Məhkəmə qərarları › İş №1(071)-16/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-16/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-16/2025 10.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Qazı-Məmməd (hazırkı Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də operator-qumvuran vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri X7 küçəsi ev 93 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, A.Abdullayev küçəsində daşımış, 20 avqust 2024-cü il tarixdə saat 16:35-də Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, A.Abdullayev küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd polietilen bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,982 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən aşkar edilib götürülmüşdür. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 20 avqust 2024-cü il tarixdə gəmiqayırma zavodunda işə düzəlmək məqsədilə sənədlər toplamağa başlamışdır. Belə ki, işə düzəlməsi üçün ona sağlamlıq haqqında “Forma 86” arayışı və “təmizlik kağızı”, yəni məhkumluğunun olmamasına dair yaşadığı yer üzrə rayon polis şöbəsindən arayış almaq zərurəti yaranmışdır. Bu səbəbdən o, xx.xx.2024-cü il tarixdə səhər radələrində “təmizlik kağızı”nı almaq üçün Hacıqabul Rayon Polis Şöbəsinə gəlmiş, orada sənədlərin hazırlanması üçün vaxt tələb etdiyindən günün sonunda gəlməsini bildirmişlər. Bu səbəbdən şöbədən çıxıb saat 10 radələrində Hacıqabul rayon Mərkəzi Xəstəxanasına getmiş, orada qan və sidik analizləri vermiş, xəstəxanada işlərini bitirdikdən sonra saat 16 radələrində polis şöbəsinə qayıtmışdır. Arayışı aldıqdan sonra şöbədən çıxıb evə gedərkən bir qədər aralıda yolda mülki geyimdə olan iki polis əməkdaşı tərəfindən saxlanılmışdır. Sonradan həmin polis əməkdaşlarının Hacıqabul RPŞ-nin əməliyyat müvəkkillərindən birinin Eldar olmasını öyrənmişdir. Həmin vaxt polis əməkdaşları onun üzərini yoxlamış və hər hansı psixotrop maddə aşkar etməmişlər. O, şöbədən gəlməsi barədə onlara məlumat verdikdən sonra, polis əməkdaşlarından biri kiməsə zəng etmiş və onun üzərindən qanunsuz əşya aşkar edilmədiyini, eyni zamanda şöbədən gəlməsi barədə məlumat verib onu buraxıb-buraxmamasını soruşmuşdur. Təxminən 15-20 dəqiqə sonra xeyli sayda polis əməkdaşları oraya gəlib onun üstünə tökülüşmüşlər. Sonradan gələn polis əməkdaşları arasında onun üzərinə təkrar baxış keçirən Şahid1 da olmuşdur. Polis əməkdaşları ilk növbədə onun əllərini qandallayıb təkrar baxış keçirməyə başlamışlar. Saxlanılan vaxt üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olmamasına baxmayaraq, çəkiliş zamanı guya arxa sağ cibindən metamfetamin aşkar edildiyini bəyan edib rəsmiləşdirmişlər. O, polis əməkdaşlarına ilkin baxış zamanı etiraz edərək aşkar edilən maddənin ona aid olmamasını bildirmişdir. Baxışdan sonra onu Hacıqabul rayon Polis Şöbəsinə aparmışlar, orada ona psixi hədə-qorxu gəlinərək bildirmişlər ki, aşkar edilən maddənin ona aid olmasını qəbul etməyəcəyi təqdirdə külli miqdarla ittiham veriləcək, yarım kiloqram narkotik maddə yaşadığı evdən aşkar ediləcək və boynuna qoyulacaqdır. Eyni zamanda ondan tələb etmişlər ki, yalnız üzdən tanıdığı, narkotik vasitə aludəçiləri olan və bir müddət əvvəl həbs edilmiş “Nicat” və “Eynar” adlı şəxslərin üzünə dayansın, o, isə bu təklifdən imtina etmişdir. Daha sonra şöbədə olduğu müddətdə o, iki övladını düşünüb qorxu hissi ilə polis əməkdaşlarının hədəsindən ehtiyat edib guya üzərindən aşkar edilən maddəni küçədən tapdığını bildirmişdir. Hətta o, istintaq zamanı ifadəsində acığa, yəni qərəzli olaraq guya aşkar edilən həmin maddəni polis şöbəsinin qabağından yerdən tapdığını qeyd etmişdir. Halbuki, aşkar edilən kütləyə onun ümumiyyətlə əli dəyməmiş və əminlikdə qeyd edir ki, yoxlanıldığı təqdirdə kütlənin sellofanı üzərində onun əl izləri aşkar edilməyəcəkdir. Saxlanılarkən mobil telefonuna da baxış keçirilmiş, lakin heç bir təqsirləndirici məlumat aşkar edilməmişdir. O, polis əməkdaşlarından qorxduğu üçün heç bir orqana şikayət etməmiş və həqiqəti yalnız məhkəmədə deməyi gözləmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq əvvəllər arada bir “nəşə” adlandırılan narkotik vasitə marixuana istifadə etdiyini, sonunu dəfə 3-4 ay əvvəl marixuana çəkdiyini, heç vaxt metamfetamin qəbul etmədiyini bildirmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Hacıqabul rayon polis şöbəsində “təmizlik kağızı”, yəni məhkumluğun olmaması barədə arayış alarkən, hər hansı şəxslə onun arasında narazılıq yaranmamış, arayış üçün ondan təminat tələb edən olunmamışdır. Heç bir problem yaşamadan arayışı alıqdan sonra şöbədən çıxıb evə doğru hərəkət etməyə başlamışdır. O, yolda hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində yoxlamalar aparılmış və daha sonra polis əməkdaşları tərəfindən qoluna qandal vurulmuşdur. Polis əməkdaşları ona bildirmişdir ki, Nicat və Eynar adlı şəxslərin əleyhinə ifadə verməlidir, əgər üzə dursa onu buraxacaqlar. Halbuki, onun əvvəllər həmin adları qeyd olunan şəxslərlə əlaqəsi və ya telefon danışığı olmamışdır. Eynar onun qonşuluğunda yaşamış, Nicatdan isə bir-iki dəfə paltar alsa da, onlarla heç bir münasibəti olmamış və saxlanılmamışdan bir müddət əvvəl həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edildiklərini eşitmişdir. O, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan gün xəstəxanada qan və sidik analizləri versə də, narkotik vasitələrin qəbulu ilə bağlı olan analiz verməmişdir. Saxlanılarkən sübut olaraq polis əməkdaşlarına xəstəxanada analiz verməsini bildirsə də, onun bu dəlilinə əhəmiyyət verilməmişdir. Qeyd etdiyi kimi üzərində aşkar olunan narkotik vasitədən ümumiyyətlə istifadə etməmiş, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan gündən 3-4 ay əvvəl Qəbələ rayonunda toyda olan zaman “nəşə” (marixuana) adlanan narkotik vasitəni istifadə etmişdir. Həmin narkotik vasitəni tanımadığı şəxslər ona vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zorakılıq tətbiq edilməmiş, yalnız polis əməkdaşları tərəfindən ona hazırki ittihamdan daha ağır ittihamın irəli sürülməsindən qorxub ifadəsində guya üzərindən aşkar edilən kütləni tapdığını demişdir. 20 avqust 2024-cü il tarixdə səhərdən axşamadək xəstəxananın və şöbənin qarşısında olmuş, saat 16:30-da isə polis əməkdaşları onu saxlamışlar. Saxlanıldıqdan təxminən 3-4 saat sonra şöbədə olarkən ona müdafiəçi təqdim edilmiş və polis əməkdaşlarının diktəsi ilə vəkilə də həqiqəti gizlədərək tapdığını demişdir. Müdafiəçi şöbəyə saat təxminən 20-21 radələrində gəlmişdir. Həmçinin saxlanılan zaman, eləcə də təqsirləndirilən şəxs qismində cəlb edilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılığa məruz qalmamış, yalnız psixi olaraq hədələrdən qorxmuşdur. Təqsirləndirilən şəxs son sözündə verilmiş ittiham üzrə onun üzərindən aşkar edilməsi iddia edilən 0,982 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ona aid olmamasını bildirərək ifadəsində göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. 20 avqust 2024-cü il tarixdə saat 09 radələrində ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra, dərhal onun tərəfindən daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ifşa edilməsi, onun olduğu yer müəyyən olunaraq saxlanılması və müvafiq qaydada saxlanıldıqdan sonra üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Digər qrup üzvləri Hacıqabul RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 ibarət olmuşdur. Tərəflərindən səhər radələrindən başlanılaraq Təqsirləndirilən şəxs aşkar edilə biləcəyi mümkün olan ərazilərə baxılmış, yalnız həmin gün saat 16:30-da o, Hacıqabul şəhəri, Asif Abdullayev küçəsində piyada hərəkətdə olarkən saxlanılmışdır. Saxlanılanılmamışdan öncə onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmək istəmişlər, lakin o, müqavimət göstərdiyi üçün onun qollarına xüsusi vasitə olan qandal vurmuşlar, bundan sonra saxlanılan şəxsə hüquqları izah edilib vəkillə təmin ediləcəyi bildirildikdən sonra videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar edilmişdir. Bükümdəki kütlə elektron tərəzidə çəkildikdə onun çəkisinin 0,98 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə tərəfindən zərfdə qablaşdırılaraq götürülmüş və ekspertizadan keçirilməsi üçün aidiyyəti üzrə təqdim edilmişdir. Daha sonra həmin ərazidə protokol tərtib olunması üçün əlverişli şərait olmadığından onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən vəkil təqdim edilib şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərlərinə onlar tərəfindən imzalar edilmişdir. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq əlavə olaraq bildirdi ki, daxil olan hər bir məlumat üzrə əməliyyat işi açılmır, ümumiyyətlə təxirsalınmaz məlumatın yoxlanılması üçün əməliyyat işi açılmasına ehtiyac qalmır. Təqsirləndirilən şəxs barəsində isə xx.xx.2024-cü il tarixdə saat 09 radələrində onun narkotik vasitə istifadə etməsi, saxlaması və gəzdirməsi barədə etibarlı mənbədən təxirəsalınmadan yoxlanılmalı olan əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat etibarlı “agent”dən daxil olduğu üçün məxfi məlumat kimi rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs saxlanılmamışdan öncə onunla hər hansı məkanda, o cümlədən həmin tarixdə polis şöbəsində qarşılaşmamışdır. Lakin saxlanılanıldığı gün Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməsi ehtimalını da istisna etmir və ola bilər ki, həmin gün o, səhər radələrində şöbəyə gəlmiş olsun, buna baxmayaraq onlar şöbədə qarşılaşmamışlar. Videoçəkilişdən öncə Təqsirləndirilən şəxs qollarının qandallanmasını isə onunla izah edir ki, həmin gün onlar Şahmarın yerini müəyyən edib ona yaxınlaşmaq istədikdə o, müqavimət göstərərək özünü yerə çırpmaq istəmiş, lakin onlar buna olmaq üçün onun əllərini qandallamışlar. Baxmayaraq ki, əməliyyat qrupuna bir neçə nəfər daxil olmuşdur, saxlanılan şəxsin çəkilişə maneçilik olmamasına görə onun qolları qandallanmışdır. Qandallı vəziyyətdə iki nəfər şəxs Təqsirləndirilən şəxs saxladığı üçün çəkiliş zamanı onun özünü yerə çırpmaq imkanı olmamışdır. Belə ki, qandalla əməliyyat tədbirini keçirmək daha asan olur. Dolayısı ilə onun müqavimətinin qarşısını almaq üçün qandal tətbiq edilmişdir. Çünki qanunvericiliyin tələbinə əsasən saxlanılan şəxs müqavimət göstərdikdə, təhlükəsizliyin təmin edilməsi, şəxsin qaçmaması, şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə, və s hallarda “qandal” tətbiq edilməsinə yol verilir. Bundan başqa şahid “Eynar” adlı şəxsin narkotik vasitə satışı ilə məşğul olması barədə onda kifayət qədər mötəbər məlumatın olmasını, həmin şəxsin tutulmasını, onun Təqsirləndirilən şəxsla yaxın məsafədə eyni məhlədə yaşamalarını, lakin onların bir-biri ilə əlaqəsinin olub-olmaması barədə hər hansı məlumatının olmadığını, “Nicat” adlı şəxs barəsində isə ümumiyyətlə məlumatlı olmadığını bildirdi. Təqsirləndirilən şəxs Şahid1 ifadəsinə münasibətdə onun üzünə qarşı təkidlə bildirdi ki, hazırkı şahid onun saxlanıldığı yerə gəlməmişdən öncə o, Hacıqabul RPŞ-nin “Eldar” adlı və digər tanımadığı iki nəfər əməkdaşı tərəfindən ilkin olaraq saxlanılmış və onun üzəri yoxlanılaraq hər hansı vasitə aşkar edilməmişdir. Bundan sonra sonuncular bu barədə şöbəyə məlumat vermiş, təxminən 15-20 dəqiqə keçmədən Şahid1 da daxil olmaqla digər polis əməkdaşları gəlib dərhal onun qollarını qandallayıb çəkiliş aparmağa başlamışlar. Çəkilişdə iştirak edən polis əməkdaşları onu ilkin olaraq saxlayan şəxslər deyildir. Hətta videoçəkiliş və baxış bir neçə dəfə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlara münasibətdə isə Şahid1 inkar edərək elə bir hal baş vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilən suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olduğundan mənbə və məlumatın mahiyyəti ilə bağlı heç bir fikri yoxdur. Baxış keçirilməsi ilə bağlı videoçəkiliş başlamadan öncə Təqsirləndirilən şəxs qollarının qandallanmasını onunla izah etmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs bir az müqavimət göstərmiş və qaçmağa cəhd etmişdir. Baxış və videoçəkiliş isə yalnız bir dəfə həyata keçirilmişdir. Baxış zamanı isə ola bilər ki, əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxsin ad və soy adını çaşqınlıqla səhv salmışdır ki, bu da təbii insanlıq halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərinə dərhal videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Lakin fasiləsiz videoçəkiliş aparılmamasını, yəni Təqsirləndirilən şəxs tutulması və onun qollarına xüsusi vasitə olan vurulması anının videoçəkiləşlə qeydə alınmaması səbəbini onunla izah edir ki, sözügedən Plenum qərarı yeni olduğundan mövcud qaydaların tətbiqində təcrübəsizliyə yol vermişlər və gələcəkdə bu halı nəzərə alacaqlar. Videoçəkiləşə başlanmamışdan öncə isə Təqsirləndirilən şəxs etiraz edərək qaçmağa cəhd göstərdiyi üçün ona qandal vurulmuşdu, çünki qandallı vəziyyyətdə tarazlılığı qorumaq mümkün olmadığından qaçmaq imkanı məhdudlaşır. Saxlanıldığı tarixdən öncə isə Təqsirləndirilən şəxs tanımadığı üçün onunla RPŞ-də qarşılaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da digər şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilən suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, baxış keçirilməmişdən öncə təhlükəsizlik tədbiri olaraq Təqsirləndirilən şəxs qollarına xüsusi vasitə olan qandal vurulmuşdur. Şahid onun özünün mövcud çəkisinin 110 kq, Təqsirləndirilən şəxs isə 60 kq təşkil etdiyi, eləcə də kənarda digər polis əməkdaşlarının da olduğu bir vəziyyətdə saxlanılarkən sonuncunun onlara müqavimət göstərə bilmə imkanına münasibətdə isə bildirir ki, mövcud təcrübədə saxlanılan şəxsin baxış zamanı diqqətin yayınmasından istifadə edərək qaça bilməsi hallarına rast gəlinmişdir, ona görə də təhlükəsizlik tədbiri olaraq Təqsirləndirilən şəxs qollarına saxlanılarkən qandal vurulmuş, lakin yalnız videoçəkilişə başlanıldıqdan sonra onun üzərində axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əli qandallı olduğundan üzərində olan metamfetamini özünün könüllü olaraq təqdim edə bilmə imkanı olmamışdır. Şahid qeyd etmişdir ki: “Ona yaxınlaşıb, aralarında bir az “şey” olub qollarına qandal vurulandan sonra üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmədiyini iddia edərək etiraz etmişdir. Məhz etiraz edildiyi üçün tədbirə çox adam getməsinin səbəbi müqavimətin qarşısını almaq olmuşdur. Ümumilikdə tədbirdə dörd nəfər olmuş, digər yanaşı orada NMB-nin digər əməliyyat müvəkkili Soltanov Eldar olmuşdur. Səhv etmirsə çəkiliş şöbənin əməliyyat müvəkkili Eldar Soltanov tərəfindən aparılmışdır. Saxlanıldığı tarixdən öncə isə Təqsirləndirilən şəxs tanımadığı üçün onunla RPŞ-də qarşılaşmamış, ümumiyyətlə onun həmin gün şöbədə olması barədə məlumatı olmamışdır. Lakin xatırlayır ki, baxış zamanı Təqsirləndirilən şəxs şöbədə olması barədə məlumat vermişdir. Bundan başqa şahid “Eynar” adlı şəxsin narkotik vasitə satışı ilə məşğul olması barədə onda kifayət qədər mötəbər məlumatın olmasını, həmin şəxsin Təqsirləndirilən şəxs daha öncə tutulmasını, onun Təqsirləndirilən şəxsla əlaqəsinin olub-olmaması barədə hər hansı məlumatının olmadığını bildirdi. Təqsirləndirilən şəxs şahidlər Şahid2 və Şahid3 ifadələrinə münasibətdə də eynilə onların üzünə qarşı təkidlə bildirdi ki, hazırkı şahidlər onun saxlanıldığı yerə gəlməmişdən öncə Hacıqabul RPŞ-nin “Eldar” adlı və digər tanımadığı iki nəfər əməkdaşı tərəfindən ilkin olaraq saxlanılmış və üzəri yoxlanılaraq hər hansı vasitə aşkar edilməmişdir. Bundan sonra sonuncular bu barədə şöbəyə məlumat vermiş, təxminən 15-20 dəqiqə keçmədən Şahid1, Şahid2 və Şahid3 də daxil olmaqla 3-4 maşında digər polis əməkdaşları gəlib dərhal onun qollarını qandallayıb çəkiliş aparmağa başlamışlar. Çəkilişdə iştirak edən polis əməkdaşları onu ilkin olaraq saxlayan şəxslər deyildir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halları, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyləri və digər sənədləri, o cümlədən müdafiə tərəfin məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillərə münasibətdə təqdim etdikləri sənədləri tədqiq edib, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, iş materiallarında olan sübutların məcmusu ilə onun təqsirli olması sübuta yetirilməmiş və mövcud sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən şöbənin rəisinə ünvanlanmış 20 avqust 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1986-cı ildə Qazı- Məmməd şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, onun cinayət əməlinin ifşa edilməsi üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Odur ki, raportla Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və şöbənin rəisi tərəfindən təsdiq edilmiş 20 avqust 2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsilə qeyri-mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Həmçinin sözügedən qərarla operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda olan narkotik vasitənin qısa müddətdə gizlədiləcəyi və ya istifadə edəcəyi ehtimalı nəzərə alınaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə tədbir görülməklə aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; eyni zamanda əməliyyat-axtarış tədbiri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat axtarış fəaliyyəti haqqında” AR Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsi müəyyən edilmişdir. Hacıqabul RPŞ-nin rəisi A.Xəlilov tərəfindən imzalanmış 20 avqust 2024-cü il tarixli 3- 13-78/Ə382/2024 saylı əmrdən görünür ki, daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, PPXB-nin polis nəfəri Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əmrlə qrupa rəhbərlik Şahid1 həvalə edilmişdir. 20 avqust 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, yuxarıda qeyd olunduğu kimi daxil olmuş əməliyyat məlumatı əsasında qərar və əmrlə yaradılmış əməliyyat qrupunun üvzləri tərəfindən Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 16:35-də Hacıqabul şəhəri Asif Abdullayev küçəsində hərəkətdə olarkən saxlanılmışdır. Protokolun məzmunu əməliyyat qrupunun rəhbəri Şahid1 adından birinci şəxsin təkində tərtib edilməklə həmçinin qeyd edilmişdir ki: “Saxlanılan anda Təqsirləndirilən şəxs qaçmağa cəhd etdi və bütün gücü ilə çalışdı ki, onun saxlanılmasına imkan verməsin. Saxlamağa imkan verməmək üçün özünü yerə çırpmaq istədi. Lakin biz onun müqavimətinə baxmayaraq onu saxladıq və təhlükəsizlik üçün arxadan qoluna xüsusi vasitə olan qandal vurduq. Həmin müddət ərzində o, bizim ünvanımıza kobud ifadələr işlətməklə zorla əlini arxa sağ cibinə salmaq istəyirdi. Onun qollarına qandal vurulduqdan sonra ona nə üçün saxladığımızı izah edərək əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirildi. Yoxlama keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində narkotik vasitə varsa bildirsin. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya, o cümlədən narkotik vasitə olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı və yoxlama zamanı əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edildi. Həmin büküm elektron tərəzidə çəkildikdə 0.98 qram oldu və zərfə qoyularaq möhürləndi. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilmədi və videoçəkiliş başa çatdı. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün biz Hacıqabul RPŞ-nə gəldik. Əməliyyat tədbiri zamanı Hacıqabul RPŞ-nin ƏİÜ rəis müavini X6 tərəfindən “Samsung” markalı telefon vasitəsilə videoçəkiliş aparıldı. Həmin videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunacaqdır. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edildi.” Həmçinin protokoldan görünür ki, videoçəkilişin başlanma vaxtı - saat 16:53, qurtarma vaxtı – saat 17:00, protokolun tərtib edilmə vaxtı isə 17:40 qeyd edilmiş, protokol Şahid2, Şahid3, Rüfət İbayev, Şahid1 və şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Videoçəkilişlə qeydə alınmış görüntülərin əks olunduğu disk cinayət işi materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də Hacıqabul RPŞ-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən tutulmuş və onun tutulması vaxtı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxt, yəni xx.xx.2024-cü il saat 16:35 hesab edilmişdir. “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, tərhqiqatçı Natiq Ağayev tərəfindən iş üzrə şübhəli şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Salman Fərəcovun və əməliyyat müvəkkili Şahid1 iştirakları ilə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf açılaraq, orada olan psixotrop maddə metamfetaminə baxış keçirilmişdir. Protokolda həmçinin qeyd edilmişdir ki: “Təqsirləndirilən şəxs bildirdi ki, həmin vasitə özünə məxsusdur, ona qarşı heç bir fiziki zorakılıq olmamışdır”. Protokoldan həmçinin müəyyən edilir ki, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərə də baxış keçirilmiş, hətta həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin ona məxsus olmadığını bildirdiyi qeyd edilmişdir. Baxış və götürmə təhqiqat araşdırmasının nəticələri videoçəkiliş aparılmaqla qeydə alınmış və görüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Protokolda videoçəkilişin başlanma vaxtı - saat 18:30, qurtarma vaxtı – saat 18:38, protokolun tərtib edilmə vaxtı isə saat 18:45-19:05 qeyd edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. 22 avqust 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Əsədov X1 RPŞ-nin müstəntiqi Royal Məmmədov tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. Müstəntiqin eyni tarixli digər qərarları ilə Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,982 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəyə əlavə edilmiş eyni tarixli aktdan isə görünür ki, tədqiqata sərf edildikdən sonra psixotrop maddənin qalıq qalan çəkisi 0,932 qram təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6151 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir və müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı hadisə gününə, yəni, xx.xx.2024-cü il tarixə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Həmçinin rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı xx.xx.2024-cü il tarixdə saat 16:30-da saxlanılarkən heç kimin ona zor tətbiq etmədiyini və heç bir xəsarət almadığını bildirmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əsədov X1 şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 93 ünvanında qeydiyyatda olmaqla yaşayır. Himayəsində iki azyaşlı övladı vardır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində mənfi xarakterizə edilir. Lakin xasiyyətnamədə hansı məlumatlara əsasən onun mənfi xarakterizə edilməsi göstərilməmiş, xarakteristika yalnız bir cümlə ilə ifadə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə əvvəla qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-in 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Sübutların yekun qiymətləndirilməsi məhkəmə istintaqının aparılması nəticəsində mümkün olur ki, həmin qiymətləndirmə yolu ilə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələ həll olunur. Arbitr rolu oynayan məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi yolu ilə ibtidai istintaq zamanı toplanmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir və bununla da sübutların qəbuledilənliyi məsələsi həll edilir. İbtidai istintaq zamanı toplanmış sübutların müstəqil və qərəzsiz məhkəmə tərəfindən yenidən tədqiq edilərək qiymətləndirilməsinin məqsədi isə həmin sübutların toplanılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilib-verilməməsini aydınlaşdıraraq, ittihamın əsaslandırılmasında istifadə olunan ayrı-ayrı sübutların CPM-in tələblərinə uyğun olaraq əldə edilib-edilməməsini müəyyən etməkdir. Belə ki, ibtidai istintaq zamanı toplanmış sübutlara istintaq orqanı özünün sübutların qiymətləndirilməsi haqqında qərarı ilə qiymət verir və şübhəsiz haldır ki, sübutu toplayan orqan həmin sübutun qiymətləndirilməsi zamanı qərəzsiz mövqe nümayiş etdirə bilməyəcəkdir. Məhz onun nəticəsidir ki, sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı bəzi hallarda sübutların CPM-in tələblərinə uyğun olaraq əldə edilməsi və qəbuledilənliyi ciddi şübhələr doğurur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən onun istintaq zamanı vermiş olduğu ifadəsinə, şahidlərin ifadələrinə, şəxsi axtarış və götürmə haqqında protokola, ekspertiza rəylərinə və əməliyyat məlumatlarına istinad etmiş və qeyd edilən sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gələrək ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadələri alınarkən qanunsuz təsir və təzyiqlərə məruz qalmış, şəxsi axtarış və götürmə aparılarkən ciddi qanun pozuntularına yol verilmiş və ittihamın əsaslandırılmasında mümkün hesab edilə bilməyən sübutlardan istifadə edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları iş üzrə maraqlı şəxslər olduqlarından verdikləri ifadələr yalnız ittihamın müdafiəsinə yönəlmişdir. Belə ki, “Raport” və “əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” 20 avqust 2024-cü il tarixli qərarla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, raportda və əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 20 avqust 2024-cü il tarixli qərarda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də, həmin məlumatın nədən ibarət olmasına, hansı faktlarla təsdiq olunmasına, məlumatın mötəbərliyinə dair cinayət işinin materiallarına heç bir sübut əlavə edilməmişdir. Yalnız qeyd olunan qərarda həmin məlumata istinad edilmiş və məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi, o cümlədən tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin müşahidəsinin aparılması, saxlanıldıqda dərhal üstünün yoxlanılması və ondan aşkar edilmiş əşyalara baxış keçirilməsi qərara alınmışdır. Bundan başqa, həmin qərardan görünür ki, səlahiyyətli subyekt əməliyyat axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə heç bir münasibət bildirməmiş, hansı səbəbə görə məhkəmə qərarı olmadan əməliyyat tədbirinin keçirilməsinin zəruriliyi qərarda əsaslandırılmamış, təxirəsalınmazlığın nədə ifadə olunmasına dair qərarda hər hansı əsaslandırmanının aparılmasına ehtiyac duyulmamışdır. Eyni zamanda 20 avqust 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, əməliyyat məlumatı əsasında qərar və əmrlə yaradılmış əməliyyat qrupunun üvzləri tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilmiş konkret olaraq hansı əməliyyat tədbiri gedişatında onun saxlanılması və üstünün yoxlanılması barədə hər hansı məlumat və ya əsaslandırma qeyd edilməmişdir. Məhkəmə istintaqı zamanı isə şahid qismində dindirilmiş və qərar əsasında verilmiş əmrlə yaradılan əməliyyat qrupunun rəhbəri olmuş Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Elşad Abbasov öz ifadəsində ona etibarlı mənbədən, “agent”dən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatının daxil olmasını göstərməsinə baxmayaraq işin hallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən kütlə, narkotik vasitə deyil, psixotrop maddə metamfetamin olmuşdur. Bundan başqa maraqlı məqam həmçinin ondan ibarətdir ki, Şahid1 ona daxil olmuş məlumatın təxirəsalınmazlığı nəzərə alınaraq ümumiyyətlə əməliyyat işinin açılmadığını, hər hansı rəsmişləşdirmə aparmadığını (agent məlumatının qeydiyyatı və s) bildirmiş, eyni zamanda ifadəsində konkret olaraq həyata keçirilmiş hansı əməliyyat tədbiri nəticəsində Şahid1 saxlanılmasını və üzərinə axtarış keçirilməsini kifayət qədər inandırıcı dəlillərlə əsaslandıra bilməmişdir. Bunun əksinə olaraq tədbirin gedişatının qeydə alındığı videogörüntü məhkəmədə tədqiq edilərkən, tədbirin Şahid1 tərəfindən kifayət qədər səriştəsiz aparılması, hətta onun saxlanılan şübhəli şəxsin anket məlumatlarını dəqiq bilməməklə yalnış səsləndirməsi aşkar şəkildə müşahidə olunur. Göstərilən hallar, şəxsi axtarış zamanı Şahid1 saxlanılan şəxsin adını düzgün səsləndirə bilməməsi nəzərə alındıqda, daxil olan əməliyyat məlumatın kifayət qədər mötəbər olmasına və Şahid1 tərəfindən həmin məlumatın hansı dərəcədə ətraflı yoxlamaq imkanına malik olmasına məhkəmə şübhə ilə yanaşır. CPM-in 445.2-ci maddəsinə görə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1)şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Qeyd olunan normalardan aydın şəkildə görünür ki, hazırki işdə keçirilən əməliyyataxtarış tədbirinin məhkəmənin qərarı olmadan keçirilməsi üçün «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən də məhkəmənin qərarı olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı qəbul edilmiş qərarda heç bir münasibət bildirilməmiş, qərar heç bir faktiki halla əsaslandırılmamış və təxirəsalınmazlığa dair heç bir dəlil göstərilməmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cu il tarixli qərararında Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçinin şəxsi axtarışının məhkəmə qərarı olmadan aparılmasını, buna səbəb olmuş əməliyyat məlumatının faktiki olaraq mövcud olmamasını və polis əməkdaşlarının axtarışın faktiki hallarına dair ziddiyyətli ifadələrini nəzərə alaraq, Avropa Məhkəməsi ərizəçinin şəxsi axtarışı nəticəsində əldə edilmiş sübutun mötəbərliyinin şübhə doğurduğunu bildirir. (paraqraf 65). Məhkəmə qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar əsaslandırılmamış və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. CPM-in 445.2-ci maddəsindən görünür ki, məhkəmə nəzarətini həyata keçirən məhkəmə yalnız əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarın qanuniliyini yoxlaya bilər, yəni həmin məhkəmənin səlahiyyəti qərar və qərardan öncə olan məsələlərə münasibət bildirməkdir. Qərar əsasında həyata keçirilən əməliyyat tədbirlərini və əldə olunmuş sübutları qiymətləndirmək səlahiyyəti işə mahiyyəti üzrə baxan məhkəməyə məxsus olan hüquqdur. Lakin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsinin əsaslarının mövcudluğu ehtimal edilən “əməliyyat məlumatı”nın mötəbərliyini təsdiq edən əməliyyat məlumatları və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair materiallar, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələrin baxış predmetinə aid olsa da məhkəmələrə təqdim edilməmişdir. İstintaq orqanı sadəcə iki səhifədən ibarət formal qərarı iş materiallarına əlavə etməklə öz sübut bazasını gücləndirməyə çalışmışdır. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəlarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, CPM-in və “Əməliyyat-axtarış fəalyyəti haqqıda” 728-İQ nömrəli Qanunun normalarına əsasən (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyataxtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728- İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar və həmin qərar əsasında keçirilən əməliyyat tədbiri qüvvədə olan yuxarıda sadalanan qanunların tələblərinin kobud şəkildə pozulması ilə qəbul olunmuş və keçirilmiş, bu qaydada əldə edilmiş sübutun qəbul edilməsi ilə bağlı tələbləri nəzərdə tutan CPM-in 137-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. -Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması, istintaq orqanının sübut olaraq təqdim etdiyi “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” və “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 20 avqust 2024-cü il tarixli protokollar, həmin protokollara əlavə edilmiş diskdə olan video görüntülərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Əvvəla məhkəmə vurğulayır ki, 20 avqust 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokol mahiyyət etibarı ilə şübhəli şəxsin “şəxsi axtarışı” olmaqla, ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtədir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanının əsas sübut olaraq təqdim etdiyi 20 avqust 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokol və həmin tədbirin gedişatını özündə əks etdirən videogörüntünün olduğu disk müqayisəli şəkildə təhlil edilmişdir. Qeyd olunan diskdəki bir ədəd faylda əks olunmuş videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, videogörüntünün müddəti 07 dəqiqə 08 saniyə təşkil edir. Fayl açıldıqda müşahidə edildi ki, çəkilişi aparan şəxs “başla” deyə əməliyyat qrupunun rəhbəri Şahid1 göstəriş verir. Bundan sonra Şahid1 özünü və tədbirdə iştirak edən digər qrup üzvlərini təqdim edir. Lakin o, videoçəkilişin kim tərəfindən aparılması, eləcə də həyata keçirilən tədbirin başlanma vaxtı barədə görüntünün sonunadək hər hansı məlumat bildirmir. Videogörüntünün ilk saniyələrindən isə Təqsirləndirilən şəxs qollarının arxaya doğru bilək hissədən xüsusi vasitə olan qandalla bağlı vəziyyətdə olması, sağ qolundan əməliyyat qrupunun üzvü Şahid3 əli ilə tutması, sol tərəfində isə Şahid2 dayanması, dolayısı ilə Şamar Əsədovun azadlığının polis əməkdaşları tərəfindən tam şəkildə məhdudlaşdırıldığı müşahidə edilir. Həmçinin əməliyyat müvəkkili Şahid1 həyata keçirdiyi tədbirin başlanğıcında saxlanılan şəxs haqqında məlumatı elan edərkən yalnış olaraq “Əliyev” Şahmar Əliqulu oğlunun üzərində narkotik vasitə saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatının daxil olmasını və onun Hacıqabul şəhəri Asif Abdullayev küçəsində saxlanıldığını elan edir. Lakin nə vaxt saxlanılmasını bildirmir. Bundan sonra saxlanılan şəxs ona irad bildirərək adını belə ümumiyyətlə bilmədiyini deyir. Bu iradın davamı olaraq Şahid1 saxlanılan şəxsin soy adını təkrarən yalnış olaraq “Əhmədov” kimi bəyan edir. Yalnız əməliyyat qrupunun digər üzvü Şahid3 köməkliyindən sonra o, yalnışlığa düzəliş edərək saxlanılan şəxsin adını “Təqsirləndirilən şəxs” kimi qeyd edə bilir. Daha sonra əməliyyat müvəkkili Şahid1 üzünü saxlanılan şəxsə tutaraq onun barəsində üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmasını bildirərək, ondan üzərində hər hansı narkotik vasitə və ya qanunsuz əşya olub-olmamasını soruşur. Saxlanılan Təqsirləndirilən şəxs isə suala cavab olaraq üzərində qanunsuz əşya və narkotik vasitə olmadığını deyir. Bundan sonra Şahid1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlayır. Yoxlama ilkin olaraq Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ qabaq cibindən başlanılır, həmin cibdən bir ədəd mobil telefon, sol qabaq cibdən siqaret qutusu, çaxmaq və 2 ədəd 20 manatlıq pul əskinasları aşkar edilir. Yoxlamanın davamı olaraq Təqsirləndirilən şəxs arxa sol cibindən kağız parçası aşkar edilir ki, əməliyyat müvəkilli Şahid1 həmin kağız parçalarının ödəniş çekləri olmasını və iş üzrə əhəmiyyət kəsb etmədiyini bəyan edib qaytarıb sol cibə geri qoyur. Arxa sağ cibdən isə bir ədəd qara rəngli pul qabı və kağız materialın içində saqqız aşkar edilir. Şahid1 axırda aşkar edilən əşyaları qrup üzvü olan Şahid3 təqdim edir və həmin əşyalara baxış keçirilən anda, görüntünün 03:13-cü saniyəsində Şahid1 qəflətən bir ədəd sellofan büküm göstərərək Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən aşkar edildiyini bəyan edir. Lakin görüntüdə həmin bükümün konkret olaraq necə və haradan aşkar edilməsi müşahidə edilmir. Yoxlama zamanı əməliyyat müvəkkili Şahid1 bükümü nümayiş etdirərək saxlanılan Təqsirləndirilən şəxs “sənin üstündən aşkar edildi. Hə?!” deyə ona yönəldici sual ünvanlayır. Təqsirləndirilən şəxs isə təəcüblü üz ifadəsi ilə “Nə? Mənim üstümdən aşkar olunmadı” deyə cavab verir. Əməliyyat müvəkkili Şahid1 isə əksinə olaraq ona “Çəkiliş var idi” sözlərini deyib, sanki saxlanılan şəxsin onun sözlərini təsdiqləməsini gözləyir. Bu dialoqun sonunda əməliyyat müvəkkili Şahid1 bükümü açaraq içərisində metamfetaminə bənzər kütlə aşkar olduğunu və ekspertiza keçirilməsi üçün qablaşdırılmalı olduğunu deyir. Həmin anda Təqsirləndirilən şəxs etiraz edərək kütlənin ona aid olmamasını bildirir. Hətta o, etirazının davamı olaraq emosional vəziyyətdə qeyd edir ki, “Bu cür hərəkətlər haqsızlıqdır, onun iki xəstə övladı var”. Görüntünün 03:55-ci saniyəsində kənarda üç nəfər naməlum şəxslərin olması müşahidə edilir, çəkiliş aparan şəxsin isə onlara tədbirə köməklik kimi bükümün qablaşdırılması üçün zərf gətirməsinə dair göstəriş verməsi eşidilir. Şəxsiyyətləri məlum olmayan həmin kənar şəxslər zərf və tərəzini gətirdikdən sonra büküm Şahid1 tərəfindən tərəzidə çəkilərək 0.98 qram çəkidə olması müəyyən edilir və büküm zərfə qoyulub möhürlənir. Şahid1 zərfin üzərində qeydlər apararaq imzalayır və saxlanılan Təqsirləndirilən şəxs da imza etməsini təklif edir, lakin Təqsirləndirilən şəxs etiraz edib zərfi imzalamaqdan imtina edir. Göstərilənlərlə yanaşı video görüntüdən görünür ki, həyata keçirilən tədbir gedişatında Təqsirləndirilən şəxs iştirakçılara etiraz edərək “Bir dəqiqə rəis, mənim üstümdən çıxdı o? Niyə belə edirsiz ki rəis?”; “Mən özümü öldürürəm uşaqlardan ötrü, düzgün hərəkət etmirsiz; Allah haqqı o mənim üstümdən çıxmayıb axı; İnsafınız olsun heç olmasa; Allaha and olsun mən Ali Məhkəməyə yazacam. Belə olmaz. Sənə yaraşmır. Mənim qanımda əgər şüşə çıxsa sizin bu etdikləriniz boş şeydir” kimi inkaredici ifadələr səsləndirir. Hətta çəkiliş aparılan şəxs saxlanılan Təqsirləndirilən şəxs qeyd olunan ifadələrin qarşılığında “müqavimət göstərmə” dedikdə, Təqsirləndirilən şəxs cavab olaraq “Mən kiməm ki, müqavimət göstərim? Ancaq düzgün hərəkət edin” deyə cavab vermişdir. Sonda Şahid1 saat 17:00-da tədbirin başa çatmasını elan edir və bununla da videogörüntü yekunlaşır. Məhkəmə, yuxarıda sadalanan xüsusatları əlaqəli şəkildə tədqiq etdikdə, hesab edir ki, müdafiə tərəfinin iddiaları əsaslı görünür və ittiham tərəfinin sübutlarını şübhə altına alır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfin birbaşa olaraq sübut kimi təqdim etdiyi “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokol və ona əlavə edilmiş videogörüntüdən göründüyü kifayət qədər nöqsanlı və qüsurludur. Əvvəla istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən psixotrop maddə olan metamfetaminin onun üzərindən bilavasitə aşkar edilməsi videogörüntüdə müşahidə edilmir. Bundan başqa, tədbirlə bağlı tərtib edilmiş protokolun məzmununda yuxarıda göstərildiyi kimi, Təqsirləndirilən şəxs zorla əlini arxa sağ cibinə salmaq istədiyi qeyd edilmişdir. Belə olan halda, məhkəmədə sual yaranır ki, əgər bu xüsusat həqiqəti əks etdirirsə və bu hal saxlanılan şəxsin qoluna qandal vurulması üçün əsas olmuşdursa, hansı səbəbdən azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əvvəldən deyil, məhz ən sonda onun arxa sağ cibi əməliyyatçı tərəfindən yoxlanılmışdır?!, eyni zamanda qeyd olunan ifadənin protokolda xüsusi olaraq vurğulanmasına zərurət hansı səbəbdən yaranmışdır?! Qeyd olunan xüsusatın araşdırılması ilə bağlı, məhkəmə istintaqı zamanı əməliyyat qrupunun üzvləri olmuş əməliyyat müvəkkilləri şahid qismində dindirilmişlər. Şahid1 videogörüntüdə metamfetaminin aşkar edilməsi anının qeydə alınmamısını onunla izah etmişdir ki, saxlanılan Təqsirləndirilən şəxs arxa sağ cibinə baxış keçirilən zaman xeyli predmet aşkar edilmişdir ki, metamfetamin olan büküm kiçik ölçülü olduğundan cibin dib hissəsində yerləşmiş və digər predmetlərlə birlikdə eyni andan çıxarılması mümkün olmamışdır. Tədbirdə iştirak edən digər qrup üzvü isə saqqız kağızına baxış keçirən anda, o, tələskənlik edib təkrarən Təqsirləndirilən şəxs arxa sağ cibinə baxmış və bükümü aşkar etmişdir. Onun tələskənliyinə və təcrübəsizliyinə görə bu hal video görüntüdə qeydə alınmamışdır. Digər Şahid2 isə bu halı onunla izah etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin nəticələrinin fasiləsiz olaraq videoçəkilişlə qeyd alınması ilə bağlı tələbinin tətbiqində ilk aylarda müəyyən çətinlikləri olmuş, əməliyyat müvəkkilinin səriştəsizliyi, təcrübəsizliyi, işin mahiyyətinə tam bələd olmaması və tələskənliyi nəticəsində belə bir anlaşılmaz vəziyyət ortaya çıxmışdır. Lakin o, əminlikdə qeyd edir ki, metamfetamin Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilmişdir. Şahid3 də bu xüsusatla bağlı qeyd etmişdir ki, videogörüntüdən də aşkar hiss edildiyi kimi əməliyyat müvəkkili Şahid1 kifayət qədər həyəcanlı vəziyyətdə olmaqla, tədbiri həyata keçirən zaman əlləri əsir və bu səbəbdən tələskənlik edib çəkiliş başqa istiqamətdə aparılan anda Təqsirləndirilən şəxs üzərində axtarışı davam etdirərək metamfetamini aşkar etmiş, lakin bu halın görüntüdə detallı şəkildə qeydə alınması mümkün olmamışdır. Göründüyü kimi, şahid ifadələri ilə “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokolda və ona əlavə edilmiş videogörüntüdəki mövcud şübhələr aradan qalxmır. Belə ki, videogörüntüdən də göründüyü kimi, Təqsirləndirilən şəxs ondan aşkar edilməsi iddia edilən maddənin ona aid olmamasını israrla bildirir, digər tərəfdən isə şahidlərin ifadələrində göstərdiyi kimi əməliyyat müvvəkkilinin səriştəsizliyi və tələskənliyə yol verməsi əsas vermir ki, metamfetaminin məhz Təqsirləndirilən şəxs aid olmasına və baxış zamanı onun üzərindən aşkar edilməsinı dəlalət edən sübut kimi məhkəmə qəbul etsin. Digər maraqlı məqam ondan ibarətdir ki, ilkin əməliyyat tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs ondan aşkar edilməsi iddia edilən bir bükümdə psixotrop maddə olan metamfetaminin ona aid olmamasını israrla bildirmiş, hətta videogörüntüdən göründüyü kimi buna aktiv şəkidlə etiraz etmiş və bu etirazının əlaməti olaraq da metamfetaminin qablaşdırıldığı zərfin üzərini imzalanmaqdan imtina etmişdir. Bu hərəkətlərdən sonra Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinə aparılmış, hələ müdafiəçi təqdim edilmədən aparılan videoçəkilişin saat 17:00-da, tədbirin gedişatı ilə bağlı şöbədə tərtib edilən protokolun isə tərtibatının 17:40-da başa çatdırılması nəzərə alındıqda, onda necə ola bilər ki, 40 dəqiqəlik vaxt intervalında şəxs onun əleyhinə olan məlumatları əks etdirən protokolu könüllü olaraq imza etsin. Bu kəskin dəyişkənliyin baş verməsi halı, özüözlüyündə müdafiə tərəfinin ona şöbədə psixi təsir göstəməsi ilə bağlı dəlilinin həqiqətə uyğun olması ehtimalını artırır. Bundan başqa “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol əlavə edilmiş CD diskdəki bir ədəd faylda əks olunmuş videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, videogörüntünün müddəti 04 dəqiqə 55 saniyə təşkil edir. Fayl açıldıqda müşahidə edildi ki, görüntünün 01:36-cı saniyəsində zərfə baxış zamanı təhqiqatçı Natiq Ağayev şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs bükümdəki kütlənin nə olması barədə sual verir, Təqsirləndirilən şəxs isə suala cavab olaraq, bilmədiyini, şöbədən çıxarkən tapığını, içində nə olması barədə məlumatının olmadığını, şöbədən çıxan kimi yolda saxlanıldığını bildirmişdir. Hətta o, şöbənin yaxınlığında siqaret qutusunun içərisində bükümü tapdığını xüsusi vurğu ilə qeyd edir, bundan sonra şöbəyə sənəd götürmək üçün gəldiyini, şöbədən çıxdıqdan sonra saxlanıldığını və bükümün içində hansı maddə olması barədə məlumatının olmadığını, ümumiyyətlə psixotrop maddə qəbul etmədiyini və qan analizi yoxlanılacağı təqdirdə bu faktın aşkar edilə biləcəyini bildirir. Videogörüntüdə Təqsirləndirilən şəxs bədən dili, üz ifadəsi və danışıq tərzindən isə onun emosional olaraq əsəbi vəziyyətdə olmasını müşahidə etmək mümkündür. Videogörüntüdən həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə həmin vasitənin ona məxsus olmasını bildirməmişdir. Buna baxmayaraq baxışın gedişatını əks etdirən protokolda təhrif edilərək “Təqsirləndirilən şəxs bildirdi ki, həmin vasitə özünə məxsusdur, ona qarşı heç bir fiziki zorakılıq olmamışdır” ifadəsi qeyd edilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2024-cü il tarixdə saxlanılmış X5 RPŞdə təhqiqatçı tərəfindən cinayət işi başlanılıb şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün ərzində nə izahatı, nə də şübhəli şəxs qismində ifadəsi alınmamışdır. Yalnız yuxarıda qeyd edilən baxış zamanı videogörüntüdəki ifadəsidir ki, həmin vaxt belə o, ifadəsində metamfetaminin birbaşa olaraq ona aid olmasını bildirməmiş, hətta “tapmışam” ifadəsini qeyd etdikdə görüntüdə təhqiqatçı Natiq Ağayev onun dediyi kimi rəsmiləşdirildiyini və problem olmadığını bildirmişdir. Cinayət işi materialları təhqiqatçı tərəfindən xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Hacıqabul RPŞ-nin İstintaq Bölməsinə təqdim edilmişdir. Yalnız bundan sonra xx.xx.2024-cü il tarixdə saat 18:01-dən 19:17-dək, yəni onun saxlanılmasında 1 (bir) gün sonra müstəntiq Röyal Məmmədov tərəfindən şübhəli şəxs qismində ifadəsinin alınması təmin edilmişdir ki, bu müddət ərzində o, tam şəkildə polisin nəzarəti altında olmuş, eləcə də onun bu dövrdə dövlət hesabına təyin edilmiş vəkillə konfidensial görüşünün olması, yaxud vəkil tərəfindən onun müdafiəsi üçün hər hansı vəsatət verməsi cəhdi belə iş materiallarında öz əksini tapmır. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs müdafiəsi belə formal xarakter daşımaqla onun bir gün müddət ərzində polis şöbəsində müvəqqəti saxlama yerində saxlanıldığı bir şəraitdə ona psixoloji təsir edilməsi ehtimalı kifayət qədər realdır. Təqsirləndirilən şəxs bir gün sonra şübhəli şəxs qismində dindirilməsi ilə bağlı tərtib edilmiş protokol və ona əlavə edilmiş diskdəki videogörüntü məhkəmə tərəfindən müqayisəli şəkildə təhlil edilmişdir. Təhlil zamanı müəyyən edilir ki, onun dindirməsini əks etdirən videogörüntünün müddəti 3 dəqiqə 17 saniyə təşkil edir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, işə düzəlmək məqsədilə “təmizlik kağızı” almaq üçün Hacıqabul RPŞ-nə gəlmiş, kağızı alıb çıxdıqdan sonra 20-50 məsafə getmiş və yerdən bir ədəd siqaret qutusu tapmış, qutunun içində dörd ədəd siqaret dənəsi və bir ədəd bükümdə ağ rəngli maddə olmasını görmüşdür. Lakin maddənin adının nə olduğunu bilmir. Gələcəkdə istifadə edib yoxlamağı düşündüyü üçün siqaret qutusunu özü ilə götürmüş və yolda evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Müstəntiqin suallarına cavab olaraq, ona hər hansı fiziki və psixoloji təsir göstərilmədiyini qeyd etmişdir. İş materiallarında olan dindirmə protokolunun məzmunundan isə görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin mətni bir qədər təhrif edilmişdir. Belə ki, protokol Təqsirləndirilən şəxs adından birinci şəxsin təkində tərtib edilməklə mətndə qeyd edilmişdir ki: “Polis şöbəsində işlərimi həll edikdən sonra şöbədən çıxıb yaşadığım ev istiqamətində hərəkətə başladım. Təxmini 50 metr getdikdən sonra Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yol kənarında ağacların yanında yerdə LD markalı siqaret qutusu gördüm.Həmin siqaret qutusu diqqətimi cəlb etdiyi üçün qutunu götürüb içərisinə baxdım. Qutunun içərisində 4 ədəd siqaret və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olmasını gördüm. Sonra həmin bükümü cibimə qoydum ki, istifadə edərəm. Bundan sonra öz işlərimlə məşğul oldum. Bir neçə saatdan sonra Hacıqabul şəhəri A.Abdullayev küçəsi ilə hərəkət edərkən polis əməkdaşları mənə yaxınlaşdı.”, “Bundan sonra video çəkilişlə üzərimə yoxlama başladılar. Mən də üzərimdə olan bükümə görə həyəcanlandım və onların təklifindən yayınmaq istədim” və s . Halbuki videogörüntüdə Təqsirləndirilən şəxs maddəni taparkən nə olması barədə məlumatının olmadığını bildirmiş, hətta o ümumiyyətlə polis əməkdaşları tərəfindən saxlanılması şəraiti barədə məlumat verməmiş, ona bu barədə sorğu-sual belə edilməmişdir. Eyni zamanda o, şöbədən çıxdıqdan bir neçə saat sonra saxlanılmasını deməmiş, bunun əksi olaraq bilavasitə sonra saxlanıldığı demişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılmasından başlayaraq ilkin dindirilməsinədək toplanmış ilkin materiallardan açıq şəkildə görmək olur ki, o, saxlanıldıqda ümumiyyətlə özünü təqsirli bilməmiş, sonradan şöbəyə gəlib müdafiəçi ona təqdim edilənədək olan müddətdə aşkar edilmiş əşyalara baxış zamanı maddəni tapdığını və nə olması barədə məlumatının olmadığını demişdir. İlkin və sonrakı dindirmələr zamanı isə bu ziddiyyətin yoxlanılması üçün nə müstəntiq buna dair hissədə sorğu-sual edib dəqiqləşdirmə aparmamış, nədə ki dindirmə aparılmasının gedişatını əks etdirən video görüntüdən də göründüyü kimi dövlət hesabına təyin edilmiş müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkil Fərəcov Salman belə bu halı Təqsirləndirilən şəxs sual verib dəqiqləşdirmə zərurəti hiss etməmiş və sanki ziddiyyətlərə laqeyid yanşılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş və tərtib edilmiş protokolun mətni, şübhəli şəxs qismində dindirmə protokolun mətni ilə sözbəsöz eynilik təşkil edir. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə ibtidai istintaqın aparılması Hacıqabul RPŞ-nin digər X3un icraatına verilmiş, bundan sonra istintaqı aparan yeni müstəntiq Təqsirləndirilən şəxs təkrarən dindirmədən şahid qismində polis əməkdaşları Şahid2 və Əlipaşa Qədirovu dindirməklə istintaqı yekunlaşdırıb sübutları qiymətləndirərək ittiham aktı tərtib edib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmişdir. Göründüyü kimi istintaq orqanı öz vəzifələrini icrasına laqeyd yanaşmaqla iş materiallarına olan mövcud nöqsanları aradan qaldırmağı lüzum görməmişdir. X3 ümumiyyətlə cinayət işi öz icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs dindirmədən sübutların qiymətləndirilənməsi haqqında qərarında onun digər müstəntiq Röyal Məmmədova verdiyi ifadəsini sübut olaraq qiymətləndirib təqsirini etiraf etməsini qeyd etmişdir. Bütün yuxarıda qeyd olunan hallar müdafiə tərəfin Hacıqabul RPŞ-də ona psixoloji təsir göstərilməsi və bu səbəbdən də qəsdən qərəzli olaraq üzərinə polis əməkdaşları tərəfindən qoyulan psixotrop maddəni şöbənin yaxınlığından tapmasını bildirməsinə dair, eləcə də onun ibtidai istintaq zamanı müdafiəsinin formal xarakter daşımasına dair dəlillərinin həqiqətə uyğun olması ehtimalını artırır. Məhkəmə qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxsin şəxsi axtarışının və baxışın aparılması üsulu prosesin bütövlükdə qanuniliyinə təsir etmiş, şübhə və qeyri-müəyyənliyi artırmışdır. Göstərilənlərlə yanaşı müdafiə tərəfin məhkəmə istintaqı zamanı təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, həqiqətən Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə məhkumluğunun yoxlanılması ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsinə müraciət etmiş və ona həmin şöbənin rəisinin imzası və şöbənin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-78/2-Ə-172xx/xx/2021 saylı arayış təqdim edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə o, sözügedən arayışı aldıqdan bilavasitə sonra Şöbənin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Müdafiə tərəfin məhkəməyə təqdim etdiyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş tibbi müayinə sənədlərindən də görünür ki, Şahmar Əs ədov həqiqətən xx.xx.2024-cü il tarixdə xəstəxananın konsultativpoliklinika şöbəsinə Forma-86 (tibbi arayış) almaq üçün müraciət etmiş, həmin vaxt o, qan və sidik analizləri vermişdir. Tibbi sənədlər təhlil edildikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:51-dən 12:58-dək lobarator analiz müəyinələrindən, o cümlədən həkim-terapevt Xəqani Abbasovun müayinələrində olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi, onun xx.xx.2024-cü il tarixdə ilkin olaraq məhkumluğa dair arayış üçün səhər radələrində polis şöbəsinə müraciət etməsi, sənəd hazırlanması üçün vaxt tələb edildiyindən oradan xəstəxanaya getməsi, orada tibbi müayinələrdən keçməklə saat 16 radələrində şöbəyə arayış üçün qayıtması və arayışı aldıqdan sonra evə gedərkən yolda polis əməkdaşları tərəfinfən saxlanılması ilə bağlı dəlili müdafiə tərəfin özünün təqdim etdiyi sübutlar və işin digər halları ilə (təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi, məhkəmə iclasında şahidlərin bu halı bilavasitə inkar etməməsi ) öz təsdiqini tapır. Nəticə etibarilə, təqdim olunan bütün dəlillərin və hadisələrin təhlili nəticəsində, ittiham tərəfinin iddialarının hüquqi baxımdan yetərincə isbat edilə bilmədiyi, təqsirləndirilən şəxsin öz müdafiə orqanlarının da iddia və sübutlarını dəstəkləmədiyi aşkar edilmişdir. Xüsusilə, təqdim olunan video sübut materiallarının, psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar olunmasına dair aydın və birmənalı sübut təmin etməməsi və hadisənin müəyyən aspektlərinin, o cümlədən polis şöbəsinə rəsmi müraciət və arayışın alınması ilə saxlanılmanın eyni gün ərzində baş verməsinin, prosesin əvvəlcədən planlaşdırılmış ola biləcəyi ehtimalını ortaya qoyması, ittiham tərəfinin sübutlarının möhkəmliyini və obyektivliyini zədələyir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri təhlilinə əsaslanaraq belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi ifadəsinin həqiqiliyinin hazırki cinayət işi üzrə şübhə altına alınması üçün heç bir əsas mövcud deyildir. Buna görə də onun məhkəmədə verdiyi ifadəsi sübut olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. -Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə istintaqı zamanı 20 avqust 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokola əlavə olunan diskdəki videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, videogörüntünün ilk saniyələrindən Təqsirləndirilən şəxs qolları arxaya doğru bilək hissədən xüsusi vasitə olan qandalla bağlı vəziyyətdə olmaqla, onun sağ qolundan əməliyyat qrupunun üzvü Şahid3 əli ilə tutmuş, sol tərəfində isə Şahid2 dayanmışdır. Dolayısı ilə polis əməkdaşları tərəfindən Şamar Əsədovun azadlığının tam şəkildə məhdudlaşdırıldığı müşahidə edilir. Videogörüntüdə əməliyat müvəkkili Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hansı səbəbdən azadlığının məhdudlaşdırılaraq qollarına xüsusi vasitə olan qandal vurulmasının səbəbləri izah edilməmişdir. Həmçinin əməliyyat müvəkkili E.Abbasovun saxlanılan şəxsə hüquq və vəzifələrinin izah etməsi müşahidə edilmir. Əməliyyat tədbiri yekunlaşdıqdan sonra şöbədə tərtib edilmiş protokolun məzmunundan isə görünür ki, Təqsirləndirilən şəxs qollarına xüsusi vasitə olan qandal vurulmasının səbəbi kimi saxlanılan anda Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərməsi və bütün gücü ilə saxlanılmasına imkan verməməyə çalışması, bunun üçün özünü yerə çırpmaq istəməsi, müqavimət göstərməsi, polis əməkdaşlarının ünvanına kobud ifadələr işlətməklə zorla əlini arxa sağ cibinə salmaq istəməsi və göstərilənlərə əsasən təhlükəsizlik üçün yaranmış zərurət olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda yekun olaraq ibtidai istintaqı aparmış müstəntiq Toğrul Hüseynov cnayət işi onun icraatına daxil olduğu müddətdə yalnız iki şahidi dindirib, əvvəlki müstəntiq tərəfindən toplanmış sübutlarla kifayətlənərək, iş materiallarında mövcud olan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs əlavə ifadəsi alınmadan onun qollarına xüsusi vasitə olan qandal vurulmasının səbəbini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına formal olaraq istinad etməklə onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını əks etdirən DVD diskə baxış keçirilən zaman onun polis əməkdaşlarından yayınmağa və üzərində olan psixotrop maddədən yaxa qurtarmağa cəhd etdiyi, bununla bağlı bütün vasitələrdən istifadə etdiyi aşkar görünür. Beləliklə, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman onun qaçaraq gizlənməsinin, onda olan maddi sübutun məhv edilməsinin qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən xüsusi vasitə tətbiq olunaraq əllərinin qandallanmasının onun hüquqlarının məhdudlaşdırılması kimi çıxış etmədiyi və həmin xüsusi vasitənin tətbiqinin əsaslı olması kimi qiymətləndirilmişdir. Məhkəmə ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla yuxarıda qeyd edildiyi kimi şübhəli şəxsin üzərinin yoxlanılması və götürmə haqqında protokola əlavə olunan diskdəki videogörüntü məhkəmə iclasında tədqiq edilərkən görüntünün ilk saniyələrindən onun azadlığının məhdudlaşdırıldığı müşahidə edilməklə yanaşı, müvaqimət göstərməyə çalışması, özünü yerə çırpmağa cəhd göstərməsi, yaxud üzərində olan hər hansı əşyadan yaxa qurtamağa cəhd göstərməsi müşahidə edilmir. Digər maraqlı məqamlardan biri də ondan ibarətdir ki, videogörüntüdən müşahidə edildiyi kimi çəkilişə aparan şəxs tədbiri həyata keçirən əməliyyat qrupunun rəhbəri E.Abdullayev tərəfindən elan edilməmişdir. Eyni zamanda görüntünün 03:55-ci saniyəsində kənarda üç nəfər naməlum şəxslərin olması müşahidə edilir, çəkiliş aparan şəxsin hətta onlara tədbirə köməklik kimi bükümün qablaşdırılması üçün zərf gətirməsinə dair göstəriş verir və zərf həmin şəxslər tərəfindən təqdim edilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində onu ilkin olaraq şöbənin “Eldar” adlı və iki nəfər tanımadığı polis əməkdaşlarının saxladığını və üzərində axtarış apararaq hər hansı dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə aşkar edilmədiyini, sonradan hadisə yerinə məhkəmədə şahid qismində dindirilən polis əməkdaşlarının gəldiyini və ona dərhal qandal vurulduğunu bildirir. Protokolda isə Hacıqabul RPŞ-nin ƏİÜ rəis müavini X6 tərəfindən “Samsung” markalı telefon vasitəsilə videoçəkiliş aparıldığı qeyd edilmişdir. Göstərilənlərin məntiqi təhlili ona deməyə əsas verir ki, əməliyyat tədbirinin gedişatı həqiqətən Hacıqabul RPŞ-nin ƏİÜ rəis müavini X6 tərəfindən videoçəkilişə qeydə alınmış, hətta onun göstərişlərindən müəyyən edilir ki, kənarda dayanan şəxslər də polis əməkdaşları olmuşlar. Məhkəmə iclasında dindirilən şahidlərdən Şahid3 isə ifadəsində çəkiliş aparan şəxsin “Eldar” olmasını bildirmişdir. Belə olan halda, kənardakı polis əməkdaşları olması güman edilən şəxslərdən birinin məhz “Eldar” olması ehtimal olunur. Hətta videogörüntüdəki E.Abdullayevin sağ qolundan tutun polis əməkdaşı Hacıqabul RPŞ-nin PPB-nin polis serjantı Şahid3 ifadəsində bildrilmişdir ki, baxış keçirilməmişdən öncə təhlükəsizlik tədbiri olaraq Təqsirləndirilən şəxs qollarına xüsusi vasitə olan qandal vurulmuşdur. Şahid onun özünün mövcud çəkisinin 110 kq, Təqsirləndirilən şəxs isə 60 kq təşkil etdiyi, eləcə də kənarda digər polis əməkdaşlarının da olduğu bir vəziyyətdə saxlanılarkən sonuncunun onlara müqavimət göstərə bilmə imkanına münasibətdə isə saxlanılan şəxsin qollarına qandal vurulmasının zəruriliyini əsaslandıra bilməmişdir. Eynilə digər şahidlər Şahid1 və Şahid2 qandal vurulması ilə bağlı xüsusatın zəruriliyini əsaslandıra bilməmiş, dolayısı ilə onların ifadəsindən belə qənaətə gəlinmişdir ki, əməliyyat tədbirinin asanlaşdırılması məqsədilə Təqsirləndirilən şəxs qollarına qandal vurulmaqla azadlığı məhdudlaşdırılmışdır. Eləcə də, videogörüntüdə Təqsirləndirilən şəxs kobud ifadələr işlətməsi, özünü yerə çırpmağa cəhd etməsi kimi hallar müşahidə edilmir. İttiham tərəfin irəli sürdüyü dəlillərin əksinə olaraq Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına dair qeydə alınmış videogörüntüdən müşahidə edilir ki, onun sözlə etirazlarına münasibətdə çəkilişi aparan Hacıqabul RPŞ-nin ƏİÜ rəis müavini X6 tərəfindən “müqavimət göstərmə” deyə irad bildirildikdə, Təqsirləndirilən şəxs “mən kiməm ki, müqavimət göstərim?” deyə cavab vermişdir. Bu dialoqun məntiqi nəticəsi ona dələlat edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq ondan həm fiziki olaraq güclü və say baxımdan çoxluq təşkil edən polis əməkdaşlarının əhatəsində müqavimət göstərməyə, yoxlamadan yayınmağa imkanı olmamışdır. Məhkəmə qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən xüsusi vasitələr dedikdə, dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr nəzərdə tutulur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ vardır. Həmin Qanunun 26-cı maddəsinin 2-ci hissəsinə əsasən Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər: 1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə; 2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə; 3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə; 4) yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə; 5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə; 6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda; 7) cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə; 8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda; 9) həbs olunanları müşayiət etdikdə; 10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda; 11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə; 12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri). Həmin Qanunun 6-cı hissəsinə əsasən həmin qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Bundan başqa həmin qanuna əsasən polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Həmin Qanunun 27-ci maddəsinə əsasən fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata keçirən polis əməkdaşı:1) insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir; 2)odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir; 3) yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edə bilər; 4) odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq etməli və ya xəbərdarlıq atəşi açmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, polis əməkdaşı xəbərdarlıq etmədən odlu silahı tətbiq edə bilər); 5) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir; 6) odlu silahın tətbiq edildiyi yerin dəyişdirilməmiş saxlanılmasına çalışmalıdır; 7) fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir; 8) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 728-İQ nömrəli Qanununda əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildiyi halda da həmin qərarda əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyataxtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. X4 vurğulanmışdır ki, burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan müqayisəli təhlilləri nəzərə alaraq hesab edir ki, Şamar Əsədovun saxlanılması zamanı polis əməkdaşları tərəfindən ona xüsusi vasitə olan qandal tətbiq edilməsi mövcud şəraitə uyğun olaraq mütənasib olmamış, bununla yanaşı əməliyyat tədbirinin keçirilməsi zamanı bu hərəkətlərin fasiləsiz videoçəkilişin aparılması təmin olunmamışdır. Bununla da, Təqsirləndirilən şəxs azadlığı məhdudlaşdırıln zamanı polis əməkdaşları tərəfindən qanunuvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Göstərilənlər nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan hallar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin qanuniliyini şübhə altına alır və bütün şübhələr isə qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. -Şahidlərin ifadələri ilə bağlı məhkəmə qeyd edir ki: İşin materiallarından görünür ki, Hacıqabul RPŞ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 məxfi “agent” vasitəsilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Bundan sonra ehtimal edilən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi üçün Şahid1 raportla polis şöbəsinin rəisinə müraciət etmiş, məlumat əsasında qərar qəbul etmiş və şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Elşad Abdullayev ifadəsində bildirmişdir ki, məxfi “agent” məlumatı ona xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində daxil olmuş, bundan sonra onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilməsi istiqamətində zəruri addımlar atmağa başlamışlar. Belə olan halda, etibarlı mənbənin məlumatı həqiqi hesab edilsə, məntiqi nəticə onu deməyə əsas verir ki, istintaq orqanın ehtimalına görə Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində əldə etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs işə düzəlmək məqsədilə zəruri sənədlərin toplanılması üçün məhz xx.xx.2024-cü il tarixdə həm Hacıqabul RPŞ-də, həm də mərkəzi xəstəxanada olmuşdur. Qeyd olunan xüsusat işin mübahisəsiz halıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, bu müdafiə tərəfin məhkəməyə təqdim etdiyi Hacıqabul RPŞnin arayışı və mərkəzi xəstəxanada aparılmış müayinə kağızları ilə öz təsdiqini tapır. Hətta istintaq materiallarından da görünür ki, təqsirləndirilən şəxs bu barədə həm saxlanıldığı vaxt, həm də ifadəsində bildirmiş, istintaq orqanı isə bu faktı iş materialları ilə təkzib etməmişdir. Qeyd olunanları nəzərə alsaq, belə çıxır ki, Təqsirləndirilən şəxs səhər radələrində əldə etdiyi psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılanadək, yəni 16:35-dək gün ərzində üzərində gəzdirmiş, hətta şöbəyə və xəstəxanaya daxil olmuşdur. İnandırıcı deyil ki, şəxs səhərdən əməliyyat müvəkkilləri tərəfindən əməliyyat tədbirinin keçirilməsi üçün nəzarətə götürülsün, özü şöbəyə gəlmiş olsun və o, əməliyyat müvəkkillərinin diqqətindən bu şəkildə yayınsın. Hətta şəxsin özünün belə üzərində qanunla qadağan edilmiş vasitə ilə birlikdə kifayət qədər ictimailəşmiş obyektlərdə, o cümlədən onun üçün ən təhlükəli ola biləcək polis şöbəsinə gələ bilmə ehtimalı inandırıcı deyil. Məhkəmə hesab edir ki, bu hal nə reallığa, nə də sağlam məntiqə uyğun deyildir. Qeyd olunan hallar Şahid1 ifadəsinin mötəbərliyini şübhə altına alır və həqiqəti əks etdirmədiyini göstərir. Ümumiyyətlə şahidlərin ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, dindirilmiş şahid polis əməkdaşları əməliyyat axtarış tədbirinin iştirakçıları olmuş və onlar keçirdikləri tədbirin qanunamüvafiq olmasında israrlıdırlar. Məhkəmə hesab edir ki, şahid olan polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları olmaqla, ryni zamanda cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşlarıdırlar və ona görə də onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin nəticələrində maraqlıdırlar. Buna görə də məhkəmə hesab edir ki, polis əməkdaşları hazırki işdə maraqlı tərəfdir və iş materiallarında bu qədər ziddiyyətlərin olduğu bir şəraitdə onların ifadələri mötəbər ifadə kimi qəbul edilərək qiymətləndirilə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticəsində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı istifadə edilən əsas sübutun əldə olunduğu üsul onun etibarlılığına və mötəbərliliyinə şübhə yaratmışdı. Bu sübutların əhəmiyyətini nəzərə alaraq, Avropa Məhkəməsi hesab edir ki, ərizəçinin şəxsi axtarışı zamanı yol verilmiş prosessual pozuntular, axtarışın faktiki şərtləri ilə əlaqəli olmayan ziddiyyətli sübutlar, məhkəmə prosesslərində qeyri-adekvat məhkəmə araşdırması, ərizəçinin narkotok maddənin ona aid olmadığına dair iddialarını daxili məhkəmələrin kifayət qədər araşdırmaması, ittihamı təsdiq edən sübutların zəifliyi ərizəçinin məhkəmə araşdırmasını tamamilə ədalətsiz etmişdir. Buna görə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur. (72-73-cü bəndlər). Hazırki işdə də polis əməkdaşlarının əməliyyatın keçirilməsi üçün əsas olan məlumatları məhkəmələrə təqdim etməməsi, əvvəlcədən məhkəmə qərarının alınmamasına səbəb olan təxirəsalınmazlığın nədə ifadə olunması, qəbul edilmiş qərarlarda təqsirləndirilən şəxs barədə heç bir tanınmaya kömək edəcək əlamət və məlumat göstərilmədiyi, hətta əməliyyat məlumatını əldə etməsi iddia edilən əməliyyat qrupunun rəhbərinin tədbir zamanı barəsində məlumat daxil olmuş şəxsin adını yanlış səsləndirməsi, Təqsirləndirilən şəxs saxlanılmamışdan öncə polis şöbəsində olması, bundan sonra onun olduğu yerin necə müəyyən edilməsinə dair şahidlər tərəfindən ağlabatan cavab verilmədiyi, hətta qeydə alınmış videogörüntüyə əsasən azadlığı məhdudlaşdırılmış şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsinin bilavasitə görünmədiyi bir şəraitdə, həmin vasitənin saxlanılan şəxsin üzərinə “atılması” qənaətinə gəlinməsi məhkəməyə kifayət qədər əsas verir. Məhkəmə hesab edir ki, hazırki cinatət işi üzrə sübutlar, eləcə də şahid polis əməkdaşlarının ifadələri CPM-in 125.1-ci və 125.2.1 və 125.2.7-ci maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən, işin faktiki hallarına uyğun olmadığından, eləcə də, konstitusion prinsip olan həqiqət prinsipinin tələbləri ilə ziddiyyət təşkil etdiyindən hazırki cinayət işi üzrə sübut kimi qəbul edilməməlidirlər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokol, xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokol, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolun qanunla müəyyən edilmiş əsaslarla əldə edilməsi hallarına şübhələr olduğundan sübutlar siyahısından xaric edilməlidir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2024-cü il tarixli, 18/746 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi ambulator məcburinarkoloji tibbi yoxlamanın 10 sentyabr 2024-cü il tarixli, 6151 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən sübutlar qanunun tələblərinin pozulması ilə toplanılmış və ona əsassız olaraq ittiham elan edilmişdir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və iş üzrə aşkar edilmiş 0,982 qram psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddəyə dair hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə məhkəmə-kimyəvi ekspertizası tədqiqatından sonra qalıq qalmış və hazırda Hacıqabul RPŞ-nin saxlanc yerində maddi sübut kimi saxlanılan 0,932 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi, habelə cinayət təqibinə cəlb olunması ilə əlaqədar pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Qanunla təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmçinin iş materiallarında olan məhkəmə narkoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsinə zərurət yoxdur, lakin narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə xərclər və sübutla bağlı məsələni müzakirə edib hesab edir ki, iş üzrə maddi sübut 02 ədəd disk iş materiallarında saxlanılmalı və cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üzrə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 50 (əlli) saata görə 300 (üç yüz) manat pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 42, 55, 344-350, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,982 qram psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddəyə dair hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə məhkəmə-kimyəvi ekspertizası tədqiqatından sonra qalıq qalmış və hazırda Hacıqabul RPŞ-nin saxlanc yerində maddi sübut kimi saxlanılan 0,932 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilsin. İş üzrə maddi sübut - iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi, habelə cinayət təqibinə cəlb olunması ilə əlaqədar pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 50 (əlli) saata görə 300 ( üç yüz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar