Məhkəmə qərarları › İş №1(071)-18/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-18/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-18/2022 15.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Saatlı rayonu Qarayevkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonu Qarayevkənd kəndində qeydiyyatda olmaqla yaşayan, 26.12.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27.12.2021ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə qanunsuz olaraq 15.09.2021-ci il tarixdə günorta saat 13 radələrində Bakı şəhərindən sərnişin qismində əyləşib gəldiyi Zərərçəkmiş şəxs məxsus olan “Kamaz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən “Narın qala” restoranının qarşısında Zərərçəkmiş şəxs yemək yemək üçün avtomobili orada saxlayaraq düşüb restorana getməsindən və avtomobildə olmamasından istifadə edərək sonuncunun 1400 manat pulunu avtomobilin salonundan gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1400 (min dörd yüz) manat maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd siqaretin qızılı rəngli kağızının içərisində olan 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,448 qram psixotrop maddə olan metamfetamini əldə edib əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, 26.12.2021-ci il tarixdə saat 10 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Məhəmmədi qəsəbəsində saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Saatlı rayonu Qarayevkənd kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda işləmir, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 15.09.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxmış, iş axtarmaq məqsədi ilə Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərində Qaradağ rayonu ərazisində bir neçə daş karxanasına getmiş və fəhlə işi axtarmışdır. Lakin iş tapa bilməmiş və yaşadığı rayona qayıtmaq qərarına gəlmişdir. Həmin gün saat təxminən 11 radələrində Qaradağ rayonu ərazisində daş karxanalarının birindən “Kamaz” markalı yük avtomobilinin ona tərəf gəldiyini görmüşdür. Həmin avtomobilə əl işarəsi edib onu saxlatmış və Sabirabad rayonu istiqamətində getdiyini və pulu olmadığını bildirmişdir. Tanımadığı sürücü onunla razılaşmış və avtomobilinə əyləşməsinə icazə vermişdir. Sürücü Sabirabad rayonu istiqamətinə gedəcəyini bildirmişdir. Yolda olarkən sürücü ilə bir qədər söhbət etmiş və sürücünün adının Ramal olduğunu öyrənmişdir. O, sürücüyə Bakıda avtomobil yumaqla pul qazandığını və Saatlı rayonu Qarayevkənd kəndində yaşadığını bildirmişdir. Bir qədər getdikdən sonra həmin gün saat təxminən 13 radələrində Ramal avtomobili Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən “Narın qala” adlı restoranın qarşısında saxlamış və ac olduğundan yemək yemək istədiyini bildirmişdir. O, da ac olduğunu və avtomobildən düşüb yemək yemək istədiyini söyləmişdir. Həmin vaxt Ramalın avtomobilinin salonu çirkli olduğundan, o, Ramala avtomobilin içini təmizlədikdən sonra yeməyə gələcəyini bildirmiş və avtomobilinin salonunu təmizləməyə başlamışdır. Ramal avtomobildən düşüb restorana yollanmış, o isə avtomobilin içini təmizləmişdir. Avtomobilin içini təmizləyən zaman dirsək qoyulan yerdə bir ədəd pul qabı görmüş, həmin pul qabını açıb içinə baxan zaman orada 14 ədəd yüz manatlıq əskinasın, yəni 1400 manat pul olmasını görmüşdür. Maddi ehtiyacı çox olduğundan həmin pulu oğurlamaq qərarına gəlmiş və 1400 manat pulu oğurlayıb cibinə qoymuş, pul qabını isə öz yerinə qoymuşdur. 1400 manat pulu oğurladıqdan sonra oradan uzaqlaşmış, orada pulu oğurlamağını heç kim görməmişdir. Həmin vaxt Ramal yemək yeyirdi, pulu cibinə qoyduqdan sonra o, yolun əks tərəfinə keçmiş və taksiyə əyləşib Bakı şəhərinə yollanmışdır. Bakı şəhərində özünə paltar və ətir almış, kafe və restoranlara yollanmışdır, həmin pulu orada xərcləmişdir. 200 manat pula isə Bakı şəhərində xəstə anası üçün dərman almışdır. 22.09.2021-ci il tarixdə onun barəsində Hacıqabul RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanaraq, o, həmin iş üzrə şübhəli şəxs qismində tutulmuş və sonradan təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı müvəqqəti saxlama yerindən azadlığa buraxılmışdır. Sonrakı müddətdə o, Abşeron rayonuna getmiş və orada qalmağa başlamışdır. Müstəntiq tərəfindən ona bir neçə dəfə zəng olunub polis şöbəsinə dəvət olunduqda, o, hər dəfə yaxın zamanda gələcəyini bildirib, çağırışdan yayınmış və Hacıqabul RPŞ-yə getməmişdir. Bundan başqa, o, bir neçə aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 25.12.2021-ci il tarixdə Bakı şəhərində dəmir yolunun yaxınlığında olarkən yerdən bir ədəd bükümdə psixotrop maddə metamfetamin tapmış və həmin metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. 26.12.2021ci il tarixdə saat 10 radələrində o, yaşadığı Abşeron rayonu Məhəmmədli qəsəbəsində olarkən, ona iki nəfər polis əməkdaşı yaxınlaşıb Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və Hacıqabul RPŞ-də istintaq olunan cinayət işi üzrə istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və həmin axtarış qərarına əsasən onlarla Hacıqabul RPŞ-yə getməlidir. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Orada onu Hacıqabul RPŞnin MSY-yə təhvil vermişlər. O, MSY-də olarkən üzərində psixotrop maddə olması barədə polis əməkdaşlarına məlumat vermiş və ərizə yazaraq həmin psixotrop maddə metamfetamini təhvil vermək istədiyini qeyd etmişdir. Sonra onun üzərinə videoçəkilişlə X4 tərəfindən müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd siqaretin qızılı rəngli kağız bükümün içərisindəki sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Ondan təqdim etdiyi maddəni haradan əldə etdiyini soruşduqda, o, həmin maddəni Bakı şəhərində dəmir yolu yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra təqdim etdiyi maddə bir ədəd zərfdə qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və o da bütün iştirakçılar kimi həmin protokola imza etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Avtomobildən oğurladığı 1400 manat pulu zərərçəkmiş şəxsə qaytarmamışdır. Qohumlarının vasitəsilə həmin pulu qaytaracaqdır. Törətdiyi əməllərdən peşmandır. Ona yüngün cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdi ki, Cəbrayıl rayonu Mehdili kəndində qeydiyatda olmaqla Biləsuvar rayonu Cəbrayıl şəhərciyi 2 saylı qəsəbədə 202 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, özünə məxsus olan “Kamaz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərində yerləşən Vulkan adlanan daş karxanasından mişar daşı yükləyib Zəngilan rayonuna aparır. 15.09.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Vulkan adlanan daş karxanasından avtomobilinə mişar daşı yükləmiş və Zəngilan rayonu istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt içərisində 1400 manat pul olan pul qabını maşının içərisində olan dirsək altı sandıqçaya qoymuşdur. Karxanadan təxminən 1 km aralandıqdan sonra yolun kənarında bir nəfər şəxs ona əl işarəsi edib saxlamağını işarə etmişdir. O, maşını saxlamış və orada olan kafedən su aldıqda, sonradan adını bildiyi Hüseyn ondan haraya getdiyini soruşmuşdur. O, Hüseyndən haraya getmək istədiyini soruşmuşdur. Hüseyn ona Sabirabad rayonu istiqamətində getdiyini bildirmişdir. O, Hüseynin yolda qalmasına razı olmamış və öz avtomobilinə mindirmişdir. Hüseynlə yol boyu söhbət etdikdə həmin şəxs ona Saatlı rayonu Qarayevkənd kəndində yaşadığını, iş axtarmaq üçün Bakı şəhərinə gəldiyini, iş tapa bilmədiyi üçün rayona qayıtdığını bildirmişdir. Həmin şəxs ona əvvəllər Bakıda avtomobil yumaqla məşğul olduğunu demişdir. O, nahar etmək üçün avtomobilini Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən “Narınqala” kafesinin qarşısında saxlamış, həmin şəxs avtomobildən düşdükdə maşında olan dəsmalı götürərək avtomobili təmizləyib gələcəyini və yemək yemək üçün üzərində pulunun olmadığını bildirmişdir. O, Hüseynə narahat olmamasını və ona yemək alacağını bildirmişdir. O, Hüseyni avtomobilin yanında qoyub kafeyə gəlmiş, həmin vaxt həmin oğlan avtomobilinin içərisini təmizləyirmiş, o, kafeyə gəlib özünə və həmin şəxsə yemək sifariş eləmişdir. Daha sonra həmin oğlan onun yanına gəlmiş və çay içdikdən sonra, həmin oğlana əyləşib yemək yeməsini söyləmişdir. Hüseyn ona maşını təmizləyib gələcəyini demiş və maşına getmişdir. Süfrəyə yemək gətirildikdən sonra, təxminən 5 dəqiqə Hüseyni gözləmişdir. Lakin Hüseynin gəlmədiyi görüb, avtomobilə onu çağırmağa getmişdir. Lakin Hüseyni orada görməmişdir. Ondan şübhələndiyi üçün avtomobilə əyləşib pul qabını qoyduğu yerə baxdıqda, pul qabının yerinin dəyişik olduğunu görmüşdür. Pul qabını açıb baxdıqda 1400 manat pulun yerində olmadığını görmüş, həmin şəxsin 1400 manat pulunu oğurlamasını başa düşdüyü üçün AR DİN-nin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. 1400 manat puldan başqa avtomobilindən heç nə oğurlanmamışdır. Kamera görüntülərinə və portaldan çıxarışa baxdıqda həmin şəxsi tanımış və onun şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalanmasını xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin Cinayət axtarış bölməsinin axtarış işləri üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Hacıqabul RPŞ-nin İstintaq bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Saatlı rayonu Qarayevkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində X4nin axtarış qərarı 10 noyabr 2021-ci il tarixdə onun icraatına daxil olmuşdur. Həmin qərarın icra olunması ilə bağlı 240213 nömrəli axtarış işi açmış və Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlamışdır. 26 dekabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu Məhəmmədli kəndində olması müəyyən edilərək, həmin tarixdə səhər saatlarında Hacıqabul RPŞ-nin əməkdaşları ilə Abşeron rayonu Məhəmmədli qəsəbəsinə getmişdir. Abşeron rayonu Məhəmmədli qəsəbəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlayaraq Hacıqabul RPŞ-yə gətirməklə, RPŞ-nin Müvəqqəti saxlama yerinə təhvil vermişdir. MSY-də Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirməklə, həmin maddəni təqdim etmək istədiyini bildirdiyi üçün 26.12.2021-ci il tarixdə X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd siqaretin qızılı rəngli kağız bükümünə bükülmüş bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəni Bakı şəhərində dəmir yolunun yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. Şahid Hacıqabul rayon PŞ-nin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 26 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd siqaretin qızılı rəngli kağızı bükümündə bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 26 dekabr 2021-ci il tarixli 18/1208 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,448 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir. (i.v.131-134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 29 dekabr 2021-ci il tarixli 5359 nömrəli rəyində müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixotrop maddəolan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.181-182). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 22.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir, Sabirabad rayon Məhkəməsinin 07.02.2014-cü il tarixli 1(056)- 09/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Gəncə Hərbi Məhkəməsinin 06.10.2014-cü il tarixli 1-1(095)-224/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 335.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 07.12.2016-cı il tarixli 1-1(104)-131/2016 nömrəli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 06.10.2014-cü il tarixli 1-1(095)-224/2016 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Saatlı rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli 1(055)-22/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 5 gün ona təyin olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 19.05.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Saatlı rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli 1(055)-22/2019 nömrəli hökmü ilə yaranmış məhkumluğu ödənilməmiş və götürülməmişdir. (iş v. 54-56, 71-74, 82-86, 93-105). İş üzrə Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş, 22.09.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 22.09.2021-ci ildə saat 15:45də qərar Təqsirləndirilən şəxs elan edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətləri aparılmasından ötrü sonuncu X4 tərəfindən dəfələrlə yazılı və şifahi formada Hacıqabul RPŞ-yə dəvət olunmasına baxmayaraq, Hacıqabul RPŞ-yə üzürlü səbəb olmadan gəlmədiyi üçün onun barəsində X4 tərəfindən 10.11.2021-ci il tarixdə axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 26.12.2021-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, saat 10:50-də tutulmaqla istintaqa təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 26.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-yə gətirilən zaman RPŞ-nin növbətçi hissəsində üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirərək bu barədə ərizə ilə Hacıqabul RPŞ-yə müraciət etmiş və onun üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmamasını bildirmiş, bu barədə RPŞ-nin məsul növbətçisi raportla şöbə rəhbərliyinə məruzə etmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə 26.12.2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun üzərindən 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünün içərisində 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və maddi sübutlar, digər iş materialları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini, həmçinin satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,448 qram psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 26.12.2021-ci il tarixdən hesablanmalıdır. 22.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,398 qram çəkidə narkotik vasitə olan qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs dəymiş ziyan 1400 manat ödənilməmişdir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 22.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 26.12.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,398 qram çəkidə narkotik vasitə olan qram psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar