Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-17/2025 13.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – X2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və X10, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonu Əlimədədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu Əlimədədli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsindəki nömrəsiz evdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1985-ci il tarixdə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgəsinə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 avqust 2024-cü il tarixdə saat 02 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota prius minik” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Rəncbər kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlı restoranın həyətində olan tövlənin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o, avtomobil yolunun kənarında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2 isə saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs məxsus hər biri 25 kq çəkidə 420 manat dəyərində olmaqla, cəmi 5460 manat dəyərində 13 baş xırda buynuzlu heyvanı (qoyunları) tövlədən çıxarıb onun yanına gətirmiş, aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin xırda buynuzlu heyvanların (qoyunların) ayaqlarını bağlayıb onun etibarnamə ilə idarə etdiyi “Toyota prius minik" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək aparmaqla Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən cəmi 5460 manat dəyərində 13 baş xırda buynuzlu heyvanı (qoyunları) qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 özgəsinə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 avqust 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi “Toyota prius minik” markalı 09- BU-688 dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Rəncbər kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş" adlı restoranın həyətində olan tövlənin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 avtomobil yolunun kənarında dayanıb gözləmiş, o, saxlanc yeri hesab olunan tövləyə qapını açmaqla qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs məxsus hər biri 25 kq çəkidə 420 manat dəyərində olmaqla, cəmi 5460 manat dəyərində 13 baş xırda buynuzlu heyvanı (qoyunları) tövlədən çıxarıb Təqsirləndirilən şəxs1 yanına gətirmiş, aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin xırda buynuzlu heyvanların (qoyunların) ayaqlarını bağlayıb sonuncunun etibarnamə ilə idarə etdiyi “Toyota prius minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək aparmaqla Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən cəmi 5460 manat dəyərində 13 baş xırda buynuzlu heyvanı (qoyunları) qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul RPŞ-nin inzibati binasına daşımış, 24 avqust 2024-cü il tarixdə saat 21:50-də Hacıqabul rayon Polis şöbəsinin MSY-nin növbətçisi tərəfindən üzərində olan əşyalar təlimata uyğun qaydada yoxlanılarkən 01 ədəd polietilen kəsiyi bükümündə xeyli miqdarda, yəni təmiz çəkisi 1,877 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan mavi rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı 09-Bl-688 dövlət nömrə nişanlı minik avtomobillə Bakı şəhərindən Bərdə rayonuna sərnişin daşınması ilə məşğul olur. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3. 177.2.4, 177.3.3, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 ilə təxminən 4 il bundan əvvəl cəzaçəkmə müəssisəsində tanış olmuşdur. O, 2023-cü ilin sonlarında həbsdən çıxmış və həmin vaxtdan Təqsirləndirilən şəxs2lə hər hansı bir münasibəti olmamışdır. Təxminən 4 ay bundan öncə (dəqiq vaxt yadında deyil) o, Bakı şəhəri Qaradağ rayonu ərazisində Lökbatan dairəsi adlanan yerin yaxınlığında, saat təxminən 12 radələrində öz işləri ilə məşğul olan zaman Təqsirləndirilən şəxs2lə rastlaşmışdır. Onlar bir qədər söhbət etmiş, sonra o, öz işləri ilə əlaqədar olaraq getmişdir. Bu görüşdən sonra Təqsirləndirilən şəxs2 mütəmadi olaraq ona zəng edərək əlaqə saxlamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək Astara rayonunda müxtəlif ucuz qiymətə ərzaq mallarını alaraq səyyar qaydada yol qırağında yerləşən müxtəlif kəndlərdə satmaları barədə təklif etmişdir. Təqsirləndirilən şəxs2 avtomobili olmadığı üçün bu işi tək görə bilməyəcəyini qeyd etmiş və bu işdə pul qazanacaqlarını bildirəndə o, bununla razılaşmışdır. Elvin Baxşıyev ona Astara rayonundan alacaqları ərzaq mallarının yarı pulunu özünün, yarı pulunu isə onun verəcəyini və əldə etdikləri gəliri isə xərcləri çıxdıqdan sonra aralarında böləcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs2lə razılaşandan təxminən bir gün sonra idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət nömrə nişanlı minik avtomobillə gəlib Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul rayonu Navahi qəsəbəsindən götürüb Astara rayonuna getmişdir. Orada onlar müxtəlif ərzaq malları və yuyucu vasitələr alıb onun idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət nömrə nişanlı minik avtomobilinə yığmışlar. Həmin ərzaqları alan zaman Təqsirləndirilən şəxs2 pulunun olmadığını bildirib ona yalnız 100 manat pul vermiş və gələn dəfə satmaq üçün ərzaq almağa gəldikdə ərzağın pulunu verəcəyini bildirmişdir. Onlar aldıqları ərzaq mallarını onun idarə etdiyi avtomobillə E.Baxşıyevin yaşadığı evə gətirmiş, o, yorğun olduğu üçün yatmış, Təqsirləndirilən şəxs2 isə aldıqları malların bir qismini nəğd pula, bir qismini isə nisyə satmışdır. Axşam saatlarında Təqsirləndirilən şəxs2 satdığı məhsulların 800 manat pulunu vermiş və yerdə qalanını isə nisyə satdığını, həmin malların pulunu sonra yığacağını bildirmişdir. Səhəri günü onlar yenə də, Astara rayonuna getmiş və oradan ərzaq mallarını alıb Təqsirləndirilən şəxs2 yaşadığı evə gətirmişlər. O, aldıqları ərzaq mallarını Təqsirləndirilən şəxs2 yaşadığı evdə boşaltdıqdan sonra Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs2 ona ərzaq mallarını satıb pulunu verəcəyini bildirmiş və o, bununla razılaşmışdır. Təxminən iki gün sonra Təqsirləndirilən şəxs2 ona zəng etmiş və harada olduğunu soruşmuşdur. O, Bakı şəhərində X6 rayonuna gedəcək sərnişini gözlədiyini bildirmiş, bir qədər sonra Təqsirləndirilən şəxs2 həmin yerə gəlmiş və bacısını işdən götürüb evə aparacağını bildirib ondan avtomobilini ona verməsini xahiş etmişdir. O, idarə etdiyi “Toyota Prius" markalı, **-BU-*** dövlət nömrə nişanlı minik avtomobilini Təqsirləndirilən şəxs2 vermiş, bir qədər sonra ona zəng etsə də, Təqsirləndirilən şəxs2 onun zənglərinə cavab verməmişdir. O, narahat olmağa başlamış və ona zəng etməyə davam etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 onun zənginə cavab verib onun avtomobilini Bakı- Qazax magistral yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində körpünün altında saxladığını bildirmişdir. O, həmin yerə getmiş və orada avtomobilinin yolun kənarında körpünün altında olduğunu görmüşdür. O, avtomobilə nəzər saldıqda avtomobilinin sol tərəfinin əzilmiş olduğunu görmüş və Təqsirləndirilən şəxs2 dəfələrlə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 yaşadığı evə gedib onun ailə üzvlərinə bu barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Astara rayonundan satmaq üçün alıb gətirdikləri ərzaq mallarını satıb, ona isə bu barədə heç bir məlumat vermədiyi ona məlum olmuşdur. Onun Təqsirləndirilən şəxs2lə münasibəti olduğu üçün bu barədə şikayət etməmişdir. Təxminən 25 gün sonra Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamış və onun avtomobilini idarə edən zaman düzgün olmayan ötmə əməliyyatı apardığını və avtomobili yolun ortasında olan dəmirə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona avtomobilə dəymiş ziyanı və satdığı ərzaq mallarının pulunu verəcəyi barədə söz vermiş, o, Təqsirləndirilən şəxs2 ona 2200 manat borcunun olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 satmaq üçün aldıqları ərzaq mallarına o, özü 1200 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs2 onunla mobil telefonla danışan zaman ona olan borcunu ödəmək istədiyini bildirib ona yaşadığı Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranın həyətində dayısına məxsus xırda buynuzlu heyvanların olduğunu və həmin heyvanları satmaq təklifini etmişdir. O, Təqsirləndirilən şəxs2 inanaraq xırdabuynuzlu heyvanların həqiqətən onun dayısına məxsus olduğunu ehtimal edib həmin heyvanların Bərdə rayonu ərazisində heyvan bazarında satmaq təklifi ilə razılaşmışdır. 22 avqust 2024-cü il tarixdə saat 20 radələrində o, Bərdə rayonundan sərnişin götürüb Bakı şəhərinə gedən zaman Təqsirləndirilən şəxs2 zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona yaşadığı evdə olduğunu, Hacıqabul rayonu Navahi qəsəbəsinə yaxınlaşan zaman ona zəng etməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs2lə razılaşmış, bir qədər sonra o, Hacıqabul rayonu, Navahi qəsəbəsinə avtomobillə yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 zəng etmişdir. Təqsirləndirilən şəxs2 ona Hacıqabul rayonu Navahi qəsəbəsində Bakı-Ələt-Qazax- Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında onu gözlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 olduğu yerə gəlmiş, avtomobilini saxlayıb avtomobildə olan sərnişinə onu 1-2 dəqiqə gözləməsini xahiş edib avtomobildən düşmüş və Təqsirləndirilən şəxs2 yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs2 restoranın həyətində olan tövlədəki qoyunların dayısına məxsus olduğunu bildirərək, qoyunların ayaqlarını bağlamaq üçün ip və avtomobilin salonuna sərmək üçün sellofan almasını bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşdıqdan sonra o, Təqsirləndirilən şəxs2 23 avqust 2024-cü il tarixdə saat 02 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranın yaxınlığına gələcəyini bildirmiş, bundan sonra o, Bakı şəhərinə yola düşmüşdür. Bir qədər sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək qoyunların ayaqlarını bağlamaq üçün ip tapdığını, sellofanı isə ala bilmədiyini bildirmiş, o, sellofanı özünün alacağını bildirmişdir. 23 avqust 2024-cü il tarixdə saat 01 radələrində o, Bakı şəhərindən çıxıb Hacıqabul rayonu istiqamətində yola düşmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 ona zəng edərək harada olduğunu soruşmuş, o, Bakı şəhərindən çıxıb Hacıqabul rayonu istiqamətində gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onu Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranın yaxınlığında torpaq kənd yolunda gözləyəcəyini bildirmişdir. O, Hacıqabul rayonu istiqamətində idarə etdiyi avtomobil ilə gedən zaman yolun kənarında olan mağazadan sellofan alıb avtomobilin salonuna sərmişdir. Təxminən bir saat sonra o, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranın yaxınlığına çatmış və orada Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng edərək harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs2 onu Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranın yaxınlığında torpaq yolda gözlədiyini bildirmişdir. O, həmin yerə getmiş, orada o, Təqsirləndirilən şəxs2 5 (beş) baş qoyunun ayaqlarını bağlayıb yerə yıxdığını görmüşdür. Təqsirləndirilən şəxs2 onu görüb bir qədər kənarda olan qoyunların olduğu yeri göstərib yorğun olduğu üçün qoyunları tutub ayaqlarını bağlamasını bildirmişdir. O, səkkiz baş qoyunu tutub ayaqlarını bağlamış və idarə etdiyi “Toyota Prius” markalı. **-BU-*** dövlət nömrə nişanlı minik avtomobildə 13 baş qoyundan başqa digər qoyunlara yer olmadığını görüb yerdə qalan 4 baş qoyunu boş sahayə ötürmüşdür. O. Təqsirləndirilən şəxs2lə birlikdə həmin ayaqlarını bağladıqları 13 baş qoyunu idarə etdiyi “Toyota Prius” markalı. **-BU-*** dövlət nömrə nişanlı minik avtomobilinə yığmışdır. Onlar qoyunları Təqsirləndirilən şəxs2lə birlikdə idarə etdiyi avtomobilə yığdıqdan sonra Bərdə rayonuna yola düşmüşlər. Yolda olarkən minik avtomobili ilə heyvan bazarına daxil olmaq istəməmiş və bu səbəbdən əmisi oğlu Şahid1 zəng etmişdir. O, əmisi oğlu Şahid1 13 baş qoyunu satmaq üçün Bərdə rayonuna gəldiyini, həmin qoyunların idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət nömrə nişanlı minik avtomobilində olduğunu və idarə etdiyi avtomobillə heyvan bazarına daxil olmaq istəmədiyini bildirmişdir. O, Şahid1 idarə etdiyi “QAZEL” markalı avtomobili ilə onu qarşılayıb həmin 13 baş qoyunu Bərdə rayonunda yerləşən heyvan bazarına aparmasını xahiş etmişdir. Əmisi oğlu Şahid1 onun xahişini yerinə yetirəcəyini bildirib Bərdə rayonuna çatdıqda ona zəng etməsini bildirmişdir. Təxminən saat 06 radələrində onlar Bərdə rayonuna çatmışlar. Onlar Bərdə rayonuna çatandan sonra o, avtomobilini Bərdə rayonunda yerləşən heyvan bazarının yaxınlığına sürmüş və əmisi oğlu Şahid1 zəng edərək ondan idarə etdiyi “QAZEL” markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə onun olduğu yerə gəlməsini xahiş etmişdir. Əmisi oğlu onun xahişini yerinə yetirib idarə etdiyi avtomobillə onun avtomobilini saxladığı yerə gəlmiş, bundan sonra o, və Təqsirləndirilən şəxs2 oğurladıqları 13 baş qoyunu əmisi oğlu Şahid1 idarə etdiyi Qazel markalı avtomobilə yığmış və heyvan bazarına getmişlər. O, əmisi oğlu Şahid1 həmin heyvanların satılmasında ona köməklik etməsini xahiş etmişdir. Əmisi oğlu Şahid1 ona heyvanların satışında səriştəsi olmadığını bildirib tanıdığı Şahid2 və Şahid3 heyvanların satılmasında onlara köməklik edəcəyini bildirmişdir. Əmisi oğlu Şahid1 Şahid2 və Şahid3 Bərdə rayonunda yerləşən heyvan bazarında heyvanların satışı ilə məşğul olduqlarını bildirmişdir. O, Şahid1la razılaşandan sonuncu onları Şahid2 və Şahid3la tanış etmişdir. Şahid3 heyvan satışı ilə məşğul olduğunu bildirmiş və qoyunlardan birini ona 250 manata satacaqları təqdirdə yerdə qalan 12 baş qoyunu satmaqda onlara köməklik edəcəyini qeyd etmişdir. Onlar Şahid3la razılaşmış və 13 baş qoyunu əmisi oğlu Şahid1 idarə etdiyi avtomobildən boşaltmışlar. Həmin vaxt o, Şahid3 qoyunların Bərdə rayonundan kənara satılmamasını xahiş etmişdir. Onlar qoyunları əmisi oğlu Şahid1 idarə etdityi yük avtomobilindən boşaldandan sonra Şahid1 çıxıb getmiş, o və Təqsirləndirilən şəxs2 isə Şahid3 və Şahid2 adlı şəxslərin yanında qalmışlar. Şahid3 özünün baha qiymətə satması üçün onlardan 450 manata 2 (iki) baş qoyun almışdır. Şahid3 qoyunlardan birinə 250 manat, digərinə isə 200 manat pul vermişdir. Şahid2 isə ondan 1100 manata 6 baş qoyun almışdır. Şahid2 ona 680 manat nəğd pul vermiş, yerdə qalan 430 manatını isə aldığı 6 baş qoyunu satdıqdan sonra verəcəyini bildirmişdir. O, Şahid2la razılaşmış və 430 manat pulu Şahid1 verməsini bildirmişdir. Şahid1 isə həmin pulu onun bank kartına atacağını qeyd etmişdir. Bundan sonra o, və Təqsirləndirilən şəxs2 yerdə qalan 5 baş qoyunu bazarda olan heyvanların saxlanılması üçün yerə salmış və orada tanımadığı şəxslərə satmışlar. Onlar heyvanları satdıqdan sonra həmin yerə Şahid1 gələrək Şahid3 marahat olmamasını, heyvanların Bərdə rayonundan kənara satılmadığını bildirmişdir. Həmin vaxt Şahid1 ondan həmin heyvanların oğurluq olub-olmadığını soruşmuş, o, həmin 13 baş qoyunun yanında olan Təqsirləndirilən şəxs2 dayısına məxsus olduğunu, sonuncunun ona 2200 manat pul borclu olduğu üçün gətirib satdığını bildirmişdir. O, bunu Şahid1 bildirəndən sonra onunla sağollaşıb Təqsirləndirilən şəxs2lə birlikdə bazarı tərk edib getmişdir. Yolda Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasına işləməyə getmək istədiyini, əldə etdikləri 3100 manat puldan paltar almasını və əlavə olaraq 1200 manat verməsini xahiş etmiş, ona olan borcunu isə Rusiya Federasiyasında işləyib qaytaracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2lə razılaşmış və onlar onunla birlikdə Bərdə rayonunda yerləşən “Ucuzluq” adlanan mağazadan bir ədəd kişi şalvarı, bir ədəd köynək və bir ədəd ayaqqabı almışlar. Sonra o, əlavə olaraq Təqsirləndirilən şəxs2 1200 manat pul vermiş və sonuncu ona Qazax rayonuna gedəcəyini bildirib onu Goranboy rayonunun yaxınlığına aparmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 xahişini yerinə yetirib onu idarə etdiyi avtomobillə Goranboy rayonunun yaxınlığında yolun kənarında düşürtmüşdür. 24 avqust 2024-cü il tarixdə saat təxminən 11 radələrində Bakı şəhərinə getmək istəyən zaman polis əməkdaşları onu saxlayıb oğurluqda şöbhəli olduğunu bildirib onu Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. O, satılan heyvanların oğurlanmış heyvan olmasından xəbəri olmamış, əks təqdirdə E.Baxşıyevlə heyvanların satılması barədə razılığa gəlməyəcəyini söyləmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs1la təxminən 4 il bundan əvvəl cəzaçəkmə müəssisəsində tanış olmuşdur. 2023-cü ilin sonlarında o, həbsdən çıxmış və həmin vaxtdan Təqsirləndirilən şəxs1la hər hansı bir münasibəti olmamışdır. Təxminən 4 ay bundan öncə o, Bakı şəhəri Qaradağ rayonu ərazisində Lökbatan dairəsi adlanan yerin yaxınlığında, saat təxminən 12 radələrində öz işləri ilə məşğul olan zaman Təqsirləndirilən şəxs1la rastlaşmış, onlar bir qədər söhbət etmiş, sonra o, öz işləri ilə əlaqədar olaraq getmişdir. Bu görüşdən sonra o, Təqsirləndirilən şəxs1la mütəmadi olaraq mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Bir müddət sonra o, Təqsirləndirilən şəxs1 zəng edərək Astara rayonunda müxtəlif ucuz qiymətə ərzaq mallarını alaraq səyyar qaydada yol qırağında yerləşən müxtəlif kəndlərdə satmaları barədə təklif etmişdir. O, Təqsirləndirilən şəxs1 Astara rayonundan alacaqları ərzaq mallarının yarı pulunu özünün verəcəyini, yarı pulunu isə onun verəcəyini və əldə etdikləri gəliri xərcləri çıxdıqdan sonra aralarında böləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşandan təxminən bir gün sonra o, idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət nömrə nişanlı minik avtomobili ilə gəlib onu yaşadığı Hacıqabul rayonu Navahi qəsəbəsindən götürmüş və onlar Astara rayonuna getmişlər. Orada onlar müxtəlif ərzaq malları və yuyucu vasitələr alıb Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət nömrə nişanlı minik avtomobilinə yığmışlar. Həmin ərzaqları alan zaman o, Təqsirləndirilən şəxs1 pulunun olmadığını bildirib ona yalnız 100 manat pul vermiş, gələn dəfə satmaq üçün ərzaq almağa gəldikdə ərzağın pulunu verəcəyini bildirmişdir. O, aldıqları malların bir qismini nəğd pula, bir qismini isə nisyə müxtəlif şəxslərə satmışdır. Axşam saatlarında o, Təqsirləndirilən şəxs1 satdığı məhsulların 800 manat pulunu vermiş və yerdə qalanını isə nisyə satdığını, həmin malların pulunu sonra yığacağını bildirmişdir. Səhəri günü onlar yenə də, Astara rayonuna getmiş və oradan ərzaq mallarını alıb onun yaşadığı evə gətirmişlər. Təqsirləndirilən şəxs1 ərzaq mallarını avtomobildən onun yaşadığı evə boşaltdıqdan sonra Bakı şəhərinə getmişdir. Təxminən iki gün sonra o, Astara rayonundan Təqsirləndirilən şəxs1la birlikdə aldıqları malları ondan xəbərsiz satmaq istəməmiş, bunun üçün ona avtomobil lazım olmuşdur. Bu səbəbdən o, Təqsirləndirilən şəxs1 zəng edib ondan harada olduğunu soruşmuş, sonuncu Bakı şəhərində X6 rayonuna gedəcək sərnişini gözlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 bacısını işdən götürüb evə aparacağını yalan olaraq bildirib avtomobilini ona verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius" markalı **-BU-*** dövlət nömrə nişanlı minik avtomobilini ona vermişdir. O, Təqsirləndirilən şəxs1la Astara rayonundan aldıqları ərzaq mallarını avtomobil ilə aparıb müxtəlif şəxslərə satmış, avtomobili qaytarmaq üçün Bakı şəhərinə yola düşmüşdür. Yolda olan zaman idarə etməni itirmiş və avtomobili yolun ortasında olan dəmirə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona zəng etmiş, lakin o, zənglərə cavab verməmişdir. O, avtomobili Bakı-Ələt- Qazax-Gürcüstan avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində körpünün altında saxlamış, sonra Təqsirləndirilən şəxs1 zənginə cavab verib avtomobili harada saxlaması barədə ona məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 avtomobili həmin yerdən götürmüş və baş vermiş hadisə barədə onun ailə üzvlərinə bildirmişdir. Həmin vaxtdan sonra o, Təqsirləndirilən şəxs1 mobil zənglərinə cavab verməmiş və öz işləri ilə məşğul olmuşdur. Həmin ərəfələrdə Bakı-Ələt- Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən "Şeş-beş"adlanan restoranı işlədən Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş vermişdir. Mübahisənin səbəbi isə Zərərçəkmiş şəxs restoranında işləyən bacısı Esmiranın 200 manat pulunu verməməsi olmuşdur. O, əvvəlcə Zərərçəkmiş şəxs işlədiyi restoranı yandırmaq istəmiş, sonra isə bu fikirdən daşınmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs işlədiyi restoranın həyətindəki tövlədə 20 başa yaxın qoyunun olduğunu görmüş və onları oğurlamaq qərarına gəlmişdir. Onun avtomobili olmadığı üçün, həmçinin Təqsirləndirilən şəxs1 borcu olduğu üçün sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq görüşmək üçün yaşadığı evə gəlməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onunla nə səbəbə görüşmək lazım olduğunu soruşanda o, ona Bakı-Ələt-Qazax- Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş”adlanan restoranın həyətində dayısına məxsus xırda buynuzlu heyvanların (qoyunların) olduğunu bildirib, həmin heyvanları satmaq təklifini etmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs1 zəng etmiş və onun yaşadığı evə gəlməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun xahişini yerinə yetirib onun yaşadığı Hacıqabul rayonu, Navahi qəsəbəsinə gəlmiş, onlar Təqsirləndirilən şəxs1la Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranda əyləşib çay içmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 restoranın həyətində olan tövləni göstərib orada dayısına məxsus xırdabuynuzlu heyvanların (qoyunların) olduğunu bildirib onları satmaq təklifini etmişdir. Təqsirləndirilən şəxs1 yaxın günlərdə bu məsələ ilə bağlı əlaqə saxlayacağını bildirmişdir. 22 avqust 2024-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 ona zəng etmiş və ona Bərdə rayonundan Bakı şəhərinə getdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Bakı şəhərinə tək gedib-getmədiyini soruşmuş, sonuncu Bakı şəhərinə sərnişin apardığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 yaşadığı Hacıqabul rayonu Navahi qəsəbəsində yolun kənarında dayanıb onu gözləyəcəyini bildirmişdir. O, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanıb Təqsirləndirilən şəxs1 gözləməyə başlamış, bir qədər sonra həmin yerə Təqsirləndirilən şəxs1 gələrək avtomobilini saxlayıb düşmüş və ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 ona Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeşbeş”adlanan restoranın həyətində olan heyvanları satmaq qərarına gəldiyini, idarə etdiyi avtomobilin salonunun bulaşmaması üçün sellofan və qoyunların ayaqlarını bağlamaq üçün ip almasını bildirmişdir. O, sellofanı və ipi alacağını bildirəndə Təqsirləndirilən şəxs1 ona 23 avqust 2024-cü il tarixdə saat 02 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranın yaxınlığına gələcəyini bildirmişdir. Həmin günü o, yaşadığı evdən 20 baş qoyunun ayaqlarını bağlamaq üçün ip götürmüş, lakin sellofan ala bilməmişdir. O, axşam saatlarında Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsi ilə əlaqə saxlayıb sellofan ala bilmədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs1 ona sellofanı özü alacağını bildirmişdir. Bir qədər sonra o, yaşadığı evdən götürdüyü ipləri cibinə qoyub Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranın yanına getmişdir və Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs1 ona Bakı şəhərindən Hacıqabul rayonu istiqamətində yola düşdüyünü bildirmişdir. Təxminən bir saat sonra o, heç kimin onu görmədiyindən əmin olub restoranın arxa hissəsində yerləşən tövlənin olduğu yerə gedərək tövlənin qapısında olan ipi açmış və tövləyə daxil olmuşdur. O, tövlənin içərisində olan qoyunları bir-bir tutmaq istəmiş, lakin tövlənin qapısını açdıqdan sonra tövlədə olan qoyunlar çölə qaçmışlar. O, həmin qoyunları tutmaq üçün onların arxasınca qaçmış, tövlədən qaçan qoyunlar Hacıqabul rayonu Navahi kəndi istiqamətində qaçmışlar. Bir qədər həmin heyvanların arxasınca qaçmış və heyvanların hərəkət istiqamətini dəyişdirmişdir. Qoyunlar Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeşbeş”adlanan restorandan bir qədər kənarda olan torpaq kənd yolunun yaxınlığında dayanmış, o, qoyunlara yaxınlaşdıqda orada 17 baş qoyunun olduğunu görmüşdür. Qoyunlara yaxınlaşıb onlardan 5 (beş) başının ayaqlarını cibində olan iplə bağlayıb yerə yıxmış, yorulduğu üçün heyvanların ayaqlarını bağlaya bilməmiş və Təqsirləndirilən şəxs1 gəlməsini gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək harada olduğunu dəqiqləşdirmiş və həmin yerə idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət nömrə nişanlı minik avtomobil ilə gəlmişdir. Təqsirləndirilən şəxs1 gəldikdən sonra 8 (səkkiz) baş qoyunu tutub ayaqlarını iplə bağlamış, onlar ayaqları bağlanmış 13 baş qoyunu Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə yığmışlar. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin salonuna sellofan sərmişdir. Onlar 13 baş qoyunu avtomobilə yığdıqdan sonra yerdə qalan 4 baş qoyunu boş sahəyə buraxmış və bundan sonra Təqsirləndirilən şəxs1 və o, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **- BU-*** dövlət nömrə nişanlı minik avtomobillə Bərdə rayonuna yola düşmüşlər. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs1 ona Bərdə rayonunda yaşayan əmisi oğlu Şahid1 zəng edəcəyini və Şahid1 onları qarşılayacağını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 mobil telefonu vasitəsi ilə Şahid1 zəng edib 13 baş qoyunu satmaq məqsədi ilə Bərdə rayona gətirdiyini, həmin 13 baş qoyunun onun idarə etdiyi “Toyota Prius” markalı, **-BU- *** dövlət nömrə nişanlı minik avtomobildə olduğunu və avtomobili ilə Bərdə rayonunda yerləşən heyvan bazarına girmək istəmədiyini bildirmiş və Şahid1 idarə etdiyi QAZEL markalı yük avtomobili ilə onları qarşılayıb 13 baş qoyunu həmin yük avtomobilinə yığıb Bərdə rayonunda yerləşən heyvan bazarına aparmasını xahiş etmişdir. Təxminən saat 06 radələrində onlar Bərdə rayonuna çatmış, Təqsirləndirilən şəxs1 avtomobilini Bərdə rayonunda yerləşən heyvan bazarının yaxınlığına sürmüşdür. Sonra Təqsirləndirilən şəxs1 əmisi oğlu Şahid1 zəng etmiş və Bərdə rayonunda yerləşən heyvan bazarının yaxınlığında olduqlarını bildirmişdir. Bir qədər sonra Şahid1 idarə etdiyi QAZEL markalı **- CA-*** dövlət nömrə nişanlı yük avtomobillə onların olduğu yerə gəlmiş və Təqsirləndirilən şəxs1 əmisi oğlu Şahid1la görüşdükdən sonra 13 baş qoyunun idarə etdiyi avtomobildə olduğunu göstərmişdir. Bundan sonra o, və Təqsirləndirilən şəxs1 oğurladıqları 13 baş qoyunu Şahid1 idarə etdiyi QAZEL markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobilinə yığmış və heyvan bazarına getmişlər. Bərdə rayonunda yerləşən heyvan bazarında Şahid1 idarə etdiyi yük avtomobilini saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 Şahid1 onlara həmin 13 baş qoyunu satmaqda köməklik etməsini xahiş etmişdir. Şahid1 heyvan satışında səriştəsi olmadığını bildirib tanıdığı Şahid2 və Şahid3 həmin heyvan bazarında heyvan satışı ilə məşğul olduqlarını və onlara 13 baş qoyunun satılmasında köməklik edəcəklərini bildirmişdir. Onlar razılaşandan sonra Şahid1 onları Şahid2 və Şahid3la tanış etmiş və Təqsirləndirilən şəxs1 onun əmisi oğlu olduğunu bildirib 13 baş qoyunu satmaqda köməklik etməsini xahiş etmişdir. Bundan sonra onlar 13 baş qoyunu Şahid1 idarə etdiyi avtomobildən boşaltmışdır. Şahid3 özünün baha qiymətə satması üçün Təqsirləndirilən şəxs1 2 (iki) baş qoyun, Şahid2 isə 6 (altı) baş qoyun almış, bundan sonra o, və Təqsirləndirilən şəxs1 yerdə qalan 5 (beş) baş qoyunu bazarda olan heyvanların saxlanılması üçün yerə salmış və orada tanımadıqları şəxslərə satmışlar. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs1 13 baş qoyunun oğurluq olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 həmin 13 baş qoyunun onun dayısına məxsus olduğunu, onun Təqsirləndirilən şəxs1 2200 manat pul borclu olduğu üçün qoyunları gətirib satdığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1la birlikdə bazarı tərk edib getmişdir. Onlar həmin qoyunların satışından ümumilikdə 3100 manat pul əldə etmişdir. Qoyunları satıb qutardıqdan sonra Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına getmək istədiyini bildirib onun üçün paltar almasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun xahişini yerinə yetirib onunla birlikdə Bərdə rayonunda yerləşən “Ucuzluq” adlanan mağazaya gəlmiş, orada bir ədəd kişi şalvarı, bir ədəd köynək və bir ədəd ayaqqabı almış, həmin paltarların pulunu isə Təqsirləndirilən şəxs1 vermişdir. Sonra o, Təqsirləndirilən şəxs1 Qazax rayonuna getmək istədiyini bildirmiş və onu yola salmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona 1200 manat pul vermiş və onu idarə etdiyi avtomobillə Goranboy rayonunun yaxınlığında yolun kənarına aparıb düşürtmüşdür. Təqsirləndirilən şəxs1 onu orada düşürdəndən sonra o, Qazax rayonuna getmişdir. Qazax rayonda bir qədər gəzdikdən sonra şəhər ərazisində olan kafelərin birinin yaxınlığında özünü İlqar kimi təqdim edən şəxslə tanış olmuş, onlar bir qədər söhbət etmiş, söhbət əsnasında o, psixotrop maddə istifadə etdiyini bildirib İlqar adlı şəxsdən ona psixotrop maddə tapmasını xahiş etmişdir. Həmin şəxs ona 120 manat pul müqabilində psixotrop maddə metamfetamin satmışdır. O, aldığı psixotrop maddə metamfetamindən bir qədər istifadə etmiş və yerdə qalanını əynində olan mavi rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra o, həmin günü avtobusla əvvəlcə Hacıqabul rayonuna, sonra isə Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, Bakı şəhərində olduğu zaman polis əməkdaşları onu saxlamış və oğurluq hadisəsində şübhəli olduğunu bildirib Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. O, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onu Hacıqabul rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə vermişlər. Orada onun üzərində olan əşyalara baxış keçirilərkən əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, bu barədə akt tərtib olunmuş və o, həmin aktı imzalamışdır. Müstəntiq onun üzərində olan əşyalara baxış zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmişdir. Müstəntiq tərəfindən onun üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd polietilen kəsiyi bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 2.12 qram olduğu müəyyən edilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Bundan başqa müvəqqəti saxlama yerində üzərində olan əşyalara baxış keçirilən zaman onun üzərindən 430 manat pul aşkar olunmuşdur. Həmin pul onun Təqsirləndirilən şəxs1la birlikdə 23 avqust 2024-cü il tarixdə oğurlayıb Bərdə rayonunda satdıqları 13 baş qoyunun pulundan xərclədikdən sonra qalan pul olmuşdur. Müstəntiq tərəfindən həmin 430 manat pul maddi sübüt hesab edildiyi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş” adlanan restoranı 5 ilə yaxındır ki, qardaşı oğlu X5 rəsmi olaraq icarəyə götürüb işlədir. O, həmin restoranın araxa tərəfində özünə məxsus 17 baş xırda buynuzlu heyvan (qoyun) saxlamışdır. 23 avqust 2024-cü il tarixdə saat 02 radələrində işlədiyi Bakı-Ələt-Qazax- Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Şeş-beş" adlanan restoranın arxa tərəfindəki sanitar qovşağa getmiş və sanitar qovşağa gedən zaman sanitar qovşaqdan bir qədər aralıda xırda buynuzlu heyvanları saxladığı tövlənin qapısının açıq olduğunu görmüşdür. Tövləyə yaxınlaşıb içərsinə nəzər saldıqda 17 baş xırda buynuzlu heyvanlarının (qoyunlarının) orada olmadığını aşkar etmişdir. O, əvvəlcə tövlənin qapısının açıq qaldığı üçün heyvanlarının çölə çıxdığını hesab etmiş və heyvanları axtarmağa başlamışdır. Bir neçə saat sonra o, 4 baş xırda buynuzlu heyvanlarının işlədiyi restorandan bir qədər kənarda boş sahədə olduqlarını görmüşdür. O, yerdə qalan 13 baş qoyunu axtarsa da tapa bilməmiş və həmin 13 baş heyvanların oğurlandığını başa düşüb bu barədə Hacıqabul rayon polis şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Oğurlanan 13 baş xırda buynuzlu heyvanlardan (qoyunlardan) 3 başı 2 yaş yarımlıq 25 kiloqram çəkisi olmaqla hər biri 420 manat dəyərində qoçlar, 6 başı hər biri 1 yaşında 25 kiloqram çəkidə hər birinin qiyməti 420 manat erkək heyvanlar (qoçlar), 4 başı isə hər biri 1 (bir) yaşında 25 kiloqram çəkidə hər birinin qiyməti 420 manat olan dişi heyvanlar olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona 5460 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onun etibarnamə ilə idarə etdiyi QAZEL markalı, **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili vardır. O, Bərdə rayonunda yerləşən heyvanların satışı bazarında idarə etdiyi QAZEL markalı yük avtomobil ilə heyvan daşınması ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun doğma əmisi oğludur. Əmisi oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət nömrə nişanlı minik avtomobil ilə Bərdə rayonundan Bakı şəhərinə sərnişin daşınması ilə məşğul olur. 23 avqust 2024-cü il tarixdə saat 04 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs1 ona mobil telefon vasitəsi ilə zəng edib idarə etdiyi avtomobildə 13 baş xırda buynuzlu heyvanları satmaq üçün Bərdə rayonuna gətirdiyini bildirmiş və həmin heyvanları Bərdə rayonunda yerləşən heyvan bazarında satılmasına köməklik etməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona 13 baş xırda buynuzlu heyvanları özünün idarə etdiyi minik avtomobili ilə gətirdiyini, həmin avtomobil ilə heyvan bazarına girmək istəmədiyini bildirmiş və ondan həmin xırda buynuzlu heyvanları idarə etdiyi QAZEL markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə heyvan bazarına aparmasını xahiş etmişdir. O, əmisi oğlu Təqsirləndirilən şəxs1 Bərdə rayonuna çatdıqda ona zəng etməsini bildirmiş, bir neçə saatdan sonra təxminən saat 06 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs1 ona təkrar zəng edərək Bərdə rayonunda heyvan bazarının yaxınlığında onu gözlədiyini bildirmişdir. O, bunu biləndən sonra idarə etdiyi QAZEL markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Təqsirləndirilən şəxs1 olduğu yerə getmiş və əmisi oğlu Təqsirləndirilən şəxs1 avtomobilinin dayandığı yerə gəlib avtomobildən düşüb ona yaxınlaşmışdır. Həmin vaxt o, orada əmisi oğlu Təqsirləndirilən şəxs1 və onun yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 görmüşdür. Əmisi oğlu Təqsirləndirilən şəxs1 ona idarə etdiyi “Toyota Prius” markalı, **-BU-*** dövlət nömrə nişanlı minik avtomobilini göstərərək 13 baş xırda buynuzlu heyvanların həmin avtomobildə olduğunu və həmin heyvanları idarə etdiyi QAZEL markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobilə yığmaq lazım olduğunu bildirmiş, o, idarə etdiyi yük avtomobilini Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yaxınlığında saxlamış və avtomobilin yük yerini açmışdır. Əmisi oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayaqları bağlanmış vəziyyətdə olan 13 baş xırda buynuzlu heyvanları onun idarə etdiyi yük avtomobilinə yığmışlar. Onlar 13 baş xırda buynuzlu heyvanları onun idarə etdiyi yük avtomobilinə yığdıqdan sonra idarə etdiyi avtomobili Bərdə rayonunda yerləşən heyvan satışı bazarına sürmüşdür. Təqsirləndirilən şəxs1 ona xırda buynuzlu heyvanların satılmasında səriştəsi olmadığını bildirib ona həmin heyvanların satılmasında kömək etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 onu özünün də, xırda buynuzlu heyvanları sata bilmədiyini, Anar və Rəşad adlı şəxslərin ona bu məsələdə köməklik edəcəylərini bildirmişdir. Belə ki, Anar və Rəşad adlı şəxslər həmin heyvan bazarında xırda buynuzlu heyvanların satışı ilə məşğul olurlar. O, əmisi oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Anar və Rəşad adlı şəxslərə yaxınlaşaraq Təqsirləndirilən şəxs1 onun əmisi oğlu olduğunu və onun 13 baş xırda buynuzlu heyvanları satmaq istədiyini bildirib bu məsələdə Təqsirləndirilən şəxs1 köməklik göstərməsini xahiş etmişdir. Rəşad və Anar adlı şəxslər köməklik edəcəklərini bildirəndən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun idarə etdiyi yük avtomobilində olan 13 baş xırda buynuzlu heyvanları yerə düşürtmüş, sonra həmin yerdən uzaqlaşmışdır. Bir neçə saat sonra o, təkrar əmisi oğlu Təqsirləndirilən şəxs1 olduğu yerə gəlmiş və ora gəldikdə artıq 13 baş xırda buynuzlu heyvanların satıldığını görmüşdür. O, narahat olduğu üçün əmisi oğlu Təqsirləndirilən şəxs1 13 baş xırda buynuzlu heyvanların oğurluq olub-olmadığını soruşmuş, əmisi oğlu Təqsirləndirilən şəxs1 ona 13 baş xırda buynuzlu heyvanların yanında olan Təqsirləndirilən şəxs2 dayısına məxsus heyvanlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona 2200 manat pul borclu olduğunu, bu səbəbdən 13 baş xırda buynuzlu heyvanları Bərdə rayonuna satmaq üçün gətirdiyini qeyd etmişdir. Bundan sonra əmisi oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heyvan bazarını tərk edib getmiş, o, da öz işləri ilə əlaqədar getmişdir. Sonradan ona məlum olmuşdur ki, əmisi oğlu Təqsirləndirilən şəxs1 və onun yanında olan Təqsirləndirilən şəxs2 13 baş xırda buynuzlu heyvanları oğurlamışlar. Heyvanların oğurluq olmasından onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Qismət oğlu ifadəsində bildirdi ki, Bərdə rayonunda yerləşən heyvan bazarında heyvan alqı-satqısı ilə məşğul olur. Şahid1 tanıyır. Şahid1 idarə etdiyi QAZEL markalı, **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə heyvan daşınması ilə məşğul olur. Həmçinin o, Şahid2 tanıyır. Şahid2 da, onun kimi Bərdə rayonunda yerləşən heyvan bazarında heyvanların alqı-satqısı ilə məşğul olur. 23 avqust 2024-cü il tarixdə saat 06 radələrində o, və Şahid2 həmişəki kimi Bərdə rayonunda yerləşən heyvan bazarında heyvan alqı-satqısı ilə məşğul olan zaman Şahid1 idarə etdiyi QAZEL markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə onların işlədiyi Bərdə rayonunda yerləşən heyvan bazarına gəlmişlər. Şahid1 ona yaxınlaşıb əmisi oğlu Təqsirləndirilən şəxs1 13 baş qoyunu satmaq istədiyini bildirmiş, o, həmin 13 baş qoyuna baxmış və iki baş qoyunu satmaq üçün almışdır. Belə ki, o, Bərdə rayonunda yerləşən heyvan bazarında heyvanları ucuz qiymətə alıb öz xeyrinə baha satır. O, həmin iki baş qoyuna görə Təqsirləndirilən şəxs1 450 manat pul vermişdir. O, həmin heyvanların birini 250 manata, digərini isə 200 manata almışdır. O, qoyunları alan zaman həmin yerə tanıdığı Şahid2 gəlmiş və 6 baş qoyunu Təqsirləndirilən şəxs1 1110 manata almışdır. Şahid2 Təqsirləndirilən şəxs1 680 manat nəğd pul vermiş, yerdə qalan 430 manatını isə aldığı 6 baş qoyunu satdıqdan sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Şahid2la razılaşmış və 430 manat pulu Şahid1 verməyini bildirmişdir. Şahid1 isə həmin pulu Təqsirləndirilən şəxs1 bank kartına atacağını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və onun yanında olan Təqsirləndirilən şəxs2 yerdə qalan 5 baş qoyunu onun yanında olan heyvanların saxlanılması üçün yerə salmış və orada onun tanımadığı şəxslərə satmışlar. O, Təqsirləndirilən şəxs1 aldığı iki baş qoyunu həmin günü tanımadığı şəxslərə birini 270 manata, digərini isə 210 manata satmışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, o, yalnız Şahid1 tanıyır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə rayonuna Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius" markalı **-BU-*** dövlət nömrə nişanlı minik avtomobil ilə gətirdikləri 13 baş qoyunun oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Bərdə rayonunda yerləşən heyvan bazarında heyvan alqı-satqısı ilə məşğul olur. Şahid1 tanıyır. Şahid1 idarə etdiyi QAZEL markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə heyvan daşınması ilə məşğul olur. Həmçinin o, Şahid3 Qismət oğlunu da tanıyır. Şahid3 da onun kimi Bərdə rayonunda yerləşən heyvan bazarında heyvanların alqı-satqısı ilə məşğul olur. 23 avqust 2024-cü il tarixdə saat 06 radələrində o və Şahid3 həmişəki kimi Bərdə rayonunda yerləşən heyvan bazarında heyvan alqı-satqısı ilə məşğul olan zaman Şahid1 idarə etdiyi QAZEL markalı, **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə onların işlədiyi Bərdə rayonunda yerləşən heyvan bazarına gəlmişdir. O, Şahid1la görüşmüş və Şahid1 ona əmisi oğlu Təqsirləndirilən şəxs1 13 baş qoyunu satmaq istədiyini və həmin 13 baş qoyuna baxmasını bildirmişdir. O, həmin qoyunlara baxmış, əvvəlcə 13 baş qoyunu almaq istəməmiş, lakin bir qədər sonra o, yenə də Şahid1 yaxınlaşıb qoyunları ona ucuz qiymətə satmasını xahiş etmişdir. Belə ki, o, Bərdə rayonunda yerləşən heyvan bazarında heyvanları ucuz qiymətə alıb öz xeyrinə baha satır. O, Şahid1 xahiş edəndən sonra sonuncu əmisi oğlu Təqsirləndirilən şəxs1 ona bir baş erkək qoçu 280 manata, iki baş quzunu isə hər biri 180 manata olmaqla 360 manata, iki baş quzunu hər birini 160 manat olmaqla 320 manata və bir baş quzunu 150 manata satmışdır. O, Təqsirləndirilən şəxs1 aldığı 6 baş qoyuna görə ona ümumilikdə 1100 manat pul verməli olmuş, o, həmin pulun 680 manatını Təqsirləndirilən şəxs1 vermiş, yerdə qalan 430 manat pulu isə aldığı qoyunları satandan sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və həmin 430 manat pulu əmisi oğlu Şahid1 verməsini xahiş etmiş, Şahid1 isə öz növbəsində həmin pulu Təqsirləndirilən şəxs1 bank kartına atacağını qeyd etmişdir. O, Təqsirləndirilən şəxs1 aldığı 6 baş xırda buynuzlu heyvanları (qoyunları) götürüb oradan uzaqlaşmış və həmin 6 baş qoyunu tanımadığı şəxslərə satmışdır. Bir neçə saat sonra Təqsirləndirilən şəxs1 bazardan gedəndən sonra o, Təqsirləndirilən şəxs1 430 manat olan borcundan 100 manatını Şahid1 vermiş və onun Təqsirləndirilən şəxs1 330 manat borcu qalmışdır. O, həmin heyvanların oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon polis şöbəsinin MSY-nin növbətçisi vəzifəsində işləyir. 24 avqust 2024-cü il tarixdə Hacıqabul RPŞ-nin MSY-də növbətçi olmuşdur. Həmin günü, yəni 24 avqust 2024-cü il tarixdə saat 22 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 Bakı- Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən, Zərərçəkmiş şəxs məxsus “Şeş-beş” adlı kafenin həyətindəki tövlədən 13 baş qoyunu oğurlamaqda şübhəli olduğu üçün Hacıqabul rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis mayoru İbrahim Qəhrəmanov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Hacıqabul rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 Hacıqabul rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verildikdən sonra saxlanılan şəxslərin üzərinə baxılması üçün nəzərdə tutulmuş xidməti otaqda Təqsirləndirilən şəxs2 təlimata uyğun olaraq Müvəqqəti Saxlama yerində saxlanılan şəxslərin davranış qaydalarını izah edib ona üzərində qadağan olunmuş əşya və predmetləri təhvil verməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş, o, həmin bükülüyə nəzər saldıqda həmin bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu görmüşdür. O, polis əməkdaşı olduğundan həmin bükülünün içərisində olan maddəni tanımış və həmin kütlənin psixotrop maddə olan metamfetaminin olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs2 iştirakı ilə bu barədə akt tərtib etmişdir. Sonra həmin kütlə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra o, bu barədə Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinə rəsmi şəkildə raportla məruzə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən 430 manat pul aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs2lə birlikdə Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi polis mayoru İbrahim Qəhrəmanovun xidməti otağına getmiş və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni qablaşdırılmış halda, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 430 manat pulu və tərtib etdiyi raportu X9a təqdim etmişdir. X9 Təqsirləndirilən şəxs2, müdafiəçi X11 və onun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan və qablaşdırılan əşyaya X9 tərəfindən baxış keçirilmiş. Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş 1 ədəd büküm açıldıqda onun içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu görünmüşdür. Baxış zamanı bir ədəd polietilen kəsiyi bükümü İbrahim Qəhrəmanov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 2.12 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu bildirib Qazax rayonunda tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini. Hacıqabul rayon polis şöbəsində şübhəli şəxs kimi tutulan zaman həmin psixotrop maddənin onun üzərində olduğunu və Hacıqabul rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verildikdən sonra həmin psixotrop maddəni sanitar qovşağa atmaq istədiyini bildirmişdir. Bundan başqa sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 430 manat pulu Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən ‘'Şeş-beş” adlı kafenin həyətindəki tövlədən 13 baş qoyunu Təqsirləndirilən şəxs1la oğurlayıb satdıqdan sonra əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 oğurluqdan əldə etdiyi pulu xərclədiyini və həmin puldan yalnız 430 manat qaldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin 430 manat pul yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 iş üzrə şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən “Şeş-beş” adlı restoranın həyətində yerləşən tövlədir. “Şeş-beş” adlı restoran Bakı-Qazax yolunun 98-ci kilometrliyində Qazax rayonu istiqamətində yoldan 80- 90 metr aralıda yerləşir. Restoranın sol tərəfinə torpaq yolla 70 metr qarşı tərəfdə mişar daşından tikilmiş, üstü beton örtüklü, çölə tərəf taxta materialdan hazırlanmış pəncərəsi və taxta qapısı olan tövlə vardır. adar qəsəbəsində Bakı-Qazax magistral yolunun sağ hissəsində yoldan təxminən 200 metr məsafədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən bir mərtəbəli tövlədir. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 məxsus “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin yük yerinə baxış keçirilən zaman avtomobildən heyvan qoxusu gəlməklə, arxa oturacağında heyvan nəcisi və tükləri vardır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AğMlıyev Rəfaət Mənsim oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 10:50-dən azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 12:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X17 xx.xx.2024-cü il tarixdə saat 18:00-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 19:30da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:50-də X1 RPŞ-nin MSY-nə təhvil verildikdən sonra onun üzərindəki əşyalara baxış keçirilərkən onun əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bir ədəd kütləyə baxış keçirildi. Həmin kütlə elektron tərəzidə çəkildi və çəkisinin 2,12 qram olmasl müəyyən edildi. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qablaşdırılaraq möhürləndi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X17 oğlunun üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,877 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra 1,827 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X17 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-46/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-47/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X17 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X17 verdiyi yazılı ifadələri hadisə yerində bir daha təsdiq etmişdir. İfadələrin yerində yoxlanılması zamanı aşkar olunan halların fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 verdiyi yazılı ifadələri hadisə yerində bir daha təsdiq etmişdir. İfadələrin yerində yoxlanılması zamanı aşkar olunan halların fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin 7(011)277/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası azaldılaraq barəsində qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhər Xəzər rayon məhkəməsinin 7(003)- 1834/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 1 il 21 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin 7(011)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilmişdir. Ağır Cinayətlərə X25 Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)520/2008 saylı hökmü üzrə Təqsirləndirilən şəxs1 CM-nin 177.3.3-cü maddəsi ilə təyin edilmiş cəza və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaya dair müddəalar göstərilən hökmdən xaric edilmiş, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 06 ay hazırki hökmlə endirilmiş cəza ilə birləşdirilərək Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)1129/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından Təqsirləndirilən şəxs1 barəsində olan CM-nin 67.1-ci maddəsinin müddəaları xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla üzərində qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)548/2016 saylı hökmün təsviri hissəsində təhlükəli resdivlə bağlı müddəalar xaric edilmiş, onun əməli təhlükəli residiv hesab edilmədiyindən “ciddi rejimli cəzaçəkmə müəssisəsi” “ümumi rejimli cəzaçəkmə müəssisəsi” ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X17 dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1, 181.3.3, 228.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin 7(011)-515/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 3 ay 2 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Eldar Soltanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cavab raportdan görünür ki, X10 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, X10 narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi, həmin narkotik vasitənin satmaq məqsədinin olmadığı müəyyən olunmuşdur. Hacıqabul rayon İHB-nın Navahi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu Navahi qəsəbəsində qeydiyyatdadır və orada yaşayır. Hacıqabul rayon İHB-nın Navahi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X17 yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. Ağdam rayon İHB-nın Əlimədədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonu Əlimədədli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Qarabağ qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X16 Üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6232 nömrəli rəyindən görünür ki, müayinə zamanı X12 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7455 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 5380 manat müəyyən edilir. 2 yaş yarımlıq təmiz ət çıxarı 25 kq olan erkək qoyunun bir başı – 420 manat, 1 yaşlı təmiz ət çıxarı 25 kq olan erkək qoyunun bir başı – 420 manat, 1 yaşında təmiz ət çıxarı 25 kq olan dişi qoyunun bir başı – 400 manat müəyyən edilir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6232 nömrəli rəyindən görünür ki, müayinə zamanı X12 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 1,827 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında qeyd edilən cinayətin törədilməsində özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsə məxsus xırdabuynuzlu heyvanların oğurluq olmamasını, həmin heyvanların digər təqsirləndirilən şəxs X10 dayısına məxsus olmasını bildiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək heyvanların oğurluq olmasından xəbərsiz olmasını bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hər iki təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus heyvanların oğurlanması üçün qabaqcadan razılığa gəlmiş, bununla əlaqədar hazırlıq işləri görmüşlər. Bundan başqa, hər iki təqsirləndirilən şəxsin ifadələrinin ümumiləşdirilmiş təhlilindən məlum olur ki, qeyd edilən oğurluq cinayəti gecə saatlarında baş vermişdir. Təqsirləndirilən şəxs1 gecə saatların xırdabuynuzluq heyvanların oğurlanmasında iştirak edərkən, bu işlərin nə üçün gecə saatlarında edilməsini digər təqsirləndirilən şəxsdən soruşmamışdır. Eyni zamanda, tərtib edilmiş tələbnamələrdən görünür ki, hər iki təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək barələrində azadlıqdan məhrumetmə cəzaları təyin edilmişdir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs X7 tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, oğurlanmış əmlakın dəyəri ekspert rəyində 5380 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 5460 manat göstərilmiş. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış heyvanların qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış heyvanların dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən ümumi qiymət, yəni 5380 manat əsas götürülməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa X25 məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Plenum Qərarının 19 və 20-ci bəndlərinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Plenum Qərarının 26-cı bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 ” iyun 2024-cü il tarixli 8 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmələri, habelə təqsirləndirilən şəxs X10 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlaması özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4cü maddələri ilə, X10 əməlləri isə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; 65-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yerində müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.2). Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin 7(011)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə Ağır Cinayətlərə Dair X21 Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)520/2008 saylı hökm üzrə Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təyin edilmiş cəza və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaya dair müddəalar hökmdən xaric edilmiş, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri il təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 06 ay 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)1129/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından Təqsirləndirilən şəxs1 barəsində olan Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin müddəaları xaric edilmiş, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası 08 il müddətə azadlıqdan məhrum etməsi cəzasına endirilmiş, təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)548/2016 saylı hökmün təsviri-əsaslandırıcı hissəsindən təhlükəli residivlə bağlı müddəalara xaric edilmiş, onun əməlində cinayətin təhlükəli residivi olmadığından “ciddi rejimli cəzaçəkmə müəssisəsi” “ümumi rejimli cəzaçəkmə müəssisəsi” ilə əvəz edilmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin 7(003)-1834/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 1 il 21 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 münasibətdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanunun müddəaları tətbiq edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1129/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin müddəaları xaric edilmişdir. Nəticədə Ağır Cinayətlərə X25 Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)-520/2008 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayətlərə görə məhkumluqların ödənilməsi müddətinin axımı həmin hökm üzrə təyin edilmiş cəzadan azad edildiyi andan müstəqil şəkildə hesablanmış və hazırki, cinayət əməlini törədərkən qeyd edilən hökmlə təqsirli bilindiyi cinayətlərə görə məhkumluqlar ödənilmişdir. Təqsirləndirilən şəxs1 hazırki, cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilindiyi cinayətlərə görə məhkumluqlar ödənilməmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, təqsirləndirilən şəxs X10 törətdiyi cinayətdə səmimi etirafını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.2). Məhkəmə, təqsirləndirilən şəxs X10 əməlində cinayətin residivinin olmasını CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, təqsirləndirilən şəxs X17 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1, 181.3.3, 228.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 2 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə X25 Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla oradan xırda buynuzlu heyvanları oğurlaması, əvvəllər dəfələrlə analoji cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə tətbiq edilməsinə baxmayaraq məhkumluğun ödənilmədiyi müddəti ərzində qəsdən cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət etməsi və şəxsiyyətini mənfi səciyyələndirməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Hacıqabul rayon məhkəməsinin 4(071)-46/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri rəhbər tutulmaqla Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 210 manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan hansının təyin edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, maddələrin sanksiyalarında qeyd edilmiş alternativ cəzalardan yalnız azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanunauyğun və ədalətli hesab edilir. Belə ki, təqsirləndirilən şəxs X10 hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla oradan xırdabuynuzlu heyvanları oğurlaması, habelə şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlaması, əvvəllər analoji cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, məhkumluğu ödənilmədiyi müddət ərzində qəsdən cinayətlər törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət etməsi və şəxsiyyətini mənfi səciyyələndirməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Hacıqabul rayon məhkəməsinin 4(071)-47/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X17 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, X17 Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs X17 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs X17 barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 210 manat pul köçürülməlidir. Bundan əlavə, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 müştərək qaydada, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi üzrə məhkəmə-kimyəvi eskpertiza tədqiqatının dəyəri olan 49,74 manat pul X8 tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutataq cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə tərtib edilmiş protokola əlavə edilmiş bir ədəd DVD disk, avtomobilin hərəkət istiqamətinin fotoşəkillərini özündə əks etdirən bir ədəd CD formatlı disk, müvəqqəti saxlama yerində təqsirləndirilən şəxs X10 üzərindən aşkar olunaraq götürülmüş əşyalara baxış keçirilməsi barədə tərtib edilmiş protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxs X10 üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi eskpertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1,827 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 1452 manat və X10 üzərindən aşkar edilmiş oğurluq nəticəsində əldə etdiyi 430 manat olmaqla ümumilikdə, 1882 manat pul müsadirə edilərək zərərçəkmiş X3 ödənilməlidir. Bundan başqa, cinayətin törədilməsi zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin X13 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. X17 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X14 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X17 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. X17 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs X14 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 müştərək qaydada, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi üzrə məhkəmə-kimyəvi eskpertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul X8 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə tərtib edilmiş protokola əlavə edilmiş bir ədəd DVD disk, avtomobilin hərəkət istiqamətinin fotoşəkillərini özündə əks etdirən bir ədəd CD formatlı disk, müvəqqəti saxlama yerində təqsirləndirilən şəxs X10 üzərindən aşkar olunaraq götürülmüş əşyalara baxış keçirilməsi barədə tərtib edilmiş protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X10 üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi eskpertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1,827 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 1452 manat və X10 üzərindən aşkar edilmiş oğurluq nəticəsində əldə etdiyi 430 manat olmaqla ümumilikdə, 1882 manat pul müsadirə edilərək zərərçəkmiş X3 ödənilsin. Cinayətin törədilməsi zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin X13 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-17/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-17/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver