Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-19/2022 22.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikası Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, qaçqın, öhdəsində iki azyaşlı uşağı olan, fərdi qaydada sürücü işləyən, əvvəllər məhkum olunmamış, Goranboy şəhəri M.V.Vidadi küçəsi ev 61-də yaşayan, 23.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 24.11.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda və bir ədəd siqaretə doldurulmuş halda ümumi təmiz çəkiçi 7,08 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixananı əldə edib daşıyaraq özündə saxlamış, 23.11.2021-ci il tarixdə saat 00:50 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Qarasu kəndində avtomobil körpüsünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin narkotik vasitə onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, «Qazell» markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonlar arası yük daşıyır. 21.11.2021-ci il tarixdə axşam vaxtlarında Goran qəsəbəsində yerləşən «Goran» mebel salonunda olan mebl dəstini Bakı şəhərində yerləşən ünvanların birinə aparmaq məqsədi ilə avtomobilinin yük yerinə yüklənmiş və yaşadığı evinə getmişdir. 22.11.2021-ci il tarixdə saat 07 radələrində idarə etdiyi avtomobillə mebel ustası işləyən Şahid3 İsrail oğlu ilə birlikdə Bakı şəhərinə getmək məqsədi ilə Goran qəsəbəsindən yola düşmüşlər. Həmin günü saat 11 radələrində mebel dəstini aparılacağı ünvana, yəni Bakı şəhəri H.Aslanov metrosunun yaxınlığında hündürmərtəbəli binanın qarşısına çatmış və avtomobilin yük yerində olan mebel dəsti evə boşaldılmış, Rövşən usta kimi işlərini görmək üçün evə getmiş, özü isə maşının yanında gözləmişdir. Həmin günün saat 18 radələrində dayandığı yerin yaxınlığında piyada ətrafı gəzərkən yerdə bir ədəd kibrit qutusunu görmüş, kibrit qutusunu götürüb baxarkən, içərisində narkotik vasitə marixuana olmasını görmüş və qəbul etmək məqsədi ilə özündə saxlamışdır. Aradan bir neçə dəqiqə keçəndən sonra Rövşən gəlmiş, Bakı şəhərindən Tər-Tər rayonuna gedəcək yükü avtomobilinə yükləyib saat 22:30 radələrində Bakı şəhərindən yola düşmüşlər. 23.11.2021-ci il tarixdə saat 00:45 radələrində Hacıqabul rayonu Qarasu kəndinin çıxacağında olan avtomobil körpüsünün yanında avtomobili saxlamış, Rövşən tualetə getmək məqsədi ilə avtomobildən aşağı düşmüş, əynində olan qış gödəkçənin sol cibində olan kibrit qutusunda olan marixuanadan siqaretə doldurarkən avtomobilə əyləşən Rövşən bunu görüb ona iradını bildirərək problem yaşayacağını dedikdə, ona məhəl qoymayıb siqareti doldurub qurtararkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olduğundan şübhələnərək RPŞ-nə dəvət olunmuş, rayon PŞ-də müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları onun üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşmuş, o, da əynində olan qara rəngli qış gödəkçənin sol yan cibində 01 ədəd kibrit qutusunun və 01 ədəd siqaretə doldurulmuş halda içərsində narkotik vasitə marixuanaya oxşar kütləni təqdim etmişdir. Götürülmüş qeyd olunan narkotik vasitə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə tərtib edilmiş protokla imza etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Ailəli olmasını, qaçqın olmasını, öhdəsində iki azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 noyabr 2021-ci il Goranboy şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və 23.11.2021-ci il tarixdə saat 00:45 radələrində Hacıqabul rayon PŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul rayonu Qarasu kəndinə magistral yolun kənarına gedərək, kəndinin çıxacağında olan avtomobil körpüsünün yanında dayanmış «Qazell» markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun yanındakı Şahid3 İsrail oğlunu Hacıqabul rayon PŞ-nə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs yinində olan qara rəngli qış gödəkçənin sol yan cibində 01 ədəd kibrit qutusunun və 01 ədəd siqaretə doldurulmuş halda içərisində narkotik vasitə marixuanaya oxşar kütləni təqdim etmişdir. Götürülmüş qeyd olunan narkotik vasitə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Daha sonra avtomobilə baxış keçirilmişdir. Lakin orada hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şahid Hacıqabul rayon PŞ-nin PPXB-nün polis nəfəri Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid3 İsrail oğlu ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Goranboy rayonu Goran qəsəbəsində yerləşən «Goran» mebel salonunda usta işləyir. Orada mebel quraşdırıb, lazım olan ünvana çatdırıb orada qalan işlərini görür. Təqsirləndirilən şəxs Goranboy şəhər saikni kimi tanımış, onunla münasibətim normaldır. Təqsirləndirilən şəxs «Qazell» markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımaqla məşğuldur. 21 noyabr 2021-ci il Bakı şəhərindən olan bir müştəri işlədyi mebel salonuna gəlib orada mebel almış, müştəri həmin mebeli onun yaşadığı evə quraşdırmasını deyib pulunu vermişdir. Bu məqsədlə də mebel dəstini Bakı şəhərinə aparmaq məqsədi ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Qazell» markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişlər. 22 noyabr 2021-ci il tarixdə saat 07 radələrində Vüqarın idarə etdiyi avtomobillə Bakı şəhərinə getmək məqsədi ilə Goran qəsəbəsindən yola düşmüşlər. Həmin günü saat 11 radələri olardı mebel dəstinin aparılacağı ünvana çatmış, mebel dəstini evə boşaldaraq usta kimi işlərini görməyə başlamış, Vüqar isə maşının yanında onu gözləmişdir. Həmin günün saat 18 radələrində işini qurtarıb avtomobilə əyləşmiş, Vüqar Bakı şəhərindən Tər-Tər şəhərinə gedəcək yükü avtomobilinə yüklədikdən sonra yola düşmüşlər. 23 noyabr 2021-ci il tarixdə saat 00:45 radələrində Hacıqabul rayonu Qarasu kəndində avtomobil görpüsünün yanında Vüqar idarə etdiyi avtomobili yolun sağ ehtiyyat hissəsində saxmış, tualetə getmək məqsədi ilə avtomobildən aşağı düşmüş, təxminən 5 dəqiqədən sonra geri qayıdıb avtomobilə əyləşərkən Vüqarın siqaretə nə isə doldurduğunu görüb ona iradını bildirərək, problem yaşayacağını demiş, Vüqar onun sözünə məhəl qoymayıb siqareti doldurub qurtararkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğundan şübhələnərək RPŞ-nə dəvət etmişlər. Heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Rayon PŞ-nə gələndən bir müddət sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə marixuana aşkar olunmuşdur. RPŞ-nin əməkdaşı tərəfindən izahatı alınandan sonra rayon PŞ-ni tərk etmişdir. Cinayət işində olan 23.11.2021-ci il tarixdə şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində 01 ədəd kibrit qutusunun içərsindəki və 01 ədəd siqaretə doldurulmuş halda narkotk vasitə marixuanaya bənzər kütləni aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 18/1143 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,89 qram və 01 ədəd tamlığı pozulmuş siqaretin içərisində ümumi təmiz çəkisi - 0,60 qram qarışığın (tütünə bənzər) tərkibində təmiz çəkisi - 0,19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. (İş v. 31-34). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25.11.2021-ci il tarixli 4673 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtyiacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş v.80-81). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 15.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Süleymanov Vüqar Hidayət oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 69-70). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Süleymanov Vüqar Hidayət oğlunun satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 7,08 qram qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Süleymanov Vüqar Hidayət oğlunun törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində iki azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 23.11.2021-ci il tarixdən 24.11.2021-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Goranboy rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 7,04 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 23.11.2021-ci il tarixdən 24.11.2021-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Goranboy rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Süleymanov Vüqar Hidayət oğlundan götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 7,04 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Süleymanov Vüqar Hidayət oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Süleymanov Vüqar Hidayət oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 Faiq oğluna məhkəmə icraatı zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-19/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-19/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver