Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-155/2021 25.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğlunun iştirakı ilə, xx.xx.1970-ci ildə Qazı-Məmməd Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, 2-ci qrup əlil, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri S.Vurğun küçəsi ev 4-də daimi qeydiyyatda olmaqla yaşamış, 19.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə istintaqa və məhkəməyə məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 0,894 qram olan psixotrop maddə hesab edilən metamfetamini əldə edib daşıyaraq saxlamış, daha sonra 18.08.2021-ci il tarixdə saat 17-18 radələrində Hacıqabul şəhəri S.Vurğun küçəsində həmin metamfetaminin 0,128 qram çəkidə olan hissəsini 1 ədəd polietilen kəsiyi bükümdə qablaşdırılmış halda Şahid3 5 manata satmış, metamfetaminin qalan 0,766 qram çəkidə olan hissəsini isə öz üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə saat 20:10-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri S.Vurğun küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri S.Vurğun küçəsi ev 4-də daimi qeydiyyatda olmaqla yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə məhkum olunmuş, psixotrop maddə olan metamfetamindən inyeksiya üsulu ilə istifadə edir. 19.08.2021-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı küçədə, evinin qarşısında olarkən polis əməkdaşları gəlmiş, ona yaxınlaşaraq Şahid3 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul RPŞ-yə aparmışlar. O, Hacıqabul RPŞ-də Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ondan Şahid3 psixotrop maddə olan metamfetamin satıb-satmadığı soruşulmuş, üzərində hər hansı bir qanunsuz əşya və predmet olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya və predmetin olmamasını bildirmiş, bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılarkən 1 ədəd sellofan kəsiyində olan psixotrop maddə metamfetamin və 25 manat pul əynində olan boz rəngli uzunqol köynəyinin sol döş cibindən aşkar edilərək götürülmüşdür. O, Şahid3 18.08.2021-ci il tarixdə metamfetamini 5 manata satmışdır. Polis şöbəsində ona qarşı hər hansı bir psixi və fiziki təsir olmamış, zorakılıq göstərilməmişdir. Ondan aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Onun xəstə olmasını, əlil olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 Abasxan oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, 19.08.2021-ci il tarixdə Hacıqabul şəhəri S.Vurğun küçəsi ev 6-da yaşayan Şahid3 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 19.08.2021-ci il tarixdə saat 18:50 radələrində Şahid3 Hacıqabul şəhəri S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq, üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Şahid3 müdafiəçi ilə təmin edildikdən sonra, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazovun, onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Şahid3 əynində olan qara rəngli şalvarın qabaq sol cibindən 1 ədəd sellofan kəsiyi təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Sellofan kəsiyi açıldıqda içərsində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Sorğu zamanı Şahid3 üzərindən aşkar olunmuş metamfetamini 18.08.2021-ci il tarixdə Hacıqabul şəhəri S.Vurğun küçəsində tanışı Təqsirləndirilən şəxs 5 manata aldığını bildirmişdir. Bundan başqa Şahid3 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Şahid3 götürülmüş psixotrop maddə metamfetaminə oxşar maddə bir ədəd poçt zərfinə qoyularaq Hacıqabul RPŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokola imza etmişlər. Bundan sonra Hacıqabul RPŞ TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Tural Namazov tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında qrupun üzvü ilə birlikdə Şahid3 həmin psixotrop maddə olan metamfetamini satan Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri S.Vurğun küçəsindəki evinin yaxınlığında saxlayaraq, üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov, onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində boz rəngli köynəyə baxış keçirilən zaman köynəyin sol döş cibindən 1 ədəd sellofan kəsiyi və 25 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd sellofan kəsiyi açılan zaman içərsində kristal şəklində, şəffaf rəngli metamfetaminə bənzər maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs sorğu zamanı ondan aşkar edilərək götürülmüş maddənin metamfetamin olduğunu və yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə zərfinə qoyularaq Hacıqabul RPŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Tural Namazov bu barədə protokol tərtib etmişdir. O, protokola imza etmişdir. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmasını bildiyi üçün 18.08.2021-ci il tarixdə təxminən saat 17-18 radələrində Hacıqabul şəhəri S.Vurğun küçəsində Həmidlə görüşmüş və ondan sellofan kəsiyində 5 manata metamfetamin almışdır. Həmiddən aldığı maddənin bir hissəsini yaşadığı evdə inneksiya yolu ilə istifadə etmiş və qalan hissəsini üzərində saxlamışdır. 19.08.2021-ci il tarixdə yaşadığı Hacıqabul şəhəri S.Vurğun küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evindən çıxıb mağazaya gedərkən Həmiddən aldığı metafetamini əynində olan qara rəngli şalvarının sol cibinə qoymuşdur. Yolda polis əməkdaşları onu saxlayıb Hacıqabul RPŞ-yə aparmışlar. Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra müdafiəçi Ağabba Qədirov vəkil kimi ona təyin edildikdən sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. O, şalvarının cibində saxladığı bir ədəd sellofan kəsiyini təqdim edərək içərisində metamfetamin olduğunu və həmin metamfetamini 18.08.2021-ci il tarixdə axşam saatlarında qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs 5 manat aldığını bildirmişdir. 19 avqust 2021-ci il tarixdə saat 19:30-da tərtib edilmiş protokoldan görünür ki, Şahid3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyinin içərsində qablaşdırılmış halda psixotrop maddə metamfetamin aşkar edilmişdir. 19 avqust 2021-ci il tarixdə saat 21:00-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyinin içərsində qablaşdırılmış halda psixotrop maddə metamfetamin və 25 manat pul aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 20.08.2021-ci il tarixli 18/897 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.../imza var/ Şahid3...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,128 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,766 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid3 və Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürüldüyü qeyd edilən metamfetaminlər eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 30.09.2021-ci il tarixli 3963 nömrəli rəyindən görünür ki, müaiyinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllılıq sindiromu Narkomaniya xəstəliyi aşkar olunur. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlə Kabinetinin 09.02.2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 21.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 1(071)-106/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 0,894 qram olan psixotrop maddə hesab edilən metamfetamini ayrı-ayrılıqda metamfetaminin 0,128 qram olmaqla 1 ədəd polietilen kəsiyi bükümdə qablaşdırılmış hissəsini 5 manata tanışı Şahid3 satması, metamfetaminin qalan 0,766 qram çəkidə olan hissəsini isə öz üzərində saxlamaqla, cinayət törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,794 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 330 manat dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınsın. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,794 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qirx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-155/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-155/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver