Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-164/2021 23.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmayan, fərdi sürücü, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri 41-ci məhəllə ünvan 2 yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə saat 02:00 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz E220» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisindən keçən 110-cu kilometrliyində Qazax istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan avtomobillə hərəkətin təhlükəsizliyini təmin edən lazımi ara məsafəsi seçərək hərəkət etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək sükan arxasında yuxulamaqla avtomobilin idarə olunması ilə əlaqədar olan hərəkətləri təhlükəsiz yerinə yetirməyib, avtomobilin qabaq hissəsini qarşıda 60 km/saat sürətlə hərəkətdə olan X8 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz-5511” markalı **-BG- *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin arxa hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Mercedes-Benz E220» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1973-cü il təvəllüdlü X1 kasası damının, sağ qalça sümüyünün sınıqları kimi xəsarətlər nəticəsində aşağı ətrafların dərin və çanaq venalarından qopmuş trombların ağ ciyər arteriyası mənfəzini tutması ilə müşayiət edilən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxsin 03.09.2021-ci il tarixdə Şirvan şəhər mərkəzi xəstəxanasında ölümünə, digər sərnişin Zərərçəkmiş şəxs müştərək travma, qarının küt travması, nazik bağırsaqların-acı bağırsağın cırılması, yayılmış peritanit, şok 1- 2 dərəcə, sol mil sümüyünün tipik yerdən yerdəyişən sınığı, sol baldır və çənə altı nahiyyənin əzilmiş yaraları, sol ayaq barmaqlarının cırılmış yaraları xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, Kamaz-5511 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi X11 885 manat maddi ziyan vurulmasına səbəb olmaqla, yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CMin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, «BC» dərəcəli sürücüdür. Mercedes Benz E220 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobilin pulunu tam ödəyib almışdır, lakin adına sənədləşdirməmişdir. Buna görə də avtomobili etibarnamə ilə idarə edir. 27.08.2021-ci il tarixdə saat 00:30 radələrində o, idarə etdiyi avtomobillə Bakı şəhərindən anası Zərərçəkmiş şəxs və bacısı Arifə Mehdiyevanı götürüb, Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olub Göyçay rayonuna gəlməkdən ötrü Qazax istiqamətində hərəkətə başlamışdır. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hava qaranlıq, yol quru olmaqla avtomobilinin yaxın vuran ışıqında 50 metr, uzaq vuran işıqda isə 100 metr məsafədə yolu tam aydın şəkildə görmüşdür. O, Bakı-Qazax- Gürcüstan sərhəddi yolunda Göyçay rayonuna gəlməkdən ötrü Qazax istiqamətində hərəkətdə olan zaman sükan arxasında onun yuxusu gəlməyə başlamışdır. Bu səbəbdən yolda iki dəfə avtomobili saxlamış və əl-üzünü su ilə yuyaraq yolunu davam etmişdir. Həmin yolun Navahi kəndində yerləşən YPX postunu keçmiş və yolun sağ zolaqı ilə üzü Qazax istiqamətinə 90 km/ saat surətlə hərəkətdə olmuşdur. Bu vaxt sükan arxasında özündən asılı olmayaraq yuxuya gedib yatmışdır. Avtomobilin zərbə ilə nəyəsə çırpıldığına yuxudan ayılmış və ayılanda avtomobilin yoldan çıxıb dərəyə düşdüyünü bilmişdir. Bu vaxt tanımadığı yol adamları gəlmişlər. Həmin adamlar əvvəl onun anasını və bacısını avtomobildən çıxartmışlar. O, özü avtomobildə sıxılıb qalmış və həmin adamlar təcili yardıma zəng etmişlər. Təcili yardım gələndən sonra həkimlər onu sükan arxasından çıxartmışdır. Bundan sonra təcili yardım həkimləri onları Şirvan şəhər xəstəxanasına aparmışdır. Orada həkimlər onlara yardım etmişdir. Xəstəxanada yol nəqliyyat hadisəsi zamanı anası Mehriban aldığı xəsarətlərə görə cərrahi əməliyyat olunmuşdur. O, anası Mehriban və bacısı Arifə aldıqları xəsarətlərdən Şirvan şəhər xəstəxanasında reanimasiya şöbəsində palata şəraitində yataraq müalicə olunmağa başlamışlar. X2 aldığı xəsarətlərdən 03.09.2021-ci il tarixdə Şirvan şəhər MX-da ölmüşdür. Hazırda Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs və mülki iddiaçı X14, zərər çəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmışdır, mərhumun yas mərasimlərində iştirak etmiş və maddi köməklik etmişdir. Hadisənin baş verməsinə görə təəsüflənir. Əməlindən peşman olmuşdur. Onun ailəli olmasını, himayəsində bir azyaşlı uşağı olması, ailədə yeganə qazan gətirən şəxs olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğlu, mərhum X7 isə qızıdır. X16koloju xəstə olmuşdur. Bu səbəbdən də o, oğlu oğlu Təqsirləndirilən şəxslə birlikdə 26 avqust 2021-ci il tarixdə qızı Arifəni kimya terapiyası edilməsi üçün Bakı şəhərinə xəstəxanaya aparmışdır. Orada qızı Arifəni müayinə etmişdir. 27 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində oğlu Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E220 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu və qızı Arifəni yaşadığı Göyçay şəhərinə evə gətirməyə başlamışdır. Avtomobildə o, arxa sol oturacaqda, qızı Arifə arxa sağ oturacaqda əyləşmişlər. Zaur avtomobilini idarə edib Bakı şəhərindən çıxmış Göyçay şəhərinə tərəf hərəkət etmişdir. Yolda gələn zaman Zaurun sükan arxasında yuxusu gəlməyə başlamışdır. Buna görə Zaur avtomobili saxlamışdır. O, Zaura su vermiş, Zaur əl-üzünü yumuş və yenə sükan arxasına keçib avtomobili idarə etmişdir. Bir qədər yol gələndən sonra o, da avtomobildə yuxuya gedib yatmışdır. Ayılanda tanımadığı bir nəfər şəxsin onun adını soruşduğunu görmüşdür. Ona məlum olmuşdur ki, xəstəxanadadır. Bundan sonra bilmişdir ki, 27 avqust 2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onları yaşadığı Göyçay şəhərində yerləşən evə aparan zaman yolda yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə zamanı onlar xəsarət almışlar. Xəstəxanada həkimlər onlara tibbi yardım göstərmişlər. O, aldığı xəsarətlərə görə cərrahi əməliyyat olunmuşdur. O, oğlu Zaur və qızı Arifə Şirvan şəhər xəstəxanasında reanimasiya şöbəsində müalicə olunmağa başlamışlar. X3 03 sentyabr 2021-ci il tarixdə Şirvan şəhər MX-da ölmüşdür. Onun oğlu Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Oğlu Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X14 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, “BC” dərəcəli sürücüdür. KAMAZ 5511 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, avtomobilin pulunu tam ödəyərək almışdır və baş etibarnamə əsasında idarə edir. 26.08.2021-ci il tarixdə Qaradağ rayon daş karxanasından mişar daşlarını yüklətdirib Şirvan şəhərinə yola düşmüşdür. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmaqla avtomobilin yük yerində 800 ədəd mişar daşı olmuşdur. Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna daxil olub Qazax istiqamətində hərəkətə başlamışdır. Həmin yolun Hacıqabul rayon ərazisinə çatanda 27.08.2021-ci il tarixinə keçmişdir. Yol quru olmaqla, hava qaranlıq olduğundan avtomobilinin yaxın vuran işıqda 15 metr məsafəni, uzaq vuran işıqdan isə 50 metr məsafəni tam aydın şəkildə görmüşdür. Avtomobilinin arxa işıqları da tam işlək vəziyyətdə olmaqla yanmışdır. Saat 02 radələrində Bakı- Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində Qazax istiqamətində sağ zolağla 60 km/ saat sürətlə hərəkətdə olmuşdur. Bu vaxt avtomobilinin arxasından güclü güppuldu səsi gəlmiş, güclü təkan hiss etmişdir. Güzgüdən baxanda arxada toz duman qalxdığını görüb, dərhal avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb dayandırmışdır. Yerə düşüb avtomobilinin arxa hissəsinə keçmiş və avtomobilinin arxa hissəsinin zədələndiyini görmüşdür. Lakin avtomobilinə arxadan gəlib çırpılan avtomobil yolda olmamışdır. Bir qədər geriyə gedəndə görmüşdür ki, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə ediyi “Mercedes Benz E220” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini onun avtomobilinin arxa hissəsinə çırpdıqdan sonra ehtiyat hissədən aşağı dərəyə düşüb dayanmışdır. O, təcili olaraq onlara köməklik etməyə başlamışdır. Bu zaman köməyə gələn yol adamları ilə avtomobilin arxa oturacaqlarından iki qadını çıxartmışlar. Sürücü Təqsirləndirilən şəxs isə sükan arxasında sıxışıb qaldığı üçün onu çıxartmamışlar. O, təcili yardıma zəng etmiş və bir qədər sonra təcili yardım avtomobili ilə həkimlər gəlmişdir. Həkimlərin köməkliyi ilə sürücünü də avtomobildən çıxarıb təcili yardım avtomobilinə qoymuşlar. Təcili yardım avtomobili xəsarət alan iki qadını və sürücünü Şirvan şəhər xəstəxanasına aparmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, gələn polis əməkdaşları onun və eləcə də 2 nəfər had şahidlərin iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər, hadisə yerinə dair protokola sxem tərtib etmişlər və hadisə yerinin fotoşəkillərini çəkmişlər. O, da həmin protokolla sxemlə tanış olub doğruluğunu imzalamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinin arxa hissəsinin əzilməsi nəticəsində ona 885 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X14 məhkəmənin hazırlıq iclasında ərizə verərək və onun avtomobilinə dəymiş 885 manatı sığorta şirkətindən alacağını, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirmiş və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 22.09.1973-cü il təvəllüdlü X7 onun həyat yoldaşıdır. O, Arifə Mehdiyeva ilə 26 yanvar 2020-ci il tarixdə rəsmi nikaha girərək ailə hayatı qurmuş və birlikdə Sumqayıt şəhərində yaşamışlar. 2021-ci ilin mart ayının son günlərində Arifə onkoloji xəstəliyə tutulmuşdur. Buna görə bir ay olardı kı, Arifə anası Mehribanın yanına Göyçay şəhərinə getmiş və orada qalmışdır. 27 avqust 2021-ci il tarixdə saat 04 radələrində o, eşitmişdir ki, yol nəqliyyat hadisəsi baş verib, yoldaşı Arifə, qayınanası Mehriban və qayını Zaur xəsarət alıb və onları Şirvan şəhər xəstəxanasına aparıblar. O, Şirvan şəhərinə gəlmiş və xəsətəxanada qayınanası Mehribanın cərrahi əməliyyat şöbəsində, qayını Zaurla, yoldaşı Arifənin reanimasiya şöbəsində müalicə olunduqlarını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, qayını Zaur idarə etdiyi Mercedes Benz E220 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 27 avqust 2021-ci il tarixdə gecə yarısı qayınanası Mehribanı və onun həyat yoldaşı Arifəni Göyçay şəhərinə aparan zaman Hacıqabul rayonu ərazisində Qazax istiqamətində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkətdə olan Kamaz yük avtomobilinin arxa hissəsinə çırpılmış və sonra avtomobil yolun sağ kənarına dərəyə düşmüşdür. Həyat yoldaşı X7 aldığı 03.09.2021-ci il tarixdə xəsarətlərdən Şirvan şəhər MX-da ölmüşdür. Arifənin meyitini Şirvan şəhər xəstəxanasının morqunda müayinə olunduqdan sonra, həmin günü o, təhvil alıb Göyçay şəhərinə aparmışdır. Səhəri günü onu qohumları ilə birlikdə Göyçay şəhər qəbirstanlıgında atasının qəbirinin yanında dəfn etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 məhkəmənin hazırlıq iclasında ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirmiş və məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X8 və zərər çəkmiş şəxsin hüquqi varisi X6 ərizələrini nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab edir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 02.10.2021- ci il tarixli 08 N°-li rəyindən görünür ki, X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sirkə kasası damının, sağ qalça sümüyünün sınıqları - küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə - 27 avqust 2021-ci il tarixdə hərəkətdə olan Mercedes Benz markalı avtomaşının eyni istiqamətdə hərəkətdə olan Kamaz 5511 markalı avtomaşının arxa hissələri ilə toqquşma - əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. - X4 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində aşağı ətrafların dərin və çanaq venalarından qopmuş trombların ağ ciyər arteriyası mənfəzini tutması olmuşdur ki, bu da qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi ilə səbəbli əlaqəlidir. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 3-5 saat əvvəl baş vermişdir. (İş v. 59-63). Məhkəmə tibbi ekspertizasının 07.10.2021-ci il tarixli 323 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-müştərək travma. Qarının küt travması. Nazik bağırsaqların-acı bağırsağın cırılması. Yayılmış peritanit, şok 1-2 dərəcə. Sol mil sümüyünün tipik yerdən yerdəyişən sınığı. Sol baldır və çənə altı nahiyyənin əzilmiş yaraları. Sol ayaq barmaqlarının cırılmış yaraları. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə 27.08.2021-ci il tarixə uyğundur.Yuxarıda qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 14.09.2021-ci il tarixli 8/2146 nömrəli ekspert rəyindən görünür ki, Mercedes Benz E220 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (İş v. 56-58) BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış 01 sentyabr 2021-ci il tarixli 016-102432- 1221 və 016-102435-1221 nömrəli məktublarından müəyyən edilir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 15.03.2013-cü il tarixdə (15.03.2023-cü il tarixədək müddətə etibarlı olan) AB 519257 nömrəli «BC» katoqoriyalı; 22.01.1989-cü il təvəllüdlü X11 isə 17.10.2014-cü il tarixdə (17.10.2024-cü il tarixədək müddətə etibarlı olan) AE 512916 nömrəli «BC» katoqoriyalı sürücülük vəsiqələrinin verildiyi, onların barəsində müvafiq sistemdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatların mövcud olmadığı qeyd edilmişdir. (İş v. 52-55) Hacıqabul rayon mərkəzi xəstəxanası, publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 27 avqust 2021 -ci il tarixli 725 və 726 nömrəli aktlarda X10 və Təqsirləndirilən şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. (İş v. 23-24). Şirvan şəhəri Avtomotoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli aktlardan görünür ki, Mercedes Benz E220 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 5.055 manat; KAMAZ-5511 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 885 manat dəyərində maddi ziyan dəymişdir.(İş v. 100-101). Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 30.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 25). Beləliklə, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və mülki iddiaçı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ailəli olmasını, himayəsində bir azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, özünün də haldisə zamanı xəsarət almasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs onun doğma anası və X4 isə onun doğma bacısı olmasını, mərhumun dəfn və yas mərasimlərinin keçirilməsi üçün zərər çəkmiş şəxsin hüquqi varisinə maddi köməklik göstərməsini, zərərçəkmiş şəxs və mülki iddiaçı X8 və zərər çəkmiş şəxsin hüquqi varisi X6, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını, işin digər hallarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes-Benz E220» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil X5 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes-Benz E220» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil X5 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-164/2021
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-164/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver