 05 noyabr 2024-cü il tarixdə 170 manat, 07 noyabr 2024-cü il tarixdə 100 manat, 21 noyabr 2024-cü il tarixdə 37 manat, 14 yanvar 2025-ci il tarixdə 100 manat, 16 yanvar 2025-ci il tarixdə 50 manat, 17 yanvar 2025-ci il tarixdə 50 manat, 24 yanvar 2025-ci il tarixdə 50 manat, 26 yanvar 2025-ci il tarixdə 40 manat, 27 yanvar 2025-ci il tarixdə 20 manat, 15 fevral 2025-ci il tarixdə 20 manat pulu Turalın verdiyi eyni karta göndərmişdir. İlkin olaraq 1000 manat verəcəyi barədə razılaşsalar da, Tural sənədlərdə müəyyən ödənişlər olacağını deyərək əlavə olaraq 535 manat pulunu da almışdır, dörd ay ərzində Tural gözləməsini deyib yalan vədlər vermiş, işə düzəlməyi ilə bağlı heç bir iş görməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsdən hər hansı tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2024cü ilin may ayında iş yoldaşı Ruslanla Albaniya Respublikasında işləmək barədə söhbət edərkən Ruslan Tural adlı şəxsin onu Albaniyada işə düzəldə biləcəyini, bunun üçün müvafiq sertifaktın düzəldilməsi mərhələsində olduğunu dedikdə Ruslana Albaniya Respublikasında işləmək istədiyini bildirmişdir. 2024-cü ilin iyun ayında Ruslan Turalla danışmış, Tural onu da Albaniya Respublikasında işə düzəldə biləcəyini demiş, Ruslanın vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Ruslanın Turala 1400 manat pul verdiyini bilmiş, Tural Albaniya Respublikasında işləməsi üçün müvafiq sertifkatın lazım olduğunu, sertifkat hazırlanması üçün 1500 manat pul lazım olduğunu demişdir. Turala 1400 manat pul vermiş, iş düzələndən sonra isə 100 manat verəcəyinə razılaşmışlar. 12 iyun 2024-cü il tarixdə saat 11:30 radələrində yaşadığı Xəzər rayonu, Binəqədi qəsəbəsi, Binə-Bolluq YYM-də, Bakıxanov küçəsindəki nömrəsiz fərdi yaşayış evində olarkən mobil tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs 4098 5844 9677 1336 nömrəli “Leobank” bank kartı hesabına 1400 manat pul göndərmişdir. Bir qədər keçəndən sonra Təqsirləndirilən şəxs ona sertfikat göndərmiş, işinin həll olduğunu, on günə Albaniya Respublikasına gedəcəyini demişdir. X9 vədinə əməl etməmiş, onu işə düzəltməmişdir. Tural İsmayılovdan pulunu tələb etdikdə pulunu qaytaracağına söz verib 150 manat və 50 manat pulunu qaytarsa da, qalan 1200 manat pulunu isə qaytarmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsdən hər hansı tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs metronun “28 May” stansiyası yaxınlığında yerləşən “Əbu Bəkr” məscidinə gedib-gələrkən tanımışdır. Həmin məsciddə söhbət zamanı Tural Bolqarstan Respublikasında iş olduğunu, həmin işə düzəlmək üçün 2000 manat pul lazım olduğunu demiş, Turala həmin işə getmək istədiyini bildirmişdir. Bundan sonra Turalın göndərdiyi bank kartı hesabına pul göndərməyə başlamış, yaşadığı ünvan 2 ünvandan istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs 4098 5844 5096 9082 nömrəli “Leobank” bank kartı hesabına 26 noyabr 2024-cü il tarixdə 1000 manat, 29 noyabr 2024cü il tarixdə 120 manat, 24 yanvar 2024-cü il tarixdə 370 manat, ümumilikdə 1490 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs həmin pulları guya sertifikat hazırlamaq üçün və digər xərclər üçün istifadə etdiyini demişdir. Sonradan Təqsirləndirilən şəxs zəng edib işinin nə vaxt düzələcəyini soruşduqda isə o, “narahat olma, qısa müddətə həllini tapacaq” cavabını vermişdir. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb “102” xidmətinə zəng vurub məlumat vermişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 1490 manat ziyan vurmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsdən hər hansı tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Güzdək qəsəbəsində yerləşən kərpic zavodunda işləyir. Aylıq olaraq 1500 manat əmək haqqı alır. Bildirmişdir ki, təqribən 2025-ci ilin fevral ayının sonlarına yaxın işsiz olduğundan, maddi durumu zəif olduğundan öz nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemində iş elan qrupuna girmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla bir müddət söhbət etdikdən sonra, o pul müqabilində Monteneqro şəhərində işə düzəldə biləcəyi barədə təklif etmişdir. Ona maddi durumunun zəif olmasını və işə düzəlmək üçün pul verməyə gücünün olmadığını bildirmişdir. O, Nahidə işin düzəlməsi üçün 1300 manat pul verməli olduğunu bildirmişdir. Ondan bunun üçün zaman istəmişdir. O, yaxınlarından borc alaraq 1300 manat pul düzəltmişdir. Təqsirləndirilən şəxs hal-hazırda xatırlamadığı mobil nömrəsi ilə əlaqə saxlayaraq, ona prosedurun necə olacağını soruşmuşdur. O, ilk öncə bileti özlərinin alacağını və sonda Monteneqro şəhərinə gedəndə qalmaq üçün yeri və yeməyidə özləri təmin edəcəyini bildirmişdir. O, Turalın bu sözlərinə inanaraq ona pulu atmağı üçün kart göndərməsini bildirmişdir. O, “Whatsapp” ani mesajlaşma sistemi ilə özünə məxsus “Leobank” aid 4098 5844 5096 9082 rəqəmli plastik kart hesabını göndərmişdir. O, bundan sonra ilk dəfə 07 mart 2025-ci il tarixdə saat 07:03-də 180 manat, daha sonra 10 mart 2025-ci il tarixdə saat 16:21-də 250 manat, 18 mart 2025-ci il tarixdə saat 20:28-də 70 manat, təqribən 25 mart 2025-ci il tarixdə 800 manat pul vəsaitini göndərmişdir. Bundan sonra onunla daimi əlaqə saxlamağa başlamış və nə zaman gedəcəyini soruşmuşdur. O, qısa zaman ərzində gedəcəyini bildirmişdir. Bir müddət sonra Tural onun mobil nömrəsinə yığmış, 21 aprel 2025-ci il tarixdə saat 09 radələrində Bakıdakı hava limanında olmağını bildirmişdir. O, həmin gün hava limanına getmiş, lakin ona qeydiyyat hissəsində biletinin olmamasını bildirmişdirlər. O, dərhal Turalın mobil nömrəsinə zəng etmişdir. Tural telefonu açmamışdır. Artıq Turalın onu aldatdığını düşünmüşdür. Bir daha ona zəng edəndə o, zəngi açmış və özünündə aldadıldığını bildirmişdir. O, onun yalanlarına inanmayaraq ondan şikayət edəcəyini bildirmişdir. O, şikayət edəcəyini eşitdikdən sonra pulu qaytarmaq üçün zaman istəmişdir. O, pulunu qaytarması üçün ona zaman vermişdir. Lakin onu hər dəfə yığanda müxtəlif yalanlar deyərək pulu qaytaracağını bildirmişdir. Artıq bu məsələnin üstündən 3 ay keçdikdən sonra o, Turalın pulu qaytarmayacağını görmüşdür. Buna görə də, Hacıqabul Rayon Polis Şöbəsinə getmiş və Təqsirləndirilən şəxs şikayət ərizəsi yazmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsdən hər hansı tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsləri ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 noyabr 2025-ci il tarixli Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Camaləddin Rzayev tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Monteneqro dövlətinə işə düzəltmək adı ilə aldadaraq 1300 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, Hacıqabul RPŞ-nin növbətçisi Sadiq Kərimov tərəfindən tərtib edilmiş sənəddə Zərərçəkmiş şəxs2 “102” xidmətinə zəng edərək Təqsirləndirilən şəxs adlı şəxsə xarici ölkədə işlə təmin olunması üçün mobil tətbiq vasitəsilə 1300 manat pul göndərdiyini və aldanıldığını bildirməsi rəsmi qeydiyyata alınmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli “müraciətin araşdırılması barədə” qərarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 müraciəti əvvəlcə Abşeron RPİdə qeydə alınmış, lakin hadisənin baş verdiyi ərazi üzrə (Hacıqabul rayonu) araşdırılması məqsədilə materiallar Azərbaycan Respublikası CPM-nin 148-ci maddəsinə əsasən aidiyyəti üzrə Hacıqabul RPŞ-yə göndərilmişdir. Abşeron RPİ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, zərərçəkmiş Xəlilov X5 şəhərində olduğu vaxt müraciət edərək, 2025-ci ilin mart ayında “WhatsApp” qrupunda tanış olduğu Təqsirləndirilən şəxs verdiyi bank kartına ümumilikdə 1300 manat pul köçürdüyünü, lakin şəxsin vədinə əməl etmədiyini və onu blokladığını bildirmişdir. Ödəniş qəbzlərindən, terminal çeklərindən və elektron çıxarışlardan müəyyən edilir ki, zərərçəkmiş tərəfindən Təqsirləndirilən şəxs adına olan 4098 5844 5096 9082 nömrəli bank kartına aşağıdakı ödənişlər edilmişdir: 07 mart 2025-ci il, saat 07:03-də: 180.00 AZN (Mobil tətbiq vasitəsilə köçürmə); 10 mart 2025-ci il, saat 16:21-də: 250.00 AZN (Hacıqabul r., Atbulaq k., “Təbriz Market”də yerləşən 4292 nömrəli MPAY terminalı vasitəsilə, Əməliyyat №: **********); 18 mart 2025-ci il, saat 20:28-də: 70.00 AZN (Hacıqabul r., Atbulaq k., “Təbriz Market”, MPAY terminalı vasitəsilə, Əməliyyat №: **********). Eyni zamanda materiala əlavə edilmiş qəbzlərdən görünür ki, 02 noyabr 2024cü il tarixdə 58 manat, 03 noyabr 2024-cü il tarixdə 280 manat, 04 noyabr 2024-cü il tarixdə 340 və 170 manat, 05 noyabr 2024-cü il tarixdə 170 manat, 07 noyabr 2024-cü il tarixdə 100 manat, 21 noyabr 2024-cü il tarixdə 37 manat, 14 yanvar 2025-ci il tarixdə 100 manat, 16 yanvar 2025-ci il tarixdə 50 manat, 17 yanvar 2025-ci il tarixdə 50 manat, 24 yanvar 2025-ci il tarixdə 50 manat, 26 yanvar 2025-ci il tarixdə 40 manat, 27 yanvar 2025ci il tarixdə 20 manat, 15 fevral 2025-ci il tarixdə 20 manat pul 4098 5844 5096 9082 nömrəli “Leobank” kart hesabına köçürülmüşdür. “WhatsApp” yazışma skrinşotlarından müəyyən edilir ki, “Tural Qurup 2” adlı profil ilə zərərçəkmiş arasında xaricə getmək üçün bilet pulu, CV xərcləri və digər ödənişlərlə bağlı intensiv dialoqlar aparılmış, şübhəli şəxs zərərçəkmişə “hava limanına gəl” deyərək yalan vədlər vermişdir. Hacıqabul Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 5(071)-85/2025 saylı qərarından (X10) müəyyən edilir ki, cinayət işi üçün əhəmiyyət kəsb edən bank çıxarışlarının və vəsaitin nağdlaşdırılması zamanı bankomatın (ATM) çəkdiyi foto-video görüntülərin "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, araşdırmaya mövzu olan 409858******9082 nömrəli “Leobank” kartı xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) məxsusdur. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 12 noyabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs cinayətkar əməlləri nəticəsində cəmi 1300 manat məbləğində maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır. 20 may 2025-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin (RPİ) təhqiqatçısı Mahir Nurəliyev tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs4 xaricdə işlə təmin edəcəyi vədi ilə aldadaraq ondan 1535 manat pul mənimsəməsi faktı üzrə toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq şöbəsinə göndərilmişdir. 11 iyul 2025-ci il tarixli Abşeron RPİ-nin istintaq şöbəsinin müstəntiqi Hüseyn Əlibəyli tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 22 iyul 2025-ci il tarixli Abşeron RPİ-nin müstəntiqi Hüseyn Əlibəyli tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə AR CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 25 avqust 2025-ci il tarixli müstəntiq Hüseyn Əlibəyli tərəfindən qəbul edilmiş qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün onun barəsində axtarış elan edilmiş və iştirakı olmadan istintaq hərəkətlərinin aparılması mümkün olmadığı üçün cinayət işi üzrə icraat dayandırılmışdır. 26 sentyabr 2025-ci il tarixli müstəntiq Hüseyn Əlibəyli tərəfindən qəbul edilmiş qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs könüllü olaraq polis idarəsinə gəldiyi üçün cinayət işi üzrə icraat təzələnmiş, o, AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 16 oktyabr 2025-ci il tarixli müstəntiq Hüseyn Əlibəyli tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər şəxslərə (Zərərçəkmiş şəxs1 - 1520 manat; Zərərçəkmiş şəxs3 - 1400 manat) qarşı analoji dələduzluq əməlləri üzrə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli işlə bir icraatda birləşdirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.2.2-ci maddəsinə (təkrar dələduzluq) tövsif edilmişdir. 06 may 2025-ci il tarixli Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə (PB) Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayında onu Avropa ölkələrindən biri olan Bolqarıstan Respublikasına işə düzəldəcəyi vədi ilə aldadaraq, Zərərçəkmiş şəxs1 məxsus “Kapital Bank” kartından özünə məxsus “Leobank” kartına 1520 manat pul köçürtdürməklə ona maddi ziyan vurmuşdur. 16 may 2025-ci il tarixli Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı Elşad Mirzəyev tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 şikayəti ilə bağlı aparılan araşdırma materialı “Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 09 iyun 2025-ci il tarixli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Mirzəbala Əliyev tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Bolqarıstana işə düzəltmək vədi ilə 1520 manat məbləğində vəsaitini ələ keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 27 mart 2025-ci il tarixli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Mirzəbala Əliyev tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Albaniya Respublikasına işə düzəltmək vədi ilə 12 iyun 2024-cü il tarixdə 1400 manat pulunu ələ keçirməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 28 mart 2025-ci il tarixli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 aprel 2025-ci il tarixli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs istintaqdan boyun qaçırdığı üçün barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. 14 aprel 2025-ci il tarixli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, axtarışda olan Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verildiyi üçün ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 09 iyun 2025-ci il tarixli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri (Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq) təkrarən törətməsi faktı nəzərə alınaraq, ********* nömrəli iş ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci (təkrarən törədildikdə) maddəsinə tövsif edilmişdir. 16 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan müəyyən edilir ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mirzəbala Əliyev tərəfindən qəbul edilmiş qərara əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Albaniya Respublikasında işə düzəldəcəyi vədi ilə aldadaraq, xx.xx.2024-cü il tarixdə onun 1400 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 aprel 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan müəyyən edilir ki, CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Xəzər rayon prokuroru tərəfindən rədd edildiyi üçün, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 20 iyun 2025-ci il tarixli “axtarış elan olunması və icraatın dayandırılması haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Bolqarıstan Respublikasında işə düzəltmək adı ilə aldadaraq 1520 manat pulunu ələ keçirməsi faktı üzrə xx.xx.2025-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli yeni cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. 22 iyul 2025-ci il tarixli tutulma barədə protokoldan müəyyən edilir ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində X6 Hava Limanında sərhədi keçmək istəyərkən tutularaq saxlanılmışdır. 24 iyul 2025-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi eyni xarakterli cinayət əməlləri üzrə aparılan ********* və ********* nömrəli cinayət işləri vahid icraatda birləşdirilmiş, araşdırmalar ********* nömrəli iş üzrə davam etdirilmişdir. 24 iyul 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan müəyyən edilir ki, istintaq materialları ilə Təqsirləndirilən şəxs tamah məqsədilə, təkrarən dələduzluq əməlləri törətməsi sübuta yetirildiyi üçün, onun əməli CM-nin 178.1-ci maddəsindən CM-nin 178.2.2-ci maddəsinə (təkrarən törədilən dələduzluq) tövsif edilmişdir. 24 iyul 2025-ci il tarixli “yenidən ittiham elan etmə haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs3 (1400 manat), həm də Zərərçəkmiş şəxs1 (1520 manat) qarşı törətdiyi dələduzluq əməllərinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 08 avqust 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan müəyyən edilir ki, cinayət nəticəsində maddi zərər vurduğu üçün Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 24 iyul 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qaradağ RPİ-nin müstəntiqi, polis kapitanı Semral İbadovun 01 oktyabr 2025-ci il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi ********* nömrəli işlə bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsindən (təkrar törədildiyi üçün) CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. 09 avqust 2025-ci il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi və icraata qəbulu barədə” qərarla cinayət işi ərazi aidiyyəti üzrə Qaradağ RPİ-yə göndərilmiş və 01 oktyabr 2025-ci il tarixdə müstəntiq Semral İbadov tərəfindən icraata qəbul edilmişdir. 01 oktyabr 2025-ci il tarixli “axtarış elan edilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi və çağırışlara gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş və tapıldıqda Qaradağ RPİ-nin X7 (MSY) təhvil verilməsi qərara alınmışdır. 01 oktyabr 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” Qaradağ RPİ-nin müstəntiqi Semral İbadov tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 Bolqarıstana işə düzəltmək adı ilə 1520 manat, Zərərçəkmiş şəxs3 isə Albaniyaya işə düzəltmək adı ilə 1400 manat məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktları üzrə başlanmış iki ayrı cinayət işi (250010474 və ********* nömrəli) bir icraatda birləşdirilmişdir. Təqsirləndirilən şəxsin əməli AR CM-nin 178.1-ci maddəsindən daha ağır olan 178.2.2-ci maddəsinə (təkrar törədildikdə) tövsif edilmişdir. Həmin tarixdə (xx.xx.2025) təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün iş üzrə icraat dayandırılmışdır. 15 oktyabr 2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” Qaradağ RPİ-nin müstəntiqi Vüsal Hüseynov tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə könüllü olaraq istintaq orqanına gəldiyi üçün dayandırılmış icraat təzələnmiş və materiallar müstəntiq Vüsal Hüseynovun icraatına qəbul edilmişdir. 26 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Abşeron RPİ-nin müstəntiqi Hüseyn Əlibəyli tərəfindən qəbul edilmiş qərardan (250270753 nömrəli iş) müəyyən edilir ki, İslamov X1 Azər Pirverdi oğluna xaricdə sürücülük vəsiqəsi alacağı və işlə təmin edəcəyi barədə yalan vəd verərək, müxtəlif tarixlərdə (2024-2025-ci illər ərzində) hissə-hissə cəmi 1535 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyi üçün AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 oktyabr 2025-ci il tarixli “cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” Qaradağ RPİ-nin müstəntiqi Vüsal Hüseynov tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş sonuncu cinayət hadisəsi Abşeron rayonu ərazisində baş verdiyi üçün, Qaradağ RPİ-dəki ********* nömrəli cinayət işi Abşeron RPİ-dəki ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün aidiyyatı üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. 16 oktyabr 2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (Abşeron RPİ, müstəntiq Hüseyn Əlibəyli) müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 Bolqarıstan Respublikasında işə düzəltmək vədi verərək, müxtəlif tarixlərdə cəmi 1520 manat məbləğində və zərərçəkmiş Zərərçəkmiş şəxs3 Albaniya Respublikasında işə düzəltmək vədi verərək 1400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq törətməsi faktı üzrə başlanmış ********* nömrəli cinayət işi müstəntiqin icraatına qəbul edilmişdir. 16 oktyabr 2025-ci il tarixli digər “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (Abşeron RPİ, baş müstəntiq Məcidli Məcid) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 sürücülük vəsiqəsi alacağı və xaricdə işlə təmin edəcəyi barədə yalan vədlər verərək, ondan hissə-hissə cəmi 1535 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və sonradan ********* nömrəli işlə bir icraatda birləşdirilmişdir. 14 noyabr 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsinə dair” qərardan (Hacıqabul RPŞ, müstəntiq Camaləddin Rzayev) müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq əməli (1300 manat) əvvəllər eyni xarakterli cinayətləri törətdiyi (təkrarçılıq) nəzərə alınaraq, CM-nin 178.1-ci maddəsindən CM-nin 178.2.2-ci maddəsinə (təkrar törədildikdə) tövsif edilmişdir. 05 dekabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərardan (Hacıqabul RPŞ, müstəntiq Camaləddin Rzayev) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmiş və Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin Abşeron RPİ-də istintaq olunan ********* nömrəli iş materialları bu işlə bir icraatda birləşdirilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində hüquq mühafizə orqanına könüllü məlumat verməsi onların zərərçəkmiş şəxs qismində tanınmasına əsas vermişdir. İş üzrə maddi sübut kimi 1 ədəd DVD disk, zərərçəkmişlərin ifadələri və "xxxx"dan alınmış ödəniş qəbzləri cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirtməkdə olan şəxs tərəfindən bilə-bilə, həqiqətə uyğun olmayan məlumatların düzəldilməsi və ya dəyişdirilmiş məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəldilmiş qəsdən törədilmiş başqa hərəkətlərin edilməsi, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma təsvirinin yaradılması və sair başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun və ya gizlədilmiş məlumatlar kimi keyfiyyətli hallar, olmayan hüquqi faktlar, əmlakın dəyərinə və təqsirkarın şəxsiyyətinə, onun idarələrinə və nəzarətinə dair məlumatlar mövcud ola bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmədən, əmlakı təsdiqləmək və ya əmlaka olan hüquq əldə etmək məqsədi güdən şəxsə məxsus əmlakın sahibi, bu əmlaka sahiblik edən və ya hüquq vermək hüququ olan şəxslə yaranmış sağlam münasibətlərdən istifadə edilməsi başa düşülür. Etibardan əlavə olaraq özünün və ya üçüncü şəxslərin xeyriyyə əmlakı və ya ona olan hüququ əldə etmək məqsədi ilə götürdüyü hər hansı öhdəliyi yərinə yetirmək üçün nəzərdə tutulmayan şəxs, kredit təşkilatlarından sui-istifadə və ya üçüncü şəxslərə borc götürmə, bərpa etmək məqsədi güdmədiyi, hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini hər hansı bir şəkildə götürüb bunun üçün avans kimi əldə etməkdə pul yaratmaq işi görmədiyi (xidmət) görünüşünü göstərmədiyi və görmək (xidmət) görünüşünü göstərməsi də baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka aid işləri kimi idarə etmək və ya onlardan istifadə etmək imkanının yarandığı andan çatmış hesab edilir. X11 31-ci maddəsinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş cinayət işi materiallarının məcmusundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə müxtəlif vədlər vermiş, lakin həmin vədləri verdiyi anda onların icrasına real niyyəti olmamışdır. İş üzrə toplanmış sübutların, o cümlədən zərərçəkmiş şəxslərin ardıcıl və bir-birini tamamlayan ifadələrinin təhlili göstərir ki, təqsirləndirilən şəxsin hərəkətləri əvvəlcədən formalaşmış birbaşa qəsd nəticəsində törədilmiş, məqsədi isə özgə əmlakını aldatma yolu ilə ələ keçirməkdən ibarət olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslər ifadələrində, habelə məhkəməyə təqdim etdikləri yazılı ərizələrdə bildirmişlər ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmiş, tərəflər arasında barışıq əldə edilmiş və onların təqsirləndirilən şəxsə qarşı hər hansı tələbi qalmamışdır. Bununla belə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tam ödədiyi halda belə, yalnız cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmək üçün maddi imkanının olmadığını bildirmişdir. Bu hal məhkəmə tərəfindən nəzərə alınaraq belə qənaətə gəlinmişdir ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər tam həcmdə yerinə yetirilməmişdir. Nəticədə, qanunun imperativ tələbləri baxımından təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyacları üçün xərcləməklə dələduzluq cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədindən bəhs edən həmin Məcəllənin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Camaləddin Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Camaləddin Rzayev tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 12 noyabr 2025-ci il tarixdən saat 18:30-dan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(071)- 150/2025 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 dekabr 2025-ci il tarixli arayışa və həmin tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və subaydır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 xx.xx.2026-cı il tarixdə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 isə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, odur ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələblərinin olmadığını, sonuncunun barəsində yüngül cəza təyin edilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərlə barışmaqla dəymiş ziyanı tam ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. 59.2-ci maddəyə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət olmaqla, ümumilikdə 03 (üç) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 (altı) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Qəbələ rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalı, hökm qanuni qüvvəyə minənədək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəyə əsasən zzadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəyə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Maddi sübutlar bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 02 ədəd DVD disk, ödəniş qəbzlərinin surətləri və "xxxx" ASC-dən alınmış xx.xx.2025-ci il tarixli məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət olmaqla, ümumilikdə 03 (üç) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 (altı) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal azadlığa buraxılsın və hökm qanuni qüvvəyə minənədək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk, ödəniş qəbzlərinin surətləri və "xxxx" ASC-dən alınmış xx.xx.2025-ci il tarixli məktub cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar