Məhkəmə qərarları › İş №1(071)-18/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-18/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-18/2024 23.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Goranboy rayonu Todan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsin 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Todan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 01 iyul 2023-cü il tarixdə saat 06:25 radələrində “Yol hərəkəti haqqında” Azərbaycn Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin maksimum sürətinin məhdudlaşdırılmasına dair tələblərini riayət etməyərək 90 km/saat qədər məhdudlaşdırılmış yol sahəsində etibarnamə ilə idarə etdiyi texniki saz vəziyyətdə olan “Mercedec Benz E 280” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən 172-ci kilometrliyində Bakı istiqamətində 110 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, bununla da, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib sükan arxasında yuxulayaraq idarəetməni itirdiyindən avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşmış, nəticədə onun tərəfindən yol hərəkət qaydalarının pozulması ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ tərəfi İV-V-Vİ-Vİİ qabırğaların sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, o, 23 avqust 2023-cü il tarixdə saat 03:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək üçün müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi özünə məxsus olmayan texniki səhətdən saz vəziyyətdə olan “Mercedec Benz E 280” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən 85-ci kilometrliyində Bakı istiqamətində 90 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, bununla da, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib sükan arxasında yuxulayaraq avtomobil yolun sağ çiyin hissəsinə çıxaraq yolun sağ çiynində dayanmış 1990-cı il təvəllüdlü Şahid4 idarə etdiyi Kamaz-5511 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ODAZ- 9370 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun sol yan hissəsi ilə toqquşmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Mercedec Benz E 280” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 Zakiq qızının oma sümüyünün sağ qanadında yerdəyişməyən sınıq, sağ qasıq oturaq sümüyünün az yerdəyişən qəlpəli sınığı, sol qasıq sümüyünün yuxarı şaxəsində qasıq birləşməsinə yaxın yerdəyişməyən sınıq xəsarətləri almaqla sağlamlığı uzun müddətə pozan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Subaydır, himayəsində 3 azyaşlı uşağı var. 01 iyul 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi ona məxsus olmayan “Mercedes-Benz E280” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə Gəncə şəhərində 3 nəfər sərnişin götürərək Bakı şəhərinə yola düşmüşdür. Ucar rayonunun Küçəkənd kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Bakı istiqamətində hərəkətdə olarkən iki nəfər avtomobilə işarə edib saxlamasını xahiş etmiş, o, avtomobili saxlamış, həmin şəxslər avtomobilə mindikdən sonra yoluna davam etmişdir. Saat təxminən 06:25 radələrində işıqlı və az çiskin hava şəraitində Kürdəmir rayonu ərazisində sağ hərəkət zolağında 110 km/saat sürətlə hərəkətdə olmuşdur. Ani vaxtda avtomobil sağ ehtiyat hissəyə çıxaraq ləngərləmiş, avtomobili sola sola çıxararaq hərəkətdə olduğu zolağa qaytarmaq istəsə də, idarəetməni itirərmiş, avtomobil sola istiqamətlənərək beton səkiyə dəyib fırlanaraq aşmışdır. Sərnişinlər xəsarət aldığı üçün hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının əməkdaşları onlara tibbi yardım göstərmiş, digər xəsarət alan sərnişinlər isə yol maşını ilə xəstəxanaya getmişlər. Sərnişinlərdən Niyaməddin adlı şəxslə Kürdəmir rayon mərkəzi xəstəxanasında görüşərkən onun qabırğalarının sındığını bilmişdir. 22 avqust 2023-cü il tarixdə saat 03:30 radələrində etibarnaməsi olmadan idarə etdiyi ona məxsus olmayan texniki səhətdən saz vəziyyətdə olan “Mercedec Benz E 280” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə Gəncə şəhərində iki nəfər sərnişin götürərək Bakı şəhərinə yola düşmüş, 23 avqust 2023-cü il tarixdə saat 03:30 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax yolunda Bakı istiqamətində sağ zolaqda 90 km/saat sürətlə hərəkətdə olarkən yorğun olduğu üçün bir anda gözləri yumulmuş və yuxulamışdır. Sükanın sarı şarı açılıb sinəsinə dəyəndə ayılmış, ayılanda avtomobiln qabaq hissəsinin yolun sağ kənarındakı ehtiyat hissədə dayanmış vəziyyətdə olan Kamaz markalı yük avtomobilinin yarımqoşqusunun arxa hissəsi ilə toqquşduğunu bilmişdir. Sərnişinlər və özü xəsarət aldığı üçün təcili tibbi yardım maşını ilə Şirvan şəhər xəstəxanasına getmişlər. Xəstəxanada olarkən Həcər adlı sərnişində sınıq xəsarəti olduğunu bilmişdir. Həcər adlı sərnişinə kömək etməmiş, sərnişinləri yol-nəqliyyat hadisəsindən sonra tanımış, onlarla heç bir ədavəti olmamışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən biri ilə X3 ilə barışdığını ona dəymiş ziyanı tamamilə ödədiyini bildirərək baş vermiş hadisəyə görə çox peşman olduğunu barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, 01 iyul 2023-cü il tarixdə həmkəndlisi Şahid1lə birlikdə Bakı şəhəri Qaradağ rayonuna getmək üçün Ucar rayonu Küçəkənd kəndi ərazisindən keçən Bakı- Qazax yoluna çıxıb Bakı istiqamətində hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobilinə əyləşib yola düşmüşlər. Avtomobildə qabaq oturacaqda əyləşmiş, hava işıqlı və çiskinli olmuşdur. Saat təxminən 06:25 radələrində Kürdərmir rayonunun ərazisindən keçən Bakı-Qazax yolunda Bakı istiqamətində hərəkətdə olarkən getdikləri avtomobil ani vaxtda yoldan sağa çıxmışdır. O, sürücünün yatdığını güman edir. Sürücü avtomobili sola hərəkətdə olduğu zolağa qaytarmaq istəmiş, avtomobil ləngərləyib sol tərəfə getmiş və betona dəyərək fırlanıb aşmışdır. Avtomobildən düşmüş, hadisə yerində biraz qaldıqdan sonra izahat vermək üçün posta yaxınlaşmışdır. Ağrıları artdığı üçün izahat verə bilməmiş, yol maşını ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada qabırğalarının sındığı məlum olmuşdur. Sonda zərərçəkmiş təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, o, Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ilə “vatsap” proqramı vasitəsi ilə əlaqə yaradılmış və o, ifadəsində bildirmişdir xx.xx.2023-cü il tarixdə işləri ilə əlaqədar Gəncə şəhərinə getmiş, həmin tarixdən saat 22 radələrində tanışı Elşadla nömrəsini xatırlamadığı “Mercedes Benz” markalı minik avtomobilinə əyləşib Bakı şəhərinə yola düşmüşdür. 23 avqust 2023-cü il tarixdə saat 03:30 radələrində arxa oturacaqda yatmış olarkən səsə ayılmış, oturduğu avtomobilin yük avtomobili ilə toqquşması nəticəsində hadisə baş verdiyini bilmişdir. Yatmış olduğu üçün hadisənin baş verməsini xatırlamır. Təcili yardım maşını ilə Şirvan şəhər xəstəxanasına getmiş, orada sınıqları olduğunu bilmişdir. Hadisə nəticəsində xəsarət alması ilə əlaqədar sürücü ona heç bir yardım etməmiş, onun sağlamlığı ilə maraqlanmamışdır. Xəstəxanada bir müddət qaldıqdan sonra ev şəraitində müalicəsini davam etdirmişdir. Həmin müddət ərzində də, təqsirləndirilən şəxs tərəfindən ona heç bir köməklik edilməmişdir. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid5 zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 Tofiq qızı, X5 və Şahid6 oğlunun ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, onlar Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, “Mercedes-Benz E220” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. 23 avqust 2023-cü il tarixdə saat 03:30 radələrində Gəncə şəhər sakini Təqsirləndirilən şəxs həmin avtomobili etibarnamə olmadan idarə edərək Gəncə şəhərindən Bakı şəhərinə gedərkən Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən Bakı-Qazax yolunda sükan arxasında yuxuladığından avtomobil yoldan çıxaraq yük avtomobilinin qoşqusuna dəymiş, yol-nəqliyyat hadisəsi nəticəsində qadın sərnişin xəsarət almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən 172 kilometrliyidir. Hadisə yerdində hərəkət hissəsi quru, hamar, düz üfüqi olmaqla asfalt örtüklüdür. Sağ ehtiyat hissənin eni 3,5 metrdir, Bakı istiqamətində hərəkət hissəsi iki hərəkət zolağından ibarət olmaqla birtərəflidir, eni 7,5 metrdir, sol ayrıca zolağın eni 1,2 metrdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “AC 658730 nömrəli sürücülük vəsiqəsindən” görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “BD 367832 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Mercedes-Benz E280” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ ilə X4 məxsusdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 280 saylı rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ tərəfli İV, V, Vİ, Vİİ qabırğaların sınığı küt əşyanın təsirindən əmələ gəlmiş, xx.xx.2023-ccü il tarixdı yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, HK-1/710 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz E280” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 90 km/saata məhdudlaşdırılmış yol sahəsində avtomobili 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Goranboy rayonu İHB-nın Todan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Abbasov X6 rayonu Todan kəndində qeydiyyatdadır, hazırda həmin ərazidə yaşamır. Onun himayəsində 2 azyaşlı uşaqlar var – 2009-cu il təvəllüdlü X9, 2011ci il təvəllüdlü X10 və 2015-ci il təvəllüdlü X7. Hacıqabul rayonu İHB-nın Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Avtomobilin maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Mercedes-Benz E280” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Kürdəmir RPŞ-dən daxil olmuş 3-13-86/2-2028/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 432 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – oma sümüyünün sağ qanadında yerdəyişməyən sınıq, sağ qasıq-oturaq sümüyünün az yerdəyişən qəlpəli sınığı, sol qasız sümüyünün yuxarı şaxəsində qasıq birləşməsinə yaxın yerdəyişməyən sınıq küt əşyanın təsirindən əmələ gəlmiş, xx.xx.2023-ccü il tarixdı yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2598 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Avtomobilin maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Mercedes-Benz” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs X3 ilə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şəkayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, HK-1/710 saylı və xx.xx.2024-cü il tarixli, 8/2598 saylı rəylərindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 və X3 az ağır zərərvurmaya aid xəsarətlər almışlar. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxslərin az ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Lakin, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən biri ilə X3 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə hesab edir ki, ittihamın hamin hissəsi üzrə icraata xitam verilməli, həmin cinayət epizoduna münasibətdə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağın olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.4, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, tutulduğu bir gün müddət təyin ediləcək cəzadan çıxılmalı, iş üzrə maddi sübut qismində tanınmış avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs X3 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyi üçün ittihamın həmin hissəsi üzrə icraata xitam verilməli, həmin cinayət epizoduna münasibətdə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 41 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 246 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs X3 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyi üçün ittihamın həmin hissəsi üzrə icraata xitam verilsin, həmin cinayət epizoduna münasibətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Mercedes-Benz E280” markalı **- EJ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı “avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 213 (iki yüz on üç) manat pul Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 246 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar