Məhkəmə qərarları › İş №1(071)-19/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-19/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-19/2024 13.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Arxangelsk vilayətində kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay bir uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(071)-242/2022 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(071)-350/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 4954 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər törətdiyi avtomobil qəzası ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmiş və 2014-2019-cu illərdə məhkumluq həyatı yaşamışdır. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, el adəti ilə toy eləmiş, lakin nikahlarının rəsmiləşdirilməsi sonradan olmuşdur. Münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X12 adında övladları anadan olmuşdur. Zərərçəkmiş şəxs ilə mehriban yaşamış, hər ailədə olduğu kimi onların da, arasında xırda mübahisələr olmuş, lakin mübahisələr getdikcə böyümüşdür. Daha sonra nənəsinə məxsus olan evini Zərərçəkmiş şəxs və uşaqlarına verib evdən çıxmışdır. Onun nənəsi Zərərçəkmiş şəxs bibisidir. Daha sonra Şəfəq uşaqların saxlanması ilə əlaqədar ona maddi köməklik göstərilmədiyini və uşaqları təkbaşına saxlaya bilmədiyini əsas gətirərək Mediasiyaya müraciət etmiş, mediasiya prosesi zamanı çox get-gəl olduğuna və işləyə bilmədiyinə görə Zərərçəkmiş şəxs ilə razılaşmış və öz aralarında barışıq sazişi bağlamışlar. Hacıqabul rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(071)-242/2022 saylı qətnaməsinə əsasən təstiq olunmuş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli 22/12158 saylı barışıq sazişi ilə ondan əvvəli xx.xx.2022ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay bir uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi yaşadığı yer üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası qaydasında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)- 350/2022 saylı qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddət verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq maddi imkanı kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 4954 manat aliment borcu yaranmışdır. İş üzrə özünü təqsirli bilir, övladlarına baxmalı olduğunu dərk edir, lakin qeyd edilən məhkəmə qətnaməsində aliment məbləği çox olduğundan qətnamə ilə razı deyil. Lakin qeyd edilən qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmişdir. Əvvəllər bir müddət amtomobillərin yuyulması sexində işləmiş, sonra Hacıqabul şəhərində fiziki şəxs kimi icarəyə götürdüyü sexdə avtomobillərin kimyəvi təmizlənməsi ilə məşğul olmuşdur. Daha sonra VÖEN-ni bağlanmışdır. Amma bir neçə ildir ki, sifariş əsasında avtomobillərin kimyəvi təmizlənməsi ilə məşğul olur. İş olanda Abşeron rayonu Xırdalan şəhərində, bəzən isə Hacıqabul şəhərində avtomobillərin kimyəvi təmizlənməsi ilə məşğul olur. Ay ərzində təxminən 300-400 manat qazancı olur. Qazancı ancaq öz tələbatlarına çatdığından əldə etdiyi puldan aliment ödəyə bilməmişdir. Əlavə olaraq onuda bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə ayrılsalarda hələ də, rəsmi olaraq evlidirlər. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, aliment borcunu bundan sonra vaxtı-vaxtında ödəməyə çalışacağını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X12 adında övladları anadan olmuşdur. Bir müddət Təqsirləndirilən şəxsla mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və həmin müddətdən övladları ilə yaşayır. Daha sonra uşaqları tək başına saxlaya bilmədiyindən mediasiyaya müraciət etmiş, Təqsirləndirilən şəxs ilə öz aralarında razılaşaraq barışıq sazişi bağlamış və məhkəmədə barışıq sazişi təsdiq edilmişdir. Hacıqabul rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(071)-242/2022 saylı qətnaməsinə əsasən təsdiq olunmuş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli 22/12158 saylı barışıq sazişi ilə Təqsirləndirilən şəxs əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay bir uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi yaşadığı yer üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası qaydasında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-350/2022 saylı qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddət verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq Hacıqabul və Bakı şəhərində avtomobillərin kimyəvi təmizlənməsi ilə məşğul olmasına və yetərli qədər gəlir əldə etməsinə baxmayaraq ödəməli olduğu aylıq alimenti vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 4954 manat aliment borcu yaranmışdır. Bu müddət ərzində aylıq alimenti ödəməməklə yanaşı uşaqlarla maraqlanmamış, maddi kömək bir yana, mənəvi dəstəyi olmamışdır. Təqsirləndirilən şəxs ilə ayrı yaşasalar da, hələdə rəsmi olaraq evlidirlər. Bundan başqa Ş.Məmmədov qeyd etmişdir ki, hazırda Təqsirləndirilən şəxs başqa bir qadınla qeyr-rəsmi ailə həyatı qurmuşdur. Onda olan məlumata görə Təqsirləndirilən şəxs həmin qadınla bir neçə dəfə ölkənin müxtəlif bölgələrinə istirahət etməyə getmişlər. Sonda Ş.Məmmədov yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla X3ndan xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay bir uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra sənədi xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. X3 qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Zakir Gülmalıyevin mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və izahatı alınmış, icra sənədi üzrə tələbi icra etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclunun əmlakına baxış keçiriməsi üçün qeydiyyatda olduğu ünvan 1 ünvanına gedilmiş, lakin Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığı müəyyən edilərək xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən etmək mümkün olmadığı üçün onun axtarılması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək icra edilməsi üçün Hacıqabul Rayon Polis Şöbəsinə göndərilmiş və onun barəsində axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş, izahatı alınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmə qərarını icra etmədiyini görə Hacıqabul rayon Məhkəməsinin 3(071)-350/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə 8 gün müddətinə həbs edilmişdir. Bundan sonra, borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və xəbərdarlıq edilmiş, lakin tələb yenə icra olunmamışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Təqsirləndirilən şəxs aliment borcu olduğunu və cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilməsini xahiş etmişdir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs tələbkara ödəməli olduğu 5404.00 manat aliment pulundan ümumilikdə 450.00 manat ödəmiş, tələbkara 4954.00 manat borcu qalmışdır. Onun müvafiq işlə təmin olunması üçün Ərazi Məşğullaq Mərkəzinə müraciət olunmuş, lakin Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə getməmişdir. Bununla da o, dövlət adından çıxarılmış məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 məhkəməyədək icraat dövründə ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxs Hacıqabul rayonunda avtomobillərin yuyulması və kimyəvi təmizlənməsi ilə məşğul olur. Nizami gördüyü işinə görə Hacıqabul rayonunda tanınmış adamdır və bir çox maşın sahibləri öz avtomobillərini kimyəvi təmizləməyə və yuyulmağa onun yanına aparır. O, özünə məxsus və etibarnamə ilə aldığı **-CK-*** dövlət nömrə nişanlı 21070 markalı avtomobilini etibarnamə əsasında gündəlik 10 manat ödəniş etməsi ilə şərti ilə sürmək üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs təxminən 2-3 ay həmin maşını idarə etmiş və razılaşdıqları kimi hər gün gecikdirmədən 10 manat pulu ödəmişdir. Daha sonra ona pul lazım olduğu üçün maşını Təqsirləndirilən şəxs alaraq digər şəxsə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-242/2022-ci il tarixli icra vərəqəsindən görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən (mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin imzalandığı gündən) hesablanmaqla, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay bir uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 242/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Hacıqabul rayon Məhkəməsinin 2(071)-242/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Təqsirləndirilən şəxs 10 (on) gün vaxt verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 3(071)-350/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. “Cinayət məsuliyyətinə cəlb olunması haqqında” xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-242/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 8(071)-18/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X4 Filialı tərəfindən verilmiş **********6 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sistemində işaxtaran kimi qeydiyyata alınmış, lakin Təqsirləndirilən şəxsla əlaqə saxlamaq mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2, 264, 66.3, 66.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitəsini idarə etməkdən məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. xx.xx.2023-cu il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək ittiham elan edilməsi üçün tutularaq Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00 dəqiqədə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində tutularaq Hacıqabul RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X14 azad edilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. ünvan 5lmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Məmmədov X11 şəhəri İ.Qayıbov küçəsi ev 8, mənzil 15 ünvanında yaşayır. ünvan 5lmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi xx.xx.2022-ci il tarixdən təqdimat verilən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hesablanmış cəmi 5404.00 manat aliment borcundan cəmi 450.00 manat ödəniş etməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Eyni zamanda, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məmmədov X11 rayonu ərazisində bir çox şəxslərin yanında işgüzar nüfuza malik olmaqla avtomobillərin kimyəvi təmizlənməsi ilə məşğul olmuş və kifayət qədər qazanc əldə etmiş, hətta icarəyə avtomobil götürərək icarə şərtlərinə uyğun olaraq gündəlik icarə haqqını ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən digər qadınla qeyri-rəsmi ailə qurduğunu və həmin qadınla bir neçə dəfə ölkə ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinə getdiyini etiraf etmiş, lakin həmin gəzintilər zamanı xərclərin həmin qadın tərəfindən qarşılandığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyri-rəsmi ailə qurduğu qadınla bir neçə dəfə ölkə ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərində olarkən zəruri xərclərin həmin qadın tərəfindən qarşılanmasını bildirməsini mötəbər hesab etmir və bu fikirlərin onun özünün müdafiəsinin təşkili üçün tutduğu mövqe kimi qiymətləndirir. Yuxarıda qeyd edilən hallar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə edilməsini nəzərə alaraq onun cəzasını yüngülləşdirən hall kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulmuşdur. Odur ki, onun tutulduğu bir gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu bir gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilərək, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar