Məhkəmə qərarları › İş №1(071)-151/2021

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-151/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-151/2021 30.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1960-cı ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, Tovuz rayonu Əyyublu kəndində qeydiyatda olan və yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “BC” kateqoriyalı AE322187 nömrəli sürücülük vəsiqəsi (22.07.2016- 22.07.2026-cı ilə kimi etibarlıdır) olmaqla 17 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində etibarnamə əsasında X1 adıına olan texniki cəhətdən saz vəziyyətdə olan “X15” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə idarə edərkən, həmin yolun Hacıqabul rayonu ərazisindən keçən 82-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücünün gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla, nəqliyyat vasitəsini dayandırmalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və ehtiyatsızlıqdan piyada X5 avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur və piyada İ.D.Zayrov baş beynin diffuz travması, üz skeleti sümüklərinin sınığı, sağ tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınığı, sağ baldırın orta 1\3-nin travmatik amputasiyası, sol gicgahda, sağ əlin arxa səthində əzilmiş-cırılmış yara ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla 17 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində etibarnamə əsasında X1 adına olan texniki cəhətdən saz vəziyyətdə olan “X15” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə, içərisində 3 nəfər sərnişin olmaqla Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində saatda 90 km/sürətlə hərəkət etmişdir. Hacıqabul rayonu Atbulaq kəndi ərazisində qarşıdan hərəkətdə olan dövlət nömrə nişanını bilmədiyi avtomobillərin uzaq vuran işıqları onun gözlərini qamaşdırmışdır. Belə vəziyyətdə təxminən 180-200 metr getdikdən sonra birdən yolda piyada kişini, sonradan adı ona bəlli olan İsaxan Zayrovu görmüşdür. Avtomobili saxlaya bilməmiş və avtomobilin qabaq sol tərəfi ilə İsaxan Zayrovu vurmuşdur. Piyada yolları ayıran metal çəpərdən qarşı yola düşmüşdür. O, avtomobili saxlamış və avtomobildən düşüb piyadaya yaxınlaşmışdır. Hadisə yerinə toplanan tanımadığı adamlar vurulan şəxsə baxıb öldüyünü bildirmişlər. Buna baxmayaraq hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışdır. Həkim gəldikdən sonra həmin şəxsə baxaraq öldüyünü təsdiqləmişdir. Həmin şəxsin meyitini TTY avtomobilinə qoyub Şirvan şəhərinə morqa aparmışlar. İdarə etdiyi “X15” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur, sadəcə olaraq qohumu Sərxan Məmmədovun adına almışdır, öz adına keçirməyə maddi imkanı olmamışdır. Hazırda zərər çəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmışdır, mərhumun yas mərasimlərində iştirak etmiş və maddi köməklik etmişdir. Hadisənin baş verməsinə görə təəsüflənir. Əməlindən peşman olmuşdur. Onun ailəli olmasını, ailədə yeganə qazan gətirən şəxs olmasını və 60-dan artıq yaşının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, atası X7 17.07.2021-ci ildə axşam vaxtı evdən çıxmış və evə qayıtmamışdır. Həmin gün saat 24 radələrində ona telefonla məlumat verilmişdir ki, atası X11 kəndi ərazisində avtomobil vurmuş və vəfat etmişdir. O, tez hadisə yerinə getmiş və atasının meyitinin Şirvan ŞMX-nın meyitxanasına aparıldığını və hadisəni Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Atasının meyiti tibbi ekspertizadan keçirildikdən sonra, meyiti evə gətirmiş və el adəti ilə Hacıqabul rayonu Atbulaq kənd qəbristanlığında dəfn etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, cinayət işi yekunlaşdıqdan sonra, Təqsirləndirilən şəxs avtomobilini icbari sığortalayan sığorta şirkəti tərəfindən ona atasının ölümünə görə sığorta ödənişi veriləcəkdir. O, ödəniləcək sığorta məbləği ilə kifayətlənir və vurulmuş zərərin əvəzini ödənilmiş hesab edir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir maddi tələbi və şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, 17.07.2021-ci ildə saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “X15” minik markalı ** RV *** dövlət nömrə nişanlı avtomobildə sərnişin kimi Bakı şəhərinə gedərkən avtomobildə qabaqda sağda oturmuşdur, arxada avtomobilin salonunda oğlu Elməddin və tanımadığı başqa bir şəxs olmuşdur. Hacıqabul rayonu Atbulaq kəndi ərazisində sürücü Təqsirləndirilən şəxs yolun sol tərəfində olan kişini avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxs avtomobili saxlamış və onlar yerə düşərək vurulan şəxsə baxmışlar. Hadisə yerinə tanımadıqları adamlar toplaşmışlar və həmin şəxsə baxaraq öldüyünü bildirmişlər. Hadisə yerinə polis əməkdaşları və TTY avtomobilini çağırmışlar. Həkim həmin şəxsin öldüyünü təsdiq etmişdir. Təqsirləndirilən şəxs gözlərinin qamaşdığını və piyadanı əvvəlcədən görmədiyini bildirmişdir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 11.08.2021-ci il tarixli 28 nömrəli meyitin ekspert rəyindən məlum olur ki, 1942-ci il təvəllüdlü X4 bədən səthində aşkar olunan xəsarətlər - baş beynin diffuz travması, üz skeleti sümüklərinin sınığı, sağ tərəfli İV-V-Vİ-Vİİ- Vİİİ-İX qabırğaların sınığı, sağ baldırın orta 1/3-nin travmatik amputasiyası, sol gicgahda, sağ əlin arxa səthində əzilmiş-cırılmış yara küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 17.07.2021-ci il tarixdə “X15” markalı avtomaşının piyadanı (onu) vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. X4 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 10-12 saat əvvəl baş vermişdir. X7 ölümündən əvvəl spirtli içki qəbul etməmişdir ki, bu da məhkəmə-kimya tədqiqatının nəticələri ilə təsdiq edilir. (İş v. 37-40). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.09.2021-ci il tarixli 8/1912 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “X15” minik markalı ** RV *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (İş v. 44-47) Hacıqabul RMX-nın 18.07.2021-ci il tarixli 495 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. (İş v. 15) BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış 27.07.2021-ci il tarixli 016-86689-1221 saylı məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 22.07.2016-cı il tarixdə (22.07.2026-cı il tarixədək etibarlı olan) «BC» kateqoryalı AE seryalı 322187 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 23.07.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 25). Beləliklə, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün təçcili yardım çağırmasını, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmasını, dəymiş zərərin əvəzin ödənilməsini təmin etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin, cinayət işi yekunlaşdıqdan sonra, Təqsirləndirilən şəxs avtomobilini icbari sığortalayan sığorta şirkəti tərəfindən ona atasının ölümünə görə veriləcək sığorta ödənişi ilə kifayətənməsini, vurulmuş zərərin əvəzini ödənilmiş hesab etməsini, Təqsirləndirilən şəxs qarşı hər hansı bir maddi tələbinin və şikayətinin olmadığını bildirməsini, bu barədə məhkəməyə 15.11.2021-ci il tarixdə ərizə təqdim etməsini, Təqsirləndirilən şəxs 60-dan artıq yaşının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “X15 minik” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil X3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “X16 minik” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil X3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar