Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-160/2021 28.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğlunun iştirakı ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, 2-ci qrup əlil, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabuncu rayonu Nardaran qəsəbəsi A.Zeynallı küçəsi ev 65-də qeydiyyatda olmaqla yaşamış, 19.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20.07.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 5,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynindəki boz rəngli şalvarının sağ cibində daşıyaraq saxlamış, 19.07.2021-ci il tarixdə saat 02:00-da Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qonaq gəldiyi ünvan 1 ünvanda saxlanılıb polis şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi A.Zeynallı küçəsi ev 65-də qeydiyyatda olmaqla yaşayır, subaydır heç bir yerdə işləmir. O, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2006-cı ildə məhkum olunmuş və 2020-ci ilin oktyabr ayında azad edilmişdir. 17.07.2021-ci il tarixdə Bakı şəhəri Nardaran qəsəbəsində yaşadığı evin yaxınlığında küçəsindən kağız bükümünda olan qurudulmuş marixuana tapmış və istifadə etmək üçün üstündə saxlamışdır. 18.07.2021-ci il tarixdə o, dostu Şahid5 ilə Nardaran qəsəbəsində görüşmüş və ondan xahiş etmişdir ki, onu Hacıqabul rayonuna aparsın və dostu X6 ilə görüşsün. O, Akif Məmmədovla həbsxanada tanış olmuş, aralarında əvvəllər hər hansı bir ziddiyyətli münasibəti olmamışdır. Səbuhi onunla razılaşmış və onu idarə etdiyi “Changan” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 40 manatlıq yanacaq doldurduqdan sonra, birlikdə Hacıqabul rayonuna dosdu Akifin yaşadığı evə gəlmişlər. Orada oturub söhbət edib yemək yedikdən sonra, 19.07.2021-ci il tarixdə Akifin evinin həyətində olarkən polis əməkdaşları gəlmiş və Akifdən hər hansı bir qanunsuz əşyanın olubolmamasını soruşmuşlar. Akif isə yaşadığı evdə odlu silah, yəni “Kalaşnikov” markalı avtomatının olmasını bildirmişdir. Bundan sonra Akif polis əməkdaşlarına evində olan silahın yataq otağında yerləşən yatacağın altında olmasını bildirmişdir. Polis əməkdaşları ilə birlikdə yataq otağına getmiş və orada Akif yatacağının altından torbanı çıxardıb içərisində silah olmasını bildirmişdir. Polis əməkdaşları torbaya baxarkən oradan bir ədəd “Kalaşnikov” markalı avtomat və iki ədəd daraq olması müəyyən edilmişdir. Darağın içərsində olan güllələri saydıqda isə bir daraqda 7 ədəd, digər adaraqda isə 30 ədəd güllə olması müəyyən edilmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə gəlmişlər. Orada o, müdafiəçi ilə təmin olunduqdan sonra, onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində olan boz rəngli şalvarının sağ cibindən 1 ədəd bükümdə içərsində narkotik vasitə qurudulmuş marixuana olan kağız bükümü təqdim edərək, Bakı şəhəri Nardaran qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra ondan aşkar edilərək götürülmüş qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. O, müadafiəçisi və digər polis əməkdaşları isə zərfə və protokola imza etmişlər. Onun 2-ci qrup əlil olmasını, xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon PŞ-nin əməliyyat müvəkkili işləyir. 19.07.2021-ci il tarixdə ona X2 qeydiyyatda olmaqla yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 28 nömrəli fərdi yaşayış evində odlu silah saxlaması və onun evində qonaq olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi A.Zeynallı küçəsi ev 85-də yaşayan Təqsirləndirilən şəxs və Gəncə şəhər sakini Şahid5 üzərilərində narkotik vasitə saxlmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 X6, Təqsirləndirilən şəxs və Şahid5 ifşa olunması üçün təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 Namiq oğlu və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 02 radələrində X3, Təqsirləndirilən şəxs və Şahid5 ünvan 1-də saxlamış və A.Məmmədovdan evində odlu silah olub-olmamasını soruşmuşlar. Sorğu zaman A.Məmmədov yaşadığı evdə, çarpayının altında 1 ədəd torbada “Kalaşnikov” markalı avtomat, ona aid 2 ədəd daraq və 37 ədəd patron olmasını və onları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Namazov tərəfindən A.Məmmədova məxsus Hacıqabul şəhəri İ.Məmmədov küçəsi 28 nömrəli evə baxış keçirilməsinə videoçəkilişdən istifadə edilməklə başlanılmış, baxış zamanı Akif Məmmədov yaşadığı evdə olan çarpayının altından 1 ədəd torbada “Kalaşnikov” markalı avtomat, ona aid 2 ədəd daraq və 37 ədəd patronu təqdim edərək, 2005-ci ildə Hacıqabul rayonundan keçən dəmiryolunun kənarından tapmasını və düşmənli olduğu üçün saxladığını bildirmişdir. Bundan sonra PŞ-nin TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Tural Namazov tərəfindən bu barədə protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunduqdan sonra imzalarla protokolun doğruluğunu təsdq etmişlər. Bundan sonra A.Məmmədov və onun yanında saxlanılan Təqsirləndirilən şəxs və Şahid5 üzərilərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Tural Namazov tərəfindən X4 müdafiəçi təyin edildikdən sonra, o, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Akif Məmmədova üzərində cinayət xarakterli hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqda, A.Məmmədov üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə A.Məmmədovun üzərinə baxış keçirilsə də, A.Məmmədovun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. Bu barədə protokol tərtib edildi, A.Məmmədov, müdafiəçisi, polis əməkdaşları protokolla tanış olduqdan sonra imzalamışlar. Bundan sonra Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız kəsiyi təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və həmin narkotik vasitəni yaşadığı Bakı şəhəri Nardaran qəsəbəsində yaşadığı evin küçəsindən tapmasını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı Tural Namazov tərəfindən götürülmüş bir ədəd kağız bükümündə narkotik vasitəyə bənzər maddə bir ədəd poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra o, həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan sonra Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Şahid5 müdafiəçi ilə təmin edildikdən sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərində cinayət xarakterli hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, Şahid5 üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Şahid5 üzərinə baxış keçirilsə də, Şahid5 üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokola bütün iştirakçılar imza etmişlər. Şahid Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 Namiq oğlu məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 19.07.2021-ci il tarixdə saat 03:25-də tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi təqdim edmiş, həmin kağız kəsiyinə baxış keçirilən zaman içərsində kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 19.07.2021-ci il tarixli 18/745 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan kağız paketi 01 ədəd bükümüdə təmiz çəkisi - 5,95 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (iş v. 99-102). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator məcburinarkoloji tibbi yoxlamanın 23.08.2021-ci il tarixli 3030 nömrəli rəyindən görünür ki, müaiyinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllılıq sindiromu Narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlə kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji ispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 202-203). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 20.07.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09.10.2006-cı il tarixli A- 0858/2006 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 228.2.1, 120.2.1, 120.2.2, 120.2.3, 120.2.4, 120.2.7, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər rayon Məhkəməsinin 30.03.2018-cı il tarixli 7(003)-661/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar hökmdən 181.2.4 maddəsi xaric edilib və cəzası 14 il 09 aya endirilmiş, 28.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. (İş v. 153-155). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan təmiz çəkisi - 5,95 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuananı əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 19.07.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 5,93 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkil X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 19.07.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 5,93 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkil X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-160/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-160/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver