Məhkəmə qərarları › İş №1(071)-19/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-19/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-19/2025 27.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Navahi qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi C.Məmmədquluzadə küçəsi yeni məhəllədə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs2 ona olan etibarından sui-istifadə edərək səlahiyyəti və imkanları olmadığı halda sonuncunun Xəzər dənizində işə düzəlməsini təşkil edəcəyi barədə yalan vəd verib onu aldadaraq, həmin məqsədlə 08 oktyabr 2023-cü il tarixdə saat 17:09-da 375 (üç yüz yetmiş beş) manat pulun mobil telefona quraşdırılmış Zərərçəkmiş şəxs2 oğlu Şahid1 adına olan “Birbank” mobil tətbiqi vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416970...0716 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmuş, ilkin niyyətinin davamı olaraq 15 oktyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 205 (iki yüz beş) manat pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs2 məxsus cəmi 580 (beş yüz səksən) manat pul vəsaitini aldatma və etibarından sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs3 ona olan etibarından sui-istifadə edərək səlahiyyəti və imkanları olmadığı halda sonuncunun Xəzər dənizində işə düzəlməsini təşkil edəcəyi barədə yalan vəd verib onu aldadaraq, 03 oktyabr 2023-cü il tarixdə saat 15:10-da 380 (üç yüz səksən) manat pulun mobil telefona quraşdırılmış Zərərçəkmiş şəxs3 qohumu Şahid4 adına olan “Birbank” tətbiqi vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416970...0716 nömrəli plastik kart hesabına, ilkin niyyətinin davamı olaraq 04 oktyabr 2023-cü il tarixdə saat 12:22-də 380 (üç yüz səksən) manat pulun Cəlilabad rayonu Əliqasımlı kəndində yerləşən marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973....0716 nömrəli plastik kart hesabına 17 oktyabr 2023-cü il tarixdə saat 10:16-da 120 (yüz iyirmi) manat pulun Cəlilabad rayonu Sərhəbad kəndində yerləşən «Şahin» marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus plastik kart hesabına köçürülməsinə nail olmaqla, Zərərçəkmiş şəxs3 məxsus cəmi 880 (səkkiz yüz səksən) manat pul vəsaitini aldatma və etibarından sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edərək səlahiyyəti və imkanları olmadığı halda sonuncunun Xəzər dənizində işə düzəlməsini təşkil edəcəyi barədə yalan vəd verib onu aldadaraq həmin məqsədlə 2023-cü il ilin may ayının əvvələrindən istintaqa məlum olmayan gündə və saatda 175 (yüz yetmiş beş) manat pulu Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən “Nuran” adlı marketin qarşısında almış, ilkin niyyətinin davamı olaraq 25 may 2023-cü il tarixdə saat 09:49-da 21 (iyirmi bir) manat pulun Hacıqabul rayonu Atbulaq kəndində yerləşən «Təbriz» marketdə quraşdırılmış “mPay” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973....0716 nömrəli plastik kart hesabına, 28 may 2023-cü il tarixdə, saat 08:54-də 15 (on beş) manat pulun mobil telefona quraşdırılmış Zərərçəkmiş şəxs1 adına olan “Birbank” mobil tətbiqi vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus plastik kart hesabına 04 iyun 2023-cü il tarixdə saat 10:26-da 20 (iyirmi) manat pulun Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən «Nuran» marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973....0716 nömrəli plastik kart hesabına, 08 iyun 2023- cü il tarixdə saat 11:39-da 58 (əlli səkkiz) manat pulun mobil telefona quraşdırılmış Zərərçəkmiş şəxs1 adına olan “Birbank” mobil tətbiqi vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416970...0716 nömrəli plastik kart hesabına, 01 oktyabr 2023-cü il tarixdə saat 13:12-də 277 (iki yüz yetmiş yeddi) manat pulun Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən «Təbriz» marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973....0716 nömrəli plastik kart hesabına, 02 oktyabr 2023-cü il tarixdə saat 14:27-də 200 (iki yüz) manat pulun Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən «Təbriz» marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973....0716 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmuş, son olaraq 2023-cü ilin oktyabr ayının sonlarında istintaqa məlum olmayan tarixdə və vaxta Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən «Nuran» adlı marketin qarşısında 430 (dörd yüz otuz) manat pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs1 məxsus cəmi 1196 (bir min yüz doxsan altı) manat pul vəsaitini aldatma və etibarından sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu Qızılburun kəndində yerləşən qəsəbədə yaşayan Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımış onunla münasibəti normal olmuşdur. 2023-cü ilin aprel ayında Hacıqabul rayonu Navahı qəsəbsində yerləşən metal əritmə zavodunda quraşdırıcı işəlyərkən dənizə işə düzəlmək istəmiş, həmin vaxtı orada fəhlə işləyən Hacıqabul rayonu Qızılburun kəndində yerləşən qəsəbədə yaşayan Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən dənizə işə düzələcəyini 1500-2000 manat arası əməkhaqqı alacağını və onu da, həmin yerə işə düzəldə biləcəyini dedikdə Zərərçəkmiş şəxs1 buna öz razılığını bildirmişdir. Elvinə işə düzəlmək üçün dəniz pasportu, həmin pasportu düzəltmək üçün 375 (üç yüz yetmiş beş) manat pul lazım olduğunu dedikdə, Elvin də pulu ona verəcəyini bildirmişdir. 2023-cü ilin may ayında Hacıqabul rayonu Navahı qəsəbəsində magistral yolun kənarında yerləşən «Nuran» adlı marketin qarşısında Zərərçəkmiş şəxs1 ona 175 (yüz yetmiş beş) manat pul vermişdir. 25 may 2023-cü il tarixdə 40 manat pul lazım olduğu üçün həmin günü səhər saat 09 radələrində Zərərçəkmiş şəxs1la telefon əlaqəsi yaradıb ondan sertifikat üçün 40 manat pul istəmiş, Elvin öz kartında 21 (iyirmi bir) manat pul olduğunu, ona göndərə biləcəyini dedikdə, öz adına olan 4169...0716 nömrəli kart hesabını Elvinə göndərmiş və Elvin 21 (iyirmi bir) manat pulu onun kart hesabına göndərmişdir. 28 may 2023-cü il tarixdə pulu olmadığı üçün Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi yaradıb sənəd çıxartmaq üçün 17 (on yeddi) manat pul, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini istəmiş, Zərərçəkmiş şəxs1 15 (on beş) manat pulu onun 4169...0716 nömrli kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs1 iş məsələsinin nə yerdə olduğunu soruşanda, hər dəfə bir bəhanə ilə onu aldatmağa başlamışdır. Elvindən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 04 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la telefon əlaqəsi yaradıb əlavə 20 (iyirmi) manat pul istəmiş, Elvin pulu niyə aldığını soruşduqda, bəzi sənədlərin çıxarılmasına lazım olduğunu demiş və Elvin həmin pulu kart hesabına göndərmişdir. 08 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la telefon əlaqəsi yaradıb bəzi sənədlərə görə 60 (altımış) manat pul istəmiş və Zərərçəkmiş şəxs1 da 58 manat pulu onun kart hesabına göndərmişdir. Bir müddətdən sonra o, Zərərçəkmiş şəxs1la Hacıqabul rayonu Navahı qəsəbəsində görüşmüş, Elvin işinin nə yerdə olduğunu soruşanda işlərinin yaxşı olacağını, birlikdə iş yerinə gedib-gələcəklərini deyib onu inandırmışdır. 01 oktyabr 2023cü il tarixdə pula ehtiyacı olduğu üçün Elvin Əmmədov ilə telefon əlaqəsi yaradaraq əlavə 280 (iki yüz səksən) manat pul istəmiş, Zərərçəkmiş şəxs1 277 (iki yüz yetmiş yeddi) manat pulu onun kart hesabıma göndərmişdir. xx.xx.2023-cü il tarixdə yenə də pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1la telefon əlaqəsi yaradaraq iş məsələsinin həll olunduğunu deyib 225 manat borc pul manat istəmişdir. Zərərçəkmiş şəxs1 həmin günü 200 (iki yüz) manat pulu onun adına olan kart hesabına göndərmişdir. Aradan bir neçə gün keçəndən sonra Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi yaradaraq bir neçə günə iş yerinə çıxacağını, bütün sənədlrin hazır olduğunu əmri veriləcəyini əlavə 430 (dörd yüz otuz) manat pul lazım olduğunu demiş, Zərərçəkmiş şəxs1 ilə Hacıqabul rayonu Navahı qəsəbəsində «Nuran» adlı marketin qarşısında görüşüb 430 (dörd yüz otuz) manat pulu Elvindən almışdır. Sonralar Elvin onunla telefon əlaqəsi yaradanda mən hər dəfə bir bəhanə ilə onu aldatmağa başlamışdır. Sonuncu dəfə Zərərçəkmiş şəxs1 ona verdiyi pullarını geri istəyəndən onun telefonunu açmamış, pulu geri verməyərək vədinə əməl etməmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs1 1196 manat pul almış, həmin pulun 225 manatını borc kimi almış, yerdə qalan məbləği isə sonuncunu aldatmaqla əldə etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs2 Qarabağ bölgəsində bir yerdə işlədiyi vaxtan tanımış, münasibətləri normal olmuşdur. 2023-cü il ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaradıb söhbət edərkən ondan işləyib-işləmədiyini soruşmuş, Zərərçəkmiş şəxs2 işləmədiyini, işsiz olduğunu dedikdə, onu dənizə işə düzəldə biləcəyini, ayda 1800-2000 manat arası əməkhaqqı alacağını bildirmiş, sonuncu buna öz razılığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 işləmək üçün dənizçi pasportunu düzəltmək üçün 375 manat pul lazım olduğunu demiş, Zərərçəkmiş şəxs2 375 manat pulu onun kart hesabına göndərmişdir. Aradan bir neçə gün keçəndən sonra pula ehtiyacı olduğuna görə Zərərçəkmiş şəxs2la telefon əlaqəsi yaradıb sənədlərin çıxarışı üçün 205 manat pul, şəxsiyyət vəsiqənin surəti, yaşayış yerindən arayış və hərbi biletinin surətlərini istəmişdir. Sonra isə Zərərçəkmiş şəxs2 telefon əlaqəsi yaradıb sənədlərlə pulun hazır olmasını demişdir. Bir neçə gündən sonra Hacıqabul şəhərində Zərərçəkmiş şəxs2la görüşüb 205 manat pulu və istədiyi sənədlərin kserosurətlərini alıb yaxın günlərdə iş məsələsinin həll olunacağını deyib çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 onunla telefon əlaqəsi yaradıb görüşsə də, o, Zərərçəkmiş şəxs2 hər dəfə bir bəhanə ilə aldadaraq verdiyi vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs3 Qarabağ bölgəsində bir yerdə işlədiyi vaxtan tanımış, münasibətləri normal olmuşdur. 2023-cü il oktyabr ayında Zərərçəkmiş şəxs3 ilə telefonla əlaqəsi yaradaraq dənizə işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs3 işləyib-işləməmədiyini sorşumuş, Zərərçəkmiş şəxs3 işsiz olduğunu dedikdə onu dənizə işə düzəldə biləcəyini, ayda 1800-2000 manat arası əməkhaqqı alacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 bu təklifə razı olduqdan sonra dənizçi pasportunu düzəltmək üçün 380 (üç yüz səksən) manat pul lazım olduğunu bildirmişdir. Həmin günü Zərərçəkmiş şəxs3 380 (üç yüz səksən) manat pulu onun kart hesabına göndərmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi yaradaraq iş məsələsinin həll olununduğunu, əlavə 380 (üç yüz səksən) manat pul lazım olduğunu dedikdə Zərərçəkmiş şəxs3 həmin günü 380 (üç yüz səksən) manat pulu onun kart hesabına göndərmişdir. Aradan bir neçə gün keçəndən sonra Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi yaradıb şəxsiyyət vəsiqənin, yaşayış yerindən arayış və hərbi biletinin surətlərini «votçap» proqram vasitəsi ilə göndərməsini və əlavə 120 (yüz iyirmi) manat pul lazım olduğunu dedikdə, Yusif iş məsələsi ilə maraqlanmış, Zərərçəkmiş şəxs3 yaxın vaxtlarda həll olunacağını deyib onu inandırmışdır. Zərərçəkmiş şəxs3 aldığı pulu şəxsi ehtiyacları üçün xərcləyərək hər dəfə bir bəhanə ilə onu aldatmış və ona verdiyi vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Neftçala rayon sakini Şahid3 Qarabağ bölgəsində bir yerdə işlədiyi vaxtdan tanımış, münasibətləri normal olmuşdur. 2023-cü ilin oktyabr ayında Şahid3 ilə telefonla əlaqəsi yaratıb söhbət edərkən dənizə işə düzələcəyini, ay ərzində 15 gün işdə, 15 evdə olmaqla 1800-2000 manat arası əməkhaqqı alacağını, deyib Şahid3 da dənizdə işə düzəldə biləcəyini, buna görə dəniz pasporut, yəni sertfikata ehtiyacı olduğunu, həmin sənədi düzəltmək üçün 375 (üç yüz yetmiş beş) manat pul lazım olduğunu dedikdə Şahid3 razı olub səhəri günü pulu göndərəcəyini demişdir. Səhəri günü Şahid3 375 (üç yüz yetmiş beş) manat pulu onun kart hesabına göndərmişdir. Şahid3 aldığı pulu şəxsi ehtiyacları üçün xərcəlmişdir. Şahid3 onunla telefon əlaqəsi yaradıb işin nə yerdə olduğunu soruşanda o, mən ondan şəxsiyyət vəsiqəsinin surətini «votçap» proqram vasitəsi ilə göndərməsini demiş, Şahid3 şəxsiyyət vəsiqəsinin surətini göndərmişdir. Sonradan hər dəfə bir bəhanə ilə Şahid3 aldatmağa başlayıb verdiyi vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Hacıqabul şəhər sakini Şahid2 Qarabağ bölgəsində bir yerdə işlədiyi vaxtan tanımış, münasibətləri normal olmuşdur. 2023-cü il ilin oktyabr ayında Şahid2 onunla telefon əlaqəsi saxlayıb ondan söz soruşmuş, Şahid2 sözünə cavab verdikdən sonra Vüqardan harada işlədiyini soruşmuş, Şahid2 da Cəbrayıl rayonunda qaynaqçı işlədiyini dedikdə, özünün dənizdə işlədiyini, onu da dənizdə işə düzəldə biləcəyini, ayda 1640 manat əməkhaqqı alacaqlarını dedikdə Şahid2 da işləmək istədiyini bildirmiş, Şahid2 dənizə işə düzəlmək üçün dəniz pasportu, yəni sertfikata ehtiyacı olduğunu, həmin sənədi düzəltməyə görə 370 (üç yüz yetmiş) manat pul, şəxsiyyət vəsiqə və yaşayış yerindən arayış lazım olacağını və onları toplayandan sonra onların şəkillərini «Votçap» vasitəsi ilə göndərməsini demiş, Şahid2 pulu nə ilə göndərəcəyini soruşanda öz adına olan "xxxx"a məxsus kart nömrəsini Şahid2 vermişdir. Şahid2 370 (üç yüz yetmiş) manat pulu kart hesabına və şəxsiyyət vəsiqənin şəkilini telefonuna göndərmişdir. Şahid2 aldığı pulu şəxsi ehtiyacları üçün xərcləyərək hər dəfə bir bəhanə ilə Şahid2 aldadaraq verdiyi vədinə əməl etməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək himayəsində azyaşlı uşaqların olmasını nəzərə almaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 2023-cü ilin aprel ayında Hacıqabul rayonu Navahı qəsəbəsində yerləşən metaləritmə zavodunda fəhlə işləyən vaxtı orada quraşdırıcı işləyən Navahı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, münasibətləri normal olmuşdur. 2023-cü il may ayının əvvəllərində zavodda işlədiyi zaman Təqsirləndirilən şəxs dənizə işə düzələcəyini, onu da dənizə işə düzəldə biləcəyini, bir yerdə gedib işləməklərini, ay ərzində 1500-2000 manat arası əməkhaqqı alacağını, buna görə dəniz pasportu, həmin pasportu düzəltmək üçün 375 (yüz yetmiş beş) manat pul lazım olduğunu demiş, Təqsirləndirilən şəxs inandığı üçün razı olmuşdur. 2023-cü ilin may ayının ilk günlərində Hacıqabul rayonu Navahı qəsəbəsində magistral yolun kənarında yerləşən «Nuran» adlı marketin qarşısında 175 (yüz yetmiş beş) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs iş məsələsi ilə maraqlanımış, o, yaxın günlərdə məsələnin həll olunacağını demişdir. 25 may 2023-cü il tarixdə səhər saat 09 radələrində Təqsirləndirilən şəxs telefon əlaqəsi yaradıb 21 manat sertfikat üçün pul lazım olduğunu deyib öz adına olan 4169...0716 nömrəli kart hesabını ona göndərmiş, Hacıqabul rayonu Atbulaq kəndində yerləşən «Təbriz» adlı marketdə «MPAY» vasitəsi ilə 21 (iyirmi bir) manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. 28 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs yenidən telefon əlaqəsi yaradıb sənəd çıxartmaq üçün 17 (on yeddi) manat pul, şəxsiyyət vəsiqənin və hərbi biletinin surtlərini istədikdə o, öz adına olan «Bir Bank» tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan kart hesabına 17 manat pul göndərmişdir. 04 iyun 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradıb əlavə 20 manat pul istəmiş, o, Hacıqabul rayonu Navahı qəsəbəsində «Nuran» adlı marketdən 20 manat pulu «Milliön» ödəmə sistem vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs telefon əlaqəsi yaradıb bəzi sənədlərə görə ondan 60 manat pul istəmiş, o, özünə məxsus olan «Bir Bank» vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 60 manat pulu göndərmişdir. Bu müddətdən sonra Təqsirləndirilən şəxs onunla görüşüb işlərinin yaxşı olacağını bir yerdə iş yerinə gedib gələcəklərini deyib onu inandırmışdır. 01 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq əlavə 280 manat pul istəmiş, o, 277 manat pulu həmin gün Hacıqabul rayonu Atbulaq kəndində yerləşən «Təbriz» adlı marketdən «eManat» ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq iş məsələnin həll olunduğunu deyib 200 manat pul istəmiş, o, həmin günü saat 14:27 dəqiqədə Hacıqabul rayonu Atbulaq kəndində yerləşən «Təbriz» adlı marketdə «eManat» ödəmə sistemi vasitəsi ilə 200 manat pulu Təqsirləndirilən şəxs adına olan kart hesabına göndərmişdir. Aradan bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq bir neçə günə iş yerinə çıxacağını deyib 430 manat pul istəmiş, Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, o, Navahı qəsəbəsində olduğunu dedikdə, ora gələcəyini deyib Hacıqabul rayonu Navahı qəsəbəsində «Nuran» adlı marketin qarşısına gedib görüşərək iş barəsində söhbət edib pulları niyə aldığını, iş məsəsəlsinin həll olunmadığını deyib şikayətini bildirmiş, Təqsirləndirilən şəxs 10-15 gün ərzində işə çıxmağı barədə əmrinin veriləcəyini deyib onu inandıraraq 430 manat pulu almışdır. Bir neçə gündən sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb işsiz olduğunu, işləyib pul qazanmaq istədiyini, iş məsələsinin nə yerdə qaldığını soruşmuş, Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə ilə onu aldatmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs pullarını geri istəyəndən sonra o, Təqsirləndirilən şəxs telefonunu söndürmüş və o, aldadıldığını bilmişdir. Bundan sonra ona qarşı edilmiş cinayət əməli ilə əlaqədar polis şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qubadlı rayonunda qaynaqçı işləyən vaxtı boru işləri üzrə köməkçi işləyən Hacıqabul rayonu Navahı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayının sonlarında işləri qurtardığı üçün, yaşadığı evə gəlmişdir. 06 oktyabr 2023-cü il tarixdə Cəlilabad şəhərində olan zaman Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaratmış, söhbət edib hal-əhval tutandan sonra ondan işləyib-işləmədiyini soruşmuşdur. O, işsiz olduğunu dedikdə, Təqsirləndirilən şəxs onu dənizə işə düzəldə biləcəyini, ayda 1800-2000 manat arası əməkhaqqı alacağını bildirmişdir. O, buna razılığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dənizçi pasportu almaq üçün 375 manat pul lazım olduğunu dedikdə o, bir neçə gün ərzində pulu göndərəcəyimi demişdir. 08 oktyabr 2023cü il tarixdə Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb 375 manat pulu nə ilə göndərəcəyini soruşduqda sonuncu öz adına olan kart hesabını verərək həmin pulu ora göndərməsini demişdir. Həmin günü saat 17:09-dəqiqədə o, oğlu Şahid1 adına olan «Kapital banka» məxsus 416973...9691 nömrəli «Bir Bank» kartından 375 manat pulu Təqsirləndirilən şəxs adına olan kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq pulu göndərdiyini, iş məsələsini tez həll etməsini işsiz olduğunu demişdir. Aradan bir neçə gün keçəndən sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb işin nə yerdə olduğunu soruşanda, sonuncu sənədlərin çıxarışı üçün 205 manat pul, şəxsiyyət vəsiqənin, yaşayış yerindən arayışın və hərbi biletin surətlərini istəmişdir. O, sənədləri hazırladıqdan sonra 205 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradanda o, hər dəfə bir bəhanə ilə ələ keçirdiyi 580 manat pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında Qubadlı rayonunda qaynaqçı köməkçisi işləyən vaxtı boru işləri üzrə köməkçi işləyən Hacıqabul rayonu Navahı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında yaxşı münasibət yaranaraq bir binada qalıb, çörəylərini bir yerdə yemişlər. 2023-cü ilin sentyabr ayının sonlarında işlər qurtardığı üçün, yaşadığı evə gəlmişdir. 03 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefonla əlaqəsi yaradıb söhbət edərkən dənizə işə düzələcəyini, onu da, dənizə işə düzəldə biləcəyini, bir yerdə gedib işləməyi, ay ərzində 15 gün işdə,15 gün evdə olmaqla 1800-2000 manat arası əməkhaqqı alacağın dedikdə, işsiz olduğu üçün onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ona işləmək üçün dənizçi pasportunu düzəltmək üçün 380 manat pul lazım olduğunu demişdir. Həmin günü saat 15:10-dəqiqədə Cəlilabad rayonu Adnalı kəndində qardaşı oğlu Şahid4 çağırıb kart hesabında 380 (üç yüz səksən) manat pulunun olub-olmadığını soruşmuş, Şahid4 da həmin məbləğdə pulunun olduğunu dedikdə, Şahid4 380 (üç yüz səksən) manat pulu vermiş, Nurlan öz adına olan «Kapital banka» məxsus olan 510307... 1572 nömrəli «Bir Bank» kart vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan 4169...0716 nömrəli kart hesabına 380 (üç yüz səksən) manat pulu göndərmişdir. Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq pulu göndərdiyini, işsiz və pula ehtiyacı olduğunu iş məsələsini tez həll etməsini demiş, sonuncu yaxın günlərdə iş məsələnin həll olunacağını deyib onu razı salmışdır. 04 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq iş məsələnin həll olununduğunu, əlavə 380 manat pul lazım olduğunu demişdir. İşsiz olduğu üçün məcburiyyət qarşısında Əliqasımlı kəndinə gedib orada «Milliön» ödəmə terminal vasitəsi ilə 380 manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq əlavə 120 manat pul istəyib iş məsələsinin yaxın vaxtlarda həll olunacağını deyib onu inandırdığı üçün Cəlilabad rayonu Sərhədabad kəndinə gedib orada «Şahin» adlı marketdəki «Milliön» ödəmə terminal vasitəsi ilə 120 (yüz iyirmi) manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradanda o, hər dəfə bir bəhanə ilə aldadaraq ələ keçirdiyi 880 (səkiiz yüz səksən ) manat pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Qubadlı rayonunda qaynaqçı işləyən zaman boru işləri üzrə köməkçi işləyən Təqsirləndirilən şəxs tanış olmuş, münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayında Zəngilan rayonuna «ALP 2010» şikətinə işəmək üçün getmişdir. 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefonla əlaqəsi yaradıb söhbət edərkən onu dənizə işə düzəldə biləcəyini, ay ərzində 1800-2000 manat arası əməkhaqqı alacağını, buna görə dəniz pasporut, yəni sertfikata ehtiyacı olduğunu, həmin sənədi düzəltmək üçün 375 manat pul lazım olduğunu demiş və o, bununla razılaşmışdır. 14 oktyabr 2023-cü il tarixdə özünə məxsus olan kart hesabından Təqsirləndirilən şəxs karınta 375 manat pulu göndərmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb işinin nə yerdə olduğunu soruşanda sonuncu ondan şəxsiyyət vəsiqənin şəklini «votçapp» vasitəsi ilə göndərməsini demiş və şəkili göndərmişdir. 2023-cü ilin noyabr ayının 15-də Təqsirləndirilən şəxslə telefonla əlaqə saxlasa da, onun telefonun söndürülmüş vəziyyətdə olmuş, dəfələrlə onu axtarsada tapa bilməmiş və sonda aldadıldığını bilmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 may 2023-cü il tarixdə Qubadlı rayon ərazisində su xətlərinin çəkilməsi üçün qaynaqçı kimi işləmişdir. Qubadlı rayonunda qaynaqçı işləyən vaxtı boru işləri üzrə köməkçi işləyən Hacıqabul rayonu Navahı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2 ay işləyəndən sonra Cəbrayıl rayonuna işləmək üçün getmişdir. 17 oktyabr 2023-cü il tarixdə 4 günlük istirahət verildiyi üçün yaşadığı Hacıqabul şəhərindəki evinə gəlmişdir. 19 oktyabr 2023-cü il tarixdə mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxslə telefonla əlaqə saxlayarkən söhbət əsnasında sonuncu ondan harada işlədiyini soruşmuş, o, Cəbrayıl rayonunda qaynaqçı işlədiyini demişdir. Təqsirləndirilən şəxs özünün dənizdə işlədiyini, onu da dənizdə işə düzəldə biləcəyini, bir yerdə gedib işləməyi, ay ərzində 15 gün işdə,15 gün evdə olmaqla 1640 manat əməkhaqqı alacağını, onun da dənizdə işəmək istəyib-istəməyini soruşmuş, o, Təqsirləndirilən şəxslə razılaşmışdır. Təqsirləndirilən şəxs onun dənizə işə düzəlməyi üçün dənizçi pasporutunu düzəltmək üçün 370 (üç yüz yetmiş) manat pul, şəxsiyyət vəsiqənin və yaşayış yerindən arayış lazım olacağını və onları toplayandan sonra onların şəkillərini «Votçapp» vasitəsi ilə ona göndərməsini və pulu isə öz adına olan kart hesabına göndərməsini demişdir. O, həmin günü özünə məxsus olan «Bir Bank» kart vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan kart hesabına 370 manat pulu və şəxsiyyət vəsiqənin şəkilini onun telefonuna göndərmişdir. Aradan bir neçə gün keçəndən sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradıb işin nə yerdə olduğunu soruşmaq istəsədə, sonuncu telefon zənglərinə cavab verməmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun doğma əmisidir. Cəlilabad rayonu Adnalı kəndində qonşu evlərdə yaşayırlar. 03 oktyabr 2023-cü il tarixdə günorta vaxtlarında əmisi Zərərçəkmiş şəxs3 onu çağıraraq, «Kapital Banka» «Bir Bank» kartında 380 manat pulunun olub-olmadığını soruşmuş, kartda həmin məbləğdə pulun olduğunu dedikdə, əmisi Yusif 380 (üç yüz səksən) manat pulu ona verib, 4169...0716 nömrəli kart hesabına göndərməsini bildirmiş, həmin günü saat 15:10-da 380 (üç yüz səksən) manat pulu «Kapital banka» məxsus öz adına olan «Bir Bank» kart vasitəsi ilə 4169...0716 nömrəli kart hesabına göndərəndə, kart sahibinin adının M..İ..B..sözləri yazılmasını görüb, yazını əmisi Zərərçəkmiş şəxs3 göstərərkən,həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Əmisi Zərərçəkmiş şəxs3 onun yanında Təqsirləndirilən şəxsadlı şəxslə telefon əlaqəsi yaradaraq pulu göndərdiyini bildirmişdir. X8 Mustafayev adlı şəxs niyə 380 (üç yüz səksən) manat pulu göndərməsini soruşmuş, əmisi Yusif də Təqsirləndirilən şəxs də onu dənizə işə düzəldədəcəyi üçün 380 (üç yüz səksən) manat pulu göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək şahid qismində dindirilmiş Şahid1 ifadələri elan edilmişdir. Şahid1 məhkəməyəək icraat zamanı ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. 08 oktyabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən atası Zərərçəkmiş şəxs2 onu yanına çaxıraraq, «Bir Bank» kartında 370 manat pulunun olub-olmadığını soruşmuş, «Birbank» kartında pulunun olduğun dedikdə, Zərərçəkmiş şəxs2 370 manat pulu ona verib, «Bir Bank» kart vasitəsi ilə 4169...0716 nömrəli kart hesabına həmin pulu göndərməsini demiş, günü saat 17:09-da 370 manat pulu kart hesabına göndərəndə, kart sahibinin adının M....İ...B...sözləri yazılmasını görüb atası Zərərçəkmiş şəxs2ya göstərərkən, atası Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirərək onun yanında Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaradaraq pulu göndərdiyini bildirmişdir. Atası Zərərçəkmiş şəxs2 İmaməddin adlı şəxs niyə 370 (üç yüz yetmiş) manat pulu göndərməsini soruşduqda, atası Zərərçəkmiş şəxs2 İmaməddin adlı şəxsin onu dənizə işə düzəldəcəyini, bəzi sənədlərin düzəlməsi üçün pul lazım olduğunu, ona görə də 370 (üç yüz yetmiş) manat pulu ona göndərdiyini bildirmiş və sonra isə atası X5 tərəfindən aldadıldığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Hacıqabul rayon İHB-nin Navahi qəsəbə üzrə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Navahi qəsəbəsində qeydiyyatda olmaqla arvadı X4, övladları – 2016-cı il təvəllüdlü X2 və 2018-ci il təvəllüdlü X3 ilə bir yerdə yaşayır. Hacıqabul rayon İHB-nin Nahavi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-53/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində bir ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-58/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 01 ay 14 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayətin törədilmə mexanizmini əks etdirən qəbzlər və bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə əsasən Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 35-ci bəndinə əsasən dələduzluğun təkrar törədilməsi məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmək və aldatmaqla zərərçəkmiş şəxslərə ümumilikdə 2656 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladlarının olmasını məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan cinayətin törədilmə mexanizmini əks etdirən qəbzlər və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 33 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 198 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan cinayətin törədilmə mexanizmini əks etdirən qəbzlər və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 33 (otuz üç) saata görə 198 (bir yüz doxsan səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar