Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-157/2021 02.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri Xətai küçəsi ev 2 mənzil 3-də daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 180-də yaşamış, 23.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25.08.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə istintaqa və məhkəməyə məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 1,506 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminin 0,138 qram çəkidəki hissəsini 22.08.2021-ci il tarixdə saat 22:00 radələrində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində 204 nömrəli fərdi yaşayış evinin yaxınlığında 10 manata tanışı Şahid3 satmış, qalan 1,368 qram çəkidəki hissəsi isə 01 ədəd qara rəngli siqaret kağızı kəsiyinə bükülmüş halda üstündə saxlamışdır. 23.08.2021-ci il tarixdə saat 21:30-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində 180 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan psixotrop maddə hesab edilən 1,368 qram çəkidə metamfetamin əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri Xətai küçəsi ev 2/3-də daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 180-də yaşayır. O, Hacıqabul rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bir müddət əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Qonşusu Şahid3 22.08.2021-ci ildə saat 22:00 radələrində ona müraciət edərək, ağrıları olduğu üçün narkotik vasitə tapmasını xahiş etmişdir. O, Şahid3 ağrıları olduğunu nəzərə alaraq, onun sakitləşməsi üçün özündə olan metamfetaminin bir hissəsini ona vermişdir. Bunun əvəzində Şahid3 ona 10 manat pul vermişdir. O, əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 23.08.2021-ci il tarixdə axşam saatlarında o, evdə olmuş, daha sonra küçəyə çıxıb piyada gəzməyə başlamışdır. Küçədə gəzən zaman polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edib onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Onun üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Polis şöbəsində polis əməkdaşları özünün istəyi ilə dəvət edilmiş vəkil Qədir Qədirovu ona təqdim edib, onların iştirakı ilə üzərində razılığı əsasında video çəkiliş vasitəsilə şəxsi axtarış aparmışlar. Axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız kəsiyinin içərisində olan metamfetamini polis əməkdaşı üzərində şəxsi axtarış aparan zaman müəyyən etmişlər. Ona polislər tərəfindən heç bir psixi və ya fiziki zorakılıq edilməyib, polislər tərəfindən döyülməmişdir, üzərindən aşkar olunan və Elçinə satdığı metamfetamini 3 gün əvvəl yaşadığı küçədə yerdən bir ədəd kağız bükülüdə tapmışdır, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır.Törətdiyi əməldən peşman olmuşdur. Himayəsində 3 uşağı olmasını, onlardan birinin körpə olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 204-də ailə üzvləriylə birlikdə yaşayır, hal-hazırda işləmir. O, uzun müddətdir narkotik maddələr olan heroin və metamfetamindən istifadə edir. Hacıqabul şəhər sakini olan Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Ağaqulu ilə normal münasibəti var. Aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 22.08.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı küçədə olmuş, piyada gəzmiş, həmin vaxt küçədə Ağaqulunu görmüşdür, Ağaqulu ilə evinin yanında söhbət edən zaman ağrılarının olduğunu bildirmişdir. Bu zaman Ağaqulu üzərində metamfetamin olduğunu bildirmiş və bir hissəsini ona sata biləcəyini bildirmişdir. O, Ağaquluya 10 manat verib, bir ədəd sellofan kəsiyi bükümündə narkotik maddə olan metamfetamini alıb köynəyinin döş cibinə qoymuşdur. Daha sonra yaşadığı evə getmiş, həmin metamfetamindən bir hissəsini istifadə etmişdir. Həmin günün səhərisi 23.08.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun üzərində narkotik maddənin olmasından şübhələndiklərini bildirib, onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli qısaqol köynəyinin döş cibindən 01 ədəd sellofan bükülüdə narkotik maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin narkotik maddəni Hacıqabul şəhər sakini olan Təqsirləndirilən şəxs 10 manata 22.08.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evin yanında aldığını bildirmişdir. Ağaqulu ona cəmi bir dəfə narkotik vasitə satmışdır. Şahid Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, 23 avqust 2021-ci il tarixdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 204-də qeydiyyatda olmaqla yaşayan Şahid3 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Şahid3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 23 avqust 2021-ci il tarixdə saat 20 radələrində Şahid3 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində 204 nömrəli evin yaxınlığında saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Tural Namazov tərəfindən Şahid3 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Şahid3 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Şahid3 əynində olan göy rəngli qısaqol köynəyinin döş cibində saxladığı 01 ədəd sellofan kəsiyində maddə təqdim etmişdir. Sorğu zamanı Şahid3 təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini 22.08.2021-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı küçədə evinin yanında 10 manata qonşusu Ağaqulu adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Şahid3 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, Şahid3 təqdim etdiyi maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, protokola imza etmişdir. Daha sonra Şahid3 10 manata metamfetamin aldığı Ağaqulu adlı şəxsin yerinin və şəxsiyyətinin müəyyən olunmasından ötrü təhqiqatçı Tural Namazov tərəfindən verilmiş əməliyyat tapşırığına uyğun olaraq, bir sıra əməliyyat-axtarış tədbirləri keçirmiş, 23.08.2021-ci il tarixdə axşam saat 21 radələrində Ağaqulu adlı şəxsin Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 180-də yaşayan Təqsirləndirilən şəxs olması və olduğu yer müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə saxlayıb, üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitələrin satışında şübhəli olduğundan, üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Hacıqabul RPŞ-də TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşyanın olmamasını, lakin Hacıqabul RPŞ-də polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını, polislər tərəfindən cibinə narkotik vasitə qoyulmasını bildirmiş, bundan sonra Ağaqulunun üzərində onun tərəfindən şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində saxladığı 01 ədəd qara rəngli siqaret kağızı kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu, lakin həmin narkotik vasitənin ona məxsus olmadığını, polislərin narkotik vasitəni onun cibinə qoyduğunu və Şahid3 narkotik vasitə satmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. O, protokola imza etmişdir. Polis şöbəsində və polis şöbəsinin inzibati binasından kənarda Ağaquluya hər hansı bir təsir edilməmiş, onu döyməmiş, Ağaquluya qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməmişdir. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. 23.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid3 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. 23.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli 18/912 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şahid3 üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,138 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi - 1,368 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid3 və Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürüldüyü qeyd edilən metamfetaminlər eyni tərkiblidir.(iş v. 57-60). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator məcburinarkolorji tibbi yoxlamanın 31.08.2021-ci il tarixli 3694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş v. 154-155). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 26.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli 1(071)-98/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin verdiyi 02.12.2021-ci il tarixli 7797/20-3 nömrəli məktubdan müəyyən edilir ki, Hacıqabul rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli 1(071)-98/2019 nömrəli hökmü ilə Azərbaycan Respubliksaı CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəkməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs nəzarət işi 14.01.2020-ci il tarixdə şöbənin qeydiyyatına alınmışdır. Cazasını 28.01.2020-ci il tarixdən qeydiyyata götürülərək çəkməyə başlamış və cəzasını 23.08.2021-ci il tarixə kimi çəkmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının 01 il 07 ay 25 gününü çəkmişdir. “Bakcell MMC”-dən daxil olmuş telefon danışıqları məlumatlarını özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və baxış zamanı müəyyən edilmişdir ki, 30.09.2021-ci il tarixdə "xxxx" MMC-dən 16.09.2021-ci il tarixli, xaric olan BKC/LGL-17134/21 nömrəli məktubla daxil olmuş bir ədəd ağ rəngli zərfin içərisindəki üzərində "xxxx" sözü yazılmış telefon məlumatları barədə ağ rəngli CD diskə baxış keçirilməsi və həmin məlumatların çap edilməsi məqsədi ilə CD disk Hacıqabul RPŞ-nin inzibati binasında xidməti iş otağımda HP markalı komputerə daxil edilmişdir. Qeyd olunan CD disk komputerdə açılmış və məlum olmuşdur ki, diskdə 17134/2021 saylı faylın içərisində “553001829” sms in, sms out, zənglərin detallaşması, zənglərin məxsusluq tarixçəsi, “559798096” sms in, sms out, zənglərin detallaşması, zənglərin məxsusluq tarixçəsi yazılmış fayllar var. Yuxarıda adları qeyd olunan fayllara xronolji ardıcıllıqla daxil olunmuşdur. Həmin faylda zənglərin detallaşması adlı fayla daxil olunan zaman orada Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin aralarında olan telefon zəngləri olduğu müəyyən olunmuşdur. Onların arasındakı zənglər 01.08.2021-ci il tarixdə saat 10:27:09-da 9 saniyə, 07.08.2021-ci il tarixdə saat 19:19:48-da 61 saniyə, 11.08.2021-ci il tarixdə saat 20:49:39-da 69 saniyə, 13.08.2021ci il tarixdə saat 20:14:13-də 30 saniyə, 20.08.2021-ci il tarixdə saat 10:28:27-də 36 saniyə, həmin tarixdə saat 13:46:51-da 04 saniyə, 21.08.2021-ci il tarixdə saat 09:17:59-da 6 saniyə və bu kimi bir çox danışıqlarının olduğu, həmin danışıqlar zamanı anten dairəsinin Hacıqabul şəhəri ərazisində olması müəyyən edilmiş, bundan başqa da həmin fayllarda bir çox aralarında zənglər olmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, "xxxx" MMC-dən alınmış telefon danışıqları və digər iş materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 1,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminin 0,138 qramını 10 manata tanışı Şahid3 satmış, qalan 1,368 qram çəkidəki hissəsi isə 01 ədəd qara rəngli siqaret kağızı kəsiyinə bükülmüş olan hissəsi isə öz üzərində saxlamaqla, cinayət törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli hökmü ilə yaranmış məhkumluğu (azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə) Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, himayəsində biri azyaşlı (27.06.2021 təvəllüdlü), ikisi yetkinlik yaşına çatmayan (22.09.2006-cı və 16.03.2008-ci il təvəllüdlü) olmaqla üç uşağı olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli 1(071)-98/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 23.08.2021-ci il tarixə çəkilməmiş qalan 04 (dörd) ay 05 (beş) gün hissəsinin iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 02 (iki) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza - azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 23.08.2021-ci il tarixdən hesab edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs və Şahid3 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, ümumi çəkisi 1,406 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkil X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat dövlət büdcəsi hesabına əmək haqqı; Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 347-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli 1(071)-98/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 23.08.2021-ci il tarixə çəkilməmiş qalan 04 (dörd) ay 05 (beş) gün hissəsinin iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 02 (iki) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 23.08.2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs və Şahid3 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, ümumi çəkisi 1,406 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkil X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-157/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-157/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver