Məhkəmə qərarları › İş №1(071)-16/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-16/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-16/2024 14.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Qazı-Məmməd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 76 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, İ qrup əlilliyi olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 5,91 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsinin 105-ci kilometrliyində yerləşən “Çinarlı” adlanan restorana daşıyıb 30 avqust 2023-cü il tarixdə saat 01 radələrində 60 manat pulun qarşılığında həmin narkotik vasitənin təmiz çəkisi 3,80 qramını həmin restoranda Şahid5 satmış, 30 avqust 2023-cü il tarixdə saat 01 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restoranda Şahid5 ilə birlikdə saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış aparılan zaman bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 3,80 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanda yaşayır. Heç bir yerdə işləmir, birinci qrup əlilliyi vardır. Bu səbəbdən onun bədənində ağrıları olur. O, ağrıların qarşısını almaq məqsədilə müxtəlif dərmanlar qəbul edir. Bir neçə gün əvvəl səhhətində olan problemlərlə əlaqədar olaraq və ağrılarını azaltmaq məqsədilə özünü Murad kimi təqdim edən şəxsdən Hacıqabul rayonu Muğan qəsəbəsində 50 manat müqabilində 1 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün almışdır. Murad adlı şəxs narkotik vasitə qurudulmuş marixuananı satdıqdan sonra öz şəxsi istifadəsi və heç kimin görməməsi üçün həmin 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdən bir qədər kənarda yerləşən 6 saylı orta məktəbin yaxınlığında olan uyğun kolunun dibində basdırıb gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində tanıdığı Şahid4 ona tanımadığı ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək qonağının olduğunu və həmin qonaq üçün narkotik vasitə qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, Murad adlı şəxsdən aldığı narkotik vasitə qurudulmuş marixuananın çox olduğunu, həmçinin dərman aldığı üçün yaranmış borclarını qaytarmaq üçün həmin narkotik vasitə qurudulmuş marixuananın bir qismini satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Şahid4 bir qədər sonra ona zəng etməsini xahiş etmiş, bir qədər sonra Şahid4 həmin nömrədən ona zəng etmiş, o, Şahid4 narkotik vasitə qurudulmuş marixuananı təşkil edəcəyini bildirmiş və bunun müqabilində ondan 60 manat pul istəmişdir. Şahid4 onunla razılaşmış və o, Şahid4 həmin pulu onun adına olan plastik karta göndərməsini bildirmişdir. Bir qədər sonra Şahid4 onunla yenədə əlaqə saxlamış və plastik kartının nömrəsini Watsapp ani mesajlaşma sistemi vasitəsilə ***-***-**-** nömrəsinə atmasını bildirmişdir. O, Watsapp ani mesajlaşma sistemində qeydiyyatdan keçən ***-***-**-** mobil nömrəyə özünə aid plastik kartın nömrəsini atmış, bundan sonra onun kartına 60 manat pul daxil olmuş və Şahid4 onunla yenidən əlaqə saxlayaraq nə zaman görüşə biləcəyini soruşmuşdur. O, Şahid4 özünün onunla əlaqə saxlayacağını bildirmişdir. O, havanın qaralmasını gözləmiş, küçədə heç kimin olmadığına əmin olduqdan sonra 6 saylı orta məktəbin yaxınlığında yulğun kolunun dibində gizlətdiyi kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini öz istifadəsi üçün götürüb kağıza bükərək əynində olan göy rəngli cins şalvarın sağ cibinə qoymuş, yerdə qalan hissəsini isə Şahid4 qonağına vermək üçün kibrit qutusunda saxlamışdır. Daha sonra o, Şahid4lə əlaqə saxlamış və “Hacıqabul Market”in yanındakı fərdi yaşayış evlərinin yaxınlığında görüşmək istədiyini bildirmişdir. O, həmin gün saat 23:50-də taksi ilə həmin yerə gəlmiş və orada Şahid4lə və adını sonradan bildiyi Şahid5 adlı şəxslə görüşmüşdür. Şahid4lə Şahid5 avtomobilə əyləşdikdən sonra şam yeməyi yemək istədiklərini bildirmişlər. Bu məqsədlə onlar Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restorana getmiş, orada oturub söhbət etməyə başlamış və o, özü ilə gətirdiyi bir kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı Şahid5 vermişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlib Şahid5 üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onların üçünüdə Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X1 təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Vəkil X3 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı onun üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini bildirmişdir. O, əyinidə olan göy rəngli şalvarın sağ cibində öz istifadəsi üçün saxladığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin narkotik vasitəni təqdim etmişdir. Təhqiqatçı Mübaşir Heybətov tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,96 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Mübaşir Heybətov tərəfindən həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin Murad adlı şəxsdən öz istifadəsi üçün aldığını, narkotik vasitə qurudulmuş marixuananın çox olduğundan və maddi imkanı az olduğu üçün satmaq qərarına gəldiyini demişdir. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq onuda bildirdi ki, Şahid4 onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** nömrəsindən zəng edərək qonağı Şahid5 üçün narkotik vasitə qurudulmuş marixuana təşkil etməsini xahiş etmiş, Şahid4 bir neçə dəfə onunla birlikdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün onda narkotik vasitə qurudulmuş marixuana olmasını güman edib ona zəng edərək təşkil etməsini xahiş etmiş, Şahid4 ilk dəfədir ondan bu cür xahiş etmiş, Şahid5 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 60 manat pul müqabilində o, satmış, o, həmin puldan Şahid4 verməmiş, o, həmin narkotik vasitəni özünü Murad kimi təqdim edən şəxsdən Hacıqabul rayonu Muğan qəsəbəsində 1 ədəd kibrit qutusunda öz istifadəsi üçün 50 manata almışdır. Həmin Murad adlı şəxs qarayanız zahiri görkəmə malikdir və Təqsirləndirilən şəxs sözlərinə görə Murad adlı şəxs avtomobil qəzası nəticəsində vəfat etmişdir. O, həmçinin qeyd etmişdir ki, onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək ibtidai araşdırma zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid5 məhkəməyədək ibtidai araşdırma zamanı ifadə verərək bildirmişdir ki, o, Şəki rayonu Aşağı Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Şəki rayonuna yaşadığı kəndə gedən zaman saat 19 radələrində onun əyləşdiyi mikroavtobusda nasazlıq yaranması nəticəsində sürücü idarə etdiyi mikroavtobusu Hacıqabul şəhərində yerləşən dairənin yaxınlığında saxlamış və sərnişinlər mikroavtobusu tərk edib başqa mikroavtobus gözləmək məcburiyyətində qalmışlar. O, Hacıqabul şəhərində yerləşən dairənin yaxınlığında mikroavtobusdan düşəndən sonra spirtli içki olan pivə içmək üçün yaxınlıqda yerləşən kafeyə getmiş və orada əyləşib spirtli içki olan pivə sifariş vermişdir. Həmin vaxt qonşu masada əvvəlcə adını Maşallah kimi, lakin sonradan adının Şahid4 olduğunu bildiyi şəxsin eyni masada əyləşdiyi şəxslərlə işə düzəlmək istədiyi barədə söhbət etdiyini eşitmişdir. O, Şahid4 Hacıqabul rayonunda su kəmərinin çəkildiyini və həmin yerə işçi qüvvəsinin tələb olunduğu barədə məlumatının olduğunu bildirmişdir. Onun bu sözlərindən sonra Şahid4 onun əyləşdiyi masaya yaxınlaşaraq oturub onunla bu mövzuda söhbət etməyə başlamışdır. O, və Şahid4 spirtli içki olan pivə içmiş, söhbət əsnasında o, Şahid4 Hacıqabul rayon sakini olduğunu öyrənmiş və ondan öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Şahid4 əvvəlcə ona narkotik vasitə olan qurudulmuş marixuananı təşkil edə bilməyəcəyini bildirsə də, sonradan onun tanıdığı “Akı” ləqəbli adını sonradan bildiyi Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın olub-olmadığını soruşacağını bildirmişdir. Şahid4 ona “Akı” ləqəbli Təqsirləndirilən şəxs zəng etmək lazım olduğunu bildirib ona mobil telefonunun verməsini xahiş etmişdir. O, mobil telefonunu Şahid4 vermiş, Şahid4 onun istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəyə zəng etmişdir. Şahid4 Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayan zaman qonağının olduğunu və onun üçün narkotik vasitə qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs Şahid4 bir qədər sonra əlaqə saxlamasını bildirmiş, bir qədər sonra Şahid4 təkrar onun mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng etmiş və Təqsirləndirilən şəxs Şahid4 bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 60 manat müqabilində təşkil edəcəyini bildirmişdir. Şahid4 bu barədə ona bildirmiş və o, bununla razılaşmışdır. Təqsirləndirilən şəxs 60 manat pulu onun plastik kartına göndərməsini bildirmiş, o, bunu biləndə Şahid4 onun Watsapp ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi ***-***-**-** mobil nömrəsini Təqsirləndirilən şəxs verməsini və Təqsirləndirilən şəxs plastik kartın nömrəsini həmin nömrəyə göndərməsini Təqsirləndirilən şəxs bildirməsini xahiş etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs plastik kartın nömrəsini onun Watsapp ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi ***-***-**-** mobil nömrəsinə göndərmişdir. Bundan sonra Şahid4 və o, Hacıqabul şəhərində yerləşən “Araz” marketə getmiş və orada o, terminal vasitəsilə Təqsirləndirilən şəxs mobil telefonda bildirdiyi kart kodunu daxil edib 60 manat pulu həmin hesaba göndərmişdir. O, pulu Təqsirləndirilən şəxs göndərəndən sonra göndərdiyi pulun qəbzini götürmüş və qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Sonra Şahid4 Təqsirləndirilən şəxslə yenə də, onun mobil telefonu vasitəsilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs Şahid4 bir qədər gözləməsini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs gözləməyə başlamış və Hacıqabul ərazisində yerləşən müxtəlif kafelərə gedib orada pivə içmişlər. Bir neçə saat sonra Şahid4 yenə də, Təqsirləndirilən şəxslə əlaqə saxlamış və Təqsirləndirilən şəxs onu “Hacıqabul Market” adlanan mağazanın yaxınlığında gözləmələrini bildirmişdir. O, Şahid4lə birlikdə Təqsirləndirilən şəxs dediyi yerə gedib onu orada gözləməyə başlamış, bir qədər sonra Təqsirləndirilən şəxs taksi ilə həmin yerə gəlmiş, onlar avtomobilə əyləşmiş və şam yeməyi yemək istədiklərini bildirib açıq restoranların birinə getmişlər. Onlar Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restorana gəlmiş və restoranda olan masaların birində əyləşib söhbət edən zaman Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bir kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı ona vermişdir. O, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu əynində olan göy rəngli cins şalvarın sol cibinə qoymuş, təxminən 10 dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlib ona üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onları Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa dəvət etmişlər. Polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X1 təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Vəkil X7 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, təhqiqatçl onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı onun üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini bildirmişdir. O, əyinidə olan göy rəngli cins şalvarın sol cibində öz istifadəsi üçün saxladığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin narkotik vasitəni təqdim etmişdir. Bundan sonra Mübaşir Heybətov tərəfindən həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 60 manat müqabilində aldığını bildirərək terminalla köçürdüyü pulun qəbzini təqdim etmişdir. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişlər. O, həmçinin bildirmişdir ki, Şahid4 və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonunda olduğu zaman tanımış, bundan əvvəl onlarla tanışlığı olmamış, üzərindən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananı 60 manat müqabilində Şahid4 onunla tanış etdiyi Təqsirləndirilən şəxs öz istifadəsi üçün almış, Təqsirləndirilən şəxs ona qurudulmuş marixuananı Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restoranda əyləşib söhbət edən zaman vermiş, Şahid4 onun Təqsirləndirilən şəxs aldığı narkotik vasitəyə heç bir aidiyyəti olmamış, o, həmin narkotik vasitəni öz istifadəsi üçün almış, Şahid4 həmin narkotik vasitədən verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və münasibəti vardır. O, Şahid5 ilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayonunda təsadüf nəticəsində tanış olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayonu İ.Qayıbov küçəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən kafeyə getmiş, orada masaların birində adını sonradan bildiyi Şahid5 görmüşdür. O, kafedə olan üzdən tanıdığı şəxslərə işə düzəlmək istədiyini bildirib söhbət edən zaman Şahid5 ona yaxınlıqda su kəmərinin çəkilməsi ilə bağlı işçi qüvvəsi lazım olduğunu bildirmişdir. Şahid5 bu sözlərindən sonra onlar bu mövzuda söhbət etməyə başlamış və Şahid5la spirtli içki olan pivə içmişlər. Söhbət əsnasında Şahid5 ondan istifadə etmək üçün narkotik vasitə hesab edilən qurudulmuş marixuana tapa bilib-bilməyəcəyini soruşmuş, həmin vaxt tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə qurudulmuş marixuana istifadə etdiyi onun yadına düşmüş və Təqsirləndirilən şəxs onlar üçün narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə biləcəyini güman edib Şahid5 bu barədə məlumat vermişdir. O, Şahid5 tanışı Təqsirləndirilən şəxs zəng etmək lazım olduğunu bildirib ondan mobil telefonunu istəmiş, Şahid5 ona mobil telefonunu vermiş, o, həmin mobil telefonla Təqsirləndirilən şəxs zəng etmiş və Təqsirləndirilən şəxslə telefonla danışan zaman qonağının olduğunu bildirib onlar üçün narkotik vasitə qurudulmuş marixuana təşkil etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bir qədər sonra zəng etməsini bildirmiş, bir qədər sonra o, təkrar Şahid5 mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs ona bir kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı 60 manat müqabilində təşkil edəcəyini bildirmişdir. O, bu barədə Şahid5 bildirmiş və Şahid5 bununla razılaşmışdır. Təqsirləndirilən şəxs Şahid5 60 manat pulu onun plastik kartına göndərməsini bildirmiş, həmin vaxt Şahid5 ona Watsapp ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi ***-***- **-** mobil nömrəsini deyərək Təqsirləndirilən şəxs plastik kartın nömrəsini həmin nömrəyə göndərməsi barədə Təqsirləndirilən şəxs bildirməyini xahiş etmişdir. O, Şahid5 ***-***-**-** mobil nömrəsini Təqsirləndirilən şəxs vermiş və plastik kartın nömrəsini həmin nömrəyə atmasını bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs özünə məxsus plastik kartın nömrəsini Watsapp ani mesajlaşma sistemində ***-***-**-** mobil nömrəsinə atmış, bundan sonra o, və Şahid5 “Araz” marketə getmiş və orada Şahid5 terminal vasitəsilə Təqsirləndirilən şəxs mobil telefonda göndərdiyi kart kodunu daxil edib 60 manat pulu Təqsirləndirilən şəxs hesabına göndərmişdir. Şahid5 pulu Təqsirləndirilən şəxs göndərəndən sonra qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmiş, sonra o, Təqsirləndirilən şəxs yenədə Şahid5 mobil telefonu ilə əlaqə saxlamış və Təqsirləndirilən şəxs onlara bir qədər gözləmələrini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs gözləməyə başlamış və Hacıqabul ərazisində yerləşən müxtəlif kafelərə girib orada pivə içmişlər. Bir neçə saat sonra onlar yenədə Təqsirləndirilən şəxslə əlaqə saxlamış və Təqsirləndirilən şəxs onu “Hacıqabul Market” adlanan marketin yaxınlığında gözləmələrini bildirmişdir. O, Şahid5la birlikdə Təqsirləndirilən şəxs dediyi yerə gedib onu orada gözləməyə başlamış, bir qədər sonra Təqsirləndirilən şəxs taksi ilə həmin yerə gəlmiş, onlar avtomobilə əyləşmiş və şam yeməyi yemək istədiklərini bildirib açıq restoranların birinə getmişlər. Onlar Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restorana gəlmiş və avtomobildən düşüb restoranda əyləşmişlər. Onlar restoranda olan masaların birində əyləşib söhbət edən zaman Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bir kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı Şahid5 vermiş və Şahid5 həmin kibrit qutusunu dərhal şalvarının cibinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlib Şahid5 üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onları Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa dəvət etmişlər. Polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X1 təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Vəkil Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı onun üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini bildirmişdir. O, üzərində hər hansı qanunsuz əşya və predmet olmadığını bildirmiş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı bir qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. O, həmçinin qeyd etmişdir ki, Şahid5la xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonunda kafedə tanış olmuş, bundan əvvəl onu tanımamışdır. Şahid5 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 60 manat pul müqabilində onun Şahid5la tanış etdiyi Təqsirləndirilən şəxs öz istifadəsi üçün almış, onun Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamış, yalnız o, Təqsirləndirilən şəxslə birlikdə bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyi üçün onda narkotik vasitə olan qurudulmuş marixuana olmasını güman edib zəng etmiş, Təqsirləndirilən şəxs Şahid5 qurudulmuş marixuananı Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restoranda vermiş, Şahid5 əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan ona verməmiş, Təqsirləndirilən şəxs əldə etdiyi 60 manat puldan ona verməmiş, o, yalnız Şahid5 narkotik vasitə əldə etməsi üçün sonuncunu Təqsirləndirilən şəxslə tanış etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 avqust 2023-cü il tarixdə Şahid5 Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid5 şübhəli şəxs qismində saxlanılması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 30 avqust 2023-cü il tarixdə saat 01 radələrində onlar Şahid5, həmin vaxt onunla eyni masada əyləşən Təqsirləndirilən şəxs və Şahid4 Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan kafedə saxlayaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şahid5 şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasının soruşan zaman Şahid5 üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon polis şöbəsində onlar birlikdə təhqiqatçı Mübaşir Heybətovun otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Şahid5 ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X7 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, təhqiqatçı Şahid5 üzərinə aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı Şahid5 üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini bildirmişdir. Şahid5 əyinidə olan göy rəngli cins şalvarın sol cibində olan bir ədəd kibrit qutusunu çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin kibrit qutusunu açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kibrit qutusunda aşkar olunan maddənin nə olmasını Şahid5 soruşduqda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs 60 manat pul vəsaiti müqabilində aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Mübaşir Heybətov tərəfindən həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Daha sonra Şahid5 narkotik vasitəni almaq üçün Təqsirləndirilən şəxs məxsus kart hesabına terminal vasitəsilə köçürdüyü 60 manat pulun qəbzini təqdim etmişdir. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişlər. Şahid5 həmçinin bildirmişdir ki, Şahid4 və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonunda olduğu zaman tanımış, bundan əvvəl onlarla tanışlığı olmamış, üzərindən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananı 60 manat müqabilində Şahid4 onunla tanış etdiyi Təqsirləndirilən şəxs öz istifadəsi üçün almış, Təqsirləndirilən şəxs ona qurudulmuş marixuananı Hacıqabul rayonunda yerləşə “Çinarlı” adlanan restoranda əyləşib söhbət edən zaman vermiş, Şahid4 onun Təqsirləndirilən şəxs aldığı narkotik vasitəyə heç bir aidiyyəti olmamış, o, həmin narkotik vasitəni öz istifadəsi üçün almış, Şahid4 həmin narkotik vasitədən verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid5 üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan bir ədəd kibrit qutusu və bankomat qəbzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid5 aşkar edilmiş maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində Hacıqabul şəhərində Əlizadə adlı şəxsdən 60 manata aldığını, ödənişi terminal vasitəsilə ödədiyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “..Şahid5 üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış və imzalar olan kağız paketin içərsindəki 1 ədəd kibrit qutusunda, təmiz çəkisi - 3,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 5 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 500 qram olması göstərilmişdir. “eManat” ödəniş terminalı tərəfindən verilmiş 275893 saylı ödəniş qəbzindən məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 19:17-də 1831 saylı terminal vasitəsilə Ə***** A***** E***** OĞLU adlı müştərinin 416973******3964 nömrəli kart hesabına 60 AZN ödəniş edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir ədəd siqaretin gümüş kağızına bükülmüş bükülü və qara rəngli “Samsung Galaxy A23” markalı **********61564 və **********61561 İMEİ kodlu mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 10-12 gün bundan əvvəl Hacıqabul rayonu Muğan qəsəbə sakini Murad adlı şəxsdən almış, bir kibrit qutusu narkotik vasitə olan marixuananı Şəki şəhər sakini Şahid5 60 manata satmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış və imzalar olan kağız paketin içərsindəki 1 ədəd kağız bükümdə, təmiz çəkiləri - 2,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qara rəngli “Samsung Galaxy A23” markalı **********61564 və **********61561 İMEİ kodlu mobil telefona “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və mobil telefonun watsapp ani mesajlaşma sistemində “Maşalla” kimi qeyd edilən şəxslə səs yazışmasını özündə əks etdirən 1 ədəd CD diskdən xx.xx.2023-cü il tarixdə aparıldığı və Maşalla kimi qeyd edilən şəxsin mobil nömrəsinin ***-***-**-** olduğu görünür. Təqsirləndirilən şəxs saat 19:00-da Maşalla adlı şəxsə **********243964 kodunu göndərib. Saat 19:11-də beş saniyəlik “....... Qaqa sən atıdın karta pulu? Dediyim karta mənə bir hə yox de........ sözləri” ilə səsli mesaj göndərib. Bundan sonra saat 19:18-də Maşalla adlı şəxsin “eManat” vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına 60 manat pul göndərməsi barədə qəbzin şəklini göndərdiyi görünür. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, həmin tarixdə Şahid4 üzərində şəxsi axtarış aparılan zaman hər hansı bir qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə tanış olduğu Şəki şəhər sakini Şahid5 adlı şəxsə narkotik vasitə qurudulmuş marixuana lazım olduğundan tanışı Təqsirləndirilən şəxslə Şahid5 arasında əlaqə yaratmış, Şahid5 Təqsirləndirilən şəxs kartına 60 manat pul köçürmüş və bunun müqabilində bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuananı Şahid5 satmışdır. Şahid5la Təqsirləndirilən şəxs arasında alqı-satqı ilə bağlı əlaqə yaratsa da, həmin alqısatqıda heç bir marağı olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7021 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub, hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6038 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şahid5 kannabinoidlərin istifadə etmə halları olub, hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7034 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şahid4 kannabinoidlərin istifadə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı hansı mənbədən əldə etməsi əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, onun Hacıqqabul rayonu və ölkə ərazisində kimlərəsə narkotik vasitələrin satması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra 2,09 qram qalıq qalmış narkotik vasitə olan qurudulmuş marixuana, Şahid5 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra 3,78 qram qalıq qalmış narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Samsung Galaxy A23” markalı mobil telefon və bir ədəd “eManat” ödəniş terminalı tərəfindən verilmiş 275893 saylı ödəniş qəbzi maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 271675 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İ (birinci) qrup əlilliyi var. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-cü il tarixli 165 saylı Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs üzərində X6 patronaj (köməkçi) təyin edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək xx.xx.2023-cü il saat 18:10-da X4 azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq özündə saxladığı təmiz çəkisi 3,80 qram olan narkotik vasitə qurudulmuş marixuananı 30 avqust 2023-cü il tarixdə saat 01 radələrində Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restoranda Şahid4 vasitəsilə tanış olduğu Şahid5 60 manat pulun qarşılığında satmış, həmin vaxt Şahid4 narkotik vasitənin satışından hər hansı maddi xarakterli mənfəəti olmamışdır. O, bu vasitəçiliyi hər hansı maddi mənfəət əldə etmək üçün deyil, sadəcə olaraq kafedə tanış olduğu Şahid5 xahişini yerinə yetirmək üçün etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin onlara istinad edilən cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, birinci qrup əlilliyi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.2). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla çıxılmalı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməməsi və müalicəyə ehtiyacının olmaması müəyyən olunduğundan, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 9 saylı Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi haqqında” Qaydaların 3.2-ci bəndinin tələblərinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tədbirləri tətbiq edilə bilməz. İş üzrə maddi sübut kimi tanınmış ümumi çəkisi 5,87 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 00:30-dan xx.xx.2023-cü il saat 18:10-dək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış ümumi çəkisi 5,87 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan (Təqsirləndirilən şəxs münasibətdə isə ona təqdim edildiyi andan) 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar