Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-163/2021 23.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1973-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şirvan şəhərində fərdi əməklə məşğul olan və avtoyuma sexində yuyucu işləyən, məhkum olunmamış, Hacıqabul şəhəri Xətai küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tədbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalicə olunduğu müddət (14 gün) ərzində yaşadığı evi tərk etməməli olduğunu, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təcrid olunma» Qaydalarının mənzili (evi) tərk etməməsinə dair karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub 28 avqust 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Hacıqabul şəhəri Xətai küçəsi 12 №-li evi tərk edib insanların sıx toplaşdığı Şirvan şəhərinə gedib saat 12 radələrində yaşadığı ünvana qayıtmaqla «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Şirvan şəhərində fərdi əməklə məşğul olur və avtoyuma sexində yuyucu işləyir, ailəsinin maddi təminatını ödəyir. Ailədə ondan başqa qazanc gətirən yoxdur. O, «COVİD 19» virusuna yoluxubyoluxmadığını müəyyən etmək məqsədi ilə 19.08.2021-ci il tarixdə Hacıqabul rayon MX-da test üsuli ilə yaxma vermiş, 24.08.2021-ci tarixdə Hacıqabul rayon GEM-in əməkdaşı onunla telefon əlaqəsi yaradaraq, onda «COVİD 19» virusu aşkar edilməsini, yaşadığı evdən çölə çıxmamasını, ev şəraitində «COVİD 19» virusunadan müalicə alması bildirilmişdir. Bununla bağlı Hacıqabul rayon MX-da Firuzə adlı həkimə müraciət etmiş və həkim tərəfindən müayinə olunmuşdur. 28 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində evdə çörək almağa pul olmadığını, arvadı X2 axşamdan ac qaldığını bilib, heç kimdən borc pul almağa imkanı olmadığını görüb məcburiyyət qarşısında qalıb pul qazanıb evə azuqə almaq məqsədi ilə həmin günü saat 11 radələrində Şirvan şəhərində işlədiyi avtoyuma sexinə getmək üçün özünə məxsus velisopedi idarə edib yola düşmüşdür. Həmin günü təxminən saat 12 radələrində Şirvan şəhərində işlədiyi avtoyuma sexinə çatmağa az qalmış istifadə etdiyi mobil telefonuna zəng gələrək, özünü Hacıqabul rayon PŞ-nin əməkdaşı Zülfü kimi təqdim edib harada olduğunu soruşmuşdur. O, Şirvan şəhərində işlədiyi avtoyuma sexinə getdiyini və sexə çatmağa az qaldığını demişdir. Polis əməkdaşı Zülfü ona «COVİD 19» virusu daşıyıcısı olduğunu və evi nə səbəbə görə tərk etdiyini, başqa şəxslərə virus yoluxdura biləcəyini və təcili olaraq yaşadığı evə gəlməsini demişdir. O, etiraz etməyib velisopedi ilə geri qayıdıb yaşadığı evə gəlmiş, tək otağa keçmiş və müalicəsini davam etdirmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Onun başqa şəxsləri yoluqdurmaq kimi niyyəti olmamışdır. Ailəsində yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PPXB-də polis nəfəri işləyir. 19 avqust 2021-ci il tarixdə Hacıqabul şəhəri Xətai küçəsi 12 №-li evdə yaşayan Musayev X3 rayon MX-na test yaxma üsulü ilə «COVİD 19» virusuna yoluxub-yoluxmamaması barədə analiz vermiş, 24 avqust 2021-ci il tarixdə Hacıqabul rayon X1 rayon PŞ-yə daxil olmuş məlumat əsasında Hacıqabul şəhəri Xətai küçəsi 12 №-li evdə yaşayan Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv yəni «COVİD 19» virusuna yoluxması aşkar edilmişdir. 28 avqust 2021-ci il tarixdə Hacıqabul rayon PŞ-nin PPXB-nin polis nəfəri Şahid2la birlikdə Hacıqabul şəhər ərazisində yaşayan və «COVİD 19» virusuna yoluxan şəxslərin yaşadıqları evdə olub-olmadıqlarını müəyyən etmək məqsədi ilə həmin şəxslərin ünvanlarında olmuş, həmin günü saat 12 radələrində ünvan 2lan zamanı orada yaşayan və 19.08.2021-ci il tarixdən «COVİD 19» virusuna yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığını aşkar etmişlər. Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq harada olduğu soruşmuşlar. Təqsirləndirilən şəxs Şirvan şəhərində işlədiyi avtomobil yuma sexinə getdiyini və sexə çatmağa az qaldığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs «COVİD 19» virusu daşıyıcısı olduğunu, evi tərk edib başqa şəxslərə virus yoluxdura biləcəyini və təcili olaraq yaşadığı evə gəlməsini demişlər. Başqa ünvana gedib yoxlayandan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrkən onun yaşadığı evdə olduğunu görmüşlar. Karantin dövr ərzində Təqsirləndirilən şəxs yaşadığı evdə qalmasını, çölə çıxmamasını və müalicəsini davam etdirməsini ona izah etmişlər. Şahid Hacıqabul rayon PŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu GEM-də epidemioloq mərkəzində kompyuter opreatoru vəzifəsində işləyir. 19 avqust 2021-ci il tarixdə Hacıqabul şəhəri Xətai küçəsi 12 №-li evdə yaşayan Musayev X3 rayon MX-da test yaxma üsulü ilə «COVİD 19» virusuna yoluxub-yoluxmamaması barədə analiz vermiş, 24 avqust 2021-ci il tarixdə Hacıqabul rayon X1 rayon Gigiyena və Epidemiologiya mərkəzinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv yəni «COVİD 19» virusuna yoluxması bildirilmiş və həmin günü Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaradaraq, onda «COVİD 19» virusu aşkar edilməsini, virus aşkar olunduğuna görə onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmasını, mənzili tərk etməməsini, evi tərk etdiyi təqdirdə başqa şəxslərə virus yoluxdura biləcəyini, ev şəraitində «COVİD 19» virusunadan müalicə alıb karantin dövründə yəni, 14 gündən sonra həkimə müraciət edib, nəticəni biləndən sonra yaşadığı evi tərk edə biləcəyini, əks təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə ona məlumat vermişdir. Azərbaycan Respublikası İcbari X7 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi xəstəxanasının 31.08.2021-ci il tarixli 146 №-li məktubunda qeyd edilmişdir ki, Hacıqabul şəhəri Xətai küçəsi 12 №-li evdə qeydiyyatda olan, xx.xx.1973-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə «Covid-19» virusuna görə «Hacıqabul Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsində «PZR» müayinəsindən keçmiş, 24.08.2021-ci il tarixdə müayinə nəticəsi pozitiv olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Hacıqabul rayon Gigiyena və epidemiologiya mərkəzindən 03.09.2021-ci il tarixdə daxil olmuş 109 №-li məktubunda qeyd edilmişdir ki, Hacıqabul şəhəri Xətai küçəsi 12 №-li evdə qeydiyyatda olan, xx.xx.1973-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs yoluxma barədə məlumatı 23.08.2021-ci il tarixdə kompyuter operatoru Şahid3 tərəfindən verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 03.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması, yəni Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək yaşadığı Hacıqabul rayonunun və işlədiyi Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun və işlədiyi Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-163/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-163/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver