Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-2/2022 24.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs X3 hüquqi varisi X4, azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Qanuni nümayəndə və zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndələri və vəkili - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şirvan şəhəri H.Əliyev prospekti ev 44 mənzil 8-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə saat 14:38 radələrində avtomobili idarə etmək hüququ olmaqla "xxxx" MMC-yə məxsus olan və etibarnamə əsasında idarə etdiyi «Hyundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ilə Koroğlu küçəsinin yol ayrıcında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə, sürücü nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında, piyada keçidi qarşısında, digər yolayrıcında isə svetofor qarşısında dayanmalı, hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün idarə etdiyi «Hyundai Santafe» markalı avtomobili svetoforun qırmızı işığında yolayrıcına daxil etməməli, avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı, svetoforun icazə verilən yaşıl işığında yolayrıcına daxil olan «VAZ-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli və hərəkəti üçün svetoforun yaşıl işığı yandıqdan sonra avtomobili yolayrıcına daxil etməli olduğu halda, bunlara əməl etməyib avtomobili svetoforun qırmızı işığında hərəkət etdirdiyindən, svetoforun yaşıl işığında Hacıqabul şəhəri Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə hərəkətdə olan X3 idarə etdiyi «VAZ- 2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə onun ehtiyatsızlıqdan «VAZ-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 ölümünə səbəb olan baş beynin diffuz travması, sol baldır sümüklərinin açıq sınığı, sol gicgahda çapılmış yara, sol bazu, sol dirsək, sol qoltuqaltı nahiyyələrdə sıyrıqlar kimi həyat üçün təhlükəli olmaqla, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi ilə sol haymor sinusunun və sol orbitanın sınığı, sol almacıqda şişkinlik, sol gözün ağlı qişasında qansızma və sol ayaq pəncəsi üstündə sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, Qanuni nümayəndə qarının küt travması, dalağın cırılması, daxili qanaxma, qaşlararası sahədə, alt dodaqda, çənəaltı nahiyədə əzilmiş-cırılmış yara, sol bazunun arxa səthində qançır, sol saidin orta 1/3-də sıyrıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün pronximal girişinin qapalı, yerdəyişməyən sınığı, hər iki qulaqönü çeynəmə nahiyyəsinin sıyrıqları və sol dabanda əzilmiş-cırılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, sol bud sümüyünün orta 1\3-nin qapalı, yerdəyişən, köndələn sınığı, alın nahiyyəsinin dərialtı hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və «Vaz-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə zərərçəkmiş şəxs X7 4.379 (dörd min üç yüz yetmiş doqquz) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 12.02.2020-ci il tarixdə “B” dərəcəli sürücülük vəsiqəsi almışdır. "xxxx" MMC-yə məxsus olan «Hyundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili lizınq vasitəsilə almış və ona avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən 27.07.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmişdir. O, 30 iyul 2021-ci il tarixdə idarə etdiyi «Hyundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərindən Hacıqabul şəhərinə gəlmək məqsədi ilə saat 14:20 radələrində Şirvan şəhərindən yola düşmüşdür. Həmin gün saat 14:45 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində dairəvi yol istiqamətinə tərəf hərəkətdə olarkən, həmin küçədə avtomobilini 60-70 km sürətlə idarə edərkən, işıqforun qırmızı işığının yandığını görmüşdür. İşıqfora çatarkən sağ ara yoldan, yolun hərəkət hissəsinə bir göy rəngli «Vaz-2106» markalı avtomobilin çıxdığını görmüşdür. Əyləcdən istifadə edib avtomobilini saxlamaq istəmişdir. Lakin epilepsiya xəstəliyi olduğuna görə qıcolması tutmuş və əyləc əvəzinə qaza basdığı üçün avtomobilin sürəti artmışdır və yola çıxan avtomobilin sol tərəfindən vurmuşdur. Həmin avtomobil bir neçə metr qarşı tərəfə getmiş, öz avtomobili isə iki yolun ortasında olan maneəni keçib divara dəyib dayanmışdır. Hadisə zamanı xəsarət aldığı üçün onun Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada olarkən idarə etdiyi avtomobillə vurduğu «Vaz- 2106» markalı avtomobilin sürücüsünün aldığı xəsarətlərdən öldüyünü və avtomobildə olan sərnişinlərin isə xəsarət aldıqlarını eşitmışdır. Hazırda zərər çəkmiş şəxsin hüquqi varisi X10 və zərərçəkmiş şəxslərlə ilə barışmaq istəyir. Avtomobilinin icbari sığortası vurduğu zərərin əvəzi olaraq ölən şəxsin hüquqi varisinə 5.000 manat, zərərçəkmiş şəxslərin hər birinə isə 1.500 manat olmaqla, cəmi 11.000 manat ödəyəcəkdir. O, isə qohumlarından 19.000 manat borc pul almışdır ki, zərərçəkmiş şəxslərə ödəsin. Lakin zərərçəkmiş şəxslərlə hazırkı vaxta kimi barışıq əldə edə bilməmişdir. Zərərçəkmiş şəxslər ondan 160.000 manat pul tələb edirlər. Onun həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməldən çox peşmandır və təəssüf hissi keçirir. Himayəmdə 05.02.2009-cu il təvəllüdlü X13 adlı bir azyaşlı uşağı var və uşağını təkbaşına böyüdür. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə 30.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X2 onun həyat yoldaşı olmuşdur. 30 iyul 2021-ci il tarixdə əri Elşən, uşaqları Əhməd, Rüqayyə və qaynı Qabilin oğlu Nemətlə Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayan anası X6 evinə qonaq getmək istəmişdir. Əri Elşənin idarə etdiyi «Vaz-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilini qabaq sağ tərəfində o, arxa oturacaqda isə Əhməd, Rüqayyə və Nemət əyləşib saat 14:45 radələrində yola düşmüşlər. Hacıqabul şəhəri Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxan yolda olan işıqforun yaşıl işığında Elşən idarə etdiyi avtomobili hərəkət etdirməyə başlamış, Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxandan sonra Şirvan şəhər istiqamətindən gələn qara rəngli «Hyundai Santafe» markalı avtomobil gəldiyi sürətlə də bizim avtomobilin sol orta hissəsindən vurdu, avtomobil aldığı zərbədən bir neçə metr yan üstə gedib yolun hərəkət hissəsində dayandı. Toqquşma nəticəsində əri Elşən, o, uşaqlar Əhməd, Rüqayyə və Nemət xəsarət aldıqları üçün onları Şirvan şəhər mərkəzi xəstəxanasına aparılmışlar. Bir neçə gün sonra özünə gəldikdə Elşənin öldüyünü və uşaqların xəsarət aldıqlarını bilmişdir. Həmiçinin bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona və azyaşlı uşaqlarına 160.000 manat maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşı Elşən öldüyü, o, və azyaşlı uşaqlar xəsarət aldıqları üçün o, maddi ziyanın əvəzi kimi Təqsirləndirilən şəxs 160.000 manat pul tələb edir. Mülki iddiasında 10.000 manat qəbir daşının düzəldilməsinə, 60.000 manat onun müalicəsinə, 50.000 manat uşaqların müalicəsinə, 20.000 manat Əhmədə dəymiş zərər, 20.000 manat Rüqayyəyə dəymiş zərər kimi hesablamışdır. Onlara 160.000 manat zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Sığorta şirkəti ərinin ölümünə görə 5.000 manat, zərərçəkmiş şəxslər kimi ona və uşaqlara hər birinə isə 1.500 manat olmaqla, cəmi 11.000 manat sığorta ödənişi verəcəkdir. Təqsirləndirilən şəxs təklif etdiyi 19.000 manat pulu qəbul etmir və onunla barışmaq, onu bağışlamaq niyyəti yoxdur. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X11 onun qardaşıdır. 30 iyul 2021-ci il tarixdə Bakı şəhərində olarkən qardaşı Elşənin idarə etdiyi “VAZ- 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yol nəqliyyat hadisəsinə düşdüyünü, yol nəqliyyat hadisəsi zamanı qardaşı Elşənin vəfat etdiyini və avtomobildə olan sərnişinlər qardaşı Elşənin arvadı X12, onların uşaqları X14, Zərərçəkmiş şəxs3 və digər qardaşı X9 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına aparıldığını öyrənmişdir. Elşənin meyiti Şirvan şəhər mərkəzi xəstəxanasının morqunda idi. Elşənin meyiti məhkəmə-tibb eksperti tərəfindən müayinə olunandan sonra ona təhvil verilmişdir. X20 şəhər qəbristanlığında dəfn etmişlər. Sığorta şirkəti Elşənin ölümünə görə 5.000 manat, zərərçəkmiş şəxslərin hər birinə isə 1.500 manat olmaqla, cəmi 11.000 manat sığorta ödənişi verəcəkdir. Təqsirləndirilən şəxs təklif etdiyi 19.000 manat pul qəbul etmir və onunla barışmaq, onu bağışlamaq niyyəti yoxdur. Şahid1 30.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, 30 iyul 2021-ci il tarixdə idarə etdiyi «CERİ-TİQQO» markalı ** BH *** qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yaşadığı evə gəlmək məqsədi ilə təxminən saat 14:30 radələridə Şirvan şəhərində yolda düşmüşdür. Şirvan şəhərinin çıxacağında olan avtobus dayanacağında dayanan Hacıqabul şəhər sakini Şahid2 da avtomobilinə mindirib Hacıqabul şəhər istiqamətinə tərəf yoluna davam etmişdir. Həmin gün təxminən saat 14:45 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsindən olan işıqfora çatmağa az qalmış işıqforun qırmızı işığının yandığını görmüşdür. Avtomobili saxlamış, işıqforun yaşıl işığının yanmasını gözləmişdir. Həmin vaxtı sağ aralıq yoldan Hacıqabul şəhər sakini X11 idarə etdiyi «Vaz-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxan kimi, onun sağ tərəfindən qəflətən «Hyundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə işıqforun qırmızı işığında yola daxil olduğunu və Elşənin avtomobilinin orta hissəsindən vurduğunu, toqquşma nəticəsində «Hyundai Santafe» markalı avtomobilin qarşısında Elşənin «VAZ-2106» markalı avtomobilini təxminən 10-15 metr apardığını və sonuncu avtomobilin yolun ortasında dayandığını və digər avtomobilin isə iki yolun ortasında olan qoruyucu səddi keçib qarşı tərəfdədəki hərəkət hissəsinə keçib piyada səkisinə çıxıb divara dəyib dayandığını görmüşdür. O, yaşıl işıq yananda idarə etdiyi avtomobilini ara yola çəkib saxlamışdır. Elşənin avtomobilinə yaxınlaşıb orada olan başqa şəxslərin köməkliyi ilə Elşəni, bir gəlini, iki oğlan və bir qız uşağını avtomobildən çölə çıxardıb başqa avtomobillərə qoyub Şirvan şəhər mərkəzi xəstəxanasına yola salmışlar. Sonra isə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış Elşənin vəfat etməsini eşitmişdir. Avtomobildə olan qız uşağının ayağı sınmışdı. Qızı Natiq maşına qoyub aparmışdır. Ramizin oğlunun maşını ilə digər şəxsləri xəstəxanayara aparmışlar. Elşənin qapısı açılmadı, kəndir gətirib bağlayaraq qapını dartıb açmış və Elşəni də maşından çıxarıb, “Mercedes Vito” markalı maşınla xəstəxanaya yola salmışlar. Elşənlə qadın qabaq oturacda, üç uşaq isə arxa oturacaqda olmuşlar. Natiqənin idarə etdiyi avtomobildə sağ tərəfdən qara eynək geyinmiş bir oğlan düşüb, Natiqəni sükan arxasından çıxartmış və yerdə oturdub çıxıb getmişdir. Hadisə yerinə Hacıqabul rayon prokuroru gəlmişdir. Şahid2 30.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, 30 iyul 2021-ci il tarixdə Rafiqin idarə etdiyi ** BH *** qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yaşadığım evə gəlmək məqsədi ilə təxminən saat 14:30 radələridə Şirvan şəhərində yolda düşmüşdüür. Təxminən saat 14:45 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsindən olan işıqfora çatmağa az qalmış işıqforun qırmızı işığının yandığını görmüşlər. Rafiq avtomobili saxlamışdır, işıqforun yaşıl işığının yanmasını gözləmişlər. Həmin vaxtı sağ aralıq yoldan Hacıqabul şəhər sakini X11 idarə etdiyi «Vaz-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxan kimi, onun sağ tərəfindən qəflətən «Hundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə işıqforun qırmızı işığında yola daxil olmuşdur və Elşənin avtomobilinin orta hissəsindən vurmuşdur. Rafiq avtomobili ara yolda saxlamışdır. Onlar düşüb hadisə yerinə yaxınlaşmış, Elşəni, bir gəlini, iki oğlan və bir qız uşağını avtomobildən çölə çıxardıb başqa avtomobillərə qoyub Şirvan şəhər mərkəzi xəstəxanasına yola salmışlar. Sonradan baş vermiş yol nəqliyyat hadisəsi zamanı Elşənin vəfat etməsini eşitmişdir. «Hundai Santafe» markalı avtomobil yüksək sürətlə qırmızı işıqda keçmişdir, bundan bir-iki saniyə sonra yaşıl işıq yanmışdır. Rafiq avtomobili ara yolda saxlamış və onlar köməyə getmişlər. Cinayət işində olan götürmə protokolundan görünür ki, Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Kafe Park” istirahət mərkəzinə quraşdırılmış videokameraya qeydə alınmış görüntüdən görünür ki, 30.07.2021-ci il tarixdə səhər saat 14:37:51 dəqiqədə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ilə hərəkətdə olan «Hyundai Santafe» markalı avtomobil gəldiyi sürətlə də Hacıqabul şəhəri Koroğlu küçəsindən İ.Qayıbov küçəsində öz yolu ilə hərəkətdə olan dövlət qeydiyyat nişanı görünməyən “Vaz-2106” markalı avtomobili vurması görünür. Videoyazının götürmə aparılması ilə əlaqədar hadisəni özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin 25.08.2021-ci il tarixli rəy aktından görünür ki, «Hyundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 12.540 manat maddi ziyan dəymişdir.(iş v.57). Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin 25.08.2021-ci il tarixli rəy aktından görünür ki, «Vaz-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4.379 manat maddi ziyan dəymişdir.(İş.v.58). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.09.2021-ci il tarixli 8/1983 №-li ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Hyundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Hyundai Santafe» markalı avtomobil yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km\saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Vaz- 2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisəsinin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. (iş v.59- 62). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli 384 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - boyunda və sol bazu oynağında əzələ-bağ aparatının gərilməsi, hər iki dizdə qançır küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 30 iyul 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (iş v.78-79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli 32 nömrəli ekspert rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - baş beynin diffuz travması, sol baldır sümüklərinin açıq sınığı, sol gicgahda çapılmış yara, sol bazu, sol dirsək, sol qoltuqaltı nahiyyələdə sıyrıqlar - küt əşyanın zərbəsi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 30 iyul 2021-ci il tarixdə hərəkətdə olan «Hyundai Santafe» markalı avtomobillə «Vaz-2106» markalı avtomobilin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X2 ölümündən əvvəl spirtli içki, narkotik vasitələr qəbul etməmişdir ki, bu da məhkəməkimya tədqiqatının nəticələri ilə təsdiq edilir. (iş v.80-83). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli 409 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi ilə sol haymor sinusunun və sol orbitanın sınığı, sol almacıqda şişkinlik, sol gözün ağlı qişasında qansızma və sol ayaq pəncəsi üstündə sıyrıqları kimi xəsarətlər vardır. Bu xəsarətlər küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30 iyul 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. (iş v.84-86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli 410 nömrəli ekspert rəyindən görünür ki, Qanuni nümayəndə məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qarının küt travması, dalağın cırılması, daxili qanaxma, qaşlararası sahədə, alt dodaqda, çənəaltı nahiyədə əzilmiş - cırılmış yara, sol bazunun arxa səthində qançır, sol saidin orta 1/3-də sıyrıqlar kimi xəsarətlər vardır. Bu xəsarətlər küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30 iyul 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. (İ.v.87-89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli 411 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bazu sümüyünün pronximal girişinin qapalı, yerdəyişməyən sınığı, hər iki qulaqönü çeynəmə nahiyyəsində sıyrıqlar və sol dabanda əzilmiş-cırılmış yara küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 30 iyul 2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (iş v.90-92). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli 412 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, sol bud sümüyünün orta 1\3-nin qapalı, yerdəyişən, köndələn sınığı, alın nahiyyəsinin dərialtı hematoması kimi xəsarətlər vardır. Bu xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 30 iyul 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (iş v.93-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli 2297/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spitrləri, barbitur turşusu törəmələri, alkoloidləri (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon qrupu, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (iş v.96-99) Azərbaycan Respublikası BDYPİ-nin Şirvan RQİTBŞ tərəfindən verilmiş 12.02.2020-ci il tarixli AE536024 seriyalı sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12.02.2020-ci il tarixdə “B” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsi 12.02.2030cu ilədək etibarlıdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan «Hyundai Santafe» markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili lizınq vasitəsilə almışdır və ona avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən 27.07.2021-ci il tarixdən 30.08.2021-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 02.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 46). Beləliklə, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərə uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və digər zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və azyaşlı zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi və mülki iddiaçının, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə zamanı xəsarət aldığına görə xəstəxanaya aparılmışdır, hadisə yerini tərk etməmişdir. Onun əməlində zərərçəkmiş şəxs Qanuni nümayəndə və zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi və vəkili - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Nümayəndə vəsatətində qeyd etdiyi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətləri yoxdur və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddəsində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisə zamanı özünün də xəsarət almasını, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməyə və onlarla barışmağa cəhd etməsini, müsbət xasiyyətnaməyə malik olmasını, törətdiyi əməli səmimi etiraf etməklə peşman olmasını, himayəsində 05.02.2009-cu il təvəllüdlü X13 adlı bir azyaşlı uşağı olmasını və uşağını təkbaşına böyüdən qadın olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 354.1.3-cü maddəsinin tələbinə əsasən zərərçəkmiş şəxs və mülki iddiaçı Qanuni nümayəndə cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin əvəzi olaraq 160.000 manat pulun Təqsirləndirilən şəxs tutularaq Qanuni nümayəndə ödənilməsi” tələbinə dair mülki iddiası baxılmamış saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Qanuni nümayəndə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Çünki, zərərçəkmiş şəxs və mülki iddiaçı Qanuni nümayəndə ona 160.000 manat həcmində maddi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X8 zərərçəkmiş şəxs X7 məxsus olan «Vaz-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Çünki, zərərçəkmiş şəxs X3 hüquqi varisi X10 ibtidai istintaq və məhkəmə baxışı zamanı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi təqdim etməmişdir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 7 saata görə 42 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CPM-in 354.1.3-cü maddəsinin tələbinə əsasən zərərçəkmiş şəxs və mülki iddiaçı Qanuni nümayəndə cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin əvəzi olaraq 160.000 manat pulun Təqsirləndirilən şəxs tutularaq Qanuni nümayəndə ödənilməsi” tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Qanuni nümayəndə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X8 zərərçəkmiş şəxs X7 məxsus olan «Vaz-2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 7 saata görə 42 (qırx iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-2/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-2/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver