Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-159/2021 24.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Salyan rayonu Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı olan, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs maddi tələbatını ödəmək üçün tamah niyyəti ilə soycunçuluq, yəni özgənin əmlakını açıq olaraq talamaq qərarına gələrək, bu məqsədlə 07.08.2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı Hacıqabul rayonu Rəncbər kəndində həmkəndlisi Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq, onun sol qolunda asılı vəziyyətdə, içərisində 20 manat pul, bir ədəd 30 manat dəyərində “Samsung” markalı mobil telefon olan 5 manat dəyərində qara parlaq rəngli, süni dəri materialdan olan, kiçik ölçülü qadın çantasını dartmaqla ələ keçirib, oradan uzaqlaşaraq özgənin əmlakını açıq olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 55 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, Hacıqabul rayonu Rəncbər kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla yaşadığı Hacıqabul rayonu Rəncbər kənd orta məktəbində paralel sinifdə oxumuşdur. Zərərçəkmiş şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, 07.08.2021-ci il tarixdə saat 11 radələrində yuxudan durub əl-üzünü yuyandan sonra evdə oturub çay içərkən, saat 12 radələrində yaşadığı evin həyət darvazasını döyüldüyünü arvadı X8 ona xəbər vermişdir. Bu zaman darvaza açılmış və həmkəndlisi X13 və onun arvadı Zərərçəkmiş şəxs həyətə daxil olmuşlar. Əsmər evin həyətində qışıqaraq ona “Şahin bir az bundan əvvəl mənim sumkamı əl atıb götürüb qaçıb, niyə sumkamı götürüb qaçırdın” dedi. Əsmərə yuxudan təzə durduğumu, evdən çölə çıxmadığımı, bunu ailə üzvülərinin də təsdiq edə biləcəyini, onun Əsmərə qarşı hər hansı bir hərəkət etmədiyini bildirmişdir. Əsmər onun evdə olmasına inanmamış və polisə şikayət etmişdir. Bu səbəbdən həmin gün onu Hacıqabul RPŞ-yə çağırmışlar. O, Hacıqabul RPŞ-yə getmiş və polis əməkdaşlarına Əsmərə qarşı hər hansı bir zorakı hərəkət etmədiyini və çantasını alaraq qaçmadığını bildirmişdir. Hacıqabul RPŞ-də onun əl barmaq izləri götürülmüş və ekspertizaya göndərilmişdir. Ekspertiza rəyinə əsasən onun barmaq izləri Əsmərə məxsus olan çantanın üzərində aşkar edilmişdir. O, Əsmərə məxsus olan çantaya toxunmamış, onu Əsmərin əlindən dartıb qaçmamış, polis şöbəsində də çantaya əl vurmamışdır. Onun əl barmaq izlərinin Əsmərin çantasının üzərində necə aşkar edilməsini izah edə bilmir. Lakin bir daha bildirir ki, o, Əsmərə məxsus olan çantanı onun əlindən dartıb almamış, hadisə günü 07.08.2021-ci il tarixdə evdə olmuşdur. Bunu onun anası və arvadı təsdiq edə bilərlər. Ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs X12 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 07.08.2021-ci il tarixdə saat 10 radələrində 5 yaşlı oğlu X9 ilə birlikdə çiyninə asdığı qara rəngli uzun asılqanı, qapağı və qapağının üstündə sarı rəngli dəmirdən işarəsi olan və işarənin altında balaca yumru sallanan dəmiri olan əl çantasının özü ilə götürüb Rəncbər kəndində bir neçə yerə getmiş, mağazaya olan borcunu ödəmişdir. Bundan sonra oğlu Mətləblə birlikdə kənddə köhnə idarənin arxa tərəfində öz yaşadığı ev istiqamətinə tərəf getmək məqsədi ilə yola düşmüş, saat 11:30 radələrində Neymətin evinin hasarının yanından keçəndə Neymətin evinin həyət darvazasının açıq olduğunu, geri çevrilib həyətə baxmaq istəyərkən arxa tərəfdən həmkəndlisi və tanıdığı Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. O, Şahinin kəndin mərkəzinə getməsini fikirləşib öz yoluna davam etmişdir. Yoluna davam edərkən arxadan gələn Təqsirləndirilən şəxs qəflətən ona yaxınlaşaraq sol çiynindən asdığı içərsində «Samsung» markalı mobil telefonu, 20 manat pulu olan 10 manat dəyərində qara rəngli çantanın arxa tərəfindən tutaraq zərblə özünə tərəf dartmış, həmin vaxtı əl çantanın asılqanı yerindən qopduğu üçün çanta onun əlindən çıxmış və Şahin çantanı götürüb qaçmışdır. Şahinin arxası ilə qışqıra-qışqıra qaçmış, hadisə yerindən qarşı tərəfdə olan həmkəndlisi Cəsarətin bağının sonunda Şahin çantanı yerə ataraq qaçıb getmişdir. O, çantanı yerdən götürüməyib Şahinin arxası ilə getmişdir ki, çantanın qaçırılmasının səbəbini öyrənsin. Şahin qaçaraq öz yaşadığı evə yaxınlaşmış və həyət darvazasını açıb həyətə daxil olmuşdur. O, darvazaya yaxınlaşmış, lakin Şahinin qorxusundan həyətə girməmişdir. Oğlu Mətləb yadına düşdüyü üçün geri qayıdıb çantanı yerdən götürmüş, Cəsarətlə arvadı Şəfəqin dayandıqlarını və oğlu Mətləbin isə Cəsarətlə Şəfəqin yanında olduğunu görmüşdür. Cəsarət onu öz yaşadığı evin həyətinə dəvət etmiş və onlara getmişdir. Orada Cəsarətin mobil telefonu ilə əri X10 zəng vurub Cəsarətin evinə çağırmış, İlqar gələndən sonra olmuş hadisəni danışdıqdan sonra, İlqarla birlikdə Şahinin yaşadığı evinə gəlib, Şahini çölə çağırmış, Şahin evdən çölə çıxmışdır. Şahindən çantanı nəyə görə götürüb qaçdığını soruşmuşdur. Şahin evdə olduğunu onun çantasını götürmədiyini bildirmişdir. Şahinin arvadı isə onu acılayaraq, ərinin evdə olduğunu deyərək, hara istəyirsən şikayət et dediyinə görə, o, məsələnin araşdırılması üçün polisə şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılmış və Şahinin onun çantasını əlindən dartaraq qaçdığı sübuta yetirilmişdir. Şahinin əl barmaq izləri çantanın üzərində aşkar edilmişdir. İstintaq zamanı çantası və içərisindəki əşyaları ona qaytarılmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona cəza təyin edərkən iki azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Şahid X13 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 07.08.2021-ci il tarixdə o fermaya getmiş, arvadı Əsmər isə mağazaya borcu verməyə getmişdir. 07.08.2021-ci il tarixdə saat 11:45 radələrində istifadə etdiyi mobil telefonuna zəng gəlmiş, telefonu açarkən zəng edən şəxsin arvadı Əsmərin olduğunu bilmişdir. Arvadı Əsmər ondan həmkədlisi Cəsarətin evinə gəlməsini demişdir. O, fermadan çıxaraq velosipedlə Cəsarətin evinə getmişdir. Orada Əsmər ona bildirmişdir ki, saat 11:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs çiynindən asdığı içərsində «Samsung» markalı mobil telefonu, 20 manat pulu olan 10 manat dəyərində qara rəngli çantanı götürüb qaçmışdır. O, Şahinin arxası ilə gedərkən, Şahin çantanı Cəsarətin evinin yanında yerə atıb qaçmışdır. Əsmər çantanı götürməmiş və Şahinin arxası ilə qaçmış və Şahinin öz yaşadığı evin həyət darvazasını açıb həyətə daxil olduğunu görmüş, qorxduğu üçün həyətə girməmiş və geri qayıdaraq hadisə barədə ona məlumat vermişdir. Bundan sonra o, Əsmərlə birlikdə Şahinin yaşadığı evə gedib həyətə daxil olmuş və Şahini çölə çağırmışlar. Şahin evdən çölə çıxmış, Əsmər Şahindən onun çantasını niyə götürüb qaçdığını soruşmüş, Şahin də götürmədiyini, evdə olduğunu, çölə çıxmadığını bildirmiş və orada dayanmayaraq yaşadığı evə girmişdir. Onlar Şahinin yaşadığı evə gələndə Şahinin köynəyini dəyişdiyini pəncərədən görmüşlər. Şahin Əsmərin çantasını çiynindən dartaraq qaçırdığını etiraf etmədiyinə görə, onlar həmin gün arvadı Əsmərlə birlikdə Hacıqabul rayon Polis Şöbəsinə gedərək, hadisə barədə ərizə vermişlər. Şahid5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Hacıqabul rayonu Rəncbər kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. Zərərçəkmiş şəxs ilə onların ailəsinin hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 07.08.2021ci il tarixdə saat 11 radələrində oğlu Şahin yuxudan durub əl-üzünü yuyandan sonra evdə oturub çay içərkən, evin həyət darvazası döyülmüşdür. X2 darvazanı açmış və həmkəndlisi X13 ilə onun arvadı Zərərçəkmiş şəxs həyətə daxil olmuşlar. Əsmər evin həyətdə qışıqaraq “Şahin! Bir az bundan əvvəl mənim sumkamı əl atıb götürüb qaçırdın, niyə sumkamı götürüb qaçırdın” dedikdə, oğlu Şahin Əsmərə yuxudan təzə durduğunu, evdən çölə çıxmadığını demişdir. O, və gəlini Əfsanə oğlu Şahinin evdən çıxmadığını Əsmərə bildirmişlər. Lakin Əsmər “oğlun Şahin mənim çantamı çiynimdən dartıb qaçırtmışdır” deyərək onlara inanmamış və polisə şikayət etmişdir. O, oğlunun əl izinin Əsmərin çantasının üzərində necə aşkar edildiyini izah edə bilməz. Şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Hacıqabul rayonu Rəncbər kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. Zərərçəkmiş şəxs ilə onların ailəsinin hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 07.08.2021-ci il tarixdə səhər Şahin yuxudan durub əl-üzünü yuyandan sonra evdə olmuşdur. O, isə həyətdə mürəbbə bişirməklə məşğul olmuşdur. Əgər Şahin evdən çıxıb getmiş olsaydı, o, Şahini görərdi. Qaynanası Şahid5 ilə həyətdə olan zamanı təxminən saat 12:00 radələrində evin həyət darvazası döyülmüşdür. O, darvazanı açmış və həmkəndlisi X13 ilə onun arvadı Zərərçəkmiş şəxs həyətə daxil olmuşlar. Əsmər evin həyətdə qışıqaraq “Şahin! Bir az bundan əvvəl mənim sumkamı əl atıb götürüb qaçırdın, niyə sumkamı götürüb qaçırdın” demişdir. Bu zaman Şahin yuxudan təzə durduğunu, evdən çölə çıxmadığını Əsmərə demişdir. O, və qaynanası Zeynəb Şahinin evdən çıxmadığını təsdiq etmişlər. Lakin Əsmər onlara inanmamış və Şahinin onun çantasını çiynindən dartıb qaçırtmdığını deyərək çıxıb getmişdir. O, əri Şahinin əl izinin Əsmərin çantasının üzərində necə aşkar edildiyini izah edə bilməz. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Hacıqabul rayonu Rəncbər kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kimi tanıyır, onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 07.08.2021-ci il tarixdə saat 11:40 radələrində yaşadığı evdə olarkən küçədə qışqırıq səsi eşitmiş, əynini geyinib həyətə düşüb darvazanı açıb küçəyə çıxmış, evin sağ tərəfinə baxarkən heç kimin olmadığını, sol tərəfə baxanda ona məxsus bağın hasarının yanında, yerdə torpağın üzərindən Zərərçəkmiş şəxs nə isə götürüb təmizləyə-təmizləyə onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxtı Əsmərin balaca oğlu Mətləb isə velisopedlə köhnə klub tərəfdən onlara tərəf gəlmiş və onun yanında olan arvadı Şəfəq Mətləbi öz yanında saxlayıb başqa yerə getməyə qoymamışdır. Əsmər onlara yaxınlaşanda onun ağladığını, qorxu içində olduğunu görüb, həyətə gətirmiş və su verib sakitləşdirəndən sonra, Əsmər ona məxsus mobil telefonu alıb əri İlqara zəng edib çağırmışdır. İlqar gələndən sonra nə baş verdiyi soruşmuş, Əsmər də Təqsirləndirilən şəxs onun qolunda olan əl çantasını götürüb qaçdığını, Şahinin arxası ilə gedərkən sumkanı yerə atdığını, Şahin qaçıb yaşadığı evin həyətinə girdiyini, lakin həyətə girməyib geri qayıdarkən Şahinin götürüb qaçdığı, sonra yerə atdığı əl çantasını götürdüyünü bildirmişdir. Əl çantasını onlara göstərmişdir. Əsmər sakitləşəndən sonra əri İlqarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Şahid X7 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu Rəncbər kənd sakinləri Zərərçəkmiş şəxs tanıyır, lakin Təqsirləndirilən şəxs tanımır. Yaşadığı evin həyətində özünə məxsus qadın üçün gözəllik salonu var. 07.08.2021-ci il tarixdə saat 11 radələrində həmkəndliləri X11 ilə Şahid4 onun yanına gəlib saçlarını düzəltdirmək isitəmişdir. Əsmər masa arxasına əyləşmişdir. O, X1 düzəltmək məqsədi ilə xidmətə başlamışdır. Həmin günü saat 11:30 radələrində küçədə qışqırıq səsi eşitmiş, müştəriləri Əsmər və Naibə ilə birlikdə çölə çıxmışdır. Küçədə qonşusu Cəsarətlə arvadı Şəfəqin dayandığını, həmin vaxtı onlara tərəf bir balaca uşağın velisopedlə getdiyini və Şəfəqin həmin uşağı yanında saxlamasını, aradan bir neçə dəqiqə keçəndən sonra Cəsarətin bağının sonu tərəfdən tanıdığı Zərərçəkmiş şəxs gəlib Cəsarətlə Şəfəq yanında dayandığını görmüşdür. Onlara yaxınlaşmayıb öz həyətinə keçmişdir. Aradan bir neçə saat keçəndən sonra isə ona mənə məlum olmuşdur ki, küçədə qışqıran Zərərçəkmiş şəxs olmuş, onun qışqırmağına səbəb Rəncbər kənd sakini Təqsirləndirilən şəxs ona məxsus əl çantasını götürüb qaçması olmuşdur. Baş vermiş hadisə ilə bağlı Əsmərin polisə müraciət etməsini bilmişdir. Şahid X11 və Şahid4 ibtidai istintaq zamanı şahid X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin ibtidai istintaqı zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hadisə yeri Hacıqabul rayonu Rəncbər kəndində kənd arası yolda yerləşir. Hadisə yeri kənd arası yol olmaqla çınqıllı daşlıq və torpaqdır. Hadisə baş verldiyi yerə yaxın sol tərəfdə mişar daşından tikilmiş köhnə klub yerləşir. Həmin yerdən sonra mişar daşından tikilmiş, üstü şiferlə örtülmüş köhnə bir inzibati bina vardır. Həmin binadın 35 metr sonra Şahid1 yaşadığı ev var. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl çantasını götürüb qaçdığı və əl çantasını atdığı yerə kimi olan məsafə 191 metrdir, həmin yer Şahid1 məxsus yaşadığı evin həyətyanı sahəsində olan bağın sonunda, torpaq-çınqıllı yolda yerləşir. Həmin yol 6 metr enindədir. Sağ və sol tərəfləri kolluqdur. Çantanın atıldığı yerdən sonra 3 ayrı-ayrı istiqamətlərə dönən yollar vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02.09.2021-ci il tarixli 9/6123 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnam istehsalı olan ”Samsung” markalı, SMT-G531H/DS (X21) mobel, 359465/07/361314/5 imel kodlu mobil telefon aparatının satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, istifadədə olduğunu və yuxarıdakı xüsusiyyətlərini nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 30 manat, 01 ədəd istifadədə olunmuş üzərində “CG” yazıları olan , qara parlaq rəngli, süni dəri materialından olan kiçik ölçülü qadın çantası isə 5 manatdır. (İş v. 83-85). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10.09.2021-ci il tarixli 3/1374 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki ovuc izi, 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki “a, b və c” əl-barmaq izləri şəxsiyyətini eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “b” əlbarmaq izi, 5 saylı daktilolentin səthindəki ovuc izi, 6 saylı daktilolentin səthindəki əl-barmaq izləri yayılmış əl parmaq və pailyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətini eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağından, ovucunun hipotenar hissəsindən, 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki “a, b və c” əl-barmaq izləri Zərərçəkmiş şəxs sağ əlinin orta, sol əlinin şəhadət və adsız barmaqlarından qalmışdır. (İş v.90-99). Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən 24.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(071)-87/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.06.2021-ci l tarixli 7(003)-480/2021 nömrəli qərarı ilə Hacıqabul rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(071)-87/2020 nömrəli hökmü ilə təyin edilmiş 11 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs cəza müddəti başa çatmamış 07.08.2021-ci il tarixdə yeni cinayət törətmişdir. (İş v. 55-56, 59-68). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, əl barmaq izəlirənin maddi sübutun üzərində aşkar edilməsinə dair ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kiçik ölçülü qadın çantasını dartmaqla ələ keçirib oradan uzaqlaşaraq özgənin əmlakını açıq olaraq talayıb, ona 55 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nın 180.1-ci maddəsi ilə təqsirli bilməməsinə və Zərərçəkmiş şəxs çantasını dartaraq qaçırmadığına dair məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü və səmimi olmadığını təsdiq edir. Çünki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında hadisə zamanı Təqsirləndirilən şəxs tanıdığını və onun çantasının məhz Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını onun üzünə qarşı söyləmişdir. Təqsirləndirilən şəxs əl barmaq izləri zərərçəkmişə məxsus çantanın üzərində aşkar olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmişə məxsus çantaya heç vaxt toxunmadığı bildirsə də, onun əl barmaq izlərinin çantanın üzərinə necə aşkar olunmasını izah edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin anası və arvadının Şahinin hadisə günü evdə olmasına dair ifadələrinə də tənqidi yanaşır və onların bu ifadəni verməklə Şahini qorumaq niyyətində olduqları qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli, himayəsində iki azyaşlı övladı olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmadığı və zərərin ödənildiyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.06.2021-ci tarixli 7(003)-480/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(071)- 87/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsindən CM-nin 76.1-ci maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(071)-87/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsi, yeni hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli 24.12.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı mobil telefon və qara parlaq rəngli, süni dəri materialdan olan, kiçik ölçülü qadın çantasının Zərərçəkmiş şəxs qaytarılması, yəni 55 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 105 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 270 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.06.2021-ci tarixli 7(003)-480/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(071)- 87/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsindən CM-nin 76.1-ci maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 1(071)-87/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsi, yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli 24.12.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı mobil telefon və qara parlaq rəngli, süni dəri materialdan olan, kiçik ölçülü qadın çantasının Zərərçəkmiş şəxs qaytarılması, yəni maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 105 (yüz beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-159/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-159/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver