Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-17/2022 21.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri B.İbrahimov küçəsi ev 130-da qeydiyyatda olmaqla, Hacıqabul şəhəri M.Müşfiq küçəsi ev 57-də yaşamış, 20.10.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22.10.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 0,473 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminin 0,045 qram çəkidəki hissəsini 20 oktyabr 2021-ci il tarixdə axşam saat 18 radələrində Hacıqabul şəhərində yerləşən bazarın yaxınlığıda 5 manat pul müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmış, qalan 0,428 qram çəkidəki hissəsi isə 01 ədəd kağız kəsiyinə bükülmüş halda 20.10.2021-ci il tarixdə saat 20 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri B.İbrahimov küçəsində 130 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə əynində olan qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə olan heroindən, metamfetamindən hərdən bir istifadə etmişdir. O, 20.10.2021-ci il tarixdə səhər saat təxminən 12 radələrində yaşadığı Hacıqabul şəhəri M.Müşfiq küçəsində yerdən bir ədəd kiçik kağız bükülüdə psixotrop maddə olan metamfetamin tapmış və şalvarının cibinə qoymuşdur. Həmin gün günorta saatlarında yaşadığı küçədə tanışı Şahid1 görmüşdür. Şirzad ona yaxınlaşaraq onunla salamlaşmış və onlar bir qədər söhbət etmişlər. Şirzadın narkoman olmasını bilmişdir, daha sonra Şirzad onda psixotrop maddə olan metamfetamin olub-olmamasını soruşmuşdur. O, Şirzada üzərində bir bükümdə metamfetamin olmasını bildirmişdir. Həmin metamfetaminin bir qismini Şirzada 5 manata satmış, qalan hissəsini isə öz istifadəsi üçün cibində saxlamışdır. 20.10.2021-ci il tarixdə axşam saatlarında Hacıqabul şəhəri B.İbrahimov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxlayıb özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları özünün istəyi ilə dəvət edilmiş vəkil Müdafiəçi ona təqdim edib onların iştirakı ilə üzərində razılığı əsasında videoçəkiliş vasitəsilə şəxsi axtarış aparmışlar. Axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kağız bükümündə içərisində olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Öhdəsində iki azyaşı uşağı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili işləyir. 20.10.2021-ci il tarixdə Hacıqabul şəhəri M.Müşfiq küçəsi ev 57-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və 20 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Şirinov X4 şəhəri M.Müşfiq küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə N.Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd kağız kəsiyində psixotrop maddə olan metamfetaminə bənzər maddə təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini 20.10.2021-ci il tarixdə yaşadığı küçədən tapdığını bildirmişdir. Şahid5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. 21.10.2021-ci il tarixdə Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ev 28-də qeydiyyatda olmaqla yaşayan Şahid1 üzərində narkotik vasitə saxlaması barədə Hacıqabul RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid4 əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Şahid1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Daxil olmuş məlumat əsasında ondan və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və 21 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Şahid1 yaşadığı evin yaxınlığında saxlayaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Şahid1 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə T.Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Şahid1 üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Şahid1 əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd kağız kəsiyində psixotrop maddə olan metamfetaminə bənzər maddə təqdim etmişdir. Sorğu zamanı Şahid1 təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini 20.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 5 manat müqabilində aldığını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Subaydır, heç bir yerdə işləmir. Özü 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. O, Hacıqabul şəhər sakini olan Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Eminlə normal münasibəti var, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 20.10.2021-ci il tarixdə saat təxminən 14 radələrində küçədə Emini görmüş, Eminlə orada söhbət edən zaman ağrılarının olduğunu bildirmişdir. Bu zaman Emin üzərində narkotik maddə olan metamfetaminin olduğunu bildirmiş və bir hissəsini ona sata biləcəyini bildirmişdir. O, Eminlə razılaşmış və beş manat pul verərək Emindən bir ədəd kağız kəsiyi bükümündə narkotik maddə olan metamfetamin alıb gödəkçəsinin sağ cibinə qoymuşdur. Daha sonra yaşadığı evə getmiş, həmin metamfetamindən çox az istifadə etmişdir. Həmin günün səhərisi 21.10.2021-ci il tarixdə günorta saatlarında yaşadığı küçədə olan zaman Hacıqabul RPŞnin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra üzərində narkotik maddənin olmasından şübhələndiklərini bildirib onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman ondan üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşmuşlar, əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd kağız bükülüdə narkotik maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin narkotik maddəni Hacıqabul şəhər sakini olan Təqsirləndirilən şəxs beş manata 20.10.2021-ci il tarixdə saat təxminən 14 radələrində M.Müşfiq küçəsində aldığını bildirmişdir. 20.10.2021-ci il tarixdə saat 21:55-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 20.10.2021-ci il tarixdə saat 21:55-də üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk iş materiallarına əlavə edilmişdir. 21.10.2021-ci il tarixdə saat 14:45-də tərtib edilmiş protokoldan görünür ki, Şahid1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 21.10.2021-ci il tarixdə saat 14:45-də üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli 18/1063 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,428 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli 18/1064 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şahid1/imza var/...” sözləri yazılmış kağız paketdəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0,045 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid1 və Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürüldüyü qeyd edilən metamfetaminlər eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 02.12.2021-ci il tarixli 4838 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş v. 162-163). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 23.10.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Süleymanov Vüqar Hidayət oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 131). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 0,473 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminin 0,045 qram çəkidəki hissəsini 5 manata tanışı Şahid1 qanunsuz olaraq satması, qalan 0,428 qram çəkidəki hissəsi isə 01 ədəd kağız kəsiyinə bükülmüş halda öz üzərində saxlamaqla, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli, himayəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 20.10.2021-ci il tarixdən hesab edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,358 qram və 0,025 qram olmaqla, ümumi çəkisi 0,383 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,69 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 20.10.2021-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,358 qram və 0,025 qram olmaqla, ümumi çəkisi 0,383 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,69 (səksən bir manat altmış doqquz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-17/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-17/2022
21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver